Azərbaycan Respublikasında fəaliyyət göstərən “AMEC Services Limited” şirkətinin ölkə büdcəsinə vurduğu 345 milyon dollar zərər haqqında hazırlanmış bu yazı, təşkilatımız tərəfindən şirkətin fəaliyyəti ilə əlaqədar aparılan məhkəmə proseslərinin monitorinqi zamanı əldə olunan informasiya əsasında hazırlanmışdır.
Aldığımız informasiyaların hüquq mühafizə orqanları, vergilər nazirliyi, miqrasiya xidməti və başqa müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Düşünürük ki, belə faktlar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən başqa şirkətlərdə də müşahidə oluna bilər.
АМЕС Services Ltd şirkəti 2001-ci ilin may ayından etibarən Azərbaycan Respublikası ərazisində mühəndis texniki layihələndirmə, texniki xidmət, modifikasiya, dizayn sahələrində xidmət göstərir. Şirkət Azəri ,Çıraq, Günəşli neft və Şah-Dəniz qaz yatağının istismarı ilə məşğul olan ABƏŞ, BP (Caspian Sea), BP (Şah-Dəniz) şirkətlərinin subpodryadçısıdır. Ricard Rippon-Sveyn АМЕС Services Ltd şirkətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəsidir. Hazırda şirkət Azərbaycan Respublikasında “АМЕС Foster Wheeler” adı altında fəaliyyət göstərir və rəhbəri həmin Ricard Rippon-Sveyndir.
1. AMEC Services Ltd. ilə BP arasında bağlanmış kontrakt əsasında çalışan xarici ölkə vətəndaşları əslində AMEC Global Resources (Singapore) şirkətinin işçiləridir, yəni xarıcılərlə mövcud bütün müqavilələri AMEC Global Resources (Singapore) ilə bağlanıb. Bu isə gəlir vergisindən və ödəmə mənbəyindən tutulan vergidən yayınma məqsədilə olunub.
Xarici işçilərə əmək haqqı AMEC Global Resources (Singapore) tərəfindən ödənilirdi, sonra isə АМЕС Services Ltd. UK yenidən bu xərcləri AMEC Global Resources (Singapore) şirkətinə qaytarırdı.
Çox güman ki, АМЕС Services Ltd. UK və AMEC Global Resources (Singapore) arasında belə bir müqavilə olub, lakin Bakıda bu sxema vergidən yayınma məqsədilə baş müdüriyyət tərəfindən qizli saxlanılırdı və müvafiq yerli qurumların diqqətindən yayındırılıb. Və buna da səbəb var, iş ondadır ki, АМЕС-ın rəhbərliyi təsdiq edir ki, xarici əməkdaşlarla əmək müqavilələri АМЕС Services Ltd. UK ilə bağlanmışdır. Yəni şirkətin xarici əməkdaşlarına əmək haqqı birbaşa baş idarəsindən, yani АМЕС Services Ltd. UK vasitəsilə ödənilir.
Bu sxema on ildən yuxarı şirkətin mənbədən tutulan vergidən yayınması məqsədini güdüb. (5% -АЧГ HPBS və 6.5% Шах-Дениз HPBS). Belə ki, AMEC Global Resources (Singapore) xarici subkontraktor və eyni zamanda bu şirkətin işçiləri fiziki olaraq Azərbaycan ərazisindədirlər, deməli AMEC Global Resources (Singapore) Azərbaycan ərazisində fəaliyyət göstərir, bununla da АМЕС Services Ltd. Azəri-Çıraq-Günəşli HPBS və Şahdəniz HPBS əlavə olunmuş Xarici Subkantraktorların vergiyə cəlb olunması protokoluna əsasən Azərbaycanın vergi orqanlarına mənbədən tutulan vergi ödənişi etməli idi. Əgər, xarici işçilərə ödənilən orta aylıq əmək haqqının ayda 4,500,000 dollar miqdarında olduğunu nəzərə alsaq, onda 10 il ərzində bu məbləğ 540,000,000 dollar (4,500,000х12х10) təşkil edir. Deməli onda ödəniləcək 5% vergi 27,000,000 dollar olmalıdır.
Bundan əlavə Azəri-Çıraq-Günəşli HPBS və Şahdəniz HPBS əlavə olunmuş “Xarici Subpodratçıların Vergiyə Cəlb Olunması Haqqında” Protokolun 2.1.-ci bəndinə əsasən “AR ərazisində fəaliyyət göstərən şirkətlər Vergilər Nazirliyinə 30 gün ərzində öz fəaliyyətləri barədə məlumat verməlidirlər”. Lakin, АМЕС-ın rəhbərliyi isə bu barədə heç bir hərəkət etmədi. Belə ki, bu hərəkətsizlik külli miqdarda vergidə yayınma məqsədinə xidmət edir.
AMEC Global Resources şirkəti öz filialını AR-da yalnız 2011-ci ildə açdı, ancaq buna baxmayaraq АМЕС Services Ltd. yuxarıda qeyd olunan vergi yayınmasını davam etdirdi.
АМЕС rəhbərliyi isə bu sahədə heç bir hərəkət etmədi. AMEC Global Resources şirkəti öz filialını AR-da yalnız 2011-ci ildə açdı,ancaq buna baxmayaraq АМЕС Services Ltd. Yuxarıda qeyd olunan vergi yayınmasını davam etdirdi.
2. АМЕС Services Ltd. ilə, AIOC, BP (Caspian Sea) və BP (Shakh-Deniz), şirkətləri arasında bağlanan müqaviləyə əsasən, AMEC–in bütün xərcləri 5%-dən 7%-dək ticarət əlavəsi ilə bu şirkətlər tərəfindən ödənilir. Lakin AMEC üçün bu mənfəət yetərli olmadı və bu vaxt BP-nin təmsilçiliyində yerli və xarici müştəri faktura maxinasiyaları başlandı.
AMEC-BP müqavilələrində bütün işçilərin üç intervalda əmək haqları – minimum əmək haqqı, orta əmək haqqı, maksimum əmək haqqı nəzərdə tutulmuşdu. AMEC işçilərə minimum əmək haqqı ödəyirdi, ən yaxşı halda (və nadir hallarda) orta əmək haqqı ödəyirdi, lakin BP-yə yüksək əmək haqqı ölçüsü ilə hesabat verirdi. Bundan əlavə AMEC BP-yə hesabat verərkən maaşları daha 40% artırıdı ki, daha çox qanunsuz gəlir əldə etsin. Təqribi hesablamalara görə personal üçün çəkilən xərcləri süni surətdə artırmaqla sifarişçiyə təqdim olunan vəsait ay ərzində 900,000 dollar həcmindədir. Şirkətin 13 illik fəaliyyəti müddətində bu vəsait 140,400,000 dollar həcmindədir.
Bundan əlavə bu məbləğdən həm də vergi də ödənilmirdi.
Unutmaq olmaz ki, təbii ki, nəticədə bütün bu vəsait Azərbaycan nefti ilə əvəz olunurdu. Buna mütənasib olaraq, nəticədə, HPBS-üzrə həm podratçı tərəflərin həm də Azərbaycanın payına düşən gəlirə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Bir çox sayda müxtəlif səviyyədə auditlərin keçirilməsinə baxmıyaraq, başda Riçard Rippon Sveyn olmaqla şirkətin çoxpilləli rəhbərliyi AMEC şirkətinin baş ofisində bu sahədə təcrübələri olan peşəkarlar tərəfindən təşkil olunmuş bu fırıldaqları gizlədə biliblər.