NHMT - Aktual NHMT -

SOCAR-ın türkiyəli tərəfdaşı nəhəng tikinti layihələrini udur (Araşdırma)

SOCAR-ın türkiyəli tərəfdaşı nəhəng tikinti layihələrini udur (Araşdırma)

 

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Tekfen Construction" şirkətini o qədər bəyənir ki, 2008-ci ildə onu almağa çalışır

 

Ancaq bu sövdələşmə 2008-ci ildə başlamış dünya maliyyə böhranı səbəbindən baş tutmamışdı. Ona görə də SOCAR “Tekfen”lə birlikdə işləməyin başqa yolunu tapıb. O, 2009-cu ildən bəri “Tekfen”lə ümumi dəyəri 2 milyard dollar olan tendersiz müqavilələr imzalayıb.

Tənqidçilərin sözlərinə görə, bu layihələrin bəzilərinin nəzərdə tutulmuş vaxtda tamamlanmamasına və büdcədə nəzərdə tutulmuş məbləğləri xeyli aşmasına baxmayaraq, bu əməkdaşlıq davam edir.

Salyan, Şirvan, Neftçala rayonlarında hasilat sahələrinin monitorinqinin hesabatı

Salyan, Şirvan, Neftçala rayonlarında hasilat sahələrinin monitorinqinin hesabatı

 

Hesabat dövrü Salyan, Şirvan, Neftçala rayonuna səfərlər zamanı neft hasilatı səhələrə baxış keçirilmişdir və ətraf mühitin indiki durumu qeydə alınmışdır.

Belə ki neft çıxarılması zamanı müşahidə etdiyimiz ərazilərdə torpağın münbit qatı pozulmuşdur. Bundan əlavə hasilat sahələri neftin çıxarılması prоsesini intensivləşdirilməsində istifadə оlunan müxtəlif reagentlərlə, ağırlaşdırıcı maddə və mineral sularla çirklənməyə məruz qalırmışdır. Neft yataqlarının istismarı zamanı tоrpaqların münbit qatı nəinki neftli tullantılarla, xüsusən lay suları ilə çirklənmiş, eyni zamanda mexaniki pоzulmalara, dağılmalara və deqradasiyaya məruz qalıb. Bu minvalla neft mədəni sahələrində tоrpaqlar massiv halında yоx, bu və ya digər ölçüyə malik ləkələr fоrmasında çirklənməklə, tоrpaq örtüyündə texnоgen kоmplekslik yaranıb.

 

ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər

ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir

İşçilərin əmək hüququnun pozulmaması üçün Məcəlləyə dəyişikliklərin edilməsi zəruridir

İşçilərin əmək hüququnun pozulmaması üçün Məcəlləyə dəyişikliklərin edilməsi zəruridir

“AMEC Services Limited” 2010-cu ildən etibarən Azərbaycan Respublikasına vurduğu ziyan 140 000 000 (yüz qırx milyon) ABŞ dolları təşkil edi

Bu yazımız isə AMEC Services Limited şirkətinin öz işçilərinə qarşı qaldırdığı cinayət işinin məhkəmə prosesini izləyərkən aldığımız informasiya əsasında hazırlanmışdır. Məhkəmə proseslərinin izlənilməsi,diqqətlə qulaq asılması nəticəsində anlaşılır ki, yerli işçilərə qarşı qərəzli mövqe tutan AMEK-in özünün ölkəmizdəki fəaliyyətinin hüquq mühafizə orqanları, vergilər nazirliyi, miqrasiya xidməti və başqa müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Ölkə mətbuatının bu mövzuya nə qədər açıq olduğu şübhəm altında olduğundan, hazırladığımız yazı hissə hissə(diskrinimasiya,vergidən yayınma,audit və s.) FB səhifəmdə yazılacaq. Belə ki:

 

 

Yerli işçilərə qarşı diskrinimasiya!


Hesablama göstərir ki, 2010-cu ildən etibarən bu şirkətin yalnız əmək haqqları ilə əlaqədar Azərbaycan Respublikasına vurduğu ziyan 140 000 000 (yüz qırx milyon) ABŞ dolları təşkil edir(vergilərlə əlaqədar növbəti yazıda)
AMEC Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı 2001-ci ilin may ayından etibarən fəaliyyət göstərir. Hazırda bu şirkətin rəhbəri və qanuni təmsilçisi Richard Edvard Rippon-Svaine-dir. Qeyd olunan şirkət AİOC, BP (Caspian Sea) və BP (Shakh Dəniz) şirkətlərinin Azərbaycan Respublikasındakı subpodratçısı kimi xidmət göstərir və tərəflər arasında uzunmüddətli “ECMS” adlı xidmət müqaviləsi var idi. 2010-cu ildə heç bir zərurət olmadığı halda tərəflər bu müqaviləyə xitam verdilər. BP şirkəti yenidən tender elan etdi. Tenderdə başqa üç şirkət iştirak etsə də, yenidən “AMEC Plc.” (AMEC şirkətinin Böyük Britaniyada təsis edilmiş baş ofisi) tərəfindən yerli şirkət kimi təqdim edilən Azərbaycan Respublikasının hüquqi şəxsi “AMEC Məhdud Məsuliyyətli Cəmiyyəti” tenderin qalibi oldu.(niyə? ölkədə yerli şirkət yox idi?)