NHMT - Neft və qaz hasilatinin ətraf mühitə və insan sağlamlığına təsirləri

Neft və qaz hasilatinin ətraf mühitə və insan sağlamlığına təsirləri

Neft və qaz hasilatinin ətraf mühitə və insan sağlamlığına təsirləri

 

Müqayisəli qiymətləndirmə

 

Məkan: Salyan, Neftçala, Ağcabədi, Şirvan, Ucar

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar uyğun olaraq 2015-ci ildə “Salyan OIL Limited” Şirkəti 3970 manat, Garasu Operating Compani şirkəti 7200 manat, Neftchala Operating Company şirkəti 5270 manat, Shirvan Operating Compani LTD şirkəti 12060 manat, 2016-cı ildə Garasu Operating Compani şirkəti 7150 manat, Neftchala Operating Company şirkəti 5230 manat, Shirvan Operating Compani LTD
şirkəti 12115 manat, 2017-ci ildə Garasu Operating Compani şirkəti 7240 manat, Neftchala Operating Company şirkəti 5180 manat, Shirvan Operating Compani LTD şirkəti 12 211 manat məbləğində cərimə olunublar.

 

 

Neft layihələrinin ətraf sosial mühitə təsiri ilə əlaqədar risqə məruz qalan ərazilərdə müxtəlif qurumlar, ekspertlər tərəfindən aparılan monitorinq və qiymətləndirmələr, təsdiq edir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır

 Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr, qazın yandırılması və s); 

 Quyu avadanlıqlarında və kompressor stansiyalarında sudan istifadə, yuma nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər dənizinə atılması; 

 Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması; 

 Torpaqların neft və neft məhsulları ilə çirklənməsi; 

 Qazma şlamları və onların basdırılması; 

 Qəza hadisələri nəticəsində neft dağılmaları; 

 İstismardan çıxarılmış texniki avadanlıqlar, üzən vasitələrin qalıqları və təmir‐tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.

 

Bu da risqə məruz qalan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən müqayisəli qiymətləndirilmə aparılmışdır.

 

Müqayisəli qiymətləndirmə aşağıdakı rayonlarda aparılmışdır. Qiymətləndirmə üçün əhali sayı eyni olan rayonlar seçilmişdir:

- Salyan (əhalisi 135,6 min) və Ağcabədi rayonu (əhalisi 133,3 min.),

- Neftçala (əhalisi 86,5 min.), Şirvan şəhəri (əhalisi 85,0) və Ucar rayonu (əhalisi 86,6 min)

 

Ərazilərində neft, qaz hasil edilən Salyan Bakıdan 129 km, Neftçala 169 km, Şirvan 133 km məsafədə, ərazilərində neft layihələri reallaşdırılmayan Ucar (Bakıdan 235 km neft hasil olunan ərazidən 150 km aralı), Ağcabədi (Bakıdan 360 km. Neft hasil olan ərazidən 200 km aralı) məsafədədir.

 

Seçilmiş rayonlarda 4 Əməliyyat şirkəti: Salyanoyl ƏŞ, Global Energy Azerbaijan Group (“GEA”) məxsus Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company fəaliyyət göstərir.

 

Qiymətləndirilmənin aparılması üçün seçilmiş ərazilərdə hasil olan neft və qazın miqdarı, bu zaman ətraf mühitə atılan tullantı və bunun nəticəsində əhalinin sağlamlığına olan təsir müəyyənləşdirilmişdir. Lakin, bu ərazilərdə fəaliyyət göstərən hər bir neft şirkətinin hasil etdiyi neft və qazın miqdarı ictimaiyyət üçün açıq olmadığından, hasil olan neft və qazın miqdarı ərazi üzrə Dövlət Statistika Komitəsinin saytından götürülmüşdür. (Bax: cədvəl 1, 2, 3, 4, 5, 6)

 

2010-2016 illərdə regionlar üzrə neft və qazın dinamikası

 

Cədvəl 1. Salyan

  2010 2012 2013 2014 2015 2016
Neft, min ton 225 195,9 190,8 186,5 178,1 169,1
o cümlədən əmtəəlik 221,8 193,1 187,3 183,7 175,3 166,7
Qaz, mlyn. kub m 28,4 42,5 47,5 43,1 48,4 56,1
o cümlədən əmtəəlik 14,1 24,3 30,2 32,6 34,9 38,5

 

Cədvəl 2. Neftçala

  2010 2012 2013 2014 2015 2016
Qaz, min ton 28,4 10,4 1,8 1,3 1,1 1,0
o cümlədən əmtəəlik 26,4 8,9 0,4
Neft, mlyn. kub m 49,1 37,9 42,0 45,5 40,4 34,8
o cümlədən əmtəəlik 48,4 37,1 40,9 44,4 39,2 34,1

 

Cədvəl 3. Şirvan

  2010 2012 2013 2014 2015 2016
Xam neft (ümumi), min ton 420,9 337,6 312,5 297,8 258,5 244,1
Təbii qaz, mlyn. kub m 18,5 16,9 12,4 18,4 19,9 19,5
 o cümlədən əmtəəlik 9,0 10 12,4 10,0 8,6 7,7

1 (https://www.stat.gov.az/source/regions/, https://www.stat.gov.az/source/environment/)

 

Cədvəl 4. 2016-cı ildә inqrediyentlәr üzrә ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәrinin atmosfer havasına stasionar mәnbәlәrdәn atılan çirklәndirici maddәlәr (ton)

 

(Air pollutant emissions from stationary sources by ingredients by economic and administrative regions and towns of the country in 2016)

 

NN İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları

Atmosfer havasına atılan çirklәndirici maddәlәr - cәmi

Air pollutant emissions - total

o cümlәdәn: including:
bәrk
maddәlәr
particulates
qazaoxşar
vә maye
maddәlәr
gaseous
and
liquid
matters
onlardan: of which:
kükürd
anhidridi
sulfuric
anhydride
(SO² )
karbon
oksidi
carbon
oxide
(CO)
azot
oksidlәri
nitrogen
oxides
(NO² )
1 Salyan rayonu 11491,4 60,4 11431,0 3,7 118,0 21,1
2 Ağcabədi rayonu 44,4 5,4 39,0 2,1 7,8 1,0
3 Neftçala rayonu 108,8 2,3 106,5 3,7 46,2 4,2
4 Şirvan şəhəri 6414,5 64,4 6350,1 329,3 379,2 2574,5
5 Ucar rayonu 59,1 3,5 55,6 0,3 1,2 0,1

 

Cədvəldən göründüyü kimi Salyan rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı Ağcəbədi rayonuna nisbətən 268 dəfə çoxdur. Neftçala rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәr miqdarı Ucar rayonuna nisbətən 2 dəfə, Şirvan rayonunda isə Ucar rayonuna nisbən 108 dəfə çoxdur.

 

Orta hesabla Salyan rayonunda adam başına 84,7 kq atmosfer havasına atılan çirklәndirici maddәlәr düşür, halbuki Azərbaycan üzrə adam başına 11 kq düşür. Müqayisə etdiyimiz Ağcəbədi rayonunda bu göstərici 0,33 kq təşkil edir. Neftçala rayonunda 1,25 kq, Şirvan şəhərində 75,5 kq və Ucar rayonunda atmosfer havasına atılan çirklәndirici maddәlәrin adam başına düşən miqdarı 0,68 kq-dır.

 

Ərazinin 1 kv. km-nә düşәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı respublika üzrə 2166 kq/km² bərabərdir. Bu rəqəm Salyan rayonu üzrə 7182,1 kq/km² təşkil edir. Ağcəbədi rayonunda 25,2 kq/km², Neftçala rayonunda 75,0 kq/km², Şirvan ş. 91635 kq/km², Ucar rayonu 71,2 kq/km².

 

Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı müqayisə etsək görərik ki, çirklәndirici maddәlәr miqdarı neft və qaz hasilatinın həcmi ilə duz mütənasib gəlir. Yuxarıdakı hesablamalardan görmək olar ki, neft və qaz hasilatı bölgələrdə ərazinin hər 1 kv. km və adam başına düşən inqrediyentlәr üzrә stasionar mәnbәlәrdәn atmosfer havasına atılan çirklәndirici maddәlәrin miqdarı digər rayonlara nisbətən yüksəkdir.

 

Cədvəl 5. Ölkәnin iqtisadi vә inzibati rayon vә şәhәrlәri üzrә çirkab suların atılması 1 (milyon kub metr)

(Discharger of waste water by economic and administrative regions and towns of the country 1) (million m³)

NN İqtisadi vә inzibati rayon vә şәhәrlәrin adları 2005 2010 2013 2014 2015 2016
1 Salyan 1529,5 2818,1 1728,3 1713,3 1818,8 1839,7
2 Ağcabədi 3,0 0,2 0,4 0,3 0,4 0,3
3 Neftçala 216,0 215,7 425,1 358,4 378,8 440,9
4 Şirvan 2321,3 1747,9 1897,5 2083,8 2027,3 2083,0
5 Ucar 0,01 0,1 0,6 0,0 0,0 1,2

 

Bu göstəricilərə görə də neft və qaz hasilatı olan rayonlar ətraf mühiti çirkləndirməsində öndədirlər. Cədvəl 5 gördüyumüz kimi ən çox çirkab sular Salyan rayonu 1839,7 milyon kub metr, Şirvan ş. 2083,0 milyon kub metr, Neftçala rayonu 440,9 milyon kub metr yaranır. Müqayisə etdiyimiz rayonlarda çirkab suların həcmi dəfələrlə azdır. Ağcabədi rayonu 0,3 milyon kub metr və Ucar rayonu 1,2 milyon kub metr.

 

Beləliklə iki parametr üzrə statistik məlumatların təhlili göstərdiki neft və qaz hasilatı regionlarında (Salyan, Neftçala, Şirvan) stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirıcı maddələrin və atılan çirkab suların həcmi digər rayonlarla müqayisədə yüksəkdir. Bu isə bu bölgələrdə insan sağlamlığına ciddi fəsadlar yarada bilər.

 

Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması (İ.P.Gerasimova görə, 1979) cədvəlinə əsasən stasionar mənbələrdən atmosfer havasına atılan çirkləndirici maddələrin insan sağlamlığına təsiri belədir:

 

Azot 2 – oksid

Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO2-nin təsiri ağciyərlərin dərhal ağır zədələnməsinə səbəb olur. NO2-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna 160 bilər. NO2-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan şəxslərdə NO²-nin 380-560 mkq/m3 konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO²-nin konsentrasiyanın hər 10 mkq/m3 səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.

 

Kükürd 2-oksid.

Tullantıların kütləvi miqdarına görə SO² digər atmosfer çirkləndiriciləri arasında ön cərgədə durur. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs orqanlarına təsir göstərir.

 

Karbon 1-oksid (karbon monooksid) – CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və kükürd 2-oksiddən sonra üçüncü yerdə durur. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəiyşməsi müşahidə olunur.

 

Qeyd etdiyimiz rayonlarda bu maddələrin əhalin sağlamlığına təsirlərini nəzərdən keçirmək ücün cədvəl 6-ya nəzər salsaq görərik ki, Salyan rayonunda tənəffüs orqanlarının xəstəlikləri qeydə alınmış insanların sayı 11603 nəfərdir, Ağcabədi rayonunda 2361 nəfərdir. Bu isə təxminən 5 dəfə azdır. Qan dövranı sisteminin xəstəlikləri Salyan rayonunda 3789 nəfərdə qeydə alınıb, Ağcabədi rayonunda isə 813 nəfərdə, bu isə 4,6 dəfə aşağıdır. Bu tendensiya başqa göstəricilərdə də müşahidə olunur. Bütun yuxarıda qeyd etdiyimizdən belə nəticəyə gəlib çıxmaq olar ki, neft və qaz hasilatı bölgələrində ətraf mühitə ciddi zərər vurulur, bu isə öz növbəsində əhalinin sağlamlığına təhlükə yaradır. İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir.

 

Nəticə

Qiymətləndirməyə əsasən qeyd etmək olar ki, müvafiq məsul qurumlar və şirkətlər tərəfindən:

 

- “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsi (Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) müvafiq qurumlar tərəfindən yerinə yetirilmir. Yəni ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Ekoloji hüquq pozuntusu, özü cinayətdir, lakin ekoloji hüquq pozuntularına görə bu vaxtadək heç bir məsul şəxs məsuliyyətə cəlb olunmayıb. Əhalinin sağlamlığına ziyan vuran şirkətlərin cəzalanması bəzi hallarda yalnız cərimələnmə ilə nəticələnir.

 

- Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsi(Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır) və “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsi( əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir) pozulur. 

 

Azərbaycanda ətraf mühitin qorunmasının başlıca prinsiplərindən biri ətraf mühitin qorunması sahəsində əhali və ictimai təşkilatların iştirak etməsidir. (Ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respublikasının qanunun    Maddə 73) Təəssüflər olsun ki, sahə üzrə ərazidə heç bir ictimai və vətəndaş nəzarəti müşahidə olunmur.

 

Cədvəl 6. 2016-cı ildə ölkənin şəhər və rayonları üzrə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi

Şəhər

rayonların

adları

Qeydə

alınan

bütün

xəstəlik

lər

onlardan:

bəzi

infek

sion

parazi

tar

xəstəlik

lər

yeni

törə

lər

qan,

qan

yaradıcı

orqan

ların

xəstəlik

ləri

immun

mexaniz

min

prosesə

cəlb

olun

ması

ilə

gedən

ayrı-ayrı pozuntu

lar

endok

rin

sistem

in

xəstə

likləri,

maddə

lər

mübadi

ləsi

qida

lanma

pozun

tuları

əsəb

siste

mi

hissiy

yat

orqan

ları

nın

xəstə

lik

ləri1

qan

dövranı

sistemi

nin

xəstə

likləri

SA1

həzm

sistemi

nin

xəstə

likləri

dəri

dəri

altı

toxuma

nın

xəstə

likləri

sümük

əzələ

sistemi

birləş

dirici

toxuma

ların

xəstə

likləri

Azərbaycan

Respublika

sı - cəmi

1 867 071 116 827 11761 67 831 53 246 186 730 142 277 749 438 163 009 43 936 29 393
Salyan rayonu 28 725 712 63 383 688 1 856 3 789 11 603 1 275 33 408
Ağcabədi rayonu 8 747 82 75 229 400 2 249 813 2 361 345 3 23
Neftçala rayonu 11 826 105 88 729 232 1 039 1 268 4 845 1 613 401 39
Şirvan şəhəri 4 822 250 100 216 686 468 178 688 287 24 25
Ucar rayonu 9 006 380 93 674 708 140 1 473 2 595 1 376 29 48