NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2025-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2025-cü il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2025-cü il üzrə İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Qiymətləndirmə

2.1. Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur

2.2. Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyətinə dair Analitik İcmal

2.3. Azərbaycan, İqlim dəyişmələri ekoloji vəziyyət, enerji keçidi, problemlər, çağırışlar

2.4.  Azərbaycanın kənd yaşayış məntəqələrində tullantıların toplanması və emalının yerli əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi

2.5. Elektromobilləşmə sahəsində dövlət siyasəti: Norveç təcrübəsi və Azərbaycan  üçün dərslər

2.6. İqlim dəyişikliyinə uyğunlaşma üçün hazırlanan planlar: Türkiyə, İsrail və Azərbaycan təcrübəsi

3. Monitorinq

3.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

4. Hüquqi yardım

4.1. Marifləndirmə məlumatlandırma

4.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

Yanvar 2025 –ci il

 

1. Giriş

 

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlanmışdır. Hesabat 2025-cü ili əhatə edir.

 

2. Qiymətləndirmə və tədqiqat

2.1. Əmək hüquqları və iş təhlükəsizliyi unudulur: Həmkarlar ittifaqları isə susur

 

Müasir dövrdə işçilərin hüquqlarının qorunması hər bir cəmiyyətin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. Dünyanın digər ölkələrində olduğu Azərbaycanda bu istiqamətdə mühüm hüquqi baza mövcud olsa da, real iş mühitində ciddi problemlər qalmaqdadır. Bu tədqiqatda Azərbaycanda iş yerlərində işçilərin hüquqlarının müdafiəsini təşkil edilməsi məsələsinə toxunulub. Daha ətraflı;

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=214

 

2.2. Azərbaycanda qadın sahibkarlığın mövcud vəziyyətinə dair Analitik İcmal

 

Biznes fəaliyyəti kifayət qədər mürəkkəbdir və zəruri bilik-bacarıq, eləcə də təşəbbüskarlıqla yanaşı strateji vizion da tələb edir. Əgər bu fəaliyyətlə qadınlar məşğul olursa, böyümək və biznes sektorunda tanınmaq üçün kişi sahibkarlarla müqayisədə onlardan daha böyük səy tələb olunur. Ən azından biznez fəaliyyətinin başlanğıcında və böyümə mərhələsində bu tendensiya müşahidə edilir və bu problem dünyanın ən müxtəlif ölkələri üçün xarakterikdir. Bu sahədə mövcud vəziyyəti araşdıran, probmlərdən çıxış yolları təklif edən müstəqil araşdırmalar demək olar ki, yoxdur. Bu baxımdan təqdim edilən analitik material real vəziyyəti görməyə yardımçı ola bilər. Daha ətraflı;

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=215

 

2.3. Azərbaycan, İqlim dəyişmələri ekoloji vəziyyət, enerji keçidi, problemlər, çağırışlar

 

Məqalədə Qlobal iqlim dəyişmələrinin Azərbaycana təsirləri, enerji keçidi, su ehtiyatlarının azalması kimi problemlər araşdırılmışdır. Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə Konvensiyası üzrə müəyyən öhdəlikləri və  Paris İqlim sazişi üzrə İstixana qazı (İXQ)emissiyalarının azalması, enerji keçidini və onun problemləri məqalədə təhlil edilir. Məqalədə bərpa olunan enerji istehsalı sahəsində mövcud vəziyyət və çağırışlar araşdırılmışdır. Daha ətraflı;

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=218

 

2.4. Azərbaycanın kənd yaşayış məntəqələrində tullantıların toplanması və emalının yerli əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi

 

Azərbaycanda tullantıların toplanması, nəqli və emalı bütövlükdə ölkə üçün son dərəcə ciddi problemlərdən biri olsa da, şəhərlərlə müqayisədə kənd yaşayış məntəqələri üçün bu məsələ daha kritik xarakter daşıyır. Belə ki, şəhərlərdə mənzil-kommunal təsərrüfatları fəaliyyət göstərir və bu qurumlar tullantıların toplanması və daşınması üçün həm zəruri texniki imkanlara, həm işçi heyətinə,  sahibdirlər. Kəndlərdə isə vəziyyət tamamilə fərqlidir: rayon (şəhər) mənzil-kommunal təsərrüfatı qurumları kənd ərazilərinə xidmət göstərmir. Bələdiyyələr və icra nümayəndəlikləri bu funksiyanı yerinə yetirmək üçün həm zəruri texniki vasitələrə, həm də maliyyə resurslarına maik olmadıqlarını əsas gətirərək ərazinin tullantılardan təmizlənməsilə bağlı məsələdən yayına bilirlər. Daha ətraflı;

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=219

 

2.5. Elektromobilləşmə sahəsində dövlət siyasəti: Norveç təcrübəsi və Azərbaycan  üçün dərslər

 

İqlim böhranı nəqliyyat sektorunun dekarbonizasiyasını müasir dövrün ən aktual problemlərindən birinə çevirib. 2030-cu ilə qədər dünya əhalisinin 8,5 milyard nəfərə  çatacağı,  bu dövrdə illik sərnişin dövriyyəsinin 50 faiz, qlobal yükdaşıma həcminin isə 70 faiz artacağı proqnozlaşdırılır. Aparılan qiymətləndirmələr göstərir ki, nəqliyyat sektorunun istixana qazları emissiyası son 50 ildə hər hansı digər sektorla müqayisədə daha sürətli artmışdır və əgər heç bir tədbir görülməzsə, 2050-ci ilə qədər bunun həcminin 60 faiz artacağı gözlənilir.

Daha ətraflı: https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=220

 

2.6. İqlim dəyişikliyinə uyğunlaşma üçün hazırlanan planlar: Türkiyə, İsrail və Azərbaycan təcrübəsi

 

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı Qiymətləndirmə Hesabatına əsasən, sənaye inqilabından əvvəlki dövrdən qlobal temperatur təxminən 1,1°C artıb və mövcud tendensiyalar davam edərsə, 2100-cü ilə qədər qlobal istiləşmə təxminən 3°C artacaq. Bu baxımdan son yüzillikdə ənənəvi yanacaqların həddindən artıq istifadəsi, torpaqdan istifadənin sürətlənməsi hazırkı dövrdə iqlim dəyişikliyini bəşəriyyətin üzləşdiyi ən mühüm qlobal problemlərdən birinə çevrib. İqlim dəyişikliyi artıq bütün dünyada ekosistemlərə, iqtisadi sektorlara və insan sağlamlığına bir sıra təsirlər gətirib. IPCC Hesabatında vurğulanır ki, bu gün istixana qazı emissiyasını minimuma endirmək mümkün olsa belə, iqlim dəyişikliyinin qaçılmaz təsirləri hələ uzun müddət davam edəcək. Daha  ətraflı

https://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=221

Hazırlanmış tədqiqat yazıları: Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Ölkədə fəaliyyət göstərən diplomatik korpuslara, QHT koalisiyalarına göndərilmiş,  sosial şəbəkələrdə yayılmış , Təşkilatın saytında (nhmt-az.org ) və Tvitter hesabında yerləşdirilmişdir.

 

Hesabat dövrü ərzində (yanvar 2025-dekabr 2025):

Saytın ümumi ziyarətçi sayı   - 8480

Ümumi səhifə baxışı sayı - 11217

 

3. Monitorinq

 

Monitorinq hesabatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, və s. əsasında hazırlamışdır.

 

3.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti   

Azərbaycan Respublikası Əmək Məcəlləsi (ARƏM)

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi)

 

2025-ci il ərzində ölkənin neft sektorunda  işçilər üçün sağlam və təhllükəsiz iş şəraiti yaradılmaması[1] nəticəsində:

 

Bədbəxt hadisələrin sayı

 

Qrup halında

Bədbəxt hadisələrdən zərər çəkənlərin sayı

 

   Ölənlər

Xəsarət alanlar

       54

         1

        58

       4

         54

 

3.1.1.Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) [2] Baş Ofis;

 

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir[3]

Fəhlə və quluqçuların əmək haqqı ilə, mütəxəssis və rəhbər işilər arasında əmək haqqı arasında kəskin fərqin olması. Üç il əvvəl şirkətdə yalnız rəhbər işçilərin əmək haqqında 52 faiz artım olmuşdur.

- 2025-ci ilin əvvəlindən ARDNŞ üzrə aparılan ixtisar zamanı əksəri  fəhlə kateqoriyasına aid olan işçilər ixtisar olunmuşdur. İxtisarlar yüksək vəzifədə çalışan şəxslərə tədbiq olunmamışdır. Əvəzində rəhbər vəzifədə çalışanların sayı artırılmışdır. Bununla əlaqədar gedən proseslər isə çoxlu sayda ciddi qanun pozuntuları ilə müşahidə olunub.

 

Maddə 21. 3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

 

 ARDNŞ strukturuna daxil olan idarə və müəssisələrdə iqtidar partiyası olan “Yeni Azərbaycan” (YAP) partiyasının özəyi fəaliyyət göstərir. İşçilər məcburi surətdə bu partiyaya üzv olunur. YAP üzvü olan işçilərə məcburi ərizə yazdırılıb onların əmək haqqının 1%-nin YAP hesabına köçürülür.

 

Maddə 45.4[4] (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).

 

ARDNŞ-də işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin  6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər il yüzlərlə “arzuolunmaz” işçi öz iş yerini itirir.

 

Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər) tələblərinin pozulması.

 

ARDNŞ dövlət büdcəsindən maliyyələşmir. Lakin şirkət rəhbərliyi tərəfindən tələb olunan(tərtib olunan) heç bir qanuna əsaslanmayan qərara əsasən şirkət strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə işəgötürən arasında bağlanmış Əmək Müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsi” bölməsinə xüsusi məcburi bənd əlavə olunub. Əlavə olunan “d” bəndinə əsasən “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”. Və işçiyə məcburi imza atdırılır. Lakin ARDNŞ-ın bəzi idarələrində təqaüd yaşına çatan işçilərin təqaüdə çıxarılmasına fərdi qaydada baxılır. Belə ki, əksər işçilər 65 yaşına çatdıqda dərhal işdən azad edilir. Bəziləri (əsasən yüksək vəzifədə çalışan) isə ARDNŞ prezidentinin icazəsi ilə təqdimat əsasında, bəziləri isə təqdimatsız, şəxsi münasibətlərə görə işdə saxlanılır.

 

 Maddə 44.3 (Əmək Müqaviləsinin surətinin işçilərə təqdim edilməməsi)

 

Şirkətin strukturuna daxil olan əksər müəssisələrdə işçi ilə işəgötürən arasında bağlanmış Əmək Müqaviləsinin surəti işçiyə təqdim olunmur.

Könüllü Fəaliyyət haqqında Azərbaycan Respublikası Qanunu maddə 4.4. (Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir) zidd olaraq "SocarVolunteers”yaradıb. 

"Vətəndaşların müraciətləri haqqında[5]" Azərbaycan Respublikasının Qanunu maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) Maddə 10.1. (Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.)

 ARDNŞ strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərin müxtəlif instansiyaya yazdığı şikayət ərizələrini  ARDNŞ İnsan Resuprsları Departament(İRD) birbaşa şikayət olunan vəzifəli şəxsə göndərir. Nəticədə şikayət edən işçi hədə qarxulara məruz qalır.

 

Azərbaycan Respublikasının Konstitutsiyası Maddə 24. 1.

(İnsan ləyaqəti qorunur və ona hörmət edilir.)

Maddə 25. Bərabərlik hüququ ( I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.)

 

ARDNŞ-də aparılan ixtisarlar zamanı 60+ yaşlı işçilərə və 50+yaşlı qadınlara psixoloji təyziqlər olunaraq onlara məcburi işdən azadolunma ərizəsi[6] yazdırılmışdır.

 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 7.1 (Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.)

 

Şirkət  rəhbərliyi yenilənsə də, nepotizm davam edir. Ümumi işçi sayının təqribən 10%-nin qohumluq əlaqələri var. Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur.

 

3.1.2. ARDNŞ strukturuna daxil olan idarə və müəssisələr  

 

Azərbaycan Respublikası Əmək Məcəlləsi (ARƏM)

 

Azneft İstehsalat Birliyi (Azneft İB)

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi)  

 

Fevral ayında hava şəraiti ilə əlaqədar Azneft İB strukturuna daxil olan 28 May adına NQÇİ[7] , Neft Daşları NQÇİ və Abşeronneftin, işçiləri 21 gün  (6 gün artıq) dənizdən sahilə çixarılmayıb. Səbəb isə sahə üzrə məsul şəxslərin səriştəsizliyi olub.Və bununla da işəgötürənlər işçi qarşısında götürdükləri öhdəliyi yerinə yetirməyib və cəzasız qalıblar.

 

18.03.2025 tarixində günorta saatlarında Azneft İB 1 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin (İNM XTİ) qaldırıcı kran maşınısti Zahid Tağıyev iş vaxtı Neft Daşlarının 4-cü mədən ərazisində kran qarışıq dənizə düşərək həlak olub. 

 

01.06.2025-ci il tarixində səhər saat 04:30 da Siyəzənneft NQCI- nin Zeyvə-Zağlı ərazisində Şabran rayon sakini Amixanov Özbək Adəm ogluna məxsus QAZ-53 markalı yük avtomobilinin Zeyvə-Zaglı mədən ərazisindəki quyuları elektiriklə təhciz edən 35 minlik elektirik xəttinə çırpılması neticəsində elektirik xətti qırılaraq avtomobilin üstünə düşmüşdür. Sürücü Amirxanov Özbek Adəm oğlu hadisə yerindəcə dünyasını dəyişmiş , 2 nəfər isə ağır yaralanmışdır.

 

07.08.2025-ci il tarixində Neft Daşları NQÇİ ərazisində balıqçı gəmiləri müşahidə olunub. Dərin Dəniz  Özülləri(DDÖ), Neft Daşları və s. strateji əhəmiyyətli obyektlərə heç bir gəmi, qayıq (bu obyektlərlə müqaviləsi olan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri istisna olmaqla) 500 metrdən artıq yaxınlaşa bilməz. Belə hal müşahidə olunduğu halda həmin gəmi, balıqçı qayıqlarına əvvəl platformadan xüsusi xəbərdarlıq siqnalı verilməli, tabe olmadıqda müvafiq qurumlara təcili məlumat verilməlidir.   

 

Qeyd; şəkillər 07.08.2025-ci il tarixində çəkilib

 

 

Maddə 217 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması (Əmək xəsarətinin gizlədilməsi, qeydə alınmaması):

 

  1. Neft Daşları NQÇİ-nin Mənzil İstismar Sahəsinin zibil daşiyan avtomobili ilə qaldirici kran estakadada toqquşub. Nəticədə zibil daşıyan maşinda olan xanim iscilər xəsarət alib. Toqquşmaya səbəb isə avtokranin əyləc sisteminin nasaz olmasi olub.

Təmirə ehtiyacı olan avtomibildən istifadə daha ağır fəsadlar törədə(məs.yüksək təzyiqli qaz xətlərinə çırpılması) bilərdi. Hadisə gizlədilib heç kim cəzalanmayıb.

 

Maddə 16 (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi)

ARDNŞ tərəfindən  aparılan təşkilatı sağlamlaşdırma tədbirləri çərçivəsində Azneft İB-də  “optimallaşdırma" adlandırilan "sağlamlaşdırma"siyasətinin reallaşdırılması  zamanı Azneft İB -də çalışan 60+ yaşda olan işçilərə psixoloji təzyiq gösətilmiş və nəticədə təqaüd yaşına çatmaqlarına 2-5 il qalmış 500-ə yaxın neftçi ərizə yazıb işdən azad olunublar.[8] Onların yenidən hardasa iş tapması isə ciddi problemdir.  İxtisarlar, xüsusilə 60+ yaşlı işçilərə qarşı göstərilən psixoloji təzyiqlər insan hüquqlarının kobud pozulması, diskriminasiya və insan sağlamlığına qarşı təhdid kimi qiymətləndirilməlidir


 

Nəqliyyatla təminat[9]

 

Azneft İB Dəniz obyeklərində calışan işcilər növbə dəyişməsini Gəmi və Helokoptelərlə həyata keçirilr. Apardığımız müşahidələr və işçilərdən daxil olan şikayətlər sübut edir ki, helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Uçuşlar bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. 28 MAY NQÇİ Dərin Dəniz Özüllərində (DDÖ), 1887 və 2585 saylı SDÖ- də çalışan  işçilər iş yerlərinə helokopter vasitəsi  ilə, Neft Daşları NQCİ  Stasionar Dəniz Özüllərinə (SDÖ), Abşeron NQCİ və Nəriman Nərimanov adına NQCİ SDÖ  kiçik gəmi vasitələri ilə çatdırılır. Qasırğalı havada köhnə gəmilər platformalardakı gəmi yanalma meydançalarına yanaşa bilmirlər. Qeyd olunan problemlər isə işçilərin təhlükəsiz nəqliyyatla təmin olunması üçün problem yaradır və onların həyatı üçün təhlükəlidir. Nəzərə almaq lazımdır ki, DDÖ- və SDÖ-də gəmi yan alma meydançaları su səthindən 3m hündürlükdədir. Bundan əlavə qeyd olunan gəmi yanalma meydançaları gəmiləri yan alıb dayanması üçündür sərnişinlər üçün nəzərdə tutulmayıb.

 

 Azəriqaz İstehsalat Birliyi

 2025-ci ilin əvvəlindən Azəriqaz  İstehsalat Birliyində kütləvi ixtisarlar başlanıb.

 

"Ştatların ixtisarı və işçilərin sayının azaldılması" zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 70 (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) , maddə 71 (Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlə), maddə 77 (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), maddə 78 (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər (maddə 79 (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) və maddə 80 (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar)  pozulması müşahidə olunmuşdur.

 

İşçilər qeyri qanuni imtahanlara[10] cəlb olunmuş, ixtisar zamanı əmək qanunvericiliyinin yuxarıda qeyd olunan  maddələri pozulmuşdur. Məs: Regional Qaz İstismar İdarələrində uzun müddət xadimə işləyən 80 nəfər xadimə qadın imtahan nəticələrinə əsasən işdən azad olunmuşdur. Müəssisədə ştatların ixtisarı[11] deyil, (işçinin tutduğu vəzifə) işçi ixtisar olunmuşdur.Həmin vəzifəyə başqa işçi qəbul olunma halları müşahidə olunmuşdur. Nəticədə çoxlu sayda insan işsiz qalmışdır.

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi)

 

17.08.2025-ci il tarixdə Lənkəran Regional Qaz İstismar İdarəsinin (RQİİ ) Masallı Xidmər Sahəsinə(XS) 104 cağrı mərkəzi tərəfindən 8 sifariş daxil olub. Daxil olan sifarişlər mobil telefon vasitəsiylə icra üçün Masallı XS-nin Qəza Dispetçer xidmətinin növbədə olan çilingəri Sayadulla Əhmədova yönləndirilib. Nəqliyyatla təmin olunmadığı üçün o öz maşını ilə getməyə məcbur olub. Yardımlı rayon ərazisində idarəetməni itirərək qəza törədib və  şəxsi avtomaşın dərəyə yuvarlanıb, Təcili tibbi yardımın dəstəyi ilə xəstə dərhal xəstəxanaya çatdırılıb.

 

Azərkimya İstehsalat Birliyi

 

Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi)

 

Etilen-Polietilen zavodunda 20.05.2025-ci il tarixində partlayış baş verib. 5 nəfər xəsarət alıb. Daha ətraflı əlavə olunmuş videoda:

https://www.facebook.com/nhmt.ib/videos/713494511358259

 

Neft Emalı Zavodu

 

 İl ərzində ARDNŞ idarə və müəssisələrində 50+, 55+, 60+yaş həddində olan (əsasən aşağı vəzifəli) işçilərə mənəvi, psixoloji təzyiqlər ("sağlamlaşdırma" siyasəti) davam edib.

 ARDNŞ Neft Emalı zavodunda şirkətin"sağlamlaşdırma" siyasətinə əsasən zavodun laboratoriyasında çalışan yaşı 55+-olan qadınlara təzyiq olunaraq, heç bir əmrə, sənədə istinad etmədən onlardan işdənçıxma ərizəsi yazmaq tələb olunub. Əks təqdirdə "imtahan" verməli olacaqlarını qeyd edirlər. "İmtahanda" iştirak etməyənlərin kartı (zavoda giriş ) bağlanacaq, "imtahanda" iştirak edib yaxşı nəticə qazanmayanlar da işdən azad ediləcəcəkləri bildirilib.

 

 Neft Kəmərləri İdarəsi

 

 İnzibati Xətalar Məcəlləsi Maddə 193[12]. (İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə)Maddə 310[13]. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət.

 

İdarənin Qaradağ İstehsalat Bölümünün Birləşdirilmiş Neftin Neqli sahəsində çalışan işçilər yazırlar ki, müəssisə onları nəqliyyatla təmin etmir. Gün ərzində işçilər 3(üç) sahəyə xidmət edir. Bir-birindən uzaq olan Binəqədi, Bibiheybət və Lökbatan sahələrinə işçilər öz hesablarına müxtəlif nəqliyyatdan istifadə edərək gedirlər. Onlar deyirlər ki, maaşlarının əsas hissəsi nəqliyyat xərclərinə sərf olunur. Bundan əlavə işçiləri onların vəzifə səlahiyyətlərinə daxil olmayan işləri də görməyə (sahəni təmizləmə, texniki işləri görmə, rəngləmə və s.) məcbur edirlər.

 

Sənaye Təhlükəsizlik İdarəsi (STİ)

 

 Maddə 9 (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları), Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulduğu müşahidə olunub.

 

 İşçilər bildirirlər ki:

 

- onların vəzifə təlimatları ilə heç bir əlaqəsi olmayan məcburi ödənişli (150 AZN)  kurslara ğöndərilir. Və işçilərdən tələb edirlər ki öz hesabına məzuniyyətə çıxıb kurslara getsinlər. Əks təqdirdə işdən azad olunacaqları  bildirilir.

    

- gündəlik təlabət mallarını (Kağız, sabun, yuyucu vasitələr və s) özləri alır. Hər ay işçilərdən idarənin xırda xərcləri üçün fond pulu yığılır.

 

- platformaya gələn su keyfiyyətli və içməli deyil. Sanitar qovşaqları bərbad gündədir. Bu məsələlərlə bağlı mütamadi şikayətlər olsa da, işəgötürən tərəfindən problem həll olunmur.

 

3.1.3. Əməliyyat Şirkətləri və Birgə Müəssisələr

 

Azərbaycan Respublikası Əmək Məcəlləsi (ARƏM)

 

Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.                         

 

Bahar Enerji[14] Əməliyyat şirkəti:

 

Maddə 172. (Əmək haqqının verilməsi müddətləri), Maddə 178.( Əməyin ödənilməsinin təminatları),

İşçilər[15] aylıq əmək haqqını ay ərzində 2-3 dəfəyə verilib

 

Maddə 45.5[16]( Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ) Maddə 9. (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarıMaddə 12.( İşəgötürənin əsas vəzifələri və məsuliyyəti.

 

Əvvəllər işəgötürənlə işçi arasında bağlanmış müvəqqəti Əmək Müqaviləsinin müddəti 5 ilə çatdığı zaman, Əmək Müqaviləsi  işəgötürən tərəfindən daimi müqavilə ilə əvəz olunmayıb.Nəticədə işçilər Müqavilə müddətinin qurtarması ilə əlaqədar işdən azad olunur.    .

 

SOCAR AQŞ” MMC [17]

 

Maddə 172. 5. (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.)

İl ərzində işçilər aylıq əmək  mütamadi olaraq gecikdirilmişdir. Bəzən iki-üç ay (oktyabr-noyabr) gecikmə müşahidə edilmişdir.

 

Maddə 178. 1. (İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.)

Bununla əlaqədar işçilərə heç bir izahat verilməmiş və və şəgötürənə heç bir cəza tədbiri tədbiq olunmamışdır

 

Dəniz özüllərində çalışan işçilərini hələ də 21 günlük iş qrafiki( pandemeya zamanında olduğu kimi) ilə işlətməkdə davam edir. Növbə üsulu ilə işləyən işçilər, aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin iş saatlarının həddən çox olması, işçilərin dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinə ziddir.

 Fevral ayında işçilər (7-ci Platforma) 28 gün  dənizdə qalıb növbə dəyişdirilməyib[18]. Və işçilər yeməklə təmin olunmayıblar.

 

Nəticə

 

Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti  üzrə aparılan müstəqil  Monitorinq nəticələri göstərir ki,  İşçi öz hüquq və vəzifələrini kifayət qədər bilmir,  əksər hallarda isə iş yerini itirmək qorxusu  işçilərin şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

 

İdarə və Müəssisələrdə  ölkənin əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 309) Lakin İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan  həmkarlar təşkilatları müstəqil deyil, işəgötürənin  qeyri rəsmi strukturuna çevrilib. İşçilərin müstəqil həmkarlar təşkilatlarının yaradılmasına işəgötürənlər tərəfindən maneçilik törədilir. Mövcud  həmkarlar təşkilatının üzvülüyündən çıxmaq istəyən işçi işəgötürən tərəfindən təzyiqlərə məruz qalır.

 

Hüquqi yardım üçün NHMT İB-ə müraciət edən çoxlu sayda işçinn bildirdiyinə görə 2025-ci ildə  ildə ARDNŞ və onun tərəfdaşları tərəfindən aparılan struktur dəyişikliyi  ilə əlaqədar iş yerlərinin ləğvi və kütləvi ixtisarı zamanı işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulma  hallarına həmkarlar təşkilatları tərəfindən heç bir etiraz bildirilməmiş və əmək hüquqları pozulan işçilərə  hüquqi yardım olunmamışdır.

 

Dövlət Əmək Müfəttişliyi Xidməti:

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Dövlət  Əmək  Müfəttişliyi Xidməti-əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

Hesabat dövrü ərzində əmək qanunvericiliyini pozduğu üçün hasilat sənayesində fəaliyyət göstərən hansısa bir işəgötürənin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən, cəzalandırıldığını müşahidə edilməyib.[19]

Təşkilatımızın uzun müddətli (30 il) fəaliyyəti zamanı (nhmt-az.org) apardığı monitorinq və qiymətləndirmələr, İllik Hesabatlar sübut edir ki, zaman zaman ölkənin Əmək qanunvericiliyini mütamadi pozan və həmin qanun pozuntuları nəticəsində sağlamlığa vurulan ziyana, bəzən ölüm hadisələrinə də səbəb olan əməllər törədən vəzifəli şəxsə (şəxslərə) aşağıda qeyd olunan maddələrin tədbiq olunduğu müşahidə olunmayıb. Bəzi hallarda isə belə şəxslərin daha yüksək vəzifəyə irəli çəkilməyi müşahidə olunub. Məhz buna görə də ölkənin hasilat sənayesində işçi hüquqlarının pozulması davam edir:

 

Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət

Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti

Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət 

Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti

Azərbaycan Respublikasının  Əmək və Mülki Məcəlləsində nəzərdə tutulan qaydada - maddi məsuliyyətə,

Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada - inzibati məsuliyyətə,

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada - cinayət məsuliyyətinə cəlb olunmamasıdır.

 

3.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri [20]

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29  Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkədə ekoloji çirklənməsini azaldılmasına çiddi diqqət yetirilir. Monitorinqlər zamanı neft hasilatı zamanı əmələ gələn lay sularının , digər mexaniki qarışıqlar və zəhərli maddələrin ( quyuların əsaslı təmiri zamanı əmələ gələn zəhərli qarışıqlar, qaz xətlərinə yığılmış mayelər və həmin xəttin donmaması üçün ona vurulan zəhərli metanol, əmtəə neftin lay sularından tam ayrılması üçün ona vurulan zəhərli alkon və s. ) neft yığım çənlərindən və digər yerlərdən birbaşa dənizə axıdıldığı əvvəlki illərdən  nisbətən az müşahidə olunmuşdur.

 

Dənizdə nefti sahilə nəql edən xəttin normadan artıq yüklənməsi nəticəsində 31.01.2025-ci ildə Neft Daşlari və Günəşli yatağından nefti sahilə nəql edən Dubəndi sahəsinə gedən 20” xətt deşilmişdir. Bununla paralel  həmin 20” xətt dənizdə də deşilib . Dübəndiyə yaxın sahədə sızma aradan qaldırılmış, lakin 1000m3 yaxın neft  dənizə axmışdır.

 

Neft Emalı Zavodunun neft emalı proseslərində havanım çirkləndirməsi müşahidə olunmuşdur. Zavod əhalinin kompakt yaşadığı ərazidə yerləşdiyindən,tək havanı yox,insan orqanizmini də çirkləndirir

  

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi hər kəsin sağlam mühitdə yaşamaq hüququnu təsbit edir.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və ya qısaca COP29 — BMT-nin iqlim dəyişmələri konfranslarının 11–22 noyabr 2024-cü il Bakıda keçirilən ərəfədə Neftayırma zavodunun ətraf mühitə atdığı zərərli maddələr (tüstü, pis qoxu) müvəqqəti dayandırılsa da bir neçə müddətdir ki yenidən davam edir.Hər gün səhərə yaxın, səhər saat 8-10 , saat 3-5 fakellər vasitəsilə pis qoxu,tüstü ətrafı zəhərləməkdə davam edir və ərazidə yerləşən iş yerlərindəki işçilərin, ərazidə(UPD,NZS) yaşayan əhalinin sağlamlığına ciddi ziyan vurur. Hər gün zavoddan yayılan kəsif iydən nəfəs alma çətinləşir. Kəsif iy bəzən Nizami rayonu ərazisində də hiss olunur. Davam edən bu problemin qarşısı isə nədənsə(?) alınmır. Zavod cərimələnir, cəriməni şirkət ödəyir,yaxud heç ödəmir, günahkar isə cəzasız qalır, problem həllini tapmır, proses isə davam edir.

 

Qeyd: Aldığım məlumatda isə qeyd olunur ki, əvvəllər 3-4 saatdan bir labarotoriya analizləri aparılırdı. Ancaq indi bu analizlər 7-8 saatdan bir olunur. Və zavodda Azərbaycan nefti ilə bərabər keyfiyyətcə Azərbaycan neftindən fərqlənən həm də Qazaxstan və Başqırdıstan neft də emal olunur və ətraf mühiti çirkləndirən məhz həmin neftlərdir.

 

12.07.2025. Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində SOCAR Etien -Polietilen zavodu tərəfindən havanın çirkləndirilməsi müşahidə olunmuşdur. Qəsəbədə 40 000-əhali yaşayır.

 

29.12.2025. Sumqayıt şəhəri, Azəriqaz İB məxsus qaz kəmərindən ətrafa təzyiqlə qaz sızması müşahidə olunub.

 

 Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkət, idarə və müəssisələrin ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar NHMT İB tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş sorğuya cavab olara  bildirilmişdir[21] ki:

 Nazirliyin regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən 2025-ci il ərzində aparılmış araşdırmalar zamanı ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı “İnzibati xəta haqqında Protokol”lar tərtib edilərək, “Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin sahə rəisinə vəzifəli şəxs qismində cərimə tətbiq olunmuş, İstehsalat Birliyinin isə hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.

 

Pirəbədil meşəbəyliyinin ərazisində SOCAR-a məxsus ağır texnika vasitəsilə “Azneft” İstehsalat Birliyinin “Zağlı-Zeyvə” Hava Elektrik Verilişi Xətlərinin köçürülməsi zamanı müxtəlif diametrli və cinsli ağac və kolların torpağın üst münbit qatı ilə birlikdə götürülməsi, həmçinin məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığına görə faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

 

Eyni zamanda Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-cil tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” və 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarlarının tələblərinə uyğun olaraq tullantıların ətraf mühitə atılması, axıdılması, yerləşdirilməsinə görə “Shirvan Operating Company”, “Salyan OİL” LTD, “Neftchala Operating Company” LTD və “Karasu Operating Company” tərəfindən ödənişlərin “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na köçürülməsi təmin edilmişdir.

 

4. Hüququi yardım

 

Hesabat dövrü (yanvar-dekabr) ərzində Azərbaycan Respublikasının hasilat sənayesində çalışan təqribən 3000 nəfər, digər sahələrdə çalışan 400 nəfərə, ümumimilikdə isə 3400 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir.

 

4.1. Marifləndirmə məlumatlandırma

 

Hesabat dövrü ərzində Bakıda, təşkilatın ofisində gündəlik hüquqi yardım təşkil olunub. Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığından müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır.[22]  Hüquqi yardımlar ictimai qəbullar, marifləndirmə, məlumatlandırma və s. vasitəsilə olunmuşdur.

 

Daha çox insanın, hüquqi yardımdan faydalanması üçün aşağıdakı imkanlardan da istifadə olunmuşdur:

- Təşkilatın saytı vasitəsilə (nhmt-az.org)

- Telefon internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi)

 

- Sosial şəbəkələr vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilmişdir, ölkənin əmək qanunvericiliyi haqqında izahlı məlumatlandırılma aparılmışdır. Bu səhifələrdən yalnız neftçilər deyil,  çoxlu sayda insan bəhrələnə bilir:

 

Təşkilatın FB səhifəsi https://www.facebook.com/profile.php?id=100064825655336

Təşkilat hüquqşünasının FB səhifəsi https://www.facebook.com/azer.quliyev.1656     

Təşkilat rəhbərinin FB səhifəsi: https://www.facebook.com/nhmt.ib/

 

4.2. İctimai qəbullar

 

Ölkənin beş regionunda hüquqi yardımlar təşkil olunub. İctimai qəbullar peşəkar hüquqşünaslar tərəfindən aparılmışdır. Hüquqi yardım fəaliyyəti çərçivəsində Cəlilabad, Masallı, Şirvan, Uçar, Neftçala rayonlanda 70 nəfər vətəndaşa hüquqi məsləhətlər verilmişdir. Qanuni hüquqlarının müdafiəsi üçün müvafiq qurumlara  ərizə və şikayətlərin tərtib olunması üçün köməklik olunmuşdur.

 

 4.3. Məhkəmə vasitəsilə hüquqi yardım

 

Təşkilat tərəfindən: nümayəndə kimi təmsil olunmaqla Məhkəmə və Mediasiyada: Üçüncü şəxs, iddiaçı və cavabdehin nümayəndəsi kimi təmsil olunmaqla İddia ərizələri, Şikayətlər, Vəsatətlər, Etirazlar, Apellyasiya və Kassasiya şikayətlərinin və sair sənədlərin tərtibində göstərilmiş və hüquqi məsləhətlər verilmişdir.  

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqi yardımı ilə  57 iddia  ərizəsi ilə məhkəməyə müraciət  etmişdir. Onlardan  25  nəfərin iddia ərizəsi təmin olunmuşdur. Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur.  

Məhkəmələrə müraciət edilən iddia ərizələrinin predmetləri:

 İşə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi, əlilliyin müəyyən olunası, diplomun tanınması, əmək haqqının ödənilməsi, mülkiyyət hüquqnun bərpası, pensiya təyin olunması və s.

 

  İddia    ərizələri

Rayon və İnzibati məhkəmələr

Bakı  Apellyasiya Məhkəməsi

Azərbycan   RespublikasınınAli Məhkəməsi

Cəm

Təmin  olunan

iddia        ərizələri

12ərizə

7ərizə

6 ərizə

25 ərizə

Təmin olunmayn iddia ərizələri

3 ərizə

 

 

3ərizə

Davam edən  məhkəmə prosesi

10 ərizə

15ərizə

04 ərizə

29 ərizə

Cəm

25 ərizə

22 ərizə

10 ərizə

57 ərizə

 

Aparılan monitorinq,hüquqi yardımlar,ictimai qəbullar və s. nəticəsində belə bir qənaətə gəlindi ki:

Hüquqi yardımın institusional təsisatlarının zəif olması  vətəndaşların hüquqdan istifadə imkanlarını məhdudlaşdırır. Nümayəndəlik institutunun məhdudlaşdırılması ilə hüquq müdafiəçilərinin sayı kəskin şəkildə azalmış və hüquqların müdafiəsi risk altına düşmüşdür. Nümayəndəlik institutunun ləğvi edilməsi və vəkil sayının azlığı hüquqi yardım xidmətinin bir qədər də bahalaşmasına səbəb olur Vəkillər Kollegiyasının məlumatına görə 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. https://barassociation.az/news/1887

 

Qarşıya çıxan problemlərin  təhlili də göstərdi ki  Dövlət hesabına hüquqi yardımın vahid prinsipləri, forma və mexanizmləri, hədəflədiyi ehtiyac qrupunun dəqiqləşdirilməsi, aid edildiyi hüquqi sferaların genişləndirilməsi və bu sahədə idarəetmənin və keyfiyyətə nəzarətin normalarını təsbit edən ayrıca qanunun qəbuluna  ciddi zərurət vardır. Eyni zamanda vəkillərin regionlarda fəaliyyətini təşviq etmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir.

 

Nəticə:

- Hüquqi yardım üzrə qanunvericilik vətəndaşların ədalətə çıxışını və keyfiyyətli hüquqi yardım alamaq imkanlarını tam təmin etmir.

- Vətəndaşlar arasında hüquqi müdafiə prosedurları və mexanizmləri ilə bağlı məlumatlılıq səviyyəsi çox aşağıdır.

- Qanunvericiliklə nəzərdə tutlmuş dövlət hesabına hüquqi yardımın göstərildiyi sahələr xeyli məhduddur.

- Hüquqi yardım göstərən təsisatların (vəkil büroları, hüquq məslətxanaları və klinikaları, hüquq müdafiəsi ilə məşgul olan QHT-rının) sayı və onların bazaları təlabata nisbətən xeyli zəifdir.

- Aztəminatlı şəxslər və digər həssas qrupların dövlət hesabına hüquqi yardıma çatımlılığı və bu hüququ olan şəxslərin dairəsi konkret göstərilməyib.

 

Tövsiyələr

- Pulsuz Hüquqi yardım haqqında qanun  qəbul edilməli və bu hüququn bütün sahələrində dövlət hesabına hüquqi yardım xidmətinin tətbiqini nəzərdə tutmalıdır.

- Regionlarda fəaliyyət göstərən vəkillər, vəkil bürolarının sayı artırılmalı və bütün region əhalisi üçün hüquqi yardımın əlçatanlığı təmin olunmalıdır.

- Dövlət hesabına hüquqi yardım işlərində vəkillər təyin edilərkən onların peşəkarlığı ixtisaslaşması nəzərə alınmalıdır.

- Ödənişsiz hüquqi yardımın təyin edilməsi qaydaları və belə yardımdan faydalanacaq şəxslərin dairəsinin konkretləşdirilməsi və genişləndirilməsinə zərurət var.

- Universitetlərdə Hüquqşünaslıq ixtisası üzrə qəbul sayı çoxaldılmalıdır.

 

Hazırladı

NHMT İB  ekspert qrupu


[1] DƏMX-nin 29.01.2026-cı il tarixli, 3-17-5/2-13185/2026 saylı məktub.

[2] Qeyd olunan qanun pozuntuları birbaşa SOCAR rəhbərliyinin tapşırığı əsasında reallaşdırılır.

[3] İşçilərin hüquqlarının bərpası ilə əlaqədar: Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ombudsmanına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və sair orqanlar yazılı Ərizələrlə müraciət olunmuşdur.

[4] Bu maddəyə “əlavə və dəyişikliklərin” olunması ilə əlaqadar NHMT tərəfindən Parlamentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.NHMT “Təklifi” nazirliyin parlamentə verdiyi Təkliflər paketinə salınsa da Parlament təklifin qəbulunu ləngidir.Ona görə ki,Parlamenti 80%-i işəgötürəndir.

[5] Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Təssüf ki, praktikada bu Qanunun tələblərinə əməl etməyən vətəndaşların müraciətlərinə qanunla nəzərdə tutulan qayda cavab verməyən, formal cavab verən, ümumiyyətlə cavab verməyən və ya müraciətlərə baxıb cavab verilməsi üçün şikayət edilən müəssisəyə və ya vəzifəli şəxsə göndərən heç bir vəzifəli şəxsin məsuliyyətə cəlb  olunmur.

[6] ARDNŞ hesabatlarında isə bu say könüllü işdənçıxa kimi qeyd olunur.

[7] Təşkilat tərəfindən sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra  neftçilər helikopterlə təmin olundular.

[8] Könüllü işdənçıxma ərizəsi yazmaq istəməyən işçilər “imtahanla” hədələnib.Və onlara bildirilib ki,imtahan verə bilməyən işçilər heç bir kompensasiya almadan işdən azad olunacaqlar.

[9] Problemin həlli üçün FROG-9 Addendum qurğusunun alınması üçün vəsait xərclənsə də ,tədbiqi effekt vermədi FROG-9 Addendum qurğusunu Azneft İB Dəniz obyeklərində quraşdırmışdır təssüflər olsunki bu günkü günə qədər istifadə olunmamış və effekt verməmişdir. Nəqliyyatla( köhnə gəmilərin və texniki cəhətdən nasaz vertalyoyların təzəsi ilə əvəz olunmasına) təminata məsul SOCAR-dır.

[10] Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. .İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu zaman işçilərin peşəkarlığı imtahan yolu ilə deyil, işçinin bu günə qədər olan əmək funksiyası və vəzifələrinin yerinə yetirilməsi ilə müəyyən edilir. İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarında cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Bu hal isə yalnız Məcəllənin 65-ci maddəsi ilə tənzimlənə bilər.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

[11] Əgər istənilən səbəbdən, eyni müəssisədə, hətta struktur dəyişikliyi zamanı belə işçinin ştatı saxlanılırsa, bu əsasla əmək müqaviləsi ləğv edilə bilməz. Ştatı ləğv olunan işçi bu əsasla işdən azad oluna bilər, ştatı saxlanılan işçi isə işdə saxlanılmalıdır.

[12] Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

[13] İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

[14] “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkinsdir.

[15] İşçilər müxtəlif zamanlarda dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidməti-nə müraciət etsələr də qurum həmişəki kimi ölkəmin əmək qanunvericiliyini pozan işəgötürəni cəzalandırmır (ARƏM maddə 15.)

[16] Bahar Enerji  Əməliyyat Şirkəti (prezidenti Con Harkins) uzun illər, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozub və cəzasız qalıb. Sentyabr ayında olan kadr dəyişikliyi nəticəsində Şirkətə təyin olunan Anar Əliyev də vəzifəsinə əmək qanunvericiliyini pozmaqla başlayıb.  

[17] Qeyd: SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77%, Abşeron Qazma MMC -12.85% )

[18] Problem ictimailəşdirildikdən sonra işçilər nəqliyyatla təmin olunub.

[19] DƏMX-nin tarixli 29" yauar 2026-il saylı № 3-11-5/2-13185/2026 Məktubu

[20] Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

[21] Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  tarixli 22.01.2026,  saylı № 3-14-17 / 2-024 / 2026 məktubu

[22]  Faktiki olaraq hüquqi yardım göstərilən şəxslər  daha çoxdur. Müraciət edənlərdən çox hissəsi qorxudan və ya digər səbəblərdən adlaını bildirmək istəmirlər, bildirdikdə isə açıqlanmasını istəmirlər