NHMT - Cənubi Qafqazda İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi (İHTQ) üçün Təlimat kitabçası

Cənubi Qafqazda İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi (İHTQ) üçün Təlimat kitabçası

Cənubi Qafqazda İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi (İHTQ) üçün Təlimat kitabçası

 

Giriş

 

Alətlər toplusunun məqsədi Cənubi Qafqazda İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi (İHTQ) üçün nəzəri əsası təqdim etməkdir. Toplu müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarını İHTQ, onun faydaları və formaları barədə məlumatlandırmaq üçün nəzərdə tutulmuşdur. Həmçinin, biz, Cənubi Qafqaz ölkələri üçün potensial bələdçi rolunu oynaya biləcək icma əsaslı İHTQ-ni vurğulamağa cəhd edirik.

 

İHTQ nədir?

 

İHTQ siyasətlər, qanunvericilik, proqramlar və layihələrin insan hüquqlarına təsirini müəyyənləşdirmək məqsədilə onları təhlil etmək üçün bir alətdir. İHTQ “layihə, siyasət yaxud müdaxilə insan hüquqlarına necə təsir edir?” sualına məntiqi və hərtərəfli cavab verir. Onun məqsədi mənfi təsirlərin qarşısını almaq və müsbət təsirləri çoxaltmağa yardım etməkdir. O, insan hüquqlarının bir sıra qanuni və siyasi müstəvidə operativliyini təmin etmək baxımından əhəmiyyətli rol oynayır. İHTQ sistematik insan hüquqları metodologiyası üçün strukturu təmin edir və bir sıra müdaxilələrin insan hüquqlarına və əksinə, insan hüquqları ilə digər sektor və sahələrin geniş spektri arasında çoxtərəfli uyğunluğun təsirinin izahını təkmilləşdirməyə kömək edir. İHTQ çoxlu sayda insan hüquqlarına təsiri təhlil edə bilir ki, bu da insan hüquqları konseptini homogenlikdən uzaqlaşdıra bilər.

 

Dövlət siyasətinin nəzərdən qaçmış insan hüquqları təsirlərinə diqqəti cəlb etməklə və ya insan hüquqlarını qərar qəbuletmə prosesinə cəlb etməklə, İHTQ bu siyasətlərin formalaşdırılması prosesinə dəstək verə bilir. O, siyasət seçimlərinə nüfuz edilməsi, ictimaiyyətin dövlət siyasətlərinin formalaşdırılması və monitorinqində iştirakı və bu siyasətlər barədə cavabdehliyin, genderlər/yaxud sosial-iqtisadi təbəqələr arasında bərabərliyə yönəlmiş təhsil siyasəti təşəbbüslərinin gücləndirilməsinə kömək edə bilir.

 

İHTQ-nin əksəriyyəti əsas məqsədi insan hüquqları olmayan, lakin insan hüquqlarına, xüsusilə icra mərhələsində öncədən planlaşdırılmayan və müsbət təsir göstərə biləcək ticarət axınının artırılması, inkişafa yardım yaxud bənd tikintisi kimi siyasət yaxud layihələrə yönəlib.

 

İHTQ təklif edilmiş siyasət yaxud layihənin insan hüquqları ilə əlaqəsinin hazırlıq mərhələsində aydın olmadığı hallarda xüsusilə faydalıdır. İHTQ-nin əlavə dəyəri onun insan hüquqlarına təsir barədə cavabdehliyi genişləndirmək bacarığıdır.

 

Dövlətlərin insan hüquqları üzrə hüquqi öhdəliklərinə əsaslandığı üçün, İHTQ bağlı olduğu qanuni çərçivələr vasitəsilə cavabdehliyi təşviq edir. Bu, “hüquq sahibləri” və “öhdəlik sahibləri” layihəsinin dilini və əhəmiyyətini dəyişir və İHTQ-nin əlavə güc və əhəmiyyətindən irəli gələn tövsiyə verir. İnsan hüquqları sahəsində problemlərlə öhdəliklərin qarşılıqlı əlaqəsini vurğulamaqla, İHTQ geniş miqyasda hüquqlara müdaxilənin təsirlərinə müfəssəl qiymətləndirmə təklif edir.

 

İHTQ-nin əlavə dəyəri

 

İHTQ təsir qiymətləndirmələrinin dayanıqlı təcrübə yaradan və bir çox ölkədə siyasət, layihə və proqramları qiymətləndirmək məqsədilə mütəmadi həyata keçirilən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və Sosial Təsir Qiymətləndirməsi (STQ) kimi digər növlərindən yaranmışdır. Bu 2 qiymətləndirmənin ex-ante olmasına baxmayaraq, bu günə qədər İHTQ-nin əksəriyyəti ex-post olmuşdur.

 

İHTQ dövlətlərin beynəlxalq sazişləri ratifikasiya etməklə könüllü qəbul etdiyi insan hüquqları barədə məcburi beynəlxalq hüququn normativ çərçivələrinə əsaslanır. İnsan hüquqları çərçivəsi mahiyyət və proses baxımından insan hüquqlarına uyğun olan siyasət yaxud layihənin müəyyənləşdirilməsini tələb edir. İnsan hüquqlarının dünyanın bir çox yerində sosial ədalət iddiaları üçün dominant dilə çevrildiyi üçün, insan hüquqları barədə beynəlxalq hüququn normativ çərçivəsinin qiymətləndirmənin əsas standartı kimi tətbiqi əxlaqi qanunilik və hüquqi məsuliyyəti təşviq edir. Bu, tövsiyələrə unikal əhəmiyyət və güc verir və qəbul edilə bilən güzəştləri məhdudlaşdıra bilər.

 

İHTQ insan hüquqlarına, başqa sözlə hüquqi məcburi çərçivəyə əsaslanır. İnsan hüquqları güclü normativ konsensusdan qaynaqlanır və onların prinsipləri çoxlu sayda məcburi beynəlxalq sazişlərlə razılaşdırılır. İnsan hüquqlarının gücü və universallığı İHTQ-nin əsas üstünlüklərindən biridir.

 

Hər hansı bir siyasətin xüsusilə həssas insanlara təsirini tam dəyərləndirmək üçün bərabərlik və diskriminasiyaya məruz qalmama kimi fundamental insan hüquqları prinsipləri məlumatların gender, etnik mənsubiyyət və bölgələrə əsasən təfərrüatlı olaraq dəqiqləşdirilməsini tələb edir. Bu, insan hüququna əsaslanan perspektivin fərqləndirici cəhətidir və digər yanaşmalar bunu demək olar ki, ehtiva etmir. Ona görə də, İHTQ məxsusi hədəf qruplarına yönəlmiş daha dərin təhlilə imkan yaradır.

 

İnsan hüquqları perspektivi daha təfərrüatlı qiymətləndirməyə imkan verir və digər təsir qiymətləndirmələri tərəfindən nəzərdən qaçırılmış ola biləcək hüquqları ehtiva edir, məsələn, ifadə azadlığı. İHTQ geniş formada reallaşdırılır və beynəlxalq səviyyədə razılaşdırılmış bütün insan hüquqlarını qiymətləndirir. STQ-nin əksinə, İHTQ əvvəlcədən müəyyənləşdirilmiş insan hüquqları ilə məhdudlaşmır, amma açıq və daha çevik metodologiya qəbul edir.

 

İHTQ hüquq sahiblərinin səlahiyyətləndirilməsi və sahibliyinə xüsusi əhəmiyyət verir. Onlar passiv subyekt kimi qəbul edilmir, qiymətləndirmədə tam iştirak etməyə ruhlandırılır. STQ-dən fərqli olaraq, İHTQ gücsüzlərin səsini dinləyir; insan hüquqları çərçivəsində yalnız hakimiyyət perspektivlərinə etibar etmək kifayət etmir.

 

İHTQ digər təsir qiymətləndirmələrinə cəlb edilməmiş ola bilən geniş miqyasda insan hüquqları iştirakçılarını birləşdirir. O, vətəndaş cəmiyyəti fəalları, dövlətlərarası qurumlar, məhkəmə, kvazi-məhkəmə və ekspert mexanizmləri, həmçinin tribunalların daxil olduğu ölkələrarası insan hüquqları şəbəkələrini önə çəkir. Bu isə problemi daha geniş auditoriyaya çatdırmağı təmin edir və beləliklə, İHTQ demokratik cavabdehliyi və iştirakı gücləndirir.

 

İHTQ universal və müfəssəldir və iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqları ehtiva edən hüquqi çərçivəyə əsaslanan iqtisadi, sosial, mədəni, mülki və siyasi aspektləri nəzərdə tutur. İnsan hüquqları çərçivəsində bu hüquqların bir-birindən asılı və bir-birinə bağlı olması qiymətləndirmə prosesində sektorlararası yanaşmanı möhkəmləndirir.

 

İHTQ-nin bu cəhəti beynəlxalq siyasət uzlaşdırılmasının təşviqatı da daxil olmaqla insan hüquqları üçün xüsusi münasibliyi olan daha geniş məqsədləri irəli çəkə bilər.

 

Hansı insan hüquqları qiymətləndirilir?

 

Təsirə məruz qalan potensial insan hüquqları hansılardır sualı qiymətləndirilən siyasətin təbiətindən asılıdır. Ticarət sazişlərinin ölkədəki insan hüquqlarının vəziyyətinə təsirləri sülhyaratma layihəsinin təsirlərindən tamamilə fərqlidir. Lakin keçmiş İHTQ təcrübəsi göstərdi ki, iqtisadi, sosial və mədəni (İSM) hüquqlar xüsusi diqqət çəkərkən, mülki və siyasi (MS) hüquqların əhəmiyyəti daha az oldu. İSM hüquqlara sağlamlıq, su, təhsil, yemək və iş hüququ daxildir. Onların İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Sazişdə açıq şəkildə göstərilməsinə baxmayaraq, MS hüquqları ilə müqayisədə çox vaxt onlar dövlətlər tərəfindən ikinci dərəcəli öhdəliklər kimi qəbul edilir.

 

Həyata keçirilmiş İHTQ-nin əksəriyyəti əsas məqsədi insan hüquqları olmayan, lakin insan hüquqlarına, xüsusilə icra mərhələsində öncədən planlaşdırılmayan müsbət təsir göstərə biləcək ticarət axınının çoxaldılması, inkişafa yardım yaxud geniş infrastruktur tikintisi kimi siyasət yaxud layihələrə yönəlib. Çünki, İHTQ təklif edilmiş siyasət yaxud layihənin insan hüquqları ilə əlaqəsinin hazırlıq mərhələsində aydın olmadığı hallarda xüsusilə faydalıdır. 

  

Müxtəlif araşdırmalar göstərir ki, enerji inkişafı və azad ticarət kimi siyasətlər insan hüquqlarının vəziyyətinə təsir edə bilər: məsələn, sağlamlıq hüququ tez-tez Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında Sazişdə təsbit edilmiş əqli mülkiyyət müddəaları tərəfindən təhdidə məruz qalmış hesab edilir; su və təhsil hüququ Xidmətlərin ticarəti haqqında Əsas Sazişin təsirinə məruz qala bilər; Kənd təsərrüfatı haqqında Saziş yemək hüququnu, ticarətin liberallaşdırılması isə işləmək hüququnu məhdudlaşdıra bilər.

 

Cədvəl 1: Təsirə məruz qalan potensial insan hüquqları (nümunələr)

 

Əmək

Rifah/Sosial/Ətraf mühit

Siyasi

İşləmək hüququ

Yaşamaq hüququ

Azadlıq hüququ

Əlverişli şəraitdə işləmək hüququ

Sağlamlıq hüququ

Əsassız həbsdən azadlıq

Ədalətli mükafatlandırılma hüququ

Yetərli su təminatı hüququ

Təhqiredici rəftar və işgəncədən azadlıq

İstismar edici əməkdən azadlıq

Təmiz ətraf mühit hüququ

Fikir azadlığı

Uşaq əməyi

Yetərli həyat standartı hüququ

Din azadlığı

Məcburi əməkdən azadlıq

Yemək hüququ

İfadə azadlığı

Bərabər əməyə görə bərabər ödəniş

Təhsil hüququ

Toplaşmaq azadlığı

 

Mənzil hüququ

Şəxsin təhlükəsizlik hüququ

Həmkarlar İttifaqına aid olmaq hüququ

İcmanın mədəni həyatında iştirak hüququ

Birləşmək azadlığı

Tətil hüququ

Yaşamaq azadlığı

Diskriminasiyaya məruz qalmama

 

Və siyahı davam edir

 

İHTQ-nin növləri

 

İHTQ-nin bir növü yoxdur. Qiymətləndirilən tədbirin növü, qiymətləndirmənin xarakteri, zamanı, qiymətləndirilən məlumat və qiymətləndirməni icra edən tərəf kimi bir sıra faktorlar sayəsində çoxlu qimətləndirmələr yaranıb.

 

Qiymətləndirmənin məqsədindən asılı olaraq, İHTQ qanunvericilik, dövlət siyasəti, biznes layihəsi yaxud proqramının təsirini qiymətləndirmək üçün istifadə oluna bilər.

 

Qiymətləndirmə insan hüququ öhdəliyinin müəyyən bir növünü yaxud xüsusi bir qrupa olan təsiri (məsələn, uşaqlar, qadınlar, etnik azlıqlar) və ya  hər hansı bir məsələni (ətraf mühit, səhiyyə, təhsil) və yaxud bir proqramın insan hüquqlarına olan təsirini araşdıra bilər. Qiymətləndirmə prosesi və metodologiyası qiymətləndirilən tədbirin və onun səbəb olduğu insan hüquqları öhdəliyinin xarakterindən asılı olaraq dəyişə bilər.

 

İstənilən təsir qiymətləndirməsinin əsas elementi qiymətləndirilən siyasət, proqram yaxud layihənin vaxtının təyin edilməsidir. İHTQ ex-ante və ya ex-post ola bilər. Ex-ante təsir qiymətləndirməsi müdaxilə baş verməzdən əvvəl başlayır və belə müdaxilələrin insan hüquqları, ətraf mühit, sosial yaxud səhiyyə məsələlərinə potensial gələcək təsirini müəyyən edir (onun İHTQ, ƏMTQ, STQ yaxud səhiyyə təsir qiymətləndirməsi olmasından asılı olaraq). Rəhbər orqanlar və biznes müəssisələrinə insan hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə siyasət, proqram yaxud layihəni nizamlamaq və ya dəyişdirmək imkanı verməklə, ex-ante İHTQ siyasətin işlənib hazırlanmasını təkmilləşdirə bilər. Nəticə və tövsiyələrin siyasət və ya müdaxilənin formalaşdırılması zamanı nəzərə alınması üçün, onlar hazırlanma prosesinin mümkün olan ən ilkin mərhələsində həyata keçirilməlidir.

 

Ex-post təsir qiymətləndirməsi icra edilmiş siyasət, proqram yaxud layihənin faktiki təsirini müəyyən edir. Cari vəziyyət müdaxilədən yaxud siyasətin qəbul edilməsindən əvvəlki vəziyyətlə müqayisə olunur. Ex-post İHTQ müstəqil icra oluna bilər və yaxud ex-ante İHTQ-nin qiymətləndirmə mərhələsini təşkil edə bilər.

 

ƏMTQ və STQ ex-ante qiymətləndirmədir. Ex-ante komponent təsir qiymətləndirmələrinin xeyli anlayışlarının əsas elementi kimi daxil edilir. Təhlil edilmiş İHTQ-nin əksəriyyəti ex-post qiymətləndirmə olmuşdur. Qiymətləndirmənin vaxtının təyin olunmasına təsir edən faktorlardan biri onu həyata keçirən tərəfin müəyyən edilməsidir. Vətəndaş cəmiyyəti təşkilatları (VCT) tərəfindən icra edilmiş İHTQ-nin böyük əksəriyyəti ex-post qiymətləndirmə olmuşdur. Bu, onunla əlaqədar ola bilər ki, hökumət yaxud şirkətin siyasət və ya layihəsi təsdiq olunmazdan əvvəl onlar barədə dəqiq və hərtərəfli məlumatı qiymətləndirərkən VCT-lər çətinliklərlə qarşılaşırlar və onların ex-ante İHTQ-ni həyata keçirmə qabiliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşa bilər. VCT-lər icra edilməkdə olan yaxud keçmiş siyasət və ya layihələrin qiymətləndirilməsini də məharətlə həyata keçirə bilərlər. Çünki, bu, insan hüquqları QHT-lərinin on illərdir gerçəkləşdirdiyi insan hüquqları monitorinqi və tədqiqatına bənzəyir.

 

İHTQ mərhələləri

 

Digər qiymətləndirmə alətləri ilə müqayisədə, İHTQ nisbətən yenidir. Onu müxtəlif aktorlar müxtəlif məqsədlər üçün istifadə edib və tətbiqi üçün metodologiyalar hələ də təkmilləşməkdədir. İHTQ-ni icra etmək üçün mükəmməl uniforma model mövcud deyil, amma onun əsas mərhələlərini təyin etmək mümkündür və bu metodoloji mərhələlər qısa şəkildə aşağıda təqdim edilir.

 

1. SKRİNİNQ

İHTQ-nin birinci mərhələsi olan bu mərhələdə İHTQ-nin icra edilməsinin münasib yaxud vacib olduğunu müəyyənləşdirmək üçün ekspert siyasət, proqram, layihə, qanun yaxud müdaxilənin hər hansı başqa bir növünün ilkin qiymətləndirilməsini həyata keçirir.


Hər müdaxilədən ötrü insan hüquqlarına təsiri qiymətləndirmək üçün kifayət qədər vəsait yoxdur. Ona görə də, müdaxilənin insan hüquqlarının reallaşdırılmasına potensial təsirini və İHTQ tələb etdiyini təyin etmək baxımından bu mərhələ xüsusilə önəmlidir. Skrininq təsir qiymətləndirməsinin hədəfi aydın olmadıqda da mühüm rol oynayır. 

 

2. SKOPİNQ

 

Bu mərhələdə qiymətləndirmənin fəaliyyət planı tərtib edilir və qiymətləndirmə zamanı toplanacaq məlumat müəyyən olunur. Həmçinin, insan hüquqlarının cari vəziyyətinin ilkin qiymətləndirilməsi həyata keçirilir, seçimlər və fəaliyyət istiqamətləri təyin edilir.


Təsir qiymətləndirməsi üzrə tədqiqatçılar və təcrübəçilər skopinq mərhələsində xüsusi diqqətin aşağıdakılara yönəldilməsini təklif edirlər[1]:

  • Qiymətləndiriləcək müdaxilənin izahı. Bu, müdaxilənin növü, yeri və mərhələsini, müvafiq çərçivələr, siyasətlər, prosedurları və/yaxud standartları və təsir sahələrini ehtiva edir;
  • İnsan hüquqları kontekstinin izahı. Bura formal kontekstin təhlili, yəni müvafiq milli normativ sənədlər və insan hüquqlarının gerçəkləşdirilməsi üçün məlumatlar və anlayışlar daxildir;
  • Maraqlı tərəflərin müəyyən edilməsi. Maraqlı tərəflərin yalnız növü deyil, nüfuz gücü və müdaxilədən necə təsirlənəcəkləri də müəyyənləşdirilməlidir.

 

Qiymətləndirmə zamanı əvvəlcədən nəzərdə tutulmayan təsirlər meydana çıxır yaxud seçilmiş mövzular sonradan uyğun olmaya bilir. Ona görə də, tədqiqat sahəsində dəyişikliklərə imkan yaratmaq üçün İHTQ-nin fəaliyyət planı yetərli qədər çevik olmalıdır. Skopinq adətən stolüstü fəaliyyətdir, ancaq müdaxilənin növündən asılı olaraq insan hüquqları kontekstini daha yaxşı anlamaq üçün sahə araşdırmasını da tələb edə bilər.   


3. MƏLUMAT YIĞIMI

 

Bu mərhələdə müxtəlif mənbələr və alətlər vasitəsilə müdaxilənin (İHTQ-nin ex-ante və ya ex-post olmasından asılı olaraq) potensial yaxud faktiki təsirləri haqqında dəlillər toplanır.

 

Sahə işi və maraqlı tərəflərin cəlb edilməsi ilə bu mərhələ daha keyfiyyətli tədqiqatı və skopinq zamanı müəyyən edilmiş məsələləri daha yaxşı anlamağı təmin edir. Dəlillərin toplanması dedikdə insan hüquqlarının həyata keçirilməsinin vəziyyətini anlamaq və müdaxilə nəticəsində yaranmış yaxud yarana biləcək təsirləri müəyyən etmək üçün siyasi, sosial-iqtisadi, ətraf mühit və digər məlumatların əldə edilməsi nəzərdə tutulur. 

 

İHTQ təcrübəçilərinə görə, insan hüquqlarının hədəfli kəmiyyət və keyfiyyət göstəricilərinin istifadəsi məlumat yığımı, əsas vəziyyətin təhlili, müxtəlif seçimlərin təyinedici və müqayisəedici təsirləri üçün, həmçinin İHTQ-nin sonrakı mərhələləri, məsələn, azaltma tədbirlərinin müəyyən olunması və müdaxilənin icrasının monitorinqi[2] zamanı yardımçı ola bilər. İnsan hüquqlarının vəziyyəti barədə suallardan ibarət siyahı da eyni məqsədlər üçün yararlı ola bilər[3].  

4. TƏHLİL

 

Əvvəlki mərhələlərdə toplanmış məlumat əsasında bu mərhələ faktiki qiymətləndirmə, müdaxilənin  potensial (ex-ante İHTQ) yaxud faktiki (ex-post İHTQ) təsirlərinin tədqiqi, İHTQ-nin nəticələrinin dəqiqləşdirilməsi və müdaxilənin insan hüquqlarına mənfi təsirlərinin qarşısını almaq və ya azaltmaq məqsədilə tədbirlərin təklif edilməsini və müsbət təsirlərin çoxaldılmasını nəzərdə tutur.

 

İHTQ analitikləri və təcrübəçiləri qiymətləndirmə zamanı 3 mühüm amilin nəzərə alınmasını qeyd edir. Birinci amil ondan ibarətdir ki, təsirlər müvafiq insan hüquq normaları və standartlarına (məsələn, insan hüquqlarına hörmət, onların qorunması və həyata keçirilməsi kimi hüquqi öhdəliklər) görə qiymətləndirilməlidir. Bu, İHTQ-nin əsas və fərqləndirici cəhətidir (digər təsir qiymətləndirmələri ilə müqayisədə). 

 

İkinci mühüm amilə əsasən, təhlil müdaxilənin əsas və prosedur aspektlərini ehtiva etməlidir. İHTQ təkcə müdaxilənin insan hüquqlarına təsirlərini deyil, həm də müdaxilənin formalaşma prosesi, təsdiqi və icrasının insan hüquq prinsipləri və standartlarına uyğun olmasını tədqiq etməlidir.

 

Nəhayət, təhlil müxtəlif təsirlərin ehtimalını müəyyən etdiyi üçün, təsirlərin növünə münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:

 

  • BMT-nin Biznes və İnsan Hüquqları haqqında Rəhbər Prinsiplərinə görə, “biznes müəssisəsinin öz fəaliyyəti ilə yaxud onun işgüzar əlaqələri ilə onun fəaliyyəti, məhsulları və ya xidmətləri ilə birbaşa bağlı olaraq səbəb olduğu yaxud şərait yaratdığı insan hüquqlarına mənfi təsirlər” nəzərə alınmalıdır; yəni, biznesin səbəb olduğu, şərait yaratdığı yaxud birbaşa bağlı olduğu təsirlər.  

 

  • Müxtəlif müdaxilələr yaxud müdaxilənin müxtəlif mərhələləri təsirləri bir yerə toplamaqla digər mövcud, planlaşdırılmış və ya gələcək müdaxilələrə faydalı ola bilər; çünki, İHTQ belə müştərək təsirləri nəzərdə tutur (müştərək təsirlər keçmiş, cari və ya gələcək müdaxilələrin birgə nəticələri əsasında yaranır).

 

  • Müdaxilənin müsbət nəticələrini qeyd etmək olar, amma insan hüquqlarına müsbət təsirlərin müəyyən olunması İHTQ-nin əsas məqsədi deyil. O, bütün diqqəti mənfi təsirlərə yönəltməlidir, bu təsirlərə aidiyyəti olmayan müsbət amillərə deyil. Müsbət amillər (iş yerlərinin açılması, hökumət gəlirləri və s.) ayrıca nəzərdən keçirilməlidir və müdaxiləni qanuniləşdirmək üçün istifadə olunmamalıdır. 

 

  • Bütün insan hüquqları bərabərdir və prioritet insan hüququ yoxdur; lakin təsirin ciddiyyətini müəyyən etmək İHTQ üçün mühümdür. Bu, təyin edilmiş təsirlərlə bağlı prioritetlərin ardıcıllığının müəyyən edilməsidir. BMT-nin Biznes və İnsan Hüquqları haqqında Rəhbər Prinsipləri əvvəlcə ən ciddi və vaxtında tədbir görülməyəcəyi təqdirdə düzəlməz ola biləcək mənfi təsirlərin qarşısını almağı və azaltmağı tələb edir.  

Təsirlərin müxtəlif növlərini müəyyən və təhlil etdikdən sonra həmin təsirlərlə bağlı tədbirlər tərtib edilir və bu zaman digər qiymətləndirmələrdə (məsələn, ƏMTQ) istifadə olunan azaltma iyerarxiyası tətbiq olunur. Bu yanaşma imtinanın təsirlərin ixtisarı, ixtisarın bərpa və bərpanın təsirlərin kompensasiyası üzərində üstünlüyünü təsbit edir. Başqa sözlə, o, azaltmanın ən çox faydalı üsulundan ən az faydalı üsuluna güzəştli yanaşma təklif edir (aşağıdakı cədvələ baxın). İHTQ analitikləri xəbərdarlıq edir ki, insan hüquqları kontekstində azaltma iyerarxiyası ehtiyatla tətbiq edilməli və aşağıdakı 3 aspekt diqqətə alınmalıdır[4]:  

 

(a) Azaltma tədbirləri beynəlxalq insan hüquq standartları və prinsiplərinə uyğun olmalıdır;

 

(b) Bərpa nəzərdə tutulmalıdır, lakin o, kompensasiya ilə qarışdırılmamalıdır. Ofset yalnız ən son çarə kimi nəzərdə saxlanmalıdır;

 

(c) İnsan hüquqlarına təsiri başqa bir yerdəki müsbət təzminatla əvəz etmək münasib olmadığına görə, onlar ətraf mühit təsirləri ilə eyni qaydada kompensasiya oluna bilməz.

 

5. HESABAT NƏŞRİ

 

Yuxarıda qeyd edilən addımlar tamamlandıqdan sonra İHTQ prosesini, qiymətləndirmənin yekunlarını və təsirlərin azaldılması üçün tövsiyələri, həmçinin gələcək monitorinq və qiymətləndirmə üçün planı ehtiva edən hesabat nəşr edilir.

 

6. MONİTORINQ VƏ QİYMƏTLƏNDİRMƏ

 

Bu mərhələdə müdaxilənin faktiki təsirləri barədə məlumat toplanır və müdaxilənin icrası zamanı İHTQ tövsiyələrinin yerinə yetirilməsi və bu təqdirdə onların yerinə yetirilmə dərəcəsi yoxlanılır. Bu mərhələ, həmçinin, meydana çıxa biləcək gözlənilməz təsirləri də müəyyən edir. 

 

İHTQ analitikləri qiymətləndirmənin nəticəsi əsasında nəyin nəşr edilməli olduğu barədə müxtəlif baxışları bölüşürlər. Şəffaflıq və cavabdehlik İHTQ-nin ən vacib amilləri olduğu üçün “tam” İHTQ hesabatının nəşri təqdir edilir və yaxşı təcrübə hesab olunur. Amma İHTQ-nin nəticələrinin tam açıqlanmasına (məsələn, yekun hesabatın nəşri) alternativlərin müəyyən edilməsi də məqsədəuyğun sayılır. Çünki, tam açıqlanma hüquq sahiblərinə zərər vura bilər (məsələn, həssas məlumatın bəyan edilməsi) yaxud o, “biznes ortaqları və ya dövlət ilə insan hüquqları ilə bağlı əməkdaşlıqda əks nəticəyə” səbəb ola bilər[5]. Analitiklər, həmçinin, İHTQ hesabatının münasibliyini təmin etmək və hesabatı və rabitəni dolğun etmək üçün xüsusi aspektlərin diqqətlə nəzərdən keçirilməsini bildirir. Bu aspektlər dil, hədəf qruplarının biliyi, məlumatların kompleksliyi, fiziki münasiblik və vaxtın təyinatıdır.

 

Təsirlər və azaltma tədbirləri müəyyən edildikdən sonra bu tədbirlərin icrası yoxlanılmalı və onların təsirlər üçün səmərəsi qiymətləndirilməlidir. Azaltma tədbirlərinin monitorinqi İHTQ təsir idarəetmə planının ayrılmaz hissəsidir. Monitorinqin faydalılığını təmin etmək üçün plan onun hədəflərini, vaxtını, kim tərəfindən və necə həyata keçiriləcəyini aydın təsvir etməlidir. İnsan hüquqlarının vəziyyəti dinamik olduğu üçün müdaxilənin səmərəliliyi və yekunları dövri qiymətləndirilir (müdaxilənin miqyası və sahəsindən asılı olaraq hər 3-5 ildən bir optimal sayılır).

 

Monitorinqi müdaxilənin təşəbbüsçüsü həyata keçirir; lakin İHTQ analitikləri hesab edir ki, İHTQ prosesi iştirakçı monitorinqindən böyük fayda əldə edə bilər[6]; çünki müdaxilənin əhatə etdiyi çoxlu sayda maraqlı tərəf monitorinqə cəlb edilə bilər. Düzgün təşkil edildiyi təqdirdə iştirakçı monitorinqi cavabdehliyi artıra və maraqlı tərəf qismində çıxış edən müxtəlif qruplar arasında inam yarada bilər.      

 

7. Konsultasiya

 

Bu, bütün İHTQ proseslərinə aid olan və yuxarıda təsvir olunan hər hansı bir mərhələdə tətbiq edilə bilən hərtərəfli məsələdir. Bu addım, xüsusilə müdaxilənin təsirinə məruz qalan bütün maraqlı tərəf qruplarının fikirlərini ifadə etmək imkanına malik olmasını təmin etmək üçün qəbul edilir və onların fikirləri İHTQ prosesində nəzərə alınır.

Maraqlı tərəflərlə konsultasiya İHTQ prosesinin özülünü təşkil edir. Bəzi mütəxəssislər hətta İHTQnın gücünün və qanuniliyinin əsasən konsultasiya prosesinin təməlindən asılı olduğunu iddia edirlər[7]. İnsan hüquqlarının iştirak və şəffaflıq prinsiplərini vurğulayaraq, İHTQ nın qiymətləndirmə zamanı geniş konsultasiyalar aparması gözlənilir, xüsusilə:  

 

  • Skrininq ve skopinq mərhələlərində müvafiq maraqlı tərəflərin vəziyyətini, müdaxilə ilə münasibətlərini , onların arasında güc dinamikasını anlamaq üçün onları müəyyən etmək və müsahibə aparmaq lazımdır. Bəzi qruplar və ya şəxslər prosesin başlanğıcından etibarən istisna edilə bilər, lakin İHTQ bu cür halları sonrakı mərhələlərdə aradan qaldırmaq üçün kifayət qədər çevik olmalıdır;

 

  • Məlumat toplama mərhələsində maraqlı tərərflər, əsasən, ilkin məlumatların əsas mənbəyidir;

 

  • Maraqlı tərəflərin, xüsusilə də müdaxilənin təsirinə məruz qalanların  perspektivləri yaranan təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsində, həmçinin təsirlərin azaldılması tədbirlərinin tərtib edilməsində vacibdir;

 

  • Yuxarıda göstərildiyi kimi müdaxilənin gerçək təsirlərini monitorinqdə iştirakı, müdaxilənin hissələrinə  maraqlı tərəflər  arasında inam yaratmağa kömək edə bilər.

 

Maraqlı tərəflərin ,xüsusilə də müdaxilənin təsirinə məruz qalanların İHTQ prosesinde iştirakı vacibdir:

 

  • Planlaşdırılmış və ya davam edən müdaxilənin, eləcə də potensial və ya faktiki təsirlərinin daha yaxşı başa düşülməsi üçün;
  • Öz hüquqlarını və digər tərəflərin bu hüquqların qorunmasına dair məsuliyyətlərini öyrənmək üçün;
  • Həyatlarına təsiri olan və ya təsir edə biləcək qərar-qəbuletmə prosesinə təsir göstərmək üçün;

 

Metodik baxımdan, yuxarıda təsvir olunan İHTQ-nin bu yeddi mərhələsi aydın şəkildə fərqlənə bilər; praktikada isə mərhələlər üst-üstə düşə bilər və qiymətləndirilə biləcək müdaxilə ilə bağlı bir sıra amillərdən asılı olaraq dəyişilə bilər. [8],[9],[10]:

  1. Müdaxilənin xarakteri və ölçüsü;
  2. İHTQnə tapşırıq verən təşkilat növü
  3. Qiymətləndirmənin məqsədi (ləri)
  4. İHTQnin ex-ante və ya ex-post olmasından asılı olaraq; təşkilatın fəaliyyətində əhəmiyyətli dəyişikliklər edildikdə (məsələn, yeni inkişaf fəaliyyətinin planlaşdırılması, birləşmə və ya əldə edilməsi, genişləndirilməsi, yenidən qurulması, istismardan çıxarılması və bağlanması);
  5. Müdaxilənin planlaşdırıldığı və ya fəaliyyət göstərdiyi xarici kontekst (ölkə / region / lokal sahə ilə bağlı insan hüquqları riski daxil olmaqla); və
  6.  Qiymətləndirmə üçün ayrılmış resurslar;

 

İHTQnin əsas xüsusiyyətləri

 

İHTQ praktikasında fərqliliklərə baxmayaraq, İHTQ-lər üçün vacib olan altı ümumi xüsusiyyət var. Bu xüsusiyyətlər İHTQ ədəbiyyatında təsvir edilir və qısa olaraq aşağıdakı cədvəldə təsvir olunur.

 

Cədvəl  2. İHTQ’nin əsas xüsusiyyətləri

 

1. Normativ insan hüquqları çərçivəsi

İHTQ açıq şəkildə beynəlxalq insan hüquqları çərçivəsinə əsaslanır və bu İHTQ tədqiqatçıları tərəfindən İHTQni digər təsiri qiymətləndirmələrindən fərqləndirən xüsusiyyət kimi nəzərə alınır. Bu o deməkdir ki, İHTQ  müdaxilənin maddə (müdaxilənin mümkün nəticələrinin əhəmiyyətli insan hüquqları normaları və standartlarına müsbət və ya mənfi təsir göstərəcəyini qiymətləndirmək) və proses (qiymətləndirmə prosesinin özü də insan hüquqlarına uyğun olub-olmaması) baxımından insan hüquqlarına uyğunluğunu ölçmək deməkdir.

2. Bərabərlik və qeyri-ayrıseçkilik

Digər təsirin qiymətləndirmə üsulları adətən müdaxilələrin müxtəlif fərdlərə və qruplara təsirini qiymətləndirməyə çalışır; Bu hər zaman əhali içərisində bir qrupa ayrı-seçkilik təsir göstərə biləcəyini müəyyənləşdirməyə çalışan İHTQ ilə ortaq bir nöqtə kimi qiymətləndirilir. IHTQdə bərabərlik məsələsi ilk növbədə qeyri-ayrıseçkiliyə və müvafiq bərabərlik hüquqlarına aiddir. Müdaxilələr müxtəlif yollarla ayrı-seçkilik edə bilər; Buna görə İHTQ birbaşa və dolayı ayrı-seçkilik formalarını qiymətləndirir.

3. Şəffaflıq və məlumata əlçatanlıq

Şəffaflıq İHTQ-nin iki fərqli aspektinə aiddir. Birincisi, qiymətləndirilən müdaxilənin nə dərəcədə şəffaf olduğunu və onun təsdiq olunmasından əvvəl ehtimal olunan təsirlərin detallı şəkildə  vaxtında ictimaiyyətə çatdırılmasıdır. Şəffaflığın ikinci aspekti həm istifadə metodologiyası həm də qiymətləndirmə metodları baxımından İHTQ prosesinin özü barədə məlumatların açıqlanması ilə bağlıdır. İHTQ prosesinin özünü şəffaflığı bütün tapşırıqların düzgünlüyünə, müstəqilliyinə və qanuniliyinə nəzarət etmək üçün vacibdir.

 

Ümumiyyətlə, şəffaflıq məsələsinə gəldikdə, normativə əsasən  qiymətləndirmə ictimaiyyətə çatdırılır; bununla belə, praktikada bu həmişə olmaya bilər , xüsusilə İHTQ si biznes şirkətləri tərəfindən həyata keçirildiyi zaman. (qanuna uyğun olaraq ictimaiyyətə açıq şəkildə dövlət orqanları və ya qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən İHTQlərin əksinə). İdeal olaraq, IHTQ prosesində şəffaflıq yalnız qiymətləndirmə hesabatını ictimaiyyətə çatdırmaqla məhdudlaşmamalıdır; əksinə, qiymətləndirmə prosesinin bütün mərhələlərində şəffaflıq ‘ks olunmalıdır, bu normativə aid istisnalar məhdud şəkildə müəyyənləşdirilməlidir və əsaslanmalıdır.

4. İctimai iştirak

İctimai iştirak İHTQnin mərkəzində duran digər bir məsəslədir. Şəffaflıq vəziyyətində olduğu kimi, İHTQdə ictimaiyyətin iştirakı prinsipinin iki aspekti var: bir tərəfdən, İHTQ müdaxilənin bütün fəaliyyət dövrü ərzində effektiv iştirakçı mexanizmlərin olub-olmadığını qiymətləndirməlidir (yaranmasından qiymətləndirilməsinə qədər); digər tərəfdən, belə mexanizmlərin İHTQ prosesinin özünə inteqrasiya olunmasını təmin etməlidir.                      

5. Hesabatlılıq

Hesabatlılıq insan hüquqları çərçivəsinin hüquqi xarakterinə aiddir. İHTQ kontekstində hesabatlılığın təşviq edilməsi  insan hüquqlarına hörmət edilmədiyi halda İHTQnın təsirli şikayət mexanizmlərini (məhkəmələrdən və ya rəsmi hüquqi sistemindən kənarda) daxil etməsini nəzərdə tutur. Şikayət mexanizmi mütənasib, mədəni cəhətdən məqbul, əlçatan, şəffaf və qorunma təmin etdikdə effektiv sayılır. Bu mexanizm pozuntuların aradan qaldırılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Şikayət mexanizminə əlavə olaraq, İHTQ-nın hesabatlılığı, vəzifəli şəxslərin İHTQ-nın onlar;n hərəkətləri / əməliyyatlarında hər hansı bir dəyişikliyə gətirib çıxardığını və insan hüquqları üzrə öhdəliklərini yerinə yetirdikləri haqda hesabat verməsini yoxlamalıdır.

6. Sektorlararası yanaşma və beynəlxalq siyasət tutarlılığı

 

İnsan hüquqları - mülki, siyasi, iqtisadi, sosial və mədəni - bölünməz, qarşılıqlı və bir-birinə bağlıdır. İnsan hüquqlarının qorunmasını istisna etmək  çətindi, bir çox hallarda isə mümkün deyil; belə ki, bir hüququn qorunması digər hüquqların qorunmasını asanlaşdırır və bir hüquqdan məhrum etmə digər hüquqların istifadəsinə mənfi təsir göstərə bilər. Bundan əlavə, İHTQ bir müdaxilənin birgə  təsirlərini ölçməlidir, çünki müxtəlif təsirlərin birləşməsi əlavə insan hüquqlarının pozulmasına və ya pozuntuların intensivliyi və ya dərəcəsinin dəyişməsinə gətirib çıxara bilər.

 

İHTQ beynəlxalq siyasətin davamlılığını təmin etmək üçün mühüm vasitədir. İHTQ təmin edə bilər: (a) beynəlxalq siyasət öhdəlikləri milli qanunlar, siyasətlər və proseslər vasitəsilə effektiv şəkildə həyata keçirilir (şaquli əlaqə); və (b) sektorlar və dövlət qurumları arasında milli siyasət və müdaxilələr bir-birinə uyğun gəlir və ən azı insan hüquqlarını (üfüqi əlaqə) pozmamalıdır.

 

Mənbə: The Nordic Trust Fund, 2013; Gonzalez A., 2014.

 

İcma əsaslı  İHTQ-nın aparılması - Uğur üçün məsləhətlər

 

Fərqli tərəflərin həyata keçirdiyi müxtəlif İHTQ növləri arasında xüsusilə icma əsaslı İHTQya diqqət yetirmək istərdik ki, bu da qeyri-sabit investisiyalara qarşı fəaliyyətində icmalar və VCT-lar üçün mühüm vasitə ola bilər. Effektiv icma əsaslı İHTQ xüsusi investisiya / ictimai investisiyaların təsir göstərdiyi cəmiyyətin və ya icmaların ifadə olunan tələb və məqsədlərinə cavab verir.

 

Əvvəlcədən şərt belədir ki, icmalar qiymətləndirmənin bütün aspektlərinə cəlb olunmalıdırlar – məqsədlərin qoyulmasından məlumatların toplanmasına və təhlili aparılmasına qədər, habelə hesabatın nəticələrinin necə istifadə olunduğunu müəyyənləşdirməyə. Buna görə İHTQ həm icmaların hüquqlarını tələb və müdafiə etmək, həm də şirkətlərlə (müvafiq olduqda) əhəmiyyətli yollarla əlaqə qurmağa imkan verən potensialın artırılması tapşırığı və sosial prosesdir.

 

İHTQnı həyata keçirmək üçün sosial və siyasi kontekst mümkün qədər əlverişli olmalıdır. Strateji vaxt qərarların qəbul edilməsinə daha çox təsir göstərmək üçün qiymətləndirmə imkanları yarada bilər və müsbət nəticələr ortaya çıxara bilər. Məs: seçkilər qarşısında institusional dəyişikliklər nəzərdə tutulduqda və ya investisiya layihələri ətrafında qərar qəbul edilməsi müddətində. Bu halda İHTQ davam edən səylərə zidd olaraq işləmək əvəzinə cari kampaniyaları və ya hərəkatları tamamlayaraq, icmaların və onların dəstək təşkilatlarının maraqlarını davam etdirə bilər.

 

Müəyyən hallarda İHTQnın səyləri qeyri-məhsuldar ola bilər. Əlverişsiz başlanğıc nöqtəsi, İHTQ müvafiq və effektiv vasitə kimi qəbul edilmədikdə:

 

•  Cəmiyyət, İHTQ-nın həyata keçirilməsinə razılaşmadıqda

 • Tədqiqat qrupunun və ya cəmiyyətin təhlükəsizliyi daha çox riskə məruz qaldıqda. Bu xüsusilə də mübahisəli bölgələrdə ola bilər.

 • Kifayət qədər məlumatların toplanması üçün müəyyən edilə bilən imkanlar olmadıqda.

• Qiymətləndirmə yerli mənafelərin qorunması üçün ən təsirli vasitələrdən biri olmadıqda. Məsələn, bir ictimaiyyət İHTQnı həyata keçirmək əvəzinə təşəbbüsün əleyhinə olan lobbiçilik və ya kompaniyaların keçirilməsinə kifayət qədər resursu və möhkəm bir əsası olmayan bir layihəyə qarşı çıxsa.

 

İdeal olaraq, bir İHTQ xüsusi investisiya layihəsinin (ex-ante) başlanmasından əvvəl həyata keçirilməlidir. Bu erkən mərhələdə İHTQ qərarların qəbul edilməsi və potensial hüquqların pozulması təsirlərinin qarşısının alınması üçün ən böyük şansa malikdir,lakin İHTQ mürtəce və yumşaldıcı olmaqdansa proaktiv və önləyici olmağa çalışmalıdır. Ex-ante  qiymətləndirmə insan hüquqlarının qorunmasına yönəlmiş institusional mexanizmlərdə potensial olaraq zəiflikləri vurğulayaraq, hökumətlərə dair tövsiyələrə kömək edə bilər,eyni zamanda təsirlənmiş icmaların şirkət və ya şirkətlərlə danışıqlarda daha çox və daha effektiv iştirakını təşviq edə bilər.

 

İHTQ investisiya layihəsi zamanı qarşısının alınması deyil, müdafiə vasitələrinə diqqət yetirir. İnvestisiya layihəsi hazırlanarkən icra edilən bir iş məlumatların əldə edilməsi və məlumatların toplanması imkanları baxımından daha asan ola bilər, lakin bu proaktiv olmaya bilər. Bir sıra amillər IHTQ-nın tətbiqinə təsir göstərir.

 

Cəmiyyət əsaslı İHTQ proqramı 

Bir qiymətləndirmə apararkən araşdırma qrupunun nəzərə almalı olduğu ən mühüm tövsiyələr bunlardır:

             •         İcmanın qiymətləndirmə üçün ilk məlumat mənbəyi olnağına əmin olmaq. Həqiqətən icma əsaslı olmaq üçün İHTQ yerli icmaların perspektivləri ilə başlamalıdır.

             •         Etibarlılığı təmin etmək üçün bütün maraqlı tərəflərlə görüşmək. Etibarlılıq və analitik ciddiyyət müvəffəqiyyətli qiymətləndirmə üçün vacibdir. Nəşr olunduqdan sonra, İHTQ hesabatları tez-tez nəticələrin etibarlılığını hədəf alan müxtəlif tənqidlərə məruz qala bilər. Bu tənqidin qarşısını almaq üçün yeganə yol hesabatdakı mümkün olan ən böyük məlumat mənbələrindən dəlilləri və maraqlı tərəflərin ifadələrindən ibarətdir.

             •         Bir çox maraqlı tərəfdən məlumatlar daxil edərək, şirkətin fəaliyyətinin insan hüquqları üzrə müsbət və mənfi təsirlərinə baxmaq. Komanda qiymətləndirmənin geniş və əhatəli (hərtərəfli) olması lazım olduğunu unutmamalıdır. Əks hallarda hesabatın etibarlılığına təsir göstərə bilər.

             •         İnvestisiyanın potensial və faktiki təsirlərinin gender aspektini vurğulamaq. Xüsusi investisiya sxemlərinin təsirləri kişilər və qadınların insan hüquqlarına müxtəlif təsir göstərir. Bütün məlumatların toplanması və təhlili bu fərqliliklərə nzəzərə almalıdır. Məsələn, ana südü və yeni doğulmuş uşaqların bağırsaq kordlarında aparılan araşdırmalar nəticəsində mis mədəninin aparıcı qalıqları ətrafdakı icmalarda qadınların reproduktiv potensialına mənfi təsir göstərdiyini göstərdiyi aşkar edilmişdir.

             •         Proses və nəticələri baxımından şəffaf olmaq. Tərəfdaşlarla görüşdüyündə, tədqiqat qrupu İHTQ-nın məqsədləri, metodologiyası və qiymətləndirmə prosesi barədə ümumi məlumatları bölüşməlidir. Komanda, nəticələr icmalara və ya başqalarına təhlükə vermədikdə, yekun hesabatı da yaymalıdır. 

             •         Hesabatda olan məlumatları, xüsusən şəxsi ifadələri təsdiqləmək. Bu, tez-tez üçtərəfli ifadələrlə, ikinci və üçüncü mənbələrlə müqayisədə və / və ya xarici ekspertlər tərəfindən təsdiq edilmiş ifadələrlə əldə edilə bilər. Təqdimatlar, həmçinin, nəşr edilmiş hesabatlar, akademik ədəbiyyat, elmi jurnallar və / və ya digər aid edilmiş mənbələr kimi mövcud tədqiqatlarla müqayisə edilə və təsdiqlənə bilər.

             •         Məlumat mənbəyinin / lərinin etibarlılığını təsdiqləmək. Məlumatların etibarlılığı da mənbəyinin etibarlılığına əsaslanır. Komandalar qərəzsiz, müstəqil resursları axtarmalıdır. Məsələn, tanınmış bir anti-mədən qrupu tərəfindən verilən bir mədən şirkəti haqqında məlumat, universitet mərkəzli bir araşdırma mərkəzi tərəfindən dərc edilən məlumatlar kimi etibarlı olmaya bilər.

 

İctimaiyyətin təcrübələrini İHTQdə necə tutmaq olar

 

Bir ictimaiyyətə əsaslanan İHTQ-nın əlavə dəyəri odur ki, o özəl investisiyaların insan hüquqlarına təsirlərini şirkətdən, hökümətdən deyil, cəmiyyətin perspektivindən sənədləşdirir. Beləliklə, onun ictimaiyyətin perspektivini əks etdirən dəqiqliyi daha vacibdir.

             •         İcma üzvlərini dəstəkləmək  və cəlb etmək üçün məlumat toplamaq. Yerli liderlərlə ittifaq yaratmaq və mümkün olduğunda araşdırma aparmaq üçün yerli mütəxəssisləri axtarmaq.

Bu, nəinki komanda və icma arasında güclü əlaqələr yaratmağa kömək edir, həm də tənqidi və davamlı ünsiyyət və məlumatların paylaşılmasına imkan verir.

             •         Paylaşılan məqsədləri müəyyənləşdirmək. Tədqiqat qrupu və cəmiyyət qiymətləndirmə üçün ümumi gözləntilər və məqsədlər yaratmalıdır. İstədiyiniz nəticə nədir? İHTQ hesabatında bu dərc olunurmu? Yoxsa icma və tədqiqat qrupu prosesin özünü cəmiyyət üzvləri və digər maraqlı tərəflər arasında insan hüquqları biliklərini yüksəltmək üçün bir vasitə kimi istifadə etmək istəyir? İHTQ ictimaiyyətin məlumatlandırılması və ya milli və ya beynəlxalq qanunlara təsir göstərmək üçün istifadə olunacaqmı ? Yoxsa şirkəti layihənin və ya onun investisiyaların üzərində nəzarətinin dəyişdirilməsinə inandırmaq məqsədi daşıyır?

Paylaşılan məqsədlərin aydın bir toplusunun yaradılması vacibdir.

             •         Gözləntilərin idarə edilməsi. Tədqiqat qrupu nəzərə almalıdır ki, qiymətləndirmənin aparılması icmalarda dəyişikliklərin başlanmasına və İHTQ hesabatının potensial təsiri baxımlndan gözləntilərə səbəb ola bilər. Hər hansı uğursuzluğun və məyusluğun qarşısını almaq üçün araşdırma qrupu bu gözləntiləri idarə edərək, real və potensial əldə edilə bilən məqsədləri müəyyənləşdirməlidir.

             •         İnsan hüquqlarının ən əhəmiyyətli məsələlərini müəyyənləşdirmək. Şəxsi investisiya bir sıra insan hüquqlarına zidd ola bilər və onların hamısına təsirini sənədləşdirmək (qeydə almaq) mümkün olmaya bilər. Digər maraq maraqlı tərəflərin deyil, ictimaiyyət üçün ən böyük narahatlıq doğuran insan hüquqları pozuntularını təqdim etmək vacibdir. bu məlumatı toplamağın  iki üsulu- cəmiyyət içərisində təbliğat və ya daxili bir tədqiqatçıdan istifadədir.

             •         İnsan hüquqları dilinin yerli reallıqlara uyğunlaşdıra bilmək. Bir cəmiyyət, insan hüquqlarının texniki dilini asanlıqla başa düşə və ya onların xüsusi kontekstində tətbiq etməyə bilər. Tədqiqat qrupu insan hüquqlarının terminologiyasını və fikirlərini ictimaiyyətin gündəlik, praktiki reallıqları baxımından mənalı şəkildə izah etmək üçün yollar axtarmalıdır. Bundan əlavə, tədqiqat qrupları və icmalar müxtəlif dillərdə danışanda, qruplar qiymətləndirmənin bütün mərhələlərində şifahi və / və ya yazılı tərcümələr aparmalıdılar. Komandalar, həmçinin, ictimaiyyətin baxış nöqtələrini cəlb etmək üçün xüsusi hazırlanmış əyani vəsaitlər və birgə tapşırıqlar kimi müxtəlif pedaqoji texnika və media ilə də inkişaf edə və təcrübəyə malik ola bilər. Beləliklə, onun ictimaiyyətin perspektivini əks etdirmə dəqiqliyi əhəmiyyətli dərəcədə vacibdir.

 

Digər maraqlı tərəflərin iştirakı

 

Digər maraqlı tərəflərlə əlaqə yaratmaqla, İHTQ prosesi təsirə məruz qalmış icmalar və digər maraqlı tərəflər arasında ünsiyyət və effektiv dialoqun artırılmasına çalışır. Bir şirkət və ya hökumətin iştirakı mümkün olmaya bilər, lakin mümükün olduğu halda araşdırma qrupu bu iştitrakçılarla ünsiyyət qura biləcəyi zaman bir neçə amili nəzərə almalıdır. 

Şirkətlə əlaqə qurarkən:

• Mümkün olan vacib məqamları müəyyən etmək üçün bir şirkətin quruluşu ilə tanış olun. Şirkətlər bir sıra idarə heyətlərinin rəhbərliyi və ya müxtəlif səhmdarlar tərəfindən idarə oluna bilər. Əgər şirkət qiymətləndirmə üçün məlumat vermək istəmirsə, çox güman ki səhmdarlar və ya digər korporativ nəzarət orqanları bunu edər.

•  İşçilərlə görüşmək üçün təhlükəsiz şərait yaratmaq. İcma üzvləri kimi, şirkət işçiləri də işsiz qalma, təhdid və ya digər potensial mənfi çətinliklərdən ehtiyat edərək İHTQ proseində  iştirak etməyə tərəddüd edə bilərlər.

•  Şirkətlərlə əlaqə qurarkən ümumi bir dil tapın. İnsan haqları pozuntularına dair iddialar, gəlirlər və xərclər analizləri baxımından daha çox gərginliyə səbəb ola bilər.  Məsələn, şirkətin bir icmanın sudan istifadə hüququnu pozduğuna görə hüquqi məsuliyyəti o şirkəti profilaktik tədbirlər görməyə məcbur edə bilər, ətrafdakı icmaların sağlamlığına təhlükə yaradan, yerli su mənbələrini çirkləndirməsinə görə şirkətin sərf etməli olduğu xərclərin təhlili daha da mübahisəli ola bilər. 

Şirkətlə əlaqə qurarkən ( şirkətin daxili və xarici hökümətləri)

•  Hökumətlər və şirkətlər arasındakı əlaqələrin aydın şəkildə başa düşülməsi. Çox vaxt, hökumət xarici və / və ya özəl investisiyaların cəlb edilməsində maraqlıdır. Hökumətin bir investisiya şirkəti ilə əlaqələrini anlamaq tədqiqat qrupuna iştirakçıların davranışını təxmin etməyə imkan verə bilər.

•  İHTQ prosesinin bilik yaratmq aspektini vurğulamağa çalışın. Bəzi hallarda hökumət rəsmiləri hökumətin şirkətin investisiya fəaliyyətindən qaynaqlanan insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımadığını iddia edirlər. Bu və digər oxşar yanlış fikirləri həll etmək üçün araşdırma qrupu İHTQ prosesini insan hüquqlarına dair qanunlar ətrafında hökumətin imkanlarını və bu qanunlar çərçivəsində vəzifəli şəxslərin və hüquq sahiblərinin məsuliyyətlərini yaratma imkanı kimi istifadə edə bilər.

 

Yaxşı yazılmış Cəmiyyət İHTQ hesabatı:

 

Qərəzli ittihamların və tərəfgirliyin qarşısını almaq üçün elmi obyektivliyə əsaslanın. Təhlil heç bir fərdi fikir və ya fərziyyəni deyil, yalnız sübuta əsaslanan təhlil və tövsiyələri əks etdirməlidir.

Təsirə məruz qalmış icmaların məlumatlı olduğuna, təklif olunan məzmuna və İHTQ-nın əsas nəticələrinə öz töhfəsini verdiyinə əmin olun. İcmalar həm tədqiqat prosesinin, həm də hesabatın məzmununun əsas sahibləri olmalıdır. Belə ki, onlar hesabatın nəşrindən və yayılmasından əvvəl ona şərh edə bilərlər.

Nəşrdən əvvəl hesabat üçün üçüncü tərəfin şərhini verin. Belə etməklə hesabatın mühüm təkmilləşdirilməsi və düzəlişlərin edilməsinə nail ola bilərsiz.

 

İHTQni uğurlu edən nədir?      

 

Qlobal öyrənmə tədbirlərindən yaranan bir çox dərslər arasında ən əhəmiyyətlisi bu xüsusiyyətlərin və kritik uğurlu amillərin ideal İHTQ  prosesində tətbiq edilməsi idi:

 • İcmaların maraqlarına cavab verir.

• Erkən həyata keçirilir və davam edir

• Aydın məqsədlərdən ibarətdir

• Etibarlı, hərtərəfli və müstəqildir

• Gender perspektivinə və təhlilinə əsaslanır

• Şəffaf, iştirakçı, əhatəli və yerli səviyyədə gücləndirilmisşdir

• Konkret və təsirli tövsiyələr verir

• Dövlət və şirkətlərin hesabatlılığını artırmaq üçün icmalar tərəfindən fəal şəkildə istifadə olunur

 

TƏDQİQATIN TƏHLİLİ

İcma əsaslı İHTQ metodologiyası haqqında faydalı məlumatlar:

· İcma əsaslı İHTQ metodologiyası haqqında ümumi məqalə: https://www.fidh.org/en/issues/globalisation-human-rights/business-and-humanrights/community-based-human-rights-impact-assessments

· İcma əsaslı İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi: Oxfam və FIDH tərəfindən hazırlanmış Doğru seçim vasitəsi, təlimatçı vəsait(COBRIA): www.fidh.org/article19490

· Online vasitə: http://hria.equalit.ie/en/

· İcma əsaslı İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi:   Beynəlxalq bir görüşün hesabatından praktiki dərslər, Kanada 2010 : Doğru seçim vasitəsi metodologiyasını istifadə etməklə İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi ilə əlaqədar ən yaxşı təcrübə əldə etmək :https://www.oxfamamerica.org/static/oa3/files/community-based-human-rightsimpact-assessments-practical-lessons.pdf

 

FİDH (İnsan Hüquqlarına dair Beynelxalq Hərəkat ) İcma əsaslı İHTQni fəal şəkildə təbliğ edir və VCTlarını İHTQ aparmağa təşviq edir (https://www.fidh.org)

 

İHBF (İnsan Hüquqlarına dair Beynelxalq Hərəkat) tərəfindən aparılmış İHTQ nümunələri:

 

· Cənubi Afrika: Blyvooruitzicht Mine Village: dövlətin insan haqları və məsuliyyətindən imtina etməsi, Hesabat: https://www.fidh.org/IMG/pdf/rapafriquesud687abassdef.pdf Xülasə: https://www.fidh.org/IMG/pdf/afriquesudresumeexecut687abassdef.pdf

 

· Honduras: Təhlükəli qorunan sahələr və su qaynaqları, San-Fransisko hidroelektrik Anbarı layihəsi, Atlántida Hesabatı: https://www.fidh.org/IMG/pdf/hria691hondurasangweb.pdf

Xülasə: https://www.fidh.org/IMG/pdf/hria691hondurasresumexecuangbassdef.pdf

 

· Kolumbiya: Puerto Gaitanda Pasifik Exploration və Production Corp.-nin fəaliyyətlərinə dair insan hüquqlarına təsirinin qiymətləndirilməsi. Hesabat:https://www.fidh.org/IMG/pdf/colombie_informe_es_version_web.pdf

Executive summary: https://www.fidh.org/IMG/pdf/colombia_executive_summary.pdf

 

· Braziliya: Braziliya mədən və polad sənayesində insan hüquqları nə dərəcədə dəyərlidir?

Tam hesabat: https://www.fidh.org/IMG/pdf/report_brazil_2012_english.pdf

Xülasə: https://www.fidh.org/IMG/pdf/resume_Bresil_UK-LD2-2.pdf

 

· Ekvador: Ekvadorda Böyük Ölçülü Mədən və İnsan Hüquqları İstismarı, Corriente Resources Inc. Xülasə  https://www.fidh.org/IMG/pdf/Exec_Summary_Largescale_Mining_Human_Righs_Ecuador-LD.pdf

 

İstifadə olunmuş ədəbiyyat

https://www.oxfamamerica.org/static/oa3/files/community-based-human-rights-impact-assessments-practical-lessons.pdf

İnkişaf Siyasətinin Yeni Vasitəsi kimi İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi?

https://www.oefse.at/fileadmin/content/Downloads/Publikationen/Workingpaper/WP37_Human_Rights.pdf

İnsan Hüquqlarına Təsirin Qiymətləndirilməsi üzrə Tədqiqat

http://siteresources.worldbank.org/PROJECTS/Resources/40940-1331068268558/HRIA_Web.pdf


[1] The Danish Institute for Human Rights, 2016

[2] The Danish Institute for Human Rights, 2016

[3] The Nordic Trust Fund, 2013

[4] The Danish Institute for Human Rights, 2016

[5] The Danish Institute for Human Rights, 2016

[6] The Danish Institute for Human Rights, 2016

[7] The Nordic Trust Fund, 2013

[8] The Nordic Trust Fund, 2013

[9] Gonzalez A., 2014.

[10] IBLF and IFC, 2010