NHMT - Ermənistanın Azərbaycan ərazilərində beynəlxalq neft-qaz kəmərlərinin, strateji əhəmiyyətli obyektlərin qəsdən hədəfə alınması və törətdiyi ekoloji terror haqqında​

Ermənistanın Azərbaycan ərazilərində beynəlxalq neft-qaz kəmərlərinin, strateji əhəmiyyətli obyektlərin qəsdən hədəfə alınması və törətdiyi ekoloji terror haqqında​

Ermənistanın Azərbaycan ərazilərində beynəlxalq neft-qaz kəmərlərinin, strateji əhəmiyyətli obyektlərin qəsdən hədəfə alınması və törətdiyi ekoloji terror haqqında​

1. Giriş:

 

27 sentyabr 2020-ci il saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini, strateji əhəmiyyəti obyektlərini qəsdən və hədəflənmiş şəkildə raket, artilleriya atəşinə tutdu və nəticədə çoxlu sayda mülki əhali həlak oldu. Həlak olanlar içərisində uşaqlar da var.

Bu Hesabatın tərtib olunmasında da məqsəd Ermənistanın Azərbaycan ərazisində, enerji təhlükəsizliyinə etdiyi təhdidlər, zəbt olunmuş ərazilərdəki mədən sənayesinə vurduğu ziyanlar haqqında mümkün qiymətləndirmə aparmaq, bunu beynəlxalq və ölkə ictimaiyyətinə çatdırmaqdır.

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) tərəfindən, müvafiq dövlət qurumlarının verdiyi rəsmi məlumatlar, mətbuatda dərc olunan məlumatlar, təşkilat ekspertlətinin topladığı məlumatlar, rəylər əsasında hazırlamışdır.

 

2. Ermənistanın təcavüzü həm də Avropanın enerji təhlükəsizliyini təhdid edir

Bu ilin iyulunda Tovuzda baş verən hadisələr göstərdi ki, Ermənistanın ölkəmizdə reallaşdırılan beynəlxalq neft və qaz kəmərlərinə hücum mesajları əsassız deyilmiş. İndi isə dünya bir daha şahid oldu ki, Ermənistan bu təhlükəni reallığa çevirməyə çalışdı. Ermənistan ordusu  strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin  [1] (Bakı-Tbilisi Ceyhan (BTC), Qərb İxrac Boru Kəməri (QİBK), Cənub Qafqaz Boru Kəməri (GQBK) və Cənub Qaz Dəhlizi) keçdiyi əraziləri da mütamadi raket atəşinə tutur. Bu isə həm də Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir.

 

2.1. Neft kəmərləri

 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil olunan kondensatı Azərbaycandan nəql edir. Kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Kəmərin uzunluğu 1768 km olmaqla 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir.

 

Qərb İxrac Boru Kəməri [2](QİBK) Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.

BTC

Qərb İxrac Boru Kəməri

 

2.2. Qaz kəmərləri

 

Cənub  Qafqaz Boru Kəməri [3](GQBK) Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

 

Cənub Qaz Dəhlizinin[4] seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi layihəsinin əsas məqsədi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və artırılması, Azərbaycan qazını Cənub  Qafqaz  Qaz Boru Kəməri (CQBK), TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir ixracını təmin etməkdir.

Cənub Qaz Dəhlizi

Cənub  Qafqaz Boru Kəməri

 

Kəmərlər bir birindən 15 metr məsafə ilə yanaşı inşa olunub. Kəmərlər keçən ərazilərin raket atəşinə tutulmasında məqsəd isə ölkəmizdə ekoloji fəlakətin yaratmaqdır. Kəmərlər Azərbaycanda 13 rayon – Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonlarından keçir. Və bu rayonların 6-sı erməni ordusu tərəfindən raket hücumuna məruz qalmışdır. Belə ki:

30.06.2020 gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb

2.10.2020 Ermənistan ordusu ərazisindən 4 (dörd) neft və qaz kəmərləri keçən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsini ağır artilleriya və raket atəşinə tutub.

 

6.10. 2020 saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Atəş nöqtəsi olaraq Yevlax rayonunun ərazisinin seçilməsi təsadüfi deyil. Belə ki, BTC keçdiyi ərazilər boyunca torpağın altı ilə çəkilib. Azərbaycan ərazisində yalnız iki yerdə kəmərin müəyyən hissəsi yerin üstü ilə gedir: Səngəçal terminalında, Yevlax rayonu ərazisindəki Aran və Yadili kəndlərində. Bu ərazilərdə nasos-kompressor stansiyaları yerləşir.

 

Ermənilərin neft-qaz kəmərlərini atəşə tutma faktı( şəkil)

 

7.10. 2020 saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

 

8.10.2020 Goranboy rayonu Ermənistan ordusu tərəfindən atəşə tutulub

 

18.10.2020 Goranboy və Samux rayonları ermənistan ordusu tərəfindən atəşə tutulub

 

22.10.2020 səhər saatlarında Ermənistan ərazisindən Kürdəmir[5] rayonu istiqamətində 2 raket buraxılıb.

 

Beləliklə Ermənistan ordusu tərəfindən neft-qaz kəməri keçən 13 rayondan 7-si raket atəşinə məruz qalıb.

 

3. Ermənistan ordusu strateji əhəmiyyətli obyektləri də raket zərbəsi endirməyə çalışıb

 

3.1. Mincəçevir su anbarı

04. 10.2020 gecə saat 23 radələrindən başlayaraq Ermənistan ordusu Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. Azərbaycanın sənaye şəhəri olan Mingəçevirdə strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunda ən böyük su anbarı və elektrik stansiyası yerləşir. Bu su anbarının və elektrik stansiyasının vurulması Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törədə bilər[6].

 

3.2. Oğuz-Qəbələ-Bakı su kəməri

22.10.2020 saat 09.00 radələrində Qəbələ rayonu ərazisində, ölkənin 8 rayon ərazisindən keçməklə Bakı və onun rayonlarını işməli su ilə təchiz edən strateji əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəməri Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

 

3.3. Siyəzən rayonu

22.10.2020 saat 07.00 radələrində Ermənistan ordusu tərəfindən ərazisində neft-qaz yataqları olan Siyəzən rayonu istqamətində 3 raket atılıb.

 

4. Nəticə

 

4.1. Ermənistan ordusunun Azərbaycan ərazilərində beynəlxalq neft-qaz xətlərinin, başqa strateji əhəmiyyətli obyektləri qəsdən hədəfə alması təsadüfü deyil, düşünülmüş ekoloji terrora cəhddir. Və bu terror cəhdi məqsədyönlüdür.

 

4.2. Ərazisindən Azərbaycanın beynəlxalq neft və qaz kəmərləri keçən bəzi ölkə rəhbərlərinin, Avropa Birliyi ölkələrinin, kəmərlərə maliyyə vəsaiti ayran Beynəlxalq Maliyyə Qurumlarının, kəmərlərə sərmayə qoyan və müəyyən paya malik olan şirkətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə, ekoloji terror cəhdinə, qlobal enerji xətlərinin keçdiyi əraziləri hədəfə almasına biganəliyi və susarlığı müşahidə olunur.

    

 4.3. Ermənistanın bu təcavüzü isə təkcə Azərbaycana qarşı deyil, bu həmdə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdiddir. 

 

5. Beynəlxalq aləmdə nüfuza malik şirkətlər, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazisində qeyri qanuni yolla mədən sənayesini istismar edib, həmin ərazilərdə ciddi ekoloji fəsadlar törədib.

 

İşğal olunmuş Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Bu illər ərzində Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub.

Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilmişdir:

 

5.1. İşğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir. İsveçrənin məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru V.Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurladığı qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu. Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdir. Bu sıraya R.Koçaryan-S.Sarqsayn cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər.

 

5.2. Ermənistan Sənaye və Ticarət Nazirliyi 1997-ci ildə Kəlbəcərin Söyüdlü (Zod) yatağının istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib.

Ümumiyyətlə, FDM şirkətinin payına işğal olunmuş ərazilərin müxtəlif yerlərindən 16 ton təmiz qızıl düşüb. Söyüdlü yatağı Azərbaycan-Ermənistan sərhədində 73%-i ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində yerləşir və yatağın Azərbaycan hissəsindəki ehtiyatı 112 tondan çox qızıl təşkil edir. Kəlbəcər rayonunun işğal olunmamışdan qabaq bu yataqdan 27 tondan artıq qızıl istehsal edilib. Bu yatağın istismarı 1992-ci ildə dayandırılmasına baxmayaraq, 1996-cı ildə ABŞ ekspertləri burada yenidən kəşfiyyat işlərinə başlayıblar. Nəticədə, yataqda 40 tondan çox qızıl ehtiyatının olduğu aşkar edilmişdir.

Kanadanın FDM şirkəti 2007-ci ilə qədər ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağın qızıl mədən sahəsində 22,1 milyon dollar dəyərində sərmayə yatırıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş torpaqları geoloji kəşfiyyat işlərinin aparılmasına bu şirkət tərəfindən toplam 4 milyon dollar dəyərində investisiyalar ayrılıb. 1997-ci ilin sentyabr ayinda Ermənistanın Sənaye və Ticarət Nazirliyi və FDM şirkəti arasında 63,3 milyon dollar həcmində filiz-mədən işləri haqqında saziş imzalayıb. FDM aktivləri Marcus Randolfun başçılıq etdiyi "Sterility Gold LTD" şirkətinə məxsusdur.

1998-ci ildə FDM şirkəti Ermənistan hökumətinə məxsus "Ararat Gold Recovery Company" (AGRC) şirkətinin investisiyaların 50%-ni alaraq şirkətin tam sahibi olub. AGRC Söyüdlü yatağının yenidən istismarına başlayıb. Bu yatağın qızıl ehtiyatları 12 milyon unsiya (370 ton) dəyərində qiymətləndirilir. 2010-cu və 2011-ci illərdə erməni şirkəti tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib.

 

Nəticə

 

- Azərbaycanın zəbt olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının qeyri qanuni istismarında tək yuxarıda qeyd olunan şirkətlərin deyil, başqa şirkətlərin, onların çoxlu sayda podratçı, subpodratçı tərəfdaşlarının da iştirakı nəzərə alınmalıdır.

 

- Qızıl yataqlarının işlənməsi zamanı yeraltı və yerüstü sular çirklənir və ətraf mühitə çoxsaylı çirkləndiricilərin (əsasən sianidlər) artan konsentrasiyası atılır. Təbii ki, nəzarət olmadığından, ərazilərimizin bu şirkətlər tərəfindən  zəhərlənmə ehtimalı da yüksəkdir. Dağ yeri olduğu üçün çirklənmə daha geniş ərazini əhatə edib.

 

- Qızıl hasil edən şirkətlər üzərində sianidin istifadəsi üzrə nəzarət olmayıb.

 

- İstismar olunan mədənlərdə, hasilatın havaya, suya,torpağa və biomüxtəlifliyə təsirinin  sistematik monitorinqi aparılmayıb.

 

- Tükənmiş yataqların bərpası üçün proqram və planlar olmayıb və s.

 

Qeyd: Azərbaycanın hasilat sənayesində şəffaflığın təmini üzrə proseslərdə iştirak etmiş, peşəkar QHT qrupu var. İlkin razılaşmaya görə müharibədən sonra bu QHT qrupu zəbt olunmuş ərazilərdə qeyri qanunu fəaliyyət göstərən məşhur şirkətlərin Azərbaycan torpaqlarındakı fəaliyyəti (şəffaflığı) və onların fəaliyyətlərin nəticəsində torpaqlarımıza vurulmuş ekoloji fəsadlar araşdırılacaq, qiymətləndirmə aparılacaqdır. Sonda Hesabatlar hazırlanaraq, təklif və tövsiyyələr veriləcəkdir.


[1] BTC- BP (30,1 faiz, Böyük Britaniya), “AzBTC” (25 faiz), MOL (8,9 faiz, Macarıstan), “Equinor” (8,71 faiz, Norveç), TPAO (6,53 faiz, Türkiyə), “Eni” (5 faiz, İtaliya), “Total” (5 faiz, Fransa), ITOCHU (3,4 faiz, Yaponiya), INPEX (2,5 faiz, Yaponiya), “ExxonMobil” (2,5 faiz, ABŞ) və “ONGC (BTC) Limited” (2,36 faiz, Hindistan) şirkətləri yer alıb. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ Interneşnl Limited (BIL) şirkətidir.    Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

[2] Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay Bölgüsü Sazışının tərəfdaşları adından onu istismar edir.  

[3] Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdeh olub.

[4]Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. 2020-ci ildə bu qaz kəmərinin buraxılış qabiliyyətinin ildə 16 mlrd. 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacağı gözlənilir.

[5] Kürdəmir rayonunun Ramal kəndində Qərb İxrac Boru Kəmərinin(Bakı-Supsa) nasos stansiyası yerləşir.

[6] 1992-ci il Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə əsasən, ölkələr həyata keçirdikləri fəaliyyət zamanı məsuliyyətlərini dərk etməli, silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.