NHMT - 2011-ci ildə Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti HESABAT

2011-ci ildə Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti HESABAT

2011-ci ildə Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

 

HESABAT

 

Bakı yanvar  2012 –ci il

 

Mündəricat

 

1. Təşkilat haqqında məlumat

 

2.NHMT İB idarə heyətinin qərarı

 

3.Giriş

 

4. ARDNŞ-də əmək qanunvericiliyinin pozulması.

 

5. Xarici neft şirkətlərində   işçi  hüquqları

 

6. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

 

8.Şirkətlərin fəaliyyətləri qeyri-şəffafdır

 

9.İşçi hüquqlarını  hansı qurumlar müdafiə etməlidir?

 

 

1. Təşkilat həqqında məlumat

 

  Azərbaycanda iri neft layihələrinin reallaşmağa başlaması , Azərbaycanın neft sektorunda  kütləvi surətdə insan hüquqlarının pozulması halları ilə müşayət olunurdu.   Mövcud  Həmkarlar İttifaqları isə işçi hüquqlarının qorunmasında passivlik göstərməyə başladı və tamamilə işəgötürənin qeyri-rəsmi strukturuna çevrildi.

 

 Bununla əlaqədar  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində müxtəlif vəzifələrdə(mühəndis,fəhlə,vəs.)çalışan bir qrup neftçi rəsmi Həmkarlar İttifaqıTəşkilatlarının(HİT) tutduğu mövqeyə və bunun nəticəsində yaranmış problemlərə cavab və reaksiya verdilər.Nəticədə  3 sentyabr 1996-cı ildə  Azərbaycanın neft sənayesində insan hüquqlarının qorunması məqsədilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı(NHMT İB)İctimai Birliyi təsis edildi. .Təşkilat 1996-cı ildə təsis olunmasına baxmayaraq dövlət qeydiyyatına 2006-cı ildə alınmışdır ..NHMT İB  yarandığı gündən öz fəaliyyətini işçi hüqüqlarının qorunmasına, neft şirkətlərinin fəaliyyətlərinin ətraf sosial mühitə təsirlərinin qiymətləndirilməsinə ,eləcədə neft hasilatı və satışından daxil olan vəsaitlərdən şəffaf,ədalətli və səmərəli sərf olunmasına yönəldərək bunula əlaqədar əlaqədar layihələr reallaşdırmış,  neft sənayesində korrupsiya hallırının aşkar edilməsi və ona qarşı mübarizə aparılmasında fəal iştirak etmişdir. (veb sayt: www.nhmt-az.org)

NHMT yalnız öz üzvlərinin hüquqlarını deyil,təşkilata müraciət edən hər bir şəxsin  hüquqlarını müdafiə edir. Əvvəlcə fəaliyyətə yalnız ölkənin neft sektorunda insan hüquqlarının qorunması ilə məşğul olan təşkilat fəaliyyəti müddətində qazandığı təcrübə və öyrənilmiş dərslər nəticəsində sonralar fəaliyyət dairəsini genişləndirərək daha yeni fəaliyyətləri də öz strateqiyasına daxil etdi.

              

NHMT yalnız öz üzvlərinin, neft sahəsində çalışan işçilərin deyil, təşkilata müraciət edən hər bir şəxsin əmək, iqtisadi, mülki və sosial hüquqlarını müdafiə edir.

 

Təşkilatın əsas vəzifəsi: əmək qanunvericiliyi sahəsində işçiləri maarifləndirmək, onlara hüquqi yardım göstərmək, məhkəmə proseslərinin monitorinqini aparmaq, proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətə və müvafiq dövlət qurumlarına açıqlamalar verməkdir

 

NHMT əmək münasibətləri sahəsində yaranan problemlərin və boşluqların aradan qaldırılması, əmək qanunvericiliyinin tədbiqi iləı əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Məhkəmə Hüquq Şurasına, Millət Vəkillərinə, ARDNŞ-yə, BP-yə və sair orqan və vəzifəli şəxslərə müraciət və təkliflərlə çıxış edir.

 

Təşkilatın missiyası:

 

  • İnsan hüquqlarına hörmət, hesabatlı hökumət;
  • Təşkilatın şüarı: Hər bir kəsin hüququ var.

 

NHMT İB-nin  saytında aşağıdakı sənədlərlə tanış olmaq olar;

 

Təşkilatın fəaliyyət istiqamətləri:

 

  • Neft sənayesində işçi hüquqlarının qorunması və bu hüquqların təlimi;
  • İri miqyaslı layihələr, o cümlədən Beynəlxalq Maliyyə  İnstitutları tərəfindən maliyyələşən  layihələrə ictimai nəzarət və  monitorinqlərin aparılması;
  • Ölkədə korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsində fəaliyyət;
  • Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması sahəsində fəaliyyət.

 

NHMT Azərbaycan “Mədən sənayesində şəffaflığın artırılması”  QHT koalisiyasının,  “Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi“nin, Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyasının , CIVICUS beynəlxalq təşkilatının, Asiya İnkişaf Bankının fəaliyyəti  üzərində ictimai nəzarət edən Beynəlxalq QHT Forumunun, Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının üzvü  üzvü və BANK WATCH-n  tərəfdaş təşkilatıdır,

 

 

Bu hesabat:  təşkilata daxil olan  müraciət, şikayət ərizələri, təşkilat kordinatorlarının verdiyi yoxlanılmış məlumat, informasiya sorğularına verilmiş cavablar əsasında hazırlanmışdır .

 

Bu hesabata əsasən təşkilatın idarə heyəti 2011-ci il ərzində ölkənin neft sektorunda insan hüquqlarını müdafiə etməli olan, lakin bu sahədə əksinə, onların haqqını pozan qurum və insanları da müəyyən etdi.

 

2.NHMT İdarə heyətinin qərarı

 

NHMT idarə heyəti illik hesabatı müzakirə edərək , qərara aldı ki,

 

İlin yekunlarına görə “Ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkət”, “İlin ədalətsiz hakimi” və “İlin ən casərətli hüquq müdafiəçisi” nominasiyaları tətbiq edilsin

 

 

-İlin “Ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkəti”

 

2011-ci il ərzində ölkənin neft sektorunda işçi hüquqlarının kütləvi surətdə pozulması ən çox “Bahar Enerji” ƏŞ və Hertel şirkətində müşahidə olunub NHMT idarə heyəti hesab edir ki, aşağıda qeyd olunan şirkətlər İlin “Ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkəti”nominasiyasına layiq görülsün

 

-“Bahar Enerji” ƏŞ 1.10.2010-cu il tarixində 1300-dən çox işçinin hüququnu pozaraq onlarla qeyri-qanuni müvəqqəti əmək müqaviləsi bağlamışdır.Məhz bunun nəticəsində 2011-ci il ərzində 500-nəfərədək insanı qeyri-qanuni işdən azad etmişdir.Azərbaycanın Əmək qanunvericiliyini pozan şirkət rəhbərliyi hala də cəzasız qalmışdır.

-2011-ci ildəHertel Indastrial Servises BV» şirkəti – 300-dən çox işçinin.hüququnu pozmuşdur. Bu şirkətdə 100-dən çox işçi ilə qanunsuz yollarla əmək müqaviləsinə xitam verilmişdir Azərbaycanın Əmək qanunvericiliyini pozan şirkət rəhbərliyi hala də cəzasız qalmışdır.

 

-İlin ədalətsiz hakimi         

Bəzi məhkəmə hakimləri əksər hallarda heç bir araşdırma aparmadan, təqdim olunmuş sənədləri notariat orqanları kimi təsdiq etməklə öz içlərini bitmiş hesab edir və işçilərin əleyhinə qərarlar qəbul edirlər. Bu da işçilərə böyük maddi və mənəvi ziyanın vurulmasına səbəb olur. Məsələn: işə bərpa barədə məhkəməyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlər təqdim olunarkən hakimlər bu əmrlərin verilməsinə səbəb olan halları və bu halların qanunauyğun olmasını araşdırılmır, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıran hallara diqqət vermir, bu işlərə dair ekspertiza keçirilmir və ya ekspert rəyi alınmır, sənədlərin həqiqiliyi araşdırılmır və yalnız əmrlərin olması əsasında formal qərarlar qəbul edilir. Əksər hallarda məhkəmə hakimləri  işəgötürənlərin xeyrinə qərarlar qəbul edilməsində maraqlı olurlar. Məhkəmə-Hüquq Şurası tərəfindən işçilərin hüquqlarının pozulması ilə nəticələnən Qətnamələr qəbul etmiş hakimlərin intizam məsuliyyətinə cəlb olunmaması da ədalətsiz qətnamələrin artmasında böyük rol oynayır. NHMT hesab edir ki, il ərzində aşağıdakı hakim öz ədalətsiz qərarları ilə başqalarından seçiliblər.

NHMT idarə heyəti hesab edir ki, aşağıda qeyd olunan hakim neftçilər üçün “İlin ən ədalətsiz hakimi”adlandırılsın.

 

-Nürəddin Abuzər oğlu Bağırov. Səbail rayon məhkəməsinin hakimi.(Mustafayeva Səmilə, Rzayev Nuru, 17 nəfər Hertel şirkətinin işçisi ilə əlaqədar çıxartdığı ədalətsiz qərara görə)).

 

İlin ən cəsarətli hüquq müdafiəçisi

 

NHMT işçilərin hüquqlarını müdafiə edir. Çoxlu sayda insanı maarifləndirir ki, onlar öz hüquqlarını müdafiə etsinlər. Təşkilat öz haqqını müdafiə endən hər bir insana böyük hörmətlə yanaşır. Təşkilat hesab edir ki, 2011-ci ildə öz hüquqlarını cəsarətlə müdafiə edən  insanların sayı artmışdır. NHMT İB-nin idarə heyəti 2011-ci il üzrə neft sektorunda insan hüquqlarının vəziyyətini araşdırdıqdan sonra hesab etmişdir ki, Hertel şirkətinin işçisi Natiq Əhədov ölkənin neft sektorunda öz hüququnu müdafiə etməyi bacaran “ İlin ən cəsarətli hüquq müdafiəçisidir”

 

3.Giriş

 

2011-ci il ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə əmək, iqtisadi, mülki və sosial hüquqlarının bərpası ilə əlaqədar NHMT-yə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində işçilərə hüquqi məsləhətlər verilmiş, müəssisə və dövlət orqanlarına müraciətlər edilmiş, məhkəməyə iddialar hazırlanmış, telefon, təşkilatın veb-saytı vasitəsi ilə və şifahi izahatlarla  2000 nəfərə yaxın işçiyə sosial, iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir.

 

İl ərzində işçilərin əsas şikayətləri aşağıdakı sahələrdə olmuşdur:

 

  • Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi;
  • Əmək Müqaviləsinin bir surətinin işçilərə təqdim edilməməsi;
  • İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması şərtləri;
  • Əmək Müqavilələrinə xitam verilərkən işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi;
  • Əmək xəsarətinin gizlədilməsi və qeydə alınmaması;
  • Əmək xəsarəti ilə əlaqədar işçiyə müvafiq ödənclərin ödənilməməsi;
  • İşçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortalanmaması və ya sığortalandığı halda bu müqavilələrin gizlədilməsi və ödəmələrin aparılmaması;
  • Normadan artıq, gecə puluna görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada ödənilməməsi;
  • Gender bərabərliyinin pozulması;
  • Təqaüd yaşına çatmış insanların əmək hüquqlarının pozulması;
  • Mülkiyyət hüquqlarının pozulması: mənzil, torpaq, gəlir əldə etmək və sair.

 

İl ərzində işçilərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan əsas hüquqlarının pozulma səbəbləri  

 

İşəgötürənlə işçi arasında əmək müqaviləsinə xitam verilərkən  mübahisələrin yaranmasının aşağıda göstərilən bir neçə əsas səbəbləri vardır:

 

  • İşçilərin öz hüquqlarını   kifayət qədər bilməməsi;
  • İşçilərin attestasiyasının keçirilməsində işəgötürənin qərəzli olması;
  • Əmək müqaviləsi bağlanılarkən işçilərin Əmək Məcəlləsində göstərilən hüquqlarının məhdudlaşdırılması;
  • Əmək müqaviləsinin bir nüsxəsinin işçilərə verilməməsi;
  •  İşçilərlə müddətli əmək müqavilələrinin bağlanması;
  • Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlarının yerinə yetirilməməsi, güzəştlərin tədbiq olunmaması;
  • İşçilərin sayının azaldılması və ya ştatların ixtisarının qanunsuz yollarla aparılması;
  • İşçilərin öz hüquqlarının bərpası ilə əlaqədar  işəgötürənə etdikləri müraciətlərinin ədalətli həllinə inamının olmaması və sair.

 

 Təşkilata daxil olan müraciət və şikayətlər əsasən aşağıdakı ərazilərdən olmuşdur

 

  • Bakı şəhəri üzrə: (Səbail, Qaradağ,  Suraxanı, Nizami, Xətai rayonları);
  • Şirvan şəhəri üzrə;
  • Salyan rayonu üzrə;  
  • Neftçala rayonu üzrə və sair.

 

İşçilərin hüquqlarının daha çox pozulması faktları əsasən aşağıdakı idarə və müəssisələrdə daha çox müşahidə olunmuşdur:

 

  • ARDNŞ; (Azəriqaz İB, Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi, Azərneftyağ NEZ, Bibiheybətneft NQÇİ, Gəmi Təmiri zavodu);
  • Kaspian Katerinq şirkəti;  
  • “Hertel İndastrial Servises BV”;
  • RCB (Riqblast) şirkəti;
  • KSA DEUTAQ şirkəti;
  • Bahar Eneji LTD;
  • Aramark LTD şirkəti və sair.

                                                

İşəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələbləri müntəzəm olaraq pozulur, lakin təəssüflər olsun ki, bu hüquqpozmalara görə onlar məsuliyyətdən kənarda qalırlar:

 

Əmək Məcəlləsi. Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

 4.ARDNŞ-də əmək qanunvericiliyinin pozulması.

 Qeri-qanuni işdən azad olunmalar:

ARDNŞ-nin 2010-cu il üzrə hesabatında: 01.01.2010-cu ilə işçilərin ümumi sayı 69 568 nəfər, 01.01.2011-ci ilə 79 569 nəfər olmuşdur.  Bu Hesabatda 20 391 nəfərin işdən azad olunduğu, 24 168 nəfərin işə qəbul olunduğu bildirilir. NHMT 2010-cu il ərzində 20 391 nəfərin işdən azad olunduğunu qeyri-qanuni hesab etmişdi. Bu işçilərin tutduqları vəzifədən azad olunmaları, onlarla  qeyri-qanuni bağlanmış müvəqqəti əmək müqavilələrinə xitam verilməsi və təqaüd yaşına çatmış işçilərə məcburi olaraq ərizə yazdırılması yolu ilə olmuşdur.  

Bu Hesabata əsasən ARDNŞ-də 10 000 nəfər işçi artmışdır. Baxmayaraq ki,, eyni hesabatda 2769 nəfərin müəssisənin ləğvi və ixtisarla əlaqədar işdən azad olunduğu bildirilir. Əgər həqiqi ixtisarlar aparılırsa, o halda ARDNŞ-də işçilərin ümumi sayında azalma olmalıdır. Lakin 2010-cu ildə ARDNŞ-də 2769 nəfər  müəssisənin ləğvi və ixtisarla əlaqədar işdən azad olunsa da ( ümumi 20 391 nəfər işçi), işçilərin sayı nəinki azalmamış, 24 168 nəfər işə qəbul olunmuş və ARDNŞ-də işçilərin ümumi sayı 10 000 nəfər artmışdır.

  2011-ci ildə də ARDNŞ-də işçilərin ən çox hüquqlarının pozulmasına səbəb qanunsuz yollarla əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bunun nəticəsində də minlərlə insan işsiz qalmışdır Belə ki, ARDNŞ strukturuna daxil olan birlik, idarə və müəssisələrin  əksəriyyəti tərəfindən (Azəriqaz İB, Azərkimya İB, Azərneftyağ NEZ, Azərneftyanacaq, Dərin Özüllər zavodu və s.)  Bu qanunsuzluqların əsas səbələrindən biri isə Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinə zidd olaraq işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanması olmuşdur.

Şirkətin işəgötürənləri tərəfindən Əmək Məcəlləsinin:

  • 45.4-cü maddəsi (əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.);
  • 45.5-ci maddəsi ( müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.)
  • Əmək Məcəlləsinin 47-ci maddəsi (əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə  işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla  bilər.) mütamadi olaraq pozurlar

 

      Qeyd: Neft sənayesində fəaliyyət göstərən müəssisələrdə  isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işçilərlə müddətli əmək müqaviləsi  bağlanılır. Eyni zamanda əmək müqaviləsi bağlanılarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldılır. Daimi xarakter daşıyan iş və xidmətlərdə müddətli əmək müqavilələrinin bağlanmasında əsas məqsəd işçiləri qorxu və təzyiq altında saxlamaq, onları öz hüquqlarını tələb etməyə imkan verməmək ( belə müqaviləyə imza etmiş işçi çox gözəl bilir ki, hər hansı bir qanuni hüququnu tələb etdiyi halda qısamüddətli əmək müqaviləsinin müddəti başa çatan kimi onunla yeni əmək müqaviləsi bağlanılmadan işdən azad olunacaq), heç bir problem olmadan və müavinətlər ödəmədən onlarla istədikləri vaxt əmək müqaviləsinə xitam verməkdir.

 

Bundan əlavə ARDNŞ-nin strukturuna daxil olan:

 

-Kompleks Qazma Işləri Trestində il ərzində: 100-dən çox işçi qanunsuz yollarala ixtisar olunmuş, bəzi işçilər isə  əmək haqqının 3/2 hissəsi ödənilməklə  və ya ödənişsiz məzuniyyətə göndərilmişlər.(Sonradan həmin işçilər də işdən azad olunublar). Bu işçilərdən 3-ü  (Mustafayeva  Səmilə, Muradov Fikrət - təmin olunub, Həsənov Zülfüqar) ilə Kompleks Qazma Işləri Trestinin məhkəmə mübahisəsi davam edir. Məhkəmədə onların hüququ  NHMT tərəfindən müdafiə olunur.

 

-Xəzər Dəniz Neft Donama İdarəsinin “Sabit Orucov” və “General Əsədov” gəmilərinin 33 nəfəri işçisinin əmək haqqı və ştatlarının ixtisarı ilə əlaqədar hüquqları pozulmuşdur.

 

-ARDNŞ-nin “Neftqaztikinti” Trestinin 6 saylı Tikinti  Quraşdırma İdarəsi, Ə.Əmirov adına NQÇİ, “Bibiheybət İXTİ, 28 may NQÇİ, Bibiheybətneft NQÇİ, Neft Daşları NQÇİ və sair idarələrində də işçilər qanunsuz yollarla işdən azad edilmişlər.

 

-ARDNŞ idarə və müəssisələrində çalışan və təqaüd yaşına çatmış işçilərin 95 faizi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 16, 68 və 69-cu maddələrinin  tələbləri pozulmaqla xitam verilmişdir.   Təqaüd yaşına çatmış insanlar  “öz xahişləri ilə” ərizə yazmaqdan imtina etdikləri halda onlara mənəvi təzyiq göstərilmişdir  Nəticədə bu hədə - qorxulara davam gətirməyən işçilər “öz xahişləri ilə” ərizə yazmaqla işdən getməyə məcbur olmuşlar. Təşkilat hesab edir ki, vətəndaşlar yaşına görə deyil, bilik və bacarığına, peşəkarlığına görə, əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsinə görə işdə saxlanılmalı  və ya əmək müqaviləsinə qanunla nəzərdə tutulan qaydada xitam verilməlidir.                                        

-Ölkədə ilin əvvəlindən korrupsiyaya qarşı mübarizə məqsədilə aparılan qısa müddətli tədbirlər vaxtı da ARDNŞ-də bəzi faktlar əsasında yoxlamalar aparılmış, rüşvət götürən kadr işçiləri əvəzinə rüşvət verib işə girən insanlar işdən azad olunublar. Təəssüf ki, hələ də rüşvətxor məmurların bəziləri tutduqları vəzifədə çalışırlar.

 

Müsbət hal

 2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də işçilərlə bağlanmış müvəqqəti müqavilə vaxtının bitməsi ilə əlaqədar işdən azad olmaların sayı azalmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları üzrə Departamentinin yaradılması olmuşdur.   Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçiriləcək,  

Vətəndaşlar ARDNŞ-yə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin korporativ veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilərlər. NHMT hesab edir ki, bu qurumun  fəaliyyətinə  ARDNŞ rəhbərliyinin bəzi məmurları tərəfindənmaneçilik göstərilməsə işi qəbul prosesinda rüşvət ləğv oluna bilər.

Əmək haqqı

2010-cu ilin hesabatına görə neft şirkətində orta əmək haqqi 559 AZN təşkil edir. Lakin təssüflər olsun ki  bu əmək rəqəmlər reallığı o qədər də əks etdirmir. Bu Respublika üzrə yüksək əmək haqqı saylir. Lakin bu o demək deyildir ki işçilərin əmək haqqı yüksəkdir.

Bu gün neft sənayesində ən vacib peşə sayılan 5-ci dərəcə  neftçıxarma operatorunun tarif maaşı 330, 5-ci dərəcə qazmaçı və təmirçilərin əmək haqqı 428 AZN təşkil edir. Azneft İB üzrə orta əmək haqqı 641.0 Kompleks qazma” işləri Tresti üzrə 734 AZN təşkil edir. İlk baxışda bu yüksək əmək haqqı kimi gorünür. Lakin Əmək haqqinin bu göstəriciləri  əsasən dəniz əmsalı, zəzrərli və agır işlərə görə əlavələr ilə birlikdədir. Quruda işləyən işçilərin əmək haqqi dəniz əmsali olmadıgəna görə çox aşagı olur(digər əlavələrin miqdarı cüzidir). Təsəvvür edin agir şəraitdə işləyən işçilərin əmək haqqı 330 manatdir. Bahar Enerjidə isə 5-ci dərəcəli neftçıxarma operatorunun tarif maaşı 225 manatdır.Ondan 17 % vergilər, 1% Hİ-na,2 % isı SQ yardim fonduna ayrilandan sonra 250-260 AZN əmək haqqı qalır.

 

Neftçıxarma idarələrində ən yüksək 13 dərəcəli mühəndislərin əmək haqqı 420 AZN təşkil edir və əlavə heç bir ödənişlər aparılmır. Tutulmalar da öz yerindəş. Bundan əlavə orta  ranqlı işçilər (şöbə rəisləri, baş mütəxəssislər, sex rəisləri, ustalar və s) heç bir ödəniş aparmadan məcburi əməyə cəlb edilir. Onlar iş vaxtından artıq işlədilir. Əsas fəaliyyət sahəsi olan neftçıxarma idarələrində digər bolmələrə (bir başa sirkətə tabe olan) nisbətən aşagıdır. ”Neftqazelmitədqiqatlayihə” İnstitutunda orta əmək haqqı  609.81, Əmək şəraiti normalarının işlənməsi İdarəsində 562.76, Azərbaycan Neft təsərrüfatı jurnalı redaksiyasinda isə orta əmək haqqı 742 azn təşkil edir və bu bölmələrdə dəniz əmsali və digər əlavəlaər demək olar ki tətbiq edilmir. Biz heç də bu işcilərin əmək haqqınin az olmasənı deyil hasilatda işləyən işçilərin əmək haqqlarının artırılmasının tərəfindəyik. Xatırladiram ki  əmək haqqının kütləvi artımı 2008 –ildən sonra kecən ilin  aprel ayında cəmi 5% artırıldı.  (infilyasiya faizindən də az)

 

Zaman-azman ARDNŞ rəhbərliyi işçilərin sayınının çox oldugunu bəhanə gətirərək qeyri qanuni işdən azadolmaları həyata keçirir. Lakin işcilərin sayı yenədə artır. 2010 hesabatına görə işçilərin sayı 10000 min nəfər artmışdşr. Bunun 6000 Azərkimya şirkətinin birləşməsi hesabına olsada “Azəriqaz” İB üzrə 2525 nəfər, Sosial İnkişaf İdarəsi üzrə 1038 nəfər, Təhlükəsizlik idarəsi üzrə 650 nəfər artmışdır. Azneft İB üzrə isə azalma baş vermişlir. Bu gün köhnə neft mədənlərində (operator, çilingər, mexanik, təmirçi, qaynaqçi və.s işçilər çatışmir. ) Bir işçi demək olar ki, 80-100 neft quyudan ibarət sahaəyə nəzarət edir. Əmək alətləri köhnə və yararsızdır.  Hasilat isə aşağı düşmüşdür.(2011-ci ildə hasilat 7,1 milyon ton olmuşdur,)

 

ARDNŞ-də hər bir işçidən hər ay üçün aylıq əmək haqqının 2 faizi məbləğində Silahlı Qüvvələr fonduna tutulmalar edilir. Bu tutulma işçilərin fərdi razılığı olmadan ümumi qaydada həyata keçirilir və məcburi xarakter daşıyır.

2011-ci il ərzində  NHMT ə Şirvan Oil,Binəqədi Oil,QarasuOil,Neftçala Oil Əməliyyat Şirkətlərində çalışan işçilərdən də onlara ödənilən əmək haqqının aşağı səviyyədə olması ilə əlaqədar şikayətlər daxil olmuşdur.Ötən ilin əvvəlində Qarasu Oil ƏŞ-də işçilər əmək haqqının aşağı olması ilə əlaqədar bir günlük tətil etmişdilər.Sonradan tətil iştirakçılarına ciddi təyziqlər oldu

 

Əlavə ödənişlər(“Azneft” İB-yi)

“Azneft” İB-nin dəniz şəraitində çalışan işçilərinə  susuzluğa görə əlavə ödənişlər verilmir. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1, 2; 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilmişdir. Lakin, ARDNŞ-nin tərkibində olan daimi içməli su  mənbəyindən uzaqda yerləşən müəssisələrdə və idarələrdə bu artım verilmir. Əslində həmin əlavələrin müəyyən edilməsinin fəlsəfəsi də keyfiyyətsiz sudan istifadəyə görə kompensasiyadır. Halbuki həmin müəssisə və idarələrlə eyni ərazilərdə yerləşən iş yerlərində işləyən digər müəssisələrin işçilərə həmin əlavələr verilir. Məsələn: Çilov adasında yerləşən Səhiyyə nazirliyinə tabeli tibb müəssisəsi, məktəbin, icra hakimiyyətinin işçiləri həmin əlavələri alırlar.

İş şəraiti

2011-ci il ərzində təhlükəli iş şəraitinə görə Neft sektorunda  təşkilata məlum olan 23 ölüm hadisəsi olmuşdur (müqayisə üçün: 2009-cu ildə 6, 2010-cu ildə 10 ölüm hadisəsi) olmuşdur). Bunlardan 21-nəfər ARDNŞ-yə məxsus idarə və müəssisələrin işçiləridir.

 

2011-ci il ərzində 52 əmək xəsarəti qeydə alınmşıdır. Bu hadisələrin 34-ü ARDNŞ-yə məxsus idarə və müəssisələrdə baş vermişdir.

 

ARDNŞ-nin birinci vitse prezidenti Xoşbəxt Yusifzadə bu sahəyə məsuldur və aşağıdakı faktlara görə cavabdeh şəxsdir!!!

 

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi sahəsində müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Lakin çox təəssüflər olsun ki, 2011-ci il ərzində təhlükəli iş şəraitinə və əməyin mühafizə qaydalarının pozulmasına görə ARDNŞ-də yuxarıda göstərilən əmək xəsarətləri və ölüm hadisələri olmuşdur.

Qeyd: bu əmək xəsarətləri və ölüm hadisələri yalnız NHMT-yə məlum olan hadisələrdir, reallıqda isə bu daha çoxdur. Belə ki, bir çox hallarda bu hadisələr gizlədilir.

 

İş şəraiti ilə əlaqədar xüsusi qeyd (Azneft İB)

Təşkilata daxil olan məlumatlarda daha ağır iş şəraiti Neft Daşları NQÇİ-nin 3-cü mədəni hesab olunur. Bu mədəni işçilər “dizbat” (cəzaçəkmə batalyonu) adlandırırlar. Təşkilata göndərilmiş şikayət məktubundan çıxarış:

Bu mədəndə çörək  su təminatı çox pis vəziyyətdədir. Yatacaq yeri   quyuların yanındadır, səs və küyə əsəblər dözmür.  Biz isə bilmirik işləyək, ya özümüzə yemək bişirək. Günlərlə kiflənmiş çörək yeyirik. Elə meydançalar var ki, heç hamam və yemək otaqları yoxdur! Ümumiyyətlə bunların hamısını  təsvir etməklə  deyil, gərək bütün bu heyvan şəraitini bura gəlib özünüz görəsiniz!”

                                      

Vəzifə səlahiyyətindən istifadə edən sex rəisləri neftçıxarma operatorlarını onlara aid olmayan və insan həyatı üçün təhlükəli olan işlərin yerinə yetirilməsinə məcbur edilir. İşçilər vəzifə səlahiyyətlərinə aid olmayan işə cəlb edilir. İşçi bu işdən imtina etməyə cəhd  edərsə,   işsiz qala bilər. Məsələn: İş yerini itirməkdən qorxan neftçıxarma operatoruna insan həyatı üçün təhlükə mənbəyi olan, artıq istismar müddəti qurtarmış  özüldə ağır çəkili siyirtmələrin sökülməsi və əllə gəmiyə yüklənməsi tapşırılır. Ağır çəkili yükü qaldıran fəhlə insan həyatı üçün olduqca təhlükəli olan bu özüldə bilmir öz həyatını qorusun, yoxsa ağır siyirtməni(50-80 kq) gəmiyə yükləsin. Ağır avadanlıq qaldıran işçilərin çoxu onurğa yırtığından əzab çəkirlər. İşçilər bəzi hallarda qasırğalı havada dəniz şəraitində işləməyə məcbur edilir

 

Qeyd: “Azneft” İB –nin idarə və müəssisələrində çalışan neftçilərin əksəriyyəti onurğa yırtığından əziyyət çəkirlər. Vaxtilə ağır iş şəraiti ucbatından bu xəstəliyə düçar olmuş fəhlələrin çoxu, sonradan sağlam olmadığı üçün işdən azad olunurlar

İşçilərin  içməli su ilə təchizat (“Azneft” İB-yi)

 Sualtı neft və qaz kəmərlərinin  çəkilişi üzrə xüsusiləşmiş idarə və  kadrlara malik olan ARDNŞ bu vaxtadək  dəniz platformalarına (məsələn: Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb. Bu isə iri dəniz platformaları, əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır, həm onların sağlamlığı üçün təhlükə  mənbəyidir, həm də suyun gəmi vasitəsilə daşınması şirkət üçün baha başa gəlir. Uzun illərdir ki, adı  çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri, nə də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dezinfeksiya edilmir, gəmi ilə gətirilən və qurğulardakı çənlərdəki suların tərkibi  xüsusi labaratoriya şəraitində yoxlanmır. Hal-hazırda istifadə olunan çənlər isə  artıq 30-40 ildir istifadə olunur. Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına ciddi təsir edir.

   Dəniz platformalarında susuzluq şəraitində işləyən işçilər yemək və içmək üçün gəmilərlə gətirilən və sututarlara saxlanılan sudan istifadə edirlər. Həmin su təbii su mənbələrindəki sudan keyfiyyətdə xeyli geri qalır. Məişətdə isə təmizlənmiş (OS-MOS qurğusunda) dəniz suyundan istifadə edilir. Həmin su əl-üz yuduqda və duş qəbulu zamanı diskomfort yaradır(sabun çətinliklə gedir).

 

 İstirahət otaqları  (“Azneft” İB-yi)

 “Azneft” İB-nin strukturuna daxil olan Neft Qaz çıxarma İdarələrində (NQÇİ) istirahət otaqları sanitariya gigiyena normalarına cavab vermir. İstirahət otağı ilə yemək otağı eynidir. Növbədən çıxmış işçilər itirilmiş əmək qüvvələrini bərpa etmək üçün normal dincələ bilmir. Otaqlar müvafiq məişət  avdanlığı ilə təchiz olunmur. Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır (İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). Bəzi idarə və müəssisələrə məxsus istehsalat sahələrində işçilər üçün sanitar qovşaqların olmaması yaxud da olduqca pis vəziyyətdə olması faktları da müşahidə olunur

 

ARDNŞ-də təhlükəsizlik xidməti.

Respublikamızın neft sənayesi obyektlərinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 dekabr 2005-ci il tarixdə ARDNŞ-nin nəzdində Təhlükəsizlik İdarəsi yaradılmış, dənizdə və quruda fəaliyyət göstərən mədənlərin, neft və qaz rezervuarlarının, digər obyektlərin mühafizəsi həmin idarəyə tapşırılmışdır. Təşkilata edilən müraciətlər və araşdırmalar göstərir ki, ARDNŞ-nin bu İdarəsi öz fəaliyyətindən kənara çıxmaqla qanunsuz fəaliyyətlə də məşğul olur: Belə ki, Təhlükəsizlik İdarəsinin əməkdaşları:

 

  •  Məhkəmə qərarı və icra vərəqi olmadan vətəndaşların mülklərini və tikililərini sökürlər.
  •  Neftli ərazilərdə  vətəndaşların qanuni mülklərində dam örtüyünün dəyişdirilməsinə, suvaq vurulmasına, boya işlərinin aparılması, kommunal şəraitlərinin yaxşılaşdırılması işlərinə qanunsuz olaraq müdaxilələr edirlər.

 

ARDNŞ tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının pozulması:

  • Vətəndaşlara qarşı “Özbaşına tikilmiş tikintinin sökülməsi, ərazinin böşaldılması və qanunsuz tikilidən çıxarılması barədə” İdda tələbləri barədə 2007-ci ildən başlayan məhkəmə mübahisələri 2011-ci ildə də davam etmişdir.
  • Binəqədi rayon məhkəməsində  “Binəqədi Oyl” Əməliyyat şirkətinin 1000-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur.
  •  Sabunçu rayon məhkəməsində  Balaxanıneft NQÇİ-nin 1500-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur.
  •  Səbail rayon məhkəməsində  Bibiheybətneft NQÇİ-nin 3000-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur. Ən azı 2000-nəfərə qarşı bu iddia tələblərinin verilməsi barədə sənədlər hazırlanır.
  • Hal hazırda NZS sahəısində də 400 nəfərə yaxın vətəndaşın evlərinin sökülməsinə başlanılıb.
  • Bu əməliyyatlar Sulutəpə qəsəbəsində daha kəskin halda həyata keçirilir.
  • Hal-hazırda Əzizbəyov, Suraxanı, Qaradağ rayon ərazilərində də ARDNŞ tərəfində vətəndaşların mülkiyyət hüquqlarının pozulması davam edir

 

 Xarici neft şirkətlərində   işçi  hüquqları

İl ərzində ölkədə fəaliyyət göstərən xarici şirkətlər tərəfindən əmək qanunvericiliyi aşağıdakı sahələrdə daha çox pozulması müşahidə olunmuşdur:

 

1. Əmək Məcəlləsinin  44-cü maddəsi: Təşkilata müraciət edən işçilərin əksəriyyəti bildirirlər ki, əmək müqaviləsinin bir nüsxəsi onlara verilmir.  

2. Əmək Məcəlləsinin 45 və 47 -ci maddələrini pozub işçilərlə 1-3 ay müddətində müddətli əmək müqaviləsinin bağlanması (RGB şirkəti, “Kaspian  Katering Servis”,Asfen, Bosşelf, Bahar Enerji ƏŞ, Hertel və s))

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı və 2000-ci il tarixli 27 saylı qərarlarının pozulması.  Əmək xəsarəti ilə əlaqədar İZ ( İstehsalat Aktı) aktı verilməsinə baxmayaraq müvafiq ödəmələrin aparılmaması. ( RGB şirkəti, Azgerneft, Holliburtun)

4. Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinin tələblərinin pozulması və qanunsuz ixtisarların aparılması.(Hertel şirkəti)

5. Əlavə ödənişlərin(dəniz əmsalı və gecə pulu) ödənilməməsi. (Aramark)

6. Xarici şirkətlərdə yerli işçilər üçün nəzərdə tutulmuş “Yerli kadrlar üçün təlimat kitabçası” ictimaiyyətdən gizli saxlanılır. Məhz yerli işçilərlə  xarici işəgötürən arasındakı münasibət bu kitabla tənzimlənir. NHMT-nin dəfələrlə müraciətinə baxmayaraq bu kitab təşkilatın hüquqşünasına təqdim edilməyib. (BP və Stotoil Hydro şirjkətləri)

7. İşçilərlə əmək müqaviləsi əvəzinə podrat müqavilənin bağlanması (Hertel şirkəti)

 

2011-ci il ərzində işçi hüquqlarının kütləvi surətdə pozulması  ən çox “Bahar  Enerji”   ƏŞ və Hertel şirkətində müşahidə olunub

 

 “Bahar  Enerji” Əməliyyat  Şirkəti.

27.04.2010 tarixində AR Milli Məclisi növbəti neftqaz  layihəsini təsdiq etmişdir. Bu müqavilə üzrə ARDNŞ-nin tərəfdaşı kimi Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Energy Ltd şirkəti eyni zamanda müqavilənin idarə olunması uzrə operatordur.

     Qeyd etmək lazımdır ki, “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsinə üzrə bağlanmış  HPB tipli müqavilə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və Bahar Energy Ltd (80%) arasında bağlanmışdır. Bahar Energy Ltd şirkətinin təsiiçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil. ofşor kompaniyalardır. Onlar Dubay_Cebel Əli azad iqtisadi zonasında qeydə alınmışdır.

       ARDNŞ-nin “Qum adası” Neft və Qazçıxarma İdarəsinə məxsus olan neft sahələri 01 oktyabr 2010-cu il tarixdən bu Şirkətin idarəçiliyinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 sentyabr 2010-cu il tarixli, 124 saylı Əmri ilə “Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsi 01 oktyabr 2010-cu il tarixdən ləğv edilmiş və bu müəssisə yeni mülkiyyətçi kimi “Bahar  Enerji” Əməliyyat  Şirkətinin idarəçiliyinə verilmişdir. Lakin şirkət fəaliyyətə aşağıdakı qanun pozuntuları ilə başlamışdır.

  • Əmək Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozur. (Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır).
  • Əmək Məcəlləsinin 45.4-cü. maddəsinin tələblərini pozur. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmasına baxmayaraq işçilərlə məcburi surətdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanılıb. Bu müqaviləyə imza etməyən işçilərlə əmək müqaviləsi bağlanılmayıb.  
  • Neft sənayesində 30-40 il işləmiş və sınaq müddəti çoxdan bitmiş işçiləri təzyiq və qorxu içində saxlamaq məqsədi ilə onlarla 3 ay sınaq müddəti ilə müddətli əmək müqaviləsi bağlanılıb.
  • ARDNŞ-nin 30 sentyabr 2010-cu il tarixli, 124 saylı Əmrinin 3.7-ci maddəsinə əsasən ləğv etmə komissiyasına tapşırılmışdır: “Qum adası” Neft və Qazçıxarma İdarəsinin ləğvi ilə əlaqədar və Hasilatın Pay Bölgüsü haqqında Sazişin şərtlərinə uyğun olaraq işçilərin əmək münasibətlərinin Əməliyyat Şirkətində davam etdirilməsi üçün Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada tədbirlər görsün. Lakin Əməliyyat Şirkəti tərəfindən ARDNŞ-nin bu Əmrinə də əməl edilməmişdir.
  • Hasilatın Pay Bölgüsü haqqında Sazişdə Bahar Enerji Əməliyyat şirkəti “Qum adası” NQÇİ-nin ləğvi ilə əlaqədar işçilərin işə qəbul edilməsi ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Lakin Əməliyyat Şirkəti tərəfindən Sazişin bu şərtlərinə də əməl edilməmişdir.
  • Nəticədə 2011- il ərzində 100-dək işçi tutduğu vəzifəsindən kənarlaşdırılmış, 2011-ci il oktyabr ayının 1-də isə 400-dək işçi qeyri-qanuni tutduğu vəzifəsindən kənarlaşdırılmışdır.

Qeyri-qanuni işdən azad edilmiş işçilərin əvəzinə isə şirkət rəhbərinin istehsalat işləri üzrə müavini Nazim İsmixanov öz oğlunu, qızını, qohum və dostlarını və digər vəzifəli şəxslərin qohumları işə qəbul edilib. Həmin şəxslərə digər işçilərdən 5-8 dəfə çox əmək haqqı ödənilir.

 

Hertel  İndastrial  Servises  BV   Şirkəti 

2011-ci ildə işçilərin hüquqlarını  daha çox pozan  şirkətlərdən biri də “Hertel  İndastrial  Servises  BV” Şirkəti olmuşdur. Bu şirkətdə 100-dən çox işçi ilə qanunsuz yollarla əmək müqaviləsinə xitam verilmişdir. Hertel BP şirkətinin podratçı şirkətidir və bu şirkət BP şirkətinin siyasətlərinə əməl etməlidir. Hertel şirkəti tərəfindən əmək qanunvericiliyinin tələbləri aşağıdakı sahələrdə pozulur:

  • İşçilərlə razılaşdırılmadan bağlanmış əmək müqaviləsinə düzəlişlər edilir. 17 nəfər işçi ilə bağlanmış əmək müqaviləsinin müddəti 31 dekabr 2011-ci ildə bitdiyi halda, sonradan bu müqavilələrin 1 və 2-ci səhifələri dəyişdirilmiş və müddət 10 may 2011-ci il göstərilmişdir.    Nəticədə işçiləri 10 may 2011-ci il tarixdə müddətin başa çatması ilə əlaqədar işdən azad etmişlər. Bununla əlaqədar müvafiq sənədlərə Hertel İndastrial Servises BV” Şirkətinin direktoru Bram Şetyens “imza atıb.”
  • Səbail rayon məhkəməsinin 12.07.2011-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 26.07.2011-ci il tarixli məktubuna əsasən Hertel İndastrial Servises BV” Şirkətinin direktoru Bram Şetyens 02 may 2011-ci il tarixindən 26 may 2011-ci il tarixinə kimi yalnız 1 gün Azərbaycan Respublikasında olmuşdur. (12.05.2011-13.05.2011-ci il tarixində olmaqla 1 gün). İşçilərlə bağlanmış əmək müqavilələrinə isə 10 və 11 may 2011-ci il tarixlilərində Bakı şəhərində xitam verilib. Sərhəd Xidmətinin məktubuna əsasən Cənab Bram Şetyens hər ayda  yalnız bir dəfə Azərbaycanda yerləşən Hertel şirkətində işdə olur. Onun bu şirkəti necə idarə etdiyi sual doğurur
  • Bir vəzifədə və ya əmək funksiyaları bir birinə bərabər olan vəzifələr arasında əmək haqqı ilə əlaqədar kəskin fərqlər yaranır İşçilərin əməyinin ödənilməsi hər hansı bir normativ sənədlər əsasında deyil, şəxsi münasibətlərə əsasən təyin edilir ki, bu da əmək haqqının ödənilməsində kəskin və diskriminasiya xarakterli fərqlər yaradır

 

  • İşçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği barədə Təlimat, Əsasnamə və ya normativ xarakter daşıyan Qaydalar tərtib və təsdiq olunmamışdır.
  • İşçilərlə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada Əmək Müqavilələri deyil, Mülki Məcəllədə nəzərdə tutulan qaydada Xidmət müqavilələri bağlanılıb. (təqribən 60 nəfərə işçi ilə)
  • İşçi ilə işəgötürən arasında qısa müddətli(3-6 ay) müvəqqəti müqavilələr bağlanılır. İşçilərlə əmək müqaviləsi  qısa müddətli, ən azı layihə müddətinə uyğun bağlanmalıdır.

 

6.Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

 Ölkənin neft sektorunda fəaliyyət göstərən şirkət,idarə və müəssisələri ətraf sosial mühitə vurduğu ziyan danılmazdır.Bu şirkət və müəssisələr,neftayırma zavodlarının fəaliyyəti nəticəsində   ətraf yaşayış məntəqələrində  yaşayan bir çox sakinləri xərçəng daxil olmaqla, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər   İllərdən bəri  neftin hasilatı və onun emalı ilə məşğul olan qurumlar yaxınlıqda yaşayan insanların sağlamlığı üçün narahat olmadan torpağa,suya,havaya ciddi fəsadlar verməkdə davam edirlə.Proseslər ətraf mühitə radiasiya və atmosferə çirkli tullantıların  atılması  ilə həyata keçirilir və bundan körpəuşaqlar, yaşlılar daha çox əziyyət çəkirlər. Çox təəsüflər olsun ki,ətraf mühitə dəymiş ziyana görə yalnız müəssisə cərimələnir.buna səbəb isə "Ətraf Mühitin Qiymətləndirilməsi haqqında." Haqqında qanun yoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Dərin Sulu Günəşli və Şahdəniz yataqlarında yerləşən platformalarda formalaşan məişət-təsərrüfat və istehsalat yönümlü qarışıq mənşəli tullantı sularının dənizə axıdılması, həmçinin qazma işləri zamanı əmələ gələn qazma şlamının düzgün utilizasiya edilməməsi faktları mövcuddur. Belə ki 2011-ci ildə,Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində;

- “BP” şirkətinə qarşı 2010-cu ildə 593 948 manat, 2011-ci ilin keçən dövrü ərzində 46583 manat məbləğində iddia qaldırılmışdır. 2002-2009-cu illər üzrə isə qaldırılan iddialarla bağlı təbiətə dəymiş ziyanın ödənilməsi üçün şirkətlə müzakirələr aparılır.

- “Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə (su hövzələrini çirkləndirməsi, bərk tullantıları düzgün idarə etməməsi) şirkətə protokol tərtib olunmuş və inzibati qaydada hüququ şəxs qismində 10000 manat məbləğində cərimə edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”, “28 May” və “Abşeronneft” NQÇİ-lərində aparılan araşdırmalar zamanı müəssisələrdən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması faktları aşkar olunaraq akt tərtib olunmuşdur. Ətraf mühitə dəymiş ziyanla bağlı “Azneft” İB-yə 35730 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

- “Neftçala Operating Company LTD” şirkətinin Neftçala, Xıllı, Durovdağ-Babazanan və Ramanı neft yataqlarında aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 7300 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə şirkət rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

- “Balaxanıneft” NQÇİ-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmış, aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib edilmişdir. Atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 5324 manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“H.Z.Tağıyev” adına NQÇİ-də aparılmış araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib edilmiş, atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 6392 manat məbləğində ödəmə tətbiq olunmuş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

- “Qaraçuxur İriləşdirilmiş Neft Mədəni”ndə aparılmış araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 4232 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Bibiheybət” NQÇİ-də aparılmış araşdırma zamanı aşkarlanmış çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 3267 manat məbləğində ödəmə tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Ə.Əmirov” adına NQÇİ-də aparılmış araşdırma zamanı su mühitinə və atmosfer havasına zərərli maddələrin atılması faktı ilə əlaqədar akt tərtib olunmuş, müəssisəyə 5429 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Suraxanı Oil Operation Company S.A.” şirkətinin neft yatağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılmış və çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 10057 manat məbləğində ödəmə tətbiq edilmiş, çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Siyəzənneft” NQÇİ-də aparılmış araşdırma zamanı aşkarlanmış çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 1008 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Şirvan Operating Company Limited” şirkətində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılmış və çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuşdur. Müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarına və atmosfer havasına atılan zərərli maddələrə görə şirkətə 12000  manat məbləğində ödəmə tətbiq edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Binəqədi Oil Operation Company S.A.” şirkətinin Binəqədi neft yataqları blokları yerləşən ərazi və mövcud infrastruktur obyektlərinin vəziyyəti ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olduğu müəyyən edilərək akt tərtib olunmuş, müəssisəyə 9250 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması üçün rəhbərliyə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Abşeron Operating Company Limited” şirkətində aparılan araşdırma zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, müəssisədən su tutarına axıdılan suların tərkibində neft məhsullarının miqdarının artıq olduğuna görə müəssisəyə 1500 manat məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“AzGerneft” MMC-nin fəaliyyət göstərdiyi Ramanı neft yatağında aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunmuş, ətraf su mühitinə atılan zərərli maddələrə görə cəmiyyətə 6250 manat məbləğində ödəmə tətbiq edilmişdir. Nöqsanların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-“Qarasu” Əməliyyat Şirkətində aparılan araşdırma zamanı atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə akt tərtib olunmuş, müəssisəyə 7500 manat məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

-Azərneftyağ neft emalı zavoduna ətraf mühitə zərərli maddələrin atılmasına görə  891manat  məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

,-Azərneftyanacaq neft emalı zavoduna 2151 manat məbləğində ödəmə tətbiq edilmişdir. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisə rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdir.

 8.Şirkətlərin fəaliyyətləri qeyri-şəffafdır

 Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti Mədən Sənayesində Şəffaflığın Artırılması prosesinə qoşulublar ,lakin həmin şirkətlərin əksəriyyəti ictimaiyyət üçün bağlıdır. Və onlar tərəfindən  mütamadi olaraq “İnformasiya əldə etmək haqqında qanunun”  (maddə 9, maddə 24.1: maddə. 29.1.24; maddə29.1.14 və maddə -15.5)və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın əsas prinsiplərinin  2-ci bəndini.( İnformasiya azadlığının təmin edilməsi -Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər. )pozulur.

 İl ərzində NHMT bir çox şirkətlərə informasiya sorğusu göndərsə də şirkətlər məktublara cavab verməyiblər. Sorğular əsasən şirkətlərin ətraf sosial mühitə təsiri ilə əlaqədar olmuşdur.

Şirkətlərin ətraf sosial mühitə təsirlə əlaqədar göndərilən informasiya sorğularını yalnız Salyan Oil  ,Great Wall Drilling və BP şirkəti cavablandırmışdır

 

NHMT aşağıda qeyd olunan şirkətləri informasiyaya bağlı hesab edir;

 

ARDNŞ, Şirvan  Operating Company LTD , Qarasu” Əməliyyat Şirkəti, Binəqədi Oil  Company ,  Abşeron Operating Company , Suraxanı Oil Operation Company,, AzGerneft” MMC, Neftçala Operating Company

 

9.İşçi hüquqlarını  hansı qurumlar müdafiə etməlidir?

Dövlət  Əmək  Müfəttişliyi Xidməti.

 Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.  (AR Əmək Məcəlləsinin 15-ci maddəsi, AR Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinin 9-cu maddəsi)

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. (Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddələri) Lakin, 2011-ci ildə də Dövlət Əmək Müfəttişliyi Xidməti qanunvericiliyin tələblərinə əməl etməmiş və ona müraciət etmiş işçilərin hüquqlarını(neft sektorunda) müdafiə etməmişdir.  

  • Bütün işçilərlə müddətli əmək müqaviləsi bağlanılmasına baxmayaraq heç bir tədbir həyata keçirmir;
  • İşçilərin müraciətlərinə cavab vermir və ya ən yaxşı halda1-3 ay sonra cavab verilir;
  • İşçilərin pozulmuş hüquqları qanunla nəzərdə tutulan qaydada araşdırılmır;
  • İşçilərin müraciətlərinə verilmiş cavablar bütün hallarda işçilərin əlehinə olur;
  • İşçilərin müraciətlərinə verilmiş cavablar ən yaxşı halda məhkəmə orqanlarına müraciət etmək kimi tövsiyyədən ibarət olmuşdur. Halbuki, bu Müfəttişlik işçinin müraciətini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulan qaydada addımlar atmalı və ya qanunsuz olduğu halda əsaslandırılmış cavab verməlidir;
  • İşçilərin müraciətləri əsasında heç bir İşəgötürənin qərarı ləğv edilməmiş, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməmişdir. Bu Müfəttişliyin fəaliyyəti onu təsdiq edir ki, neft sənayesində işəgötürənlərin verdikləri qərarlar bütün hallarda qanunidir;
  • Bu xidmət tərəfindən İşəgötürənlərin xeyrinə qanunsuz qərarların qəbul etməsi faktı  onlara qanunsuzluqlar etmələrinə əlavə stimul verir;
  • Əmək münasibətləri Əmək müqaviləsi ilə rəsmiləşdirilmədən fəaliyyət göstərən müəssisələr mövcuddur, Müfəttişlik isə bu müəssisələrə qarşı heç bir tədbir həyata keçirmir;
  • Təqaüd yaşına çatmış işçilərə qarşı diskriminasiya hallarına yol verilir;
  • Müəssisələrdə qanunsuz olaraq işçilərin sayı və ya ştatları ixtisar edilir;
  • İşçilərə əmək haqqının ödənilməsində diskriminasiya hallarına yol verilir;
  •  Bu gün Azərbaycanın neft sektorunda fəaliyyət göstərən müəssisələrin 90 faizində 1, 2, 3, 6 ay və 1 il müddətinə olmaqla müddətli əmək müqavilələri bağlanılır.
  • AR Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən  Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Qnunun bu tələbinə “Bahar  Enerji” Əməliyyat Şirkəti tərəfindən əməl edilməmişdir. Bunun nəticəsində 500-ə qədər insan işdən azad olunmuşdur.
  • ARDNŞ-nin trukturuna daxil olan müəssisə və təşkilatların əksəriyyəti işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanır, qanunsuz işdən azad etmələr mövcuddur. Bununla əlaqədar NHMT tərəfindən dəfələrlə Dövlət Əmək Müfəttişliyinə müraciət olunmuşdur                                                                   

Dövlət Əmək Müfəttişliyi  qanunvericiliyin bu göstərilən tələblərinə əməl etməmiş və ona müraciət etmiş işçilərin hüquqlarını müdafiə etməmişdir. (Əmək haqqına əlavələrin və məzuniyyət pulunun ödənilməməsi ilə əlaqədar Aramark Şirkətinin 100 nəfərdən çox işçisi ilə əlaqədar, Hertel şirkətində  əmək müqaviləsinin səhifələrinin saxtakarlıqla dəyişdirilməsi, qanunsuz işdən çıxarılma, mülki müqavilələrin bağlanması. ARDNŞ-dən daxil olmuş ərizələr,NHMT tərəfindən daxil olmuş informasiyalar və.s)   

      Qeyd: Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə aid gəldiyimiz nəticələr Neftçilərin Hüquqları Müdafiə Təşkilatına daxil olmuş ərizələr, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərə verdiyi cavablar, məhkəmə sənədləri əsasında hazırlanmışdır.

 

  Həmkarlar İttifaqları Təşkilatları.

 Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. Lakin Azərbaycanın neft sənayesindəki müəssisələrin tərkibində yaradılan Həmkarlar Təşkilatı müstəqil fəaliyyət göstərmək imkanından məhrumdurlar və Neft və Qaz sənayesi işçilərinin Respublika Həmkarlar Komitəsi Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. ARDNŞ-nın müəssisə və təşkilatlarında  fəaliyyət göstərən həmkarlar təşkilatları işçilərin əmək hüquqlarını qorumaq istəmir və ya qoruya bilmirlər. Bəzən də   bu təşkilatlar yaddan çıxarırlar ki, həmkarlar təşkilatları işçilərin əmək, iqtisadi və sosial hüquqlarını qorumalı olan və hüquqların müdafiəsini həyata keçirən orqandır, ARDNŞ-nın müəssisə və təşkilatlarının struktur bölməsi deyil.

       2011-ci il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-nin heç bir əmr və ya qərarına, əmək haqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməmişdir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmişdir. (Məsələn: Kompleks Qazma Işləri Trestində: Mustafayeva  Səmilə, Muradov Fikrət, Həsənov Zülfüqar, “Bibiheybətneft” Nəqliyyat İdarəsində Rəcəbov Koroğlunu, Gəmi Təmiri Zavodunda Rzayev Nurunu və digər işçiləri göstərmək olar. Bu işçilərlə heç bir araşdırma aparılmadan onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.) Bu il Bahar Enerjim ƏŞ-dən işçilərin kütləvi surətdə qeyri-qanuni işdən azad olunmasına HİT tərəfindən heç bir reaksiya verilmədi.

Həmkarlar Təşkilatları tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunu pozulur. Həmkarlar Təşkilatlarına üzvlük məcburidir. Belə ki ,ARDNŞ-yə qəbul olan hər bir şəxs, ,heç bir ərizə vermədən HT-nın üzvü olur və onun əmək haqqından 2% üzvlük haqqı və 2% Orduya kömək üçün pul tutulur.

 

ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni, müdiriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı  Həmkarlar İttifaqı   ən azı 3 ay  qabaq xəbərdar edilməmiş  və işçilərin mənafelərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.

 

Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanununa zidd olaraq işəgötürənin də əmək haqqından üzvlük haqqı tutulur

 

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində isə iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

  • İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;
  • İşəgötürənlər ;şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

Təklif: Ölkədə hal-hazırda mövcud olan Həmkarlar Təşkilatları buraxılmalı, işçilər tərəfindən müstəqil həmkarlar təşkilatları yaradılmalıdır.

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

İşçilərin maarifləndirilməsi yolu ilə onların sosial-iqtisadi və əmək hüquqları sahəsində hüquqlarının  bərpasına yardım edir.

 

2011-ci ildə Almaniyanın Fridrox Ebert Fondunun Azərbaycandakı filialının maliyyə dəstəyi ilə AR  Əmək Məcəlləsinin bir sıra maddələri haqqında maarifləndirici buklet hazırlanıb və işçilər arasında paylanır. Təşkilatın müəssisələr üzrə koordinatorlarına əmək qanunvericiliyi sahəsində təlimlər keçirilir. Veb sayt vasitəsi ilə Online Hüquqi məsləhətxanası  vasitəsilə hüquqi yardım göstərir

 

      Oline hüquq məsləhətxanası: Təşkilata internet vasitəsilə gün ərzində 5-6 sual daxil olur və bu suallara təşkilatın hüquqşünası tərəfindən cavab hazırlanıb saytda yerləşdirilir.   (http://www.nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php)  

 Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi  yalnız neftçilərin və ya öz üzvlərinin hüquqlarını deyil, təşkilata müraciət edən hər bir şəxsin  mülkiyyət, əmək, iqtisadi və sosial hüquqlarını müdafiə etmişdir.

 

Məhkəmələr:

 

2011-ci il ərzində NHMT işçilərə müxtəlif hüquqi yardım göstərməklə yanaşı, məhkəmədə də onlara  hüquqi yardım etmişdir. Belə ki, təşkilatın hüquqşünası tərəfindən müxtəlif məhkəmə instansiyalarında 45 nəfərin hüququ müdafiə edilmişdir .

Bunlardan:  

  • 11 iddia ərizəsi təmin olunub;
  • 2 iddia ərizəsi qismən təmin olunmuşdur;
  • 7 iddia ərizəsi təmin olunmayıb;
  • 25 iddia ərizəsi üzrə məhkəmə prosesi davam edir.

 

Məhkəmə hüquq şurasına şikayət.

 

1.Heydərova  Elmiranın işi üzrə, Hakim Tofiq  Səmədovdan.

2.Şahverdiyev İntizamın işi üzrə, Hakim Tahir İsmayılovdan.

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

 

1. Qoşqar Nəsibov. İşə bərpa. Cavabdeh: AMEK.

2. Səxavət Şükürov. Əmək xəsarəti. Cavabdeh: Sosial inkişaf İdarəsi.

3. Yusif   Məmmədov.   Əmək  haqqı.  Cavabdeh:  Kaspian  Katerinq

4. Zəkiyev Rasim.  Əmək  xəsarəti. Cavabdeh: Baku Steel  Kompany.

5. Heydərova Elmira. İşə bərpa. Cavabdeh: Azərneftyağ NEZ

6. Şahmarov  Sahib.  Əmək xəsarəti. Cavabdeh:  RGB  şirkəti

 

Qeyd: Hal hazırda Azərbaycan Respublikasının müxtəlif məhkəmələrində 100-dən çox işçinin Aramark şirkətinə qarşı məhkəmə çəkişmələri davam edir. Səbail rayon məhkəməsində bu işçilərdən çoxunun xeyrinə Qətnamə qəbul edilib.