NHMT - “Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi üzrə müstəqil monitorinq hesabatı

“Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi üzrə müstəqil monitorinq hesabatı

“Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi üzrə müstəqil monitorinq hesabatı

Monitorinq qrupu: Mirvari Qəhrəmanlı - qrup rəhbəri, Namiq Rzayev - ekspert, Mətanət Əzizova - ekspert

Bakı, 2009-ci il

 

Mündəricat

1. İcra xülasəsi

2. Giriş

3. Sosial istiqamətlərə vəsaitlərin ayrılmasının zəruriliyi

4. Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin tikintisinin ətraf və sosial mühitə təsirləri

4.1. Boru kəməri haqqında qısa məlumat

4.2. Layihə haqqında ictimai məsləhətləşmələrin  aparılması və informasiyaların açıqlanması

4.3. Kəmərin parametrləri haqqında məlumatlar

4.4. Kəmər üçün torpaqlar əldə edilməsi, kompensasiyaların ödənilməsi, əldən çıxmış faydalar

4.5. İcmaların həyatına təsirlər

4.6. Şikayətlərin idarə olunması

4.7. Gender problemləri və qadınların vəziyyəti

4. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi

5. Tibb Müəssislərinin monitorinqi.

6. Əvvəlki monitorinq zamanı verilmiş tövsiyələrin izlənməsi (Əlavə 1.)

 

6. İqtisadi təhlillər:

6.1. Neft Fondu yoxsa Dövlət Büdcəsinə Yardım Fondu

6.2. Qaz ilinin yekunları

7. İctimai Dinləmələr(əlavə 2)

8. Sosioloji sorğunun nəticələri

9. Neft gəlirlərinin hansı sahələrə yönəldilməsi məqsədəuyğundur?(əlavə 3)

10. Neft vəsaitləri hesabına həyata keçirilən layihələrin monitorinqi üzrə metodalogiya

 

İcra Xülasəsi

Təqdim edilən bu hesabat Oxfam Novib (Niderland) təşkilatının dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı tərəfindən həyata keçirilən “Neft Gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi çərçivəsində monitorinq fəaliyyətinin nəticəsi olaraq hazırlanmışdır.

Monitorinq fəaliyyəti bu sahədə təcrübəsi olan ekspertlər tərəfindən həyata keçirilib. Monitorinq fəaliyyətinin həyata keçirilməsində məqsəd neft gəlirlərinin xərclənməsində şəffaflıq və səmərəliliyin təmin edilməsi, həyata keçirilən layihələrin ətraf və sosial mühitə təsirlərinin öyrənilməsi olmuşdur.

Monitorinq fəaliyyəti aşağıdakı istiqamətlər üzrə aparılmışdır.

  1. Azərbaycan Respublikası dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılan vəsaitlər hesabına inşa edilən Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin tikintisinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi
  2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ayrılan vəsaitlər hesabına Respublikanın regionlarında sosial obyektlərin tikintisinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi

 

Azərbaycan Respublikası dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılan vəsaitlər hesabına inşa edilən Oğuz-Qəbələ-Bakı (OQB) su kəməri layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən müsbət təsirlər.

 

1. OQB su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı şəhəri və əraf ərazilər fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təmin olunacaqdır.

2. Suyun su paylayıcı sistemə öz axını ilə daxil olması və suyun təmizlənməsi üzrə təmizləyici tədbirlərə ehtiyac olmamağı kəmərin texniki – istismar xərclərini azaldacaqdır.

3. Magistral kəmərlərdə su itkisinin azalmasına səbəb olacaq

4. Regionların sosial infrastrukturun  inkişafına töhfə olacaqdır.

5. Müəyyən sayda iş yerləri açılacaqdır.

 

Giriş

Təqdim olunan hesabat “Oxfam Novib” təşkilatının dəstəyi ilə həyata keçirilən “Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkil edilməsi” layihəsi çərçivəsində aparılan monitorinq fəaliyyətlərinin nəticəsi olaraq hazırlanmışdır. Hesabatın hazırlanmasında məqsəd  Neft gəlirləri hesabına reallaşdırılan layihələrin ətraf və sosial mühitə təsirlərini (ƏSMT), bu layihələrin səmərəliliyini  öyrənməkdən ibarət olmuşdur.

 

Azərbaycan iri neft və qaz resurslarına  malik bir ölkədir. Bu ehtiyatların hasilatı və ixracatı sayəsində son illər Azərbaycana çoxlu miqdarda maliyyə vəsaitləri daxil olmaqdadır. Mineral ehtiyatlar ilə zəngin olan bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu ehtiyatların bolluğu heç də həmin ölkələrin sabit inkişafının qarantı deyildir. Əksinə bəzi hallarda bu cür ölkələrdə iqtisadi inkişaf və əhalinin həyat səviyyəsi heç də arzu edilən səviyyədə olmur. Buna da əsas səbəb kimi mövcud təbii resurslar və onların hasilatında əldə olunan gəlirləri məqsədyönlü istifadə olunmamağı və yaxud bu sahədə təcrübənin yetərincə olmamağı göstərilir.  Bu gün Azərbaycanda bu cür problemlər ilə qarşılaşmaqdadır və cəmiyyətdə daha çox  narahatlıqla müzakirə edilən  suallardan biri də son vaxtlar artmaqda olan  Neft gəlirlərinin səmərəli xərclənməsidir. Hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu sayda diskussiya və müzakirələr aparılır.

Qeyd etmək lazımdır ki, daxil olan neft gəlirləri əhalinin rifahına müəyyən müsbət təsirləri göstərməkdədir. Azərbaycan respublikasının dövlət büdcəsinin gəlirləri  hazırda 10,0 mlrd. manatdan yuxarıdır ki, bunun da 60%-dən çoxu  neft gəlirləri hesabına formalaşır. Azərbaycanda neft gəlirləri hesabına bir sıra iri investisiya layihələri həyata keçirilir ki, bu da müəyyən dərəcədə ölkədə sosial-iqtisadi inkişafa öz təsirlərin göstərməkdədir. Respublikanın ildən ilə yüksələn     makroiqtisadi göstəricilərinin əsasını neft gəlirlərinin təşkil etdiyini söyləmək olar. Bu göstəricilərin yüksələn templə artması iqtisadiyyatda müsbət meyllərin dönməz olduğu mənzərəsini yaradır. Təsadüfü deyildir ki, Prezident İ. Əliyev Azərbaycan iqtisadiyyatının artıq öz keçid dövrünü başa vurduğunu və tam şəkildə bazar iqtisadiyyatına keçidin təmin edildiyini bəyan etmişdir.

 

Neft gəlirləri hesabına reallaşdırılan layihələrin  tərkibində ölkə üzrə  sosial - infrastrukturun yaxşılaşdırılması və yenidən qurulması işləri xüsusi çəkiyə malikdir. Belə ki, Azərbaycanda qəbul edilmiş Neft və Qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiyanın (27 sentyabr 2007 il AR prezidentinin 128 saylı fərmanı) əsas istiqamətləri arasında

  • İnfrastruktur sahələrin geniş miqyaslı inkişafı
  • Yoxsulluğun azaldılması tədbirlərinin həyata keçirilməsi və digər sosial problemlərin həlli

 

istiqamətləri də yer almışdır.

 

Sosial istiqamətlərə vəsaitlərin ayrılmasının zəruriliyi

İqtisadi durğunluğun hökm sürdüyü Sovet hakimiyyətinin son və Dövlət müstəqilliyinin ilk illərində respublikada mövcud sosial infrastruktur demək olar ki, bərbad hala düşmüş və sosial layihələrə ayrılan vəsaitlərin miqdarı kəskin surətdə azalmışdı. Əhalinin sosial tələblərinin minimum səviyyədə belə  təmin edilməsi çox böyük problemə çevrilmişdi. Sosial-infrastruktur şəbəkəsi tamamilə dağılmış yenisinin qurulması üçün isə lazımi vəsait tapılmırdı. Vəziyyətin bu cür olması maliyyə imkanlarının genişləndiyi bir şəraitdə sosial infrastrukturun qurulması üçün maliyyə vəsaitlərin ayrılmasını zəruri edirdi və bu cəhətdən də, əhalinin ən zəruri sosial ehtiyaclarını ödəmək üçün hökumətin mövcud vəsaitlərdən istifadə etmək istəyi başa düşülən idi. Çünki bu ehtiyacların ödənilməsi üçün alternativ mənbələr də yox dərəcəsində idi.

 

Bu məqsədlə Dövlət Neft fondunun vəsaitləri hesabına Bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə başlanmışdır.

 

Neft fondundan ayrılmış vəsitlər: 2010-cu il yanvarın 1-ə olan məlumat (www.oilfund.az)

 

N

Aırılmış vəsaitlərin istiqamətləri

Ayrılmış vəsaitin məbləği mln. manat

Qeyd

1

Heydər Əliyev adına Bakı Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

 

297,9

 

(2006-cı ildə başa çatıb)

2

Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli

612,9

Laihələr icra olunmaqdadır

3

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi

547,4

Laiyhəin 2010-cu il də başa çatması gözlənilir

4

Samur-Abşeron kanalının rekonstruksiya edilməsi

364,5

Layihənin icrası  davam etdirilr

5

Dövlət büdcəsinə transfertlər - 

10 265,0

 

6

Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi -

90,0

 

7

Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsi - 

48,1

Layihənin icrası davm etdirilr

8

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə

 10,2

Layihənin icrası davm etdirilr

9

AÇG üzrə layihədə ARDNŞ-in iştirak payının tənzimlənməsi -

87,6

 

 

Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin tikintisinin ətraf və sosial mühitə təsirləri

Bu  (OQB) haqqında tərtib edilən növbəti monitorinq hesabatıdır. Əvvəlki hesabat 2008-ci ildə tərtib olunmuşdur.

 

1. Boru kəməri haqqında qısa məlumat

Boru kəməri tikintisinin sifarişçisi “Azərsu” SC, Podratçı şirkət isə Türkiyənin Turan “Hazinadaroğlu”, “Tekser” və Gəncə “Körpü Hüquqi Şəxslər Birliyi”dir. Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri Almaniyanın “CES Consulting Engineers” şirkəti tərəfindən həyata keçirilib. Su kəmərinin ümumi uzunluğu 267 kilometr, diametri 2 metr, məhsuldarlığı isə saniyədə 5 kubmetr olacaqdır. Boru kəmərinin prezident İlham Əliyev tərəfindən rəsmi təməlqoyma mərasimi 01 mart 2007-ci il tarixində baş tutmuşdur. Layihənin 14 ay ərzində başa çatdırması nəzərdə tutulmuşdur. Layihələndirmə və tikinti işlərinin ilkin mərhələsində layihənin dəyəri 480,00 mln. manat həcmində qiymətləndirilirdi. Layihənin məlaiyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. 01 yanvar 2010-cu il tarixinə layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 547,4 milyon manat, (www.oilfund.az) vəsait sərf olunmuşdur. 2010-cu ildə boru kəmərinin tikintisinin davam etdirilməsi üçün daha 200 mln manat vəsait ayrılmışdır.

 

2.  Layihə haqqında ictimai məsləhətləşmələrin  aparılması və informasiyaların açıqlanması

Dövlət qurumu olan sifarişçi “Azərsu SC” rəsmi internet saytı tam işlək vəziyyətdə deyildir. Bu saytda yalnız illər üzrə görülmüş işlər haqqında qısa press relizlər yerləşdirilmişdir. Podratçı Şirkət olan Turan “Hazinadaroğlu şirkətinin, rəsmi saytında isə yalnız layihənin adı və həyata keçiriləcəyi illər göstərilib. Su kəməri tikintisinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi sənədi bu günə qədər ictimaiyyətə açıqlanmamışdır. Tikintinin 14 aya başa çatdırılması planlaşdırılsa də üç ilə yaxın vaxt keçməsinə baxmayaraq tikinti başa çatmamışdır. Tikintinin bu qədər ləngiməsinin səbəbləri ictimaiyyətə heç bir məlumat verilməmişdir. Su kəmərinin tikintisi üçün torpaqların alınması proseduraları haqqında ictimaiyyət, torpaq mülkiyyətçiləri məlumatlandırılmamışdır. Torpaqların alınması prosesində torpaqların qiymətləndirilməsi, ölçülməsi, alınma qaydaları, məhsulların qiymətləndirilməsi metodlarını özündə əks etdirən icmal sənədləri hazırlanmamışdır.

Sifarişçi və podratçı tərəfindən yerli ictimaiyyət və maraqlı qruplar ilə məsləhətləşmə görüşləri keçirilməmişdir. Ətraf və sosial mühitə təsirlərinin qiymətləndirilməsi haqqında vətəndaş cəmiyyəti institutları (QHT, elimi ictimaiyyət, yerli icmalar və.s) müzakirələr aparılmamışdır və ya bu müzakirələr haqqında heç bir yerdə informasiyalar açıqlanmamışdır. Sifarişçi və podratçı təşkilatlar bu istiqamətdə müstəqil fəaliyyət göstərən QHT –ilə əməkdaşlıq etməyə o qədər də həvəsli deyildir. Tikinti prosesində və sonradan kəmərin istismarı dövründə yerli əhali ictimaiyyətlə  əlaqələr üzrə məsul olacaq nümayəndələr təyin olunmamışdır. Layihənin reallaşdırması prosesində maraqlı tərəflərin konstruktiv dialoqu və əməkdaşlığı alınmamışdır. Torpaqların alınması prosesinə və yerli ima nüməyəndələri, vətəndaş cəmiyyəti institutları cəlb edilməmişdir. Tikinti prosesinin müstəqil monitorinqinin aparılması haqqında nə sifarişçi və nədə ki podratçı təşkilat maraqlı deyildir. Bu təşkilatlar tərəfindən  monitorinqlərin keçirilməsi haqqında  heç bir məlumat açıqlanmamışdır. Tərəflər  (sifarişçi-podratçı və yerli ictimaiyyət ) üçün faydalı ola biləcək  informasiya və fikir mübadiləsini  qurmaq mümkün olmamışdır.

Monitorinq qrupunun qənəti: Layihyə haqqında irnformasiya açıqlığı, İctimai məsləhətləşmələrin aparılmaısı aşağı səaiyyədədir.

 

Tövsiyə: Laiyhə icraçıları tərfəindən (sifarişçi və podratçılar) informasiya açıqlanması siyasətinin qanunvericiliyə uyğun qurulması təmin edilməlidir.

 

3. Kəmərin parametrləri haqqında məlumatlar

İctimaiyyət, kəmər boyu ərazilərdə yaşayan əhali, torpaqları kəmər üçün alınan mülkiyyətçilər su kəmərinin hansı ərazilərdən keçəcəyi daha dəqiq desək kəmərin dəqiq marşrutu haqqında məlumatsızdırlar. Kəmərin ölçüləri, kəmərin tikintisi üçün ayrılacaq torpaq sahəsinin miqdarı mühafizə zolağının müvəqqəti istifadə olunacaq torpaqların ölçüləri haqqında məlumatlar ictimaiyyət də yox dərəcəsindədir.  Oğuz-Qəbələ-Bakı su kəməri  səkkiz rayon  Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Hacıqabul və Abşeron rayonları ərazisindən keçir. Layihənin reallaşdırılması nəticəsində təxminən 5300 hektar torpaq sahəsini təsirə məruz qalacağı bildirilirdi. Bunlardan 2395 hektarı şəxsi mülkiyyət torpaqlarıdır. Torpaq mülkiyyətçilərinin sayı  isə 3974 nəfərdir. (Oğuz -2131 Qəbələ- 278 Göyçay -307 Ağsu- 546 Şamaxı -151. Hacıqabul -314) Qeyd olunan bu rəqəmlər layihələndirmə və tikintinin ilkin mərhələsinə aid rəqəmləri idi. Sonradan tikinti şirkəti və hökumət orqanları kəmər üçün dəhlizin həcminin azaldılmasına qərar vermişdir. Lakin yeni ölçmə işlərindən kəməri altına düşə biləcək torpaqların miqdarı haqqında məlumat yoxdur. Kəmərin tikintisi zamanı təkcə kəmər üçün ayrılan torpaqlar deyil eyni zamanda kəndlilərin istifadəsində qalan torpaqların bir hissəsinin də ağır texnika və mexanizmlərin hərəkəti nəticəsində yararsız hala düşməsi haqqında söylənilən mülahizələr öz təsdiqini tapmışdır.

 

Monitorinq qrupunun qənəti:  Kəmərin parametrləri və kəmər altına düşən torpaq sahələrin miqdarı haqqında məlumatlar dəqiqləşdirlməyib.

 

Tövsiyə: Laiyhə icraçııları kəmərin parametrləri haqqnda məlumatları dəqiqləşdirərək ictmimiyyətə açıqlamalıdır.

 

4. Kəmər üçün torpaqlar əldə edilməsi kompensasiyaların ödənilməsi, əldən çıxmış faydalar.

Əvvəlki monitorinq hesabatında su kəmərinin tikintisi üçün torpaqların alınmasında xeyli problemlərin mövcud olması qeyd edilmişdir. Təəssüflər olsun ki, növbəti monitorinq zamanı bu sahədə heç bir irəliləyiş qeydə alınmadı. Bu sahədə vəziyyət 2009-cu ilin noyabr ayına olan vəziyyətdən irəli getməyib. Əvvəlki monitorinq hesabatlarında qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün səlahiyyətli qurumlar tərəfindən əməli tədbirlər həyata keçirilməmişdir.

Monitorinq qrupu Bir daha qeyd edir ki AR Konstitusiyası və müvafiq qanunvericilik mülkiyyət hüquqlarının qorunması üçün lazımi mexanizmlər yaratmışdır. Bununla belə zəruri  dövlət ehtiyaclarının təmin edilməsi üçün mülkiyyətin özgəninkiləşdirilməsinə icazə verilir və bunun üçün qanunvericilik müvafiq qaydaların tətbiq edilməsini nəzərdə tutur. Bu gün torpaq mülkiyyətçiləri və layihənin icraçıları arasında problemlər qalmaqda davam edir ki, bu problemin də əsasını torpaqların alınması prosesinin, mülkiyyətçilərin fikrincə qanunvericiliyə uyğun aparılmamağıdır.

2008-ci ildə keçirilən monitorinqdən sonra (noyabr 2008 il) Prosesin izlənməsi nəticəsində monitorinq qrupu bəzi   (2009-il may ayında)  bəzi ümidverici məlumatları əldə etməyə nail oldu. Bu məlumatlar Oğuz və Qəbələ rayonlarında yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və əhali ilə aparılan müsahibələr zamanı əldə edilmişdir. Belə ki, ictimaiyyət xüsusilə də kəmər üçün alınması nəzərdə tutulan torpaq sahələrinin mülkiyyətçiləri arasında müəyyən nikbin əhval ruhiyyə yaranmışdır. Səbəb baş nazirin müavinin bölgəyə səfəri və burada keçirdiyi müşavirədə səslənən fikirlər idi. Müşavirədə boru kəməri üçün ayrılacaq torpaqların miqdarının lazım olduğundan artıq olduğu qənaəti səsləndirilmiş və torpaq alınması üçün yaradılmış komissiyalara  yenidən ölçmə işləri aparılması tapşırılmışdır. Baş nazirin müavinin bölgədə keçirdiyi müşavirə insanlarda hökumətin bu məsələ ilə bağlı mövcud problemlərə diqqəti gücləndirdiyini güman etməyə əsas verirdi. Eyni zamanda Neft fondu rəhbərinin, torpaqların qiymətlərinin yenidən hesablanacağı haqqında bəyanatı, “dövlət ehtiyacları üçün torpaqların alınması haqqında yeni qaydaların (aprel 2009) qüvvəyə minməsi də bu ümidləri daha  da gücləndirirdi. Belə ki müşavirədə torpaqların qiymətləndirilməsinin yeni qadalara əsasən aparılması üçün komissiyalara göstərişlər verilmişdir. Lakin sentyabr ayından başlayaraq həyata keçirilən yeni monitorinq səfərlərində başqa vəziyyətin yaranması üzə çıxdı. Belə ki artıq mülkiyyətçilərə ələdən çıxmış torpaqlar üçün başqa (adekvat)  torpaq  sahələrinin ayrılacağı söylənilib. Kəndlilərin bir hissəsi onlara təkli olunacaq torpaqların əlverişsiz yerlərdən, daha az məhsuldar olması və torpaqların yenidən mənimsənilməsi üçün əlavə xərclərin lazım olduğunu qeyd edir  və narazılıqlarını bildirirdilər. Eyni zamanda 2007,2008, 2009-cu illərin məhsulları  üçün kompensasiyaların verilməməyi mülkiyyətçilərin narahat etməkdə davam edir. Mülkiyyətçilərin bir hissəsi ilə ümidləri qalmadığına görə bu aqibətlə barışmalı olduqlarını qeyd edirdilər. Bəzi yerlərdə isə kəndlilərə torpaqların göstərilməsi həyata keçirilməyib. Ümumiyyətlə kompensasiyaların əvəzinə adekvat torpaq sahələrinin verilməsi haqqında hökumətin qərarı açıqlanmayıb. Eyni zamanda kəndlilərə məxsus torpaqların əvəzinə yeni torpaq sahələrinin verilməsi haqqında rəsmi bildirişlər göndərilməyib. Torpaq təklif olunan kəndlilər ilə müvafiq sənədləşmə işlər aparılmayıb. Ümumiyyətlə torpaqların verilməsi sahəsində çox mülkiyyətçilər  arasında çox böyük məlumatsızlıq və anlaşılmazlıq hökm sürür. Su kəmərinin təsirinə məruz qalmış torpaqların sahibləri 2007-2009-cu təsərrüfat illəri ərzində xeyli dərəcədə maddi itkilərə məruz qalmışdır. Bu illər ərzində torpaqlardan istifadə olunmasında yaranmış problemlər əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan əhalinin  gəlirlərinin əhəmiyyətli dərəcədə azaltmışdır. Lakin bu itkilərin əvəzinə kompensasiyaların ödənilməsi baş verməmiş və növbəti ildə də kompensasiyaların verilməsi gözlənilmir. Eyni zamanda adekvat torpaq sahələrin təqdim olunmasında ləngimələr 2010-cu ildə də mülkiyyətçilərin torpaqların becərilməsində gəlir əldə etməyəcəyi haqqında qənaətini yaradır. 

 

Monitorinq qrupunun qənaəti: Oğuz-Qəbələ-Bakı su kəməri tikintisinin təsiri altına düşən torpaqların mülkiyyətçiləri adekvat kompensasiya (torpaq və ya pul formasında) verilməsi həyata keçirilməmişdir. Bəzi yerlərdə mülkiyyətçilərə yeni torpaq sahələri göstərilib lakin sənədləşdirmə işləri aparılmamışdır. Bəzi yerlərdə isə bu torpaqların veriliməsi prosesinə başlanmamışdır.

 

Tövsiyə: Torpaq sahəlri üçün kompensasiyaların qanunvericiliyə uyğun hesablanması və ödənilməsi prosesi sürətləndirilməlidir. Layihə sifarişçisi, podratçılar yerli icra hakimiyyəti orqanları, mülkiyyətçilərin növbəti ildə öz torpaqlarından istifadə etmək imkanları yaradılması istiqamətində ciddi tədbirlər görməlidir.

 

5. İcmaların həyatına təsirlər

Su kəmərinin tikintisi zamanı kəmər boyu yerləşən icmaların fayda müəyyən faydaların götürəcəyi güman edilirdi. Bu faydalar əsasən yerli məhsulların alınması, yerli əhalinin işlərə cəlb olunmasından gözlənilirdi. Lakin monitorinq prosesində bu gözləntilərin özünü doğrultmadığı aşkar edildi. Tikinti prosesinə yerli resursların cəlb edilməsi səviyyəsi haqqında məlumatlar kifayət deyildir. Mövcud məlumatlar tikinti prosesinə cəlb olunmuş işçilərdən daxil olmuşdur. Bu  informasiyalar əsasən cəlb edilmiş işçilərin əmək hüquqlarının pozulması (əmək müqavilələrin bağlanması, əmək haqqı ödənilməsində ayrı seçkilik, iş və istirahət vaxtı, işdən qeyri-qanuni azad edilmələr və. s) haqqındadır. Boru kəmərinin çəkilməsi nəticəsində  ətraf qəsəbə və kəndlərin infrastrukturuna öz təsirini göstərmişdir.  Tikintidə istifadə olunan ağır texnika və mexanizmlər hərəkət etmək üçün icmalara məxsus olan yollardan istifadə edir. Tikinti şirkətləri bu yoldan istifadə etməsi üçün yerli icra və bələdiyyə orqanları ilə heç bir məsləhətləşmələr aparılmayıb və razılaşmalar əldə olunmayıb. İri həcmli su artezian quyularının qazılması ətraf əhalinin istifadə etdiyi su mənbələrində suyun azalmasına və ümumiyyətlə onların sıradan sıxmasına səbəb ola bilər ki, bu da öz növbəsində yerli əhalinin su ilə təminatında müəyyən çətinliklərin yaranmasına səbəb olacaqdır. Kəmərin istismarı zamanı da baş verə biləcək arzü olunmaz hadisələr və onların mənfi təsirləri haqqında icmalar məlumatlandırılmayıb. Su kəmərinin keçdiyi bəzi ərazilərdə insanlar su qıtlığından əziyyət çəkirlər. Lakin onların su ilə təchiz olunması istiqamətində heç bir addımlar atılmır.

 

Monitorinq qrupunun qənaəti: Su kəmərinin layihələndirməsi və tikinti mərhələsində kəmər boyu ərazilərdə icmalara təsirləri araşdırılmamış və bu təsirlərin aradan qaldırılması üçün tədbirlər görülməmişdir.

 

Tövsiyə: Sifarişçi və podratçı təşkilatlar icmalara olan təsirilərin aradan qaldılması üçün tədbirlər görməli, kəmərin istismarı dövüründə bu cür təsirlərin aradan qaldırılmaı üçün qabaqlayıcı tədbirlər müəyyən etməlidirlər.

 

6. Şikayətlərin idarə olunması

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı ən sox rast gəlinən şikayətlər torpaqların ayrılması ilə bağlı şikayətlərdir. Montorinq zamanı aydın oldu ki, ötən monitorinqdən sonra keçən dövr ərzində şikayət və narazılıqların aşkar edilməsi və yumşaldıcı tədbirlərin görülməsi üçün sifarişçi və podratçı təşkilatlar tərəfindən heç bir tədbir görülməmişdir. Torpaqların ayrılması proseduralarından narazı olan mülkiyyətçilər tərəfindən müxtəlif dövlət orqanlarına sorğu və müraciətlər göndərilmişdir. Lakin bu günədək həmin sorğu və müraciətlərə mahiyyəti üzrə  cavablar verilməmişdir. Şikayətlərin araşdırılmasına bu cür münasibət göstərilməsi şikayətçilər arısında hakimiyyət orqanlarına qarşı inamsızlığın yaranmasına səbəb olur. Monitorinq qrupu insanların mülkiyyət hüquqlarının çox böyük miqyasda pozulmasından narahatdır və müvafiq icra hakimiyyəti orqanlarını bu hüquqların qorunması üçün əməl tədbirlər görməsini tövsiyə edir. Sifarişçi və podratçı təşkilatları tərəfindən şikayət mexanizmləri tərtib olunmamışdır. Əhalidə yerli icmalarda sifarişçi və podratçı qurumlar ilə əlaqə saxlamaq vasitələri haqqında informasiyalar yoxdur. Şikayətçilərin üz tutduqları yeganə orqan torpaq ayırma komissiyalarıdır. Lakin bu komissiyalar şikayətlərin idarə olunması və tədbirlərin görülməsi üçün səlahiyyətli orqanlar deyildir və bu orqanlarda şikayət və müraciətlərin müzakirəsi aparılmamışdır. Yerli icma üzvlərinin isə informasiya sorğuları göndərmək sahəsində vərdişləri çox zəifdir. Tikintinin aparılması ilə məşğul olan podratçı təşkilat və Sifarişçi təşkilatların tikintinin aparılması vəziyyəti və ya meydana çıxan problemlər, daxil olan şikayət və təkliflər haqqında dövrü hesabatları açıqlanmır və yaxud belə hesabatlar tərtib edilmir.

 

Monitorinq qrupunun qənaəti: Su kəmərinin tikintisinin təsirinə məruz qalmış şəxslər müvafiq şikayət vermə mexanizmləri təmin edilməmişdir. Daxil olmuş şikayətlər yerli icra hakimiyyəti orqanlarında hərtərəfli araşdırılmır. Sifarişçi və podratçı təşkilatlar tərəfindən isə bu problemlərin həll olunması üçün heç bir addım atılmır.

 

Tövsiyə: Bütün məsul qurumlar şikayətlərə daha diqqətlə yanaşmalıdır. Sifarişçi və podratçı təşkilatlar şikayətlərin idarə olunması mexanizmi hazırlamalıdır. Şikayətlər növlər üzrə qruplaşdırılmalı və  araşdırılması üçün tədbirləp həyata keçirilməlidir. Mülkiyyətçilərə mübahisələrin həlli üçün məhkəmə çəkişmələri praktikasından istifadə etmək tövsiyə olunur.

 

7. Gender problemləri və qadınların vəziyyəti

Monitorinq prosesində qrupun diqqət yetirdiyi məsəllərdən biri də gender problemləri olmuşdur.

Məqsəd layihənin qadınların həyatlarına təsirləri qiymətləndirməkdən ibarət idi. Qadınlar təssrüfat işlərində iştirakı çox böyük olmasına baxmayaraq qərar vermə və idarə etmə işlərində onların iştirakı çox zəifdir. Layihənin reallaşdırıldığı kənd rayonlarında qadınlar uşaqların tərbiyə edilməsi ilə məşğul olmaqla bərabər, bərabər ağır təsərrüfat işlərində çalışırlar. Bu cür vəziyyət qadınların şəxsi inkişafını ləngidir və təəssüflər olsun ki, keçən monitorinq dövründən sonra bu istiqamatdə heç bir irəlləyişlər nəzərə çarpmır. Layihə icraçıları tərfindən qadınların və ərazidə yaşayan həsas qrupların vəziyyəti ilə bağlı gələcəkdə bu layihənin onların həyat tərzinə təsirləri ilə bağlı heç bir araşdırma aparmamışdır. Layihənin mümkün ekoloji təsirlərinin qadınların həyatına və sağlamlığına təisrləri haqnıda araşdırmalar aparılmamışdır.

Ailənin idarə olunmasında qadınların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi onların biznes və ictimai fəaliyyətlər ilə məşğul olmasına maneçilik törədir. Təsərrüfat və ev işlərinə sərf olunan vaxtın azalması avtomatik surətdə iqtisadi və ictimai fəaliyyət üçün qadınların vaxtını artıra bilər. Sahibkarlıq və ictimai fəaliyyətlə məşğul olan, müxtəlif strukturların rəhbərliyində təmsil olunan, qadınların sayı çox məhduddur. Yerli idarəetmə, icra orqanlarında qadınların təmsilçilik səviyyəsi aşağıdır. Bu cür vəziyyət cəmiyyət həyatının müxtəlif səviyyələrində idarəetmənin səmərəliliyinin artmasını əngəlləyir. Əksər ekspertlər idarəetmə və rəhbər orqanlarda qadınların təmsil olunmasını korrupsiyanı azaldan amillərdən biri hesab edir. Kənd yerlərində yaşayan qadınların əksəriyyəti vaxtında və keyfiyyətli tibbi xidmətlər ala bilmir.

 

Neft gəlirləri haqqında qadınların məlumatlılığı: Qadınların neft gəlirləri və onların sərf edilməsi haqqında məlumatlılığı çox aşığı səviyyədədir. Bu hər şeydən əvvəl qadınların regionlarda informasiya vasitələrinə çıxışının çox zəif olması ilə əlaqədardır. Neft gəlirləri hesabına həyat səviyyəsinin yüksələcəyini düşünə qadınların bir hissəsi indi neft layihələri hesabına reallaşdırılan layihəni onların ailə büdcəsinə dəyən zərərin aradan qaldırılması yolları haqqında düşünməkdədir. Torpaqların becərilməsindən lazımi səviyyədə gəlir götürə bilməyən ailə başçılarının (kişilərin) qazanc dalınca xaricə üz tutmağa məcbur olması ailələrin normal inkişafı üçün bir əngələ çevriləcəkdir və bundan da ən çox zərər çəkən qadınlar olacaqdır.

 

Monitorinq qrupunun qənaəti: Layihənin mənfi təsirlərindən ən çox əziyyət çəkən qadınlardır. Onların informasiya almaq imkanları çox zəifdir.

 

Tövsiyə: İctimaiyyət, yerli hakimiyyət orqanları qadınların informasiyalara çıxışının asanlaşdırması və onların maarifləndirilməsi üçün tədbirlərinə xüsusi diqqtə verməli və bu sahədə fəallıq göstərməlidir.

 

 

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi

Oğuz-Qəbələ-Bakı su kəməri laiyhəsinin reallaşdırılması prosesi kobud qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Məsələn bu layihə üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi aparılmamışdır. Su kəmərinin tikintisinin ətraf mühitə mənfi təsirləri olmuşdur və gələcəkdə bu təsirlərin olacağı qaçılmazdır. 

Bütün bu pozuntuların səbəbi kimi ƏMTQ proseduraları haqqında qanunvericiliyin mükəmməl olmamağını göstərmək olar.

Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununda göstərilir ki, ətraf mühitə təsir edə biləcək  bütün layihələr, hazırlanma mərhələsində, layihə üzrə planlaşdırılan fəaliyyətin   ətraf mühitə  mənfi  təsirlərinin qiymətləndirilməsi proseduralarından keçməlidir. Bu qiymətləndirmə və qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı mütləq təmin olunmadır.

Təəssüflər olsun ki, AR qanunvericiliyində hansı fəaliyyət növləri üçün ƏMTQ proseduraların tətbiq edilməsinin mütləq olduğu qeyd edilmir.

Lakin bu fəaliyyət növləri Azərbaycan qoşulduğu beynəlxalq Konvensiyalarda sadalanır və bu konvensiyalar Azərbaycanda hüquqi qüvvəyə malikdir.

Bundan əlavə qanunvericilik ekoloji cəhətdən təhlükəli müəssisələrin fəaliyyəti üzərində ictimai monitorinqlərin keçirilməsini nəzərdə tutur.

Təəssüflər olsun ki, bu günə kimi Qanunun yuxarıda qeyd olunan müddəalarının inkişaf etdirilməsi üçün digər normativ-metodiki sənədlər qəbul edilməmişdir. Tətbiq edilən proseduralar 1996-cı ildə qəbul edilmiş müvəqqəti metodikaya əsaslanır.

Bununla əlaqədar ƏMTQ sənədinin hazırlanması və qəbul edilməsində çoxlu sayda nöqsanlar və uyğunsuzluqlar mövcuddur, ictimai monitorinqlərin keçirilməsi mexanizmləri isə demək olar ki, yox dərəcəsindədir.

ƏMTQ proseduralarının tətbiq edilməsinin zəruriliyi, Ekologiya və təbii sərvətlər nazirliyi (ETSN) tərəfindən müəyyən edilir. İnkişaf layihələri haqqında müraciətlərə nazirlikdə bir ay ərzində baxılmalıdır.

Əgər ƏMTQ tam həcmdə keçirmək lazım gəlirsə o zaman əlaqələr üzrə Şura toplanmalı ƏMTQ-nin həcmi və lazımi məzmunu müəyyən edilməlidir.

Şuranın toplantılarında bütün maraqlı tərəflər o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri də iştirak etməlidir.

Bundan sonra Sifarişçi ƏMTQ sənədini hazırlayır və bu sənəd ETSN-tərkibində fəaliyyət göstərən ekoloji ekspertiza komissiyasına təqdim edilir.

Qərarların qəbul edilməsində ictimaiyyətin səmərəli şəkildə iştirak etməsinə bir sıra amillər mane olur ki, bunlardan əsas amillər kimi aşağıdakıları qeyd etmək olar.

 

  • Üçüncü sektorun birinci növbəti ekoloji QHT-lərin zəifliyi və qeyri-fəallığı
  • Planlaşdırılan fəaliyyətlər üzrə ictimaiyyətin məlumatlılıq səviyyəsinin aşağı olması
  • Sifarişçi və podratçı təşkilatlarının, dövlət orqanlarının ƏMTQ proseduraları və şərtilərinə lazımi səviyyədə riayət etməməyi
  • ƏMTQ proseduralarının tətbiq edilməsi metodologiyası üzrə normativ-hüquqi bazanın olmamağı
  • Qərar qəbul edən orqanlarda korrupsiya səviyyəsinin yüksək olması
  • Nəzarət orqanları və ehtiyatların istifadəçiləri (məsələn ARDNŞ) maraqların toqquşması
  • İctimai strukturların ƏTMQ proseduralarında iştirak təcrübəsinin olmamağı
  • Milli qanunvericiliyin Orxus konvensiyasının müddəalarını uyğunlaşdırılmamağı və məhkəmə orqanlarında onların implementasiyasının qeyri mümkünlüyü.

 

Vətəndaş cəmiyyətinin möhkəmlənməsi sabit inkişaf nail olmağın əsas amillərindən biridir. Buna görə də optimal qərarların qəbul edilməsində ictimaiyyətin iştirak dərəcəsi artırılmalıdır. 

Qeyd etmək lazımdır ki, bir sıra beynəlxalq təşkilatlarda (Dünya bankı Avropa yenidənqurma və inkişaf bankı) ƏMTQ-nin yaxşı işlənmiş mexanizmləri mövcuddur və onlar bu təşkilatlar tərəfindən maliyyələşdirilən layihələr üzrə uğurla tətbiq edilir.

Azərbaycanın  qoşulduğu Orxus konvensiyası ictimaiyyətin iştirakının və informasiyanın əlçatan olması üçün bütün hüquqi aspektlərini müəyyən edir, həmçinin  ictimai nəzarət və monitorinqin inkişaf etdirilməsi üçün əsaslar yaradır.

Bu layihə üzrə (Oğuz-Qəbələ-Bakı su kəməri) Texniki-iqtisadi əsaslandırma (TİƏ)  həyata keçirilmişdir. Bu sənəddə ətraf mühitin qorunması üzrə müəyyən öhdəliklər qoyulurdu, lakin bu layihənin reallaşdırılmasında qeyd olunan öhdəliklərə əməl olunmasının səviyyəsi aşağı olaraq qalmaqdadır.

 

Nəticə: Oğuz–Qəbələ-Bakı su kəmərinin ölkə üçün çox əhəmiyyətli bir  infrastruktur layihəsidir. Laiyhənin reallaşdırılması nəticəsində ölkə paytaxtı və ətraf ərazilərin fasiləsiz olaraq yüksək keyfiyyətli içməli su ilə təchiz edilməsi nəzərdə tutulur. Kəmərin Tikintisinin 14 ay müddətinə başa çatdılmağı nəzərdə tutulsa da 3 ildən artıq bir müddət başa çatmasına baxmayaraq kəmər hazır deyildir. Tikinti müddətinin üzadılması bir sıra problemlər  ilə müşayət olunmaqdadır. Bu hər şeydən əvvəl onun dəyərinin artmısında özünü göstərir. Belə ki palnlaşdırma dövrundə kəmərin bütün laiyhə işləri bərəbər 480 mln. Manata çəkiləcəyi bildirilirdi. Lakin kəmərin tiktintisi məqsədilə 01.yanvar 2010-cü il tarixinə 547,0 manat vəsait sərf edmişdir. 2010-cu ildə daha 200 mln.manat məbləğ ayrımışdır. Belələiklə kəmərin tikintisini 2010-cu ildə başa çatacağı halda 747,0 mln.manat vəsait sərf olunacağı gözlənilir ki, bu da çox böyük bir rəqəmdir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintinsə sərf olunana məbləği Bakı-Tibilisi-Ceyhan (BTC) neft boru kəmərinə çəkilən xərclər ilə müqayisə etsək görərik ki, OQB su kəmərinin 1 km çəkilən xərclər BTC boru kəmərinə çəkilən xərclərdə xeyli yüksəkdir. (BTC neft boru kəməri uzunluğu 1768,0 km. Sərf olunan maliyyə vəsaitinin həcmi 4,0 milyard ABŞ dolları 1 km boru xəttinin çəkilməsi üçün təxminə 2,3 mln. ABŞ dolları həcmində  vəsait səfr olunmuşdur.) OQB su kəmərinin 1 km.tikintisi üçün isə təxminən 3,5 mln ABŞ dolları vəsaitin sərf olunacağı gözlənilir.( 747,0 mln man.=933,0 mln.dollar. 933.0 mln dollar 267 km= 3.5 mln.dollar). Eyni zamanda qeyd etmək lazımdır ki miqyasına və mühəndislik və bura cəlb edilən resurslar cəhətdən BTC boru kəməri OQB –nisbətən xeyli mürəkkəb bir layihə idi.

Kommersiya xarakterli layihələrdən fərqli olaraq bu tip layihələrin öz xərcini qısa müddətdə çıxarması mümkün deyildir. Buna görə də sosial layihələrin planlaşdırlması və əsaslandırılması zamanı resurslardan istifadə normaları ciddi şəkildə işlənilməli və bu normalara riayət olnmalıdır. Lakin boru kəməri tikintisinə bu qədər məbləğin sərf edilməsi və tikintinin bu qədər ləngiməsi ictimai vəsaitlərin sərf olunması üzərində effektiv nəzarət sisteminin olmadığından xəbər verir. Digər tərəfdən xərclərin bu qədər artması layihənin ümumilikdə layihənin səmərəliliyini indidən şübhə altına alır.

Bəzi ekspertlər layihəni Bakı şəhərin su ilə təmin etməsi baxımından çox əhəmiyyətli hesab etsələr də OQB su kəmərinin regionun ekoloji vəziyyətinə mənfi təsir göstərəcəyini qeyd edirlər.

Kəmər tikintisi ətraf regionlarda yaşayan əhalinin həyatına da müəyyən təsirlər göstərmişdir. Kəmər tikintisinin yoxsulluğun ardan qaldırılması istiqamətində töhfəsi nəzərə çarpacaq dərəcədə olmamışdır. Əksinə torpaq mülkiyyətçiləri üç il ərzində torpaqlarının becərilməsində əldə edəcəkləri gəlirləri itirmişlər. Region əhalisi kəmər tikintisindən müvəqqəti olaraq əhəmiyyətli faydalar (müvəqqəti işlə təmin olma, yerli resurslardan iş və xidmətlərdən istifadə və s.) əldə edə bilməmişdir. 

Təəssüflər olsun ki, nə planlaşdırma dövründə nədəki, sonralar böyük həcmdə maliyyə vəsaiti cəlb edilmiş bu layihə ətrafında ictimai müzakirələr aparılmamışdır. Kəmərin sosial-iqtisadi cəhətdən əsaslandırması ictimaiyyət üçün açıqlanmamışdır. Digər tərəfdən Bakı şəhərinin mövcud su paylama sisteminin buna tam hazır olmamağı da  bu gün çox böyük problemdir. 

Layihənin başa çatdırılması gender aspektləri cəhətdən çox mühümdür. Çünki təmiz su çatışmazlığının aradan qaldırılması qadınların vəziyyətinin yüngülləşdirilməsi (qadınların şəxsi sağlamlıq, uşaqların sağlam böyüdülməsi  və. s) baxımından çox mühümdür. Lakin eyni zamanda kəmərin çəkildiyi regionlarda qadınların vəziyyətinə olan təsirlərin aradan qaldırılması üçün təsirli  tədbirlər görülməlidir.

 

Tibb Müəssislərinin monitorinqi

“Regionların sosial-iqtisadi inkişafı ”Dövlət  proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzərinə bir sıra mühüm vəzifələr qoyulmuşdur. ARDNŞ – tərəfindən bu proqram üzrə respublikada bir sıra sosial layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən regionlarda Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi, xəstəxana, orta məktəblərin tikintisi və təmiri, idman mərkəzlərinin tikintisi və s. ibarət olmuşdur.

Artıq respublikanın bir sıra regionlarında MDM tikilərək istifadəyə verilmişdir.

 

 

Müalicə-Diaqnostika-Mərkəzləri

MDM-nin nəzərdə tutulan məbləğ  (min man)

1

Lənkəran MDM

4300.00

2

Naxçıvan MDM

 

3

Şirvan MDM

7393.3

4

Gəncə MDM

13250.0

5

Qazax MDM

11290,6

6

Zaqatala MDM

9875,4

7

Qəbələ MDM

7800.00

8

Bərdə MDM

13856.0

9

Şamaxı MDM

9356.00

10

Quba MDM

9350.0

 

ARDNŞ vəsaitləri hesabına tikilən bu mərkəzlərin hələ tam gücü ilə işləmir. Məsələn 2008-ci ilin oktyabr ayında rəsmi açılışına baxmayaraq Gəncə  Müalicə diaqnostika mərkəzi fəaliyyət göstərmir. Bir sıra diaqnostika mərkəzlərində müxtəlif vaxtlarda müəyyən tibbi əməliyyatlar həyata keçirilsə də bunlar əsasən paytaxtdan gedən səyyar həkim briqadaların tərəfindən həyata keçirilir.

MDM böyük vəsaitlər hesabına tikilib və müasir avadanlıqlar ilə təchiz olunub və faktiki olaraq bu avadanlıqlar hələlik istifadəsiz qalmışdır.

Yuxarıda göstərilən məbləğlər bu obyektlərin planlaşdırılmış smeta dəyərləridir. Lakin MDM və digər sosial obyektlərin tikilərək istifadəyə verilməsinə çəkilən xərclərin faktiki miqdarı haqqında məlumatlar cəmiyyət üçün açıqlanmamış olaraq qalır.

 

ARDNŞ- nin vəsaitləri hesabına tikilən tibb müəssisələrinin monitorinqi prosesində bır sıra uyğunsuzluqlar müəyyən edilmişdir ki, bunlar gələcəkdə təhlükəli infeksiya və xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, yeni tikilmiş tibb müəssisələrində tullantıların utilizasiyası sistemi qurulmamışdır.

1988-ci  ildə qəbul edilmiş London təlimatına əsasən aşağıdakılar tibbi tullantı hesab edilir: tamamilə və yaxud qismən insan və heyvan toxumalarından ibarət olan tullantılar, insan və ya heyvanların qanı və digər mayelər, ekskrementlər, narkotiklər və digər əczaçılıq maddələri, sarğı materialları, paltarlar, qan və digər ekskrementlər ilə əlaqədə olmuş şprislər, iynələr və məhv edilmədiyi halda  insanları yoluxdura biləcək müxtəlif maddələr.    

Azərbaycanda bu günə qədər yeni sanitar normaları və qaydaları qəbul edilməmişdir.

Buna görə də SSRİ dövründə qəbul edilmiş sanitar normaları - SanPin 2.1.7.728-99 (müalicə profilaktika müəssisələrində tullantıların toplanması, saxlanması və məhv edilməsi qaydaları) hələ də qüvvədədir.

Qeyd etmək lazımdır ki,bu günə kimi tibbi tullantıların müəyyən edilməsi üçün vahid terminlər anlayışlar yoxdur. SanPin H 2.1.7.728-99 – qaydalarında isə verilən izahatlar bir qədər yayğındır və  terminlərin başa düşülməsində  qeyri-müəyyənlik yaradır.

SanPin 2.1.7.728-99 qaydalarına  görə tibbi tullantı anlayışları aşağıdakı kimi qeyd izah edilir və epidemioloji, toksikoloji və radioaktivlik səviyyəsinin müxtəlif dərəcələrinə əsasən beş sinfə bölünür.

 

A. Sinfi: Təhlükəsiz tullantılar

Pasiyentlər və infeksion xəstələrin bioloji maddələri ilə əlaqədə olmayan və qeyri toksik tullantılar. Müalicə Profilaktika Müəssisələrinin, infeksion və dəri zöhrəvi xəstəlikləri bölmələri istisna olmaqla, bütün bölmələrinin qida tullantıları                                                                       

 

B. sinfi: Təhlükəli tullantılar

İnfeksion tullantılar. Qan və digər ifraz edilmiş maddələr ilə əlaqədə olan material və alətlər Patoloqoanatomik və üzvü cərrahiyə əməliyyatlarının tullantıları (orqanlar, toxumalar və s.) İnfeksion bölmələrin bütün tullantıları o cümlədən qida tullantıları. 3-4-cü qrup xəstəliklər törədən mikroorqanizmlər ilə işləyən mikrobioloji laboratoriyaların tullantıları,. (SanPin H 1.2.036-95 3-4-cü qrup xəstəliklər törədən mikroorqanizmlərin uçota alınması, saxlanması, təhvil verilməsi və nəql edilməsi qaydaları) (Vivariumlarda (hevanların təbii şəraitə yaxın bir şəraitdə saxlamaq üçün xüsusi binalar) olan bioloji tullantılar                                                                       

 

V Sinfi: Yüksək dərəcəli təhlükəli tullantılar

Xüsusi təhlükəli infeksion xəstələr ilə kontaktda olmuş maddələr.1-2-cü qrup xəstəlik törədən mikroorqanizmlər ilə işləyən mikrobioloji laboratoriyaların tullantıları. Fizoterapik və mikoloji (Göbələk xəstəlikləri) xəstəxanaların tullantıları.(Aerob bakteriyaları ilə yoluxmuş infeksion xəstələrin tullantıları)

 

Q Sinfi: Tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantılar

Vaxtı keçmiş dərman maddələri, dərman və diaqnostik maddələrin qalıqları, istifadə müddəti keçmiş dezinfeksiya materialları. Sitokimyəvi və digər kimyəvi maddələr. Tərkibində civə olan alət və cihazlar.

 

D sinfi: Radioaktiv maddələr

Tərkibində Radioaktiv elementlər olan bütün tullantılar.Bu təsnifatlaşdırmadan, həmçinin müxtəlif  tullantıların utilizasiyası qaydalarından istifadə edilərək tibbi tullantıların utilizasiyasının aşağıdakı metodları tətbiq edilməlidir.                                    

A sinfi tullantıları (bura bərk məişət tullantıları, qida tullantıları)

Bu tullantılar  termik zərərsizləşdirmə və dezinfeksiyadan sonra poliqonlarda basdırılmaq yolu ilə məhv edilir.

 

V və B sinfi tullantıları

Bura bioloji, pataloqoanatomtik, tullantılar, histoloji materiallar laboratoriya heyvanlarının cəsədləri, polimer-plastik materiallar aiddir və onlar termiki zərərsizləşdirmə yolu  ilə məhv edilməlidir.

 

Q və D sinif tullantıları

Bura tərkibində civə olan tullantılar, əczaçılıq tullantıları, radioaktiv tullantılar - bu tullantılar xüsusi üsullar ilə yığılır daşınır və ixtisaslaşdırılmış müəssisələr tərəfindən utilizasiya edilməlidir. Tibb müəssisələri tullantılarının yığılması, saxlanması və məhv edilməsi problemini təhlil edərək belə nəticəyə gəlirik ki, yuxarıda qeyd olunan metodlar demək olar ki, tətbiq edilmir ki bu da sonda  mənfi nəticələrə gətirib çıxarır. A,B,V sinfi tullantıları bəzi hallarda isə Q sinfi tullantıları, yandırma müəssisələri olmadığına görə  adi məişət tullantıları kimi atılır və sonradan tullantı poliqonlarına daşınır və ya kanalizasiyalara axıdılır. Kimyəvi dezinfeksiyalar infeksiya təhlükəsini aradan qaldırmır. Adi məişət tullantısı kimi Poliqonlara daşınan bu tullantılar ekoloji və epidemioloji təhlükələr yaradır. Təbii təsirlər (günəş təsiri, küləklə yayılma, yağış və.s ) nəticəsində bu maddələr üzvü birləşmələr ilə reaksiyaya girərək ətraf mühit üçün təhlükə yaradır. Bu tullantıların atıldığı poliqonların ətrafında yerləşən ərazilər müxtəlif infeksion xəstəliklərin yayılması təhlükəsi xeyli yüksək olur. Buna görə də insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyi probleminə yeni yanaşmalar tələb olunur.

 

6.1. QAZ İLİ'nin YEKUNLARI VƏ QAZSIZ AZƏRBAYCANLININ ARZULARI

 

Nələr yadda qaldı

 

2009-cu il, bizim araşdırmalara görə, Azərbaycan tarixində QAZ İLİ kimi yadda qalmağa layiqdir. Ona görə ki, ötən il ölkəmizin iqtisadi həyatında qazla başladı və qazla da bitdi. Dünyada iqtisadi çökmələrin tüğyan etdiyi bir vaxtda doğma vətənimizdə mavi yanacaqla bağlı o qədər hadisələr baş verdi ki, ilin sonunda hökumətimiz də qazdan “qaz vurub qazan doldurmağın” vaxtının çatdığını elan etdi.

Elə isə 2009-cu ildə Azərbaycanın “qaz həyatıyla” bağlı önəmli hadisələrə bir daha diqqət yetirək:

- dövlət başçısı İlham Əliyev təkcə yanvar ayında Azərbaycan qazının dünya bazarlarına ixrac edilməsi ilə bağlı iki beynəlxalq tədbirə qatıldı: əvvəlcə Budapeştdə, sonra isə Davosda;

- fevralda Azərbaycan Dövlət neft şirkəti Fransanın Total şirkəti ilə “Abşeron” dəniz yatağının işlənməsinə dair saziş imzalayır ki, geoloqlar buradan qaz hasil edilməsini proqnozlaşdırılar;

- apreldə Bakıda nəqletmə məsələlərinə dair beynəlxalq konfrans keçirilir ki, buradakı müzakirələrin də əsas hissəsi “Şah-dəniz” qazının dünya bazarına çıxarılması tutur;

- mayda Azərbaycan prezidenti Praqa zirvə görüşündə Nabucco layihəsinə dəstək verən yekun sənədi imzalayır;

- iyunda Bakıda keçirilən ənənəvi Caspian Oil & Gas konfransında 1 nömrəli mövzu Xəzər qazının dünya bazarına çıxarılması və burada Azərbaycanın rolu məsələlərinə həsr edilir;

- iyulun 1-dən “Azəriqaz” QTSC ləvğ edilərək Azərbaycan Dövlət neft şirkətinə birləşdirildi, bir qədər sonra Azərbaycan qaz emalı zavodu da bu qurumun tabeçiliyə verildi;

- iyulda Ankarada 5 dövlət Nabucco layihəsi ilə bağlı hökumətlərarası saziş imzalayarakən Londonda rəsmi səfərdə olan İlham Əliyev bunu dəstəkləyir və Azərbaycan Dövlət neft şirkəti BP ilə Xəzərin dərin sularında yerləşən 2 strukturda qaz kəşfiyyatına dair ilkin razılıq əldə edirlər;

- 2009-cu ilin yayı Azərbaycanda sərin keçməsinə baxmayaraq qazla bağlı çox ümidverici zaman oldu: İordaniya kralı və Suriyanın prezidentinin Bakıya rəsmi səfərləri  zamanı bu ölkə rəhbərləri Türkiyə üzərindən ildə 1 milyard kubmetr olmaqla Azərbaycan qazının alınmasında maraqlı olduqlarını açıqladılar;

- sentyabrda Dövlət neft şirkəti xarici tərəfdaşlarına “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin qatlarındakı qaz laylarının işlənməsinə dair təklifl və şərtlərini təqdim etdi;

- oktyabrda Azərbaycan qazının 2010-ci il 1 yanvar tarixindən illik həcmi 500 milyon kubmetr qaz olmaqla Rusiyaya ixracına dair kommersiya sazişi imzalandı;

- noyabrda Azərbaycan Dövlət neft şirkəti və İranın milli qaz şirkəti 2010-cu ildə 500 milyon kubmetr qaz alqı-satqısına dair memorandum imzaladılar;

- Azərbaycan prezidentinin Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkəyə ildə 1 milyard kubmetr qazın Qara dəniz üzərindən sıxılmış halda daşınmasına dair memorandum imzalandı;

- dekabrda Azərbaycan Dövlət neft şirkəti və “Qazprom” şirkətləri 2010-cu ildə Rusiyaya satılacaq qaz həcmlərinin 1 milyard kubmetrədək artırılmasına dair razılıq əldə etdilər;

- dekabrın 29-da Prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə fərman imzaladı və 327 milyon manat hesablanmış borcun dövlət büdcəsindən “Azəriqaza” ödənilməsinin təmin edilməsinə göstəriş verdi.    

 

İlham Əliyevin dedikləri

 

Ötən il Azərbaycan qazı ilə bağlı, qeyd etdiyimiz kimi çox diskussiyalar oldu. Ancaq onlardan sırf Azərbaycan vətəndaşına ünvanlananı “Neft Daşları” yatağının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezidenti İlham Əliyevin dedikləri bəzi fikirlər idi.

 

Nitqdən seçmələr:

* Bu il Azərbaycanda 50 milyon ton neft hasil ediləcəkdir. Bu, rekord göstəricidir və biz çalışmalıyıq ki, bu müsbət dinamika və bu hasilatın davamı təmin edilsin.

* Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq. Əlbəttə ki, iqtisadi müstəqillik bizə siyasi müstəqillik də verir. Biz öz sözümüzü qətiyyətlə deyirik.

* Bu gün Azərbaycan dünyada və Avropada daha çox QAZ ÖLKƏSI kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha da çox böyük tələbat vardır. Qaz hasilatı konkret bazarlara bağlandığına görə, əlbəttə ki, qaz siyasətində vəziyyət neft siyasəti ilə müqayisədə başqadır. Biz buna da hazırıq. Bu gün Azərbaycanın qaz anbarlarının tutumu təxminən iki milyard kubmetrə çatdırılıb. Bu, bizə hansı imkanları yaradacaq? İlk növbədə, Azərbaycanda qazlaşma daha da sürətlə gedəcək. Digər tərəfdən bizim ixrac imkanlarımız daha da artacaqdır. İxrac imkanlarımız, qaz ixracı imkanlarımız artdıqca həm ölkəmizə daha da çox vəsait daxil ediləcək, eyni zamanda, bizim siyasi önəmimiz, siyasi çəkimiz daha da artacaqdır. Bütün bu məsələlər bir-birilə bağlıdır.

 

Qaz problemli Azərbaycan əhli

 

Bəli, hal-hazırda Azərbaycan neft ölkəsindən qaz ölkəsinə keçid mərhələsini yaşayır. Keşid dövrünün isə özəl ağrılı problemləri olur. Ona görə də hökumət xaricdə Azərbaycan qazına müştəri axtardığı zaman nədənsə ölkəiçi müştəriləri yaddan çıxarır. Bu gün heç kəsə sirr deyil ki, nəinki Azərbaycanın ucqar regionlarında, heç Bakının özündə belə əhalinin qaz təminatı lazımi səviyyədə təşkil edilməyib. Daha doğrusu hökumət bu yöndə müəyyən addımlar atır, ancaq lazımi nəticəni ala bilmir. Bunun da əsas səbəbi idarəetmədə (menecmentdə) olan problemlərlə bağlıdır.

Yəqin elə bu səbəbdən də bu ilin 1 iyulundan “Azəriqaz” müstəqil qurum kimi fəaliyyətini dayandırdı və o Prezident sərəncamı ilə Dövlən Neft Şirkətinin tabeçiliyinə keçirildi. Baxmayaraq ki, 1 iyuldan da əhali kateqoriyası üçün istehlak edilən qazın qiyməti 2 dəfədən də çox artırıldı, ancaq hələ ki, qaz təminatında adekvat yaxşılaşmanı abonentlər hiss etmir. Adi bir misal. Bakının mərkəzində minlərlə abonent var ki, smard-kard tipli sayğacı da var, onalrı öz vəsaitləri hesabına alıblar, ancaq qazı yoxdur və nə vaxt olacağı da bilinmir. Başqa bir misal, mütəmadi olaraq yerli TV-lər soyuqlar düşən kimi Azərbaycan regionlarında insanların qazsızlıqdan əziyyət çəkdiklərinə dair süjetlər nümayiş etdirirlər.

 

Bəs statistika nə “deyir”

 

Azərbaycanın yaşayış məntəqələrinin 85%-i qazlaşdırılıb. Riyazi baxımdan bu rəqəm düzgün ola bilər. Ancaq praktikada reallığı əks etdirmir. Məsələn, rəsmi mətbuat yazır ki, Buzovna qəsəbəsindəki qədim Məscidə qaz verilməsinə başlanıb (?), ancaq qəsəbə sakinlərinin əksər hissəsi mavi yanacaq problemi olduğunu bildiri. Və yaxud, hələ 2008-ci ildə Ağcabədi rayonuna qaz verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdi, ancaq 2010-cu il gəlib - rayon mərkəzində yerləşən hərbi hissə belə qazsızdır. Ona görə, statistika ilə insanların qaz təminatə durumunu ölçmək heç də asan deyil. 

Rəsmi statistikaya görə, 2009-cu ilin yanvar-oktyabrında Azərbaycanın daxili bazarında 7 mlrd 496,13 mln kubmetr qaz satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd 183,6 mln kubmetr və ya 13,6% azdır.

 

Cədvəl 1. Azərbaycanın qaz bazarının statistikası

 

1990

1995

2000

2001

2002

2003

2004

2005

Hasilat

9926

6644

5642

5535

5144

5128

4995

5732

Import

13441

579

293

3337

3935

4079

4798

4683

Eksport

5424

0

0

0

0

0

0

0

Daxili istehlak

16931

8151

5472

8319

8454

8725

9201

9504

O cümlədən əhali

2529

2481

1702

2023

2397

2696

2690

3014

Energetika və istilik üçün

5749

1103

1407

4136

3806

3846

4441

4287

Mənbə: Dövlət Statistika Komitəsi.

 

ARDNŞ rəsmi saytında məlumat verilir ki, 3 mlrd 610,37 mln kubmetr qaz (2008-ci ilin 10 ayında 3 mlrd 929,19 mln kubmetr) “Azərenerji”nin istilik-elektrik stansiyalarına, 3 mlrd 110,67 mln kubmetr (4 mlrd 750,49 mln kubmetr) “Azəriqaz” İB-ə (ARDNŞ-nin qaz-nəqliyyat və qazpaylayıcı strukturu), 775,09 mln kubmetri isə ARDNŞ özü ( “Azəriqaz” İB hesaba alınmır) satıb: 434,81 mln kubmetr əhaliyə, 254,42 mln kubmetr sənayeyə, 20,24 mln kubmetr kommunal-büdcə təşkilatlarına və 65,62 mln kubmetr başqa istehlakçılara satılıb.

Maraqlıdır ki, bu dövrdə “Azərenerji” qaz istehlakını 318,82 mln kubmetr artırıb, amma bu günlərdə ölkənin enerji təsisatı informasiya yaydı ki, hesabat dövründə Azərbaycanın təkcə regionlarında elektrik enerjisi istehlakı 600 milyon kVt/saatdan çox azalıb.

Əgər 10 ayın məlumatına əsaslansaq, 2009-cu il Azərbaycanın daxili bazarında maksimal qaz istehlakı 9,2 mlrd kubmetrdən çox olmayacaq (əhaliyə verilən qazın həcmi isə 2,6-2,7 milyard kubmetr təşkil edəcək). Ötən il bu rəqəm 10 mlrd 767,37 mln kubmetr (ARDNŞ-nin məlumatı) idi.

 

“Azəriqazın” statistikası

“Azəriqazın” statistikasına görə, 2009-cu ilin yanvar-sentyabr aylarında ölkədə əsas istehlakçı kateqoriyası (“Azərenerji” nəzərə alnmazsa) əhalidir. Belə ki, bu dövrdə əhali 1 mlrd 879,7 mln kubmetr qaz, büdcə təşkilatları 74,5 mln kubmetr, sənaye və kommersiya obyektləri isə müvafiq olaraq 360,9 və 163,6 mln kubmetr mavi yanacaq istehlak edib.

Verilən statistik rəqəmlərə inansaq, onda əhali (ümumilikdə 1 milyon abonent) orta abonent göstəricisi olmaqla aya 208 kubmetrdən çox qaz işlədib. Əgər nəzərə alsaq ki, bu müddətin cəmi 3 ayını əhali qazdan qızdırıcı vasitə kimi yaralanıb, onda daha maraqlı mənzərənin şahidi olarıq. Digər tərəfdən, Azərbaycanda qaz sayğacları tətbiq edilməmişdən öncə hökumətin normativ sənədlərinə görə adambaşına düşən qaz məsrəfi aylıq 30 kubmetr götürülürdü. Yəni orta statistik Azərbaycan ailəsi uçün 120 kubmetr ayda (hamadakı qaz qızdırıcılarının növündən asılı olaraq ümumilikdə 180 kubmetrədək). Həmin vaxt ekspertlər və vətəndaş  cəmiyyəti bunun şişirdlmiş göstərici olduğunu uzun müddət sübut etməyə çalışırdı və nəhayət qaz sayğaclarının tətbiqindən sonra baş nazir Artur Rasizadə jurnalistlər qarşısında etiraf etdi ki, sayğacla qaz sərfi qat-qat aşağıdır.

Elə isə nədən yenidən “daş dövrünə” (yəni “sayğacsız” dövrə) qayıdır artıq müstəqilliyini itirmiş “Azəriqaz”imiz?!

 

Azərbaycanda ÜDM və əhali artdıqca, enerji istehlakı azalır

 

Ancaq hökumətin özünün məlumatlarına görə daxili bazarda qaz və elüektrik enerjisi istehlakının azalması faktını izah etmək çətindir.

Bəli, hesab etmək olar ki, qazın əhaliyə satış qiymətinin iki dəfə artırılması ondan qənaətlə istifadə ilə nəticələnib. Amma rəsmi məlumata görə, I yarımilin yekunu üçün daxili bazarda qaz satışı 413 mln kubmetr artıb. Bundan başqa, ötən ilin sonuna qaz istehlakçılarının ümumi sayı 10% artaraq 1 milyon 230 minə çatıb. Digər tərəfdən, rəsmi statistika ÜDM-in ciddi artımı (MDB məkanında analoqu olmayan həddə - deyim rəsmi qurumların və onların mətbu orqanlarınındır) və yeni iş yerlərinin açılmasından xəbər verir. Bundan əlavə hər il Azərbaycanın əhali artımı az qala 100 min nəfəri keçir, təkcə regionların inkişafına rəsmi məlumatlara görə ildə $2 mlrd-dan az olmayan vəsait yatırılır, yeni istehsalat sahələri və obyektlerinin istifadəyə verilməsi haqda mütəmadi məlumatlar yayılır və sair. Əvəzində isə qaz və elektrik enerjisi istehlakı azalır. Ona görə daxili bazarda qaz istehlakının və elektrik enerjisinin azalması faktını izah etmək müşkül məsələdir.

İstər müasir Qərb iqtisadi nəzəriyyəsinə, istərsə də Sovet dönəmində mövcud olan “Siyasi iqtisadiyyat”ın fəlsəfəsinə görə, industrial sahədə iqtisadi artım enerji sərfinin çoxalması deməkdir. Azərbaycanda isə bunun əksini müşahidə edirik. Məsələn, 2005-ci ilin yekunlarına görə, ölkədə 22,35 mlrd kVt/saat eletrik enerjisi istehsal edilimişdisə (həmin il Azərbaycan 1,2 mlrd kVt/saat elektrik enerjisini İran, Rusiya və Türkiyədən isə idxal etmişdi), 2008-ci ilin yekunlarına görə, istehsal 20,17 mlrd kVt/saata düşüb və bunun da 0,5 mlrd kVt/saatı ixrac edilib. İlkin məlumatlara görə (“Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərovun açıqlaması), 2009-cu ildə Azərbaycanda elektrik enerjisinin istehlakı cəmi 18 mlrd kVt/saat təşkil edib.

İndi yada salmaq istərdim ki, həmin illər ərzində Azərbaycanın əhalisi statistikaya görə təqribən 340 min nəfər artıb və ümumi daxili məhsulun artımı (2005-də 12,5 mlrd manat idisə 2008-də 38 mlrd manata çatıb) 3,04 dəfə olub.  Belə çıxır ki, bu artımın 90%-dən çoxu ya neftın heasabına olub (özü də yalnız xarici neft şirkətlərinin fəaliyyəti nəticəsində), ya da Azərbaycanda dünyaya gələn insanlar və ya açılan müəssisələr enerjisiz həyat sürüblər. Ancaq bir fakt da var ki, 2004-2008-ci illərdə regionların inkişaf Dövlət proqramı çərçivəsində 7,9 mlrd manat (orta hesabla $9 mlrd-dan çox) vəsait xərclənib. 

Digər maraqlı məlumat isə bundan ibarətdir ki, 2009-cu ilin 10 ayının yekununda ARDNŞ-nin hasilat müəssisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı həcmini 696,36 mln kubmetr azaltmağa məcbur olublar. Bu isə onu göstərir ki, ARDNŞ hazırda, xüsusən də daxili bazarda, qaz satışında çətinliklərlə üzləşib.

 

Cədvəl 2. Azərbaycanda şəmt qazının hasilatda payı

Illər

Qaz hasilatı (mln m3)

O cümlədən səmt qazı (mln m3)

Qaz hasilatında xüsusi çəkisi (%-lə)

Dənizdə qaz hasilatı (mln m3)

Quruda qaz hasilatı (mln m3)

1990

9926

2123

21,4

9525

96

1995

6644

2146

32,3

6407

96,4

1996

6305

2076

32,9

6066

96,2

1997

5964

2008

33,7

5709

95,7

1998

5589

2334

41,8

5338

95,5

1999

5997

3062

51,1

5754

95,9

2000

5642

2860

50,7

5411

95,9

2001

5535

3164

57,2

5293

95,6

2002

5144

3119

60,6

4898

95,2

2003

5128

3170

61,8

4854

94,6

2004

4995

3052

61,1

4731

94,7

2005

5732

3855

67,3

 

 

2009

Səmt qazının payı əmtəəlik istehsalda 60% ətrafındadır.

 

Yuxarıda qeyd etdiyimiz kimi, 2009-cu ilin sonunda Prezident İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə fərman imzaladı və 327 milyon manat hesablanmış borc dövlət büdcəsi vasitəsilə silindi.

Əslində borcların məbləğinin bu səviyyədə hesablanması fantastik bir rəqəmdir. Belə çıxır ki, Azərbaycandakı cəmi 1 milyon abonent bir neçə il ümumiyyətlə qaz pulu verməyib.

İkinci bir tərəfdən, bu qədər iri bir vəsait göründüyü kimi Azerbaycan vətəndaşlarının "ayağına" yazıldı ve büdcə vəsaitləri "Azəriqaz"ın hesabina keçiriləcək. Maraqlı haldır ki, nədənsə bu qədər vəsaitin bütün MÜSTƏQİLLİK İLLƏRİ zamanında yüğülmamasına görə faktiki olarag bircə nəfər məmur belə cəzalandırılmadı. Vəsait ise çox böyükdür - bu 2009-cu il budcesində Azərbaycan regionlarının il ərzinde dövlət büdcəsinə odədikleri bir məbləğə yaxındır.

Ancaq 1 iyuldan qazın qiyməti 2 dəfədən çox artırılanda hökumət bunu onunla izah etməyə çalışdı ki, bəs bu qiymətlərlə (1000 kubmetri 47,2 manata) alış-veriş onu nə hasil edənə, nə də paylayana sərf etmir. Sözün düzü elə o vaxt nə Neft Şirkəti nümayəndələri, nə də “Azəriqaz” rəhbərliyi AzTv vasitəsilə əhalini inandıra bilmədi. Məsələn,  “Azəriqaz”ın plan və iqtisadiyyat idarəsinin rəisi bəyan etdi ki, təkcə qazın daşınması xərcləri 1000 mubmetr üçün məsafədən asılı olaraq 20-30 manat arasında dəyişir. Bu məmurun dünya qiymətlərindən xəbəri olsaydı, təbii ki, belə bir ifadəni dilə gətirməzdi: məsələn hazırda 1000 kubmetr Rusiya qazının Ukrayna ərazisindən keçməsi üçün nəql tarifi hər 100 km üçün $1,7 təşkil edir, Türkiyə isə Azərbaycan qazının (Şahdəniz-2 layihəsi üçün) 6 il dundan sonrakı nəqli üçün $2,36 qiymətini irəli sürüb. Belə çıxır ki, Azərbaycanda 1000 kubmetr qazın 100 km-lik nəql xərci “Azəriqaza” analoqu olmayan baha qiymətə başa gəlirmiş...

 

4 milyard kubmetr pulsuz qazdan 400 milyon manat gəlir əldə edən hökumət

 

Başqa bir statistika isə Azərbaycanda hasil edilən qazın maya dəyəri ilə bağlıdır. Dövlət Neft irkəti sonuncu hesabatında bunu hər 1000 kubmetr üçün 27,89 manat göstərir. Maya dəyərinin formalaşdırılması cədvəlində isə 25% “digər xərclər” bölməsində verilir, yəni ictimaiyyət üçün açıqlanmır. Ən əsası isə ictimaiyyət üçün heç bir hesabatda səmt qazının payı göstərilmir. Dövlət Statistika komitəsinin əvvəlki illər üçün açıqladığı məlumatlarda isə görünür ki, 2005-ci ildə bu rəqəm maksimum həddə- 67,3%-ə çatıb. Səmt qazı isə təbii qaz deyil və neftlə birgə hasil edildiyindən onun xərcləri quyu ağzına kimi neftin maya dəyərində oturur. Yəni istənilən halda səmt qazının istehlakçıya çatdırılması təbii qazdan dəfələrlə ucuz başa gəlir.

İctimaiyyət bir şeyi də bilməlidir ki, əvvəlki illər Azərbaycan tərəfi hər il orta hesabla 2 milyar kubmetr səmt qazını “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində tamamilə pulsuz alır. 2009-cu ildə isə pilsuz alınan qazın həcmi rekord göstərici olub – 4 milyard 51 milyon kubmetr, yəni sutkalıq 11,1 milyon kubmetr. İndi özunuz təsəvvür edin – 2009-cu ildə ölkədə daxilində istehlak edilən 9,5 milyard kubmetr qazın minimum 7,5 milyardı səmt qazının payina düşüb ki, onun da 4 milyardı pulsuz olub. Elə isə “əhalinin borclu çıxarılması” və ona “minnətlə qaz verilməsi” (guya bunun üçün hökumət dünyada olmayan əzab-əziyyətli işlərini görmək məcburiyyətindədir) nə dərəcədə məntiqlidir? 

Digər tərəfdən, Prezindentin bu Fərmanının Azərbaycan vətəndaşlarına praktik xeyri olacaqmı? Axı Azərbaycanda bu gün sayğaci olub, qazı olmayan minlərlə insan var. Son illərin praktikası onu göstərir ki, hazırda mavi yanacaqla Azərbaycan vətəndaşlarının təmin edilməsi hökumət üçün prioritet məsələ deyil. Belə olmasaydı, hökumət xarici alıcılara faktiki olaraq yalvarmazdı ki, 2010-cu il üçün gəlin heç olmasa bir qədər qaz alın. Düzdür, bununla hökumət Qərbdəki strateji alıcılara bir növ mesaj göndərir ki, tərpənin, yoxsa Azərbaycanda qaz qalmayacaq.

Ancaq fakt budur ki, 1000 kubmetrinə  görə 120 dollar ödəməyə hazır olan Aərbaycan vətəndaşına bu gün məmurlar min bir bəhanə ilə (məsələn, evin kupçası yoxdur, sərəncamı düz verilməyib, texniki şərtini alanda nəsə olub və sair) yox deyirlər və əvəzində qonşu Gürcüstana qaz ixracını 2 dəfə artırırlar, bu ildən isə Rusiay və İran kimi yeni bazarlara mavi yanacaq çıxarırlar. Elə isə… həqiqətən qaz təminatı durumumuz mürəkkəbdən də çürəkkəbdir.

 

6.2Neft Fondu, yoxsa dövlət büdcəsinə yardım fondu?

Azərbaycan Dövlət Neft Fondunun yaranmasından 10 il keçir. Mərhum prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il fərmanıyla yaradılmış Neft Fondun hədəfləri sırasına ölkə sərvətlərinin nəsillər arasında bərabər bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi daxildir. Rəsmi neft strategiyasının əsas məqsədi xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasıdır.

10 il bu məqsədələrə çatmaq üçün çox böyük zaman kəsiyidir. Bu müddət ərzində Neft Fondu məqsədlərinə nə dərcədə nail ola bilib? Fondun vəsaitləri doğurdanmı nəsillər arasında ədalətli bölüşdürülüb? Fondun vəsaitləri həqiqətənmi sosial-iqtisadi mühitin pozitivləşməsinə sərf edilib və səmərəli xərclənib? Bu suallara cabab vermək üçün Fondun yarandığı gündən indiyəcən həyata keçirdiyi layihələrin strukurunu təhlil etmək, xərc istiqamətlərini, bu layihələrin sosial-iqtisadi yükünü araşdırmaq lazım gəlir.

Elə ondan başlayaq ki, İndiyədək Dövlət Neft Fonduna “Əsrin müqaviləsi” də daxil olmaqla, neft və qazın satışından 27 milyard dollar vəsait daxil olub. Bu vəsaitin 15,5 milyard dolları (12 milyard 365 milyon mant)  və ya təxminən 58 faizi artıq xərclənib. Vəsaitin yarıdan çoxu artıq xərclənibsə, onda avtomatik olaraq  neft dollarlarının nəsillər arasındakı ədalətli bölgüsü baş tutmayıb – elə bu günkü nəsil  bu vəsitlərin sonuna çıxmaq istəyir. Yəni Neft Fondu əsas hədəflərdən birindən yan keçib.

 

Neft Fondu dövlət büdcəsinin əlavəsinə çevrilib

Ümumiyyətlə Neft Fondunun vəsaitləri səmərəli istifadə olunmadığını əsaslandırmaq üçün izafi zəhmətə ehtiyac yoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, fondun xərclərinin əhəmiyyətli kəsimi  13 milyard dolları (10 milyrad 265 min manat) dövlət büdcəsinə transfert edilib. Əgər Neft Fondunun xərclərinin 83 faizi büdcəsyə transfertlərə yönəlibsə, hansı səmərəli istifadədən söhbət gedə bilər? Belə çıxır ki, Neft Fondi klassik funksiyalıarını yerinə yetirmək əvəzinə, dövlət büdcəsinin yardımçı fondu kimi fəliyyət göstərib.

Neft Fondundan dövlət büdcəsinə transfertlərin ilbəil artması onu göstərir ki, hökumət dövlət büdcəsinin gəlirləri üçün sabit maliyyə qaynaqları tapa bilmədiyindən potensial büdcə kəsirini fondun vəsaitləri hesabına örtmək istəyir. Bu artıq ənənən halını aldığından Neft Fondunun vəsaitlərinin yaxın illərdə tükənəcəyini proqnozlaşdırmaq olar. Məsələn, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat həddində müəyyən edilib. Bunun da 49 faizi - 4 milyard 915 milyon manatı Neft Fondundan transfertlərdir. İlin sonuna kimi Neft Fondunda 14 milyard dolların yığılacağı gözlənilir. Bunun 4,9 milyrad manatı və yaxud 6 milyard dolları dövlət büdcəsinə köçürülsə, onda fondun sərəncamında cəmi 8 milyard dollar qalacaq. Burada nə səmərəli istifadədən, nə də böyük neft gəlirlərinin gələcək nəsillərə saxlanılmasından söhbət gedə bilər.

 

Neft Fondu hansı layihələri maliyyələşdirir?

Qeyd etdiyimiz kimi, Heft Fondunun xərclərinin strukturunda ən çox paya dövlət büdcəsinə transfertlər sahibdir - 83 faiz. İkinci yerdə isə qaçqınların və məcburi köçkünlərin sosial məişət probleminin yaxşılaşdırılması gəlir. 2001-ci ildən bu günə qədər bu məqsədlə 603 milyon manat xərclənib (cəmi xərclərdə şəkisi 3,2 faiz). Bu Neft Fondunun maliyyələşdirdiyi layihlər üzrə yeganə sosial tutumu olan istiqamətdir. Buraya qaçqın və məcburu köçkünlər üçün qəsəbələrin salınması və kommunal problemlərin həlli daxildir. Bu istiqaməti və Bakı-Tbilisi-Ceyhan neft kəmərində Azərbaycanın payının maliyyələşdirilməsini (297,7 milyon manat) çıxsaq, onda demək olar ki, fondun vəsaitləri real sosial-iqtisadi tutumu olan olan layihələrin maliyyələşdirilməsinə xərclənməyib.

Düzdür, fondun maliyyələşdirdiyi layihələr arasında Bakı-Tbilisi-Qars dəmiryolunun, Samur-Abşeron suvarma sisteminin və Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin maliyyələşdirilməsi layihələri də var. Ancaq bu layihələr infrastruktur layihələridir və heç bir halda sosial-iqtisadi tutumlu layihələr sayıla bilməz. O biri tərəfdənsə bu qəbildən olan layihələri maliyyələşdirmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır (bu layihələrin icrası zamanı şübhəli tenderləri, qiymətlərin şişirdilməsini bir kənara qoysaq belə) və bunu Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirmək olmaz. Yeri gəlmişkən, beynəlxalq maliyyə institutları da bu tip layihələrə məmnunuiyyətlə vəsait ayırır. Ona görə də Neft Fondunun vəsaitlərindən bu tip layihələrin maliyyələşdirilməsi üçün istifadə edilməsi başadüşülən deyil. Ümumiyyətlə Neft Fonlarının təcrübəsində bu tip layihələrin maliyyələşdirilməsi numunəsi çox azdır. Məsələn, Norveçin Neft Fondunun aktivləri 300 milyarddan çox olsa da, fondun vəsaitləri heç bir halda infrastruktur layihələrinin maliyyələşdirilməsinə xərclənmir.

 

2001-2009-cu illərdə Azərbaycan Neft Fondunun xərc istiqamətləri

Neft Fondunun xərclərinin istiqamətləri 

Xərclərin həcmi,  mln. manatla 

 Xüsusi çəkisi

%-lə

 Qaçqınların və məcburi

köçkünlərin sosial-məişət

 problemlərinin yaxşılaşdırılmasına

 603

 4.9

 Bakı-Tbilisi-Ceyhan neft 

kəmərində Azərbaycanın

payının maliyyələşdirilməsi

 297.7

 2.4

 Bakı-Tbilisi-Qars dəmiryolu

layihəsinin maliyyələşdirilməsi

 106

 0.8

 Samur-Abşeron suvarma

sisteminin maliyyələşdirilməsi

 344.5

 2.8

 Oğuz-Qəbələ-Bakı su kəmərinin

tikintisinin maliyyələşdirilməsi

 527.5

 4.2

Dövlət büdcəsinə transferlər

 10 265

 83

Azərbaycan Dövlət İnvestisiya

 Şirkətinin nizamnamə

kapitalının maliyyələşdirilməsi

 90

 0.8

 Azərbaycan Dövlət Neft Şirkətinə

 əvvəllər ona çatmalı olan mənfəət

neftindən gələn gəlirlərə görə ödəmələr

 87.6

 0.7

 2007-2015-ci illərdə Azərbaycan 

gənclərinin xarici ölkələrdə təhsili

üzrə Dövlət Proqramının

maliyyələşdirilməsi layihəsi

 12.3

0.1

 Dövlət Neft Fondunun

idarə edilməsi ilə bağlı xərclər

 40

 0.3

 Cəmi

 12364

 100

 

İtirilən  şanslar
Ümumiyyətlə, dünya təcrübəsində bu tip fondlar təyinatına görə üç qrupa - büdcə (rezerv), stabilləşdirmə və gələcək nəsillər fondlarına bölünürlər. DNF-in hansı təyinatı daşımasına gəlincə, fondun icraçı direktoru Şahmar Mövsümov deyir ki, bu qurum həm stabilləşdirici, həm rezerv, həm də gələcək nəsillər fondudur. Ancaq faktiki olaraq Azərbaycanın Dövlət Neft Fondu bu funksiyaların birinci istisna olmaqla hec birini yerinə yetirməyib və dövlət büdcəsinin yardımçı fonduna çevrilib. Ancaq bu pullardan real sosial-iqtisadi tutumlu layihələri həyata keçirmək olardı.

Məsələn, Neft Fondunun vəsaitləri hesabına dövlət sifarişi ilə yaşayış mənzilləri tikib aztəminatlı və gənc ailələrə faizsiz borcla satmaq olardı. Yəni dövlət sifarişi ilə çoxmərtəbəli binalar tikilir və uzunmüddətli faizsiz kreditlə gənc və aztəminatlı ailələrə verilir. Həmin ailələrdə məznzilin pulunu hissə-hissə ödəyir – 10-15 il müddətinə. Bu halda dövlət qazanc götürmür, əvəzində isə əhalinin mənzil problemi həllini tapır.

Əgər neftin bütün xalqın sərvəti olması rəsmi təbliğatın əsas tezisiinə çevrilibsə, onda niyə aztəminatlı təbəqə bu sərvətdən gələn gəlirdən faydalanmasın? Həm də axı söhbət ondan getmir ki, bu mənzillər kasıblara əvəzsiz olaraq verilsin. Bu halda mənzilin dəyəri ödənilir, ancaq burada iki mühüm məqam var.

Birinci, dovlət sifarişi ilə tikilən mənzillər bazar qiymətindən xeyli ucuz başa gəlir, ikinci də kasıb alıcının gəlirinə adekvat olaraq ona ödəmə müddəti müəyyənləşdirilir. İndi kirayədə yaşayan aztəminatlı təbəqə mənzil sahibinə ödədiyi pulu dövlətə ödəməklə 10-15 ilə mənzil sahibinə çevrilir. Ancaq indiki halda və şərtlərlə kasıb təbəqənin nə vaxtsa mənzil sahibi olması heç üfüqdə də görünmür.

Yaxud da fondun vəsaitləri hesabına kiçik biznesə və fermerlərə güzəştli kreditlər ayırmaq olardı ki, qeyri-neft sektoru rəqabat gücünü artıra bilsin. Bu gün ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər var və qeyri-neft sektorunun rəqabət qabiliyyəti yoxdur. Fermerlər becərdikləri məhsulu maya dəyərindən ucuz satmağa məcbur olurlar, bu da çox təhlükəli bir tendensiyadan xəbər verir. Çox güman ki, gələn il həmin fermerlər daha əkinçilikdə maraqlı olmayacaqlar. Aqrar sektora, emal sənayesinə maraq yox dərcəsindədir. Neft Fondunun vəsaitlərinin 3-5 faizini bu məqsədlə ayırsaydılar çox ciddi nəticələr əldə etmək olardı. Ancaq Neft Fondunun vəsaitləri tamamilə fərqli layihələrə xərclənir. Və Fondun missiyasına uyğun layihələr həyata keçirlməyib.

 

Fondun konsepsiyası işləmədi

Fondun fəaliyyətinə operativ rəhbərliyi nəzarətə keçirən icraçı direktoru prezident təyin edir. Qurumun əsasnaməsində qeyd olunur ki, fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. Lakin uzun müddət davam edən mübahisələrə baxmayaraq, fondun Müşahidə Şurasında nə ictimai təşkilatlar, nə də digər şəxslər təmsil olunub. Əsasnamədən göründüyü kimi, fondun fəaliyyəti icraçı direktorun əlində cəmləşib.

Artıq Azərbaycanda Neft Fondu konsepsiyasının özünü doğrultmadığı qəbul olunmalıdır. Hökumətin apardığı sosial-iqtisadi, maliyyə, vergi, pul siyasəti faktiki olaraq bu konsepsiyanın üzərindən xətt çəkib. Əsasnaməyə görə, neft pullarının əksəriyyəti həmin fonda toplanmalı, fond həmin pulları idarə etməli, ondan gələn gəlirlərdən büdcəyə və fondun əsasnaməsində göstərilmiş başqa istiqamətlərə istifadə edilməliydi.  Ancaq son iki ildə Dövlət Neft Fonduna gələn vəsaitlər bütünlüklə cari ilin büdcəsinə ayrılır. Ona görə də Neft Fondunun konsepsiyası öz əhəmiyyətini itirir.

 

Nə etməli?

Azərbaycan Dövlət Neft Fondu ona gözlənilən ümidləri doğrultmadı. Ona görə də bu fondun əsasnaməsinə və funksiyalarına yenidən baxılmasına ehtiyac var. Daha yaxşı olardı ki, fondla bağlı ayrıca qanun qəbul edilsin və Neft Fondundan Dövlət büdcəsinə transfertlər limitləşdirilsin. Və Fondun vəsaitləri daha çox mühüm sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldilsin. Ən başlıcası isə gələcək nəsillərə saxlanılmalı olan vəsaitin həddi müəyyən edilsin. Konkret desək, Neft Fondu haqqında qanunda göstərilsin ki, cari məqsədlər üçün fondun vəsaitlərinin neçə faizindən istifadə etmək olar. Yoxsa neft pulları azalmağa başlayandan, yəni 2012-ci ildən sonra Neft Fondundan əsar-əlamət qalmayacaq. Hökumət bir də ayılıb görəcək ki, Neft Fondunda 1 qəpik də qalmayıb – büdcəyə transfertlərə pulların axırına çıxıb. Bu bədbin sonlugu önləmək üçün hələ nəzəri də olsa imkanlar mövcuddur. Nəzəriyyəni işə çevirmək isə artıq hökumətin səlahiyyətində olan məsələdir.

 

7. Sosialoji sorğunun nəticələri

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının “Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması və bu gəlirlərdən daha səmərəli istifadə” layihəsi çərçivəsində həyata keçirilmiş sorğunun əsas məqsədi əhalinin müxtəlif təbəqələrinin neft pullarının xərclənməsi barədə məlumatlılıq dərəcəsini və bu növ informasiyalara çıxış imkanlarını müəyyənləşdirmək, hökumətin bu istiqamətdəki fəaliyyətinə onların münasibətini öyrənməkdən ibarət olmuşdur. Sorğunun gedişində neft pullarının xərclənməsi üzərində ictimai nəzarətin hazırki səviyyəsinin vətəndaşları nə dərəcədə təmin etməsi, həmçinin neft gəlirlərinin insanlarin həyat şəraitinə real təsiri məsələləri də araşdırılmışdır. Sorğunun nəticələri neft gəlirlərindən səmərəli istəfadə məqsədi ilə daha optimal variantların işlənib hazırlanmasına yardım göstərə bilər.

Sorğu 2009-cu ilin oktyabr-noyabr aylarında Bakı, Gəncə, Şəki şəhərlərində, eləcə də Salyan, Xaçmaz, Hacıqabul, Oğuz və Qəbələ rayonlarının əhalisi arasında keçirilmiş və 600 respondenti əhatə etmişdir. Respondentlərin cins, yaş, milli tərkibi və təhsil səviyyəsi (bax: cədvəl – 1,2,3,4) bütövlükdə müvafiq ümumrespublika göstəricilərinə uyğundur ki, bu da sorğunun reprezentativliyini bir daha təsdiq edir.

 

1. Respondentlərin cins tərkibi

Şəhər və rayonlar

kişi

qadın

Bakı

49%

51%

Gəncə

47%

53%

Şəki

49%

51%

Salyan

48%

52%

Xaçmaz

52%

48%

Hacıqabul

48%

52%

Oğuz-Qəbələ

54%

46%

Ümumi

49,3%

50,7%

 

2. Respondentlərin yaş tərkibi

Şəhər və rayonlar

18-19

20-24

25-29

30-39

40-49

50-59

60 yaş və yuxarı

Bakı

12%

16%

15%

16%

15%

14%

12%

Gəncə

11%

14%

14%

18%

18%

17%

8%

Şəki

15%

21%

19%

12%

13%

12%

8%

Salyan

13%

14%

17%

19%

15%

13%

9%

Xaçmaz

10%

18%

17%

15%

16%

13%

11%

Hacıqabul

14%

16%

14%

16%

18%

14%

8%

Oğuz-Qəbələ

12%

14%

14%

16%

18%

16%

10%

Ümumi

12,3%

16,3%

16,0%

14,4%

15,6%

14,2%

11,2%

 

3. Respondentlərin milli tərkibi

Şəhər və rayonlar

Azərbaycanlı

rus

talış

ləzgi

yəhudi

tat

Bakı

91%

5%

-

3%

1%

 

Gəncə

98%

2%

-

-

-

-

Şəki

97%

-

-

3%

-

-

Salyan

96%

2%

2%

-

-

-

Xaçmaz

96%

1%

-

2%

-

1%

Hacıqabul

98%

-

-

2%

-

-

Oğuz-Qəbələ

96%

-

-

4%

-

-

Ümumi

96,2%

1,8%

0,5%

1,1%

0,2%

0,2%

 

4. Respondentlərin təhsil səviyyəsi

Şəhər və rayonlar

azsavadlı

ibtidai

natamam

orta

orta

orta ixtisas

ali

Bakı

1%

-

2%

22%

29%

46%

Gəncə

1%

2%

8%

14%

22%

53%

Şəki

-

2%

1%

28%

24%

45%

Salyan

5%

7%

6%

22%

18%

42%

Xaçmaz

1%

-

7%

43%

20%

29%

Hacıqabul

-

8%

8%

36%

18%

30%

Oğuz-Qəbələ

2%

4%

14%

40%

16%

24%

Ümumi

1,5%

3,5%

6,5%

28,2%

21,8%

38,5%

 

Sorğunun nəticələri ilk öncə belə bir faktı nümayiş etdirir ki, əhalinin, xüsusilə də regionlarda yaşayan əhalinin neft gəlirlərinin necə xərclənməsi haqqında informasiya əldə etmək imkanları kifayət qədər mədudddur. Onlarin bir hissəsi isə ümumiyyətlə belə bir imkandan  məhrumdur. Təsadüfi deyildir ki, rəyi soruşulanların 46,7%-nin neft gəlirlərinin hara xərclənməsi barədə ümumiyyətlə məlumati yoxdur, 41,4%-i isə bu barədə qismən məlumatladır. Bu baxımdan vəziyyət Salyan və Hacıqabulda xüsusilə acınacaqlıdır. Həmin rayonlarda rəyi soruşulanların müvafiq olaraq, 55 və 50%-i neft gəlirlərinin hara xərclənməsi barədə ümumiyyətlə məlumatsız olduğunu bildirib. Respondentlərin yalnız  11,9%-i, yəni demək olar ki, hər on nəfərdən biri bu haqda kifayət məlumatlı olduğunu söyləyib. Maraqlıdır ki, Bakıda kifayət qədər məlumatlı olanların sayı 18%  təşkil edirsə, əksər regionlarda bu rəqəm qat-qat aşağıdır. Məsələn, Oğuz-Qəbələdə cəmi 8%, Hacıqabulda – 9%, Xaçmazda – 10% respondent neft gəlirlərinin necə xərclənməsi haqqında kifayət qədər məlumatlı olduğunu bildirib (cədvəl. 5).

Bu cür vəziyyət, ilk növbədə, hökumətin şüurlu surətdə yeritdiyi siyasətin nəticəsidir. Belə ki, hakimiyyət strukturları geniş əhali kütlələrinin neft gəlirləri haqqında ətraflı məlumatlandırılmasında və bütövlükdə bu sahədə həqiqi şəffaflığın təmin olunmasında maraqlı deyillər. Çünki neft gəlirlərinin xərclənməsində bu gün hökm sürən qeyri-şəffaflıq hakimiyyət strukrurları üçün yarana biləcək mümkün problemlərin sayını xeyli azaldır. Düzdür, müstəqil mətbuat və ayrı-ayrı QHT-lər hökumətin bu sahədəki fəaliyyətsizliyi müəyyən dərəcədə kompensasiya etməyə çalışırlar. Ancaq məlum məsələdir ki, şəffaflığın təmin olunmasında onların imkanları, rəsmi qurumlarla müqayisədə xeyli məhduddur.

 

5. Neft gəlirlərinin hara xərclənməsi haqqında məlumatınız varmı?

Şəhər və rayonlar

Kifayər qədər məlumatlıyam

Müəyyən qədər məlumatlıyam

Heç bir  məlumatım yoxdur

Bakı

18%

51%

31%

Gəncə

11%

40%

49%

Şəki

12%

49%

39%

Salyan

11%

34%

55%

Xaçmaz

10%

42%

48%

Hacıqabul

9%

41%

50%

Oğuz-Qəbələ

8%

38%

54%

Ümumi

11,9%

41,4%

46,7%

 

Rəsmi dövlət qurumlarının neft gəlirlərinin xərclənməsi barədə çox xəsisliklə informasiya verdiklərini nəzərə alsaq, tamamilə qanunauyğundur ki, hökumətin bu barədə açıqlamaları resrondenlərin yalnız 12,9%-ni tam təmin edir. Halbuki rəyti soruşulanların demək olar ki, yarısı – 49,3%-i rəsmi qurumların bu sahədəki fəaliyyətindən narazıdır, 38,7%-i isə bu fəaliyyətin daha da təkmilləşdirilməsinə ehtiyac duyur (cədvəl. 6). Rəsmi qurumların bu sahədəki fəaliyyətindən tam narazıların sayı regionlarda xüsusilə yüksəkdir. Məsələn, Bakıda belə respondentlərin xüsusi çəkisi 45% təşkil etdiyi halda, Haciqabulda bu rəqəm – 55%, Salyan və Oğuz-Qəbələ zonasında – 53%-dir. Yuxarıda qeyd etdiyimiz kimi belə vəziyyət  onunla izah olunur ki, Bakı ilə müqayisədə reqionlarda yaşayan əhalinin informasiya əldə etmək imkanları daha məhduddur. Bu da regionlarda maarifləndirmə işlərinin daha da gücləndirilməsini zərurətini ortaya qoyur.

 

Heç şübhəsiz ki, digər mühüm faktorlarla, ilk növbədə, bu sahədə şəffaflığın aşağı səviyyədə olması ilə yanaşı, həm də informasiya qıtlığı və davamlı maarifləndirmə işinin aparılmaması respondentlərin böyük əksəriyyətinin neft gəlirlərinin xərclənməsi üzərində  mövcud nəzarət sisteminə mənfi münasibətini şərtləndirir. Belı ki, sorğunun gedişində  soruşulanların yarıdan çoxu – 53,9%-i mövcud nəzarət sisteminin qeyri-qənaətbəxş olması fikrindədir. Salyan rayonunda (58%) və Oğuz-Qəbələ zonasında (66%) belə fikirləşənlərin sayı xüsusilə çoxdur (cədvəl. 7). Mövcud nəzarət sistemi respondentlərin yalnız 13,8%-ni tam qane edir.

 

7. Neft gəlirlərinin xərclənməsi üzərində mövcud nəzarət sistemi Sizi təmin edirmi?

Şəhər və rayonlar

Tamamilə qane edir

Qismən qane edir

Ümumiyyətlə qane etmir

Bakı

12%

31%

57%

Gəncə

17%

28%

55%

Şəki

11%

43%

46%

Salyan

15%

27%

58%

Xaçmaz

14%

33%

53%

Hacıqabul

19%

35%

46%

Oğuz-Qəbələ

10%

24%

66%

Ümumi

13,8%

32,3%

53,9%

 

Belə mənfi münasibəti şərtləndirən əsas amillərdən biri onunla əlagədardır ki, neft gəlirlərinin xərclənməsi üzərində mövcud nəzarət sistemində ictimaiyyətin rolu minimuma endirilib. Daha dəqiq desək, ictimai qurumlar bu prosesdə sadəcə olaraq müşahidəçi qismində çıxış edirlər. Belə ki, bü günkü Azərbaycan reallığında ictimai təşkilatlar və bütöblükdə cəmiyyət neft gəlirlərinin xərclənməsi üzərində real nəzarət funksiyasını həyata keçirmək

 

8. Neft gəlirlərinin xərclənməsi üzərində ictimai nəzarətin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

Şəhər və rayonlar

kifayət qədər yüksək

ictimai nəzarətin əsaslı şəkildə güclənməsinə ehtiyac var

ümumiyyətlə hiss olunmur

Bakı

10%

35%

55%

Gəncə

9%

33%

64%

Şəki

14%

36%

50%

Salyan

12%

37%

51%

Xaçmaz

11%

42%

47%

Hacıqabul

13%

39%

48%

Oğuz-Qəbələ

15%

27%

58%

Ümumi

11,8%

36,5%

51,7%

 

iqtidarında deyillər. Buna görə də, tamamilə başadüşüləndir ki, rəyi soruşulanların 51,7%-i neft gəlirlərinin xərclənməsi üzərində ictimai nəzarətin hazırki səviyyəsindən narazıdırlar və belə  nəzarətin, ümumiyyətlə hiss olunmadığı qənaətindədir (cədvəl. 8). Belə fikirdə olanların sayı Gəncədə (64%) və Oğuz-Qəbələ zonasında (58%) xüsusilə yüksəkdir. Eynu zamanda, rəyi soruşulanların 36,5%-i ictimai nəzarətin daha da güzləndirilməsinə ehtiyac duyur. Yalnız 11,8% respondent ictimai nəzarətin indiki səviyyəsini qənaətbəxş hesab edir.

Sorğunun nəticələri içərisində diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, respondentlərin böyük əksəriyyəti neft sektorunda gəlirlərin xərclənməsində səffaflığın əsas təminatçısı kimi ictimai nəzarətin gücləndirilməsini görürlər. Respondentlərin 61,3%-i və yaxud hər üç nəfərdən ikisi hesab edir ki, bu günkü nəzarət sisteminin təkmilləşdirilməsinə böyük ehtiyac var və bu məqsədlə ictimaiyyət nümayəndələrinin də daxil olduğu xüsusi qurum yaradılmalıdır (cədvəl. 9). Bu sahədə köklü islahatların aparılmasına respondentlərin Bakıda 70%-i, Salyanda – 62%-i, Oğuz-Qəbələdə - 60%-i, Gəncədə isə - 59%-i tərəfdardır. Eyni zamanda, rəyi soruşulanların 24%-i bu fikirdədir ki, neft gəlirlərin xərclənməsi üzərində nəzarət funksiyasının parlament həyata keçirməlidir. Bu nəzarətin icra hakimiyyəti strukturlarında qalması, yəni mövcud nəzarət sisteminin toxunulmaz saxlanması fikrində olanlar isə cəmi 14,7% təşkil edir.

 

9. Şəffaflığın təmin olunması baxımından neft gəlirlərinin xərclənməsi üzərində nəzarəti hansı qurum həyata keçirməlidir?

Şəhər və rayonlar

icra hakimiyyəti strukturları

parlament

ictimaiyyət nümayəndələrinin də daxil olduğu xüsusi qurum

Bakı

12%

18%

70%

Gəncə

17%

24%

59%

Şəki

16%

27%

57%

Salyan

11%

23%

62%

Xaçmaz

14%

33%

53%

Hacıqabul

21%

29%

50%

Oğuz-Qəbələ

12%

30%

58%

Ümumi

14,7%

24%

61,3%

 

Neft gəlirlərinin xərclənməsi üzərində ictimai nəzarətin zəifliyi, bu sahədə qərarların qəbulundə ictimai rəyin nəzərə alınmaması ona gətirib çıxarır ki, insanların xeyli hissəsi həmin gəlirlərin əhalinin müxtəlif təbəqələri arasında ədalətli bölünəcəyinə inam hissini artıq itirib. Elə keçirilən sorğunun nəticələri də bunu bir daha təsdiq edir. Belə ki, rəyi soruşulanların yarıdan çoxu – 53,6%-i bu fikirdədirlər ki, ölkə əhalisinin bütün təbəqələrinin neft gəlirlərindən bəhrələnməsi üçün bərabər imkanlar yaradılmamışdır. Respondentlərin 33,2%-i  belə şəraitin qismən yaradıldığı qənaətindədir və rəyi soruşulanların cəmi 13,2%-i hesab edir ki,  bunun üçün bərabər imkanlar mövcuddur (cədvəl. 10).

 

10. Ölkədə əhalinin bütün təbəqələrinin neft gəlirlərindən faydalanması (bəhrələnməsi) üçün bərabər imkanlar mövcuddurmu?

Şəhər və rayonlar

mövcuddur

qismən mövcuddur

ümumiyyətlə mövcud deyil

Bakı

15%

37%

48%

Gəncə

11%

36%

53%

Şəki

12%

38%

50%

Salyan

13%

35%

52%

Xaçmaz

14%

32%

54%

Hacıqabul

20%

34%

46%

Oğuz-Qəbələ

8%

24%

68%

Ümumi

13,2%

33,2%

53,6%

 

Sorğu iştirakçıları həmçinin neft gəlirlərinin insanların həyat şəraitinə real təsiri haqqında da kifayət qədər pessimist əhval-ruhiyyədədirlər. Məsələn, respondentlərin 51,5%-i iddia edir ki, neft gəlirlərinin sıravi vətəndaşların həyat şəraitinin yaxşılaşmasına və ölkədə yoxsulluq səviyyəsinin azalmasına heç bir əhəmiyyətli təsiri olmayıb (cədvəl. 11). Bu zaman rəyi soruşulanların 36,8%-i neft gəlirlərinin ölkədəki həyat şəraitinin yaxşılaşmasına qismən təsir etdiyini bildiriblər. Əhəmiyyətli təsirin olduğunu deyənlərin sayı isə cəmi 11,7%-dir.

 

11. Neft gəlirlərinin sıravi vətəndaşların həyat şəraitinin yaxşılaşmasına və ölkədə yoxsulluq səviyyəsinin azalmasına real təsiri olubmu?

Şəhər və rayonlar

əhəmiyyətli təsiri olub

müəyyən dərəcədə təsiri olub

heç bir təsiri olmayıb

Bakı

10%

46%

44%

Gəncə

17%

38%

45%

Şəki

14%

32%

54%

Salyan

9%

36%

55%

Xaçmaz

11%

56%

33%

Hacıqabul

21%

32%

47%

Oğuz-Qəbələ

7%

35%

58%

Ümumi

11,7%

36,8%

51,5%

 

11-ci cədvəldən göründüyü kimi, bu baxımdan yalnız Bakıda və Xaçmazda əhali nisbətən optimist əhval-ruhiyyədədir. Məhz bu bölgələrdə “müəyyən dərəcədə təsiri olub” deyənlərin sayı “heç bir təsiri olmayıb” fikirləşənləri üstələyir. Bakıdakı respondentlərin bu cür mövqeyi tamamilə başadüşüləndir və onunla izah olunur ki, Bakı paytaxt şəhər olduğu üçün neft gəlirlərinin xeyli hissəsi məhz burada xərclənir. Bu səbəbdən də, bölgələrə nisbətən Bakıda  neft gəlirlərinin insanların həyat şəraitinə təsiri daha qabarıq hiss olunmaqdadır.

Xaçmaza gəldikdə isə, bu rayon Azərbaycanın əsas turizm mərkəzlərindən biridir və neft gəlirlərindən maksimum bəhrələnən yuxarı təbəqənin nümayəndələri yaz-yay aylarında məhz bu rayon ərazisində yerləşən turizm obyektlərində keçirməyə üstünlük verirlər. Digər tərəfdən, bir çox yüksək rütbəli dövlər məmurlarının vilları da məhz həmin zonada yerləşir ki, onların da xidmət personalının xeyli hissəsini yerli əhali təşkil edir. Bu baxımdan həmin bölgənin əhalisinin dolayısı yolla olsa da, müəyyən dərəcədə neft gəlirlərindən bəhrələnmək imkanları daha yüksəkdir ki, bu da özünü sorğunun nəticələrində əks etdirir.  

Maraqlıdır ki, neft gəlirlərinin bütövlükdə ölkədəki həyat şəraitinə təsiri ilə müqayisədə, respondentlət həmin amilin öz şəxsi büdcələrinə təsirini daha kritik qiymətləndirirlər. Belə ki, rəyi soruşulanların 56,7%-i hesab edir ki, neft gəlirlərinin şəxsən onun və yaxınlarının həyat şəraitinə heç bir real təsiri olmayıb (cədvəl. 12). Düzdür, respondentlərin 31,9%-i düşünür ki, neft gəlirlərinin onların güzəranına qismən də olsa, müəyyən müsbət təsiri olub. Neft gəlirlərinin öz şəxsi büdcələrinə əhəmiyyətli təsiri olduğunu bildirənlərin xüsusi çəkisi isə cəmi 11,4%-dir. “Ənənəvi” olaraq Oğuz-Qəbələ sakinləri bu məsələdə də daha pessimist mövqedədirlər. Belə ki, bu zonadan olan respondentlərin ¾ hissəsi, və yaxud 74%-i hesab edir ki, neft gəlirləri onların şəxsi həyat şəraitinə heç bir müsbət təsiri olmayıb. Bu sorğunun keçirildiyi rayonlar üzrə ən yüksək mənfi göstəricidir.

 

12. Neft gəıirlərinin şəxsən Sizin və yaxınlarınızın hayat şəraitinə real təsirini hiss etmisinizmi?

Şəhər və rayonlar

xeyli təsiri olub

müəyyən təsiri olub

heç bir təsiri olmayıb

Bakı

8%

39%

53%

Gəncə

11%

24%

65%

Şəki

9%

44%

47%

Salyan

12%

33%

55%

Xaçmaz

13%

31%

56%

Hacıqabul

19%

34%

47%

Oğuz-Qəbələ

8%

18%

74%

Ümumi

11,4%

31,9%

56,7%

 

Qeyd etmək lazımdır ki, sorğunun nəticələrində də əks olunmuş belə pessimist əhval-ruhiyyənin obyektiv əsasları vardır. Hakimiyyət nümayəndələrinin gurultulu bəyanatlarına  baxmayaraq, ölkədə yoxsulluğun aradan qaldırılması sahəsindəki uğurlar heç də arzuolunan səviyyədə deyildir. Hazırda ölkə əhalisinin böyük əksəriyyəti, xüsusilə də regionlarda, yoxsulluq həddində yaşayır, əməkqabiliyyətli insanlar arasında işsislik səviyyəsi yüksəkdir. Böyük inamla demək olar və keçirilən sorğunun nəticələri də bunu bir daha təsdiqləyir ki, hal-hazırda ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı rəsmi statistikada göstərilıən rəqəmlərdən qat-qat yüksəkdir.

Məsələn, rəsmi hökumət qurumları 2009-cu il üçün yaşayış minimumu 84 manat, ehtiyac meyarı həddi isə 60 manat məbləğində müəyyənləşdiriblər. Aylıq qazancı 60 manatdan az olanlar yoxsullar kateqoriyasına aid edilirlər. Rəsmi statistik məlumatlara görə, 2009 –cu ildə Azərbaycan əhalisinin 13%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır(bax:”Zerkalo” qəzeti, 23 dekabr 2009-cu il). Lakin sorğunun nəticələri göstərir ki, rəyi soruşulan respondentlərin 30%-nin  ailə büdcəsində bir nəfərə ayda 50 manatdan da az, 40,5%-nin – 50-100 manat pul düşür (cədvəl. 13). Bu o deməkdir ki, Azərbaycanda yoxsulluğun miqyası rəsmi statistikada əks olunduğundan xeyli yüksəkdir. Sorğunun nəticələrinə görə, tam əminliklə demər olar ki, ölkə əhalisinin minimum 40-45%-i yoxsul vəziyyətdə yaşayır.

 

13. Respondentlərin ailə büdcəsində hər bir ailə üzvünə düşən gəlirin səviyyəsi

Şəhər və rayonlar

50 manata kimi

50-100 manat

100-150 manat

150 manatdan çox

Bakı

17%

38%

24%

21%

Gəncə

35%

43%

15%

7%

Şəki

28%

40%

17%

15%

Salyan

29%

42%

21%

8%

Xaçmaz

31%

47%

14%

8%

Hacıqabul

18%

44%

22%

16%

Oğuz-Qəbələ

32%

34%

23%

11%

Ümumi

30%

40,5%

16,8%

12,7%

 

Yoxsulluğun səviyyəsi regionlarda xüsusilə yüksəkdir. Belə ki, Bakıda ailədə adambaşına aylıq gəliri 50 manatdan az olan pespondentlər 17% təşkil edirsə, sorğunun keçirildiyi əksər regionlarda bu rəqəm 1,5-2 dəfə yüksəkdir.

Sorğuda iştirak edən respondentlərin yalnız 16,8%-i adambaşına ayda 100-150 manat, 12,7%-i isə 150 manatdan artıq gəlir əldə edir. Bu rəqəmlər bir daha sübut edir ki, neft gəlirləri hələ də insanların böyük əksəriyyətinin həyat şəraitində köklü dəyişikliklərə gətirib çıxarmamışdır. Ölkənin təbii ehtiyatlarından kifayət qədər faydalana bilməmək isə, insanlarda böyük məyusluq və ümidsizlik yaradır. Xüsusılə də ona görə ki, əhalinin əvvəlcədən neft gəlirlərindən böyük gözləntiləri var idi. Bu gözləntilərin yaranmasında dövlətin rəsmi təbliğat aparatının da böyük rolu olmuşdur. Belə ki, rəsmi təbliğat, xüsusilə neft kontraktlarının imzalandığı ilk illərdə,  neft gəlirlərini ölkənin bütün problemlərini bir göz qırpımında həll edəcək “sehrli çubuq” qismində təqdim edirdilər. Lakin bu zaman belə mühüm bir amil yaddan çıxarılırdı ki, neft gəlirlərinin doğrudan da “sehrli çubuq” rolunu oynaması üçün onların xərclənməsi prosesində şəffaflığın tam təmin olunması başlıca şərtdir. Halbuki, dünya təcrübəsi göstərir ki, Azərbaycan kimi vətəndaş cəmiyyətinin və deməli,  hökumətin fəaliyyəti üzərində ictimai nəzarətin zəif olduğu ölkələrdə bu cür şəfaflığın təmin olunması çox vaxt qeyri-mümkün olur. Nəticədə, neft gəlirlərinin israf olunması və oğurlanması bir çox hallarda mövcud problemlərin həllinə deyil, onların daha da kəskinləşməsinə gətirib çıxarır.

Belə təhlükə Azərbaycan üçün də kifayət qədər realdır. Hər halda, sorğuda iştirak edənlərin 51,2%-i neft gəlirlərinin oğurlanması və ya israf olunması ehtimalını tamamilə mümkün hesab edirlər (cədvəl. 14). Hacıqabul istisna olmaqla, sorğunun keçirildiyi bütün digər regionlarda belə düşünənlər respondentlərin yarıdan çoxunu təşkil edir. Yalnız Hacıqabulda neft gəlirlərinin oğurlanması ehtimalının tamamilə real olduğu fikrində olanlar 48% təşkil edir. Amma bu da çox yüksək rəqəmdir. Müqayisə üşün deyək ki, respondentlərin yalnız 15,1%-i Azərbaycan şəraitində neft pullarının oğurlanmasının mümkün olmadığı qənaətindədir. Daha 33,7% isə hesab edir ki, az da olsa neft pullarının oğurlanması təhlükəsi mövcuddur.

 

14. Neft gəlirlərinin israf olunması və ya oğurlanması ehtimalı nə dərəcədə realdır?

Şəhər və rayonlar

tamamilə realdır

az da olsa, belə təhlükə var

bu mümkün deyil

Bakı

51%

32%

17%

Gəncə

54%

34%

12%

Şəki

50%

35%

15%

Salyan

52%

34%

14%

Xaçmaz

50%

33%

17%

Hacıqabul

48%

29%

23%

Oğuz-Qəbələ

53%

31%

16%

Ümumi

51,2%

33,7%

15,1%

 

Neft gəlirlərinin xərclənməsində şəffaflığın arzuolunan səviyyədə olmaması, eləcə də, neft pullarının sıravi vətəndaşların həyat şəraitinə real təsirinin cüzi olması insanlarda belə bir inamı daha da gücləndirir ki, neft kontraktlarından fayadalanan yalnız dövlət məmurları olmuşlar. Sorğunun nəticələri göstərir ki, 64,4%, başqa sözlə desək, hər üç respondentdən ikisi bu cür fikirləşir (cədvəl. 15).

 

15. Neft gəlirlərindən ən çox hansı təbəqələr faydalanıb?

Şəhər və rayonlat

istinasız olaraq bütün təbəqələr

az təminatlı

əhali

büdcə təşkilatlarında çalışanlar

orta təbəqələ

dövlət məmurları

Bakı

9%

8%

6%

5%

72%

Gəncə

6%

3%

9%

7%

75%

Şəki

12%

4%

21%

8%

58%

Salyan

9%

5%

16%

6%

68%

Xaçmaz

8%

5%

17%

11%

59%

Hacıqabul

12%

8%

18%

14%

48%

Oğuz-Qəbələ

10%

6%

12%

9%

66%

Ümumi

9,1%

5,2%

13,1%

7,8%

64,8%

 

Neft gəlirlərindən başlıca olaraq məmurların bəhrələndiyini düşünənlərin xüsusi çəkisi Bakıda və Gəncədə daha yüksəkdir – müvafiq olaraq, 72% və 75%. Müqayisə üçün qeyd edək ki, yalnız 9,1% respondent əhalinin istinasız olaraq bütün təbəqələrinin neft gəlirlərindən bəhrələndiyi qənaətindədir. Respondentlərdən 5,2% - az təminatlı əhalinin, 13,1% - büdcə təşkilatlarında çalışanların, 7,8% isə orta təbəqə nümayəndələrinin neft gəlirlərindən daha çox faydalandıqlarını düşünür.    

Sorğunun nəticələrində diqqətçəkən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda neft gəlirlərinin oğurlanması ehtimalının yüksək olduğundan şikayətlənən respondentlər, eyni zamanda, neft pullarının müxtəlif ambisiyalı layihələrin reallaşmasına - yolların, körpülərin, tunellərin inşasına, abadlaşdırma və yenidənqurma işlərinə sərf olunmasina kifayət qədər tolerant yanaşırlar. Baxmayaraq ki, həm dünya təcrübəsi, həm də Azərbaycan reallıqları bu tip layihələrin neft pullarının oğurlanması və ya səmərəsiz istifadəsinin əsas vasitələrindən biri olduğunu sübut edir. Mütəxəssislərin hesablamalarına görə, bu tipli əsasən tikinti və yenidənqurma layihələrində vəsaitlərin səmərəsiz xərclənməsi ehtimalı kifayət qədər yüksəkdir və 35-40% təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan mətbuatı demək olar hər gün həmin layihələrin həyata keçirilməsi gedişində bu və ya digər dövlət qurumları tərəfindən yol verilən geniş miqyaslı mənimsəmə və yeyinti faktlarını işıqlandırır.

Yüksək korrupsiya tutumlu bu layihələr elə geniş miqyas alıb ki, faktiki olaraq, Azərbaycan bu gün Afrika ölkələrinin ötən əsrin 60-70-ci illərdəki acı təcrübəsini təkrarlamaqdadır. O zaman yenicə müstəqillik yoluna qədəm qoymuş Afrika qitəsinin bir çox ölkələri onsuz da məhdud olan maliyyə resurslarını iqtisadiyyatın real sektorunun inkişafına, güclü emal sənayesinin yaradılmasına yönəltmək əvəzinə, müxtəlif ambisiyalı layihələrin həyata keçirilməsinə sərf edirdilər. Ən böyük göydələnə, ən uca televiziya qülləsinə, ən dəbdəbəli otelə, ən tutumlu stadiona sahib olmaq uğrunda Afrika ölkələri arasında sanki qeyri-formal yarış gedirdi. Son nəticədə bu siyasət həmin ölkələrin iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxardı. Bu gün Afrika ölkələrinin əksəriyyətinin iqtisadi inkişaf baxımından hətta Latın Amerikası və Asiya dövlətlərindən xeyli geridə qalması o zaman yeridilən səhv siyasətin qanunauyğun yekunudur. Çağdaş Azərbaycanın maliyyə imkanlarınin Afrika dövlətlərindən yüksək olmasına baxmayaraq, belə təhlükə bizim ölkə üçün də tamamilə realdır.

Bu baxımdan təşviş doğuran fakt odur ki, mətbuatın və müstəqil ekspertlərin həyəcan təbili çalmasıına baxmayaraq, rəyi soruşulanların xeyli hissəsi bu tip layəhələrə nəinki dözümlü münasibət bəsləyir, hətta onları təqdir də edir. Məsələn, respondentlərin yarıdan çoxu – 56%-i neft gəlirlərinin müəyyən hissəsinin infrastruktur layihələrinə yönəldilməsinə müsbət yanaşır, 26,%-i isə hətta bunu təqdirəlayiq hal hesab edir. Respondentlərin cəmi 17,8%-i neft gəlirlərinin bu məqsədlər üçün xərclənməsini yolverilməz hesab edir (cədvəl. 16).

 

16. Neft gəlirlərinin infrastruktur layihələrinə (yolların, körpülərin, tunellərin inşasına, abadlaşdırma işlərinə) xərclənməsi nə dərəcədə məqsədəuyğundur?

Şəhər və rayonlar

təqdirəlayiqdir

qismən istifadə oluna bilər

tamamilə yolverilməzdir

Bakı

10%

69%

21%

Gəncə

31%

56%

13%

Şəki

29%

54%

17%

Salyan

24%

57%

19%

Xaçmaz

32%

56%

12%

Hacıqabul

28%

40%

32%

Oğuz-Qəbələ

34%

50%

16%

Ümumi

26,2%

56%

17,8%

 

Düzdür, Azərbaycan reallıqları nəzərə alınsa, insanların bu cür mövqeyi heç də parodoksal görünməməlidir. Belə ki, neft gəlirlərinin faydasını öz gündəlik həyatında kifayət qədər hiss etməyən əhali hesab edir ki, neft pullarının məmurların cibinə getməkdənsə, heç olmazsa yolların və körpülərin inşasına, tikinti və yenidənqurma işlərinə sərf olunması daha məqsədəuyğundur.    

Məhz neft gəlirlərinin xərclənməsində şəffaflığın olmaması ona gətirib çıxarır ki, neft gəlirlərinə münasibətdə, bütövlükdə, əhalidə istehlakçılıq əhval-ruhiyyəsi dominantlıq təşkil edir (cədvəl. 17 (16)). Məsələn, respondentlərin 18,6%-i neft gəlirlərinin yönəldilməsi vacib olan prioritet sahə kimi təqaüdlərin və digər sosial yardımların, 14,5%-i büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasını, 13,5%-i isə təhsil və səhiyyə sahəsində pulsuz xidmətlərin genişləndirilməsini, 16,3%-i isə yoxsulluq səviyyəsinin azaldılması məqsədi ilə aztəminatlı ailələrə verilən sosial imtiyazların bərpasını təklif edirlər. Bu rəqəmlər onu göstərir ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti – təxminən 2/3 hissəsi neft pullarının əsasən əhali arasında bərabər bölgüsü və yaxud dövlət tərəfindən istehlaka yönəldilməsi tərəfdarıdırlar.

Əlbəttə ki, belə vəziyyət Azərbaycan xalqının bu günkü nəslinin neft gəlirlərindən mümkün qədər tez bəhrələnmək istəyindən irəli gəlir. Lakin bu zaman dünya təcrübəsini də nəzərə almaq lazımdır. Həmin təcrübə isə göstərir ki, neft pullarının istehlaka yönəldilməsi onlardan istifadənin heç də ən yaxşı variantı deyildir. Belə ki, bu halda həm neft gəlirlərinin  səmərələliyi qat-qat azalır, həm də perspektivdə ölkənin ciddi makroiqtisadi sarsıntılarla üz-üzə qalması təhlükəsi aranır. Burada söhbət faktiki olaraq klassik seçimdən gedir – imkansız və ac adama yeməyə balıq vermək, yoxsa onu tilovla təmin edib, ona balıq tutmağı öyrətmək lazımdır ki, gələcəkdə o heç kimdən asılı olmadan öz ehtiyaclarını təmin etmiş olsun. İndiki halda Azərbaycan üçün “tilov” rolunu iqtisadiyyatın şoxşaxəli inkişafı və ilk növbədə, qeyri-neft sektorunun gücləndirilməsi oynayır. Amma təəssüflər olsun ki, rəyi soruşulanların yalnız 19,6%-i, və ya təxminən 1/5 hissəsi neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini vacib hesab edirlər. Problemin əhəmiyyətini nəzərə alsaq bu çox aşağı göstəricidir.

Təşviş doğuran başqa bir məqam isə neft gəlirlərinin xərclənməsi prosesində şəffaflığın təmin olunmasında demokratik dəyərlərin və inkişafın əhəmiyyətinin resrondentlər tərəfindən lazımınca qiymətləndirilməməsidir. Respondentlərin cəmi 5,4%-i, və yaxud hər 20 nəfər rəyi soruşulandan yalnız 1-i neft gəlirlərinin demokratik dəyərlərin və azad mətbuatın inkişafına sərf olunmasını vacib sayıb. Halbuki, bu sahədə şəffaflıq dərəcəsi ölkənin demokratik inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. 

Heç şübhəsiz, əhali istəyir ki, onun gəlirləri neft pullarının sürətli artımına uyğun gəlsin. Bu baxımdan təbiidir ki, sorğunun gedişində rəyi soruşulanların əksəriyyəti neft gəlirlərini vətəndaşlar arasında ədalətli bölgüsünü əsas problem hesab edirlər. Təsadüfi deyildir ki, respondentlərin yalnız 4,8%-i neft gəlirlərinin gələcək nəsillər üçün toxunulmaz saxlanılması tərəfdarıdır. Halbuki belə yanaşma Neft fondunun əsasında duran fəlsəfəyə ziddir. Belə ki, neft gəlirlərinin müəyyən hissəsinin gələcək nəsillər üçün qoruyub saxlanması həmin fondun əsas vəzifələrindən biridir.

Əhali arasında maarifləndirmə işinin məhz bu istuqamətdə gücləndirilməsinə böyük ehtiyac duyulur. Nəzərə alınmalıdır ki, neft gəlirlərinin konkret hansı sahələrə xərclənməsi məsələsı bütün neftçıxaran ölkələr qarşısında durab ən mürəkkəb problemdir. Bu baxımdan insanlara təlqin olunmalıdır ki, neft pulları təkcə əhalinin gündəlik problemlərinin həllinə yönəldilməməlidir. Neft gəlirləri, ilk növbədə, insan kapitalının inkişafına, iqtisadiyyatda ciddi struktur dəyişikliklərinə və elmi-texniki tərəqqini təmin edən yeni sənaye sahələrinin yaradılmasına sərf olunmalıdır. Yalnız bu halda neft gəlirləri indiki və gələcək nəslin firavanlığının əsası ola bilər. Lakin bu həqiqət hələlik nə neft gəlirlərinin xeyli hissəsini vacibliyi ciiddi şübhə doğuran çoxsaylı ambisiyaları layihələrə yönəldən hökumət, nə də neft pullarının maaş, təqaüd və digər müavinətlərin artırılmasına sərf olunmasının tərəfdarı olan əhali kütlələri tərəfindən anlanılmır. Vəziyyətin belə davam edəcəyi təqdirdə, istisna olunmur ki, Azərbaycan xalqının gələcək nəsillərinə bu günkü neft bumundan yalnız çirklənmiş ətraf mühit və bir istiqamətli bərbad iqtisadiyyat miras qalacaq.

 

10. Neft vəsaitləri hesabına həyata keçirilən layihələrin monitorinq metadologiyası

Bu  metodologiya Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin “Oxsfam Novib” Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması,ictimai dinləmələr və ictimai məlumatlandırma kompaniyalarının təşkili”çərçivəsində ,NHMT-nin əvvəlki layihələrdə topladığı təcrübə ,Dünya Bankının “Monitorinq və Qiymətləndirmə - Alətlər, Metodlar və Yanaşmalar” üzrə təlimatına, milli və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Hazırkı sənəddə ARDNF hesabına maliyyələşən “Oğuz-Qəbələ-Bakı”su kəmərinin çəkilişi” üçün ayrılmış maliyyə vəsaitinin və ARDNŞ –nin sosial yönümlü xərclərinin nə dərəcədə şəffaf və səmərəli istifadə olunmasının aydınlaşdırılması məqsədilə monitorinq aparılması üçün metadologiya işlənib hazırlanmışdır. Bu metodologiya layihə üzrə aparılacaq monitorinqin yolları və üsullarını özündə əks etdirir.

 

Metodologiyada monitorinqin mərhələləri, göstəriciləri, istifadə olunan üsullar, məlumat və müşahidələrin qeydiyyat formaları əks olunub:

Bu metodologiya şəffaflıq və səmərəli idarəçiliyə dair beş istiqamətli strategiya prinsipləri üzərində qurulmuşdur,  

1. Qiymətləndirmə və Monitorinq: Neft gəlirlərinin xərclənməsində şəffaflığın dərəcəsini və növlərini anlamağa xidmət etməklə şəffaflığın inkişafının ölçülməsi üçün əsas yaradır. Bu strategiya həmçinin ictimai məlumatlılığın artırılması və ictimai təyziqin yaradılması üçün vətəndaşların səfərbər edilməsi üçün çox dəyərli vasitədir.

2. Məlumata çıxış: Maraqlı tərəflərin/vətəndaşların qərar-qəbuletmədə daha effektiv iştirakı üçün məlumata çıxışının yaxşılaşdırılması.

3. Etika və səmimiyyətlilik: Mütəxəssislərə dair gözləntilərin aydınlaşdırlması da daxil olmaqla onların öz vəzifələrinə sadiq qalmalarına və ictimai inamı itirdikdə tətbiq olunan sanksiyalara nəzarəti təmin edən monitorinq mexanizmlərinin müəyyən edilməsi alətləri.

4. İnstitusional islahatlar: İnzibati proseduraların və həmçinin də struktur yenilikləri daxil olmaqla iştirakçılıq və hesabatlılığın təkmilləşdirilməsinin sadələşdirilməsi və optimallaşdırılması.

 

  1. Spesifik məsələlərin hədəfə alınması: Şəffaflığın təkmilləşdirilməsi üçün səciyyəvi məsələlərdən giriş nöqtəsi kimi istifadə olunması. Bu məsələlər yerli inkişaf baxımından vacib olmalıdır və yerli idarəçilikdə müsbət dəyişikliklər üçün potensial təkanverici vasitə kimi çıxış edə bilər.

 

Metodlar və vasitələr

Təqdim edilmiş metodologiya neft gəlirləri hesabına maliyyələşən layihələrin  monitorinq və qiymətləndirməsini aparılmasına dair   alətləri özündə əks etdirir. Bu alətlərin əsas məqsədi  daha həssas məsələləri və sahələri müəyyən etmək, və yerli hökumət qurumlarında şəffaflığın artırılması üzrə məlumat və biliklərin təkmilləşdirilməsidir.

İctimai təşkilatların müşahidələrinə görə təzahürün ölçülməsi üçün vacib vəzifə hesabatlılığın təmin edilməsidir, ictimai və daxili hesabatlılığının hər ikisi də daxil olmaqla hesabatlılığın təmin edilməsi. Gözləntilər də məhz səmərəli monitorinq prosesinin arzuolunmaz fəaliyyətlərin qarşısını almasıdır, səmərəliliyin, cavabdehliliyin və faydalılığın artırılması vasitəsilə yerli hökumət qurumlarının təzahürünün təkmilləşdirilməsidir.

 

Monitorinqin predmeti

  1. Vətəndaşların hüquq və vəzifələri
  2. Fəaliyyətin Qanunvericilik əsasları
  3. İşçilərin hüquqları (əmək haqqı, sığorta və s.)
  4. İnsan hüquqları(Əmlak və mülkiyyətin  hüququ )ilə bağlı problemlər
  5. Ətraf sosial mühitə təsirlər ilə bağlı problemlər
  6.  İcma əlaqələrinin qurulması
  7. Vətəndaşların məlumatlara çıxışı
  8. Şikayət və təkliflərin idarə olunma mexanizmi
  9. Subyektlərin informasiya açıqlığının təmini   
  10. Qender problemləri

 

Monitorinqin metodologiyası

1. Sorğular, intervyu, ekspert rəyləri

2. Benefisiarlarla görüşlər

3. Sənədlərin öyrənilməsi və standartlar

4. Tədqiqat təhlilləri

5. KİV-nin təhlili

6. Əhalinin maarifləndirilməsi

7. Fokus qruplarının müəyyənləşdirilməsi və onlarla iş

8. Rəsmi məlumatların toplanması

9. Rəsmi məlumatla yoxlamalar

10. Fəaliyyətlərin şəffaflığı üzərində nəzarət

11. İctimai müzakirələr

12. Vizual (hesablama)

13. Regional təcrübə mübadiləsi

14. Monitorinq subyektlərinin internet-səhifəsinin  monitorinqi

15. Monitorinq qrupunun tapıntıları haqda hesabatların öyrənilməsi

16. Vizual materiallarının hazırlanması (Ölçmələr (xronometraj)foto materiallar)

17. Monitorinq subyektləri və monitorinq qrupları arasında mübadilə və dəqiqləşmələrin müntəzəm aparılması;

18. Yekun hesabatın hazırlanması və ictimai maraqların müdafiəsi (lobbiçilik)

18. Hesabatların yayılması

19. Vəkillik

 

Monitorinq subyektləri ilə əməkdaşlıq əməkdaşlıq perespektivləri

Monitorinq subyekti monitorinq üçün nəyi təmin etməlidir?

1. İnformasiya mübadiləsinə hazırlıq

2. Monitorinq sahəsinə giriş hüququ üçün monitorinq qrupunun qeydə alınması

3. Obyektlərə girişin təmin olunması

4. Foto və video çəkilişin aparılmasına icazə  

5. Çatışmamazlıqların aradan götürülməsi üzrə birgə fəaliyyətin təmin olunması

6. Birgə tədbirlərin keçirilməsi

 

YEKUN

Vətəndaş cəmiyyətinin monitorinqə cəlb olunmasının üstünlüyü ondadır ki, prosesə müstəqil və müəyyən biliyə malik kənar müşahidəçi cəlb olunur. Bu ictimaiyyətin daha obyektiv və qərəzsiz məlumat əldə etməsinə zəmanət verir. Yerli hökumət qurumlarının monitorinqi yerli hökumət qurumlarının fəaliyyətinin təkcə ictimailəşdirilməsi deyil və həmçinin mövcud məsələlərin nəticələrinə təsir etmək və şəffaflıq və cavabdehliyə dair daha geniş kampaniyalara dəstək verilməsi vasitəsi kimi də istifadə edilə bilər.

Metodologiya şəffaflığı ictimai iştirakçılıq və yerli hökumət qurumlarının təkmilləşdirilməsi üçün təkan verici strateji giriş nöqtəsi kimi təqdim edir. Bu vəsait, yerli hökumət qurumlarının səmərəli idarəçilik prinsiplərinə əsaslanan yanaşması yerli səviyyədə neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması və hesabatlılığın artırılması üçün ən səmərəli strategiyadır.   

 

Əlavə 1

Neft gəlirləri hesabına həyata keçirilən layihələr üzrə müşahidələrin
Qeydiyyat Forması

 

Layihənin adı ___________________________________________________________________

 

Müşahidənin aparıldığı yer ________________________________________________________

 

Tarix __________________ MQ üzvünün adı və soyadı _________________________________

 

Sıra

№-si

Ərazi

Müşahidələr

Əlavə qeyd