NHMT - Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana verilən aylıq sığorta ödənişlərinin verilməsi dayandırıla və ya bərpa oluna bilərmi. NHMT -

SUAL 17

Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana verilən aylıq sığorta ödənişlərinin verilməsi dayandırıla və ya bərpa oluna bilərmi.

Cavab: Qanunvericiliklə, aylıq sığorta ödənişlərinin verilməsi aşağıdakı hallarda dayandırılır:

  • sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan öldükdə;
  • sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunanın peşə əmək qabiliyyətinin bərpa edilməsi TSEK tərəfindən müəyyən edildikdə;
  • sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə təkrar müayinə olunmaqdan imtina etdikdə.

Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin səbəb olduğu haldan öldükdə, aşağıdakı əsaslardan ən azı birinin mövcud olması şərtilə, həmin əsaslarda nəzərdə tutulmuş faydalanan şəxslərə qanunvericiliyə uyğun qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilir:

  • sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər müəyyən edildikdə;
  • sığorta olunanın ölümündən sonra uşağı doğulduqda;
  • sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə;
  • sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər müəyyən edildikdə.

Qeyd olunana əsaslar olduqda, həmin  tarixdən aylıq sığorta ödənişinin verilməsi bərpa edilir.