NHMT-SOCAR işçi qarşısında olan öhdəliyini yerinə yetirmir! NHMT - Video NHMT -

SOCAR işçi qarşısında olan öhdəliyini yerinə yetirmir!

30 Avqust 2017

SOCAR strukturuna daxil olan Neft Daşları Neft Qaz Çıxarma İdarəsinə (NQÇİ) işçilər gəmi ilə yola salınır. Neft Daşları Bakının 110 km-də yerləşir və quru ilə heç bir əlaqəsi yoxdur. İşçiləri işə aparıb gətirən Sabit Orucov gəmisi 1983-cü ildə Finlandiyada inşa olunub və çay nəqliyatı üçün nəzərdə tutulub. Dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, bu səbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Daşınma qabiliyyəti 580 nəfərdir. Ancaq çox köhnə olduğu üçün gəmiyə 450 nəfər buraxılır. Hər dəfə növbə dəyişiləndə isə 850-1000 işçi qeydiyyatdan keçir. Ancaq 450 nəfər də bu gəmi üçün çox böyük yükdür. Bu qədər insanı belə bir gəmiyə doldurub aparmaq təhlükəlidir. İşçilər gəmiyə minmək üçün basa bas salır. Gəmiyə minməyə yer olmayanda və işə çatmayanda, işçi günahkar sayılır və cəzalandırılır. Bəzən ayaq altında qalıb əzilən də olur. Qeyd: rəhbər işçilər və “xüsusi” səlahiyyət sahibləri Neft Daşlarına vertalyotla yola salınır.

123