NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2021-ci il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2021-ci il üzrə İllik Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2021-ci il üzrə İllik Hesabat

 

Mündəricat

 

1. Giriş

2. Monitorinq

2.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

2.2. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

3. Qiymətləndirmə

3.1 Azərbaycanda xarici sərmayə hesabına alternativ enerji stansiyalarının qurulması: hüquqi və iqtisadi mexanizmlərin analizi.

3.2. Dövlət Neft Fondunun investisiya fəaliyyəti üzrə hesabatlılıq: İnformasiyaların əhatəliliyi baxımından qiymətləndirmə

3.3. SOCAR-da idarəetmə islahatları: Müşahidə Şurası şirkətdə nəyi dəyişəcək?

4. Hüquqi yardım

4.1. Marifləndirmə məlumatlandırma

4.2. Məhkəmə vasitəsilə hüquqi yardım

 

yanvar 2022 – ci il

 

1. Giriş

 

Hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) ekspertləri tərəfindən aparılan monitorinq, qiymətləndirmələr, ölkənin neft sektorunda çalışan işçilərin müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat tərəfindən aparılan məhkəmə çəkişmələri və s. əsasında hazırlamışdır. Hesabat 2021-ci ili əhatə edir.

 

2. Monitorinq

2.1. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti    

Azərbaycan Respublikası Əmək Məcəlləsi (ARƏM). Monitorinqlər mütamadi xarakter daşıyıb.

Maddə 5.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.                          

“Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti cənab Con Harkins[1] tərəfindən mütamadi olaraq ölkə qanunvericiliyi pozulub.

  

 Maddə 70 e  (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər) tələblərinin pozulması.

 

SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində, işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.

 

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

Hasilat sənayesində diskriminasiyanın əsas səbəblərində biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. Bəzən işçilərin siyasi baxışlarına görə də təqib olunması müşahidə olunur. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var. Diskrinimasiya halları SOCAR idarə və müəssisələrində gedən ixtisarlar zamanı özünü daha çox biruzə verdi.

 

Aylıq əlavə ödənişlər SOCAR standartlarına uyğun aparılmayıb.

 

Respublikamızda pandemiyaya qarşı mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərdiyindən, SOCAR xərclərin, o cümlədən əmək haqqı xərclərinin azaldılması məqsədi ilə 29 iyun 2020-ci il tarixli SOCAR201000030300040020A00109 nömrəli əmri ilə peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğləri 01 iyul 2020-ci il tarixdən 50% azaltmışdı.

SOCAR-da tətbiq edilən tarif (vəzifə) maaşlarının Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli sərəncamının tələblərinə uyğunlaşdırılması ilə əlaqədar olaraq SOCAR-ın 30 dekabr 2021-ci il tarixli SOCAR211000030300030020A00015 saylı əmr-qərara əsasən 01 yanvar 2022-ci il tarixdən işçilərin tarif (vəzifə) maaşları 20% artırılmaqla yanaşı, eyni zamanda SOCARSS-010.2015 Standartına əsasən peşəkarlığa görə işçilərə təyin edilmiş əlavə ödənişlərin məbləğləri yenidən bərpa olunaraq 50% artırılmışdır.

Daxil olan məlumatlarda qeyd olunur ki,   peşəkarlığa görə işçilərə təyin edilmiş əlavə ödənişlər SOCARSS-010.2015 Standartına uyğun təyin edilməli olduğu halda, bəzən bu standartlar şəxsi münasibətlər, tanışlıq, qohumluq nəzərə alınaraq düzgün tətbiq olunmur. Kvalifikasiya tələblərinə, əlavə ödəniş meyarlarına (təhsil pilləsi, ixtisas istiqaməti, iş təcrübəsi, stajı, peşəkarlığı, sertifikasiyası, xüsusi xidməti üstünlükləri) uyğun gəlməyən əməkdaşlara da bu ödəniş təyin olunur. Məsələn, eyni rəhbər vəzifədə(strateji, yaxud taktiki rəhbər) çalışan, eyni funksiyanı icra edən, peşəkarlıq səviyyəsi eyni olan işçidən birinə 1500-2000 manat, digər rəhbər işçiyə isə 200-300 manat arası məbləğində əlavə ödəniş təyin olunur və yaxud şəxsi münasibətlərə görə digərinə ümumiyyətlə, peşəkarlıq təyin olunmur. Və yaxud orta təhsili belə olmayan və standartlara uyğun gəlməyən, heç bir xüsusi üstünlüyü olmayan texniki işçiyə, yeni işə qəbul olunan katibəyə və s. yüksək məbləğdə əlavə ödəniş təyin olunur, lakin bütün meyarlara uyğun olan, iş yükü daha ağır olan, ali təhsilli, magistr diplomlu, elmi dərəcəli mütəxəssisə isə təyin olunmur. Bəzi idarələrdə mütəxəssislərə əlavə ödəniş təyin olunmasına idarə rəhbəri icazə verməyib, yalnız rəhbərlərə yenə də müqayisə olunacaq, sual doğuracaq dərəcədə fərqli məbləğlərdə təyin olunub. Bəzi şöbələrdə əksinə, adi işçilərə, mütəxəssislərə təyin olunub, şöbə rəisinə isə təyin olunmayıb. Buradan sual doğur ki, əgər şöbə rəisi peşəkar deyilsə niyə rəhbər seçilib və rəis təyin olunubsa niyə peşəkarlıq ala bilməz, onun tabeçiliyində olan işçi hansı peşəkarlığı ilə seçilir ki, ona təyin olunur? Və işçi rəhbərindən peşəkardısa, daha xidməti üstünlükləri varsa, niyə o rəhbər deyil? Son 6 il ərzində SOCAR-da çalışan və indiyəcən əlavə ödəniş almayan digər əməkdaşların peşəkarlıq səviyyəsinin, iş təcrübəsinin, stajının bu günədək artmaması mümkün deyil.

 

Rəy; Standartlar tələblərə görə düzgün tətbiq olunmur. Peşəkarlıq təyin olunandan bu günədək attestasiyadan keçmiş, yüksək nəticə göstərmiş, təhsil səviyyəsini artırmış, dərəcəsi artmış və s. səbəblərdən peşəkarlığa layiq olan digər işçilərə əlavə aylıq ödənişin verilməsi məsələsinə yenidən baxılması daha məqsədəuyğundur. Standartda sadalanan meyarlara əsasən işçilər seçilsə, heç bir qohumluq, tanışlıq əlaqələri nəzərə alınmasa, peşəkarlığa görə əlavə ödəniş alan əməkdaşların ən azı 50%-nin bu meyarlara qətiyyən uyğun gəlmədiyi, əlavə ödəniş almağa layiq işçilərin isə bu ödənişi haqsız olaraq almaması məlum olar.

 

Gender bərabərliyi:

 

Dəyər zənciri boyu gender bərabərliyinin təmin edilməsi, bərabər və ədalətli imkanların yaradılması

Mövcud vəziyyət: SOCAR üzrə Azərbaycan üzrə müəssisə və təşkilatlar daxil olmaqla, 01 yanvar 2021-ci il tarixinə işçilərin faktiki sayı 50 861 nəfər təşkil edir. Ümumi olaraq SOCAR-da çalışan işçilərin 16% qadındır.

 

 

Rəhbər işçilər

Mütəxəsisilər

Texniki icraçılar

Fəhlələr

Cəmi

Kişi

5 690

5 930

204

30 785

42609

Qadın

519

2 898

604

4 231

8252

 

 

Maddə 21.3. (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir

SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və əməliyyat şirkətlərinin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” partiyasının özəyi var. İşçilər məcburi surətdə bu partiyaya üzv olunur.

Maddə 43.3.4. (3Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.)

Bahar Ə.Ş. ( təsisçisi Greenfields Petroleum Corporation ) şirkət prezidenti cənab Harkins, İşçilərin Əmək Müqaviləsində dəyişiklik etdi.Belə ki,işçilərə məcburi ərizə yazdırıb əmək haqlarını 20% azaltdı. Azaldılmış əmək haqqı ilə yeni bir müqavilə imzalamayan işçiləri cəzalandıraraq, daha az maaşlı işlərə təyin etdilər.

Maddə 45.4[2] (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).  

SOCAR və onun tərəfdaş olduğu Əməliyyat şirkətlərində işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər yüzlərlə insan öz iş yerini itirir.

Maddə 45.5. (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. )

Bahar Enerji ƏŞ -nin prezident çənab Con Harkins işçiləri rahatlıqla işdən azad etməsi üçün(müqavilə vaxtının bitməsi ilə əlaqədar) 5 il müvəqqəti müqavilə bağladığı işçilərə yenidən işdən azadolunma və qəbul ərizəsi yazdırır.

Maddə 65 (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri), 66 (Attestasiya olunmayan işçilər)

Nazirlər Kabinetinin 23.05.2001-ci il tarixli, 97 saylı qərarının Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının 2.4. bəndi (Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə  yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi  ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.)

 

SOCAR Azneft İB idarəetmə aparatında və Birliyin strukturuna daxil olan idarə və müəssisələrdə  işçilərin attestasiyasının keçirilməsi ilə əlaqadar verilmiş 06.12.21 il tarixli SOCAR 211100030300040020A00515 saylı əmri Əmək Məcəlləsinin 65 ,66-cı maddələrinə və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarına ziddir! Əmrə əsasən fevral-mart aylarında attestasiya olunacaq işçinin bilik və bacarığı əvvəl test imtahanı ilə qiymətləndiriləcək, aprel ayından isə attestasiya olunacaqlar. İmtahan suallarının əksəriyyət isə işçinin tutduğu peşə və vəzifəyə aid deyil. Attestasiya olunacaq işçinin, attestasiyadan qabaq imtahan olunmasi absurd və ölkə qanunvericiliyinə ziddir. Bu işçini ixtisar etmək üçün işəgötürən tərəfindən aparılan qeyri qanuni bir siyasətdir.

 

SOCAR ixtisarları qanunvericiliyə zidd aparılıb

 

(OPEC[3]) + ölkələrin əldə edilən razılığa görə, Azərbaycan 2020-ci il mayın 1-dən gündəlik 718 min barel yox, 554 min barel neft istehsal edəcək. Proses 2022-ci ilin aprelinə qədər davam etməlidir. Hasilatın aşağı salınması ilə əlaqədar 2021-ci ilin yanvar ayından SOCAR-da kütləvi ixtisarlar başlanıb. Çoxlu sayda işçiyə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqadar Bildiriş verilib. Bildirişə Həmkarlar Təşkilatı da qol çəkib. Bununla əlaqədar işçilər etiraz aksiyası keçiriblər. Şirkətdə ixtisara düşən işçilərin sayının azaldılması üçün onlara məcburi işdənçıxma ərizəsi yazdırıb Proqrama[4] qoşublar. Bu Proqram SOCAR-ın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş Proqramın ardı hesab edilərək, 2022-ci ilin aprel ayınadək uzadılmışdır. Proqram Neftçilər Klubu adlanan İctimai Birlik tərəfindən icra olunur(???) Proqrama qoşulan əksər işçilərə yaşadığı yerdən(ərazidən ) uzaq,başqa şəhərdə peşələrinə uyğun olmayan iş təklif ediblər.İşçi məcbur olub işdən imtina edib.Həmin işçilərin Proqramdan çıxarılma və işsiz qalma ehtimalı var. Məs.Ə.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsindən ixtisara düşmüş işçiyə Bakıda yerləşən, Siyəzən rayonunda yaşayan Əhmədov Valeh və Əhmədova Mehribana Sumqayıt şəhərində, Azəriqazda iş təklif olunub. Hər gün 8 saat Sumqayıtda işləyib, axşam Siyəzənə qayıtmaqla! Sumqayıtla Siyəzən arasındakı məsafə 80 km. Mehriban Əhmədovaya 2-ci dəfə iş yeri təklif ediblər. Bu dəfə Xızı rayonunda. Xızı rayonuna Siyəzəndən avtobus işləmir. Gündəlik taksi ilə getməyə isə onun imkanı yoxdur. Xanım Xızı rayonuna getmək üçün Bakıya gəlməli, Bakıdan Xızıya avtobusla getməlidir.

Xanımı xəbərdar ediblər ki, 3 dəfə iş təklifindən imtina etsə Proqramdan çıxaracaqlar. Xanım Mehriban Əhmədova 1983-cü ildən Siyəzən 3 saylı Texnoloji Nəqliyyat idarəsində. 2021-ci ilin iyulundan ixtisara salındığı barədə Bildiriş verildi və onu Proqrama qoşdular. 

- Xanım Bahar Muradova Şabran rayonunda yaşayır. O 24 il Siyəzən rayonunda SOCAR Tamponaj idarəsinin LNVA sexində anbardar idarəsində vəzifəsində, 7 il nəqliyyat idarəsində yaşıllaşdırma üzrə fəhlə işləyib. 28.07.21-ci ildə onun tutduğu vəzifəni ixtisar edib Proqrama qoşdular. Həyat yoldaşı Məmmədov Altay Məmmədov 16 il Azneft, 5 saylı nəqliyyat departamentində çalışıb. O da ixtisar olunub,Avqust ayında ürək çatışmamazlığından dünyasını dəyişib.Proqrama qoşulan, Şabranda yaşayan Bahar xanıma Neftçilər Klubundan Qobustanda, Neft Daşlarında, Xaçmaz rayonunda iş təklif olunub. Xanımın təqaüd yaşına çatmasına da çox var.   

    

Maddə  70 b  (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları və “İşçilərin sayının azaldılması və ştatlrın ixtisarı” əsası ilə işdən azad edilməsi.)

SOCAR-da ixtisarlar qanunvericilikdə nəzərdə tutulduğu kimi deyil, xüsusi imtahanlar vasitəsilə aparılmışdır. SOCAR tərəfindən və ölkənin Əmək qanunvericiliyi ilə tənzimlənməyən keçirilən imtahan suallarının 80%-i isə işçinin ixtisasına və təhsilinə uyğun olmayıb .İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə tutduğu vəzifəyə (peşəyə) uyğun olması yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar illik qiymətləndirmə əsasında müəyyən edilə bilər. Peşəkarlıq səviyyəsi eyni olduqda isə bu zaman Əmək Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olan şəxslərin işdə saxlanmasına üstünlük verilir.

SOCAR Siyəzənneft NQÇİ-nin işçisi Abdullazadə Günay qeyri qanuni ixtisar olunması nəticəsində, öz iş yerini itirməyi ilə əlaqadar intihara cəhd edib. Sosial şəbəkələrdə yaydığımız təcili çağırışla əlaqədar xanımın həyatı xilas olunub. Problem araşdırılıb, xanım işinə bərpa olunub.

Ümumilikdə Siyəzənneftdən 30-dək qadın ixtisar olunub.

 

Qeyd: İxtisarların aparılması üçün müvafiq əsaslandırılmaların aparılmamış və işçilərə digər iş yerləri təklif edilməmişdir.

SOCAR-da ixtisarlar aparılan ərəfədə  yeni MMC yaradılıb

OPEC + ölkələrin əldə edilən razılığa görə, SOCAR-da müəyyən struktur islahatları (özlərinin qeyd etdiyi kimi, optimallaşdırılma) və çoxlu sayda ixtisarlar aparıldı. O cümlədən qazma ilə məşğul olan SOCAR AQŞ-də, Kompleks Qazma İşləri Trestində (KQİT) 200-dən yuxarı işçi ixtisar olundu. Və bu ərəfədə(18 noyabr 2020) qazma üzrə yeni  “Oil Rocks Drilling Company” MMC- yaradıldı. Bu Kommersiya qurumu 27 oktyabr 2020-ci il tarixində SOCAR , "Azneft" İB ilə bir hüquqi ünvanda (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73) dövlət qeydiyyatına alınıb. Yeni yaradılmış Şirkətin Müşahidə Şurasına SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərov, onun müavini Nüsrət Əliyev, müşaviri Orxan Səlimov, SOCAR-ın vergilər şöbəsinin rəisi İlqar Əzizov və şirkətin hüquq idarəsinin rəis müavini Tərlan Tahirov daxildir. Yəni bu MMC məhz SOCAR vitse prezidenti üçün yaradıldı(?)

 

Maddə 72 b (alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması);

- İyul ayında Salyan rayonunun Kərimbəyli kəndində yerləşən “Salyan OİL LTD” şirkətində 36 nəfər şəxs işdən uzaqlaşdırılmışdı. Belə ki,işəgötürənin təşəbbüsü ilə işçilər narkotik maddə ilə əlaqədar Səhhət” klinikasında müayinədən keçirildikdən sonra yoxlanılan 36 nəfərdən 12-nin analizi pozitiv çıxdığı üçün onlarla bağlanmış müqavilə ləğv olunurdu. Narkoloji mərkəzdə yenidən öz təşəbbüsü ilə analiz verən bir neçə işçinin analizi mənfi çıxdığı üçün özəl klinikanın verdiyi nəticələr şübhə altına alındı Zərərcəkmişlər iddia edir ki, rəhbərlik onları çağıraraq könüllü işdən çıxmalarını, əks təqdirdə onları narkotik istifadəçiləri kimi qovacaqlarını deyib.

İşçilər bu şərtlə razılaşmadıqda rəhbərlik “Səhhət” klinikasından nümayəndə gətirərək narkoloji test təşkil edib. “Səhhət” klinikası işçilər haqqında poziyltiv rəy verib. Bir həftə sonra zərərçəkmişlər klinikaya gedərək yenidən analiz verdikdə neqativ cavab çıxıb. Daha sonra narkalojı dispenser də vətəndaşların qanının təmiz olması haqda rəy verib. NHMT-nin İdarə rəhbərliyi ilə olan görüşündən,müzakirələrdən sonra işçilər iş yerinə qaytarıldı. Problemlə əlaqədar işdən azad olunmuş işçilər 5 avqustda Salyanoil ƏŞ qarşısında etiraz aksiyası keçiriblər:

https://www.youtube.com/watch?v=2ANGxoBulXk&fbclid=IwAR2zsikVuA4c9N_vMBBK1kr3qKmFTFsDmIw0U-jLiibUxDUWzHoVQrbLWEM

 

Maddə 128,129, 130 (Ödənişsiz məzuniyyətdən istifadə hüququ, Ödənişsiz məzuniyyətlərin növləri, İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri)

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 5-ci hissəsinə rəayət olunmayıb: (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır).

Koronovirusla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır, uyğun deyilsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri üstün tutulur. Belə bir pozulma faktı SOCAR tərəfindən idarə və müəssisələrə göndərilmiş Telefonoqrammada müşahidə olunub. Belə ki, SOCAR-ın “Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədən irəli gələn məsələlər haqqında” 20.09.2021-ci il tarixli SOCAR211000031630490075X00654 nömrəli telefonoqrammasıının 3-cü bəndi: (“Əks göstəriş” sertifikatı təqdim etməyən və ya peyvənd olunmaqdan imtina edən şəxslər 20.09.2021-ci il tarixindən qrup halında ödənişsiz məzuniyyətə göndərilsin) ARƏM 128,129 və 130-cu maddələrinə ziddir

Qanunvericiliyə əsasən isə ödənişsiz məzuniyyət-işçinin və ya işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında verilən məzuniyyətdir, Bu işəgötürənin birtərəfli qaydada verdiyi məzuniyyət deyil. Telefonoqramma SOCAR vitse prezidenti Xalik Məmmədov qol çəkib.[5] Telefonoqramma əsasında SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələr müvafiq əmr hazırlayıb.

 

Rəy; işçinin işə buraxılmaması, işdən kənarlaşdırılması,işə qəbul və işdən azad olunması, intizam məsuliyyətinə cəlb olunması, əməkhaqqı, əmək məzuniyyəti, əmək haqqından tutulmalar və sair əmək münasibətləru Əmək Məcəlləsi ilə tənzimlənir və Məcəllədə nəzərdə tutulmayan hüquq normalarının işçiyə qarşı tədbiq olunması bu Məcəllənin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinə əsasən isə: istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar 

 

Maddə 164.1 (iş günü hesab edilməyən günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir!)

Türkiyənin "Üstay” şirkəti  iş günü hesab edilməyən günlərdə  işçiləri işə cəlb edib. Ödəniş isə qanuna uyğun olmayıb. Şirkət "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun modernizasiya layihəsində çalışır və SOCAR-ın podratçı şirkətdir.

 

Maddə 169 (Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir).

 

Pandemiya ilə əlaqadar SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrdə işçilər evdən işləməyə göndərilərkən, bu maddə tədbiq edilmiş, əmək haqqları isə tam deyil, tarif (vəzifə) maaşının üçdə iki hissəsi qədər əmək haqqı ödənilmişdir.

Rəy: Pandemiya dövründə ARƏM 169-cu maddəsindən istifadə oluna bilməzdi.

Maddə 175. 1 (Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər)

2021-ci ildə  ARDNŞ və Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsinin birgə əmr qərarına əsasən SOCAR strukturuna daxili olan bütün idarə və müəssisələrdə Əmək Məcəlləsinin müvafiq maddəsi pozaraq, işçilərin əmək haqqından onların yazılı razılıq ərizəsi olmadan müxtəlif fondlara və Həmkarlar Təşkilatları üzvülüyünə (koronovirusla mübarizə, orduya yardım, Yaşat fonduna, və s.) vəsait tutulub. Əmr-qərar ilk təşkilatlarda müzakirə olunmayıb, Həmkarlar Təşkilatları Komitəsi bu əmrə-qərara, işçilərin razılığı olmadan, onlarla məsləhətləşmədən qol çəkib.

Rəy: Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi tərəfindən Həmkarlar Təşkilatları haqqında qanunu pozulub.

Maddə 211.  (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)

Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur.

Maddə 207, 209, 215, 222 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təinn edilməsi)

Qanunvericiliyin pozulması nəticəsində 2021-ci il ərzində  25 işçi xəsarət almışdır. Onlardan 15 nəfər SOCAR, 4 nəfər Turan Drilling and Enginering Company MMC, 2 nəfər Neftçala ƏŞ, 1 nəfər Binəqədi ƏŞ, 1 nəfər Balaxanı ƏŞ, 1 nəfər Şirvan ƏŞ, 1 nəfər Baker Hughes Servicesin işçisi olub.

02.12.2021-ci il tarixində SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayani meydançanın qazma üzrə elektriki ,1972-ci il tvəllüdlü, Namazov Mürsəl iş yerindən yoxa çıxıb, Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 07-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kasqanı aşkar ediblər. Suyun altında axtarış işləri bir nəticə verməyib.

Rəy; Əvvəlki illərdən fərqli olaraq 2021-ci ildə təşkilatımız və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerində ölüm hadisəsi qeydə alınmayıb[6].

Qeyd; Hesabatda qeyd olunan məlumatlar, faktiki olaraq istehsalatda baş verən bədbəxt hadisələrdən azdır, belə ki, bir çox hallarda işəgötürənlər və ya işçilər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar və ya gizlədirlər.

Güclü külək olacağı bilindiyi halda işçilər köhnə,təhlükəli dəniz özüllərindən evakuasiya  olunmayıb

 

22.09. 2021 -ci il tarixində hava şəraitinin dəyişəcəyi, küləyin surətinin artacağı ilə əlaqadar Azneftdən Telefonoqramma daxil olub. Bununla belə, Neft Daşları 3,1 və 5 saylı mədənin özüllərindən, Nərimanov adına NQÇİ-dən  təhlükəli, köhnə dəniz özüllərindən işçilər evakuasiya olunmayıb. Həmin gün açıq dənizdə küləyin sürətib 25-30 m/s, dalğanın hündürlüyü 4-5 metr olub.

 

İşçilər quru ərzqla təmin olunmurlar

 

Qəbul olunmuş qərara görə qasırğalı hava şəraitində,sahilə çıxarılmayan neftçilər üçün (işçi sayı nəzərə alınmaqla) quru ərzaq payına qarabaşaq yarması, makaron, müxtəlif konsevləşdirilmiş ərzaq, düyü, mərci, duru yağ, suxarı və s. daxildir. Quru ərzaq payı qasırğalı havada gəmi yaxınlaşa bilməyən, dəniz obyektlərində çalışan və mövcud hava şəraiti ilə əlaqədar sahilə çıxarıla bilməyən işçilər üçün nəzərdə tutulur. Lakin həmin quru ərzaq payının işçilərə paylanması vaxtaşırı (sayı, siyahi üzrə ayrılacaq ərzaqlar, istifadə olunma vaxtı və s.) yoxlanmır. Bu isə ağır dəniz şəraitində çalışan işçilərin sağlamlığı üçün vacib olan amıllərdən biridir!

 

 

İş yerləri qəzalı vəziyyətdədir.

 

Şəkildəki Neft Daşları NQÇİ-nin 2 saylı neftqazçıxarma sahəsinin 1923 saylı meydançasıdır. 2017-2019-cu illərdə Neftqaztikinti tresti tərəfindən təmir olunaraq təhvil verilib. Hal hazırda meydançanın bir tərəfi çöküb, metal konstuksiyalar korroziyaya uğrayıb yarasız vəziyyətə düşüb. Meydançanın çökmə səbəbi təmir zamanı üstü təmizlənib rənglənmiş köhnə metal konstuksiyalardan istifadə olunmasıdır. Sənədləşmədə bu metalkonstruksiyalar təzə material kimi qeyd olunub. Bir meydançanın təmirinə təxminən 20 milyon manat vəsait ayrılır.

 

İş yerləri və sahələr əməyin təhlükəsizliyi  tələblərinə uyğun deyil.

 

Şəkillər Azneft İB strukturuna daxil olan Nərimanov adına NQÇİ, Qaz anbarları idarəsi və Bibiheybətneftə aiddir.

- Sahələrdəki tibb qutularında saxlanılan dərman vasitələrinin istifadəsinin qeydiyyatı aparılmır, bəzi tibb qutularında istifadə müddəti bitmiş dərman və ilk tibbi yardım vasitələri saxlanılır. Tibb qutularında dərman preparatları çatışmır.

- Bir sıra xidmət sahələrində istirahət otaqlarının tavanı və divarları yanar materialdandır, mədəni budkalar sanitar normaların tələblərinə uyğun deyil bəzən soyunub-geyinmə otaqlarından qida qəbulu üçün də istifadə olunur.

 

Sosial problemlər

Nəqliyyatla təminat

İşəgötürən dərin dəniz platformalarına, dəniz özüllərinə və s. gedən işçiləri pulsuz nəqliyyatla təmin etməlidir. Bu onun öhdəliyidir. Neft Daşları da dəniz obyektidir və burda yerləşən idarələrdə (hasilat,qazma,tikinti, xidmət və s.) vaxt metodu ilə təxminən 6000-ə yaxın işçi çalışır. İşçilərin müəyyən hissəsi(vəzifə sahibləri) işə helikopterlə, əsas hissəsi isə General Əsədov gəmisi ilə yola salınır.

 

Dəniz nəqliyyatı

General Əsədov (çay gəmisidir) 1983-cü ildə, 38 il əvvəl inşa olunub. Gəmi istismara verilən dövrdə 25 m/san küləkdə, dalğanın hündürlüyü 3 m. olduqda açıq dənizdə hərəkətə icazə verilirdi. 350 nəfər sərnişin götürə bilərdi və 1000 km məsafəni birbaşa və geri qayıda bilərdi

Gəminin indiki vəziyyəti haqqında ekspert rəyi:

- Küləyin gücü 17 m/san, maksimum 20m/san, dalğanın hündürlüyü 1,5 -2m olduqda gəminin açıq dənizə çıxması qadağandır

- Gəminin Nargin adasından uzağa getməyi qəti qadağandır.

- Küləkli havalarda açıq dənizə çıxmış gəminin mühərrikində nazaslıq yaranması ucbatından dəfələrlə geri qayıtma halları müşahidə olunmuşdur

- Gəminin dəmir örtüyü yorulub, mühərrik standartlara cavab vermir.

- 150-200 km məsafədən sonra gəminin təmirə ehtiyacı olur.220 kim. (Bakı dəniz limanı- Neft Daşları-Dəniz limanı) məsafədə gəminin növbə dəyişməsi 12-14 saata başa gəlir.

- Bu səbəblərdən gəminin boşdayanma halları baş verir. Şirkət bunun üçün vəsait ödəyir.

 

Qeyd: Aldığımız məlumata görə bu gəminin açıq dənizə çıxması 2015-ci ildən qadağan olunub. Və gəmi Gəmiçilik Akademiyasında təcrübə keçmək üçün istifadə olunurdu.

 

08.11.2021-ci il tarixində işçilər Neft Daşlarına işə getmək üçün ,səhər saat 07: 00 da General Əsədov gəmisinə buraxılıblar..

Lakin gəmi bir müddət (iki saat) limanda dayandıqdan sonra , saat 09:00- da elan etdilər ki , gəmiyə əyləşmiş 4 nəfərin testində karona aşkar edildiyi üçün hamı əşyalarını götürüb gəmini tərk etsin

 450 nəfər gəmidən çıxarılıb.   Üstündən iki saat keçdikdən sonra ( saat 11-də) işçilər yenidən   test vermək üçün dəniz vağzalına çağrılıb. Neftçilər dəniz vağzalına yığışdıqdan təxminən bir saat sonra elan etdilər ki yox gedin Zığ sahəsində yerləşən Xəzər dəniz donanmasının həyətinə. Neftçilər yenidən digər istiqamətə yönəldilib.Yenidən işçilərdən test götürüb nəticəsi məlum olmadan , elan ediblər ki axşam saat 23:00 - da Zığ sahəsində yerləşən Xəzər dəniz gəmiçiliyinin ərazisindən gəmi Neft Daşlarına yola düşəcək.İşə gedəcək insanların da yarısı rayonlarda yaşayır. Evlərinə qayitdiqlari zaman yolun ortasında zəng ediblər ki geri qayıdın  

  

 Helikopter

MI8 markalı helikopter SWHS HELICOPTER SERVICES şirkətinə məxsusdur. SOCAR dəniz obyektlərində(platforma,özüllər və s) çalışan 20-21 nəfər neftçi işə bu helikopterlərlə aparılıb gətirilir. İşçilər son zamanlar havada uçuş zamanı helikopter mühərrikində nasazlıq yaranması halını müşühidə ediblər. İşçilərin dediyinə görə helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Problem əsasən AZE 69 və 71 və 73 nömrəli helikopterlərdə müşahidə olunub. Son 3 ay ərzində uçuş bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Pilotlar işçilərə məcburi enişin,helikopterin resurslarının tükəndiyi ilə əlaqələndiriblər.

 

Xəzəriaşə MMC  

İşçilərə katerinq xidmət göstərən Xəzəriaşə MMC-n Azneft İB strukturuna daxil olan dərin dəniz özüllərinə, platformalara ərzağın PSK və Orion tipli gəmilrdə daşınması müşahidə olunub.

Qaydalara əsasən, bu məhsullar çeşidlənməli, ət, süd, ərzaq və s. xüsusi konteynerlərdə (hər ərzağın xüsusi saxlanma temperaturuna uyğun), qeyri ərzaqlar isə sadə konteynerlərdə qablaşdırılmalı, bu konteynerlər üçün nəzərdə tutulmuş xüsusi yerlərdə yerləşdirilməlidir. Neft Daşlarına gətirilən ərzaq və qeyri ərzaq məhsulları PSK ve Orion tipli gəmilərdə, açıq havada, anti-sanitariya şəraitində daşınır. Sahillə Neft Daşları arasındakı məsafə 4-5 saat civarındadır.

Qeyd: SOCAR ölkədə çoxlu sayda Catering (iaşə xidməti) şirkətlərin olmasına rəğmən, heç bir tender elan etmədən işçilərinə iaşə xidməti göstərilməsi üçün sovetdən qalma, adı dəyişdirilib Xəzəriaşə olmuş ORS(Fəhlə təchizatı idarəsi) seçib (təyin edib).

  

 

Maddə 310[7]., Vətəndaşların  müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu[8], Azərbaycan Respublikasının Konstitutsiyası[9]

SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisələrdə mövcud problemlər şirkətin sahə üzrə məsulları tərəfindən həllini tapmadıği halda ölkə başçısına, yaxud başqa yuxarı instansiyalara kollektiv yaxud fərdi qaydada ərizə ilə müraciətlər edən yaxud həmin problemi sosial şəbəkələrdə qaldıran şəxslərin fikirlərinə münasibət bildirən işçilər çalışdıqları idarənin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. İşçinin yazdığı şikayət ərizəsi, qanunvericiliyə zidd olaraq, şikayət etdiyi orqana göndərildiyi üçün işçi ciddi təqiblərə məruz qalır. Bəzən həmin işçilər müqavilə vaxtının bitməsi bəhanəsi ilə işdən azad olunur.

 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu

 

Maddə 7. 1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

  

Qeyd. SOCAR strukturlarında idarəetmədə əksər işçilər yüksək vəzifə tutan  şəxslərin qohumlarıdır

 

İxtisarlar zamanı işçilər SOCAR qarşısında etiraz aksiyaları keçiriblər:

 

23 mart Ə.Əmirov adına neftqazçıxarma idarəsinin ixtisar olunmuş işçiləri SOCAR qarşısında aksiya keçirir.

İnternet TV Kanal13 https://www.youtube.com/watch?v=z3NNPXqCxoM- 

 

- Kompleks Qazma İşləri Trestinin işçilərinin trestdə aparılan ixtisarlara qarşı etiraz aksiyaları:

28 iyul -  https://www.youtube.com/watch?v=7fKhBgqYKuQ&t=217s

15 iyun - https://www.youtube.com/watch?v=UEb0FC_SNl0

29 iyul - https://www.youtube.com/watch?v=QBXA-Vez3sY

SOCAR-da kütləvi ixtisarlar - https://reyting.az/slayd/60377-socar-da-kutlvi-ixtisar-10-min-yaxn-xs-isiz-    qalacaq.html?fbclid=IwAR1_jsZOTnUM9m-yAM0PBR8O9ZZ6B5MCrLdFCT-KBG1RHaKFbCJRiYGTz74

 

17 May, Meydan TV-Siyəzənneft”dən 30-a yaxın qadın ixtisar olunub”

https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/siyezenneftden-30-a-yaxin-qadin-ixtisar-olunub/?ref=list-

 

11 və 14 aprel, Bahar ƏŞ işçilərinin şirkətdə aparılan ixtisarlara qarşı etiraz aksiyaları

 

https://www.youtube.com/watch?v=677UbOgso7I   

  

https://www.youtube.com/watch?v=9itgZoSeTVo 

 

Nəticə

Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti üzrə aparılan Monitorinq nəticələri göstərir ki,

- Ölkədə biznes və siyasi maraqlar insan hüquqlarını üstələyib.

- Azərbaycanda ən çox pozulan məhz əmək hüquqlardır və buna görə də bu vaxtadək bir nəfər də olsun vəzifəli şəxs cəzalanmayıb (ARƏM 311,312,313)

- Vəzifəsi işçi hüquqlarını müdafiəsi olan və idarə, müəssisələrdə Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan(ARƏM 309) Həmkarlar Təşkilatları müstəqil deyil və işəgötürənin "qeyri-rəsmi" strukturuna çevrilib

- Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Respublika Neft Həmkarlar İttifaqı haqqında qanunun 11-ci maddəsini[10] və Əmək Məcəlləsinin 79 və 80-cı maddələrini pozaraq SOCAR işçilərinin kütləvi ixtisarına razılıq verib

- İşçilərin müstəqil həmkarlar təşkilatlarının yaradılmasına işəgötürənlər tərəfindən maneçilik törədilir. Mövcudhəmkarlar təşkilatının üzvülüyündən çıxmaq istəyən işçi işəgötürən tərəfindən təzyiqlərə məruz qalır.

- Əmək qanunvericiliyinin icrasina dövlət nəzarətini həyata keçirməli olan (ARƏM 15) Dövlət Əmək Müfəttişliyi öz funksiyasını zəif yerinə yetirir və işəgötürənlər bundan istifadə edir.      

- Son on il ərzində Azərbaycanın Əmək Məcəlləsinə 300-dən yuxarı dəyişiklik olunub. Əksəri də işəgötürənin xeyrinə. Ölkə Parlamentinin 80%-i işəgötürəndir!

- İşçi öz hüquq və vəzifələrini kifayət qədər bilmir, əksər hallarda isə iş yerini itirmək qorxusu işçilərin şikayətetmə mexanizmindən istifadəsinə mane olur.

 

Təkliflər:

Əmək Məcəlləsinə ciddi dəyişiklik olunmalıdır. Parlamentin müvafiq Komissiyalarında Əmək qanunvericiliyinə əlavə və təkliflərlə əlaqadar müzakirələr olanda sahə üzrə peşəkar QHT müzakirələrdə iştirak etməlidir.

 

Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən çıxarılıb, Əmək Nazirliyi yaradılmalıdır

 

İşçilərin öz müstəqil həmkarlar Təşkilatlarının yaratmasına imkan verilməlidir

 

3. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsiri

Azərbaycanda reallaşdırılan neft layihələrinin ətraf sosial mühitə nə dərəcədə təsirini öyrənmək üçün NHMT ekspertləri risqə məruz qalan ərazilərdə vaxtaşırı monitorinq və qiymətləndirmələr aparır. Aparılan monitorinqlər zamanı məlum oldu ki:

 

Azneft İB Neft Daşlarında[11]

 

- Sanitar qovşaqlarında birbaşa dəniz suyundan istifadə olunur. Qeyd olunan yerlərin heç birində məişət suları üçün bioloji qurğu(sənəddə isə bu qurğunun olduğu bildirilir) olmadığı üçün, istifadə olunan və çirkab suları təmizlənmədən birbaşa dənizə axıdılır. Sənədlə bioloji qurğuların mövcudluğu, faktiki yoxluğu, köhnə özüllərdəki çoxlu sayda tualetlərin kanalizasiyasının, dənizə axıdılmasına səbəb olur[12].

 

Lay suları dənizə axıdılır

 

 - Günəşli yatağı[13] və Neft Daşlarında hasil olunan neft və qaz, lay suları ilə birlikdə Neft Daşlarında toplanır, neft, qaz lay suyundan ayrılıb sahilə ötürülür. Proses zamanı alınmış həmin lay suları yenidən laylara vurulmalıdır. Amma vurulmur, birbaşa dənizə axıdılır. Ona görə ki, lay sularının idarə olunması üçün nəzərdə tutulan xətlər və suvurucu quyular bərbad vəziyyətdədir, Suvurucu quyular müəyyən dərinlikdən sonra dənizlə birbaşa əlaqədədir. Yəni istismar və su ayrıcı kəmərlər deffektlidir. Bundan əlavə Neft Daşlarında hasil olunan lay suyu və mexaniki qarışıqlar demək olar ki, neftyığma məntəqəsinə gəlib çıxmır. Özül, estakada, meydançalardakı neft yığım çənlərindən birbaşa dənizə axıdılır. Günəşli yatağından gələn lay suları da neft yığım məntəqələrindən və suvurucu quyular vasitəsilə dənizə axıdılır. Neft Daşlarında neft, qaz, su, mexaniki qarışıq estakada meydançalarında neft çənlərinə yığılır. Ordan neftvurma nasosları vasitəsilə neft yığım parkına ötürülür. Meydançalardakı neft yığım çənləri təmizlənərkən dibindəki çöküntü və lay suları çənin alt hissəsindəki siyirtmədən açılıb dənizə buraxılır.

      

 

Qeyd; Təşkilatın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərildiyi məlumat əsasında nazirlik Neft Daşlarına Komissiya göndərilmişdir. Nəticədə idarə rəisinə cərimə tədbiq olunmuşdur.

https://zerkalo.az/grifony-ili-plastovye-vody-socar-i-minekologii-sporyat-a-stradaet-ekologiya-kaspiya/?fbclid=IwAR11vjd9SFjGmgRQqykQt2EqqM7n05uzccSXqjmPCXnQ-_qFUPfQRUJKjBM

https://report.az/ekologiya/lay-sularinin-xezer-denizine-axidildigina-gore-idare-reisi-cezalandirilib/?fbclid=IwAR3DIBk831vc1R71mwOOiBuQeZFRnaFag0ixguM0wZahtce9s0iMwMPlXA8

 

Azneft İB, Siyəzənneft

Video[14] Azneft strukturuna daxil olan Siyəzənneft NQÇİ-nin 1 saylı mədəninin 3-cü sahəsinin Zarat, Candahar kəndlərinin(beşbarmaq ziyarətgahinin önü) ərazisində çəkilib. Həmin sahənin gündəlik hasilatı 8-10 ton neft, 20 tona yaxın lay suyudur. Bu su sahə üstasının oturduğu budkanın yanındakı neft yığım çənindən axıdılır.

https://www.facebook.com/sahin.ismayilov.3517/videos/264007825498381

Monitorinq zamanı müşahidə olunan bütün məlumatlar Sosial şəbəkələrdə yayılmış, tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nazirliyinə göndərilmişdir.

2021-ci ildə karbohidrogen hasilatı və emalı  proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 03 mart tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları”na əsasən SOCAR-ın aşağıda qeyd olunan strukturlarına və birgə müəssisələrinə ümumilikdə 394774 (üç yüz doxsan dört min yeddi yüz yetmiş dört) manat məbləğində ödəmə tətbiq edilmişdir.[15]

Sıra

-si

Müəssisələrin adı

Tətbiq edilmiş ödəmənin məbləği  (manatla)

1.

“Abşeronneft” NQÇİ

17037,13

2.

“Ə.Əmirov” adına  NQÇİ

17541,41

3.

“Bibiheybət” NQÇİ

8623,42

4.

“H.Z.Tağıyev” adına NQÇİ

24969,83

5.

“Neft-daşları” NQÇİ

30412,45

6.

“28 may” adına NQÇİ

8585,55

7.

"N.Nərimanov”adına NQÇİ

12917,14

8.

“Siyəzənneft” NQÇİ

2103,89

9.

Kompleks Qazma İşləri Tresti

15360

10.

Qaz Emalı Zavodu

4205,0

11.

Heydır Əliyev adına Bakı Neft Emalı Zavodu

24149,21

 

12.

Neft Kəmərləri İdarəsi

9176,13

13.

Neftqaztikinti tresti

1550

14.

“SOCAR AQŞ” MMC

7830,0

15.

Nəqliyyat İdarəsi

5350,0

16.

“SOCAR Ümid” MMC

21000,0

17.

“Bahar Enerji Operatinq Limited” Şirkətinin Azərbaycan

Respublikasındakı nümayəndəliyi

13476,27

18.

“Suraxanı OİL Operation Company S.A.” Şirkətinin

Azərbaycan Respublikasındakı nümayəndəliyi

67501,24

19.

“AzGerneft” MMC

17530,0

20.

“Binəqədi OİL COMPANY” Şirkətinin Azərbaycan

Respublikasındakı filialı

8500,0

21.

Abşeron Operating Company Limited

3000,0

22.

“Balakhani Operating Company LTD” Şirkətinin

Azərbaycan Respublikasındakı filialı

22870,0

23.

Metanol zavodu

3564

24.

“Azəriqaz” İstehsalat Birliyi

5130,0

25.

“Məişət Maye Qaz” QSC

2624

26.

“Şirvan Operating Company LTD” Şirkətinin Azərbaycan

Respublikasındakı filialı

12000,0

27.

“Neftçala Operating Company LTD” Şirkətinin

Azərbaycan Respublikasındakı  filialı

10065,60

28.

“Salyan Oyl Limited” Şirkəti

9772,40

29.

Kayman Adalarının “Karasu Operating Company” Şirkətinin Azərbaycan Respublikasındakı filialı

7929,72

 

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Azəri, Çıraq, Günəşli və Şahdəniz yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan “BP” Azərbaycan şirkətinə ətraf mühitə atılan tullantılarla bağlı 105000,0 (yüz beş min) manat məbləğində ödəniş tətbiq olunmuşdur.

Bununla yanaşı, “Suraxanı OİL Operation Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı və SOCAR-ın “Nəqliyyat” İdarəsi barəsində hüquqi şəxs qismində inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati xəta haqqında protokollar tərtib edilmiş, müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına göndərilmişdir. Həmçinin “Neft Daşları” NQÇİ-nin, “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma Bölümünün rəisləri və “Heydər Əliyev” adına Neft Emalı Zavodunun 10 saylı İstehsalat Bölümünün rəis müavini barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə olunmuşdur.

Eyni zamanda aparılan araşdırmalar zamanı siyahıda adları qeyd olunan müəssisə və təşkilatlarda aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan “Məcburi göstəriş”lər verilmişdir.

 

Dənizə neft sızmaları olmuşdur. Səbəb-korrupsiya

 

Neft Daslari NQCI nin 1 saylı NQÇS nin 1624 saylı DSÖ(Dəniz Stasionar Özülü) 06.05.2021 ci il tarixindəki küləkdən uçub dənizə düşüb. Özüldə hər biri sutkada 80-90 ton neft verən quyu var. Xam neft bir neçə gün dənizə sızıb. Özül[16] 2018-ci ildə SOCAR Neftqaztikinti Tresti(NQTT) tərəfindən əsaslı təmir olunmuşdu

 

Strateji əhəmiyyətli obyektlərə balıqçı qayıqları buraxılır.

  

Şəkildə gördüyünüz balıqçı qayıqları mütamadi olaraq SOCAR-n strateji əhəmiyyətli obyekti olan Neft Daşlarının ərazisindədir. Balıqçı qayıqlarının əraziyə daxil olması təhlükəlidir və qanuna ziddir   

 

3. Qiymətləndirmələr

Qiymətləndirmə yazıları NHMT İB ekspert qrupu tərəfindən hazırlanmışdır

 

3.1.SOCAR-da idarəetmə islahatları: Müşahidə Şurası şirkətdə nəyi dəyişəcək?

 

Son dövrlər cəmiyyət Azərbaycanın ən böyük şirkətinin – dünyaya “SOCAR” brendi ilə təqdim olunan Dövlət Neft Şirkətinin menecmentində köklü dəyişiklərlə bağlı hökumətin qəbul etdiyi qərarları izləməkdədir. İlkin olaraq ölkə prezidentinin 7 avuqst 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradıldı və qurum fəaliyyətə başladı. Fərmanda qurumun yaradılmasının zərurəti kimi qeyd edilir ki, dövlət müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə, onların fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, xərclərinin və risklərinin optimallaşdırmaq yolu ilə tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsinə ehtiyac var. Bu ehtiyacdan çıxış edərək AİH-nin yaradılmasının məqsədi kimi dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması göstərilir.

Daha ətraflı:

http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=181

Qiymətləndirmə  sənədində SOCAR Müşahidə Şurasına təklif və tövsiyyələr verilmişdir.

Qiymətləndirmə sənədi: Azərbaycan Energetika Nazirliyinə, SOCAR,  SOCAR “Müşahidə Şurasının üzvü olan qurumlara təqdim olunmuşdur.

 

3.2. Dövlət Neft Fondunun investisiya fəaliyyəti üzrə hesabatlılıq: İnformasiyaların əhatəliliyi baxımından qiymətləndirmə

 

Neft Fondu özünün investisiya strategiyasında qeyd edir ki, sabit gəlirli aktivlər üzrə sarəmayə qoyuluşlarının yüksək investisiya reytinqli alətlərlər üzrə həyata keçirilməsi təmin ediləcək. Buna öhədliyə uyğun olaraq hər il borc portfeli üzrə aktivlərin kredit reytinqi əsasında strukturu açıqlanır. Amma nədənsə Azərbaycanın qiymətli kağızlar bazarına sərmayələr ümumi borc portfelinin strukturuna daxil edilmir və nəticədə Fondun borc portfelində çox kiçik (2019-cu ildə 1.4%) aktivlərin qeyri-investisiyalı alətlərə yönəldiyi görünür. Halbuki Azərbaycan artıq uzun illərdir bütün beynəlxalq reytinq agentlikləri (Moody's, Fitch, S&P) tərəfindən qeyri-investisiya statusu alır. Nəzərə alaq ki, 2019-cu ildə Neft Fondunun Azərbaycanın borc bazarına yönəltdiyi sərmayənin həcmi 5.3 mlrd. dollara yaxın olub və bu Fondun həmin dövrdəki borc portfelinin 17.8%-ni təşkil edib. Deməli, mövcud tələblər obyektiv nəzərə alındığı təqdirdə Fondun hesabatında qeyri-investisiya reytinqli borc yatırımlarının 1.4% deyil, 19,2% olduğu göstərilməlidir. Daha ətrafl:

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=183

Aparılan araşdırma və qiymətləndirmə materialları: ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara, Energetika Nazirliyinə, Neft Fonduna SOCAR, Nazirlər Kabinetinə göndərilmişdir. Qiymətləndirmə sənədi ilə əlaqadar Neft Fondununun mütəxəsisləri və Fondun rəhbərliyi İyun ayının 15-də bir qrup QHT rəhbərləri ilə görüş keçirilmiş, Fondun mütəxəsisləri təqdimatla çıxış etdilər. İyun ayının 23-də isə Fonda növbəti görüş keçirilmişdir. Görüş zamanı qiymətləndirmə sənədini hazırlayan NHMT ekspertləri Fondun aparıcı mütəxəsisləri ilə müzakirələr aparılmışdır.

 

 3.3. Azərbaycanda xarici sərmayə hesabına alternativ enerji stansiyalarının qurulması: hüquqi və iqtisadi mexanizmlərin analizi

 

Rəsmi qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda isə Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt (ümumi gücün 17%-i) təşkil edir. Daha ətraflı:

 

http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=184

 

4. Hüququi yardım

Hesabat dövrü (yanvar-dekabr) ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan təqribən 2000, digər sahələrdə çalışan 500 nəfər, ümumimilikdə isə  2500 nəfərə yaxın işçiyə və vətəndaşlara: əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardım göstərilmişdir. Hüquqi yardımlar digər sahələrdə çalışan işçilərə, vətəndaşlara, o cümlədən əlillərə, pensiyaçılara, gənclərə, qadınlara və digər vətəndaşlara da göstərilmişdir

Hüquqi yardım şifahi, telefon və internet vasitəsi ilə də aparıldığndan müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır. Eyni zamanda müraciət edənlərin bir çoxu bəzi hallarda özlərini təqdim etmək istəmirlər və ya özlərini təqdim etsələr də müəyyən səbəblərə (İşəgötürənlərdən və dövlət orqanlarından çəkindiklərinə görə) görə adlarının qeydiyyatının aparılmasını və ya açıqlanmısını istəməyiblər.

Təşkilat tərəfindən hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunmuşdur:

 

4.1. Marifləndirmə  məlumatlandırma

Bu fəaliyyət: Təşkilatın ofisində, marifləndirici bukletlər, İctimai qəbullar və treninqlər, İnternet TV, Təşkilatın saytı (nhmt-az.org ), Telefon, internet vasitəsilə (hüquqşünas və təşkilat rəhbərinin e-mail adresi) və sosial şəbəkələr vasitəsilə reallaşdırılır.

https://www.facebook.com/nhmt.ib/

https://www.facebook.com/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı-252293961555136

https://www.facebook.com/azer.quliyev.1656

 

Məhkəmə vasitəsilə hüquqi yardım

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 54 iddia (65 nəfər)[17]  ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kassasiya şikayəti verilmiş, İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanmış, 3-cü şəxs kimi iddiaçılara kömək edilmiş, icra orqanlarında yardım göstərilmiş və hüquqları  qorunmuşdur. Hüquqi yardımlar əsasən, işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınması, kompensasiyaların verilməsi və sair üzrə olmuşdur.                               

                      

İddia

Rayon və ərazi inzibati

Apellyasiya məhkəməsi

Ali Məhkəmə

  Cəmi

Təmin olunan

      

4

           10(32 nəfər)

       

 8

       22(32) nəfər)

Təmin olunmayan

 5

 8

  6

       19

Davam edən

 6

  1

  6

       13

Cəmi

 15

19(32 nəfər)

   20

        54

 

 NHMT İB ekspert qrupu


[1] ARDNŞ (20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.

[2] Bu maddəyə “əlavə və dəyişikliklərin” olunması ilə əlaqadar NHMT tərəfindən Parlamentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. NHMT “Təklifi” nazirliyin parlamentə verdiyi Təkliflər paketinə salınsa da Parlament təklifin qəbulunu ləngidir.Ona görə ki, Parlamenti 80%-i işəgötürəndir.

[3] 12 aprel 2020-ci ildə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin online formatda 10-cu iclası keçirilib. Görüşdə gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılmasını ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEC plus”un  bu qərarına  Azərbaycan da öz dəstəyini ifadə edib.

[4]. Proqrama qoşulan işçi ərizə yazaraq işdən azad olunur. Bir il ərzində işçiyə əmək haqqının 50% məbləğində pul verilir və ona iş yeri axtarılır. Proqrama qoşulan işçilərə üç dəfə iş təklif edilir. Təklifdən üç dəfə imtina edən işçi Proqramdan çıxarılır.2015-ci ildə də ixtisar vaxtı  işçilər bu Proqrama qoşulmuş, ancaq işlə təmin olunmamışdı. Bu üsulla işçilər Məşğulluq idarələrində də növbəyə dayana bilərlər. SOCAR Proqramının icraçı qurumu SOCAR tərəfindən yaradılmış "Neftçilər Klubu İctimai Birliyidir.(yəni QHT) Bu isə İctimai Birliklər haqqında qanuna ziddir.

[5] Bununla əlaqədar NHMT sosial şəbəkələr vasitəsilə öz etirazını şirkət rəhbərliyinə çatdırıb və bu əmrə görə öz hesabına məzuniyyətə göndərilən işçilər üçün hüquqi məsləhətlər verib.

[6] Əsas:  Dövlət Əmək Müfəttişşlyi Xidmətinin 19.01.tarixli, 22/30015772 saylı məktubu.

[7]. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

[8] Maddə 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır

[9] Maddə 57. Müraciət etmək hüququI.Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

[10] İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, müvafiq Həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir.

[11] Neft Daşları dünyada ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. Neft Daşlarında 10-a yaxın idarə yerləşir və 4000-ə dək insan vaxt metodu ilə işləyir.

[12] Xəzər dənizinin suyu Əks OSMOS qurğusu vasitəsilə təmizlənib,  yuynma,hamamlarda və s.texniki su kimi istifadə olunur.

[13] Günəşli Neft Yatağı — Xəzər dənizində sahildən uzaq, Bakının 120 km şərqində, Neft daşlarının 12 km cənubunda, Bu yataq 1958-1963 illər arasında tapılmışdır. Yatağın istismarı ilə 15 Dərin dəniz Platformasına malik 28 May adına NQÇİ məşğuldur.

[14] Siyəzən rayonunda yaşayan balıqçılar tərəfindən çəkilib, sosial şəbəkədə yayıldıqdan sonra NHMT tərəfindən araşdırılıb.

[15] ETSN 14.01.2022-ci il, tarixli 17/07 saylı məktub.

[16] Təmir zamanı köhnə estakada və meydançalardan çıxarılmış istismar müddətini bitirmiş köhnə fermalar və rigerlər, boru və digər metalkonstruksiyalar rənglənərək yeni adi ile sənədləşdirilib, əsaslı və cari təmir olunan estakada və meydançalarda istifadə olunub. Bu təmirlər üçün isə milyonlarla pul silinib. Təmirlərin sifarişçisi (Azneft İB) də, təmir edən( NQTT) də qəbul edən də(Neft Daşları NQÇİ) yaxın qohumdurlar.

[17]  Qrup iddia ərizəsi; 22 nəfər “Schlumberger logelco İnc” şirkətinin, 3 nəfər “Schlumberger Overseas SA” işçiləri