Hasilat sənayesinin (Salyan rayonu, Şirvan şəhəri) ətraf mühitə və insan sağlamlığına təsirləri
1.Giriş
Hasilat sənayesinin respublikamız üçün çox böyük əhəmiyyətə malik olması, bütün cəmiyyətin ətraf mühitin vəziyyətinin sağlamlaşdırması və ekoloji tarazlığın bərpa edilməsi prosesinə cəlb edilməsini tələb edir. Bu prosesdə fəal iştirak etmək üçün ictimaiyyət hasilat sənayesinin ətraf mühitə və insan sağlamlığına təsirləri, bu sahədə fəaliyyət göstərən şirkətlərin təsirlərin minimuma endirməsi və yumşaldılması tədbirləri, onların ekoloji və sosial məsuliyyətləri haqqında məlumatlı olmalıdır. Neft hasilatı zamani hava hövzəsinə karbohidrogen, kükürd dioksid, karbon oksidi və sair kimyəvi birləşmələr atılır. Və nəticədə neqativ ekoloji vəziyyət yaranır və insan sağlamliğına mənfi təsir edir.
Ətraf mühit insanların sağlamlığına bir neçə yolla – müxtəlif fiziki, kimyəvi və bioloji risk faktorlarına məruz qoymaqla təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatına görə beş ən böyük ekoloji risklər – yararsız su və normalara cavab verməyən sanitariya şəraiti, qapalı məkanlarda tüstü, qurğuşun təsirinə məruz qalma, ətraf havanın çirkli olması və iqlimin dəyişməsi – qlobal miqyasda ölüm və xəstəlik hallarının 10%-nə və 5 yaşından aşağı uşaqlar arasında ölüm və xəstəlik hallarının dördə birinə görə cavabdehdir. Ümumiyyətlə neft hasilatı sənayəsinin ətraf mühitə və insan saglamlığına təsirləri butun dünyada diqqət mərkəzindədir.
Neft hasilatının insan sağlamlığına təsirləri haqda aparılan bir çox tədqiqatlar göstərir ki, hasilat zamanı ətraf mühit aşağıdakı təsirlərə məruz qalır: