NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) 2017-ci il üzrə İLLİK HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB) 2017-ci il üzrə İLLİK HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT İB)

 

2017-ci il üzrə İLLİK HESABAT

 

Bakı şəhəri, Yanvar 2018

 

Mündəricat

 

1. Giriş

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

3. 2017-ci ildə əmək hüquqlarının təlimi və müdafiəsi

4. Neft sektorunda əmək qanunvericiliyinin və digər normativ hüquqi Aktların icra vəziyyəti

5. Sosial hüquqlar

6. Neft şirkətlərinin fəaliyyətlərinin ətraf mühitə təsirləri

7. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması

8. Müsbət məqamlar

9. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin pozulma səbəbləri

 

1. Giriş

 

Bu hesabat: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi  (NHMT İB) ekspertləri tərəfindən, ölkənin neft sektorunda çalışan işçilərin  müraciətləri, şikayət ərizələri, təşkilatın aktiv üzvlərinin verdiyi yoxlanılmış məlumatlar, informasiya sorğularına verilmiş cavablar, mətbuatda dərc olunan məlumatlar, təşkilat üzvlərinin mütəmadi olaraq apardığı monitorinqlər, təşkilat tərəfindən aparılan məhkəmə çəkiş mələri əsasında hazırlamışdı. Bəzi rəqəmlər SOCAR-ın “Davamlı İnkişaf Haqqında Hesabatından” götürülmüşdür. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycanın neft sektorunda əmək və sosial hüquqlar üzrə qanunvericiliyə nə dərəcədə icra olunduğun mümkün olan dərəcədə qiymətləndirməkdi.

 

Hesabatda ölkənin neft sektorunda qanunvericiliyin icrasındakı problemlər öz əksini tapmış, həmin problemlərin yaranma səbəbləri və həlli üçün rəylər də verilmişdir. Hesabat 2017-ci ili əhatə edir.

 

2. Təşkilatın hüquqi statusu və fəaliyyəti

2.1. Təşkilatın missiyası

 

NHMT İB Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

2.2. Təşkilat haqqında məlumat

 

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT İB) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədi ilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT İB çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətləri və fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

 

3. 2017-cı ildə əmək hüquqlarının təlimi və müdafiəsi

 

Hesabat dövrü ərzində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 1814 nəfərə (1291 neft sektorunda çalışan və digər sahələrdə çalışan 523) hüquqi yardım olunmuşdur. Bir çox hallarda vətəndaşlara hüquqi yardım telefon və internet vasitəsi ilə aparıldığından müraciət edənlərin müəyyən hissəsinin qeydiyyatını aparmaq mümkün olmamışdır:

 

- Marifləndirici seminarlar vasitəsilə (Bakı, Şirvan, Neftçala, Salyan rayonlarında) - 146 nəfər

- Məhkəmə vasitəsilə - 86 nəfər

- Rayonlarda ictimai qəbullar təşkil etməklə (Salyan, Neftçala və Şirvan) - 170 nəfər

- Çoxlu sayda insanın marifləndirilmə və məlumatlandırılması üçün isə aşağıdakı əlçatan üsullardan da istifadə olunmuşdur

- Təşkilat hüquqşünası tərəfindən hazırlanmış bukletlərin yayılması vasitəsilə

- Telefon, internet, sosial şəbəkələr vasitəsilə: (https://www.facebook.com/nhmt.ib, https://www.facebook.com/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı-252293961555136)

- Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası (www.nhmt-az.org/frontend/pages/qa.php)

- İnternet TV vasitəsilə (https://www.youtube.com/watch?v=5UTXBfl7ThQ)

- Məşğulluq haqqında qanun (https://www.youtube.com/watch?v=zbUQEONkLY0&t=7sı)

- Sənin hüququn (https://www.youtube.com/watch?v=u9uKEMWvzIA&feature=youtu.be-Qadınların)

- Əmək hüquqları (https://www.youtube.com/watch?v=zZ6FOdIxnaA&feature=youtu.be)

- Əmək qanunvericiliyi (http://www.sahibkarol.biz/gen/html/azl/tv-muzakire/itv_radio/171010.mp3http://www.sahibkarol.biz/gen/html/azl/tv-muzakire/itv_radio/171031.mp3)

 

3.1. Məhkəmə çəkişmələri

 

Hesabat dövründə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən 86 nəfər işçi və mülkiyyətçilərin şikayətləri ilə əlaqədar İddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Apelyasiya və Kassasiya şikayəti verilmiş və ya İddia, Apelyasiya və Kassasiya şikayətlərinə Etiraz hazırlanaraq hüquqları məhkəmədə qorunmuşdur. Məhkəmə proseslərinin monitorinqləri aparılmışdır. Məhkəmə çəkişmələr əsasən işə bərpa, mülkiyyət hüququ, əmək haqqının ödənilməsi, əmək xəsarətinin qeydə alınmaması və kompensasiyaların verilməməsi və sair iddialar üzrə olmuşdur:

 

 - Təmin olunan iddialar - 30 nəfər

- Qismən təmin olunan iddialar - 22 nəfər

- Təmin olunmayan iddialar - 12 nəfər

- Davam edən məhkəmə prosesləri -22 nəfər

 Cəmi: 86 iddia

 

3.2. Bütün məhkəmə proseslərinin monitorinqi aparılmışdır. Monitorinqlər nəticəsində məlum olmuşdur ki,

 

- 2017-ci ilin Noyabr – Dekabr aylarında Arif Qəmbərovun: SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinə və SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin Həmkarlar İttifaqı Təşkilatına qarşı: “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, ödəncin, maddi və mənəvi ziyanın ödənilməsi  barədə” İddia ərizəsi üzrə məhkəmə prosesi zamanı Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2, 220, 78.2 və 227-ci maddələri və Məhkəmələr və Hakimlər Haqqında Qanunun 7-ci və 99-cu maddələri  pozulmuşdur.

 

- 2017-ci ilin Yanvar – Avqust aylarında Ruslan Səfərovun: SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı: “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, Əmək kitabçasında olan qeydin etibarsız hesab edilməsi, məcburi işburaxmaya görə əmək haqqının, əmək haqqına əlavənin, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” İddia ərizəsi üzrə məhkəmə prosesi zamanı Səbail Rayon məhkəməsinin hakimi Nurəddin Bağırov tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1-ci və 227-ci maddələri pozulmuşdur.

 

- 2013-2017-ci il ərzində Qəbələ mülkiyyətçisi Aslan Soltanovun “Azərsu” SC-nə qarşı “dövlət ehtiyacları üçün geri alınmış torpağa görə kompensasiyanın ödənilməsi barədə: iddia tələbləri üzrə mülki işdə Yasamal Rayon məhkəməsinin Hakimi Fuad Babayev: 4 ildən çox müddətdir ki, yekun qərar qəbul etməyib. Bununla da hakim tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsi pozulmuşdur.

 

2013-2017-ci il ərzində 3 nəfər Qəbələ mülkiyyətçisi olan: Hacı Qocayevin, Xalidə Qocayevanın və Bayram Vəzirovun “Azərsu” SC-nə qarşı “dövlət ehtiyacları üçün geri alınmış torpağa görə kompensasiyanın ödənilməsi barədə: iddia tələbləri üzrə mülki işdə Yasamal Rayon məhkəməsinin  hakimi Fuad Babayev Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsini pozaraq 4 ildən çox müddətdir ki, yekun qərar qəbul etməyib.

 

2017-ci ilin Oktyabr-Noyabr aylarında: Zeynalova Zəkayyat Səttar qızı, Əhmədova Mehbarə Şirin qızı, Hüseynova Putaxanım Əliheydər qızı və Əlicanov Qardaşxan Ataş oğlunun mülki iş üzrə cavabdeh, “Salyan Oyl  LTD” Şirkətinə qarşı: “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” İddia tələbləri üzrə mülki işdə Bakı şəhər Nəsimi Rayon məhkəməsinin Hakimi Emin Mehtiyev Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  227, 364 və 220-ci maddələrini pozaraq işçiyə qarşı qanunsuz qətnamə qəbul etmişdir.

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respubliksı Əmək Məcəlləsinini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərini pozduqlarına görə. Bakı şəhər Səbail Rayon Məhkəməsinin Hakimi Nurəddin Bağırovdan (1 nəfər) və Xətai Rayon məhkəməsinin Hakimi Səadət Səlimovadan (2 nəfər) Məhkəmə Hüquq Şurasına və aidiyyatı üzrə dövlət orqanlarına şikayətlər edilmişdir.

 

Monitorinq zamanı bir daha sübut olundu ki, ölkədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Təşkilatları müstəqil deyil. Belə ki, Kompleks Qazma Tikinti Trestinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Əzizov Əhmədağa) və Salyan Oyl LTD” Şirkətinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Xudiyev Əliverdi) tərəfindən, ARƏM Maddə 309. (Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət) və Həmkarlar İttifaqı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi (Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir.) pozularaq məhkəmə prosesi zamanı işçinin yox, işəgötürənin maraqlarından çıxış ediblər.

 

4. Neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyət.

2013-16-ci illərdə işçilərin sayının dinamikası (SOCAR) cədvəl 1

 

2013

2014

2015

2016

İşçilərin ümumi sayı

61088

54714

52104

50735

Qadın

10928

9732

8941

8532

Kişi

50160

44982

43163

42203

Minimum əmək haqqı

135

149

149

164

Orta aylıq əmək haqqı

839

882

893

968,1

İşə qəbul olunmuş işçilər

3655

1304

1639

 1920

İşdən azad olunan işçilər

5154

2634

7834

1350

 

Cədvəl 2

Neft hasilatı (mln.ton) Qaz hasilatı(mln.m.3)

il

SOCAR(ƏŞ ilə birlikdə)

Azərbaycan

il

SOCAR

Azərbaycan

2012

8289

43389.8

2012

 6924.6

 26908.8

2013

8314.9

 43483.0

2013

 7140.1

 29456

2014

8320.4

42022.7

2014

7222.8

 29617

2015

8160.5

41586.8

2015

 6871.4

 28977

2016

7522,4

41034.5

2916

6266,8

29367,4

 

4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (ARƏM) və digər normativ hüquqi aktlar

 

Hesabat dövründə işəgötürənlər tərəfindən ARƏM-in aşağıda qeyd olunan maddələrinin pozuntusu müşahidə olunmuşdur:

Maddə 45.4 (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).

Müşahidə olunmuşdur:

ARDNŞ-də və onun tərkibinə daxil olan idarə və müəssisələrdə, Azfen MM, Nobel SDL, Qarasu ƏŞ, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc, Salyan Oyl, SOCAR AQŞ. Bu qanun pozuntusu arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses (işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə) hələ də davam edir və çoxlu sayda insanın işsiz qalmasına səbəb olur.

 

SOCAR prezidenti cənab R.Abdullayev bu faktı təkzib etməyə çalışsa da (https://www.youtube.com/watch?v=AcAsbr5JLis) şirkətin illik hesabatlarında şirkət prezidentinin söylədiklərinin əksi yazılır.

 

Maddə 16 (diskriminasiyaya yol verilməsi) Diskriminasiyanın əsas səbəblərində biri qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir. Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. İşçiləsin siyasi baxışlarına görə də təqib olunmasına tez-tez rast gəlinir. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq nəinki yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə belə irəli çəkilməsi qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var.

 

Müşahidə olunmuşdur: ARDNŞ idarə və müəssisələrində

 

Maddə 68, 69, 70, 71, 77, 78, 79, 80 (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması, Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar və s.)

 

Müşahidə olunmuşdur: SOCAR-ın Kompleks Qazma İşləri Trestində, Neftqaztitkinti Trestində, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Karasu Opertinq Compani” ƏŞ” 

 

Maddə 207, 215, 217, 218, 219, 220, 222, 223, 239-cu (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları, Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi,İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) və “İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun”, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması.

 

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarında və digər normativ hüquq aktlarla təsbit edilir. Lakin işçilər üçün sağlam iş şəraitinin yaradılmaması,qoruyucu vasitələrlə təmin olunmaması. Zərərli iş şəraitində çalışan işçilərin vaxtlı vaxtında süd və süd məhsulları ilə təmin olunmaması nəticəsində iş yerlərində çoxlu sayda işçi xəsarət alır, həlak olur və sağlamlıqlarını itirirlər. (bax. cədvəl 3, cədvəl 5)

 

2010 -2016-cı il ərzində ölkənin hasilat sənayesində həlak olan işçilərin sayı

 

(Həlak olanların 80%-i SOCAR işçiləridir) cədvəl 3

 

İllər

2010

2011

2012

2013

2014

2015

2016

2017

Say

10

23

13

6

19

37

22

7

 

2013-2016-ci ildə SOCAR-ın əməyin mühafizəsi xərcləri[1] cədvəl 4

 

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə xərclər (min.man)

    2013

      2014

      2015

2016

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə , o cümlədən:

32069

22789

21665

22 018

Əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlərə

22340

16481

15956

14 367

Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinə

 8001

4625

3964

6 401

Süd təchizatına

1312

1216

1332

1 042

Digər xərclərə

417

467

413

208

 

2017-ci ildə istehsalatla əlaqədar 42 nəfər bədbəxt hadisə nəticəsində xəsarət almışdır ki, bunun da 7-i ölümlə nəticələnib, onlardan 5-i SOCAR işçisidir

 

Ölüm hadisələri: cədvəl 5

 

Adı soyadı

İş yeri

1

Yusifov Ramil Vahid oğlu

SOCAR Neftqaztikinti tresti

2

Məmmədov Ayaz Məmməd oğlu

Bahar Enerji ƏŞ

3

Səlimov Ruslan Bəhər oğlu

Balaxanı ƏŞ

4

Əliyev Rasim İbrahim oğlu

SOCAR 28 May adına NQÇİ

5

Gözəlov Fikrət Əlikişi oğlu

SOCAR,Kompleks Qazma İşləri Tresti

6

Məmmədov Əlövsət Adil oğlu

SOCAR etilen – polietilen zavodu

7

Əhmədov Orxan

Socarda təmir işləri apararkən həlak olub

    

Xəsarət alanların sayı 34 nəfərdir:

 

SOCAR-17 nəfər, SOCAR CAPE- 5 nəfər, Neftçala ƏŞ- 1 nəfər, Binəqədi Oİ-2 nəfər, Karasu ƏŞ 1 nəfər, BAHAR ƏŞ-1 nəfər, AZFEN BM-2 nəfər, BOS SHELF MMC-2 nəfər, Salyan OİL 2 nəfər

 

Bir çox hallarda istehsalatda baş verən bədbəxt hadisələr qeydə alınmır. Bu da işçinin bir müddət sonra əmək qabiliyyətinin itirməsi, bəzən isə əlilliklə nəticələnir. Bəzi hallarda peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlil olmuş işçilər kompensasiyalarını ala bilmirlər.

 

Məs:

1. Qorxmaz Mustafayev SOCAR  Kompleks Qazma Trestində çalışarkən peşə xəstəliyinə tutulub və 2-ci qrup əlil olub. Lakin peşə xəstəliyi ilə əlaqədar 2014-cü ildən aylıq və birdəfəlik kompensasiyaları ala bilmir. Kompleks Qazma Tresti “peşə xəstəliyinin” ləğvi ilə əlaqədar Qorxmaz Mustafayevə qarşı 3 məhkəmədə iddia qaldırıb.

2. İlman Babayev Kompleks Qazma Trestində 2-ci qrup peşə xəstəliyinə tutulub. Müharibə veteranı və məcburi köçkündür. Trest müxtəlif qanunsuz bəhanələrlə ona peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları ödəmir.

3. ARDNŞ-nin nəqliyyat İdarəsi  işçisi Şirəliyev Mirəlinin Əmək xəsarəti qeydə alınmır. Məhkəmə prosesləri gedir.

4. ARDNŞ-nin Dərin Özüllər Zavodu işçisi Abbasov Şahverənə peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları qanunla nəzərdə tutulan qaydada ödənilmir.

5. ARDNŞ-nin Dərin Özüllər Zavodu işçisi Mehdiyev Elmana peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları qanunla nəzərdə tutulan qaydada ödənilmir.

7. Azəriqaz İB-nin Lənkaran Qaz İdarəsinin işçisi Xəlilov Şirbalanın işdə aldığı Əmək xəsarəti qeydə alınmır.

 

Maddə 97, 98, 99, 159, 164, 165 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı: (normadan artıq işə görə, gecə vaxtına görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının ödənilməməsi):

 

Maşahidə olunmuşdur: “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc”, VEUS Holdinq LLC şirkətinin Azərbaycan Filialı, SOCAR Xəzərdəniz nefttikinti idarəsi.

 

Maddə 211 (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi)

 

Müşahidə olunmuşdur: SOCAR bəzi  idarə və müəssisələrində (Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft Emalı zavodunda və s.). Təşkilata daxil olan müraciətlərdə qeyd olunub ki, zərərli işdə çalışan işçilərin pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər mövcuddur. Belə ki, İşçilər yalnız südlə təmin olunurlar ancaq gündəlik yox.

 

Maddə 21. 3.  (Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir)

Müşahidə olunmuşdur: SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə. İdarələrin əksəriyyətində iqtidar partiyası olan “Yeni Azərbaycan” partiyasının özəyi var.

 

5.Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu (SOCAR)

 

Maddə 7.2.1. ( işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq). Müşahidələr göstərir ki, (cədvəl 6, 7) SOCAR-da çalışan qadınların sayı əvvəlki illərlə müqayisədə azalmış, kişilərin sayı isə artmışdır. Bu ümumi azalma isə sahələr üzrə qadınların sayının artması görüntüsü yaradır. Onu da qeyd edim ki, SOCAR-da çalışan on yüksək vəzifəli işçidən yalnız biri, BP-də isə 17 yüksək vəzifəli şəxsdən isə 2-si qadındır.

 

 SOCAR işçilərinin cinslərə bölünməklə sayı, cədvəl 6

          

2014

2015

2016

   Kişi

44982

43163

42200

 Qadın

9732

8941

8532

 

SOCAR üzrə işçilərin kateqoriyalara və cinslərə bölünməklə sayı, cədvəl 7

 

2014

2015

2016

Rəhbər:

Kişi

Qadın

5981

5461

520

6045

5522

524

7012

6348

664

Texniki işçilər:

Kişi

Qadın

 

468

21

258

303

15

298

352

20

332

Mütəxəsis:

Kişi

Qadın

9398

6123

3275

7012

6217

3486

9930

6231

3699

Fəhlə:

Kişi

Qadın

35077

30598

4479

35042

31409

4633

35420

32383

5037

 

Maddə 11. (Seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi)

 

SOCAR Kompleks Qazma İşləri Trestinin KQİT-i Günəşli-İB-ü Çilov adası 112-saylı özüldə paltaryuyan işləyən Rumiyyə Kərimova özülün rəis müavini Vidadi Həşimov tərəfindən cinsi qısnamaya məruz qalaraq,sonradan, ARƏM 70 bəndi Ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ) ilə işdən azad olunub.

 

Təhqir olunaraq işdən çıxarılan Kərimova Rumiyyə dərman içərək intihara cəhd edib. Təşkilatımız tərəfindən müdafiə olunması nəticəsində xanım yenidən işinə bərpa olunub. Bu isə çoxsaylı hadisələrdən xəbər tutduğumuz bir hadisədir.

 

5. İşçilərin sosial problemləri

5.1. Su ilə təminat

 

- 28 May, Neft Daşları NQÇİ-nin bəzi yataqxanalarındakı otaqlarada olan hamamxanalara (hər otağa aid hamamxana var) isti su elektrik qızdırıcılarında (Ariston qurğusunda ) qızdırılaraq verilir. İşçilər tərəfindən verilən məlumata görə həmin su qızdırıcıların əksəriyyəti tez tez sıradan çıxır. İşçilər qeyd edirlər ki, soyuq havada əl-üz yumaq, dişləri təmizləmək, üz qırxmaq, çimmək əsl problemə çevrilib. Onu da qeyd edim ki, yataqxanalara verilən su( o cümlədən Ariston qurğusun), OSMOS (dəniz suyunu təmizləyib istifadə üçün yararlı hala salan aparat) qurğusunda təmizlənib yenidən istifadəyə verilən dəniz suyudur. Ariston qurğusunun OSMOS suyundan sıradan çıxması da güman olunsa da bu rəsmi versiya deyil.

 

- Neft Daşlarından çalışan işçilər içməli suyun tərkibindən narazılıq edirlər. İçməli su gəmi ilə platformalara gətirilir və xüsusi çənlərdə saxlanılır

 

5.2. Nəqliyyatla təminat

 

- Dəniz obyektlərində çalışan işçilərin nəqliyyatla təmin olunması qeyri-kafi vəziyyətdədir.Neft Daşları NQÇİ Bakının 110 km-də yerləşir və quru ilə heç bir əlaqəsi yoxdur. İşçiləri işə aparıb gətirən Sabit Orucov gəmisi 1983-cü ildə Finlandiyada inşa olunub və çay nəqliyatı üçün nəzərdə tutulub. Dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, bu səbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Daşınma qabiliyyəti 580 nəfərdir. Ancaq çox köhnə olduğu üçün gəmiyə 450 nəfər buraxılır. Hər dəfə növbə dəyişiləndə isə 850-1000 işçi qeydiyyatdan keçir. Ancaq 450 nəfər də bu gəmi üçün çox böyük yükdür. İşçilər gəmiyə minmək üçün basa bas salır. Gəmiyə minməyə yer olmayanda və işə çatmayanda, işçi günahkar sayılır və cəzalandırılır. Bəzən ayaq altında qalıb əzilən də olur. Qeyd: rəhbər işçilər və “xüsusi” səlahiyyət sahibləri Neft Daşlarına vertalyotla yola salınır. Qeyd: SOCAR-n  bir vaxtlar Avstraliyadan 34 milyon dollara aldığı “Müslüm Maqomayev” sürətli sərnişin daşıma gəmisi isə BP şirkətinə verildi.

 

http://nhmt-az.org/frontend/pages/videos.php?id=15

 

 http://nhmt-az.org/frontend/pages/videos.php?id=26

 

- Dövlət Neft Şirkəti öz işçiləri üçün kooperativ  binalar tikib, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərlə mənzillə təmin edilsin. Lakin təşkilatımıza daxil olan şikayət ərizələrini araşdırarkən məlum olub ki: (https://www.meydan.tv/az/site/news/19250/) neftçilər aldadılıblar. Yəni mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin ödəniləcək sahəsinə, eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə edib. Məs: mənzillərə Neftçi MTK-tərəfindən verilən sənəddə sahəsi 100 kv-m kimi göstərilən mənzil özəlləşdirilərkən ƏMDK-nin  təqdim etdiyi sənəddə məlum olur ki , həmin mənzil 75 kv-metrdir (25 m2. fərq ) Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə 20-25kv.m. fərq var. Bu isə Əmlak Məsələri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mütəxəssisləri tərəfindən mənzillər ölçülən zaman məlum olub, və həmin qurum tərəfindən verilən   çıxarışda(kupçada) göstərilib. Qeyri yaşayış sahəsinə görə neftçidən ödəniş tələbi isə ölkənin Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə ziddir. Qeyd olunan problemlərlə əlaqədar NHMT tərəfindən SOCAR vitse prezident cənab Bədəl Bədəlova məktubla müraciət etsə də, şirkət rəsmisi məktuba cavab verməmişdir. Problemlər isə davam edir.

 

5.3. Müsbət  müşahidə

 

"BP-Azerbaijan" şirkətində İşçi işlədikdən sonra məzuniyyətinə hər sonrakı ilə 1 gün artırılır, ancaq bu müddət 5 günlə məhdudlaşır. Hamilə qadınlarla bağlı xüsusi paket mövcuddur: 6 ay tam əmək haqqı alırlar. Şirkət işçiləri təhsillə bağlı, ev şəraitinin yaxşılaşdırılması ilə əlaqədar kredit götürə bilər və bunun ödənməsində şirkət müəyyən yük faizlərini özərinə götürə bilir ("işçinin ixtisas dərəcəsinə müvafiq" - BP Global üzrə işçinin dəyəri 11 ballıq şkala üzrə qiymətləndirilir

 

6. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının pozulması

6.1. Birləşmək haqqında 98 saylı Konvensiyasının pozulması

 

Beynəlxalq Əmək Təşkilatının Birləşmək haqqında 98 saylı Konvensiyasına və Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.[2]  Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikası Qanununa əsasən 7 nəfərdən ibarət işçilər Həmkarlar Təşkilatını yarada bilərlər. Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 90 faizindən çoxunda, o cümlədən də Azəri–Çıraq–Günəşli (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə operataor təşkilat olan BP Azərbaycan şirkətinin tərəfdaşlarının əksəriyyətində Həmkarlar Təşkilatı fəaliyyət göstərmir.

 

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir.

- İşəgötürənlər şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

 

6.2. Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya (№111)

 

Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var) həm də yüksək vəzifələrdə (rəhbər səviyyəsində) yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir. Məs: BP Azərbaycan şirkətinin rəhbərliyinin 17 vəzifəli şəxsindən yalnız 6-sı azərbaycanlıdır.

 

Xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin vergidən yayınması halları da baş verir. Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün “şərait”də yaradılır. Belə ki, onlarla əmək müqavilələri 3 ay (90 gün) müddətinə bağlanır. Müqavilənin müddəti bitdikdən sonra, ölkəyə çıxış-giriş edildikdən və yenidən həmin müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər.

 

7. Neft şirkətlərinin ətraf mühitə təsirləri

 

NHMT ekspertlərinin “Neft layihələrinin ətraf sosial mühitə təsiri “ ilə əlaqədar  risqə məruz qalan ərazilərdə apardığı monitorinq və qiymətləndirmələr (http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=147) təsdiq edir ki, hasilat zamanı ətraf mühit ciddi təsirlərə məruz qalır. Bu zaman həm ölkə qanunvericiliyi, həm də ölkənin qoşulduğu müxtəlif Konvensiyyalar pozulur

 

 

Şirkətlər

2015(man)

2016(man)

2017(man)

Cəmi(man)

 1

BP

157.000

169 000

184000

585 729.0

2

SOCAR

130 194.88

142.771,21

76186

349 152.09

3

SOCAR AQŞ

2347.35

1975

12307

16 629.35

4

Salyan OİL

3970.0

4156.0

4321

12 447.0

5

Bahar Enerji

5341.31

4413.31

5421

15 135.31

6

SuraxanıOİL

8043.0

10325.0

17564

35 932.0

7

Azgerneft

7257.0

8150.0

17602

33009.0

8

Binəqədi OİL

7438.0

7358.0

7715.00

22511.0

9

Abşeron OC

1810.0

1850.0

1786.0

5446.0

10

Gobustan OLTD

1100.0

1750.0

1148.00

3998.0

11

Balaxanı ƏŞ

10270.0

11100.0

23200.0

44570.0

12

Karasu ƏŞ

7200.0

7150.0

7240.0

21590.0

13

Neftçala ƏŞ

5270.0

5230.0

5180.0

15680.0

14

Şirvan ƏŞ

12060.0

12115.0

12211.00

36 386.0

15.

Petro Hongong Pirsaat OİLLimited MMC

710.00

750.0

740.0

2200.0

16

Gulf Drilling MMC

 

1200.0

 

1200

17

SOCAR Ümir MMC

 

2010.0

1095

3105

18

SOCAR CEP MMC

 

359.0

 

359.0

Bu həm də risqə məruz qalan ərazilərdə yaşayan əhalinin sağlamlığına ciddi təsir edir. Bu təsirin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirilməsi üçün NHMT eksperti tərəfindən ölkənin 5 rayonunda müqayisəli qiymətləndirilmə aparılmışdır (http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=145) Qiymətləndirmə neft layihələri reallaşdırılan üç rayonda (Salyan, Neftçala və Şirvan) və neft layihələri reallaşdırılmayan iki (Ağcabədi və Ucar) rayonda aparılmışdır. Qiymətləndirmə zamanı, neft layihələri reallaşdırılan rayonlarda yaşayan əhalinin sağlamlığı ilə, başqa rayonlarda yaşayan əhali sağlamlığı arasında çox ciddi fərq olduğu aşkar olunmuşdur. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə ziddir.

 

Aşağıdakı cədvəldən də göründüyü kimi ölkədə fəaliyyət göstərən neft şirkətləri ətraf mühitə(torpağa,suya,havaya) ciddi ziyan vururlar. Məs: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən karbohidrogen hasilatı prosesində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərinin pozulması, formalaşan tullantıların ətraf mühitə atılması, yerləşdirilməsi və axıdılması ilə əlaqədar uyğun olaraq AÇG yataqlarının tammiqyaslı işlənməsi üzrə operator olan BP Azərbaycan şirkəti 2015 -2017-ci il ərzində 585 729.0 manat,

SOCAR 349 152.09 man. məbləğində cərimə olunmuşdur. O cümlədən də başqa şirkətlər. Cərimələrin davamı və artması göstərir ki, qeyd olunan nöqsanlar aradan qaldırılmır. Şirkətlər isə  havanı, suyu, torpağı tullantılarla zəhərləməkdə davam edir. Ölkə əhalisinin sağlamlığına ziyan vuran şirkət rəhbərləri isə cinayət məsuliyyətinə cəlb olunmur!

 

8. Monitorinq zamanı müşahidə olunan müsbət hal

 

2011-ci ilin avqust ayından etibarən ARDNŞ-də rüşvətlə işə qəbul (rəhbər vəzifələr istisna olunmaqla, bu vəzifələrə təyinatda hələ də vəzifə səlahiyyətindən istifadə, qohumbazlıq müşahidə olunur) olunmalar azalmışdır. Buna səbəb ARDNŞ-nin nəzdində İnsan Resursları Departamentinin yaradılması olmuşdur. Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçirilir. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin veb-səhifəsinin (www.socar.az) vakansiyalar bölməsindən ala bilər. Qurum Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıq edir.

 

9. İdarə və müəssisələrdə əmək qanunveiciliyinin pozulma səbəbləri

 

9.1. İşçilərin öz hüquq və vəzifələrini kifayət qədər bilməməsi və işəgötürənlərin bundan istifadəsi

9.2. Əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması. 

9.3. İşçilərin əmək hüquqları sahəsində maarifləndirilməməsi.

9.4. İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifə səlahiyyətlərini həyata keçirtməklə, İşəgötürənləri inzibati məsuliyyətə cəlb etməməsi(Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 15)

9.5. Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət etməli olan (ARƏM maddə 309) Həmkarlar Təşkilatlarının işəgötürəndən asılı olması  

 

Belə ki, İşçilərin Əmək hüquqularının qorunmasında Həmkalar ittifaqlarının rolu yox dərəcəsindədir.

Ölkədə mövcud olan Həmkarlar İttifaqı Təşkilatları müstəqil deyil, işçilərin əmək hüquqlarını deyil, İşəgötürənin mənafeyindən çıxış edir, demək olar ki, işəgötürənin qeyri rəsmi strukturuna çevrilib (http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=133)

 

Bəzi xarici şirkətlər istisna olmaqla demək olar ki, bütün müəssisələrdə Həmkarlar ittifaqları mövcuddur və iradəsindən asılı olmayaraq bütün işçilər Həmkarlar İttifaqlarının üzvü hesab edilir. Həmkarlar ittifqları üzvlüyindən imtina edən işçilər isə daim təzyiq altında olur. Həmkarlar ittifaqları saxlanması üçün işcilərin əmək haqqından 1-2% məcburi üzvülük haqqı tutulur.

 

Bir çox hallarda HT-nın işəgötürənlə birlikdə tərtib olunmuş Əmr-Qərarlar, Kollektiv Müqaviləyə daxil olunmuş bəndlər işçinin ziyanına olur. Məs:

 

- ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=121)

 

- Salyan Oyl  LTD” şirkətinin HT-nın razılığı ilə hazırlanmış Kollektiv Müqavilənin 7.4. bəndi (Təqaüd yaşına çatmış işçilər işdən azad olunsun) ölkənin Əmək qanunvericiliyi və Konstitutsiyasına ziddir.

 

Həmkarlar İttifaqı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Lakin bəzi məhkəmə prosesləri bunun əksini sübut edir. Məs:

 

- Hüquqlarının müdafiəsi ilə əlaqədar təşkilatımıza müraciət etmiş məktəbdə 1-ci qrup peşə xəstəliyinə tutulan Sevda Muradovanın Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyayana qarşı: "Aylıq və birdəfəlik kompensasiyaların ödənilməsi barədə" İddia ərizəsi üzrə Sumqayıt şəhər Məhkəməsində, Məktəbin Həmkarlar İttifaqı Təşkilatının sədri Məktəb direktorunun Etibarnaməsi əsasında İşəgötürəni müdafiə edir.

 

- Kompleks Qazma Tikinti Trestinin işçisi Arif Qəmbərovun işəgötürənə qarşı iddiasına məhkəmə baxışı zamanı Hİ Təşkilatını sədr müavini işəgötürən tərəfindən çıxış edib

 

- “Salyan Oyl  LTD” Şirkətinin həmkarlar Təşkilatının sədri 4 nəfər işçinin mülki iş üzrə cavabdeh, “Salyan Oyl  LTD”  Şirkətinə qarşı: “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə” İddia ərizəsi üzrə məhkəmə prosesində də hüquqlarını qorumalı olduğu işçiləri deyil, qanunları pozmaqla onları işdən azad etmiş İşəgötürəni müdafiə edir.

 

9.5. Əmək qanunvericiliyinə dəyişik və əlavələr edilərkən bu sahədə fəaliyyət göstərən QHT–rin təkliflərinin nəzərə alınmaması

 


 

[2] http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=133