
NHMT-nın Azərbaycanın neft sektorunun müxtəlif sahələrində apardığı monitorinqlərin nəticələri, Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran xarici şirkətlərdə və ARDNŞ-nin müxtəlif strukturlarında çalışan işçilərərdən daxil olan şikayət ərizələrini araşdırıarkən,Azərbaycan Respublikasının qanunlarının yalnız xarici şirkətlər tərəfindən deyil,həm də ARDNŞ tərəfindən də pozulma hallarının mövcud olduğu məlum olmuşdur. NHMT İB-nə daxil olan ərizə,şikayətlərin əsasında təşkilatın müxtəlif vaxtlarda apardığı araşdırmaların nəticəsi göstərir ki, ARDNŞ-nin rəhbərliyinin zaman - zaman dəyişdirilməsi də həmişə müəyyən kateqoriya işçilərin vəziyyətinin pisləşməsi ilə müşayət olunub və rəhbərliyin son dəfə dəyişdirlməsi də bu cəhətdən istisna təşkil etməmişdir.
Belə ki, aprel ayından başlayaraq indiyədək ARDNŞ-nin icra aparatında, Azneft İB-də, «Azərneftyağ» zavodunda,Bakı Dərin Özüllər zavodunda və şirkətin digər strukturlarında işçilərin qeyri-qanuni olaraq işdən azad edilməsi prosesi davam edir. Yeni təyin olunmuş rəhbərlər işçilərin sayının və ştatların ixtisarı adı altında,