243 milyonluq modul stansiya, 129 milyonluq körpü və daha nələr...
Azərbaycanın dövlət büdcəsi artdıqca onun tərkibində "Dövlət əsaslı investisiya qoyuluşu" bölməsinə ayrılan vəsaitin həcmi də artır. Əgər ötən il dövlət büdcəsi 6.3 milyard manat, "investisiya qoyuluşu" xərcləri isə 1.9 milyard manat idisə, bu il 8.5 milyard manatlıq büdcənin 2.8 milyard manatı həmin bölmənin payına düşür. Bəs bu il büdcənin 33 faizini təşkil edən "investisiya xərcləri" hansı layihələr üçün nəzərdə tutulub?
Gəlin, əvvəlcə "investisiya xərcləri"nin dövlət strukturları arasında necə bölüşdürüldüyünə nəzər salaq. "Əsaslı investisiya qoyuluşu" üzrə büdcə vəsaiti Nazirlər Kabinetinin sərəncamı ilə bölüşdürülür. Bu ilki bölgüyə dair sərəncama əsasən ən böyük pay Nəqliyyat Nazirliyinə düşür - 542 milyon manat. Nazirlik bu vəsait hesabına Bakıda və ölkənin müxtəlif inzibati ərazi vahidlərində 49 layihə həyata keçirməlidir. Bu layihələrin hər biri üçün isə kifayət qədər iri məbləğlər nəzərdə tutulub. Onlardan təkcə üçünü qeyd etməklə mənzərəni canlandırmağa çalışaq:
- "Əzizbəyov" metrostansiyası dairəsində körpünün tikintisinə 77.6 milyon manat;
- "Ramstor" mağazası yaxınlığındakı körpünün tikintisinə 51.3 milyon manat;
- "Əzizbəyov" metrostansiyası dairəsindən aeroporta gedən 14 km.-lik avtomobil yolunun tikintisinə 100 milyon manat xərclənməlidir.
"İnvestisiya xərcləri"nin iri payçıları
"İnvestisiya xərcləri"ndə iri payı olan sonrakı dövlət strukturları isə bunlardır:
* "Azərenerji" SC - 283.1 milyon manat;
* Təhsil Nazirliyi - 196 milyon manat;
* Prezident Aparatının İşlər İdarəsi - 127 milyon manat;
* Mədəniyyət və Turizm Nazirliyi - 111.150 milyon manat;
* "Azərsu" SC - 110 milyon manat;
* Gənclər və İdman Nazirliyi - 104 milyon manat;
* İqtisadi İnkişaf Nazirliyi - 98 milyon manat;
* Səhiyyə Nazirliyi - 94.5 milyon manat;
* Bakı Metropoliteni İdarəsi - 80.5 milyon manat;
* Meliorasiya və Su Təsərrüfatı SC - 80 milyon manat;
* Dövlət Əmlak Komitəsi - 77.729 milyon manat;
* "Bakıelektrikşəbəkə" SC - 70 milyon manat;
* Fövqəladə Hallar Nazirliyi - 58.7 milyon manat;
* Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 45 milyon manat;
* "Azəriqaz" SC - 44.5 milyon manat;
* Ədliyyə Nazirliyi - 40 milyon manat;
* Milli Təhlükəsizlik Nazirliyi - 40 milyon manat;
* Bakı Şəhər İcra Hakimiyyəti - 40 milyon manat;
* Onkoloji Elmi Mərkəz - 29.5 milyon manat;
* Azərbaycan prezidenti yanında Tibb Xidməti - 28.4 milyon manat;
* "Azal" Dövlət Konserni - 28.2 milyon manat;
* Dövlət Xəzər Gəmiçiliyi - 27.7 milyon manat;
* Xüsusi Dövlət Mühafizə Xidməti - 25.916 milyon manat;
* Xarici İşlər Nazirliyi - 22.73 milyon manat;
* Müdafiə Nazirliyi - 22 milyon manat;
* Dövlət Sərhəd Xidməti - 21.75 milyon manat;
* Ali Məhkəmə - 20 milyon manat;
* Müdafiə Sənayesi Nazirliyi - 20 milyon manat və s...
20 milyon manatdan aşağı vəsait alası dövlət strukturlarını qeyd etməyə lüzum görmədik, çünki əks halda çox böyük siyahı alınar.
***
Bəs, bu dövlət strukturları onlara ayrılmış vəsaitləri hansı işlərə xərcləməlidirlər? Hazirlər Kabinetinin təsdiqlədiyi bölgü üzrə sualın cavabını tapmağa çalışaq.
"Azərenerji" aldığı vəsaitlə Səngəçal və Naxçıvanda modul tipli elektrik stansiyalarını, "Şəmkir" yarımstansiyasını, eləcə də Bakıda bir yarımstansiyanın ləğv edib və bir yenisini tikməlidir. Bunların içərisində ən çox vəsait Səngəçaldakı modul tipli elektrik stansiyasının (300 MVt gücündə) tikintisinə ayrılıb - 242.8 milyon manat.
Təhsil Nazirliyi aldığı 196 milyon manatla respublikanın demək olar ki, bütün ərazisində orta məktəb,