NHMT - Neft gəlirləri NHMT -

SOCAR-da yeni idarəetmə dövrü: mövcud hesabatlar və statistik göstəricilər əsasında yeni və köhnə idarəçiliyin müqayisəli analiz

SOCAR-da yeni idarəetmə dövrü: mövcud hesabatlar və statistik göstəricilər əsasında yeni və köhnə idarəçiliyin müqayisəli analizi

Giriş

 

Ölkə iqtisadiyyatına verdiyi töhfəyə, sahib olduğu aktivlərin həcminə və maliyyə potensialına görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqayisə edilə biləcək hansısa müəssisə yoxdur. Yəni, SOCAR sistemyaradıcı əhəmiyyətə malik iqtisadi struktur. Həm bu amilə, həm də şirkətin tamamilə dövlətə aid olmasına görə SOCAR-ın digər biznes struktrulardan fərqli olaraq daha şəffaf və hesabatlı olması zəruridir. Məsələn, Azərbaycanda ictimai müzakirələrdə Dövlət Neft Fondunun öz fəaliyyətində Norveçin Qlobal Pensiya Fondunu nümunə kimi götürməsi təklif edilir. Amma oxşar təklif  SOCAR üçün daha vacibdir. Norveçin “Equinor” neft-qaz hasilatı şirkəti də dövlət müssisəsidir və ən yüksək səviyyədə hesabatlılıq nümayiş etidirir və təqdim olunan analizdə həmin şirkətin hesabatlılıq təcrübəsi ilə bağlı nümunələr veriləcək.

Son 6 ildə (2020-ci ildən başlayaraq) SOCAR-da idarəetmənin təkmilləşdirilməsi adı ilə bir sıra addımlar atılıb. Əvvəlcə şirkətin idarəçiliyində söz sahibliyi 2020-ci ilin avqustunda yaradılan İnvestisiya Holdinqə[1] keçdi. Holdinqin əsas vəzifəsi belə müəyyən edilib: SOCAR-la bərabər 10-dan artıq dövlət müəssisəsinin vahid prinsiplər əsasında idarə olunmasını, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsini, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasını təmin etmək. İnvestisiya Holdinqin Nizamnaməsindən[2] də aydın olur ki, bu qurum dövlətin SOCAR-a ayırdığı investisiyaların səmərəli istifadəsi üzərində nəzarəti həyata keçirmək səlahiyyətinə malikdir.

Bunun ardınca (2021-ci ilin yanvarında) SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək üçün şirkətin Müşahidə Şurası yaradıldı[3]. Bu addım beynəlxalq təcrübəyə istinad edilərək atılsa da, yaxşı təcrübələrdən fərqli olaraq onun Müşahidə Şurası tamamilə yüksək vəzifəli hökumət məmurlardan təşkil edilir. Şurada hətta bir nəfər də olsa müstəqil, hökumətdənkənar şəxs yoxdur və faktiki olaraq bütün üzvlər siyasi vəzifə tutan təmsilçilərdir. Halbuki beynəlxalq təcrübədə korporativ idarəçilər peşəkar və kənar şəxslərdən ibarət olur.

Azərbaycanda İqlim Dəyişikliyi və Yaşıl enerjiyə keçid

Azərbaycanda İqlim Dəyişikliyi və Yaşıl enerjiyə keçid

2020-ci ildən Azərbaycanda neft və qaz hasilatları məlumatları

 

Elektrik enerjisi istehsalında yaşıl enerjinin payı

 

Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var?

Təbii resurs hasilatının bölgələr üçün hansı sosial-iqtisadi üstünlükləri var?

Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Qurudakı neft yataqlarında nə baş verir: Əməliyyat şirkətlərində mübhəm qapalılıq

Açıqlanan məlumatlar açıqlanasının 10 faizi qədər deyilsə...

 

Azərbaycan neft sənayesinin əsası quruda qoyulub. Abşeron yarımadasında elə yataqlar var ki, 150 ildən çoxdur istismar olunur. Neft hasilatı qurudan başlasa da, ölkə müstəqillik əldə etdikdən sonra neft sənayesinin əsasən dənizdə yerləşən yataqlar üzərində qurulduğu təsəvvürü yaranır. Daha doğrusu, sanki Azərbaycanda neft-qaz yalnız iki yataqdan – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” dən hasil olunur: ölkənin neft-qaz hasilatı, bu sektorda görülən işlər deyə axtarış verdikdə yalnız bu iki yatağa aid nəsə tapmaq mümkündür…

 

NEFTDƏN GƏLƏN GƏLİRLƏRİN İNSAN KAPİTALININ İNKİŞAFINDAKI YERİ

NEFTDƏN GƏLƏN GƏLİRLƏRİN İNSAN KAPİTALININ İNKİŞAFINDAKI YERİ: Xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün icra olunan dövlət proqramlarının effektivliyi və şəffaflığı

 

Mündəricat:

 

1.Giriş: İnsan kapitalının dövlətin və fərdlərin inkişafındakı rolu

2. Neft kapitalının insan kapitalına çevrilməsində dövlət təşəbbüsü