NEFTÇİLƏRİN HÜQUQLARINI MÜDAFİƏ TƏŞKİLATI İCTİMAİ BİRLİYİ
Veb-sayt: www.nhmt-az.org E-mail: mirvari.gahramanli@gmail.com
Bəyanat
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB ölkənin hasilat sənayesində insan hüquqlarını qoruyan hüquq-müdafiə təşkilatıdır (www.nhmt-az.org). Bununla əlaqədar zaman zaman monitorinqlər, qiymətləndirmələr, hesabatlar hazırlayıb cəmiyyətə təqdim edirik. Təbii ki, təşkilatın bu yönümdə fəaliyyəti bəzi şəxs(şəxsləri) müəyyən qurumları narahat edir, müəyyən üsullarla təşkilata təzyiq etməyə çalışırlar. Bu yazılar, hesabatlar, araşdırmalara görə təşkilatın rəhbəri Mirvari Qəhramanlı zamanında, təzyiqlərlə də üzləşib. Təbii ki, belə hallar olub və olacaq da. Ancaq son vaxtlar təşkilat rəhbərinin müxtəlif mətbu orqanlarında ölkənin neft sektorunda baş verən qəzalar, ölüm hadisələri, neft sektorunda ölkənin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar verdiyi şərhlər, açıqlamalar, sosial şəbəkələrdə gedən yazışmalardan sonra ona qarşı şantaj başlayıb. Şantaj sosial şəbəkədə müxtəlif şəxslər(trollar) vasitəsilə olunur. Əvvəl yazıların saxlanılması, SOCAR nailiyyətləri haqda yazılması təklif olundu, Təklifə reaksiya olunmadığı üçün prezidentə şikayət olunacağı ilə bağlı mesajlar göndərildi. Ötən ilin sonundan başlayaraq təşkilat rəhbərininin FB səhifəsində onu “kasıb camaatı, insanları qızışdırdığı”, üçün ondan ölkə başçısına şikayət göndərildiyi haqda növbəti mesaj göndərildi. Təşkilat yuxarıda qeyd olunanlardan narahatlığını bildirir, bunun kimlərsə(qurumlar) tərəfindən göndərilən növbəti ciddi mesaj olduğunu düşünür.
4 yanvar 2017-ci il
İctimaiyyətlə əlaqələr