SOCAR strukturuna daxil olan Azəriqaz İB-nin (qazpaylayıcı) əhalinin (istehlakçı) qazla təminatında olan problemlərin araşdırılması
Giriş
İki ildən artıqdır ki, Azərbaycanda əhalinin qazla təminatında çox ciddi problemlər müşahidə olunur. Azəriqaz tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan respublikasının qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən Azəriqaz tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri qanuni düzəliş (SOCAR tövsiyyələrinin 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda, bu 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb.
İki ildir ki,əhalinin qazla təminatında ciddi problemlər müşahidə olunur. Qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) Qaz abonentlərə (xüsusən də ki, qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Rəsmi mənbələrin hesabatlarında Qaz təchizatında böyük miqdarda qaz itgisinin olduğu qeyd olunur. Avropanı, Gürcüstanı qazla təminatını öhdəsinə götürən Azərbaycanın, ölkə daxilində bu sahədə ciddi problemləri vardır.
1. Azərbaycan Avropanı qazla təmin edəcək:
Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.
- Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə
- Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək
Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Ola bilsin ki, bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir.
Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.
İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.
2. Azərbaycan Gürcüstanı qazla təmin edəcək
Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 milyard kub metr həcmində proqnoz olunur.
Məlumata görə, təbii qaza olan ehtiyacın 99,65 faizini Azərbaycan təmin edəcək.
Qonşu ölkə təbii qaz həcminin 1,866 milyard kub metrini "SOCAR" şirkətindən, 813 milyon kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək. Yerdə qalan 0,35 faizi isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.
Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb (stimulxeber.az/iqtisadiyyat/12646-azerbaycan-gurcustanin-qaz-ehtiyacinin-9965-faizini-qarshilayacaq.html)
3. Azərbaycanda əhalinin qazla təminatı
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2 milyondan çox istehlakçını təbii qazla təmin edir.
Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir.
Öhdəlik: İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək!
4. Qaz itgisi
2016-cı ildə audit şirkəti “Ernst & Young” və ölkənin Hesablama Palatası Azəriqazda yoxlama apararkən Birlik fəaliyyətində bir çox qüsurlarla yanaşı, istekçıların qazla təminatı zamanı böyük qaz itgilərinin də olduğunu qeyd etmiş və itgilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verililmişdi.
2009-2016-cı illər üzrə ölkədə mövcud olan qaz itgisi (mln.kub.m).
www.stat.gov.az/source/balance_fuel/
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
2016 |
1 187,6 |
1 117,0 |
892,5 |
890,0 |
891,0 |
942,0 |
1087,0 |
804,8 |
Lakin qaz itgisinin qarşısı indiyədək alınmayıb. “Azəriqaz” İB ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs İ.Kərbaliyev qaz itgisinin:
- Ölkədə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş sovetlər İttifaqın standartları əsasında qurulmuş şəbəkədə, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlərdə və qaz itsifadəçilərində də görür.
QEYD: Bu avadanlıqların hələ də bu vaxtadək mövcudluğu və onlara xərclənmiş vəsaitlərin hara yönəldiyi isə sual altındadır.
NHMT İB eksperti isə qaz itkilərinin əsas səbəblərini belə əsaslandırır:
- Qaz uçotunun işinin düzgün qurulmaması;
- Böyük iri muəssisələrə qeydiyyatsız qazın ötürülməsi;
- Sayğacların xarab olması. Əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də, qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir.
- Cari təmir işlərinin ümumiyyətlə aparılmaması;
- Qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmamaqda
- Qaz kəmərlərinin torpağın aktivliyinin və azmış cərəyanların təsirindən güclü korroziyaya uğramasında;
-Təbii qaz mexaniki qarisiqlardan təmizlənmədən qurudulmadan sistemə daxil olduqda
- Qaz kəmərlərinin qaynaq birləşmələri çat olduqda və bağlayıcı avadanlıqların kipliyi pozulduqda və sair.
QEYD: Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, yuxarıda sadalanan infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və parniklərin də qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə “Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi.
5. Azəriqaz bu itgiləri əhalinin hesabına bağlayır:
5.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarından sui istifadə
- Təbii qazın ölkədaxili tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən illik qaz sərfi üzrə limit 1700 kub.m təsdiq olunub. Bu limit daxilində abonent bir kub m.qaz sərfi üçün 10 qəpik, limitdən artıq sərf olunan hər kub.m qaz sərfi üçün isə 20 qəpik ödəniş etməlidir. Hər ilin sonunda (25 dekabr-28dekabr) abonentlərin sayğaclarının (smart tipli sayğaclara aid deyil) üzərindəki göstəricilər qanuna uyğun qaydada oxunub bütün abonentlərə bildirişlər paylanılmalı, sıfırlama olunmalı,[1]yeni ildən istehlakçı illik limit üzrə (1700kub.m) qazdan istifadə etməlidir. Lakin 2017-ci ilin yekunu üzrə abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfi yanvar ayınının əvvəllərində qeyd edilmişdir. Belə ki,
- Qaz sərfi ölçən aparatın beynində dəyişikliklər olunmuş, yanvar ayının ilk ongünlüyündə verilən bildirişlərin üstündə dekabr ayı yazıldı. Yəni abonentin yanvar ayının birindən onunadək etdiyi qaz sərfi dekabr ayına yazıldı. 2018-ci il yanvarın 2-dən 12-dək müddətdə sosial şəbəkədə abonentlər tərəfindən yayılan bildirişlər də bunu təsdiq etdi.
- Ölkədə 2 970 000-qaz abonenti var, Bunun 95 % əhalidir. 1 milyona yaxın abonent isə mexaniki sayğacdan istifadə edir. Aldadılan abonentlər məhz mexaniki sayğacdan istifadə edənlərdir. Elektron sayğaclarda ödəniş kartla olduğundan bu saxtakarlıq siyasətləri həmin sayğaclarda tədbiq olunmadı.
- Bu proses əksər rayonları əhatə etdi və aldadılan əhalinin əksəri də 2017-ci il üçün ayrılan limiti keçdiyindən, onların yanvar ayında istifadə etdiyi qaz sərfi dekabr ayına əlavə edildiyi üçün həmin insanlar yanvar ayında istifadə etdikləri qaz pulunu da ikqat ödəməli oldular. Baxmayaraq ki, tarif şurasının qərarına görə artıq 2018-ci ilin yanvar ayından abonentlər yeni limitlə qaz pulu ödəməli idilər. Yəni bir kub m.qaz üçün 10 qəpikdən.
https://www.bizimyol.info/az/news/43737.html
http://www.mia.az/w271908/.../
http://www.mia.az/w271885/.../
https://www.gununsesi.info/az%C9%99riqaz-v%C9%99t%C9%99ndaslarin-cibin%C9%99-girir/
az.baku.ws/hot_news/37197-dqqt-azriqaz-sizi-aldadb-pulunuzu-almasn-dey-bu-xbri-oxuyun-fotofakt.html
- Azəriqaz sözçüsü İ.Kərbalayev qeyd edir ki, mexaniki qaz sayğacları ilə təmin olunan abonentlərin 20 faizi ayrılmış limiti keçib. Bəzi ekspertlər isə bunun 40% olduğunu qeyd edir. Hətta limiti keçmiş əhalinin sayı Kərbaliyev dediyi kimi 20% olsa belə, əhalidən qeyri qanuni yolla alınan pul böyük məbləğ hesab etmək olar.
QEYD: Bununla əlaqədar Sosial şəbəkələrdə SOCAR prezidenti Rövnəq Abdullayevə yönəldilən suallar isə cavabsız qaldı:
- Yanvarın 11-dək (10 gün) qaz sayğaclarında apardığınız qeydiyyat zamanı, yanvar ayında əhalinin sərf etdiyi qaz, niyə dekabr ayının sərfinə yazılır?
- Niyə yanvar ayının 10 günü üçün 1 kub m. qaz üçün 10 qəpik ödəməli olan əhali (limiti keçmiş və yanvar ayının da sərfi əlavə ediləndə limiti keçə bilən) 20 qəpik ödəməlidir?
- Niyə yanvar ayında vurduğunuz çeklərin üzərində dekabr ayı yazılıb?
5.2. Qış aylarında qrafik üzrə hər gün bir rayonda qaz təchizatı saxlanılıb yenidən qaz istifadəyə verilərkən, boruya vurulan hava nəticəsində 15-20 dəqiqə ərzində sayğac sürətlə fırlanır və abonent həmin sərfi də ödəməli olur. Qazla təminatın saxlanılmasını isə Azəriqaz tərəfindən eyni cavab verilir:“ 325 mm qaz xəttində təmir gedir. Ancaq təmirin hansı sahədə aparıldığı sualına cavab verilmir.
https://www.gununsesi.info/qis-gəldi-azəriqazli-dovran-gəldi
5.3. İstehlakçıya əsassız, qeyri qanuni cərimələr tədbiq olunur
5.3.1. “Sayğac plombunun qırılması” adı altında əhaliyə qeyri qanunu cərimələr
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 80 saylı qərarı yerinə yetirilmir.
Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
QEYD: Lakin sayğaclar quraşdırılarkən üzərində olan plomların yalnız biri müvafiq örtüklə örtülür. İkinci plomb (yivli birləşməyə vurulmuş plomb) isə açıqda qalıb.
Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
QEYD: Təbii şəraitə görə sınmış, çatlamış sayğaclara görə abonentə cərimə tətbiq olunur (http://zerkalo.az/zhizn-bez-gaza/)
Azəriqaz tərəfindən “sayğac plombunun qırılması“ adı altında əhaliyə qeyri qanunu cərimələr tədbiq olunur. Bu proses mart 2018-ci ildən hal hazıradək davam edir. Belə ki, Azəriqaz tərəfindən yalnız mart 2018-ci il tarixində Bakı və Abşeron rayonu üzrə 5400 abonentə “plombun qırılması” ilə əlaqədar cərimə yazılıb (siyahi əlavə olunur). Aktların hamısında tərtib olunma tarixi 30.03.2018-dir. Cərimənin ümumi miqdarı 26 milyon kub m.qazdır. Hər abonentə yazılan cərimənin miqdarı isə 500-350 man. civarındadır. Bu tip cərimələr ölkənin bütün rayonlarında (İtron tipli sayğaclarda) davam edir. Cərimə tətbiq olunan abonentlərin Bakı və onun rayonları üzrə sayı:
Abşeron r-n (2135 abonent), Binəqədi r-n (758 abonent), Sabunçu r-n (918 abonent), Xəzər r-n (591 abonent), Nəsimi r-n (130 abonent), Yasamal r-n (140 abonent), Nərimanov r-n (98 abonent), Sabail r-n (338 abonent), Xətai r-n (200 abonent), Suraxanı r-n (143 abonent), Nizami r-n (285 abonent), Qaradağ r-n (150 abonent)
“Plom qırılmasına” görə cərimə tədbiqi isə planlaşdırma əsasında gedir. (cədvəl1, cədvəl aprel ayına aiddir) Cədvəldən göründüyü kimi Bakı və Abşeron üzrə mart ayı üzrə cərimə tətbiq olunmuş abonentlərin sayı 5400-dür, plan isə 14600-dür. Deməli aprelin sonunadək 9200 abonentə də cərimə tətbiq olunmalıdır.
Cədvəl 1
Cərimə planının yerinə yetirilməsi üçün plombların Azəriqaz işçiləri tərəfindən qırılması ehtimalı da mövcuddur.
mediaxeberleri.az/index.php?newsid=21891
Ekspert araşdırmaları zamanı,müxtəlif mənbələrdən daxil olan məlumatlarda qeyd olunur ki 2018-ci ilin mart-aprel ayında:
- Plastik plombların (sayğacın yivli birləşməsinə vurulmuş plomb) qırılması ilə bağlı 8 Regional Qaz İstismar İdarəsinə hər abonentə 4000 m.3 qaz həcmində, 800 manat dəyərində olmaqla 12500 abonentə cərimə yazılıb. Həmin abonentlər son 4 ayda plombları təzələnmiş abonentlərdir.
- Lənkaran RQİ-nin rəisi Hüseyn Şirinov Regionun 7 Xidmət sahəsinə, Plombu korroziya ugramiş ve KORROZİYA nəticəsində qırilmıs 3700 abonentə cərimə tətbiqi edilməsi üçün göstəriş verib. Lənkəran regionuna Masallı, Lerik ,Astara Cəlilabad Biləsuvar Yardimlı ve lənkəran rayonları daxildir
- Lerik rayon xidmət sahəsində hər bir sayğaca 1200 man. olmaqla 8 sınıq sayğaca cərimə yazılıb.( cərimə tətbiq olunarkən Azəriqaz” “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil,180 gün (ikiqat) hesablanıb), 8 sınıq sayğac abonentini də cərimə gözləyir. Sayğaclara görə abonentlərin cərimələnməsi isə rayonda bu ay gözlənilən 50000 m,3 qaz itgisi ilə əlaqədardır
QEYD; Abonentlərə yazılan cərimələr AGİS(Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) proqramında yerləşdirilir və 30 gün müddətində GAZREPORT smart proqramına atılır.Bu halda abonent öz borcunu görə bilmir və hər ödədiyi məbləğin http://virtualaz.org/olke/11743950%-i cəriməyə ödəniş kimi düşür,abonentin isə bundan xəbəri olmur.
http://www.mia.az/w277155/.../
Məhkəmə çəkişmələri
Azəriqaz işçiləri tərəfindən qeyri qanuni cərimə tədbiqinə qarşı yalnız Ağstafa rayonun Kəsəmənli kəndindən 14 abonent,Salyan rayonundan 2 abonent məhkəməyə müraciət etmişdir.Bunlardan 3 iddia ərizəsi təmin olunmuşdur.Məhkəmə prosesləri cərimə tədbiqinin qeyri qanuni olduğunu sübut etdi. Cərimə tədbiq olunmuş bir neçə abonent Azəriqazın Satış Departamentindən sənəd tələb etdikdən sonra cərimələr silinmişdir.
http://mediaxeberleri.az/index.php?newsid=21081
Məs:Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən Qocayev Məhəmməd Əli oğlu.onun adına yazılmış 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərinin silinməsi ilə əlaqədar Xətai rayon Məhkəməsinə müraciət etmişdi. Xətai rayon məhkəməsinin hakimi İlahə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə Qoçayev Məhəmmədin iddiası təmin olundu.
Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərinin silinməsi ilə əlaqədar Qurbanov Məcid Avdıl oğlunun ailəsinin iddiası təmin olundu
http://oxu24.com/huquq/1499-azriqaz-bu-df-d-vtndaa-uduzdu-mhkm-qrari.html
5.3.2. Sayğaclar dəyişdirilərkən əhalinin “borcu”oladuğu haqda əsassız cərimələr tədbiq olunur
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında.80 saylı qərarı:
Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir
Maddə 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
-Ekspertlərin apardığı müşahidə və müsahibələr isə istehsalçının Nazirlər Kabinetinin qərarındakı bu maddələrə də əməl etmədiyini təsdiq edir.Məs:
-Lerik rayonunda qazlaşma 2006 ci ildən baslayib, sayğaclarin əksəriyyəti 2010-2011-ci ildən quraşdırilib və istismar müddəti 3 ildən artiqdir ki bitib . İstismar müddəti bitmiş sayğacların sınma və çatlaması müşahidə olunur .Sayğacların sınmasında rayonun soyuq iqlimi də əsas rol oynayır.Əhaliyə cərimə tədbiq olunur.
-Qaz sayğacları vaxtaşırı yoxlanılmır, dəyişdirilmə müddəti nəzərə alınmır, sayğaclar dəyişdirilərkən, abonentə cərimə tədbiq olunur, yaxud əlavə qaz sərfi üçün ödəniş yazılır. Borcun, yaxud cərimənin hansı əsasla tədbiqi edildiyi haqda abonentə heç bir sənəd təqdim olunmur.
-Güclü külək nəticəsində sınmış ağac bayırda quraşdırılmış qaz sayğacının üstünə aşıb və sayğac sınıb. Azəriqaz Bakının Binəqədi rayonunda yaşayan abonent Yaqut Feyzullayevanın ailəsinə verilən qaz 26 iyun 2017-ci ildən dayandırıb. Abonentdən sayğacın pulu tələb olunur.
http://zerkalo.az/zhizn-bez-gaza/
6. İstehlakçıya cərimə tədbiq olunanda qazpaylayıcı aşağıdakı şərtlərə əməl etməlidir:
- İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara Azəriqaz İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir
- Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.
- Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa o halda, sərfiyyat əsas götürülərək,həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri SOCAR,Neftqazelmitədqiqat”İnstitutu tərəfindən hazırlanmış və 16 dekabr 2017-ci ildə Socar vitse prezident R.Qurbanov tərəfindən təsdiq olunmuş “əsas götürülərək 90 günədək hesablanmalıdır.
6.1. Cərimə tədbiq olunarkən aşağıdakı pozuntuya yol verilib:
- Sayğaclar Dövlət yoxlamasından keçirilməyib
- Sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması ilə bağlı cərimə tədbiq olunmamalıdır. Cərimələr isə Azəriqaz tərəfindən yivli birləşmələrə vurulmuş plombların qırılması ilə əlaqədardır.
- Plombların qırılması ilə əlaqədar tərtib olunmuş aktlar kompüterdə doldurulub (əllə doldurulmalıdır)
- Həmin aktlar abonentə təqdim olunmayıb,əksər aktlara abonent əvəzindən qol çəkilib.
- Azəriqaz “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq istehlakçıya cərimə tədbiq edərkən itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil,180 gün(ikiqat) üçün hesablanıb
Nəticə
1. Azəriqaz İB qaz itgisini əhalinin hesabına silməyə cəhd edir
[1] ötən ilə verilən limitin sona çatması nəzərdə tutulur,