
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) Azərbayjanın neft sektorunda insan hüquqlarını müdafiyə edir, Ölkədə həyata keçirilən neft layihələrinə içtimai nəzarət edir, monitorinqlər həyata keçirir. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Azərbayçan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) insan hüquqları və qanunların ijrasına nəzarət;
2. Xariji neft kompaniyalarında, Əməliyyat Şirkətlərində (ƏŞ) və Müştərək Müəssisələrdə (MM) insan hüquqları və Azərbayjan qanunlarının ijrasına nəzarət;
3. Bakı-Tbilisi-Jeyhan (BTJ) əsas ixraj boru kəməri layihəsinin həyata keçirilməsi prosesinə ijtimai nəzarət;
4. Azərbayjan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə içtimayi nəzarət və s.
ARDNŞ-da 60.000 işçisi çalışır. İllik neft hasilatı 8,9 mln. tondur. Orta aylıq əmək haqqı 110$ təşkil edir.
Ekologiya: ARDNŞ ətraf mühiti çirkləndirir, Neft Daşları və Çilov Adasında qazıma zamanı alınan şlamlar dənizə atılır. Neft və Qaz Çıxarma İdarələrinin neftin sudan ayrılma sexləri ətraf mühitə böyük ziyan verir. Süni yaradılmış neft gölməçələri (lay suları) radioaktiv mühitin yaranmasına səbəb olur.
Təhlükəsizlik texnikası: Təhlükəsizlik texnikası qaydalarına əməl olunmaması nətijəsində bu il dəniz platformalarında 2 nəfər həlak olub (181-çi və 77-çi özüllər). Həlak olanlardan Kitayev Anatolinin jəsədi hələ də tapılmayıb. Agır iş şəraitilə əlaqədar çoxlu sayda vərəmli xəstə var. Peşə xəstəliyinə tutulanların sayı artır. Bunlara səbəb xüsusi iş qeyimlərin iş şəraitinə uygun gəlməməsi, işçilərin istifadə etdiyi içməli suyun çirkli olması (sular natəmiz çənlərdə saxlanılır, tibbi nəzarətdən keçmir), hava nəqliyyatındə tərəvəz və ət məhsullarının gigiyenik normalara uyğun olmayan bir şəraitdə aparılması.
İnsan hüquqları: ARDNŞ-dən həbs olunan 13 siyasi məhbus var. Bu ilin 6 ayı ərzində 2 nəfər siyəsi motivlərlə işdən azad olunub. Struktur islahatlarının həyata keçirilməsi nətiçəsində 1500 nəfər işsiz qalıb. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması nətijəsində işsiz qalmış neftçilərin heç birinin iddiası təmin olunmayıb. İşçilərlə əmək muqaviləsi bağlanarkən Azərbayçan Respublikası Əmək Məjəlləsinin 45 və 47-çi maddələri kobudjasına pozulur. İşçilər iqtidar partiüasına – Yeni Azərbayjan Partiyasına (YAP) üzv olmağa məçbur edilir. YAP-a üzv olmaqdan imtina edən işçilər bir çox hallarda ya işlərini itirir, ya da müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalırlar. İşə qəbul olunan hər bir işçi mexaniki olaraq həmkarlar təşkilatının üzvü sayılır və onun əmək haqqından qeyri-qanuni olaraq üzvülük haqqı tutulur. Həmkarlar təşkilatı «Sarı»,