Böyük Britaniya şirkəti AMEC Foster Wheelers fəaliyyətini dayandırdı, lakin ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama vermədi!
Azərbaycanda reallaşan neft layihələrində BP tərəfdaşı kimi iştirak edən Böyük Britaniya şirkəti AMEC Foster Wheelers fəaliyyətini dayandırdı. Artıq bu adda şirkət yoxdur. Ancaq bu şirkət, ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama vermədi! Düşünürəm ki, Azərbaycanla bağlı yazılara geniş yer ayıran Böyük Britaniya mətbuatının öz şirkətlərinin də fəaliyyətləri ilə bağlı araşdırma aparmasına ciddi ehtiyac duyulur.
Təşkilatımızın ekspertləri tərəfindən mütamadi olaraq ölkəmizdə reallaşdırılan neft layihələrində iştirak edən şirkətlərin ölkə qanunvericiliyinə nə dərəcədə əməl etdiyinin monitorinq və qiymətləndirilməsi aparılır və ictimaiyyətə bu barədə vaxtaşırı məlumatlar verilir. (nhmt-az.org)
Ötən il, təşkilat eksperləri Azərbaycan Respublikasının ərazisində reallaşdırılan neft layihələrində iştirak edən AMEC Foster Wheelers şirkətinin də ölkə qanunvericiliyinə nə dərəcədə əməl etdiyinin mümkün monitorinqini apardı və nəticəni ictimaiyyətə açıqladıq (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=118,,http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=116). Məlum oldu ki, şirkətin ölkə qanunvericiliyinin pozması nəticəsində ölkəyə vurduğu ziyan təxminən 345 milyon ABŞ dolları (aydınlaşdıra bildiyimiz) civarındadır. (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=116)
Monitorinq nəticəsində həm də məlum oldu ki, AMEC Foster Wheelers Şirkəti fəaliyyət göstərdiyi digər ölkələrdə tədbiq etdiyi qeyri-şəffaf, korrupsiya xarakterli çoxsaylı sxemlərindən ölkəmizdə də istifadə etmişdir (http://nhmt-az.org/frontend/pages/actual-inner.php?id=117).
AMEC-in fəaliyyət göstərdiyi ölkələrdəki çoxsaylı fırıldağları, korrupsiya əməlləri, saxtakarlıq və şirkətin dünyada nüfuzunun itirməsi onları bankrot etdi və sonda aktivlərinin məcburi satışı ilə nəticələndi.
9 oktyabr 2017-ci ildə isə AMEC Foster Wheelers fəaliyyətini dayandırdı. Şirkətin bütün aktivlərini isə daha güclü rəqib - WOOD GROUP şirkəti 2,2 milyard funt dəyərində aldı. 9 oktyabr 2017-ci ildən etibarən AMEC səhmləri birja satışından silindi, idarə heyəti istefa etdi, işçi heyət buraxıldı. Hazırda müqavilə öhdəliklərinin sənədləşdirilməsi və təhvil verilməsi prosesi gedir.
Müflis olmuş, saxtakarlıq və fırıldaqçılıq çirkabına batmış əfsanəvi şirkət AMEC nə cür vəziyyətdədir?
AMEC Foster Wheelers İdarə heyəti 2016-cı ilin yanvar ayında nağd maliyyə vəsaitlərin çatışmazlıqlar səbəbindən baş icraçı direktoru Samir Jakob Brikoya etibar etmədiyini bildirdi və cənab Samir Jakob Briko 2017-ci il fevral ayının sonunda ödəniş müddəti bitmiş lakin hələ də ödənilməmiş, şirkəti 1 milyard funt sterlinq borc öhdəlikləri ilə tərk edərək, vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Borc öhdəlikləri isə şirkətin İsveç rəqibi Foster Wheeler'in, 2014-ci ilin Aprel ayında 1,9 milyard sterlinq dəyərində borc alması nəticəsində meydana gəldi.
Nəticədə, neft bazarının dağılması və müvafiq olaraq AMEC neft və qaz müştəriləri tərəfindən xərclərin azalması şirkətin səhmlərinin 2015-ci ildə 49% azalmasına gətirib çıxardı. 2015-ci ilin noyabr ayında AMEC Foster Wheelers səhmdarlarına dividentlərin ödənilməsini iki dəfə azaltdı. Şirkətin maliyyə göstəriciləri tədricən aşağı düşməyə başladı.
Beləliklə, illik dövriyyəsi 5,4 milyard funt sterlinq olan AMEC Foster Wheelers şirkəti, 2015-ci ildə 235 milyon funt sterlinq itkisinə məruz qaldı və 2016-cı ili isə 542 milyon funt sterlinq itkisi ilə bitirdi.
2017-ci ilin əvvəlində şirkət öz səhmdarlarına dividentlərin ödənilməsini dayandırdı, maliyyə vəziyyətini bərpa etmək məqsədilə Şimal dənizində, nüvə sənayesində, qazanxana biznesində və bərpa olunan enerji mənbələrində öz müqavilələrini qismən satmağa çalışdı. Ancaq bu cəhdlər də uğursuz oldu.
Və nəticədə, AMEC Foster Wheelers şirkəti bankları, səhmdarları, subpodratçıları və vergi orqanlarına olan borclarını ödəmək üçün şirkəti əsl dəyərinin yarı qiymətinə satmağa məcbur oldu.
Beləliklə, 2017-ci ilin mart ayında AMEC Foster Wheelersin uzunmüddətli rəqibi, WOOD GROUP tərəfindən alındığı elan edildi.
Mövcud çətin vəziyyətdən çıxma, şirkətin tam şəkildə məhv olmasına baxmayaraq alındı. Amma bu karma vəziyyət hələ də Şirkəti izləyir.
May 2017-ci ilin sonunda AMEC Foster Wheelers, tarixin ən böyük korrupsiya qalmaqalına qatılmaqda günahlandırılır!
2016-cı ilin əvvəlində ABŞ-ın FBI, böyük beynəlxalq şirkətlərə Yaxın Şərq, Mərkəzi Asiya və Afrikanın inkişaf etməkdə olan bölgələrində müqavilələr qazandığına və pulların yuyulmasına, çoxmilyonluq rüşvət ödənilməsinə kömək edən UNAOIL ilə əlaqədar araşdırma başlandı.
AMEC Foster Wheelers bu korrupsiya qalmaqalının mərkəzində idi və 2017-ci ilin birinci yarısında Federal Tədqiqat Bürosu və ABŞ Ədliyyə Nazirliyi AMEC Foster Wheelers Şirkətinin saxtakarlığı ilə əlaqədar cinayət istintaqını başlatdı.
2017-ci ilin May ayında “Serious Fraud Office” Təşkilatının İngilis Xidmətinin Müdiri AMEC Foster Wheelers əleyhinə cinayət işi açdı. Araşdırmaya şirkətin rəhbər və digər işçiləri, törəmə şirkətlərinin əməkdaşları, AMEC Foster Wheelers-in maliyyə ittihamları, pulların yuyulması və inkişaf etməkdə olan regionların neft-qaz sektorunda korrupsiyaya qarşı əməliyyatlarına cəlb olunmuş və şübhəli bilinən digər şəxslər daxil olmuşdur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, AMEC Foster Wheelers-in Bakı nümayəndəliklərinin hiylələrinə dair əvvəlki məqalələrimizin qəhrəmanı, şirkətin Bakı ofislərini idarə edən, cənab Richard Rippon-Svein bir neçə ildir şirkətin "İnkişaf edən Regionlarda Neft və Qaz Sektorunun Direktoru" vəzifəsində çalışıb...
Cənab Rippon-Svein, milyonlarla dollarlıq saxtakarlığı hiyləgərliklə idarə etməyi və günahsız insanları zərbə altında qoyduğuna baxmayaraq, bu müddətdə ədalətin AMEC'in cinayət planlarında əsas oyunçu olan Richard Rippon-Svein'i unutmayacağına ümid edirik
https://www.ft.com/content/7bb7ce2b-d3b7-3949-b305-ffed68b94558
https://www.insidermedia.com/insider/national/amec-reaches-agreements-in-principle-on-triple-sale
https://www.ft.com/content/d67341f6-6665-11e7-8526-7b38dcaef614
https://www.huffingtonpost.com/entry/unaoil-bribery-scandal-corruption_us_56fa2b06e4b014d3fe2408b9