NHMT - Əmək haqqının ödənilməsi qaydaları NHMT -

SUAL 43

Əmək haqqının ödənilməsi qaydaları

Üz qabığı

 

Bu nəşr Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən işçilərin hüquq və azadlıqlarının təmini və bərpası istiqamətində hazırladığı marifləndirici bukletdir. Buklet Azərbaycan Respublikasının Əmək qanunvericiliyi və digər normativ hüquqi aktlar əsasında hazırlanmışdır və Almaniyanın Bread for The World: Brot Für die Welt maliyyə dəstəyi ilə nəşr olunub.

 

Bukletin içərisində:

 

Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək müqaviləsində razılaşdırılmış əmək haqqı və əlavələr birtərəfli qaydada dəyişdirilə və ya azaldıla bilməz.

Ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

 

Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:

 

  • Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
  • Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
  • Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

 

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

 

Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

 

İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. 

 

Ağır və zərərli işə görə əlavə ödənişlər: Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi ödənilir:

 

əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyin:

 

aşağı səviyyəsində

- 1,04

orta səviyyəsində

- 1,08

yuxarı səviyyəsində

- 1,12

 

əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyin:

 

aşağı səviyyəsində

- 1,16

orta səviyyəsində

- 1,20

yuxarı səviyyəsində

- 1,24

 

Susuzluğa görə əlavə ödəniş: Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilsin.

 

Dəniz əmsalına görə əlavə ödəniş: Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin:

 

sahillə quru yol əlaqəsi olduqda

- 1,4

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər    


-1.5

0,5 km-dən 70 km-ə qədər

1,65

70- km-dən artıq

1,75

 

Hündürlük əmsalına görə əlavə ödəniş: Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində əlavə ödəniş edilir.

Gecə vaxtına görə əlavə ödəniş: gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.

Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

 

Dəniz nəqliyyatında işə görə əlavə ödəniş: dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli qərarı ilə işçilərə ödənilən əlavə mükafatlar.

 

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Mükafatların məbləği: işçilərlə bağlanmış Əmək müqavilələri, Kollektiv müqavilələr, müəssisədaxili və ya yuxarı təşkilatların daxili normativ sənədləri (əsasnamə, qaydalar və sair) ilə tənzimlənə bilər.

 

İşçilərə verilən mükafatlar: hər bir işə görə birdəfəlik, aylıq, rüblük, yarımillik və ya illik qaydada nəzərdə tutula bilər.

 

Peşəkarlığı və ya yerinə yetirdiyi hallar istisna olmaqla mükafatların verilməsində ayr-seçkiliyə yol verilə bilməz.

 

Müraciət etmək üçün əlaqələr:

Bukletin arxasında

 


1

Prezident

Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, “Prezident Sarayı”.

Faks: (0099412) 492 35 43, 492 06 25

E-mail: office@pa.gov.az

2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ünvan: Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85

Telefon: (+994 12) 596 50 33;

Faks: (+994 12) 596 50 34;

3

Dövlət Əmək Müfəttişliyi

Ünvan: Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85

Telefon: (+994 12) 596 50 33;

Faks: (+994 12) 596 50 34;

4

OMBUDSMAN

Ünvan: Üzeyir Hacıbəyov 40, Hökümət evi

Telefon: (+99412) 498 23 65;

Faks: (+99412) 498 23 65

Email: ombudsman@ombudsman.gov.az

5

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Bakı şəh., AZ 1005, Gənclər meydanı, 3

info@ahik.org

+994 12 492-66-59

+994 12 492-72-68

http://www.ahik.org

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Telefon: (+994 12) 492-66-93, (əlavə 3-99, 3-49), (+994 12) 492-39-41

Fax: (+994 12) 492-39-41

E-mail: nazim_ahik@mail.ru

6

Neft və Qaz Sənayesi İşcilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

Nərimanov r-nu, Ağa Nemətulla küç. 39

Bakı AZ1033 Azərbaycan

Telefon: (+994 12) 567 69 53

Fax:(+994 12) 564 88 20

 

7

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi

Qara – Qarayev, AZ 1060 Kamil Balakisiyev ev 15, mənzil 6

Telefon: (994 12) 520-34-59

Web-site: www.nhmt-az-org

E-mail: gahramanli@gmail.com

8

Vətandaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası İctimai Birliyi

Ünvan: Azərbaycan Respublikası, Bakı ş, Ə.Hüseynov küç., 1061-ci məhəllə, ev 7, mənzil 347

Telefon: (99 412) 530 86 25

9

Azərbaycan Respublikasının məhkəmələri

Ünvan: Hər bir hüquqi şəxsin ünvanı üzrə