NHMT - Əmək qanunvericiliyi sahəsində işçilərin hüquq və azadlıqlarının təmini və bərpası NHMT -

SUAL 44

Əmək qanunvericiliyi sahəsində işçilərin hüquq və azadlıqlarının təmini və bərpası

Müraciət etmə qaydaları

 

Üz qabığı

 

Bu nəşr Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən işçilərin hüquq və azadlıqlarının təmini və bərpası istiqamətində hazırladığı marifləndirici bukletdir. Buklet Azərbaycan Respublikasının Əmək qanunvericiliyi və digər normativ hüquqi aktlar əsasında hazırlanmışdır və Almaniyanın Bread for The World: Brot Für die Welt maliyyə dəstəyi ilə nəşr olunub

Описание: https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

Bukletin içərisində:

 

Əmək sahəsində hüquq və azadlığı pozulan işçinin, aidiyyəti üzrə dövlət və qeyri hökumət təşkilatlarına, ictimai təşkilatlara və mətbuat orqanlarına, məhkəmə orqanlarına Ərizə və Şikayətlə müraciət etmək hüququ vardır:

Ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.

Şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.

İşçilərin, hüquq və azadlıqlarının təmin və bərpası ilə əlaqədar  aidiyyatı üzrə aşağıdakı dövlət və qeyri hökumət təşkilatlarına, ictimai təşkilatlara və mətbuat orqanlarına, məhkəmə orqanlarına Ərizə və Şikayətlə müraciət etmək hüququ vardır:

 

1. Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən və üzvü olduğunuz Həmkarlar İttifaqlarına, Həmkarlar İttifaqları pozulmiş hüquqlarınızın bərpası ilə əlaqədar İşəgötürənə müraciət edə bilər, sizə maddi və mənəvi dəstək verə bilər, məhkəmələrdə və digər orqanlarda sizin müdafiənizi təşkil edə bilər

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət  nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Bu qurum hüququnuz pozulduğuğu halda İşəgötürəni maddi və inzibati məsuliyyətə cəlb edə bilər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı İşəgötürənlər üçün məcburi xarakter daşıyır

3. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələrə

4. Bu sahədə fəaliyyət göstərən əmək hüquqları üzrə ixtisaslaşmış Qeyri Hökumət Təşkilatlarına

5. İnsan Haqqları üzrə Azərbaycan Respublikasının Ombudsmanına

6. Şikayətinizin ictimailəşdirilməsi üçün Mətbuat, Televiziya və Digər Kütləvi İnformasiya Vasitələrinə

7.  Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının Prezidentinə

 

Müraciətlərə baxılma qaydası

 

Aidiyyəti və tətbiq sahələri istisna olmaqla, vətəndaşların müraciətlərinə  ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.

Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

 

Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri:

 

Əgər Həmkarlar İttifaqı Təşkilatının nəzdində fərdi əmək mübahisələrinə baxan Komissiya yaradılıbsa, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində bu mübahisəyə baxan komissiyaya müraciət edə bilər.

Bu haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Yuxarıda göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

İddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz.

İstehsalatda əmək xəsarəti ilə nəticələnən bədbəxt hadisə baş verdikdə edilməli olan hərəkət və müraciətlər:

Əksər hallarda İstehsalatda baş verən bədbəxt  hadisələr Dövlət Əmək Müfəttişliyi Xidmətindən və digər müvafiq qurumlardan gizlədilir və ya bu orqanlara müvafiq məlumatlar verilmir. İstehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti alan, vəfat edən və ya peşə xəstəliyinə tutulan işçi və ya onun yaxın qohumları hansı hərəkətləri etməlidirlər?

 

  • İlk növbədə, müalicə aldığı tibbi müəssisədən xəstəlik vərəqi və ya tibbi arayış alınmalıdır.
  • əmək xəsarəti barədə müəssisə rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumatın verilməsi aydınlaşdırılmalıdır.

 

Dövlət Əmək Müfəttişliyinə müəssisə rəhbərliyi tərəfindən məlumat verilmədikdə əmək xəsarəti ilə əlaqədar xəsarət alan işçi və ya onun qohumları tərəfindən rəsmi ərizə ilə müraciət oluna bilər:

 

  • Müəssisənin rəhbərliyinə
  • Müəssisənin Həmkarlar İttifaqı Təşkilatına
  • Sahə və ya Respublika Həmkarlar İttifaqı Komitəsinə
  • Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına
  • Dövlət Əmək Müfəttişliyi Xidmətinin  mərkəzi aparatına və ya onun rayon şöbələrinə
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə
  • Müalicə aldığı Tibb müəssisəsinə
  • Müəssisənin yerləşdiyi orqanın prokurorluğuna
  • İnsan haqları üzrə Ombudsmana
  • Müəssisənin yerləşdiyi rayon məhkəməsinə

 

Müraciət etmək üçün əlaqələr:

Bukletin arxasında

 

1

Prezident

Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, “Prezident Sarayı”.

 Faks: (0099412) 492 35 43, 492 06 25

E-mail: office@pa.gov.az

 

 

2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ünvan: Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85

Telefon: (+994 12) 596 50 33;  FAKS: (+994 12) 596 50 34;

 

3

DövlətƏməkMüfəttişliyi

 

Ünvan: Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85

Telefon: (+994 12) 596 50 33;  FAKS: (+994 12) 596 50 34;

 

4

OMBUDSMAN

 

Ünvan: ÜzeyirHacıbəyov 40, Hökümətevi

Tel.: (+99412) 498 23 65; Fax: (+99412) 498 23 65

Email: ombudsman@ombudsman.gov.az

 

5

AzırbaycanHəmkarlarİttifaqlarıKonfederasiyası

Bakışəh., AZ 1005, Gənclərmeydanı, 3              info@ahik.org

         +994 12 492-66-59

          +994 12 492-72-68

 http://www.ahik.org

         Mətbuatvəictimaiyyətləəlaqələrşöbəsi

Telefon:

(+994 12) 492-66-93 (əlavə 3-99, 3-49)

 (+994 12) 492-39-41

 Fax:

(+994 12) 492-39-41

 E-mail: nazim_ahik@mail.ru

 

6

Neft və Qaz Sənayesi İşcilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

 

 

 

 

 

Nərimanov r-nu, AğaNemətullaküç. 39

Bakı AZ1033Azərbaycan

(+994 12) 567 69 53

 Fax:(+994 12) 564 88 20

 

7

Neftçilərin Hüquqlarını Müdafiı Təşkilatı İctimai Birliyi

Qara –Qarayev , AZ 1060 Kamil Balakisiyev ev 15. mənzil 6

(994 12) 520-34-59

Web-site: www.nhmt-az-org

E-mail:mirvari.gahramanli@gmail.com

 

 

 

 

8

Vətandaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası

İctimai Birliyi

 

Ünvan: AzərbaycanRespublikası, Baku ş, Ə.Hüseynovküç., 1061-ci məhəllə, Ev 7, mənzil 347 Tel: (99 412) 530 86 25

e-mail sahib.mammadov@gmail.com