NHMT - Haqqımızda NHMT -

Təşkilat haqqında

Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

Təşkilatın hüquqi statusu və fəaliyyətləri

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir.

 

 Fəaliyyət sahələri :

- İctimai nəzarət-monitorinq, tətqiqat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyin Gender Siyasəti

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyin Gender Siyasəti

Demokratiya, şəffaflıq  və  sosial bərbərlik  prinsiplərini rəhbər tutan  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB)

  • Hər bir kəsin həyatını yaxşılaşdırmaq
  • Hər bir kəsin inkişafı və peşəkarlığının artırılması
  • Qadınlar və kişilərin potensialından bərabər səviyyədə istifadə edilməsini

təmin etmək üçün gender məsələləri və gender analizinin  öz fəaliyyətinin tərkib hissəsinə çevrilməsini çox mühüm hesab edərək gender Siyasətinin qəbul edilməsinə qərar vermişdir.

Gender siyasətinin qəbul edilməsində əsas məqsəd

  • Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara iş və ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaradılması, gender bərabərliyinin təmin edilməsindən,                                                                                                                 
  • Qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların Təşkilatda bərabər sosial vəziyyətinin təmin edilməsidən;                                                                                               
  • Təşkilatda insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar verilməsindən;                                                                                                                                             
  • Cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlüklərin aradan qaldırılmasından;                                                                                    
  • Əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (təhqirlər, toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışların aradan qaldırılmasından

ibarətdir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin Gender strategiyası

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin Gender strategiyası.

FANDREYZİNQ STRATEGİYASI

NEFTÇİLƏRİN  HÜQÜQLARINI  MÜDAFİƏ  TƏŞKİLATININ FANDREYZİNQ STRATEGİYASI

Bakı 2011-ci il

Mündəricat

    1.Fandreyzinq Strategiyasının məqsədi

     2.Fandreyzinq Strategiyasının vəzifələri

Beynəlxalq Maliyyə İnstitutlarının hesabına maliyyələşən layihələrin monitorinqi

Beynəlxalq Maliyyə İnstitutlarının hesabına maliyyələşən layihələrin monitorinqi Asiya İnkişaf Bankının maliyyəsi hesabına reallaşan Ağdaş,
12