NHMT - Təşkilat haqqında

Təşkilat haqqında

Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

Təşkilatın hüquqi statusu və fəaliyyətləri

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir.

 

 Fəaliyyət sahələri :

- İctimai nəzarət-monitorinq, tətqiqat

- İnsan hüquqlarının müdafiəsi, hüquqi yardım, marifləndirmə

- Lobbiçilik

- Reqionlarda icma ilə iş, icma  üzvlərini fəallaşdırmaq

- KİV-dən istifadə-ictimai məlumatlandırma

 

Təşkilatın fəaliyyət istiqamətləri  :

- Neft sənayesində işçi huquqlarının qorunması və bu hüquqların təlimi

- İri miqyaslı neft layihələri , o cümlədən Beynəlxalq Maaliyyə  İnstitutları tərəfindən maaliyyələşən layihələr üzərində ictimai nəzarət sisteminin qurulması  

- Neftdən əldə olunan vəsaitlərdən şəffaf və ədalətli xərclənməsi sahəsində fəaliyyət

- Ölkədə korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsində fəaliyyət

- Gender fəaliyyəti

 

Təşkilatın əxlaq kodeksi, gender siyasəti, gender strategiyası mövcuddur. Təşkilat tərəfindən reallaşdırılan bütün layihələrdə gender üzrə fəaliyyətlər həyata keçirilir.

 

  • NHMT həmçinin vətəndaş cəmiyyəti qurumlarının yaratdığı müxtəlif beynəlxalq və yerli şəbəkələrinin fəal üzvüdür və  institusional inkişaf və fandreyzinq imkanlarının artırılması üçün yeni şəbəkə və koalisiyalara qoşulmaq niyyətindədir . Hazırda NHMT aşağıda qeyd olunan şəbəkə və koalisiyaların üzvüdür və CEE Bankwatch tərəfdaşıdır.
  • Mədən Hasilatı Sənayesinda Şəffalığın Artırılması QHT Koalisiyasının
  • Korrupsiyaya qarşı mübarizə aparan QHT –lərin əməkdaşlıq şəbəkəsinin 
  • CIVICUS
  • NGO forum on  ADB
  • Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının üzvü