SOCAR strukturuna daxil olan Azəriqaz İB-nin (qazpaylayıcı) əhalinin (istehlakçı) qazla təminatında olan problemlərin araşdırılması
Giriş
İki ildən artıqdır ki, Azərbaycanda əhalinin qazla təminatında çox ciddi problemlər müşahidə olunur. Azəriqaz tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan respublikasının qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən Azəriqaz tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri qanuni düzəliş (SOCAR tövsiyyələrinin 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda, bu 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb.
İki ildir ki,əhalinin qazla təminatında ciddi problemlər müşahidə olunur. Qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) Qaz abonentlərə (xüsusən də ki, qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Rəsmi mənbələrin hesabatlarında Qaz təchizatında böyük miqdarda qaz itgisinin olduğu qeyd olunur. Avropanı, Gürcüstanı qazla təminatını öhdəsinə götürən Azərbaycanın, ölkə daxilində bu sahədə ciddi problemləri vardır.