Son bir neçə ildə neft ixracından əldə edilən iri gəlirlərin Azərbaycana daxil olması və müxtəlif sahələrə yönəldilməsi nəinki ölkəmizdə, həm də onun hüdudlarında kənarda maraqla izlənilir və şərh edilir. Bunu xüsusən xarici mətbuat səhifələrinə nəzər salanda demək olur. Xarici mətbuat neft pullarınnı xərclənməsi kimi həssas bir məsələyə kifayət qədər diqqət ayırır.
Qərb mediasının diqqətindən Bakının öz namizədliyini 2016-cı ilin yay olimpiya oyunlarına sahiblik etmək üçün irəli sürməsi yayınmayıb. Məlum olduğu kimi, hazırda Bakı Rio de Janeyro,Tokyo, Madrid, Praqa, Doha və Cikago ilə birlikdə 2016-cı ilin oyunlarını qəbul etmək uqrunda mübarizəyə baş qoşub. Adı çəkilkən şəhərlərdən sonunçunu təmsil edən Amerikanın “The Chicago Tribune” qəzeti rəqib Bakının olimpiya şanslarına həsr edilmiş geniş məqalə dərc edib.
Qəzetin əməkdaşı Aleks Rodriges Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla söhbətində olimpiadanı Bakıda keçirmək ideyasının necə yarandığı ilə marqalanır ve məlum olur ki, bu ideya prezident İlham Əliyevə məxsusdur. Məqalədə deyilir :
“ Bakıda keçirilən güləş üzrə dünya çempionatını izləyən prezident İlham Əliyev yanında oturan nazirə deyib: “Niyə biz 2016-cı il olimpiya oyunlarını Bakıda keçirmək üçün müraciət etməyək?“. Və bundan sonra olimpiya ideyası öz təstiqini tapır. Lakin “The Chicago Tribune” Bakının iddiasana bir qədər skeptik yanaşır. Amerika nəşri yazır ki “ Bakıda ciddi infrastruktir çatışmazlıqları hökm sürür, Azərbaycan paytaxtı dünyanın ən çirkli şəhərləri arasındadır. Lakin Əliyevin komandası bütün bu problemləri neftin hesabına aradan qaldıracaqlarına arxayındır. Rəsmilər deyirlər ki, neft gəlirləri hesabına stadionlardan tutmuş yeni yollara və otellərə qədər bütün zəruri infrastruktur qurulacaq.
Hökümt üzvləri deyiblər ki,
Azərbaycanda neft pullarının xərclənməsi xarici mətbuatın gözü ilə
MÜƏLLİF:
Rövşən Abdullayev
At:
“KCA Deutaq Caspian Limited” şirkətinin işçisi Rəşad Ramazanov hüquqlarının müdafiəsi üçün NHMT'yə müraciət etmişdir
MÜƏLLİF:
Azər Quliyev
At:
29 sentyabr
NHMT ərizəni araşdırmış və məhkəməyə müraciət üçün R.Ramazanova hüquqi yardım etmişdir.
“KCA Deutaq Caspian Limited” şirkəti Azərbaycan qanunlarını tanımaq istəmir; əmək xəsarəti almış Rəşad Ramazanovun hüquqları kobud surətdə pozulur.
Rəşad Ramazanov “Əmək haqqının, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinatın, məzuniyyət pulunun, sığorta pulunun ödənilməsi və əmək xəsarəti ilə əlaqədar müvafiq işlə təmin olunma barədə” iddia tələblərinin təmin olunması üçün Bakı şəhər Sabail məhkəməsinə müraciət etmişdir.
Ramazanov Rəşad Rafiq oğlu ilə “KCA Deutaq Caspian Limited” Şirkəti arasında bağlanmış əmək müqaviləsinə əsasən 1 yanvar 2005-ci il tarixdə Şirkətə sıravi köməkçi vəzifəsinə işə qəbul edilmiş, sonradan isə əmək funksiyalarım dəyişdirilməklə boru operatoru vəzifəsi üzrə Şirkətlə əmək münasibətlərində olmuşdur. Şirkətlə əmək münasibətləri bu günə qədər də davam edir. Ramazanov R. 04.10.2006-cı il tarixdə Qərbi-Azəri platformasında əmək funksiyalarını yerinə yetirərkən işəgötürənin təqsiri üzündən bədbəxt hadisə nəticəsində əmək xəsarəti almışdır. Dövlət Əmək Müfəttişliyinin yaratdığı komissiyanın Təhqiqat Aktının nəticəsinə görə baş vermiş hadisə istehsalat xarakterlidir və İstehsalat Zədəsi ( İZ ) Aktı kimi rəsmiləşdirilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisədən sonra Şirkət tərəfindən işçinin aşağıda göstərilən hüquqları kobud surətdə pozulmuş və bu günə qədər də pozulmaqda davam edir:
1. İşəgötürən şirkət tərəfindən AR Əmək Məcəlləsinin 217-ci maddəsi və AR Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” 27 saylı Qərarının 1.7-ci maddəsi kobud surətdə pozulmuş, 5 ay müddətində bu hadisə müvafiq dövlət orqanlarından gizlədilmiş və hadisə barədə dövlət orqanlarına, o cümlədən Dövlət Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqı Təşkilatına məlumat verilməmişdir. Bədbəxt hadisənin əmək funksiyalarını yerinə yetirərkən Şirkətə məxsus Qərbi Azəri platformasında baş verməsinə və vertolyotla xəstəxanaya çatdırılmağına baxmayaraq şirkət yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozaraq 5 ay müddətində bədbəxt hadisəni gizlətməyə çalışmışdır. Halbuki Əmək qanunvericiliyinin bu tələblərinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrini ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinə məlumat verməyə borcludur. Yalnız işçinin AR-nın Prezidentinə, AR-nın Baş Prokurorluğuna, ARDNŞ-yə, BP Şirkətinə və sair orqanlara müraciətindən sonra bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Dövlət Əmək Müfəttişliyinin təşkil etdiyi Təhqiqat komissiyasının 28.02.2007-ci il tarixli Təhqiqat Aktının nəticəsinə əsasən bədbəxt hadisə istehsalat xarakterli göstərilmiş,
Daşa-divara xərclənən milyonlar
MÜƏLLİF:
Ali Rza
At:
29 sentyabr 15
Dövlət orqanlarına məxsus inzibati binaların təmir-tikintisi üçün büdcədən nə qədər pul ayrılır?
Azərbaycanın dövlət büdcəsi artdıqca büdcədən "investisiya layihələri" çərçivəsində təmir-tikinti işlərinə ayrılan vəsaitin həcmi də artır. Əgər 2006-cı ildə təxminən 3.6 milyard manatlıq dövlət büdcəsindən investisiya xərclərinə 611 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu göstərici 6.3 milyard manata qarşı 1.9 milyard manat olub. 8.5 milyard manata bərabər olan bu ilki büdcəmizdən isə dövlət investisiya xərclərinə 2.8 milyard manat ayrılıb.
Bütövlükdə "investisiya layihələri" çərçivəsində ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə xərcləndiyi başqa bir yazının mövzusudur. Bu yazımızda isə büdcədən dövlət strukturlarının yerləşdiyi inzibati binaların təmiri, yenidən qurulması və inşası üçün ayrılan vəsitlərdən bəhs edəcəyik.
***
İnzibati binaların təmir-tikintisinə 2008-ci ilin büdcəsinə daxil olan 2.8 milyard manatlıq investisiya xərclərindən nə qədər pay arlıdğı hələlik bəlli deyil. Bununla bağlı Hazirlər Kabinetinin aparmalı olduğu bölgü barədə hələ ki hər hansı məlumat yoxdur. Bu üzdən də yazımızı 2007 və ondan əvvəlki ilin göstəriciləri üzərində qurmağa məcburuq.
330 milyonluq təmir-tikinti işləri
2007-ci ilin büdcəsindən inzibati binaların təmir-tikintisinə ümumən 326 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin əhəmiyytli payına sahib olan dövlət strukturları isə Prezident Aparatının, Milli Məclisin və Hazirlər Kabinetinin işlər idarələri, Ali Məhkəmə, Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar, Müdafiə Sənayesi,
Şəffaf neft fondu haqda nağıl
MÜƏLLİF:
Zamin Hacı
At:
29 sentyabr 15
Fevralın 5-də APA-nın bülletenində bir xəbər verilmişdi: Azərbaycan Dövlət Neft Fondu 30 ölkənin 32 maliyyə qurumu arasında vəsaitlərin idarə olunması və şəffaflığın təmin edilməsi göstəricilərinə görə reytinq cədvəlində 7-ci yeri tutub. Bu reytinqi ABŞ Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu tərtib edibmiş. Sənədə əsasən maliyyə vəsaitlərinin idarəsi ilə məşğul olan qurumların fəaliyyəti 4 kateqoriya üzrə qiymətləndirilib: struktur, idarəetmə, şəffaflıq və rəftar.
Uzun sözün qısası, müdrik xalqımıza bəyan edilir ki, onun yeraltı sərvətləri yetərincə etibarlı əldədir, bir qəpik də o yan-bu yan ola bilməz.
Hələ bu, 7-ci yerdir, ötən il BMT lap ağını çıxartmışdı. 23 iyunda Dövlət Neft Fonduna (DNF) "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafat vermişdilər.
Əlbəttə, neft gəlirlərinin dağıdılması,