NHMT ərizəni araşdırmış və məhkəməyə müraciət üçün R.Ramazanova hüquqi yardım etmişdir.
“KCA Deutaq Caspian Limited” şirkəti Azərbaycan qanunlarını tanımaq istəmir; əmək xəsarəti almış Rəşad Ramazanovun hüquqları kobud surətdə pozulur.
Rəşad Ramazanov “Əmək haqqının, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinatın, məzuniyyət pulunun, sığorta pulunun ödənilməsi və əmək xəsarəti ilə əlaqədar müvafiq işlə təmin olunma barədə” iddia tələblərinin təmin olunması üçün Bakı şəhər Sabail məhkəməsinə müraciət etmişdir.
Ramazanov Rəşad Rafiq oğlu ilə “KCA Deutaq Caspian Limited” Şirkəti arasında bağlanmış əmək müqaviləsinə əsasən 1 yanvar 2005-ci il tarixdə Şirkətə sıravi köməkçi vəzifəsinə işə qəbul edilmiş, sonradan isə əmək funksiyalarım dəyişdirilməklə boru operatoru vəzifəsi üzrə Şirkətlə əmək münasibətlərində olmuşdur. Şirkətlə əmək münasibətləri bu günə qədər də davam edir. Ramazanov R. 04.10.2006-cı il tarixdə Qərbi-Azəri platformasında əmək funksiyalarını yerinə yetirərkən işəgötürənin təqsiri üzündən bədbəxt hadisə nəticəsində əmək xəsarəti almışdır. Dövlət Əmək Müfəttişliyinin yaratdığı komissiyanın Təhqiqat Aktının nəticəsinə görə baş vermiş hadisə istehsalat xarakterlidir və İstehsalat Zədəsi ( İZ ) Aktı kimi rəsmiləşdirilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisədən sonra Şirkət tərəfindən işçinin aşağıda göstərilən hüquqları kobud surətdə pozulmuş və bu günə qədər də pozulmaqda davam edir:
1. İşəgötürən şirkət tərəfindən AR Əmək Məcəlləsinin 217-ci maddəsi və AR Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” 27 saylı Qərarının 1.7-ci maddəsi kobud surətdə pozulmuş, 5 ay müddətində bu hadisə müvafiq dövlət orqanlarından gizlədilmiş və hadisə barədə dövlət orqanlarına, o cümlədən Dövlət Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqı Təşkilatına məlumat verilməmişdir. Bədbəxt hadisənin əmək funksiyalarını yerinə yetirərkən Şirkətə məxsus Qərbi Azəri platformasında baş verməsinə və vertolyotla xəstəxanaya çatdırılmağına baxmayaraq şirkət yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozaraq 5 ay müddətində bədbəxt hadisəni gizlətməyə çalışmışdır. Halbuki Əmək qanunvericiliyinin bu tələblərinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrini ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinə məlumat verməyə borcludur. Yalnız işçinin AR-nın Prezidentinə, AR-nın Baş Prokurorluğuna, ARDNŞ-yə, BP Şirkətinə və sair orqanlara müraciətindən sonra bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Dövlət Əmək Müfəttişliyinin təşkil etdiyi Təhqiqat komissiyasının 28.02.2007-ci il tarixli Təhqiqat Aktının nəticəsinə əsasən bədbəxt hadisə istehsalat xarakterli göstərilmiş, Şirkətin baş meneceri Cek Uinton əmək qanunvericiliyini pozmuş təqsirkar şəxs kimi göstərilmiş, Şirkətin AR Əmək Məcəlləsinin 215-ci maddəsinin tələblərini pozması qeyd olunmuşdur. AR NK-nın 28.02.2000-ci il tarixli 27 saylı Qərarın 2.6 maddəsinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq İZ formalı akt tərtib edilməli və bir nüsxəsi işçiyə təqdim edilməlidir. Lakin şirkət normativ hüquqi Aktın bu tələbini də pozmuş, hadisə baş verən gündən 5 ay sonra Təhqiqat Aktının tərtib edilməsinə baxmayaraq daha 4 ay sonra İZ Aktını iddiaçıya təqdim etmişdir. Şirkət iddiaçının bu hüququnu yalnız məhkəməyə müraciət etdikdən sonra 25 iyun 2007-ci il tarixində bərpa etmiş, İZ formalı Aktı tərtib etmiş və 27 iyun 2007-ci il tarixində ona təqdim etmişdir. Hadisə baş verəndən yalnız 9 ay sonra iddiaçı İZ formalı Aktı almışdır. Bu məhkəmənin gedişində iddiaçının iddia tələbi cavabdeh tərəfindən yerinə yetirildiyinə görə Barışıq Sazişi imzalanmaqla iddiaya xitam verilmişdir.
2. AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. Bu maddəyə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidir. İddiaçı da Şirkətin yüksək təhlükə mənbəyi olan dəniz obyektlərində və təhlükəli peşə olan boru operatoru peşəsində işləyərkən istehsalatla bağlı bədbəxt hadisə baş verib . Bu hadisə isə Təhqiqat aktında göstərildiyi kimi AR Əmək Məcəlləsinin 215-ci, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 13-cü maddəsində göstərilən və işəgötürənin öhdəsinə götürdüyü təhlükəsizlik və əməyin mühafizə qaydalarının pozulması nəticəsində baş vermişdir. Adətən Şirkət xarici işçilərlə məbləği 100000 manatdan çox olan sığorta müqavilələri bağlayır və bədbəxt hadisə baş verdiyi halda bu ödəniş mübahisəsiz olaraq dərhal həyata keçirilir. AR Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, dilinə və sair amillərə görə ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Lakin cavabdeh Şirkət Qanunun bu tələblərini də kobud surətdə pozur və yerli və xarici işçilər arasında arasında ayrı–seçkiliyə yol verərək bədbəxt hadisəyə görə könüllü olaraq sığorta pulunu ödəməkdən imtina edir.
3. Şirkət tərəfindən AR-nın Əmək Miqrasiyası haqqında Qanunun 6 və 8-ci maddələrinin şərtləri də kobud surətdə pozulur. Belə ki, neft sahəsində kifayət qədər mütəxəssislərin və işçi qüvvəsinə tələbatın olmasına baxmayaraq xarici işçilər işə qəbul edilir və bu zaman əməkçi miqrantların Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaları üçün AR-nın ƏƏSMN-nin Məşğulluq xidmətindən fərdi icazələr və ya lisenziyalar alınmır. Eyni zamanda cavabdeh Şirkət AR Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərini pozaraq azərbaycanlı işçilərlə xarici işçilər arasında ayrı-seçkilik salır və mütəxəssis kimi eyni savad və bacarığa malik olmağımıza baxmayaraq onlara yerli işçilərdən 5-10 dəfə artıq əmək haqqı ödəyir.
4. Bağlanmış əmək nüqaviləsinə əsasən Rəşad Ramazanovun aylıq əmək haqqı 01.01.2005-ci ildə 511 ABŞ dolları, 01.01.2006-cı ildə 700 ABŞ dolları (600 manat), 01.01.2007-cı ildə 786 manat, 01.01.2008-cı ildə isə 900 manat məbləğində təyin edilmişdir. Şirkət tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçının əmək haqqı Azərbaycan manatı ilə deyil, xarici valyuta ilə göstərilmişdir. Azərbaycan manatı ilə 2006-cı ildə iddiaçının aylıq əmək haqqı 600 manat olmuşdur. 04.10.2006-17.04.2007-ci il il tarixlərində istehsalatda bədbəxt hadisə ilə əlaqədar R.Ramazanov müalicə olunmuşdur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müvafiq xəstəlik vərəqələrini Şirkətə təqdim etmişdir. Lakin Şirkət tərəfindən iddiaçıya xəstəlik vərəqələrinə görə təqribən 50 faiz məbləğində müavinatlar hesablanıb ödənilmişdir. Halbuki AR Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinatın hesablanması və ödənilməsi haqqında Əsasnamənin 61-ci maddəsinə əsasən “ Əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirilməsinə görə müavinat qazancın 100 faizi miqdarında ödənilir. Şirkətdə 2006- cı ilin oktyabr, noyabr, dekabr ayları ücün işçinin əmək haqqı 600 manat, 2007-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün 786 manat olmuşdur. (əmək haqqında artım olması barədə çıxarış məhkəməyə təqdim edilib.) Lakin ona 2006- cı ilin oktyabr ayından 2007-ci ilin aprel ayına kimi 6,5 ay üşün cəmi 1696 manat məbləğində müavinatlar ödənilmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar Rəşad Ramazanov “Əmək haqqının, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinatın, məzuniyyət pulunun, sığorta pulunun ödənilməsi və əmək xəsarəti ilə əlaqədar müvafiq işlə təmin olunma barədə” iddia tələblərinin təmin olunması üçün Bakı şəhər Sabail məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Sabail məhkəməsinə müraciət edib və bu ödəmələr təsdiq edən AR Beynəlxalq Bankının rəsmi sənədini sübut kimi Sabail məhkəməsinə təqdim edilib. Halbuki, bu ödəmə 100 faiz olmaqla: 2006- cı ilin oktyabr, noyabr, dekabr ayları ücün 1800 manat ( 3ay x 600 manat = 1800manat), 2007-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün 2751 manat (3,5 ay x 786 manat = 2751 manat) olmaqla cəmi bu aylar üçün əmək xəsarəti ilə əlaqədar xəstəlik vərəqələrinə görə 4551 manat (1800 manat + 2751 manat = 4551 manat) olmaqla ödənilməlidir. Bu səbəbdən iddiaçı məhkəmədən xahiş edir ki, cavabdeh Şirkətdən: oktyabr 2006-cı il tarixdən 2007-ci ilin aprel ayına qədər ödəmədiyi 6,5 aya görə 2855 manat məbləğində (4551 manat – 1696 manat (ödənilən) = 2855 manat) xəstəlik vərəqələrinə görə müavinatların ödənilməmiş hissəsinin məhkəmə qaydasında tutulub ödənilməsi barədə Qətnamə qəbul etsin. Məhkəmənin gedişində cavabdeh şirkət göstərilən əmək haqqının ödənilməsini təsdiq edən heç bir sənədi sübut kimi təqdim edə bilmədi.
5. AR Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək, işçilərin bu Məcəllə ilə müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. İşçilərin məzuniyyətə, o cümlədən ödənişsiz məzuniyyətə göndərilməsi AR Əmək Məcəlləsinin 110-146-cı maddələri ilə tənzimlənir. İşəgötürən 16.04.2007-ci il tarixindən bu günə kimi Əmək Məcəlləsinin bu normalarını pozmuş, iddiaçını müvafiq işlə təmin etməmiş və əmək haqqını ödəməmişdir. Bu müddətdə:
• iddiaçını AR Əmək Məcəlləsinin 110-146-cı maddəsində göstərilməyən ödənişsiz məzuniyyətə getməyinə məcbur etmiş, əmək haqqı almaq və ödənişli məzuniyyətdən istifadə etmək hüququnu kobud surətdə pozmuşdur. Konkret oiaraq AR Əmək Məcəlləsinin 128, 129, 130 və 146-cı maddələrində işçiərə bu müddətə ödənişsiz məzuniyyət hüququnun verilməsi nəzərdə tutulmamışdır.
• Eyni zamanda Şirkət məzuniyyətə göndərilmə barədə ərizəni iddiaçıya 30.09.2007-ci il tarixdə məcbur yazdırmış, tarixi isə guya 17.04.2007-ci il tarixində yazıldığını qeyd etdirmiş və əmri saxtakarlıq edərək arxa tarixlə tərtib etmiıdir.
• 16.04.2007-ci il tarixdən 25 iyun 2007-ci il tarixə kimi iddiaçı cavabdehin təqsiri üzündən İZ Aktının alınması ilə əlaqədar cavabdehlə məhkəmə çəkişməsində iştirak etmiş və göstərilən səbəbdən də bu müddət üçün iddiaçının əmək haqqı ödənilməlidir.
• 16.04.2007-ci il tarixdən 2007-ci ilin noyabr ayına qədər iddiaçı əmək xəsarəti ilə əlaqədar müalicə olunmuş və TSEK-də müayinədən keçmişdir. Həmin müddətdə hətta iddiaçıya 2 saylı zona TSEK-i tərəfindən əmək qabiliyyətini 50% itirməklə 3-cü dərəcəli əlillik qrupu verilmişdir. Müalicə və tibbi müayinə ilə əlaqədar həmin müddət üçün də iddiaçıya əmək haqqı ödənilməlidir. Nəzərə almaq lazımdır ki, bütün bu müalicə və müayinələr istehsalatla bağlı olmaqla işəgötürənin təqsiri üzündən iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədardır. 2 saylı zona TSEK sədrinin 30.11.2007-ci il tarixli məktubu da təsdiq edir ki, iddiaçıya verilmiş əlillik yalnız 23.11.2007-ci il tarixli Qərarla ləğv edilmişdir.
• Hal-hazırda işəgötürən tərəfindən iddiaçıya bildirilir ki, onların Klinikasının verdiyi Rəyə əsasən iddiaçı 01.12.2007-ci il tarixdən sonra sağlamlığı dənizdə boru operatoru vəzifəsində işləməyə imkan vermir. Sağlamlığını işdə olan bədbəxt hadisə nəticəsində itirdiyinə görə hesab edirəm ki, işəgötürən iddiaçıya dəymiş zərərin əvəzi kimi əmək haqqını ödəməli və ya onu yüngül işlə təmin etməyə borcludur. Lakin işəgötürən bu günə kimi iddiaçının bu hüququmu tanımaq istəmir və onu yüngül işlə təmin etmək istəmir.
Əmək xəsarəti aldıqdan sonra Şirkətdə iddiaçı ilə eyni vəzifədə olan işçilərin əmək haqqı 786 manata qaldırılmaqla kütləvi artım olub. Həmin dövrdə iddiaçı istehsalatda aldığı xəsarətlə əlaqədar müalicə olunmuşdur və bu artım ona da şamil olunmalıdır. Bu kütləvi artımın 01.01.2007-ci ildən olması nəzərə alınarsa şirkət həmin tarixdən bu artımı iddiaçıya qarşı tətbiq edərək ödəməyə borcludur. Şirkətdə iddiaçının işlədiyi vəzifədə əmək haqqının 2007-ci ildən 786 manat olmasını və yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, 2007-ci ilin aprel ayından 2007-ci ilin dekabr ayına qədər işəgötürən tərəfindən iddiaçıya 6681 manat (8,5 ay x 786 manat =6681 manat) məbləğində aylıq əmək haqqı ödənilməlidir. Məhkəməyə təqdim edilən AR Beynəlxalq Bankının rəsmi arayışına əsasən bu müddətdə iddiaçıya cəmi 1029 manat əmək haqqı ödənilmişdir. Bu səbəbdən məhkəmədən xahiş edilir ki, 5652 manat (6681 manat – 1029 manat (ödənilən) = 5652 manat ) məbləğində əmək haqqının cavabdeh Şirkət tərəfindən ödənilməmiş hissəsinin məhkəmə qaydasında tutulub iddiaçıya ödənilməsi barədə Qətnamə qəbul etsin.
7. Cavavdeh Şirkətdə iddiaçının işlədiyi vəzifə üzrə əmək haqqında 2008-ci ildən 900 manat kütləvi artım olmuşdur. Birinci instansiyada məhkəmə gedişi nəzərə alınmaqla iddiaçı hesab edirəm ki, cavabdeh Şirkət 2008-ci ilin yanvar, fevral və mart ayları üçün də 2700 manat ( 3 ay x 900 manat = 2700 manat) məbləğində əmək haqqı ödəməlidir.
8. Cavabdeh Şirkət iddiaçıya qarşı AR Əmək Məcəlləsinin 231 və 232-ci maddələrinin şərtlərini də kobud surətdə pozur. Belə ki, Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi Rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əmək Məcəlləsinin 232.3-cü maddəsinə əsasən iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. Müvafiq tibbi rəyi, iddiaçının razılığını, əmək xəsarətini işdə almağını və Əmək Məcəlləsinin 231 və 232-ci maddəsini əsas tutaraq iddiaçı hesab edir ki, işəgötürən onu 16.04.2007-ci il tarixdən müvafiq işlə təmin etməli və əmək haqqını ödəməlidir. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar sağlamlığını itirdiyinə görə işəgötürən iddiaçını yüngül işlə təmin etmədikdə belə onun əmək haqqını ödəməyə borcludur. İşəgötürən iddiaçını yüngül işlə təmin etdiyi halda isə orta aylıq əmək haqqını 100 faiz saxlamalıdır. Məhkəməyə bildiririlir ki, iddiaçı ali təhsilli mütəxəssisdir , həm şirkətin ofisində, həm də Sahil qəsəbəsində yerləşən obyektində işləyə bilər, bu iddiaçının qanuni hüququdur. Həkim rəyinə əsasən isə iddiaçı yalnız dəniz obyektlərində işləyə bilməz.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 14.12. 2007-ci il tarixli 354/HR/08 saylı əmrdə onlar özləri də bilmədən iddiaçı R. Ramazanovun iddiasını qəbul edirlər. ( Bu əmrlə iddiaçıya şiddətli töhmət elan olunur). Belə ki, bu əmrdə qeyd olunur ki, R. Ramazanova “dənizdə işləmək ücün yararszdır, qənaətbəxş müalicəyədək müvəqqəti bir müddətdə” kimi həkim rəyi verilmişdir. Lakin R. Ramazanov bu rəylə razılaşmayaraq şifahi formada onun yüngül işə keçirilməsini və müqabilndə orta əmək haqqının ödənilməsini tələb etmişdir. Bu əmrlə işəgötürən təsdiq edir:
• İddiaçının səhhəti ilə əlaqədar yüngül işdə işləməyə razılığı olmuş və müvafiq tibbi həkim rəyi vardır. AR Əmək Məcəlləsinin 231- ci maddəsi: “Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi Rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur”.
• R. Ramazanov bu rəylə razılaşmayaraq şifahi formada onun yüngül işə küçirilməsini və müqabilndə orta əmək haqqının ödənilməsini tələb etmişdir. AR Əmək Məcəlləsinin 232.3-cü maddəsi: “İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir”
• İddiaçı nəinki həkim rəyinə əsasən yüngül işdə işləməyinə razılıq verir, hətta əmrdə göstərildiyi kimi bu qanuni hüququnu işəgötürəndən tələb edir.
• Həkim rəyi ilə razılaşmamaqla iddiaçı yüngül işdən imtina etdiyi halda işəgötürən onu işdən kənarlaşdıra və ya intizam tənbehi tədbiq edə bilər. İddiçı isə həkim rəyi ilə razılaşmasada yüngül işdə işləməyə razılıq verməklə tibbi müayinəsini davam etdimiş və bu günəı kimi də davam etdirməkdədir. Tibbi müayinə barədə sənədlər sübut kimi məhkəməyə təqdim edilib.
• Iddiaşının həkim rəyi ilə razılaşmaması barədə heç bir yazılı ərizəsi olmamışdır ,olub-olmamasından və ya şifahi surətdə razı olmaması isə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün əsas ola bilməz, belə ki, o, həkim rəyi ilə razılaşmayaraq yüngül işdə işləməkdən imtina etməmişdir.
• İddiacıya AR Əmək Məcəlləsinin 10-cu maddəsinin f) bəndi ilə “əmək qnunvericiliyinin tələblərinə əməl etmədiyinə və vəzifələrini yerinə yetirmədiyinə görə” sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir. Lakin əmrdə iddiaçının hansı əmək vəzifələrini yerinə yetirmədiyi əsaslandırılmır. Iddiaşının həkim rəyi ilə şifahi surətdə razı olmaması isə əmək vəzifələrini yerinə yetirmədiyini təsdiq etmir və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün əsas ola bilməz .
• AR Əmək Məcəlləsinin187-ci maddəsinə əsasənintizam tənbehi verməmişdən əvvəl işəgötürən işçinin yazılı izahatını tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşəgötürən isə qanununun bu tələbini də pozaraq iddiaçının yazılı izahatını almamış və ya izahatdan imtina etməsi haqqında müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir.
• AR Əmək Məcəlləsinin 189.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günündə verilə bilər. İddiaçını işə buraxmadan ona intizam tənbehinin verilməsi yuxarıda göstərilən qanunun tələblərinin işəgötürən tərəfindən pozulmasını sübut edir.
• AR Əmək Məcəlləsinin 189.3-cü maddəsinə əsasən intizam tənbehi barədə əmrlə işçi tanış edilməlidir. İddiaçı hesab edir ki, bu əmr işəgötürən tərəfindən o, məhkəməyə müraciət etdikdən sonra arxa tarixlə tərtib olunub. Əks halda iddiaçı həmin əmrlə məhkəmədə deyil, 14.12. 2007-ci ildə Şirkətdə tanış edilərdi və işəgötürən qanunun bu tələbini də pozmaq məcburiyyətində qalmazdı.
10. AR Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili üçün (iş illəri) istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
İşəgötürən tərəfindən iddiaçı işlədiyi 01.01.2005-01.01.2008-cı iş illərinə görə yalnız bir dəfə 2005-ci il iş ilinə görə əmək məzuniyyətinə göndərilmişdir. İki iş ili üçün əmək məzuniyyətindən istifadə etmədiyinə görə, işəgötürən bu iş illərinə görə: 2006-cı il üçün iddiaçıya 600 manat və 2007-ci il üçün 786 manat, cəmi 1386 manat məbləğində məzuniyyət pulu ödəməlidir. AR İnzibati Xatalar Məcəlləsinin 53.5-ci maddəsinə görə işcinin məzuniyyət hüququnu pozan, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilir. Cavabdeh Şirkət isə iddiaçının həm məzuniyyət hüququnu pozmuş, həm də kompensasiyaları ödəməmişdir.
11. Cavabdeh şirkət bir ildən artıq müddətdə iddiaçının hüquqlarını pozur və pozmaqda davam edir. AR Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən işəgötürənlər işçilərə qarşı əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları pozduqlarına və ya məhdudlaşdırdıqlarına görə məsuliyyət daşıyırlar. Bu hüquqların pozulmasına görə işəgötürənlər Əmək Məcəlləsinin 311-ci maddəsinə görə intizam, 312-ci maddəsinə görə inzibati və 313-cü maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar. AR Əmək Məcəlləsinin 310-313-cü maddələrini əsas tutaraq iddiaçı məhkəmədən xahiş edir ki, “KCA DEUTAG” Şirkətinin Baş meneceri Rune Lorenzen və Cek Uinton məsuliyyətə cəlb olunmaları barədə xüsusi Qərar qəbul etsin
12. Cavabdeh şirkətin təqsiri üzündən iddiaçı aldığı əmək xəsarəti nəticəsində əmək və sosial hüquqları şirkət tərəfindən uzun müddətdir ki, kobud surətdə pozulur. Bu hüquqlarımın pozulması ilə əlaqədar məhkəməyə və digər orqanlara dəfələrlə müraciət etmiş, əmək haqqını və müavinatları ala bilmir, öz işinə və ya digər yüngül işə keçirilmir və əmək haqqı ödənilmir. Mənəvi ziyanın əvəzi kimi məhkəmədən xahiş edir ki, cavabdeh şirkətdən onun xeyrinə 10000(on min) manat pul tutulması barədə Qətnamə qəbul etsin.
13. AR MPM-nin 235.1.2-ci maddəsinə əsasən “əmək haqqının ödənilməsi barədə” mülki işlər üzrə çıxarılan qətnamələr dərhal icra edilən qətnamələrə aiddir. Bu səbəbdən çıxarılan Qətnamənin dərhal icra edilməsi barədə müvafiq qərərdad qəbul etməyini də məhkəmədən xahiş edir.
İddia tələbi kifayət qədər normativ hüquqi aktlarla sübut olunsada Səbail rayon məhkəməsinin hakimi Fuad Hüseynovun 14.03.2008-ci il tarixli Qətnaməsi ilə təmin olunmamışdır. Səbail rayon məhkəməsinin hakimi Fuad Hüseynov tərəfindən mülki işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verilib. R.Ramazanov tərəfindən Səbail rayon məhkəməsinin Qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya Şikayəti verilməsi nəzərdə tutulub. Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsi İddiaçı Ramazanov Rəşad Rafiq oğlunun əmək xəsarəti ilə əlaqədar pozulmuş hüquqlarının bərpa olunması barədə müvafiq Qətnamə qəbul edəcək.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı rəhbərinin
Hüquqi məsələlər üzrə müavini
Azər Quliyev.
“KCA Deutaq Caspian Limited” şirkətinin işçisi Rəşad Ramazanov hüquqlarının müdafiəsi üçün NHMT'yə müraciət etmişdir
MÜƏLLİF:
Azər Quliyev
At:
29 sentyabr