NHMT - Bitmiş layihələr NHMT -

NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI

NEFTÇİLƏRİN HÜQUQLARINI MÜDAFİƏ TƏŞKİLATI NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI

«SALYAN OYL» ƏMƏLİYYAT ŞİRKƏTİNİN FƏALİYYƏTİNİN İCMALARIN YOL İNFRASTRUKTURUNA TƏSİRİNİN MONİTORİNQİ ÜZRƏ İŞÇİ QRUPUN HESABATI

Layihənin əlaqələndiricisi Mirvari Qəhramanlı Layihəni reallaşdıran qrup: Zöhrab İsmayıl Sədaqət Qəmbərova Emil Məmmədov Şakir Bəşirov Hafiz Zərbəliyev.

BAKI – 2007 Monitorinq Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Məsuliyyətdən azad olma Bu hesabat monitorinqi aparılan tərəfin fəaliyyəti ilə bağlı müxtəlif məlumatların əldə olunması, sənədlərin öyrənilməsi və təhlil edilməsi, müşahidələr, müsahibələr və kənd icmalarına səfərlər, sorğuların aparılması nəticəsində əldə edilmiş tapıntılara əsaslanır. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsoru ACİ-YF və ya əlaqədar təşkilatları təmsil edən üzvlərin yeritdikləri siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır. Mündəricat Ön söz və təşəkkürlər İcra xülasəsi Monitorinqin icrası

 

1. GİRİŞ

Azərbaycanın dəmiryolları – tunelin sonunda işıqdan əsər əlamət yoxdur

Press-reliz AYİB-nın illik görüşü,Kazan,may 2007 il Azərbaycanın dəmiryolları – tunelin sonunda işıqdan əsər əlamət yoxdur Bütün dəmiryol infrastrukturun bərpasını maliyyələşdirməyə hazır olan Beynəlxalq Maliyyə İnstitutları tərəfindən artan marağın Dövlət dəmiryolları hiss etdiyi vaxtda,vətəndaş cəmiyyəti qrupları,dəmiryollarının kredit sxemləri ilə əlverişliliyi və inkişafının sabitliyi barədə suallar verirlər. Qeyri-neft sektorunun Beynəlxalq dəstəyi geniş müzakirə olunarkən,yenə də göründüyü kimi, neft investisiyaları Azərbaycan əhalisi üçün az xeyir gətirirlər. Qisa xülasəsi Azərbaycan Dövlət DəmirYolu şirkəti,Azərbaycan ərazisində olan dəmiryollarının işləməsinə cavabdeh olan tam birləşmiş dövlət dəmiryolu şirkətidir. O, həm sərnişin nəqliyyatı, həm də yük daşınmalarını həyata keçirir. Bu,

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin nəticələri

Ağdaş, Ucar, Yevlax rayonları BTC və JQBK –nin tikintisi və istismarı üçün bu boru kəmərlərinin keçdiyi ərazilər üzrə torpaq icarəyə götürülür. Kəmər boyu 58 m-lik mühafizə zolağı icarəyə götürülür və bu dəhliz daxilində mülkiyyətçilərin torpaqlarından istifadə hüquqları qismən məhdudlaşdırılır. 44-metrlik tikinti dəhdizində isə torpaqlardan istifadə olunması tikinti müddəti ərzində (3 il) dayandırılır. Torpaqayırma komissiyası tərəfindən kəmərin keçəjəyi ərazilər və təsirə məruz qalacaq torpaq mülkiyyətçiləri müəyyənləşdirildikdən sonra əhali arasında geniş maarifləndirmə və izahat işləri aparılmalı, ictimai müzakirələr təşkil olunmalı idi. Əhali ilə keçirilən görüşlər, torpaq mülkiyyətçiləri ilə aparılan müsahibələr bunu deməyə əsas verir ki, maarifləndirmə,məsləhətləşmə xarakterli müzakirələr çox səthi aprılmış, və torpaq mülkiyyətçilərinin əsas problemlərinin ətraflı müzakirəsi baş tutmamışdır. Torpaqların ayrılması ərəfəsində müzakirə və məsləhətləşmələr içtimayyət nümayəndələri üçün açıq keçirilməyib. Bu müzakirələrdə dövrü mətbuat, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı demək olar ki təmin olunmamşdır. Əksər hallarda bu məsləhətləşmələr formal xarak ter daşımışdır.Hüquqi və iqtisadi savadı aşağı olan, mülkiyyətçilik hissləri zəif inkişaf etmiş torpaq sahiblərinin müzakirələrin bu cür təşkil edilməsindəndən nə isə əxz etməsinin mümkünlüyünü düşünmək bir qədər sadəlövhlük olardı. Ağdaş,

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin nəticələri

Ağstafa,

2004-ci il Bakı-Tbilisi-Ceyhan boru kəmərinin monitorinqinin nəticələri ilə bağlı BP/BTC şirkətinin verdiyi cavabların auditi

I. Məqsəd və vəzifələr 2004-ci il BTC-nin monitorinqinin nəticəsi olaraq BP/BTC şirkəti ilə monitorinq qrupları arasıdakı dialoq nəticəsində şirkət monitorinqin yekunlarını cavablandırdı. Həmin cavablarda monitorinq qruplarının ortaya çıxardığı çatışmamazlıqlarla bağlı məsələlərə 2005-ci il audit proqramında baxılması əks olunub. Beləliklə də Davam Qrupu 2004-cü il monitorinq proqramının nəticələrinə uyğun olaraq 5 sahə və 11 məsələ üzrə audit aparmağı qarşıya məqsəd qoyur: 1. Sosial istiqamət - İSP çərçivəsində tikilmiş obyektlərin statusunun müəyyən ediməsinin auditi - Mikrolayihələrin smeta xərclərinin bazar qiymətlərin ilə uyğunluğu ilə bağlı auditin auduti - Sosial təsirlə bağlı şikayətlərin qəbulu ilə bağlı nəzərdə tutulmuş «qaynar xəttin» fəaliyyətinin auditi II.Həcm Layihənin 4 ay 19 gün müddətinə həyata keçirilməsi gözlənilir. Layihə 1 noyabr 2005-ci il tarixdə başlanacaq 19 mart 2006-cı il tarixdə başa çatacaq. Davam Qrupu audit layihəsi çərçivəsində aşağıdakı işləri həyata keçirməyi planlaşdırır: - Kürdəmir-Ucar icmalarına səfərlər - Gəncəyə səfərlər - Goranboy-Samux icmalarına səfərlər - Tovuz-Aqstafa icmalarına səfərlər - Layihə ilə bağlı podratçı və subpodratçıların Bakıdakı və regiondakı ofislərində görüşlər və intervülər - Lazım olan sənədlərin əldə edilməsi və araşdırılması - BP/BTC şirkətinin müvafiq məsələlər üzrə məsul şəxləri ilə gərüşlərin keçirilməsi və intervülər - Yekun hesabatın hazırlanması - Yekun hesabatın BP/BTC şirkətinin səlahiyyətli şəxsləri ilə müzakirəsi - Hesbatın ACYF və BP/BTC şirkətinə təqdim edilməsi III.Meyarlar - ƏMSSTQ-də əks olunmuş əhdəliklər - 2004-cü il monitorinq proqramı üzrə BP/BTC şirkətinin öhdəlikləri və şirkətlə monitorinq qrupları arasındakı razılaşmalar IV.Layıhənin həyata keçirilmə mümkünlüyü Layihənin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər, eləcə də insan resursları və layihənin müddəti layihədə qarşıya qoyulan məqsədlərin reallaşması üçün yetərlidir. Eyni zamanda qrup üzvlərinin hər birinin vəzifələri, rolları müəyyən edilib və dəqiq iş planı hazırlanıb. Qrup üzvləri qarşılarında quran vəzifələri dəqiqliyi ilə bilirlər və vəzifələrin həyata keçirilməsi həm müddət, həm fiziki baxımdam nəzərdə tutulan resurslar çərçivəsində real görünür. V.Komanda Vəzifəsi Adi və soyadı Məsul oldugu işlər Koordinator Zəhrab İsmayılov Auditin əlaqələndirilməsi, hesabatin umumiləşdirilməsi Auditor Mirvari Qəhrəmanlı Sosial istiqamət üzrə audinin aparılması və hesabatatın hazırlanması Auditor Oqtay Güləliyev İnsan hüquqları istiqaməti üzrə audinin aparılması və hesabatatın hazırlanması Auditor Namiq Rzayev Ətraf mühit istiqaməti üzrə audinin aparılması və hesabatatın hazırlanması Auditor Məhəmməd Talıblı Yerli resurslar istiqaməti üzrə audinin aparılması və hesabatatın hazırlanması Auditor Afiq Səfərov Arxeologiya istiqaməti üzrə audinin aparılması və hesabatatın hazırlanması Assistent Sevinc Əsadova Sənədlərin əldə edilməsi, yazışmaların həyata keçirilməsi Assistent Sona Tagıyeva Kargüzarlıq işləri VI. Audit planı 1. Layihənin planlaşdırılması, sənədlərin əldə edilməsi və nəzərdən keçirilməsi 2. ACİYF/BP əlaqələndiriciləri ilə görüş 3. BP/BTC, podratçı və subpodratçıların nümayəndələri ilə görüşlər 4. BP/BTC-nin sahələrinə, icmalara və əlaqəli başqa yerlərə səfərlər 5. Məlumatların toplanması və təhlili 6. Hesabatın yazılmasına başlamaq üçün təlimçilərlə görüşlər 7. Hesabatın hazırlanması 8. Hesabatın nəzərdən keçirilmək üçün ACİYF/MTŞ-yə təqdim edilməsi 9. Hesabatın BP/BTC-yə prezidentasiya edilməsi 10. BP/BTC ilə müzakirələr 11. BP/BTC-nin cavabları da daxil olmaqla yekun hesabatın imzalanması Sosial istiqamət üzrə audit Hesabatı: 1. İSP çərçivəsində tikilmiş obyektlərin statusunun müəyyən ediməsinin auditi 2. Mikrolayihələrin smeta xərclərinin bazar qiymətlərin ilə uyğunluğu ilə bağlı auditin auduti 3. Sosial təsirlə bağlı şikayətlərin qəbulu ilə bağlı nəzərdə tutulmuş «Qaynar Xəttin» fəaliyyətinin auditi 1. İSP çərçivəsində tikilmiş obyektlərin statusunun müəyyən ediməsinin auditi. Borsunlu icmasında gəlirlərdən istifadə; Metodologiya 1.1 Audit zamanı istifadə edilən metodlar • -intervyülər(BP/BTC nümayəndələri,icma liderləri ) 1.2 Nümunə • İSP çərçivəsində inşa olunmuş və ya təmir edilmiş infrastrukturların kimin balansında oldluğunu müəyyənləşdirən siyahidə gəstərilən 142 mikrolayihədən audit üçün 10 mikrolayihə seçilmişdir 1.3 Audit proqramı (daha ətraflı məlumat Əlavə 2-yə daxil edilir) 1.4 İlkin tələb olunan sənədlər; • İcmalarla əlaqələr üzrə podratçının fəaliyyətinə nəzarət planı • İSP çərçivəsində inşa olunmuş və ya təmir edilmiş infrastrukturların kimin balansında oldluğunu müəyyənləşdirən siyahi • Goranboy rayonunun Borsunlu icmasında gəlirlərə baxışın keçirilməsini sübut edən sənəd 1.5.Sənədlərə baxış • Sorğu vərəqinin hazırlanması (sorğu vərəqi Əlavə 3-ə daxil edilir) Müşahidələr,
12