NHMT - Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin nəticələri

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin Azərbaycan rayonlarında sosial-iqtisadi problemlərin həllinə təsiri üzrə monitorinqin nəticələri

Ağdaş, Ucar, Yevlax rayonları BTC və JQBK –nin tikintisi və istismarı üçün bu boru kəmərlərinin keçdiyi ərazilər üzrə torpaq icarəyə götürülür. Kəmər boyu 58 m-lik mühafizə zolağı icarəyə götürülür və bu dəhliz daxilində mülkiyyətçilərin torpaqlarından istifadə hüquqları qismən məhdudlaşdırılır. 44-metrlik tikinti dəhdizində isə torpaqlardan istifadə olunması tikinti müddəti ərzində (3 il) dayandırılır. Torpaqayırma komissiyası tərəfindən kəmərin keçəjəyi ərazilər və təsirə məruz qalacaq torpaq mülkiyyətçiləri müəyyənləşdirildikdən sonra əhali arasında geniş maarifləndirmə və izahat işləri aparılmalı, ictimai müzakirələr təşkil olunmalı idi. Əhali ilə keçirilən görüşlər, torpaq mülkiyyətçiləri ilə aparılan müsahibələr bunu deməyə əsas verir ki, maarifləndirmə,məsləhətləşmə xarakterli müzakirələr çox səthi aprılmış, və torpaq mülkiyyətçilərinin əsas problemlərinin ətraflı müzakirəsi baş tutmamışdır. Torpaqların ayrılması ərəfəsində müzakirə və məsləhətləşmələr içtimayyət nümayəndələri üçün açıq keçirilməyib. Bu müzakirələrdə dövrü mətbuat, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı demək olar ki təmin olunmamşdır. Əksər hallarda bu məsləhətləşmələr formal xarak ter daşımışdır.Hüquqi və iqtisadi savadı aşağı olan, mülkiyyətçilik hissləri zəif inkişaf etmiş torpaq sahiblərinin müzakirələrin bu cür təşkil edilməsindəndən nə isə əxz etməsinin mümkünlüyünü düşünmək bir qədər sadəlövhlük olardı. Ağdaş,Ucar və Yevlax rayonlarında aparılan sorğular, müsahibə və müşahidələr bir daha göstərdi ki,bu rayonların hamısında məsləhtləşmələr prosesində nə yerli əhali nə də ki, yerli özünü idarəetmə orqanları (bələdiyyələr) tərəfindən demək olar ki, təkliflər verilməmişdir. Əhalinin kəmər haqqında bilgiləri əsasən dövrü mətbuat və və xüsusilə də televiziyadan alınan informasiyalar hesabına formalaşmışdır ki, bunlarda əsasən ümümi xarakterli informasiyalardan ibarət olmuşdur. Əsas əhalisi kənlilərdən ibarət olan kəmər boyu ərazilərdə insanların müqavilə bağlamq haqqında anlayışları ümumiyyətlə yoxdur. Onların əksəriyyəti Latın qrafikası ilə yazıb oxuya bilmir , müqavilənin məzmunu haqqında çox səthi məlumalara malikdirlər və müqaviləni oxumadan imzalayıblar. Torpaq mülkiyyətçiləri bilavasitə onların problemləri ilə bağlı suallara cavab almaqda çətinlik çəkmişlər. Torpaq islahatlarının obyektiv səbəblər üzündən gec başa çatdırılması (1998-1999-ju illər), əhalidə mülkiyyətçilik vərdişlərinin yaranmasına xeyli vaxt lazım olduğunu da bura əlavə etsək əhalinin bu proseslər də daha çox seyrçi mövqe tutmasının səbəblərini başa düşmək olar. Mülkiyyətçilərin bir qismi kompensasiyanın az olmasından narazıdırlar.Onlar hesab edirlər ki, kompensasiyanın miqdarı ədalətli deyil və torpağın becərilməməsi , yaxud becərməyə qoyulan məhdudiyətlərə görə verilən kompensasiyanın miqdarı ,torpağın becəriləjəyi təqdirdə əldə edilə bilinəcək gəlirdən azdır. Ağdaş,Ucar,Yevlax rayonları ərazisində təsirə qalmış mülkiyyətçilərin torpaqdan istifadə edən hissəsinin təsərüfatlarının rentabelliyi nəzə alınmayıb. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, icarə müqaviləsinin bağlanması zamanı təsirə məruz qalmış torpaq sahələrində növbəti ildə də eyni məhsulun yetişdiriləcəyini qabaqcadan demək qeyri-mümkündür.Bundan əlavə qeyd olunan rayonlarda dəymiş zərərə görə kompensasiya hesablanarkən məhsulun seçilməsində də narazılıq olmuşdur.Bu rayonlarda bir çox hallarda praktiki olaraq yararlı,yəni əkin üçün hazırda istifalə edilməsi mümkün olan torpaq sahələri örüş və ya qaba yem kimi qiymətləndirilmiş və ona görə də torpaq mülkiyyətçirərinə verilən kompensasiyaların məbləği aşağı miqdarda hesablanıb. BTC neft boru kəmərinin təsirinə məruz qalmış meyvə bağlarına dəyən zərərin hesablanmasında da mülkiyyətçiyə maddi ziyan vurulmuşdur.Mülkiyyətçi həm təsir zonasına düşən meyvə ağaclarından(ailənin gəlir mənbəyi) həmişəlik məhrum olmuşdur,həm də ki,ağacların sayı da düzgün hesablanmamışdır.(Ağdaş rvyonu,Alpaut kəndi,Cəlilov Adil və Cəlilov Nəzər)Torpaq müqaviləsinə əlavə edilmiş 3 saylı qoşmada «Torpaq mülkiyyətçisinin üzərinə qoyulan məhdudiyyətlər»də (a) XY və (b)iii bəndində göstərilir ki, mühafizə zolağında torpağın su basması ilə nəticələnə biləcək hər hansı fəaliyyət növü ilə məşğul olmaq,yeni suvarma (30sm-dən dərin) və ya drenaj kanalları çəkmək qadağandır.Boru kəmərlərinin iki yerə böldüyü və suvarma yollarının boru kəmərlərinin təsiri altına düşən torpaq sahələri demək olar ki,artıq ikinci mövsümdür ki,istifadəsiz qalmışdır.Səbəbi ,yeni suvarma kanallarının çəkilməsi üçün vəsaitin olmaması,bəzi hallarda təsir altına düşən torpaq sahəsini su basması riskinin olması ilə əlaqədardır.Bu da kəndlilərə maddi ziyan vurmuşdur. Təsirə düşən ərazilərdə torpağa mülkiyyət hüquqi ilə əlaqədar bəzi mübahisələr vardır və bu mübahisələr torpaq sahələrinin boru kəmərlərinin təsir dairəsinə düşməsindən sonra yaranmışdır.Lakin mübahisəyə məhkəmə qaydasında baxılmamış mülkiyyətçilərdən biri ilə icarə müqaviləsi bağlanmışdır.Ucar rayonunun Qaracallı kəndində 11 mülkiyyətçinin,Alpı kəndində iki mülkiyyətçinin bələdiyyə ilə bağlı torpaq mübahisələrini buna misal gətirmək olar.TAP ilə bağlı mübahisə doğuran və haqlı irad hesab olunan , Ucar rayonunun Qarabörk kəndində icarə müqaviləsini imzalamaqdan imtina etmiş kənl sakini Mənsurə İbrahimovanın ,Qulabənd kəndində evinin 35-40 metrliyindən kəmər keçən və bunu ailəsi üçün təhlükə hesab edən Şahlar Rüstəmovun şikayətləri tam araşdırılmamışdır. Yevlax rayonunun Aşağı Qarxun kəndində kəmərlərin təsirinə məruz qalan torpaq sahələrində nişanlanma işləri aparılırkən məlum olmuşdur ki,nişanlanma kompensasiya almayan 6 mülkiyyətçinin pay torpağında aparılıb((Nəsirova Əsmayə,Nəsirov Məhəmməd,Əliyev Müzəffər,Məmmədov Əfəndi,Qəribova Gülgül vəNəsirov Məlik) Torpaq mülkiyyətçilərinin bir hissəsi torpaqların istifadəsində yaranacaq məhdudiyyətlərdən onların gəlirlərinin aşağı düşəjəklərindən narahatdırlar.məsələn Yevlax rayonunun Nemətabad kənd sakini Əhmədov Məcnun,Ağdaş rayon kənd sakini Seyidov Xanış bu torpaqlardan daha çox məhsul ələdə edəjəyini planlaşdırırdı. Lakin təsirə məruz qalajaq sahədə ən azı üç il kənd təsərrüfatı işlərinin aparılmasına qadağaların və sonrakı illərdə bir sıra məhdudiyytlərin qalması onu gəlirinin bir hissəsindən məhrum olunmasına gətirib çıxara bilər. Torpaq mülkiyyətilərini narahat edən digər problem isə tikintinin vüsət almasından sonra onların torpqlarının daha çox hissəsinin təsir altına düşəjəyindən narahatlıqdır.Yevlax və Ucar rayonlarında aparılan müşahidələr,sorğular zamanı aydın oldu ki, bəzi yerlərdə nişanlanma aparılan zaman daha çox torpaq sahəsi təsir altına düşmüşdür.Torpaq mülkiyyətçiləri tikinti işlərinin onların torpaqlarının qalan hissəsinin becərilməsinə manelər yaradacağından narahatdırlar.Kəmər üçün xəndəklərin qazılması və kəmərin xəndəyə qoulmasından sonra üstünün örtülməsindən yaranajaq torpaq təpələri suvarmaya, hərəkətinə məydudiyyətlər qoylmayan texnikanın istifadəsinə çətinliklər yaradacaqdır. Mülkiyyətçiləri narahat edən digər problem tikinti ilə ələgədar olaraq suvarma sistemlərinə dəyə biləcək zərərlərlə əlaqədardır. İcarə müqavilələri tərtib edilərkən də bəzi səhvlərə yol verilmişdir.Bu faktlara Ağdaş rayonunun Yenicə bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsini və ona edilmiş 2 saylı əlavəni, Əmirarx kəndindən Adil Yusifovla bağlanmış icarə müqaviləsini,Yevlax rayonunun Nərimanabad kəndindən Şahin Məmmədovla bağlanmış icarə müqavilənsini misal gətirmək olar. Kompensasiyanın verilməsi zamanı mülkiyyətçilçrdən rüşvət alma faktı da olmuşdur.Məs.Ağdaş rayonunun İcra hakimiyyətinin Əmirarx kənd nümayəndəsinin sədri cənab Elmar Qarayevin İsmayılovlar ailəsindən,şirinlik adı ilə onların aldığı kompensasiyadan 2 milyon manat rüşvət alması. Ağdaş,Ucar,Yevlax rayonları ərazisində bələdiyyə mülkiyyətində olan 400 ha yaxın torpaq sahəsinin (daimi alınan torpaq sahələri,Tikinti müddəti ərzində müvəqqəti istifadə olunajaq, torpaq sahələri, kəmərin itismarı müddəti ərzində istifədəsinə məhdudiyytlər qoyulajaq torpaq sahələri)icarə haqqı dövlət torpaq fonduna daxil olan torpaqlarla bərabər tutulmuşdur ki,bu da bələdiyyələrin narazılığına səbəb olmuşdur. Bildiyimiz kimi bələdiyyələr yerli özünü idarəetmə orqanı kimi təzəcə yaranmışdır və onların fəaliyyətini çətinləşdirən əsas problemlərdən biri də maliyyə vəsaitlərinin daim çatşmamasıdır. Maliyyə çatışmamazlığı müqabilində bələdiyələrə bu cür münasibət göstərilməsi başa düşülən deyildir. Bu da Azərbayjanın indiki vəziyyətində yəni əhalinin əsas hissəisnin kasıbçılıq həddində yaşaması, kənd təsərrüfatı işlərinin arzu olunan gəlir gətirməməsi və digər bu kimi səbəblərdən irəli gəlir. Bu cür maliyyə çatışmamazlığı fonunda bələdiyələr məxsus torpaqlardan istifadəyə görə hesablanmış kompensasiyaların miqdarı ağılasığmaz dərəjədə kiçikdir. Kənd ərazilərində bələdiyyə büdcəsinin əsas gəlir mənbəyi onların mülkiyyətində olan torpaqların icarəyə verilmsindən əmələ gəlir. Lakin boru kəmərlərinin bələdiyyə torpaqları ərazisindən keçməsi onları gəlirlərinin bir hissəsidən məhrum etişdir. Məsələn Ağdaş rayonunun Yenicə kəndində bələdiyyə mülkiyyətində olan 5,0 Ha torpaq kəmər tikintisi ilə əlaqədar təsirə məruz qalmışdır və Kənd bələdiyyəis bunun müqablidə cəmi manat 428 dollar məbləğində kompensasiya almışdır.Bu hal bütün rayonlarda müşahidə olunmuşdur. Halbuki Bələdiyyələrin digər icarəçilər ilə müqavilə bağlayajağı təqdirdə bu gəlirlər dəfələrlə yüksək ola bilərdir.Digər tərəfdən o da anlaşılmazdır ki bu gün BTC Ko şirkəti kəmər boyu ərazidə sosial-iqtisadi inkişafın yaradılması məqsədilə maliyyə vəsaitləri ayırır və bu vəsaitləri yerli icmaların gələjəkdə müəyynləşdirəjəyi problemlərin həllinə yönəltməyi planlaşdırır.Bələdiyyələrin özlərinnin də icma prinsipləri ilə (seçkilər yolu ilə) yaradılmasını nəzərə alsaq belə nəticəyə gəlmək olar ki bu vəsaitlərin bir hissəsi də bələdiyyəlrin torpaqlarından istifadəyə görə kompensasiyaya yönəldilsəidi daha yaxşı nəticələrə ümüd etmək və bu proqmların həyata keçirilməsi ilə bağlı digər xərclərdən (əmək haqqı, ezamiyyətlər, nəqliyyat, təşkilati xarakterli digər xərclər) qaçmaq olardı. Bunuda qeyd etmək lazımdır ki,: Kompensasiyaların ödənilməsi üzrə bank sənədləri və hesablaşma müqavilələri qanunvericiliyə uyğun tərtib edilmişdir. Kompensasiyalar əsasən ev tikintisinə,kənd təsərrüfatı texnikasının alınmasına,minik maşınlarının alınmasına,şəxsi fermer təsərrüfatlarının genişləndirilməsinə sərf olunmuşdur. Kompensasiya aldıqdan sonra kəndi tərk edən olmamışdır. Sorğular müşahidələr zamanı kompensasiyaların miqdarından razı olan mülkiyyətçilərin əsas motivləri ondan ibarət olmuşdur ki,sanki bu pullarn verilməsi onlara göydəndüşmş kimidir.Yaxşı güzəran üçün ümüdsüzlük , pesimist əhval-ruhiyyə, öz güzəranlarını yaxşılığa doğru dəyişməsinə ümüdsüzlük onların bu cür qənətdə olmasının əsas səbəbidir. İctimai Sərmayə Proqramı (İSP) BTC Ko. Şirkəti kəmər boyu ərazilərdə sosial-iqtisadi durumun dayanıqlı inkişafına yardım etmək əqsədlə İjtimai Sərmayələr Proqramını həyata keçirməyi qərara almışdır.Bu proqramın mahiyyəti bu ərazilərdə uzun müddətli təsirə məruz qalacaq bölgələrini sosial-iqtisadi inkişafına yardım edəcək layihələri dəstəkləməkdən ibarətdir. Kəmər boyu 4 km-lik dəhlizdə (Boru kəmərinin hər tərəfindən 2 km məsafədə)yerləşən ərazilərdə bu proqramlırın həyata keçirilməsi nəzərdə tutulmuşdur.Yuxarıda qeyd etdiyimiz kimi kəmərin kecəcəyi ərazidə yaşayan əhalinin əksriyyəti kəndlilərdr.Yerli əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur və bu sahədən alınan gəlirlər hesabına dolanırlar.Digər bir hissəsi ticarətlə məşğuldur,müəyyən hissə isə dövlət büdcəsindən aldıqları maaşlar və müavinətlər hesabına yaşayırlar.İşsizliyin səviyyəsi xeyli yüksəkdir.Su, Elektrik enerjisi, yanacaqla təchizat çox aşağı səviyyədidir. Sosial infrstruktur obyektləri demək olar ki fəaliyyətsiz, yolların vəziyyəti bərbad haldadır.Kəndlərin çoxunda xəstəxanalar demək olar ki,yox vəziyyətindədir.Mövcud xəstəxanaların da dərman ləvazımatına,çarpayıya və təmirə ehtiyacı var.Kənd məktəblərinin uzun illər ərzində baxımsız qalması məktəb binalarını yararsız vəziyyətə gətirmişdir.Kəndlərin bəzilərində orta məktəb olmadığından uşaqlar orta təhsil üçün qonşu kəndlərə gedirlər. İctimai Sərmayələr Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi 4 təşkilata (Uşaqların Xilası-UX, Beynəlxalq Xilasetmə-BX, Beynəlxalq Tibb Korpusu –BTK, Beynəlxalq İcmalara Kömək Fondu –BİKF) həvalə edilmişdir.Bu təşkilatların həyata keçirəcəyi proqram və layihələr kəmər boüu ərazilərdə mövjud sosial-iqtisadi durumun yaxşılaşdırılmaqla bərabər regionun dayanıqlı sosial inkişafınada səbəb olmalıdır.Bu təşkilatlar İctimai Sərmayələr Proqramın çərçivəsində nəzərdə tutduqları tədbirləri həyata keçirmək üçün əhali arasında geniş məsləhətləşmələr aparmalı və əhalinin ən çox əziyyət çəkdiyi və bu proqram çərçivəsində həllinə kömək edilə bilən problemlər aşkarlanimalıdır.Keçirilən sorğu və müşahidələr onu göstərdi ki, Əhalinin İSP haqqında məlumatları yox dərəcəsindədir. Soruşulan əhalinin əksəriyyəti məsləhətləşmələrdə iştirak etmədiyini yaxud bu mələhtləşmələrin ümumiyyətlə keçirilməsindən xəbərsiz olduğunu söyləyirdilər.İcra orqanlarının nümayəndələri də bəzi hallarda bu proqramdan xəbərsiz oljuqlarını söyləyirdilər. Uşaqları Xilası, Beynəlxalq Tibb Korpusu təşkilatları yerlərdə müzakirələr başlayıb.Bəzi kəndlərdə əsas problemlər müəyyənləşdirilib. Nə qədər formal olsada icmalar seçilib.proqramın həyata kçirilməsi üçün isə konkret işlər hələ az görülüb. BTK seminarlar təşkil edib. Yuxarıda qeyd olunan təşkilatlar bütün kəndləri gəzmədən,kəndlərin sosial vəziyyətini öyrənmədən,İSP üçün kəndlərin siyahisini tərtib ediblər.Onların hansı kriteriyaları əsas götürərək bu kəndləri seçdikləri məlum deyil..Bu qənaətə gəlmək olar ki,İSP –na kəndlərin daxil edilməsi müxtəlif məmurların,yaxud hökumət nümayəndələrinin təklifi ilə seçilib. İSP-nın iştirakçısı olan FİNCA təşkilatı haqqında iqtisadçı ekspert Qubad İbadoğlunun şərhi:»Sırf biznes fəaliyyətidir.Yəni BTC –nin İSP nın sənədində də göstərilər ki,kəmər keçən ərazidə yaşayan əhalinin sosial şəraitini yaxşılaşdırmaq,məşğulluq problemlərini həll etmək nəzərdə tutulur və bu,təbii əvəzsiz olmalıdır.Lakin FİNCA nın fəaliyyəti həmin İSR-nın məqsədinə uyğun gəlmir.FİNCA-nın kommersiya maraqlarını güdür.Kreditlərin girovsuz olması ,sadəcə,onu maraqlı ,cəlbedici etmək üçündür.Kreditin faiz dərəcələri orta Azərbaycan göstəpicisindən iki dəfə yüksəkdir.Bu gün biz adi bankdan ayda 2%-lə həmin krediti götürə bilərik.FİNCA-nın təklif etdiyi kreditin aylıq faizi isə 4%-dir.Eyni zamanda FİNCA kreditləri qısa müddətə verir və kənd təsərrüfatında 4 aylıq kreditlə heç nəyə nail olmaq mymkyn deyil.Kənd təsərrüfatı uzunmüddətli,güzəştli kredit tələb edən sahədir.Bu baxımdan mən hesab edirəm ki,İSP-nın Azərbaycan kəndində bu şəkildə həyata keçirilməsi BTC-nın vəsaitinin belə şirkətlər tərəfindən bölüşdürülməsi ilə nəticələnəcək və İSP-dən də bəhrələnən də həmin şirkətlər,onlara bağlı qruplar olacaq.Bunu düzgün hesab etmirəm.» BTCboru kəmərinin tikintitisinə işçilərin jəlb edilməsi prosesi ilkin mərhələdədir. Tikinti şirkətinin kəmər boyu ərazilərdə yaşayan əhalidən işə qəbul olunması üçün yerli ofisləri yaradılıb.Ucar və Ağdaş rayonlarından hələ heç kim işə qəbul olunmayıb.Yevlax şəhəri yaxınlığında CCİC şirkətinin,Aran və Yadili kəndlərində isə PETROFAC şirkətinin düşərgələri yerləşir.CCİC şirkətinin düşərgəsində 300 nəfər ,Yadili kəndində PETROFAC düşərgəsində 40 nəfər,Aran kəndində PETROFAK düşərgəsidə isə 142 azərbaycanlı işçi çalışır.Onlardan beş nəfəri Yevlax şəhərinlənlir.(PETROFAC-ın işçiləri)İşçilərlə hələlik üç aylıq əmək müqaviləsi bağlanıb.Əmək müqaviləsi ilə həmişə olduğu kimi tanış olmaq qeyri-mümkün oldu.(Bu qənaətə gəlmək olar ki,yenə də əmək müqavilələri Azərbaycan Əmək müqaviləsinə ziddir)İşçilələ həyatı və tibbi sığorta müqaviləsi bağlanmayıb.Əmək haqqı çox aşağıdır(120-140 dollar)Ucar rayonunun Bərgüşad kəndi yaxınlığınla CCİC şirkətinin işçilərilə görüşərkən və müşahidə nəticəsində məlum oldu ki,iş saatı səhər saat 7.00-dan axşam saat 7.00-a qədərdir. Bu da AƏM –ə ziddir. Rayon mərkəzlərində işəgötürmə ilə əlaqədar müşavirələr keçirilib.Kəndlərdə işə qəbul edilməsi haqqında elənla və tələb olunacaq peşə ixtisasların, bu peşə və ixtisaslar üzrə işçilərə qoyulan bir sıra tələb və şərtlərin siyahısı asılmışdır.Müşavirələrdə ümumi məlumatlar verilmiş işçilərə qoyulan tələblərdən söhbət dinlənilmişdir.Əhali ilə aparılan söhbətlərdən belə məlum olmuşdur ki işəgötürmə prosesinin şəffaf olacağına ümidlər çox azdır.Ümumiyyətlə təkjə əhali deyil, QHT-ları ictimayyət nümayəndələri üçüdə işəgötürmə prosesinin prinsipləri qaranlıq olaraq qalmaqdadır. İşçilər ilə bağlanılajaq əmək müqaviləlirinin nümunələrini əldə etmək demək olar ki, çətindir.Bu müqavilə nümunəsinin əldə olmaması onların Azərbayjan Respublikasının Əmək Məjəlləsinə uyğunluğunu müqayisə etməyə imkan vermir. Sorğular göstərdi ki, əhali bu tikintidə iş yeri tapmaq üçün çox ümüdlüdür. İşə qəbulla əlaqəda təqdim olunmuş ərizələrə hələ cavabların verilməməsi işəgötürmə prosesinin necə apralıajağı haqqında konkret fikirlər söyləməyə imkan vermir.Yerli əhali arasında kəmərin mühafizəi işinə qəbul prosesi üçün ərizələr qəbul edilib, bir sıra vətəndşlar sınaq testlərində iştirak edib. Yuxarıda qeyd olunanları ,təsirə məruz qalmış əhalidən götürülən müsahibələri nəzərə alsaq,belə qənaətə gəlmək olar ki,AGT boru kəmərlərini çəkilişi ətraf rayonların sosial-iqtisadi problemlərinin həllinə heç bir müsbət təsiri olmayıb,əksinə, boruların təsirinə məruz qalmış,558 xüsusi mülkiyyətçilərin və bələdiyyələrin əksər hissəsinin hüququ tapdalanmışdır. Monitorinq qrupunun təklifi Azərbaycan-Gürcüstan_Türkiyə Boru kəmərləri Torpaq Ayırma Proqrammı üzrə kompensasiyaların verilməsi yenidən araşdırılsı ( o cümlədən bələdiyyə torpaqları) İSP üzrə seçilmiş kəndlərin siyahisi yenidən aydınlaşdırılsın AGT boru kəmərlərinin təsirənə məruz qalmış rayonlardan ,işə qəbulla əlaqədar kəmərin çəkilişi ilə məşğul olan tikinti şirkətlərinin üzərinə götürdüyü öhdəliklər reallaşsın. AGT boru kəmərlərinin çəkilişi başlananda yerli fermerlərin,yerli müəssisələrin xidmətlərindən istifadəyə xüsusi diqqət verilsin. Mirvari Qəhramanova Zamin Hacı Mətanət Əskərova Həmid Xəlilov