NHMT - BP Eksploreyşn (Kaspian Şi) şirkəti ölkə qanunvericiliyini tanımır ?!

BP Eksploreyşn (Kaspian Şi) şirkəti ölkə qanunvericiliyini tanımır ?!

BP Eksploreyşn (Kaspian Şi) şirkəti ölkə qanunvericiliyini tanımır ?!

BP İşçi Heyəti üçün təlimat kitabçasından: Siz buraya gəldiyiniz andan BP şirkətinin və onun gələcək perspektivinin bir hissəsinə çevrilirsiniz

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə BP Eksploreyşn (Kaspian Şi) şirkətinin 42 nəfər işçisi müraciət edib. Neftçilərin şikayətlərini araşdıran təşkilatımız hesab edir ki, şirkət tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.4 (Əmək müqaviləsinin müddəti) 16.( Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) maddələri, Beynəlxalq Əmək Təşkilatının 111 saylı Konvensiyası (Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında Konvensiya) pozulmuşdur. Belə ki,

 

- 2014-cü ilin Oktyabr ayından başlayaraq bu işçilərlə 15 gün, ay, 1 il və 1.6 il müddətində müddətli Əmək müqavilələri bağlanmışdır. Baxmayaraq ki, işçilər tərəfindən yerinə yetirilmiş işlər və xidmətlər müvəqqəti deyil, daimi xarakter daşıyır. Bu faktı işçi ilə işəgötürən arasında bağlanmış Əmək müqavilələrində göstərilən vəzifə və peşələri də təsdiq edir.

 

- Müraciət edən işçilərin əmək haqları digər yerli və xarici işçilərə nisbətən çox aşağı səviyyədə(800 manat) olmaqla ayrı seçkiliyə yol verilmişdir.

 

- İşçilərin bildirdiyinə görə onlarla Əmək müqaviləsi bağlansa da, faktiki olaraq 2.6 il müddətində BP-nin ehtiyat bazası kimi təhsil almış, seminar və təlimlərdə iştirak etmiş və bu müddətdə 50-dən çox imtahandan keçiblər.

 

- Əmək müqavilələrinin müddəti 2017-ci ilin Mart-aprel aylarında qurtardığı halda bir ay əvvəldən onlara bağlanmış Əmək müqavilələrinə xitam veriləcəkləri barədə Xəbərdarlıq edilmiş, Xəbərdarlıq aldıqları gündən qanunsuz olaraq 1 ay əvvəldən işə buraxılmamış və əmək hüquqları məhdudlaşdırılmışdır.

 

- Əmək müqavilələrinə xitam verilərkən onlara bildirmişlər ki, bu BP-nin maliyyə çətinliyi ilə əlaqədardır. Bu halda işçilər düşünürlər ki, əgər BP şirkətində maliyyə çətinliyi var idisə, o halda:

- onları niyə 2014-cü ildə işə qəbul edirdilər, hansı ki, həmin dövrdə BP maliyyə çətinliyi adı ilə ən azı 250 nəfər yerli işçinin işdən azad etmişdi.

- Yüksək əmək haqqı alan 1 nəfər xarici işçiyə çəkilən xərc, təqribən elə işdən azad olunan bu 42 nəfərə çəkilən xərclə eyni olduğu halda  maliyyə çətinliyi niyə xarici işçilərə şamil olunmur?