NHMT - Bitmiş layihələr NHMT -

Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycandakı fəaliyyətlərinin və onların maliyyələşdirdiyi layihələrin monitorinqi üzrə Hesabat

25 dekabr 2007-ci il Layihə yanvar 2007-ci ildə başlayıb dekabr 2007-ci ildə sona çatıb Maliyyə dəstəyi: CEE Bank Watch Network NGO Forum on ADB Global Greengrants Fund 1. Asiya İnkişaf Bankı: Layihənin adı: Ağdaş Göyçay, Naxçıvan şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi Layihənin təsviri 2005-ci ilin noyabr ayında Asiya İnkişaf Bankı (ABI) və Azərbaycan hökuməti arasında Ağdaş Göyçay, Naxçıvan şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsini reallaşdırılmasından ötrü 30 milyon dollar məbləğində kredit ayrılması haqqında müqavilə imzalanmışdır. Layihədə şəhər su təsərrüfatlarının idarə olunması üçün səhmdar cəmiyyət tipli müəssisələr yaradılmasını və müqavilə əsasında beynəlxalq operatorun xidmətindən istifadə edilməsini nəzərdə tutulur. Layihənin həyata keçirilməsi üçün AİB tərəfindən Yeni Zelandiyadan Beynəlxalq Konsaltinq şirkəti (Kastaliya) dəvət edilmişdir. Şirkət nümayəndələri 2006-cı ilin ortalarında Azərbaycana səfər etmiş, regionlarda su təchizatı və kanalizasiya sisteminin idarə olunması sahəsində mövcud instutsional və struktur şəraiti öyrənərək müvafiq hesabat hazırlamışdır. Tender prosedurana əsəsən Azərsu tərəfindən podratçı seçilməlidir. Tender keçirilməsi haqqında Azərbaycan qəzetinin 18 iyul 2006-cı il tarixli sayında elan verilmiş və AIB saytında məlumat yerləşdirilmişdir. NHMT bu layihə üzrə Ağdaş və Göyçay şəhərlərində monitorinq aparmışdır ; Ağdaş: Şəhərin hazırda 27.000 əhalisi var. Ağdaş şəhərində hazırda mövcud olan su və kanalizasiya sistemləri 1969-cu ildə çəkilib istifadəyə verilib. Həmin dövrdə şəhərin 15.000 əhalisi olub və indiki sistemlər məhz o sayda əhaliyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hal-hazırda Ağdaş şəhərindəki su və kanalizasiya sistemləri çox bərbad vəziyyətdədir və əhalinin su ilə təminatında çox ciddi problemlər mövcuddur, kanalizasiya sistemi isə çox tez-tez sıradan çıxır. Ağdaş şəhərində yeni sistemlərin qurulması üçün AIB tərəfindən 13 milyon dollar vəsait ayrılıb. . Hal-hazırda Ağdaş şəhərində su və kanalizasiya sistemləri üçün tarif qiymətləri belədir: hər ailədən su istifadəsi üçün 1 manat, hər ailədən kanalizasiyadan istifadə üçün 1 manat. Layihə reallaşdırıldıqdan sonra bu qiymətlərin 2 dəfə artırılacağı gözlənilir. Qiymətlərin artımı təchizatın keyfiyyətinin yüksələcəyi ilə izah edilir. Göyçay: Şəhərin hazırda 45.000 əhalisi var. Şəhərdə fəaliyyət göstərən su və kanalizasiya sistemləri 1960-cı ildə çəkilib istifadəyə verilib. O zaman şəhərin 25.000 əhalisi olub. Hazırda Göyçayda əhalini içməli su ilə təmin etmək üçün 13 artezian var. Yeni sistemin işə düşməsi üçün daha 5 artezianın da vurulması nəzərdə tutulur “Azərsu” tərəfindən texniki-iqtisadi əsaslandırma aparılaraq yeni sistemin quraşdırılması üçün 8 milyon dollar vəsait ayrılıb. Hal-hazırda su və kanalizasiyada istifadə üçün əhalidən hər ailədən ayda 4 manat pul yığılır. Layihə haqqında hər iki şəhərin su istifadəçiləri ilə maarifləndirmə aparılmayıb, ictimai dinləmələr keçirilməyib. İcraçı agentlik olan «Azərsu» ilə olan problemlər. Layihə şərtlərinə görə su satışı və çirkab sularının utilizasiyası üçün tariflərinin iki dəfə artırılması nəzərdə tutulur. Kredit sazişinə əasasən isə Azərsu ASC- nin direktorlar şurası tariflərin qaldırılması hüququ əldə edir . Halbuki Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bu hüquq eksklyuziv olaraq Tarif Şurasına verlmişdir. Problem ondan ibarətdir ki, Azərsu ASC –nin mülkiyyətçisi məlum olmadığına görə orada son nəticədə qərarların kim tərəfindən qəbul edilməsi aydın deyildir. Kredit sazişinə əasasən Azərsu ASC-nin səhmləri Iqtisadi Inkişaf naziriliynə məxsusdur lakin nazirliyin özündə bu haqda məlumat yoxdur və onlar bu haqda danışmaq isəmirlər. Azərsu tərəfindən Göyçay və Ağdaş şəhərlərini təmin edən su hövzələrinin vəziyyəti və suyun keyfiyyəti yoxlanılmamışdır. Tenderin keçirilməsi Kredit müqaviləsinə əsaəsən bu layihə üçün məsləhətçi şirkətin cəlb edilməsi üçün elan edilmiş tenderdə iştirak etmək etmək üçün ərizə vermiş şirkətlərin siyahısı ictimayyət üçün açıq olmalıdır. Lakin Azərsu tərəfindən bu öhdəliklərə əməl olunmamışdır. Səbəb kimi tenderdə iştirak etmək istəyən şirkətələrin razılığının olmaması göstərilir. Azərsu tərfindən keçirilən tenderdə yalnız 3 şirkətdən ərizə daxil olmuşdur və onlardan heç biri müsabiqədən keçməmişdir. Azərsu tərəfəindən verilən məlumatlara əsaəsən bu şirkətlrin təklifləri çox zəif idi və onların heç biri AIB-nın tələblərinə uyğun gəlmirdi. Bankdan alınan məlumatlara görə isə podratçının seçilməsi üçün Azərsu tərfəindən yenidən tender keçiriləcəkdir. Onu da qeyd etmək olar ki,Dünya Bankı tərəfindən respublikanın başqa şəhərlərində reallaşdırılacağı analoji layihəsi üzrə isə, podratçı artıq seçilmişdir və bu zaman 6 ərizə daxil olmuşdur. Maraqlı fakt ondan ibarətdir ki,

“Yeni neft köhnə lokomotivlərdə - sərfəlidir” Press-reliz

Layihənin xülasəsi Avropa Yenidənqurma və İnkişaf Bankı,Azərbaycan Dövlət Dəmir Yolu şirkətinə elektrik xətli lokomotivlər,dəmiryolu stansiyası avadanlığı və dəmiryolunun texniki təminat maşınlarının bərpası layihəsi üçün 30 mln ABŞ dolları məbləğində kredit ayırmağa hazırlaşır. Hal-hazırda layihə sonuncu yoxlanışdan keçib və idarə heyətinin təsdiqini gözləyir. AYİB-nın Baş Katibinə şikayət Bizim təşkilat, AYİB-na dəfələrlə göndərdiyi müraciətlərinə rədd cavabı aldığından, AYİB-nın Baş Katibinə Ətraf Mühitin Analizi, Texniki Əsaslandırma və ictimai müşavirələr haqda məlumatının açıqlanmamasına görə sikayət göndərdi lakin, mənfi cavab aldı. B kateqoriyalı layihə kimi təsnif olunan, lokomotivlərin bərpası layihəsi ətraf mühitə, sağlamlığa və təhlükəsizliyə mühüm təsiri olan layihə kimi tanınır. Ətraf Mühitin Analizi, layihə ilə bağlı olan təhlükələri azaltmaq və kifayət qədər zəiflətmək üçün aparılmışdır. Amma Layihənin Ümumi Sənədi ətraf mühitlə bağlı olan risk və əməliyyatları lazımi qədər təfsilatı ilə yoxlamır. Həmçinin,
12