Layihənin xülasəsi
Avropa Yenidənqurma və İnkişaf Bankı,Azərbaycan Dövlət Dəmir Yolu şirkətinə elektrik xətli lokomotivlər,dəmiryolu stansiyası avadanlığı və dəmiryolunun texniki təminat maşınlarının bərpası layihəsi üçün 30 mln ABŞ dolları məbləğində kredit ayırmağa hazırlaşır. Hal-hazırda layihə sonuncu yoxlanışdan keçib və idarə heyətinin təsdiqini gözləyir.
AYİB-nın Baş Katibinə şikayət
Bizim təşkilat, AYİB-na dəfələrlə göndərdiyi müraciətlərinə rədd cavabı aldığından, AYİB-nın Baş Katibinə Ətraf Mühitin Analizi, Texniki Əsaslandırma və ictimai müşavirələr haqda məlumatının açıqlanmamasına görə sikayət göndərdi lakin, mənfi cavab aldı. B kateqoriyalı layihə kimi təsnif olunan, lokomotivlərin bərpası layihəsi ətraf mühitə, sağlamlığa və təhlükəsizliyə mühüm təsiri olan layihə kimi tanınır. Ətraf Mühitin Analizi, layihə ilə bağlı olan təhlükələri azaltmaq və kifayət qədər zəiflətmək üçün aparılmışdır. Amma Layihənin Ümumi Sənədi ətraf mühitlə bağlı olan risk və əməliyyatları lazımi qədər təfsilatı ilə yoxlamır.
Həmçinin, əgər Ətraf Mühitin Analizi Texniki Əsaslandırmanın bir hissəsi kimi işlənibsə, onda Texniki Əsaslandırma tam olaraq ictimaiyyətə açıqlanmalıdır. Baxmayaraq ki, layihə AYİB-nın nəzəri altında sonuncu yoxlanışı keçib və hal-hazırda idarə heyətinin təsdiqini gözləyir, çox güman ki, Azərbaycan camaatının layihənin təfsilatı ilə tanış olmağa imkanları olmayıb, amma layihə investoru layihə üzrə heç bir ictimai müşavirələr keçirməyib. Baş Katibin vəzifələrini müvəqqəti icra edən Horst Reichenbach qərara gəldi ki, sikayət təmin edilə bilməz ona görə ki, Bank öz İctimai İnformasiya siyasətinə və Ətraf Mühit siyasətinə görə soruşulan sənədləri müştərinin(ADDY) icazəsi olmadan açıqlaya bilməz. Baş Katibin səbəb gətirdiyi o fakt ki, Ətraf Mühitin siyasətində sənədi açıqlamağa heç bir əsas yoxdur, onu göstərir ki, Bank şəffaflığa doğru necə də dar düşüncəli və konservativ yanaşır.
AYİB-nın İllik görüşünün nəticələri
2007-ci il may ayının 19-22-nə kimi,bizim təşkilatın nümayəndəsi AYİB-nin Kazandakı illik görüşündə iştirak etmişdir. Bu görüş ərzində biz bir neçə məsələni qaldirdiq: suallar ADDY:Lokomotiv layihəsinin mənfəətli olması ilə və dövlət idarəsinin səhmdar cəmiyyətinə çevrilməsi sərnişinlər üçün nəzərdə tutulan tariflərin qalxmasına apardığından, bunun cəmiyyət üçün əlçatan olub-olmadığı bank tərəfindən araşdırılması ilə bağlı idi. Təklif ondan ibarət idi ki, kredit köhnə lokomotivlərin bərpasına yox, yenilərin alınmasına verilsin. Cavab: Lyihə BTC-nın nəqliyyat marşrutunu təkrarlayır və bu layihənin mənfəətinə təsir etmir; Köhnə lokomotivlərin bərpası ilə olan bu layihə ADDY-nun prioritetidir və onlar öz ehtiyaclarını özləri müəyyən etməlidirlər; biz layihənin əlçatan olub-olmamasını araşdırmırıq, çünki hər bir ölkə sərnişinlər üçün nəzərdə tutulan tariflərin subsidiyalaşdırılmasını aradan qaldırmağını özü qərar verməlidir.
Bu layihənin təsdiq tarixi 2007-ci ilin Sentyabrına kimi saxlanılıb. Lin O`Grady(Layihə rəhbəri) tərəfindən verilən məlumata görə AYİB hökumətdən danışıqlar üçün vaxtın təsdiqlənməsini gözləyir. Maliyyə Nazirliyinin məlumatına görə danışıqlar gününün dəqiq müəyyən edilməsi üçün, dəmiryolunun ümumi fəaliyyət planı hökumət tərəfindən təsdiqlənməlidir. Bu bir neçə ay ərzində həyata keçiriləcək.
Tərtib edilər Beynəlxalq Maliyyə İnstitutlar üzrə Depatamentin əməkdaşları:
Sona Tağıyeva
Rustam İsazade
Kamilla Maxmudova
“Yeni neft köhnə lokomotivlərdə - sərfəlidir” Press-reliz
MÜƏLLİF:
Mirvari Qəhrəmanlı
At:
29 sentyabr 15