NHMT - NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI

NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI

NEFTÇİLƏRİN HÜQUQLARINI MÜDAFİƏ TƏŞKİLATI NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI

«SALYAN OYL» ƏMƏLİYYAT ŞİRKƏTİNİN FƏALİYYƏTİNİN İCMALARIN YOL İNFRASTRUKTURUNA TƏSİRİNİN MONİTORİNQİ ÜZRƏ İŞÇİ QRUPUN HESABATI

Layihənin əlaqələndiricisi Mirvari Qəhramanlı Layihəni reallaşdıran qrup: Zöhrab İsmayıl Sədaqət Qəmbərova Emil Məmmədov Şakir Bəşirov Hafiz Zərbəliyev.

BAKI – 2007 Monitorinq Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Məsuliyyətdən azad olma Bu hesabat monitorinqi aparılan tərəfin fəaliyyəti ilə bağlı müxtəlif məlumatların əldə olunması, sənədlərin öyrənilməsi və təhlil edilməsi, müşahidələr, müsahibələr və kənd icmalarına səfərlər, sorğuların aparılması nəticəsində əldə edilmiş tapıntılara əsaslanır. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsoru ACİ-YF və ya əlaqədar təşkilatları təmsil edən üzvlərin yeritdikləri siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır. Mündəricat Ön söz və təşəkkürlər İcra xülasəsi Monitorinqin icrası

 

1. GİRİŞ

1.1. Layihənin məqsədləri

1.2. Layihənin həcmi, diqqət yetirilən məsələlər və həyata keçirilmə mümkünlüyü

1.3. Pilot layihə həyata keçirilən ərazi haqqında ümumi məlumat

1.4. Monitorinq olunan tərəfə dair məlumat və layihənin vacibliyinin əsaslandırılması

 

2. METODOLOGİYA

2.1. Monitorinq qrupu üzvləri və onların rolu haqqında məlumat (daha ətraflı məlumat Əlavə 1-ə daxil edilir)

2.2. Monitorinq zamanı istifadə edilən metodlar

2.3. Monitorinqin proqramı

2.4. Monitorinqlə əlaqədar istifadə olunan sənədlər

2.6. Görüşlər, sənədlərin öyrənilməsi, müşahidələr və xronometracın aparılması

2.7. Monitorinq zamanı qarşıya çıxan problemlər

 

3. MÜŞAHİDƏLƏR, MÜSAHİBƏLƏR, MONİTOİRİNQ ZAMANI AŞKAR EDİLƏN MƏSƏLƏLƏR VƏ ONLARIN TƏHLİLİ

3.1. «Salyan OYL» əməliyyat şirkətinin sosial proqram çərçivəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi

3.2. «Salyan OYL» əməliyyat şirkətinin ətraf mühitlə bağlı ekoloji təsirlərinin qiymətləndirilməsi

3.3. İcmaların istifadə etdiyi avtomobil yolunun şirkətin fəaliyyəti nəticəsində təsirə məruz qalması

3.4. Yolun istifadəsi dövründə onun vəziyyətinə nəzarət və monitorinqin həyata keçirilməsi

3.5. Yolun bərpası və hazırki vəziyyəti

3.6. Şirkətin fəaliyyəti ilə bağlı icma üzvlərinin şikayətlərinin idarə olunmasının qiymətləndirilməsi

3.7. Layihənin müdaxiləsindən sonra görülən tədbirlər

 

4. QƏNAƏTLƏR 5. TÖVSİYƏLƏR ƏLAVƏLƏR

Əlavə1. Monitiorinq qrupu üzvləri haqqında məlumat

Əlavə 2. «Neft əməliyyatlarının həyata keçirildiyi ərazilərdə ictimai nəzarət mexanizmlərinin yaradılması» layihəsinin iş planı

 

ÖN SÖZ VƏ TƏŞƏKKÜRLƏR

Qaz və neft hasilatı Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Bununla bərabər neft şirkətlərinin fəaliyyəti ölkə üçün aktual problemlər də yaradır ki, bu da həmin fəaliyyətin ətraf mühitə təsiri ilə bağlıdır. Bu problemlərin həlli üçün mühüm layihələrin icrasında vətəndaş cəmiyyətinin fəal iştirakı zəruridir. Vətəndaş cəmiyyəti ölkənin iqtisadi həyatında mühüm yer tutan neft şirkətlərinin fəaliyyəti üzərində nəzarəti həyata keçirməklə həm onlara qlobal məsələlərin həllində kömək edər, həm də fəaliyyətlərinin daha şəffaf və açıq olmasını təmin etmiş olarlar. Bu baxımdan «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsirinin monitorinqi bu istiqamətdə əhəmiyyətli bir addımdır. Odur ki, monitorinq qrupu bu fəaliyyətin həyata keçirilməsinə köməklik göstərən təşkilatlara və insanlara minnətdarlığını etiraf edir. Monitorinq qrupu adından layihənin reallaşmasında göstərdiyi maliyyə dəstəyinə görə «Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu»na və xüsusilə Fondun icraçı direktoru Fərda Əsədova öz dərin təşəkkürümüzü bildiririk. Layihənin müvəffəqiyyətlə icra edilməsinin əsas şərti kimi qrup üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, layihə fəaliyyətlərinin əlaqələndirilməsi və ona nəzarətin təmin edilməsi üçün Esmira xanım Əsədullayevaya minnətdarlığımızı bildiririk. Monitorinqin aparılmasına şərait yaratdığına, o cümlədən monitorinq edilən tərəflə danışıqların aparılması və zəruri məlumatların toplanması, yerlərdə dəyirmi masaların təşkilində fəal yardımına görə layihənin koordinatoru - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari xanım Qəhrəmanlıya səmimi təşəkkürümzü bildiririk. İCRA XÜLASƏSİ Bu hesabat Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Neft əməliyyatlarının həyata keçirildiyi ərazilərdə ictimai nəzarət mexanizmlərinin yaradılması» layihəsi çərçivəsində «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsirinin monitorinqi zamanı əldə edilən məlumatlara əsaslanır. Layihənin məqsədi Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-ni birləşdirən və «Salyan OYL» şirkətinin fəaliyyətinin təsirinə məruz qalan 22 km-lik yolun monitorinqini aparmaq idi. Monitorinq 2007-ci ilin iyun-avqust ayları ərzində yerinə yetirilmişdir. «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmalara təsirinin monitorinqi zamanı işçi qrupu aşağıdakı məsələlərə diqqət yetirmiş və qiymətləndirmişdir: • «Salyan OYL» əməliyyat şirkətinin sosial proqram çərçivəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi; • «Salyan OYL» əməliyyat şirkətinin ətraf mühitlə bağlı ekoloci təsirləri; • İcmaların istifadə etdiyi avtomobil yolunun şirkətin fəaliyyəti nəticəsində təsirə məruz qalması; • Yolun istifadəsi dövründə onun vəziyyətinə nəzarətin həyata keçirilməsi; • Yolun bərpası və hazırki vəziyyəti; • Şirkətin fəaliyyəti ilə bağlı icma üzvlərinin şikayətlərinin idarə olunması; • Layihənin müdaxiləsindən sonra görülən tədbirlər. «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsiri ilə bağlı monitorinqi zamanı işçi qrupu aşağıdakı qənaətlərə gəlmişdir: Şirkət kənd əhalisinin sosial problemlərinə yardım etmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş, onun vəsaiti hesabına kəndlərdə yeni məktəb binaları, tibb məntəqələri və bələdiyyə ofisləri tikilmiş, bəziləri isə əsaslı təmir edilmişdir. Bu fəaliyyətləri monitorinq qrupu müsbət hal kimi qiymətləndirir. Şirkətin fəaliyyəti zamanı ekoloci tələblərə əməl edilmir və ətraf mühitə əhəmiyyətli dərəcədə ziyan dəyir. Şirkətin ekolologiya ilə bağlı təsirləri əhalinin sağlamlığı üçün təhlükə mənbəyi yaradır. İcmaların istifadə etdiyi 22 km-lik yol şirkətin fəaliyyəti nəticəsində mənfi təsirlərə məruz qalmışdır. Şirkətə məxsus nəqliyyat vasitələrinin hərəkəti kəndarası və kəndləri başqa yaşayış məntəqələrilə birləşdirən yolları bərbad vəziyyətə salmış, əhalini gcdiş-gəlişi üçün çətinliklər yaranmışdır. Yoldan istifadə dövründə şirkətin hər hansı bir monitiorinq aparması barədə heç bir sübut-dəlil təqdim edilməmişdir, odur ki, işçi qrupu şirkət tərəfindən belə bir monitorinqin keçirilmədiyi qənaətinə gəlmişdir. Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişin və eləcə də Avtomobil Yolları Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə baxmayaraq istifadə etdiyi yolda şirkət tərəfindən heç bir bərpa və təmir işləri aparılmamışdır. «Salyan OYL»un fəaliyyəti ilə bağlı yerli icmalara mənfi təsirlər əhalinin müəyyən narazılığına səbəb olmuş, lakin sakinlərin şirkət rəsmiləri ilə əlaqə yaratmaq cəhdləri baş tutmamışdır. Monitorinq qrupu belə qənaətə gəlmişdir ki, şirkət şikayətlərə baxılması və onların həll edilməsi məsələsinə laqeyd yanaşmışdır. Layihənin icrası artıq müsbət nəticələr verməkdədir ki, bu da ilk növbədə yerli icmanın və bələdiyyələrin fəallaşması, şirkətin dialoq üçün ilk addımlar atmasında müşahidə olunur. Monitorinqin icrası 1. GİRİŞ 1.1. Layihənin məqsədləri Son məqsəd: Salyan rayonunda neft əməliyyatlarını həyata keçirən şirkətlərin fəaliyyətinə ictimai nəzarət mexanizminin təşkili Birbaşa məqsəd: «Salyan OYL» Əməliyyat Şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsirinin qiymətləndirilməsi İşçi qrupu monitorinqi həyata keçirmək üçün Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-ni birləşdirən və «Salyan OYL» şirkətinin fəaliyyətinin təsirinə məruz qalan 22 km-lik yolu seçmişdir. Qeyd edək ki, həmin yoldan 14 000 əhalinin yaşadığı 5 kəndin əhalisi istifadə edir. 1.2. Layihənin həcmi, diqqət yetirilən məsələlər və həyata keçirilmə mümkünlüyü «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsirinin monitorinqi 2007-ci ilin iyun-avqust ayları ərzində yerinə yetirilmişdir. Layihə çərçivəsində aparılan monitorinqin həcmi aşağıdakı sahələri əhatə etmişdir: «Salyan OYL» əməliyyat şirkətinin nümayəndələri ilə əlaqə saxlanılmış və görüşlər keçirilmiş, şirkət rəhbərliyinə sorğular göndərilmiş, hüquqi sənədlər, müqavilə və razılaşmalar əldə olunaraq öyrənilmiş, şikayətlər üzrə məhkəmə materiallar araşdırılmış, Kürsəngi, Peyk, I Varlı, II Varlı, Aydıngün, Yolüstü icmalarına səfər edilmiş, yerli əhali və bələdiyyələrlə görüşlər keçirilmiş, təsirə məruz qalmış yolların cari vəziyyəti qiymətləndirilmiş, həmin ərazilərin foto və video çəkilişlər edilmişdir. Layihə çərçivəsində yerli bələdiyyələrin, icra strukturlarının, yerli QHT-lərin və icma üzvlərinin iştirakı ilə 4 dəyirmi masa keçirilmişdir. «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmalara təsirinin monitorinqi zamanı işçi qrupu aşağıdakı məsələlərə diqqət yetirmiş və qiymətləndirmişdir: • «Salyan OYL» əməliyyat şirkətinin sosial proqram çərçivəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi; • «Salyan OYL» əməliyyat şirkətinin ətraf mühitlə bağlı ekoloci təsirləri; • İcmaların istifadə etdiyi avtomobil yolunun şirkətin fəaliyyəti nəticəsində təsirə məruz qalması; • Yolun istifadəsi dövründə onun vəziyyətinə nəzarətin həyata keçirilməsi; • Yolun bərpası və hazırki vəziyyəti; • Şirkətin fəaliyyəti ilə bağlı icma üzvlərinin şikayətlərinin idarə olunması; • Layihənin müdaxiləsindən sonra görülən tədbirlər. 1.3. Pilot layihə həyata keçirilən ərazi haqqında ümumi məlumat Salyan rayon kimi 1930-cu ildə təşkil olunub. Rayonun ərazisi 1,8 min kv. kilometr, əhalisinin sayı 119 min nəfərdir. Əhalinin 34,2%-i rayon mərkəzində, 65,8%-i isə kəndlərdə yaşayır. Rayonda 350 ailədə 1365 nəfər məcburi köçgün məskunlaşıb. Salyan inzibati ərazisində 1 şəhər, 49 kənd yaşayış məntəqəsi üzrə 15 ərazi nümayəndəliyi və 45 bələdiyyə mövcuddur. Torpaqların 91,4 min hektarı (50,6%) kənd təsərrüfatı üçün yararlıdır. Aqrar islahat nəticəsində 73,812 nəfərə 30, 630 hektar pay torpağı verilib. Rayonda 53 orta məktəb, 4 uşaq bağçası, 1 litsey, 1 orta tibb kolleci, 1 dövlət ali məktəbi fəaliyyət göstərir. Rayonda 38 ambulator poliklinika, 14 xəstəxana fəaliyyət göstərir ki, burada 1370 xəstəxana çarpayısı mövcuddur. Rayonda 56 kitabxana, 3 muzey, 2 mədəniyyət və istirahət parkı var. Salyanda mövcud olan 23 sənaye müəssisəsindən yalnız 14-ü fəaliyyət göstərir. Əhalinin əsas gəlir mənbəyi bitkiçilək və heyvandarlıqdır. Bitkiçiliyin əsasını pambıq, taxıl və heyvandarlıqda yem kimi istifadə olunan yonca becərilməsi təşkil edir. Rayonda 31 qeyri-hökumət təşkilatı qeydə alınsa da onlardan yalnız bir neçəsinin fəaliyyəti hiss olunur. Son illərdə regionların inkişafı üzrə bir sıra dövlət proqramlarının icrası ilə bağlı müəyyən işlər görülsə də, Salyan rayonunda ciddi problemlər mövcuddur. Rayon ölkənin digər bölgələri kimi yeni iqtisadi münasibətlərə keçid şəraitinin bütün çətinlikləri ilə üzləşir. Ən böyük problemlərdən biri əhalinin məşğulluğu ilə bağlıdır. Keçmiş sovet müəssisələrinin fəaliyyətinin dayanması, sahibkarlıq fəaliyyəti, o cümlədən fermer təsərrüfatları ilə bağlı çətinliklər işsizliyi yaradan əsas səbəblərdir. Fermerlərin kredit ala bilməməsi və yanacaq materiallarının bahalaşması bir çox kənd sakinlərinin öz pay torpaqlarını satmasına səbəb olub. Əvvəllər rayonun əsas gəlir mənbələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsində əhalinin marağı yoxdur. Pambığın satınalma qiymətlərinin aşağı olması, maddi-texniki bazanın zəifliyi və bu sahədə zəruri işçi qüvvəsinin çatışmazlığı pambıqçılığın inkişafına mane olur. Salyanda əhalinin əsas problemlərindən biri də içməli suya olan tələbatın ödənilməməsidir. Rayonda əhalinin istifadə etdiyi yeganə su mənbəyi Kür çayıdır. Ümumi su istehlakı 264,93 milyon kubmetrdir. 0,9%-i məişət və içmək məqsədilə, 99%-i suvarmada istifadə olunur. Götürülən suyun 70,43 milyon kubmetri və ya 26,6%-i nəql zamanı itirilir. Salyan Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata əsasən Kür çayının suyu normadan 10 dəfə artıq çirklənib. Rayon mərkəzində quraşdırılmış 2 su təmizləyici qurğunun yalnız biri qismən standartlara cavab verir. Bu qurğulardan da mərkəzdə yaşayan 35 min əhalinin təxminən 18 mini istifadə də bilir. Qalan əhali birbaşa Kür çayından istifadə edir. Kəndlərdə içməli su ilə bağlı vəziyyət daha dözülməzdir. Kür çayından uzaqda yerləşən 35 kəndin sakinləri suyu arxlardan götürürlər. Respublika Prezidentinin bu ilin iyun ayında imzaladığı sərəncama əsasən Salyanın hələlik 45 yaşayış məntəqəsinin 8-də modul tipli su təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulur. Bu əhalini içməli suya olan tələbatının qismən ödənilməsini təmin edəcək. Son illərdə isə çayın daşması nəticəsində bir sıra kəndlərin əhalisi üçün ciddi problemlər yaranır. Dalbadal baş verən daşqınlar zamanı 4 minə qədər evin həyətini su basıb, 200 ev uçub, 1000-dən çox evə ciddi ziyan dəyib, həyətlərdəki meyvə ağacları quruyub. Bütövlükdə daşqınlar zamanı dövlətə və əhaliyə 10 milyon manatdan çox ziyan dəyib. Rayonda ciddi ekoloci problemlər də mövcuddur. Bütün stasionar mənbələrdən atmosferə atılan zərərli maddələr 14 291,7 ton təşkil edir (2007-ci il). Digər bir məsələ isə Kür çayının çirklənməsi ilə bağlıdır. Belə ki, çayın çirklənməsində yerli əhali də rol oynayır. Sahil boyu yaşayış məntəqələrindən məişət tullantıları və kanalizasiya suları birbaşa çaya axıdılır. Rayonun ciddi bəlalarından biri narkomaniyanın geniş yayılmasıdır. Narkotik bitkilərin becərilməsi üçün münbit torpaq və iqlim şəraiti, Salyanın beynəlxalq avtomobil yolları üzərində yerləşməsi və mövcud sosial problemlər narkomaniyanın geniş yayılmasına səbəb olur. 1.4. Monitorinq olunan tərəfə dair məlumat və layihənin vacibliyinin əsaslandırılması Azərbaycanın neft və qaz hasilatı sektorunda fəaliyyət göstərən əməliyyat şirkətlərindən biri də «Salyan OYL» LTD şirkətidir. «Salyan OYL» Əməliyyat Şirkəti 15 oktyabr 1998-ci il tarixdə yaradılmışdır. Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmişdir. Şirkət 1999-cu il 25 oktyabr tarixdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Əvvəllər ARDNŞ-nin Ortaq Neft şirkəti ABŞ-ın Frontera Resourses və Delta-Hess şirkətləri ilə əməkdaşlıq etmişdir. Ümumiyyətlə bu ərazidə 45 ildən çoxdur ki, neft və qaz hasil edilir. Belə ki, burada ilk istismar quyusu 1961-ci ildə qazılıb. 1999-cu ilə kimi hasilat 400-500 ton təşkil edirdisə, Amerikanın Frontera Resourses şirkəti gələndən ilyarım sonra hasilat 900-950 tona çatmışdır. 2002-ci ildən isə Çin Milli Neft şirkəti ilə iş birliyi yaradılmışdır. Son 6 ayda ərazidə bir neçə quyu qazılmış və həmin müddətdə 212341 ton neft hasil edilmişdir. «Salyan OYL» LTD şirkətinin fəaliyyət dairəsinə Salyan rayonunun Kürsəngi, Qarabağlı və Kərimbəyli neft yataqları daxildir. Tərəfdaş şirkətlər və onların pay bölgüsü belədir: ADNŞ-50%, CNODC-25%, FAL-ÇİN-25%. «Salyan OYL» LTD «İlkin-N», «XXI-əsr», «Sevinc-96» kimi yerli şirkətlərlə işləyir. «Salyan OYL» şirkətinin fəaliyyətinə ictimai nəzarətin təşkili məqsədilə yaradılan yerli icma nümayəndələrinin, bələdiyyələrin və QHT-lərin daxil olduğu monitorinq qrupu belə qənaətə gəlib ki, şirkətin fəaliyyəti dövründə sutkalıq hasilat NQÇİ-in vaxtındakı 450 tondan 900-950 tona çatdırılmış və ərazidə sosial obyektlərin tikilməsi sahəsində xeyli iş görülmüşdür. Bununla belə yerli icmalar neft layihəsinin mənfi təsirinə də məruz qalır. Bu təsiri əsasən iki cəhətdən qiymətləndirmək olar: bir tərəfdən şirkətdə çalışan işçilərin sosial problemləri və digər tərəfdən neft yataqlarının mənimsənilməsi (qazma, hasilat) zamanı yerli icmalara əhəmiyyətli dərəcədə ziyan vurulması. Belə ki, şirkətə məxsus ağırtonnaclı nəqliyyat və aqreqatların hərəkəti zamanı kəndarası və kəndləri başqa yaşayış məntəqələri ilə birləşdirən yollar bərbad vəziyyətə düşür, qazma avadanlığının və qurğuların istismarı zamanı həddindən artıq səs-küy və silkələnmə əmələ gəlir, ekoloci tələblərə əməl edilmir, mövcud yerli resurslardan istifadə olunmur. Monitorinq qrupu problemləri təhlil edərək belə nəticəyə gəlmişdir ki, onların içərisində ən önəmlisi «Salyan OYL»un yerli icmaların yolunu bərbad vəziyyətə salmasıdır. Xüsusilə Kürsəngidən Yolüstü kəndinə qədər olan 14000 nəfər əhalinin, 5 kəndin istifadə etdiyi 22 km-lik yol əslində keçilməz vəziyyətə düşüb və əhali, xüsusilə dərsə gedən uşaqlar üçün böyük çətinliklər yaranıb. Adı çəkilən problemlərin həllinin tapılmamasında Salyan rayonunun vətəndaş cəmiyyətinin qeyri-fəal olması da böyük rol oynayıb. Hələ «Frontera» şirkətinin fəaliyyəti dövründə «Salyan OYL» rayon ictimaiyyəti və QHT-lər arasında keçirilən görüşlər zamanı şirkət rəsmiləri problemləri dinləməyə cəhd etsə də, nəticəsi olmayıb. Çox passiv mövqe numayiş etdirən əhali hətta bü barədə fikir və rəy söyləməkdən belə çəkinib. Odur ki, bu layihə «Salyan OYL» şirkətinin neft və qaz hasilatı sahəsində fəaliyyətinə ictimai nəzarətin yaradılması və inkişaf etdirilməsi istiqamətində pilot layihə kimi əhəmiyyətlidir. Belə ki, layihənin icrası icma üzvləri, QHT nümayəndələri, müvfaiq dövlət qurumları və eləcə də şirkətin məsul şəxsləri arasında faydalı və işgüzar dialoqun yaradılması yolu ilə rayonda mövcud problemlərin konstruktiv həlli yollarının tapılmasına xidmət edir. 2. METODOLOGİYA 2.1. Monitorinq qrupu üzvləri və onların rolu haqqında məlumat (daha ətraflı məlumat Əlavə 1-ə daxil edilir) Monitorinq qrupu dörd nəfərdən ibarət olmuşdur. Monitorinqin icrası zamanı qrup üzvlərinin vəzifələri və fəaliyyət dairəsi əvvəlcədən müəyyənləşdirilmiş və hər kəs öz işi barədə məlumatlandırılmışdır.. Cədvəl 1. Monitorinq qrupu üzvlərinin vəzifə və məsuliyyətləri 1 Emil Məmmədov –monitorinq qrupunun rəhbəri Monitorinqin həyata keçirilməsi, o cümlədən informasiyaların toplanması və ümumiləşdirilməsi, təsirə məruz qalmış icmalarda görüşlər və yerli sakinlərdən müsahiblərin alınması, yolun monitorinqi, qrup üzvlərinin işinin əlaqələndirilməsi, monitorinqin nəticələri üzrə yekun hesabatın hazırlanması, tövsiyə və təkliflərin verilməsi üçün məsuliyyət daşıyır. 2 Şakir Bəşirov - qrup üzvü İnformasiyaların toplanması, foto şəkillərin çəkilməsi və xronometracın aparılması və ümumilikdə monitorinqin icrası ilə bağlı prosesdə fəal iştirak üçün məsuliyyət daşıyır. Hafiz Zərbəliyev – qrup üzvü Zəruri məlumatların əldə olunması və ümumilikdə monitorinqin icrası ilə bağlı prosesdə fəal iştirak üçün məsuliyyət daşıyır. 3 Ramal Babayev – qrup üzvü, mətbuat əlaqələndiricisi KİV-lə əlaqlərin yaradılması və işin təşkili üçün məsuliyyət daşıyır. 2.2. Monitorinq zamanı istifadə edilən metodlar Monitorinq zamanı aşağıdakı metodlardan istifadə edilmişdir.  Məlumatların toplanması «Salyan OYL» əməliyyat şirkəti və həmçinin pordratçı şirkətlərin fəaliyyəti haqqında informasiya toplanmışdır;  Monitorinq obyektinin araşdırılması «Salyan OYL» şirkətinin fəaliyyət göstərdiyi icmalarda şirkətin fəaliyyətinin ətraf sosial mühitə təsiri öyrənilmişdir.  İzləmə Bələdiyyələrlə birgə tədqiqat işi aparılıb. Keçmiş video çəkilişlərdən, bələdiyyə yazışmalarından, mətbuatda gedən informasiyalardan, mövcud qanunvericilikdən istifadə edilmişdir. Layihənin əhatə etdiyi bütün icmalarda «Salyan OYL»un ətraf mühitə təsiri ilə əlaqədar müşahidələr aparılmışdır. Yerli icma üzvləri, bələdiyyə nümayəndələri, şirkət rəsmiləri ilə şirkətin ekoloci təsirləri, neft əməliyyatları nəticəsində yaranan sosial problemlər və infrastruktura təsirlər, şirkət tərəfindən aparılan sosial proqramlar haqqında müsahibələr aparılmışdır. Monitorinq zamanı 100-ə qədər icma üzvündən müsahibə götürülmüşdür. Kənd yollarının yararsız vəziyyətə düşməsinin səbəbini araşdırmaq üçün xronometrac tətbiq edilmişdir. «Salyan OYL»un istifadə etdiyi nəqliyyat vasitələri və ağırtonnaclı maşınların kənd yollarında hərəkəti ilə bağlı foto və video çəkilişlər aparılmışdır. 2.3. Monitorinqin proqramı (daha ətraflı məlumat Əlavə 2-yə daxil edilir) Monitorinqin aparılması üçün ilk növbədə iş planı hazırlanmışdır ki, bu da aşağıdakı məsələləri əhatə etmişdir: • Layihə həyata keçiriləcək rayonlara səfərlərin planlaşdırılması • Yerli icma üzvləri ilə görüşlərini təşkili • «Salyan OYL» şirkətinin fəaliyyətinin yol infrastrukturuna təsiri ilə bağlı monitorinq aparmaq üçün yerli fəallar qrupunun yaradılması • Monitorinqi aparmaq üçün prioritetlərin müəyyənləşdirilməsi • Metodologiyanın hazırlanması • Monitorinq qrupu üzvlərinə təlimlərin keçirilməsi • Öyrəniləcək sənədlərin və məlumatların müəyyənləşdirilməsi • «Salyan OYL» şirkətinin fəaliyyətinin yol infrastrukturuna təsirini qiymətləndirmək üçün müvafiq şəxslərlə görüşlərin təşkili • Müşahidələrin aparılması və müsahibələrin alınması • Foto şəkillərin çəkilməsi • Toplanmış məlumatların təhlili • Monitorinq hesabatının hazırlanması • Salyanda vətəndaş nəzarətini təmin edə biləcək dayaq qrupunun yaradılması 2.4. Monitorinqlə əlaqədar istifadə olunan sənədlər Monitorinq zamanı işçi qrupu aşağıda qeyd olunan sənədləri öyrənmiş və müəyyən qənaətə gəlmək üçün onlara əsaslanmışdır: • Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş • Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu • Avtomobil Yolları Haqqında Azərbaycan Respublikasının Qanunu • Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunu • İnzibati Xətalar Məcəlləsi • Ərazidə yerləşən Yolüstü, Aydıngün, 1-ci Varlı, 2-ci Varlı, Peyk kənd bələdiyyələrinin Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə kənd yollarının əsaslı bərpa edilməsi tələbinə dair iddia ərizəsi • Kürşəngi-Yolüstü kəndlərini birləşdirən avtomobil yolunun 01.04.2007 tarixə olan texniki vəziyyəti barədə 38 saylı yol istismar idarəsinin tərtib etdiyi rəsmi Qüsur aktı və yolun sxemi • Bələdiyyələrin iştirakı ilə çəkilmiş «Bəxtsiz yol» qısametraclı film • Şirkətin fəaliyyəti ilə bağlı KİV-də dərc olunmuş məlumatlar • Podratçıların fəaliyyəti ilə bağlı və həmçinin bələdiyyələrdə problemlə bağlı olan bütün rəsmi sənədlər 2.6. Görüşlər, sənədlərin öyrənilməsi, müşahidələr və xronometracın aparılması Layihənin məqsədələrinə nail olunması üçün monitorinq zamanı «Salyan OYL» əməliyyat şirkətinin müvafiq məsələlərlə bağlı məsul şəxsləri, icma üzvləri, kənd bələdiyyə sədrləri və nümayəndələri ilə görüşlər keçirilmişdir. Görüşlərin vaxtı və yeri qabaqcadan razılaşdırılmışdır. İcma üzvlərinin, bələdiyyə nümayəndələrinin, həmçinin şirkətin məsul işçilərinin mövcud problemə və layihənin icrasına münasibətini öyrənmək üçün layihə çərçivəsində 4 toplantı keçirilmişdir. Bundan əlavə ARDNŞ-yə İnternet sorğuları göndərilmişdir. «Yol İnşaatservis» Departamentinin İqtisadi Təhlil şöbəsi və Salyan rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları şöbəsi ilə əlaqələr yaradılıb və problemlə bağlı münasibətlər və yanaşmalar öyrənilib. Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-ni birləşdirən 14000 əhalinin yaşadığı 5 kəndi əhatə edən 22 km-lik yolun hazırki vəziyyəti monitorinq qrupu tərəfindən öyrənilib. Monitorinqin nəticəsi yol mütəxəssisləri ilə müzakirə edilib. Monitorinq zamanı yerli icmalar və bələdiyyələrlə sıx əlaqələr yaradılıb. İşçi qrupu yerli bələdiyyələrin icmaların yol probleminin həlli üçün gördüyü tədbirlərlə tanış olub, məhkəmə materiallarının və müvafiq yazışmaların surətləri əldə olunaraq birlikdə öyrənilib. Təsirə məruz qalmış kəndlərin əhalisi ilə görüşlər keçirilib. Bir neçə günlük xronometrac və videoçəkilişlər vasitəsi ilə yolların vəziyyətinin qiymətləndirilməsi aparılıb. Monitorinq qrupu yol mühəndisləri və mütəxəssislərlə görüş keçirib və onların problemlə bağlı rəylərini dinləyib. Yolun monitorinqi zamanı «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» sazişin müvaifq müddəaları əsas kimi götürülmüşdür. Qeyd edək ki, həmin sənəd yolun bərpası ilə bağlı şirkətin öhdəliklərini əks etdirir. Salyanda yerləşən 38 saylı Yol istismar idarəsinin tərtib etdiyi Kürsəngi-Yolüstü kəndlərini birləşdirən avtomobil yolunun 01.04.2007 tarixə olan texniki vəziyyəti barədə rəsmi Qüsur aktı və yolun sxemi əldə edilərək öyrənilib. İşçi qrupu monitorinq zamanı Avtomobil Yolları Haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrini əsas götürmüşdür. Həmin sənəd «zərər vurmuş istifadəçi»nin vəzifələrini əks etdirir. . MÜŞAHİDƏLƏR, MÜSAHİBƏLƏR, MONİTOİRİNQ ZAMANI AŞKAR EDİLƏN MƏSƏLƏLƏR VƏ ONLARIN TƏHLİLİ «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmalara təsirinin monitorinqi zamanı işçi qrupu aşağıdakı məsələlərə diqqət yetirilmiş və qiymətləndirmişdir: 1. «Salyan OYL» əməliyyat şirkətinin sosial proqram çərçivəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi 2. «Salyan OYL» əməliyyat şirkətinin ətraf mühitlə bağlı ekoloci təsirləri; 3. İcmaların istifadə etdiyi avtomobil yolunun şirkətin fəaliyyəti nəticəsində təsirə məruz qalması; 4. Yolun istifadəsi dövründə onun vəziyyətinə nəzarətin həyata keçirilməsi; 5. Yolun bərpası və hazırki vəziyyəti; 6. Şirkətin fəaliyyəti ilə bağlı icma üzvlərinin şikayətlərinin idarə olunması; 7. Layihənin müdaxiləsindən sonra görülən tədbirlər 3.1. «Salyan OYL» əməliyyat şirkətinin sosial proqram çərçivəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi Monitorinq dövründə icma üzvləri və bələdiyyə nümayəndələri ilə söhbətlər zamanı və həmçinin şirkətin məsul şəxslərinin məlumatlarına əsasən qrup şirkət tərəfindən həyata keçirilmiş bir sıra müsbət işlərlə bağlı nəticələr əldə etmişdir. Belə ki, «Salyan OYL» əməliyyat şirkəti öz sosial proqramı çərçivəsində fəaliyyət göstərdiyi ərazilərdə kənd əhalisinin sosial problemlərini həll etmək məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Şirkət:  Rayonlararası vərəm dispanserinin əsaslı təmiri  Salyan rayon idman kompleksinin əsaslı təmiri  Şorsulu nevroloci xəstəxanasının əsaslı təmiri  Arxarası kənd yeni məktəb binasının inşası  Təzəkənd kənd yeni məktəb binasının inşası  Kolani kənd yeni məktəb binasının inşası  Qarabağlı kənd yeni məktəb binasının inşası  Qırxçıraq kənd yeni məktəb binasının inşası  Kürsəngi kənd orta məktəb binasının əsaslı təmiri  İkinci Varlı kənd yeni orta məktəb binasının inşası  Kürsəngi kənd yeni ambulator binasının inşası  Kərimbəyli və Kürsəngi bələdiyyə binalarının inşası  Qarabağlı kənd ərazi nümayəndəliyi poçt və tibb məntəqəsi kompleksinin, yeni məktəbə binası, bələdiyyə ofisinin inşasını həyata keçirib.  Yolüstü-Kürsəngi yolunun 2,5-ci km-dən neft mədəninə gedən yolu tam bərpa edərək yararlı hala salıb, əhalinin su kanalı üzərindəki körpünü yenidən qurub. Bütün bu sosial layihələr üçün şirkət tərəfindən 700 min dollar vəsait xərclənmişdir. Hazırda da şirkət tərəfindən Kürsəngi kəndində səhiyyə obyekti tikilməkdədir. Yerli icmaların rifahı istiqamətində həyata keçirilmiş bütün bu fəaliyyətləri monitorinq qrupu müsbət hal kimi qiymətləndirir. 3.2. «Salyan OYL» əməliyyat şirkətinin ətraf mühitlə bağlı ekoloci təsirlərinin qiymətləndirilməsi Monitorinq zamanı işçi qrupu belə qənaətə gəlmişdir ki, şirkətin fəaliyyəti zamanı ekoloci tələblərə əməl edilmir və ətraf mühitə əhəmiyyətli dərəcədə ziyan dəyir. Əldə edilmiş materiallardan məlum olmuşdur ki, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkəti ətraf mühitə vurduğu ziyana görə məhkəməyə vermiş və bunun üçün onun tərəfindən təzminat ödənilməsinə nail olmuşdur. Podratçı şirkət olan «İlkin-N» firmasının fəaliyyəti zamanı ətraf mühitin çirklənməsi baş verir. Belə ki, firmanın işçiləri mazut daşıyan maşınların çənlərindəki qalığı kənd əhalisinin yaşadığı evlərin yaxınlığında yerləşən kollektorlara boşaltmaqla ətraf mühitə ziyan vururlar Kürsəngi və Qarabağlı kəndlərində yerləşən quyulaın istismarı zamanı neftli gölməçələr yaradır. Bundan başqa mədənlərdən borular vasitəsilə neft nəql olunarkən boruların nasaz olması nəticəsində neft ətrafa dağılır. Bütün bunlar torpağın münbit humus qatının zədələnməsinə səbəb olur. Bələdiyyə və icma nümayəndələri ilə görüşlər zamanı əldə edilən məlumatlara əsasən Kürsəngi kəndində şirkətin neft çənləri bələdiyyə torpaqlarındadır. Burada təxminən 20-30 hektar torpaq çirkləndirilib. Mazut və texniki su qalıqları torpağa axıdılır. Kənd əhalisinin mal-qarası isə həmin ərazidə otarılır və bu da öz növbəsində heyvanlar üçün təhlükəlidir. Bir faktı da qeyd etmək lazımdır ki, kənd əhalisinə məxsus üç inək ölmüş və bələdiyyə sədrinin vasitəsi ilə şirkət tərəfindən heyvan sahiblərinə kompensasiya ödənilmişdir. Qaz sızməsi nəticəsində atmosferə qaz buraxılır. Hətta şirkət buna görə ekoloci cərimə də ödəyib. Kəndlərin ətrafında əmələ gəlmiş qır və neft gölməçələri radiasiya mənbəyidir. İcma üzvlərinin verdiyi məlumata görə Qarabağlı-Təzəkənd ərazisində mədənlərdən ətrafa tünd qoxu yayılır. Bu, neftin ayrılması üçün tətbiq olunan zəhərli maddə kimi məlum olan reagentlər, konkret ifadə olunsa sulfanolun qoxusudur. Kənd əhalisinin sözlərinə görə şirkətin ekolologiya ilə bağlı təsirləri əhalinin sağlamlığı üçün təhlükə mənbəyidir. Belə ki, bu, müxtəlif xəstəliklərin, o cümlədən insanlarda şəkərli diabetin yaranmasına gətirib çıxarır. Azərbaycan Diabet Liqasının Salyan şöbəsinin məlumatlarına görə Salyanda 1000 nəfər şəkərli diabetdən əziyyət çəkən xəstə var. Əhalinin fikrincə onların müalicəsinə yardım edilməlidir. Yerli əhali arasında xərçəng xəstəliyi artıb ki, bunun da səbəbini neft çıxarılan zaman quyulara vurulan kimyəvi maddələrin ətrafı zəhərləməsi ilə əlaqələndirirlər. Ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikası qanunvericliyiniə əsasən isə yaşayış yerlərinə yaxın ərazilərdə həmin maddələrin istifadəsini qadağan edilir. 8 avqust 2—7-ci il tarixdə Salyan rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş iclasda «Azərbaycan Respublikasında ekoloci vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks planın» təsdiq eilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 saylı sərəncamın yerinə yetirilməsi müzakirə edilib. Həmin tədbirdə icra başçısı «Salyan OYL» şirkətini ekoloci tələblər əməl etməməkdə günahlandırıb. 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri də mütəxəssis kimi şirkətə iradlarını bildirib. «Salyan OYL» LTD-nin ekologiya şöbəsinin müdiri problemlərin mövcud olduğunu etiraf edib və yaxın zamanlarda bunların aradan qaldırılacağını bildirib. 3.3. İcmaların istifadə etdiyi avtomobil yolunun şirkətin fəaliyyəti nəticəsində təsirə məruz qalması Monitorinqi aparılan yol 22 km olmaqla Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-nə qədər olan məsafəni birləşdirir. Qeyd edək ki, əməliyyatlar zamanı «Salyan OYL» LTD bu yoldan istifadə edir. Şirkətin fəaliyyəti zamanı onun istifadə etdiyi ağır texnika və avtomobillər yolu yararsız hala salmışdır. Bununla belə şirkət yolu təmir və bərpa etməmişdir. Beləliklə şirkətə məxsus ağır tonnaclı nəqliyyat və aqreqatların hərəkəti zamanı kəndarası və kəndləri başqa yaşayış məntəqələrilə birləşdirən yollar bərbad vəziyyətə düşür, bundan əlavə qazma avadanlığının və qurğuların istismarı zamanı həddindən artıq səs-küy və silkələnmə yaranır. Xüsusilə Kürsəngidən Yolüstü kəndinə qədər olan 14000 nəfər əhalinin, 5 kəndin istifadə etdiyi 22 km-lik yol əslində keçilməz vəziyyətə düşüb. İş o yerə çatıb ki, minik avtomobilləri həmin yolu 40-50 dəqiqəyə qət edirlər. Hətta yağıntılar dövründə yol daha pis vəziyyətə düşdüyündən əhali, xüsusilə uşaqlar üçün böyük çətinliklər yaranır. Qış mövsümündə yolda yaranmış çalalara su dolur və kənd avtomobilləri üçün keçilməz sədd yaradır. Bu 22 km-lik yol 5 kəndi rayon mərkəzi ilə birləşdirən yeganə yoldur. Yolun keçilməz vəziyyətə salınması nəticəsində təcili yardım maşınlarının kəndlərə gəlməsi və ya xəstələrin təcili olaraq xəstəxanalara çatdırılması mümkünsüz olur. Məktəblilərin isə dərsə gedib-gəlmələri çətinləşib. Kənd sakinləri 15 dəqiqəlik yolu 1 saat ərzində qət etməli olurlar. Onlar hətta istehsal etdikləri məhsulları bazara çıxarmağa çətinlik çəkirlər. Problemlə bağlı şirkətə üzün illərdən bəri edilən müraciətlər nəticəsiz qalmışdır. İşçi qrupu Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-nə qədər olan məsafəni birləşdirən 22 km-lik yolun hazırki vəziyyətini yoxlayaraq yol mütəxəssisləri ilə müzakirə etmiş və aşağıdakı nəticələrə gəlmişdir: I. Kürsəngidən başlayaraq 3,7 km uzunluqda asfalt-beton ortüyünün istismarı nəticəsində örtükdə çatlar və çalalar yaranmışdır. II. 9 km uzunluqda yol, yəni 3,7 km-dən başlayaraq 12,7 km-dək məsafə uzun müddət istismar olunduğundan yolun yatağı öz formasını itirmiş, çınqıl əsası isə dağılaraq yox olmuşdur. III. 8,3 km uzunluqda yol, yəni 12,7 km-dən başlayaraq 21 km-dək km-dək məsafə uzun müddət istismar olunduğundan yolun əsası dağılaraq öz normal qalınlığını itirmişdir. Əslində Azneftin balansında olan bu yol salınarkən əvvəlcə yalnız mədənlərə gedib-gəlmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə ərazidə yaşayış məntəqələrinin meydana gəlməsi ilə həm də 14000 əhalinin istifadə etdiyi gediş-gəliş yoluna çevrilmişdir. Yolda cari təmir işləri sonuncu dəfə 1995-1996-cı illərdə aparılıb, 14 km uzunluqda qara örtük (mazut) salınıb Əməliyyat şirkətinə xidmət və həmin yoldan istifadə edən maşınlar 2 qismə bölünür: 1. Xarici şirkətin özünə məxsus dövlət nomrə nişanı sarı fonda olan avtomobillər; 2. Dövlət nömrəsi 52 və 10-la başlayan «İlkin-N» firmasının «Salyan OYL» şirkətinə icarəyə verdiyi ağır yük maşınları və texnika. Yolu bərbad hala salınmış kəndlərin əhalisi ilə görüşlər zamanı məlum olub ki, yolun bərbad və yararsız hala salınmasına səbəb «Salyan OYL» əməliyyat şirkətinə xidmət edən ağır tonnaclı maşınların bu yoldan istifadə etməsidir. . Bir neçə günlük xronometrac və videoçəkilişlər vasitəsi ilə müəyyən olunub ki, adi çəkilən yol artıq o dərəcədə yararsız vəziyyətə düşüb ki, hətta «Salyan OYL» əməliyyat şirkəti özü də ondan 2-3 il əvvəlki kimi istifadə etmir. Belə ki, yolun keçilməzliyini görən əməliyyat şirkətinə xidmət edən ağır maşınların xeyli qismi artıq Kürsəngi və Qarabağlı arasındakı 23 km yolu birbaşa deyil, yollarını 5-6 km uzadaraq Ələt-Astara və Əli-Bayramlı-Salyan şossesindən keçməklə qət edirlər. Müəyyən edilmişdir ki, «Salyan OYL» əməliyyat şirkəti yarandığı gündən adı çəkilən yolda nəinki təmir-bərpa işləri aparmamış, hətta əvvəllər çəkilmiş asfalt yol şirkətin gündəlik hərəkət edən ağır yüklü avtomobilləri tərəfindən tamamilə dağılmış, istifadəsi mümkün olmayan vəziyyətə düşmüşdür. Uzun illər Salyan NQÇİ-də işləmiş fəhlə və mühəndislər də yolun vəziyyətinin əməliyyat şirkəti yaranandan indikindən qat-qat yaxşı olduğunu bildirmişlər. Yolun yararsız hala salınması əsasən mədən qazıntısı zamanı ağır texnikanın hərəkətinin intensivləşməsi nəticəsində baş verib. 3.4. Yolun istifadəsi dövründə onun vəziyyətinə nəzarət və monitorinqin həyata keçirilməsi Şirkət rəsmilərinin məlumatlarına əsasən mədəndaxili yollarda şirkət tərəfindən mütamadi olaraq monitorinqlər aparılmışdır. Yolların pis vəziyyətdə olması halları aşkar edildiyi üçün vaxtaşırı təmir işləri həyata keçirilmişdir. Lakin monitorinq qrupuna bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Yollara baxış isə əsasən icra hakimiyyəti, bələdiyyələr və nəhayət layihənin monitorinq qrupu tərəfindən həyata keçirilib. 5 iyul 2007-ci il tarixdə Aydıngün bələdiyyəsinin təşkilatçılığı və monitoriq qrupunun iştirakı ilə qeyd olunan yolun birgə monitorinqi keçirilib. 2007-ci il aprel ayında Salyan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 38 saylı yol sitismar idarəsinin iştirakı ilə Salyan rayonunun Kürsəngi və Yolüstü kəndlərini birləşdirən avtomobil yolunun vəziyyətinə baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq Qüsur aktı tərtib olunub və yararsız hala düşmüş yolun sxemi çəkilib. Qüsur aktında yolun kilomeitracları qeyd olunmaqla ona dəyən ziyan göstərilir. Belə ki, nəticələrə əsasən uzun müddət istismar olduğundan yolun yatağı öz formasını itirmiş, çınqıl özülü dağılmış yolun normal qalınlığı itmişdir. Asfalt-beton örtüyünün üzərində çatlar və çalalar meydana gəlmişdir. Bununla yanaşı sənəddə yola dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin smetası tutulub. Müəyyən edilib ki, 22 km-lik yolun bərpası üçün 1 milyon manata yaxın vəsait tələb olunur. Tərtib olunan Qüsur aktı 38 saylı Yol istismar idarəsi tərəfindən «Yolnəqliyyat servis» Departamentinə təqdim edilərək vəziyyət barədə məlumatlandırılıb. Lakin onların dediyinə görə qeyd olunan yol onların balansında deyil. Əgər hər hansı mənbədən yolun bərpası üçün vəsait ayrılarsa qısa müddət ərzində onu bərpa edə bilərlər. 19 iyul 2007-ci il tarixdə layihə qrupu Kürsəngi-Yolüstü yolunda əhatəli monitorinq aparıb. Müəyyən olunub ki, «Salyan OYL»un həmin yoldan artıq istifadə etmədikləri barədə söylədikləri həqiqətə uyğun deyil. Hələ səhər saatlarında artıq şirkətin işçilərini mədənlərə aparan, eyni zamanda mazut və su daşıyan, yükünü özüboşaldan KAMAZ və digər markalı iri həcmli maşınlar yolda hərəkət edirdi. 31 iyul 2007-ci il tarixdə layihə qrupu yolda yeni baxış keçirib və artıq şirkət tərəfindən Kürrsəngi kəndində 3 km ərazidə müəyyən işlər görüldüyünü müşahidə edib. 3.5. Yolun bərpası və hazırki vəziyyəti Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişin müddəalarına əsasən «Salyan OYL» neft və qaz əməliyyatlarının həyata keçirilməsi zamanı bilavasitə istifadə etdiyi avtomobil yollarını daim təmir və bərpa etməklə tam yararlı vəziyyətdə saxlamalıdır. Avtomobil Yolları Haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən «bərpa işləri yol təsərrüfatı orqanları tərəfindən o şərtlə həyata keçirilə bilər ki, zərər vurmuş istifadəçi tərəflərin razılığı ilə işin icrası üçün kifayət edəcək pul vəsaitini, materialları, konstruksiyaları və digər əmlakı ona versin». Qeyd olunan Sazişin və Avtomobil Yolları Haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə baxmayaraq monitorinqi aparılan yolda şirkət tərəfindən heç bir bərpa və təmir işləri aparılmayıb. Yolda cari təmir işləri sonuncu dəfə 1995-1996-cı illərdə aparılıb, 14 km uzunluqda qara örtük (mazut) salınıb (video və fotoşəkil çəkilişləri əlavə edilir). Beləliklə müəyyən edilmişdir ki, «Salyan OYL» əməliyyat şirkəti yarandığı gündən istifadə etdiyi yolu yararsız hala saldığı halda heç bir təmir və bərpa işləri aparmmamış, hətta əvvəllər çəkilmiş asfalt yol şirkətin gündəlik hərəkət edən ağır yüklü avtomobilləri tərəfindən tamamilə dağılmış, istifadəsi mümkün olmayan vəziyyətə düşmüşdür. Məsələn, şirkət Kürsəngi kəndinə aid 1630 metr yoldan istifadə etdiyi halda, yalnız 100 metr yolu təmir etmişdir. «Yolnəqliyyat servis» Departamenti də öz növbəsində bildirib ki, həmin yol onların balansında olmadığından onu bərpa etmək onların işi deyil. Lakin layihə-smeta sənədlərində nəzərdə tutulan məbləğ ödənilsə, qısa müddət ərzində yolun təmirini həyata keçirə bilərlər. «Salyan OYL» əməliyyat şirkəti yolun təmirini öz üzərindən ataraq onu belə əsaslandırır:  Yol onun balansında deyil;  Onların fikrincə yol istismar üçün kifayət qədər yararlıdır;  Son dövrlərdə şirkət bu yoldan istifadə etmir. Monitorinq qrupu həmin yolun ARDNŞ-in balansında olduğunu və «Salyan OYL» tərəfindən yararsız hala salındığını aşkar etmişdir. 3.6. Şirkətin fəaliyyəti ilə bağlı icma üzvlərinin şikayətlərinin idarə olunmasının qiymətləndirilməsi Monitorinqin nəticələri göstərmişdir ki, «Salyan OYL» LTD şirkətinin fəaliyyəti ilə bağlı yerli icmalara mənfi təsirlər yerli əhalinin narazılığına səbəb olmuşdur. Qeyd edək ki, şirkət tərəfindən şikayətlərə baxılması və onların həll edilməsi məsələsi yarıtmaz haldadır. Belə ki, müəyyən tələblərlə çıxış edən əhali şirkət rəhbərliyi ilə hətta əlaqə belə yarada bilməyib. Kənd bələdiyyələri tərəfindən uzun illərdən bəri edilən müraciətlər heç bir səmərə verməmişdir. I Varlı, II Varlı, Peyk, Aydıngün, Yolüstü, Kürsəngi kəndlərinin bələdiyyələri 4 dəfə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ərizə ilə müraciət edib, hətta şirkəti yolu bərbad vəziyyətə saldığı üçün məhkəməyə də veriblər. Amma məhkəmə qətnaməsi iddiaçılara təqdim olknmadığından nəticə barədə məlumatsız qalıblar. Odur ki, monitorinq qrupu İqtisad məhkəməsinə qətnamənin surətini almaq üçün hüquqi yardım göstərib. 21 iyun 2007-ci il tarixdə Təzəkənd kəndinin əsasən qadından ibarət olan bir qrup sakini mədənlərə gedən kənd yolunu bağlayıb. Aksiyada təxminən 40 nəfər insan iştirak edib. Onların tələbləri mədənlərin istismarı zamanı evlərində əmələ gələn titrəyişlərə görə kompensasiya almaq olub. «Salyan OYL» şirkətinin rəhbərliyi yerli camaatın şikayətini araşdırmaq əvəzinə yolu açmaq üçün əraziyə polis qüvvələrini çağırıb. Yaranmış insident nəticəsində 67 yaşlı kənd sakini Rəhilə Vəliyeva xəsarət alıb. Monitorinq qrupu dərhal yerli icmanın problemini mətbuat vasitəsi ilə (APA, 1 News.az, «Turan», Əksər qəzetlər) ölkə ictimaiyyətinə çatdırıb. 22 iyun 2007-ci il tarixdə şirkətin nümayəndəsi ertəsi gün səhər saatlarında (22.06.07) 1 News.az-a müsahibə verərək, baş vermiş qarşıdurmanı təsdiqləmiş, lakin aksiya keçirən sakinlərin tələbinin əsassız olduğunu demişdir. Onun sözlərinə görə mədən işləri həmin evlərdən 250 m aralı məsafədə aparılır. Təhlükəsizlik texnikası üzrə mütəxəssis yaranmış səs-küyün təsir dairəsini ölçərək belə qənaətə gəlmişdir ki, həmi işlər kənd sakinlərinə heç bir ziyan gətirmir. Yolüstü, Aydıngün, 1-ci Varlı, 2-ci Varlı, Peyk kənd bələdiyyələri Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə müraciət edərək «Salyan OYL» şirkətinin həmin kəndlərin sakinlərinin istifadə etdiyi yolları yararsız hala saldığı üçün öz vəsaiti hesabına təmir etməsi tələbi ilə çıxış etmişdir. Şirkətin nümayəndəsi isə bu tələbin əsassız olduğunu və şirkətin məhkəmədə bu işi udduğunu deyib. Onun sözlərinə görə mədən zonasında yollar asfalt deyil, amma istifadə üçün yararlıdır. Bu məsələyə münasibət bildirən Aydıngün bələdiyyəsinin sədri isə bildirmişdir ki, bələdiyyələrin məhkəməni uduzması barədə məlumat həqiqətə uyğun deyil, proses sadəcə ARDNŞ-nin xahişi ilə müvəqqəti olaraq dayandırılıb. Lakin elə həmin gün axşam şirkətdən 1 News.az agentliyinə məlumat verilib ki, artıq «Salyan OYL LTD» qazma işləri görülən əraziyə yaxın evlərə yerli bələdiyyənin vasitəçiliyi ilə hər ay maddi yardımlar ediləcəyini və mədənlərə getmək üçün kənddən keçən yolun gələn həftədən təmirinə başlanılacağını bildirib. Salyan İcra hakimiyyətinin başçısının yolun vəziyyəti barədə şirkətə dəfələrlə etdiyi müraciətlər, nəticə vermədiyindən o bu məsələ ilə bağlı AR Nazirlər Kabinetinə müraciət etmişdir, 3.7. Layihənin müdaxiləsindən sonra görülən tədbirlər Salyan rayonunda «Neft əməliyyatlarının həyata keçirildiyi ərazilərdə ictimai nəzarət mexanizmlərinin yaradılması» layihəsinin həyata keçirilməsi bir sıra müsbət müşahidələrlə müşaiyət olunurdu. Belə ki, layihənin müsbət təsiri ilk növbədə icmanın fəallığının artması ilə qeyd olunmalıdır. Yalnız icma üzvləri deyil, həmçinin bələdiyyə və rayonun icra strukturları layihəyə inamla və ümidlə yanaşmağa başlamış, qoyulmuş problemlərə maraq göstərmiş və komandaya lazımi sənədlərin və məsələlərin araşdırılmasında yardımçı olmuşlar. Hazırda yolun vəziyyəti barədə sakinlər adından Azərbaycan Respublikası Prezidentinə hazırlanmış müraciətə imza toplanması prosesi gedir. Müsbət bir halı da qeyd etmək lazımdır ki, layihənin təsiri şirkətin fəaliyyətində də özünü göstərmişdir. Layihə çərçivəsində keçirilən dəyirmi masada «Salyan OYL »un fəaliyyəti zamanı yaranan ekoloci problemlər barədə faktların açıqlanmasından sonra əməliyyat şirkəti kənddə problemlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görməyə başlamışdır. Kürsəngidəki yeməkxananın yaxınlığında olan neft gölməçələrinin təmizlənməsinə başlanmışdır. Lakin içməli su xəttlərinin yaxınlığında gölməçələr hələ də qalmaqdadır. Monitorinq qrupu əməliyyat şirkətinin gördüyü tədbirlər və ərazinin hazırki vəziyyəti əks etdirən fotoşəkillər çəkmişdir 02 iyul 2007-ci il tarixdə əməliyyat şirkəti Təzəkənd bələdiyyəsinin vasitəçiliyi ilə mədənlərə yaxın ərazidə yaşayan 21 ailəyə hər evə 80 AZN olmaqla 1680 AZN maddi yardıb edib. Şirkət rəhbərliyi qazma işləri aparılacaq müddətdə ailələrə eyni qayda üzrə yardımlar ediləcəyini bildirib. Həmçinin layihə çərçivəsində aparılan tədbirlərdən sonra Ələt-Astara yolunun 31-ci km-dən Kürsəngi kəndi ərazisindəki «Salyan OYL»un xidməti təşkilatı olan avtoqaraca qədər olan 5 km yola soyuq asfalt funksiyasını yerinə yetirən mazut tökülməyə başlanılıb. Bundan əlavə şirkət rəhbərliyi Kürsəngi kənd bələdiyyə sədrini görüşə dəvət edərək problemlərlə maraqlanıb. Şirkət rəsmiləri Kürsəngi kəndindəki 2,5 hektar ərazidə olan mazut gölməçəsini yaxın vaxtlarda təmizləyəcəklərini öhdələrinə götürüblər. Artıq bu istiqamətdə işlər başlanılıb. 4. QƏNAƏTLƏR «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsiri ilə bağlı monitorinqi bitdikdən sonra işçi qrupu aşağıdakı qənaətlərə gəlmişdir: Şirkət kənd əhalisinin sosial problemlərinə yardım etmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş, onun vəsaiti hesabına kəndlərdə yeni məktəb binaları, tibb məntəqələri və bələdiyyə ofisləri tikilmiş, bəziləri isə əsaslı təmir edilmişdir. Bu fəaliyyətləri monitorinq qrupu müsbət hal kimi qiymətləndirir. Şirkətin fəaliyyəti zamanı ekoloci tələblərə əməl edilmir və ətraf mühitə əhəmiyyətli dərəcədə ziyan dəyir. Şirkətin ekologiya ilə bağlı təsirləri əhalinin sağlamlığı üçün təhlükə mənbəyi yaradır. İcmaların istifadə etdiyi 22 km-lik yol şirkətin fəaliyyəti nəticəsində mənfi təsirlərə məruz qalmışdır. Şirkətə məxsus nəqliyyat vasitələrinin hərəkəti kəndarası və kəndləri başqa yaşayış məntəqələrilə birləşdirən yolları bərbad vəziyyətə salmış, əhalini gcdiş-gəlişi üçün çətinliklər yaranmışdır. Yoldan istifadə dövründə şirkətin hər hansı bir monitiorinq aparması barədə heç bir sübut-dəlil təqdim edilməmişdir, odur ki, işçi qrupu şirkət tərəfindən belə bir monitorinqin keçirilmədiyi qənaətinə gəlmişdir. Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış «Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişin və eləcə də Avtomobil Yolları Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə baxmayaraq istifadə etdiyi yolda şirkət tərəfindən heç bir bərpa və təmir işləri aparılmamışdır. «Salyan OYL»un fəaliyyəti ilə bağlı yerli icmalara mənfi təsirlər əhalinin müəyyən narazılığına səbəb olmuş, lakin sakinlərin şirkət rəsmiləri ilə əlaqə yaratmaq cəhdləri baş tutmamışdır. Monitorinq qrupu belə qənaətə gəlmişdir ki, şirkət şikayətlərə baxılması və onların həll edilməsi məsələsinə laqeyd yanaşmışdır. Layihənin icrası artıq müsbət nəticələr verməkdədir ki, bu da ilk növbədə yerli icmanın fəallaşması və şirkətin dialoq üçün ilk addımlar atmasında müşahidə olunur. Bu da ona əsas verir ki, layihənin davamlı olmasına və daha geniş ərazilərdə tətbiq edilməsinə ehtiyac vardır. 5. TÖVSİYƏLƏR «Salyan OYL» əməliyyat şirkətinin fəaliyyətinin icmaların yol infrastrukturuna təsiri ilə bağlı aparılmış monitorinqin nəticələrinə əsasən şirkətə aşağıdakılar tövsiyə edilir.  Monitorinq qrupu şirkətin kənd əhalisinin sosial problemlərinə yardım məqsədilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə işini davam etdirməyi tövsiyə edir.  Eyni zamanda işçi qrupu monitorinq zamanı müşahidə olunmuş bəzi mənfi halların aradan qaldırılmasını şirkətə tövsiyə edir, o cümlədən: - Şirkət rəsmilərinin yerli icmalarla dialoqa girməsi müsbət hal olardı. Belə ki, bu istiqamətdə şirkətin ictimaiyyətlə şəffaf və açıq əlaqələr yaratması üçün müvafiq şöbənin işinin daha dəqiq və yenidən qurulması məqsəduyğun olardı. - Ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikası qanunvericliyinin tələblərinə uyğun olaraq şirkətin ekolologiya ilə bağlı mənfi təsirləri yerli əhalinin sağlamlığı üçün təhlükə yaratdığı üçün onların aradan qaldırılması günün vacib məsələsidir. Yəni çirklənmiş torpaqların yararlı hala salınması, neft nəql edilən boruların təmiri, gölməçələrin qurudulması və digər ekoloci məsələləri həll etmək üçün təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyə edilir. - Şirkətə öz fəaliyyəti dövründə istifadə etdiyi yolların vəziyyəti ilə bağlı monitorinq aparması tövsiyə edilir. Belə ki, bu, həm yolların vəziyyətinin vaxtında qiymətləndirilməsinə və həm də gələcəkdə yerli icmalar və ya yerli idarəetmə orqanları ilə yarana biləcək hər hansı bir narazıçılığın qarşısının alınmasına imkan vermiş olardı. - Şirkətə tövsiyə edilir ki, Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-nə qədər olan məsafəni birləşdirən 22 km-lik yolun bərpası üçün yerli bələdiyyələrin və hakimiyyət strukturlarının imkanlarının məhdud oluduğunu nəzərə alsın və bu yolun təmirinə yardım imkanlarını araşdırsın. - Nəhayət, şirkətə yerli icmaların şikayətlərinə daha həssas yanaşmağı, onların daha ədalətli və operativ həll edilməsi tövsiyə edilir. Bu, şirkətə müsbət imicini qoruyub saxlamaq və həmçinin yerli icmalarla dialoqu gücləndirmək imkanı vermiş olardı. Monitiorinq qrupu üzvləri haqqında məlumat Məmmədov Emil Balamirzə oğlu – qrupun rəhbəri Ali təhsillidir, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1987-2003 illərdə Salyan kənd təsərrüfatı texnikumunda müəllim işləyib. Hazırda «Demokratiyaya yardım» ictimai birliyinin sədridir. Hüquq müdafiəçisidir. Bəşirov Şakir Babacan oğlu - qrup üzvü Ali təhsillidir, Azərbaycan Pedaqoci Universitetini bitirib. Salyan rayonu Yolüstü kəndində rus dili müəllimi işləyir. Zərbəliyev Hafiz Şəkixan oğlu – qrup üzvü Orta təhsillidir. 1973-2000-ci illərdə Salyan Neft və Qazçıxarma idarəsində qazmaçı və operator işləyib. Babayev Ramal Yusif oğlu - qrup üzvü, mətbuat əlaqələndiricisi Orta təhsillidir. «Demokratiyaya yardım» ictimai birliyinin təsisçilərindən biridir. Əlavə 2 «NEFT ƏMƏLİYYATLARININ HƏYATA KEÇİRİLDİYİ ƏRAZİLƏRDƏ İCTİMAİ NƏZARƏT MEXANİZMLƏRİNİN YARADILMASI» layihəsinin İŞ PLANI Məqsəd Salyan rayonunda neft əməliyyatlarını həyata keçirən «Salyan OYL» şirkətinin fəaliyyətinə ictimai nəzarət mexanizmlərin yaradılması Layihənin müddəti: on ay 1. Layihə üzrə ümumi işin həcmi 1 «Salyan OYL» şirkətinin fəaliyyətinin yol infrastrukturuna mənfi təsiri ilə bağlı monitorinq aparmaq üçün yerli fəallar qrupunun yaradılması 2 Monitorinqin icrası üçün yerli fəallar qrupuna müvafiq təlimlərin keçirilməsi 3 Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-ni birləşdirən 22 km-lik yolun monitorinqinin aparılması 4 «Salyan OYL» şirkətinin fəaliyyəti nəticəsində təsirə məruz qalan icmalara səfərlərin təşkili 5 «Salyan OYL» şirkətinin fəaliyyəti ilə bağlı sənədlərin, şikayətlərin, mütəxəssis rəylərinin və s. məsələlərin öyrənilməsi 6 Monitorinqin nəticələri üzrə hesabatın hazırlanması, tövsiyələrin verilməsi 7 Salyanda vətəndaş nəzarətini təmin edə biləcək dayaq qrupunun yaradılması 2. Layihənin icra planı 1 Layihənin icrası üçün ilkin hazırlıq işləri Layihə həyata keçiriləcək Salyan rayonuna səfərlərin təşkili; Rayonun vətəndaş cəmiyyəti haqqında infoormasiya toplanması; Salyan raoynunda yerli vətəndaş cəmiyyəti strukturlarının və yerli fəalların iştirakı ilə dəyirmi masaların təşkil edilməsi; Monitorinqi həyata keçirəcək yerli fəalların müəyyənləşdirilməsi; Prioritetlərin müəyyənləşdirilməsi. 2 Metodologiyanın hazırlanması Monitorinqin aparılması üçün metodolgiyanın hazırlanması, o cümlədən: öyrəniləcək sənədlərin müəyyənləşdirilməsi, səfər edilcək icmaların, məsul şəxslərin və təşkilatların müəyyənləşdirilməsi, tətbiq olunacaq monitorinq alətlərinin seçilməsi, monitorinq qrupu üçün təlimlərin keçirilməsi. 3 Öyrəniləcək mənbə və sənədlər «Salyan OYL» şirkətinin fəaliyyəti ilə bağlı məlumat və hesabatlar (əldə etmək mümkün olan halda); Şirkətin sosial proqramı; Şikayətlərin idarə olunması ilə bağlı hər hansı məlumat və hesabatlar (əldə etmək mümkün olan halda); Şirkətin yolların təmiri ilə bağlı öhdəliklərini yerinə yetirməsi üzrə hesabatları; Yolüstü, Aydıngün, 1-ci Varlı, 2-ci Varlı, Peyk kənd bələdiyyələrinin problemlə bağlı olan sənədləri; Bələdiyyələr tərfindən aparılmış yolun monitorinqinin nəticələri; Podratçıların fəaliyyəti ilə bağlı məoumat və ya sənədlər; Şirkətin fəaliyyəti ilə bağlı KİV-də dərc olunmuş məlumatlar. 3 Monitorinqin icrası üçün əsas fəaliyyətlər İş planının hazırlanması; İnformasiya sorğularının hazırlanması və göndərilməsi; Öyrəniləcək sənədlərin müəyyənləşdirilməsi; Görüşlərin təşkili; Məlumatların toplanması, emalı və təhlili, ilkin rəyin hazırlanması; Cavabdeh tərəflə müzakirələrin aparılması; Yekun rəyin hazırlanması, yekun hesabat, təklif və tövsiyələr; Nəticələrin KİV-ə çatdırılması, Monitorinqin hesabatının aidiyyatı qurumlara və ictimaiyyətə açıqlanması. 4 Monitorinq qrupu üzvlərinin görüşləri Şirkətin müvafiq məsul şəxslərinin müəyyənləşdirilməsi və onlarla görüşlərin təşkili; Bələdiyyə sədrləri və icma üzvləri ilə görüşlərin təşkili; İcra hakimiyyəti nümayəndələri ilə görüşlər; Yol mütəxəssisləri və ekspertlərlə görüşlərin keçirilməsi. 5 Təsirə məruz qalmış yola baxış keçirilməsi və icmalara səfərlər Baxış keçiriləcək yolun müəyyənləşdirilməsi; Ələt-Astara avtomobil yolunun 31-ci km-dən Əli-Bayramlı-Salyan yolunun 17-ci km-ni birləşdirən 22 km yola baxış keçirilməsi; Yolüstü, Aydıngün, 1-ci Varlı, 2-ci Varlı, Peyk icmalarına səfərlər. 6 Məlumatların toplanması və təhlili, ilkin nəticələr «Salyan OYL» şirkətinin fəaliyyəti üzrə əldə edilən məlumatlar və onların təhlili; Şirkətin fəaliyyətindən meydana gələn mənfi təsirlərlə bağlı icma üzvlərinin şikayətlərinin öyrənilməsi; Bələdiyyə