Press-reliz
AYİB-nın illik görüşü,Kazan,may 2007 il
Azərbaycanın dəmiryolları – tunelin sonunda işıqdan əsər əlamət yoxdur
Bütün dəmiryol infrastrukturun bərpasını maliyyələşdirməyə hazır olan Beynəlxalq Maliyyə İnstitutları tərəfindən artan marağın Dövlət dəmiryolları hiss etdiyi vaxtda,vətəndaş cəmiyyəti qrupları,dəmiryollarının kredit sxemləri ilə əlverişliliyi və inkişafının sabitliyi barədə suallar verirlər. Qeyri-neft sektorunun Beynəlxalq dəstəyi geniş müzakirə olunarkən,yenə də göründüyü kimi, neft investisiyaları Azərbaycan əhalisi üçün az xeyir gətirirlər.
Qisa xülasəsi
Azərbaycan Dövlət DəmirYolu şirkəti,Azərbaycan ərazisində olan dəmiryollarının işləməsinə cavabdeh olan tam birləşmiş dövlət dəmiryolu şirkətidir. O, həm sərnişin nəqliyyatı, həm də yük daşınmalarını həyata keçirir. Bu, Nəqliyyat Nazirliyinin tabeliyində olan dövlət şirkətidir. ADDY t/km-lə Azərbaycanda yükün üçdə bir hissəsini və ölkədə olan sərnişinlərin 6%-ni daşıyır.
Azərbaycanın neftlə zəngin olan Xəzər dənizinin qərb sahilində yerləşməsi və Gürcüstanla həmsərhədd olması, onu, qərb bazarlarını neft ehtiyatları ilə birləşdirən cəzbedici tranzit ölkəsinə çevirir. Neftin və neft məhsullarının nəqli Azərbaycanda olan yük daşınmalarının 75%-ni təşkil edir.
ADDY, 2100 km-dən artıq olan və əksəriyyəti elekteikləşdirilmiş olan dəmiryolların sistemini idarə edir. 2006-cı ildə, artan sərnişin daşınmalarına əlavə, dəmiryolları ilə 30 mln. t. yük daşınılıb.
Beynəlxalq Maliyyə İnstitutlarının investisiya strategiyaları praktikaya ziddir
2006-cı ildə Dünya Bankı qrupunun Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı öz üsulları ilə müvafiq olaraq 80 mln dollar məbləğində “ADDY-nın sabit inkişafı, rəqabətliliyi, kommersiya meyli və effektivliyinin yaxşılaşdırılmasına istiqamətlənmiş, dəmiryolu ticarəti və nəqliyyatın asanlaşdırılması” layihəsini başladı ki, neftin və ticarət axınların artan tranzitini əhatə eləsin və ADDY-nın gəlirliliyini artırsın. Investisiyalar, qeyri-neft sektorunun təkmilləşdirilməsinə və çoxtərəfli inkişafına yönəlməsinə baxmayaraq, layihə Azərbaycanla Gürcüstanı birləşdirən şərq-qərb dəmiryolu liniyası ilə yük daşınmalarının asanlaşdırılmasını nəzərdə tutur. Direktorlar şurası layihənin maliyyələşdirilməsi barədə hələ ki, heç bir qərar verməyiblər. 30 mln məbləğində olan bu layihə elektrik lokomotivlərin və onlara xidmət edən maşınların bərpasının maliyyələşdirilməsini nəzərdə tutur. Bu layihə 2007-ci ilin iyunun 12-də direktorlar şurası tərəfindən baxılacaq və çox güman ki, öz təsdiqini tapacaq. AYİB-nın prezidenti Lemyer tərəfindən rəsmi olaraq bildirilən və Azərbaycan üçün Ölkə Strategiyasında öz əksini tapan və qeyri-neft və qaz sektorunun inkişafına üstünlük verilməsi bu layihənin həyata keçirilməsi ilə uyğun deyil.
Layihə üzrə keçid tələblərindən biri ADDY-nun səhmdar cəmiyyətinə çevrilməsidir. Vətəndaş cəmiyyəti,bunu şirkətin özəlləşdirilməsinə doğru bir addım hesab edir, bu da ki,sərnişinlərin daşınması tariflərin qalxmasına təsir edə bilər. Azərbaycanın su,qaz və enerji şirkətlərinin(Azersu,Azerenerji və Azeriqaz) Beynəlxalq Maliyyə İnstitutların kreditəri ilə səhmdar cəmiyyətinə çevrilməsinin uğursuz təcrübəsi gostərir ki, xidmətlər eyni qaldıqda tariflər qalxır.
Layihənin qeyri-effektivliyi
Nəqliyyatın Kompleks Problemləri üzrə İnstitunun Direktoru Elşad Hüseynov hesab edir ki, ADDY-nun indi istifadə etdiyi köhnə lokomotivlərin təmiri qeyri-effektiv,baha və müvəqqəti tədbirdir. Tarix göstərir ki, ADDY-nın lokomotivlərin təmirindən sonra onlar əvvəlki texniki vəziyyətlərində qalıblar.
Iqtisadi və sosial mənfəətliyi baxımından investisiyalar 132 mln dollara hesablanıb(Dünya Bankının 80 mln dollarlıq layihəsi: Dəmiryolu ticarəti və nəqliyyatının yüngülləşdirilməsi və 22 mln dollar ADDY-na Dövlət tərəfindən ayrılacaq; AYİB-nın ADDY:Lokomotiv layihəsi 30 mln avro). Bu investisiyalar nəqliyyatın artmasından irəli gələn mənfəətə əsaslanıb və bunlar həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Maliyyə İnstitutları üçün vacibdir.
Ancaq, nəqliyyatın artması o qədər də birmənalı deyil. Azərbaycan ilə Gürcüstanın ərazisindən keçən Şərq-qərb Trans-Qafqaz dəmiryolu BTC kəmərinə paralel keçməklə kəmərin funksiyalarını təkrarlayır. Ona görə də, BMİ-nın dəmiryollarının tikilməsinə investisiyaların bir tərəfdən sərfəli deyil o biri tərəfdən isə bundan əvvəl inkişaf institutları ilə maliyyələşən layihənin sərfəliliyini şübhə altına qoyurlar. Qərb şirkətləri köhnə yarı-müasir və ya təzə lokomotivlərin inkişaf edən ölkələrə satılma prespektivi ilə cəlb olunduğu vaxtda kontrakların həyata keçirilməsi üzərində effektiv texniki ictimai nəzarət mövcud deyil.
BMİ əmin olmalıdırlar ki, Azərbaycan layihəsi Bolgariyadakı kimi digər Şərgi-Avropa ölkələrində baş vermiş korrupsiya qalmaqalların bataqlığına uğramayacaq,
Ekoloji problemlər
Trans-Qafqaz dəmiryolu xətti ilə nəql olunacaq neft Azərbaycan,Qazaxıstan və Türkmənistanın neft ehtiyatlarından təşkil olunacaq.Bunun üçün, Bakıya nəql olunan neft Xəzər dənizi ilə daşınacaq.Ekoloqlar, bioloji cəhətdən nadir və həssas olan Xəzər Dənizi ilə neftin daşınması ilə bağlı ətraf mühitə olan təsir və risklər barədə xəbərdarlıq edirlər. Vacib olmasına baxmayaraq, dəniz ilə nəqlin təsiri qiymətləndirilməyib. Üstəlik, bu lokomotivlərin hidravlik və pnevmatik sistemlərindən neft axının riski movcuddur.
Informasiyanın açıqlanmaması
Dəmiryolu layihələri, ətrafmühit və sabit iqtisadi inkişaf barədə suallar doğurduğuna baxmayaraq Azərbaycan xalqının layihə barədə öyrənmək və onu müzakirə etməyə imkanı yoxdur. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyi Avropa Yenidənqurma və İnkişaf Bankından və ADDY-dan lokomotivlərin təmiri ilə bağlı layihəsinin Ətraf Mühitin Analizi və İctimai dinləmələr haqda məlumatını dəfələrlə tələb edib. Ancaq indiyənə kimi, tərəflərdən heç biri bu sənədləri açıqlamayıb. AYİB indiyənə qədər, onların daxili sənədləşdirmənin hissəsi olduğunu səbəb gətirərək sənədləri verməyə inkar edirdi.
Nəticələr
Hal-hazırda sərnişinlərin dəmiryolu ilə nəqli, Azərbaycanda olan bütün dəmiryol nəqlinin 5%-ni təşkil edir. Əgər Beynəlxaıq Maliyyə İnstitutlarıni Azərbaycanda olan sabit inkişaf düşündürürsə, onlar öz dəstəklərin yük daşınmalarından sərnişin daşınmalarına yönəltməlidirlər. Onlar həmçinin nəzarət etməlidirlər ki, ADDY-nın səhmdar cəmiyyətinə çevrilməsi effektiv və şəffaf yolla keçirilməlidir. Minimal olaraq, BMİ ADDY-nun öz fəaliyyətində onların siyasətinə və yerli qanunvericiliyinə uyğun fəaliyyət göstərsin və potensial ətraf mühitə təsir və onun aradan qaldırılması tədbirləri haqqında ictimaiyyətə məlumat çatdırsın və bu layihə ilə bağlı sənədləri açıqlasın. Lokomotivlərin təmiri, layihənin şərtlərindən silinməli və bütün vəsaitlər, enerji-qənaətli və ətraf mühitə minimum təsir və riskləri olan, yeni və innovativ lokomotivlərin alınmasına yönəlməlidir.
Tərtib edib: Sona Tağıyeva
Tərcümə edib: Rüstəm İsazadə
Azərbaycanın dəmiryolları – tunelin sonunda işıqdan əsər əlamət yoxdur
MÜƏLLİF:
Mirvari Qəhrəmanlı
At:
29 sentyabr 15