NHMT - Aktual NHMT -

“Azəriqaz”da işçilərin ixtisarı yeni “qaydalar”la aparılır

“Azəriqaz”da işçilərin ixtisarı yeni “qaydalar”la aparılır 

 

Z.B.: 2016-ci ildən Ağsu Regional Qaz İdarəsində işləyirəm. Lakin 2021-ci ildə bizimlə müqaviləni DOST ( “DOST İş Mərkəzi-müəllif) bağladı, ondan sonra onların xətti ilə qaz idarəsində işləyirdim. 

J.: Bu, necə baş verib? Sizi əvvəl “Azəriqaz”ın özü işə götürübsə, sonradan DOST İş Mərkəzi niyə müqavilə bağlayıb?

Z.B.: 2016-ci ildə məşğulluğa (Məşğulluq Agentliyi-müəllif) iş üçün müraciət etmişdim. Mənə VÖEN açdırıb, sahibkar kimi “Azəriqaz” İstehsalat Birliyinin Ağsu İdarəsində işə götürdülər. 

J.: Siz sahibkar olaraq orada hansı sahədə xidmət göstərirdiniz? 

SOCAR strukturuna daxil olan Azəriqaz İB-nin (qazpaylayıcı) əhalinin (istehlakçı) qazla təminatında olan problemlərin araşdırılması

SOCAR strukturuna daxil olan Azəriqaz İB-nin (qazpaylayıcı) əhalinin (istehlakçı) qazla təminatında olan problemlərin araşdırılması

 

Giriş

 

İki ildən artıqdır ki, Azərbaycanda əhalinin qazla təminatında çox ciddi problemlər müşahidə olunur. Azəriqaz tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan respublikasının qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə 16 dekabr 2017-ci ildə SOCAR vitse prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyyələrə əsasən Azəriqaz tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri qanuni düzəliş (SOCAR tövsiyyələrinin 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda, bu 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb.

İki ildir ki,əhalinin qazla təminatında ciddi problemlər müşahidə olunur. Qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə  uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) Qaz abonentlərə (xüsusən də ki, qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Rəsmi mənbələrin hesabatlarında Qaz təchizatında böyük miqdarda qaz itgisinin olduğu qeyd olunur. Avropanı, Gürcüstanı qazla təminatını öhdəsinə götürən Azərbaycanın, ölkə daxilində bu sahədə ciddi problemləri vardır.

Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair TƏKLİFLƏR

Azərbaycan Respublikasının Enerji sektorunda islahatlara dair

T Ə K L İ F L Ə R

 

1. Giriş

 

Mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

Mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri

 

Ön söz 

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatlarına görə, ildən-ilə ətraf mühitə atılan tullantıların həcmi artmaqdadır. Əgər 2014-cü ildə istehsal və istehlak tullantılarının adambaşına düşən həcmi 250 kq olubsa, 2016-cı ildə bu rəqəm 309 kq olub. Belə ki, ərtaf mühitə atılan tullantıların həcmi 2016-ci ildə 3019 min ton olub. Onun cəmi 796.6 min tonu və ya 26.4 faizi yenidən istehsal edilib və zərərsizləşdirilib.

 

Böyük Britaniya şirkəti AMEC Foster Wheelers fəaliyyətini dayandırdı, lakin ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama vermədi!

Böyük Britaniya şirkəti AMEC Foster Wheelers fəaliyyətini dayandırdı, lakin ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama vermədi!

 

Azərbaycanda reallaşan neft layihələrində BP tərəfdaşı kimi iştirak edən Böyük Britaniya şirkəti AMEC Foster Wheelers fəaliyyətini dayandırdı. Artıq bu adda şirkət yoxdur. Ancaq bu şirkət, ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə açıqlama vermədi! Düşünürəm ki, Azərbaycanla bağlı yazılara geniş yer ayıran Böyük Britaniya mətbuatının öz şirkətlərinin də fəaliyyətləri ilə bağlı araşdırma aparmasına ciddi ehtiyac duyulur.

 

Təşkilatımızın ekspertləri tərəfindən mütamadi olaraq ölkəmizdə reallaşdırılan neft layihələrində iştirak edən şirkətlərin ölkə qanunvericiliyinə nə dərəcədə əməl etdiyinin monitorinq və qiymətləndirilməsi aparılır və ictimaiyyətə bu barədə vaxtaşırı məlumatlar verilir. (nhmt-az.org)