
Dövlət orqanlarına məxsus inzibati binaların təmir-tikintisi üçün büdcədən nə qədər pul ayrılır?
Azərbaycanın dövlət büdcəsi artdıqca büdcədən "investisiya layihələri" çərçivəsində təmir-tikinti işlərinə ayrılan vəsaitin həcmi də artır. Əgər 2006-cı ildə təxminən 3.6 milyard manatlıq dövlət büdcəsindən investisiya xərclərinə 611 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu göstərici 6.3 milyard manata qarşı 1.9 milyard manat olub. 8.5 milyard manata bərabər olan bu ilki büdcəmizdən isə dövlət investisiya xərclərinə 2.8 milyard manat ayrılıb.
Bütövlükdə "investisiya layihələri" çərçivəsində ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə xərcləndiyi başqa bir yazının mövzusudur. Bu yazımızda isə büdcədən dövlət strukturlarının yerləşdiyi inzibati binaların təmiri, yenidən qurulması və inşası üçün ayrılan vəsitlərdən bəhs edəcəyik.
***
İnzibati binaların təmir-tikintisinə 2008-ci ilin büdcəsinə daxil olan 2.8 milyard manatlıq investisiya xərclərindən nə qədər pay arlıdğı hələlik bəlli deyil. Bununla bağlı Hazirlər Kabinetinin aparmalı olduğu bölgü barədə hələ ki hər hansı məlumat yoxdur. Bu üzdən də yazımızı 2007 və ondan əvvəlki ilin göstəriciləri üzərində qurmağa məcburuq.
330 milyonluq təmir-tikinti işləri
2007-ci ilin büdcəsindən inzibati binaların təmir-tikintisinə ümumən 326 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin əhəmiyytli payına sahib olan dövlət strukturları isə Prezident Aparatının, Milli Məclisin və Hazirlər Kabinetinin işlər idarələri, Ali Məhkəmə, Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar, Müdafiə Sənayesi,