NHMT - Neft pullarından istifadə: xarici təcrübə

Neft pullarından istifadə: xarici təcrübə

Son bir neçə ildə neft ixracının yüksələn xətt üzrə inkişafı və neft gəlirlərinin sürətli artımı fonunda həmin gəlirlərin toplanması və məqsədyönlü xərclənməsinə dair xarici təcrübə Azərbaycan üçün daha aktual xarakter daşımaqdadır. Bu gün dünyda Azərbacan neft fonduna bənzər təxminən 35 fond var. Bu fondların əsas məqsədi iqtisadiyyatın və büdcənin neft gəlirlərindən asıllığını azaltmaqdan, neft gəlirlərinin bütün sahələr üzrə bərabər bölüşdürülməsi və inflayasiyanın iqtisadiyyata təzyiqini azltmaqdan ibarətdir. Bir neçə xarici təcrübəyə müraciət edək. Xəzərdəki nefti hasilatı üzrə iri əməliyyatlarda iştirak edən Norveç hazırda neftin ixracı üzrə dünyda 3-cü, Qərbi Avropada isə təbii qazın ən iri idxalçısıdır. Norveç neft fondu 1990-cı ildə təsis edilib. Rəsmi olaraq “Global” Dövlət Pensiya Fondu adlanan bu təsisatda hazırda 300 mlrd. dollardan çox vəsait toplanıb. Fondun idarəçiliyni Norges Bank adlanan Norveçin Mərkəzi Bankı həyata keçirir. Ölkə iqtisadiyyatını arzuolunmaz fəsadlardan qorumaq və Norveç milli valyutası olan kronu qəfil düşüş-enişlərdən sığortalamaq üçün fond daxili bazarda məhdud sərmayə siyasti yürüdür. Neft və qaz satışından əldə edilmiş maliyyənin bir qismi xarici səhm və istiqraz vərəqələrinə yatırılır. Bundan savayı Norveç höküməti neft gəlirlərini offşor fonda köçürür və həmin bu fonddan hər il dövlət büdcəsi defisitininin kompensasiyası üçün 4%-ə qədər vəsait götürmək olar. “2008-ci ilin büdcəsində xərcləri 4% səviyyəsində saxlamaq barədə BVF-in tövsiyyəsini nəzərə almışıq və qarşıdan gələn illər ərzində də, bu, güman ki, belə olacaq”,- deyə Norveçin maliyyə nazirinin müavini Geyr Akselsen bu yaxınlarda bəyan edib. Norveç höküməti bütün neft gəlirlərinin müxtəlif yönlü sosial proqramların maliyyələşdirməsinin əleyhinə çıxış edir. Bunun əvəzində hökümət neft pullarını iqtisadiyyatın qeyri-neft sektoruna aid layihələrə yönəldir. Neft və qaz ehiyatları tükənəndə məhz bu sektor ölkə əhalisinin maddi rifahanın yüksək səviyyədə qalmasını təmin etmiş olacaq. Son 10 il ərzində hökümət neft gəlirlərinin bir qismini əsasən 4 sektora yatırıb : agac, balıq, metallurgiya və maşınqayırma sənayəsinə. Hazırda bu sahələrin inkişaf templərinə görə Norveç Avropa qitəsində aparıcı yerlərdən birini tutur. Təəcüblü deyil ki, Norveçdə istehsal olunmuş ləziz balıq məhsulları və yaxud Norveç agaçından hazırlanmış mebel Avropa və Şimali Amerikadakı istehlakçılar arasında böyük təlabata malikdir. Beləliklə, aparılan davamlı iqtisadi siyasət dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun rolunun və payının getdikçə artmasına gətirib çıxarıb. Bəs görəsən neft pullarının taleyi barədə qərar neçə qəbul olunur? İlk növbədə Norveç hökümətinin koalisiyalı oması bu məsələdə əksər aparıcı siyasi qüvvələrin mövqeyini nəzərə almağa imkan verir. Bundan savayı, hökümət yerli GHT-lərdən və müstəqil iqtisadi mərkəzlərdən ibarət olan ekspert qrupunun təklif və tövsiyyələrini nəzərə alır. Bu qrup isə yalnız məsləhət vermir, həm də eyni zamanda neft gəlirlərinin toplanması və xərclənməsini monitorinq edir. Bir sözlə Norveçin neft fondu kifayət qədər şəffafdır və sözün həqiqi mənasında cəmiyyətin bütün təbəqlərinin maddi rifahının yüksəldilməsinə yönəlib. Digər bir təcrübəyə nəzər salaq. Bu dəfə Xəzər üzrə qonşumuz olan Qazaxstana. Milli Fond adlanan Qazaxstanın neft fondu 2000-ci ildə təsis edilib və hazırkı aktivləri 14,9 mlrd. dollar təşkil edir. Bu vəsaitin 54%-i daxili, 46%-i isə xarici idarəçilik altındadır. Qazaxstan Mərkəzi Bankının meneceri Medet Sartbaev ”Suveren var-dövlətin idarəçiliyi” adlı kirtabında yazır ki, fonddakı vəsaitin 48,5%-i dollarda, 28%-i avroda, 10%-i funt sterlinqdə və digər valyutalarda yerləşdirlib. Fondun aktivləri toplayıyıcı və sabitləşdirici portfellərə bölüşdürürülb. İndi isə əsas məsələ barədə - Qazaxstan öz neft pulalrını neçə xərcləyir? 2003-cü ildə ölkədə Qazaxstan Sərmayə Fondu yaradılıb. Hazırda bu fondda 300 mln. dollardan çox vəsait toplanıb və bu pullar neft və qazın satışından əldə edilmiş vəsaitdir. Fondun əsas hədəfi qeyri-neft sektorunda dünya bazarlarına çıxarılabiləcək məhsulların istehsalını stimullaşdırmaqdır. Hazırda fond əsas yatırımlarını kənd təssarüfatına, tikinti materialları, kimya və neftkimya sənayəsi, habelə metallurgiya və agac emalı sənayəsinə həyata keçirir. Bu günə kimi fond 29 layihəyə investisiya qoyub. Diqqəti çəkən məqam isə odur ki, bütün layihələrdə rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalı fondun əsas prirotetidir. Aparılan siyasət nəticəsində Qazaxstan iqtsadiyatında, bəzi təhlilçilərin qənaətinc, bum yaşanır. Ümumdaxili məhsulun artım templərinə görə bu ölkə MDB-də aparıcı mövqelərdən birini tutur. Digər bir fakt. Əgər əvvələr qonşu Özbəkistan,Qırğızstan və Tacikistandan əməkçi miqrantlar “çörək pulu” dalınca Rusiyaya üz tuturdularsa, indi onların getdikçə artan hissəsi Qazaxstana gedir. Başqa bir təcrübəyə nəzər salaq. Kanadanın Vərəsəlik Əmanət Fondu 1976-cı ildə yaradılıb və bu maliyyə təsisatında hazırda 17 mlrd. dollara yaxın vəsait toplanıb. Bu fondda yığılan vəsaitin bir qismi kanadalıların gələcək nəsilləri üçün toplanır, digər hissəsi isə Kanada hökümətinin müxtəlif sosial və sərmayə layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Digər qərb ölıkələrində oldğu kimi burada da neftdən gələn pullar qeyri-neft sektoruna yatırlır. Statistik məlumatlara görə, son 15 ildə 8 mlrd. dollardan çox vəsait ölkənin emaledici, maşınqayırma , ağaç emalı sənaəsiyə, habelə yeri və müasir SES-lərin qurulmasına yönəldilib. Təəcüblü deyil ki, indi qeyd olunan sektorlar dövlət büdcəsinə Kanadanın mədən sənayəsindən daha çox maliyyə vəsaiti gətirir. Bu isə o deməkdir ki, sabah düna bazarında neftinq qiyməti düşsə, bunun Kanada iqtisadiyaytına təsiri az olacaq, çünki yerli iqtisadiyyat böhrandan sığortalanıb və kanadalıların gələcək nəsillərinin maddi rifahı indki nəsildən heç də pis olmayacaq.