NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin Gender strategiyası

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin Gender strategiyası

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin Gender strategiyası.

 

Bölmə 1.

 

Kişi və qadınların real hüquq və imkan bərabərliyinin təmin olunması

 

Məqsəd

Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq aktlarda bildirilmiş kişi və qadınların eyni hüquq və imkanlarının reallaşdırılması üçün şərtlərin hazırlanması və onların təşkilatın fəaliyyətində bərabər şəkildə iştirakı.

 

Fəaliyyət strategiyası

  • qərarqəbuletmə zamanı gender balansının saxlanması;
  • qərarqəbuletmə prosesi və təşkilatın siyasətinin formalaşdırılması  zamanı gender amillərini nəzərə almaq;
  • təşkilatın üzvlərinə inkişaf proqramlarının hazırlanması, icrası və qiymətləndirilməsi zamanı genderin xüsusiyyətlərinin nəzərə alınmasına dair iş üsullarını öyrətmək;
  • gender yanaşmalarını işə tətbiq etmək;
  • təşkilatın bütün fəaliyyət sferalarında kişi və qadınlar arasında bərabər əməkdaşlıq prinsipinə əməl olunmasını təmin etmək ( proporsionallıq, paritetlik və  münasibətlərdə tolerantlıq);

 

Bölmə 2.

 

Qadınların inkişaf etdirilməsi və strategiya və siyasətin formalaşdırılması zamanı onların maraq və ehtiyaclarının nəzərə alınması

Məqsəd

Qərar qəbuletmə səviyyəsində təşkilatın bütün strukturllarında və idarəetmə proseslərində kişi və qadın nümayəndələrinin bərabərliyinə (paritetliyinə) nail olmaq.

 

Təşkilat qadınların idarəçilik orqanlarına, ştata qədər irəliləməsi üzrə strategiyanı hazırlamalı və prosedur qurmalıdır, qadınların layihələrdə, idarəçilikdə, təlimləndirmədə və haqqların ödənilməsində iştirakı, təmsil edilmə zamanı qadınlar üçün hüquqların bərabərliyini təmin etməlidir.

Qadınların idarəetmə strukturlarında iştirakı daha çevik, daima dəyişən situasiyalara uyğunlaşan idarəetmə formalarını inkişaf etdirir.

 

Qadınıar daha çalışqan, səliqəli, ünsiyyətcildirlər, insanlara böyük maraq və qayğı nümayiş etdirirlər.

Qadınların aktivliyinin artımı, onların təşkilatda işlərinin fəallaşması.

Kişi və qadınlar üçün bərabər imkanlara nail olmaq, qadınların cəmiyyətdə rolunun artırılması məsələləri üzrə beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə.

 

Strateji məsələlər

  • Qadınların imkanlarının genişləndirilməsi və onların mövqelərinin yaxşılaşdırılması, onların ictimai-siyasi həyatda bərabərlik əsasında  hərtərəfli iştirakı.
  • Qərar qəbuletmə səviyyəsində qadın nümayəndələrin sayının artırılması üçün fəaliyyət mexanizmlərinin və müvəqqəti tədbirlərin tətbiqi.
  • Kadr məsələlərinin həlli zamanı idarəetmə orqanlarında gender bərabərliyinin təmin olunması.
  • Hazırlıq praktikasının davam etdirilməsi və liderlik məktəbləri və digər təlimləndirici mexanizmlər vasitəsilə lider-qadınların inkişaf etdirilməsi

 

İndikatorlar:

 

1. Qərara qəbuletmə  səviyyəsində idarəetmə vəzifələrində qadınların sayı

 

2. Təşkilatda qadınların payı.

 

Bölmə 3. Bərabər əmək və ödəniş hüququna dair gender bərabərliyinə nail olma.

 

Məqsəd: Bərabər əmək və ödəniş hüququnun təmin olunması

“Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı” BƏT, ƏQHM, Konvensiyalarını, Konstitusiyanı və bərabər hüquq və imkanlar barədə, həmkarlaq ittifaqında birləşmək azadlığı barədə Qanunu və həmkarlar ittifaqları ilə işə götürənlər arasında kollektiv sazişin bağlanmasına dair danışıqlar aparma hüququnu dəstəkləyir. Bundan əlavə, bu siyasətə uyğun olaraq, təşkilat kişi və qadınlar üçün əmək, muzd, seçim, qiymətləndirmə, inkişaf və əməyin ödənilməsində bərabərliyə nail olmaq üçün  bütün administrativ və praktiki tədbirlər görməlidir.

 

Bölmə 4. Gender təlimləri. Hüquqi və gender maarifləndirməsi

 

Məqsəd: Gender, gender analizi, qadınıarın hüquqlarına hörmət və ayrıseçkiliyə yol verilməməsi sahəsində təlim və təlimləndirici fəaliyyət

“Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı” davranış məcəlləsini, bunun icrası prosedurlarını və siyasətini  öz işçiləri və təşkilatın əməkdaşlıq etdiyi partnyorları arasında yayacaq. Təşkilat mütəmmadi treninqlər və təlimləndirici proqramlar təşkil etməklə, müəyyən işçiləri beynəlxalq yaxud milli tədbirlərə göndərməklə, həmçinin məlumatın müzakirəsi, yığılması və yayılması vasitəsilə qadınların hüquqları haqqında, gender məsələləri, analiz və indikator haqqında işçilər arasında məlumatlandırmanı artırmalıdır. Hər bir işçiyə planlaşdırmada, öz ehtiyac və imkanlarının qiymətləndirilməsində iştirak etmək və strategiya və siyasətin formalaşdırılmasına dair təşəbbüsü öz üzərinə götürmək təklif olunacaq.

Təşkilat bərabər hüquq və imkanların təmin edilməsi və onun hökumət tərəfindən qəbul edilmiş digər qanunlarda öz əksini tapması üçün bütün tədbirləri görəcək ki, işçilər bu təcrübəyə lazımi diqqətlə yanaşsınlar, onun reallaşdırılması üçün potensiala və düşüncəyə malik olsunlar, bir-birilərinə və biri birinin ehtiyac və maraqlarına ədalətlə, vicdanla və hörmətlə yanaşsınlar.

 

Bölmə 5. Ailə siyasəti:

 

Ailə statusu, hamiləlik, xəstəlik, yaxud əlilliyə görə ayrıseçkilik təkcə cinsi yaxud fiziki vəziyyətə görə ayrıseçkilik deyil, bu həm də bizim tərəfimizdən insanların və qadınların hüquqlarının pozulması kimi qiymətləndirilir. Təşkilat bu kimi şəxslərlə öz fəaliyyətini qanunvericiliyi, onların ehtiyac və maraqlarını nəzərə alaraq qurmalı və onlar üçün yaxşı, eyni və rahat iş, ödəmə, mükafatların ödənilməsi, irəliləmə, təlim və s. şəraiti yaratmalıdır.

 

Təşkilat dekret məzuniyyətinin götürülməsi hüququnu qadın yaxud kişiyə həvalə edir, ƏQHM –ı rəhbər tutaraq hamilə qadınlar, xəstələr və əlillər üçün elastik və yüngülləşdirilmiş iş qrafikini təşviq edir, hər hansı vəzifəni yerinə yetirib yetirməyəcəyini, dekret məzuniyyətinin vaxtını və müddətini seçmək hüququ verir.

 

Təşkilat dekret məzuniyyəti, xəstəliyə görə və ya hər hansı qulluq lazım olduqa verilən məzuniyyət dövründə bütün göstərilən şəxslər üçün ödənişin və tutduğu vəzifənin saxlanacağını təsdiq edir. Təşkilat həm də bütün göstərilən şəxslər üçün ödənişsiz məzuniyyəti təmin edir.

 

Təşkilat həm də iş zamanı uşağı əmizdirərərək yemləndirməklə məşğul olmaq istəyən işçilərin ehtiyacalrına da anlayışla yanaşır. Bu kontekstdə Təşkilat ananın və uşağın sağlamlığı üçün əmizdirərərək vacib olduğunu bilir və südverməni işlə bərabər etmək istəyən qadınları dəstəkləyir.

Təşkilati prosedurlar əmizdirməyə görə qadınların birbaşa yaxud dolayı ayrı seçkiliyə məruz qalmasına yol verilməməsinə yönəldilir və iş yerində uşaqlarını əmizdirərərək ilə yedizdirmək istəyən anaları dəstəkləyəcək, həmçinin yedizdirmə zamanı onları boş otaqlarla da təmin edəcək.

 

Bölmə 6. Təşkilatda cinsi zorakılığın qarşısının alınması

 

Məqsəd: Zorakılıq olmadan insanlara yaxşı həyat üçün şəraitin yaradılması. İnsanlar arasında münasibətlərdə zorakılığa yol verməmək. Cinsi təcavüz və hakimiyyətdən sui istifadə etməyə icazə verməmək.

 

Davranış kodeksində yazılmış idarəetmə heyəti və işçilər üçün Davranış normaları müxtəlif dəyərlərə hörmətli münasibət, insanların şəxsi həyatına qarışmamağı, irsi, dini, cinsi, milli, fiziki, yaş müxtəlifliyi və ya cinsi orientasiyasına görə ayrı seçkiliyə məruz qalmasını, həm də fiziki zorakılıq, cinsi təcavüz göstərmək, işdəki vəzifələrindən sui istifadə etmə və şəxsi ləyaqət hissi və başqa şəxslərin individuallığını nəzərə almayan digər belə işlərə yol verməməyi tələb edir.

Hazırkı siyasətə uyğun olaraq işə götürmə sahəsində tənzimləyici qanunlar və kadr  müqavilələri cinsi təcavüzkarlıq və işdə vəzifədən sui istifadə etməni qadağan edir və bu kimi pozuntular etməklə gunahkar hesab olunan şəxslər üçün inzibati cəzalar təyin edir.

 

Bölmə 7. Məcburi və uşaq əməyindən istifadəyə qadağa

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı” elə bir iş mühiti yaratmaq istəyir ki, bu, insan hüquqlarına hörməti təbliğ etdin, iş bacarıqlarının diversifikasiyasına və inkişaf etdirilməsinə imkan yaratsın. Təşkilat bütün müvafiq normativ və qanunverici aktlara əməl etməli, insanların və qadınların əsas hüquqlarına hörmət etməli, ayrıseçkiliyə, uşaq və məcburi əməyin tətbiq olunmasına yol verilməməsini təmin etməlidir.

 

Bölmə 8. Gender məsələlərinə həssas ictimai fikrin formalaşdırılması

 

Məqsəd

 

Ictimaiyyətin fikrində ictimai həyatın bütün sahələrində kişi və qadınların sosial bərabərliyinin vacibliyini formalaşdırmaq.

 

İctimai şüuru qəti surətdə dəyişdirmək, bir cinsin digərindən üstün olması və hakim mövqe tutması kimi gender stereotiplərini aradan qaldırmaq. Hüquq və imkanların gender bərabərliyi prinsipi üzərində qurulmuş, kişi və qadınların həyat təcrübəsinin xüsusiyyətlərini nəzərə alraq gender anlamı və davranış tiplərinin yeni modellərini formalaşdırmaq

 

 

Bölmə 9. Təşkilatda bütün şəxslərin sağlamalıqlarının və təhlükəsizliklərinin təmin olunması

Təşkilat öz işçiləri və müştəriləri üçün yüksək praktki gigiyena və əmək təhlükəsizliyi qaydaları standartlarına nail olmağa və bunu qoruyub saxlamağa çalışır. Təşkilat işçilərin təhlükəsizliyinə və sağlamlığına yönəldilmiş bütün lazımi qanunlar, nizamnamələr, iş prosedurları barədə məlumatlı olmalı və onları həyata keçirməlidir.

Verilmiş sahə aşağıdakılara aiddir:

  • Təhlükəsiz iş sistemi
  • İş yeri. 
  • Təhlükəsiz alətlər və avadanlıqlar
  • Təhlükəsiz iş üsullarının fasiləsiz öyrədilməsi
  • Seyf, bütün səviyyələrdə kontrol
  • Bütün fiziki aktivlərin və fəaliyyətin mütəmmadi yoxlanması
  • İnsanların və mülkiyyətin qorunması üçün bütün hadisələrin araşdırılması, bütün təhlükələr barədə xəbər vermək və bütün mümkün tənzimləmə tədbirlərinin həyata keçirmək
  • İşçilərin bütün fəaliyyətləri zamanı möhkəm sağlamlıq və təhlükəsizlik prinsiplərinin həyata keçirilməsinə dair həvəsləndirilməsi
  • Əmək gigiyenasına və təhlükəsizlik texnikasına riayət etmək
  • Təhlükəsiz nəqliyyat və tədbirlərin keçirilmə si üçün təhlükəsiz məkan

 

Bölmə 10. Strategiyanın reallaşdırılmasından gözlənilən nəticələr

 

Gender analizinin və indikatorların planlaşdırmaya və icraya birləşdirilməsi

Təşkilat layihələrin və siyasətlərin  planlaşdırması və icrası zamanı  gender ehtiyaclarından, analiz, indikator və metodikalardan istifadə etməlidir, həm də işin benefisiarları arasında qadınların da bərabər şəkildə olmasına nail olmalıdır.