NHMT - FANDREYZİNQ STRATEGİYASI

FANDREYZİNQ STRATEGİYASI

NEFTÇİLƏRİN  HÜQÜQLARINI  MÜDAFİƏ  TƏŞKİLATININ FANDREYZİNQ STRATEGİYASI

Bakı 2011-ci il

Mündəricat

    1.Fandreyzinq Strategiyasının məqsədi

     2.Fandreyzinq Strategiyasının vəzifələri

     3.Strategiyanın inzibati idarəolunması və nəzərdən keçirilməsi

     4.Təşkilatın missiyası

     5.Təşkilatın hüquqi statusu və fəaliyyətləri

     6.Təşkilatın strukturu

     7.Təşkilatla bağlı iştirakçılar və benefisiarlar

     8.Təşkilat tərəfindən keçirilən PEST təhlili (təşkilatın fəaliyyət göstərdiyi

       siyasi, iqtisadi, sosial və texnoloji mühitin təhlili)

    9. Təşkilatın fandreyzinq vəziyyətinin retrospektiv və perspektiv təhlili

 

1.Fandreyzinq Strategiyasının məqsədi

Hazırkı Fandreyzinq Strategiyasının (bundan sonra-Strategiyanın) əsas məqsədi təşkilatın maliyyə və maddi-texniki resurslarının dayanıqlı təminatını əsaslandırmaqdır və maliyyələşmə mənbələrin  uzunmüddətli perspektivdə diversifikasiyasıdır.

2.Fandreyzinq Strategiyasının vəzifələri

Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi(NHMT İB) aşağıdakı vəzifələri yerinə yetirəcək:

1.Strategiyanın ardıcıl olaraq həyata keçirilməsi.

NHMT  Strategiyanın icra olunmasının hesabına maliyyə axınlarının və maddi-texniki resursların tədricən mənimsənilməsi  vasitəsilə zəruri resursların  Strategiyanın həyata keçirilməsi mərhələləri üzrə artırılmasına nail olmaq niyyətindədir.

2. NHMT-nın maliyyə və maddi-texniki resurslarının təhlili və proqnozlaşdırılması.

 NHMT icra etdiyi fəaliyyətlərdən, layihələrdən, kadr təminatından, inflyasiya dərəcəsindən, donorların tələblərindən və prosedurlardan, xərclər istiqamətindən və amortizasiyadan asılı olaraq, zəruri maliyyə və maddi-texniki resurslarını və rezervlərini təşkilatın ehtiyaclarına uyğun olaraq müəyyənləşdirəcək. Bu zaman keçmişdə edilmiş xərclər təhlil olunub boşluqlar aşkar olunacaq və növbəti fəaliyyət müddəti üzrə proqnozlaşdırma aparılaraq xərclər istiqamətləri üzrə mövcud və tələb olunan zəruri resurslar və rezervlər müəyyənləşdiriləcək.

3.Maliyyə və maddi-texniki resurslardan səmərəli istifadə.

 Təşkilat mövcud və gələcəkdə əldə olunacaq resursların effektiv şəkildə büdcə maddələri üzrə təyinatına görə mənimsənilməsi və qənaətli istifadəsi üçün məsuliyyət daşıyacaq, habelə qiymətləndirmə zamanı aşkar olunan potensial imkanlardan bəhrələnərək, resurslarının axınların təşkilatın institusional cəhətdən inkişafına yönləndirilməsinə çalışacaq.

4.Maliyyə və maddi-texniki axınlarının mənbələrə görə diversifikasiyası.

 Təşkilatın davamlı inkişafının təmin edilməsi məqsədilə, Strategiyanın icrası zamanı əldə olunan maliyyə və maddi-texniki resurslarının mənbələr  və əldə olunma metodlar üzrə diversifikasiyası çox vacibdir. Bunun üçün təşkilat   müxtəlif fandreyzinq metod və üsullardan mümkün olduğu qədər geniş istifadə edəcək, habelə maliyyə və maddi-texniki resursları bir və ya iki mənbədən deyil, eyni zamanda bir neçə bir-birindən asılı olmayan mənbələrdən alacaq.

5.Strategiyanın icrası hesabına risklərin minimizasiyası.

  Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün resurslarının əldə olunmasının getdikcə çətinləşməsini və kənar maliyyələşmə mənbələrinin qıtlığını nəzərə alaraq, NHMT bütün sistematik və qeyri-sistematik risklərin vaxtında aşkar olunub,  təsnifatlaşmasına və risk dərəcəsinin müəyyənləşməsinə, habelə bu risklərin təsirinin azalmasına gətirib çıxaracaq tədbirlərə əsaslanan anti-böhran fandreyzinq siyasətinin həyata keçirir. Aşkar olunan risklərə və onların dərəcələrinə Təşkilatın Fandreyzinq Qrupu tərəfindən təyin olunan tarixlər üzrə vaxtaşırı yenidən baxılır və dəyişiklərdən asılı olaraq, fandreyzinq fəaliyyətlərinə,  metodlraına,aralıq nəticələrə, indikatorlara, fandreyzinq planına müvafiq dəyişikliklər edilir.

6.Təşkilatın institusional qrantların alması.

Təşkilatın nəinki davamlı maliyyə və maddi-texniki resursların əldə edilməsi , həmçinin uğurlu və ardıcıl institusional inkişafı məqsədilə institusional qrantların əldə edilməsi və institusional inkişaf proqramlarında iştirak həddən ziyadə vacibdir. Buna görə təşkilat əldə olunacaq qrant vəsaitləri sırasında sırf institusional inkişafın maliyyələşməsi üçün fandreyzinq fəaliyyətlərini institusional qrantlar üzərində fokuslaşdırır. Institusional qrantlar və proqramlar Strategiyanın qüvvədə olduğu müddətdə icra olunmalıdır və ümumi fandreyzinq siyasəti institusional qrantların icrası ilə uzlaşdırılmalıdır.

7.NHMT-nın fəaliyyətlərinin, strukturunun və siyasətlərinin Strategiya ilə uzlaşdırılması.

Fandreyzinq fəaliyyətlərinin uğurlu icra olunması üçün təşkilatın həyata keçirildiyi fəaliyyətlərin , təşkilatın mövcud strukturunun  qüvvədə olan, (gender siyasətinin, Davranış Kodeksinin,) və gələcəkdə qəbul ediləcək siyasətlərinin( ayrıseçkiliyə qarşı siyasətinin, korporativ sosial məsuliyyət siyasətinin, uçot siyasətinin), habelə təşkilatın öz üzərinə götürdüyü siyasət-əsaslı sənədlərinin (sazişlərin, memorandumların) Fandreyzinq Strategiyasının, fandreyzinq planının və siyasətinin ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutur. Zəruri hallarda, təşkilat qəbul olunan siyasətlərdə dəyişikliklərin edilməsini, habelə resurslarının artması nəticəsində təşkilatın strukturunda dəyişikliklərin edilməsini (bəzi bölmələrinin birləşdirilməsi, ləğv olunması, əvəzlənməsi və ya artırılması) öz üzərinə götürür.

8.Strategiyanın icrası və davam etdirilməsi.

  Hazırkı Strategiya qüvvəyə mindiyi tarixdən təşkilat fandreyzinq siyasətini davamlı, daimi, kompleks şəklində həyata keçirilməsini, təsdiq olunmuş planlar əsasında icra olunmasını nəzərdə tutur.  Strategiyanın həyata keçirilməsi mərhələlərinin sonunda Strategiyaya yenidən baxılacaq, kontekstdə, mühitdə yaranan dəyişikliklərdən, fandreyzinqlə bağlı bilik və məlumatların əldə olunmasından asılı olaraq zəruri əlavələr və dəyişikliklər ediləcək . Strategiyanın icrası sona çatdıqda yeni Strategiyanı və müvafiq planı qəbul edəcək və bu proses fasiləsiz şəkildə həyata keçiriləcək.

3.Strategiyanın inzibati idarəolunması və nəzərdən keçirilməsi

Hazırkı Strategiyanın inzibati idarə olunması və nəzərdən keçirilməsi məqsədilə xüsusi Fandreyzinq Qrupu (FQ) yaradılır. FQ-nin tərkibinə Fandreyzinq üzrə mütəxəssis, təşkilatın rəhbəri , habelə Maliyyə və qrantlar ilə iş sektorunun, Təşkilati işlər və ictimaiyyətlə əlaqələr sektorunun və Xarici əlaqələr və beynəlxalq maliyyə sektorunun rəhbərləri daxildilər. Fandreyzinq mütəxəssisin vəzifə funksiyaları aşağıda qeyd olunanlardan ibarət olacaq:

  • Strategiyanın və müvafiq Fandreyzinq Planının (İş cədvəlinin)işlənib hazırlanması, onlara zəruri dəyişiklik  və əlavələrin edilməsi barədə məlumatın toplanılması və FQ-nun iclaslarında FQ üzvlərinin nəzərinə çatdırılması;
  • Maliyyələşmə mənbələri barədə məlumatın toplanılması, təhlili, təsnifatlaşdırılması və məlumat bazasının yaradılması, habelə maliyyələşmə mənbələrilə bağlı təşkilat tərəfindən atılacaq addımlarının müəyyənləşdirilməsi;
  • Strategiyada müəyyənləşdirilmiş risklərin, indikatorların və aralıq nəticələrinin kontekstin və mühitin dəyişilməsi ilə bağlı nəzərdən keçirilməsi və müvafiq əlavələrin və dəyişikliklərin edilməsi barədə FQ-nun üzvlərinə təkliflərin edilməsi;
  • Fandreyzinq və layihə təkliflərin yazılması ilə bağlı FQ-nun üzvlərinin bilik və bacarıqlarının artırılması və bu məqsədlə təşkilatın fandreyzinq yarmarkalarında, seminarlarında və kurslarda iştirakının təmin edilməsi;
  •  FQ-nun iclaslarında FQ-nun üzvlərinə fandreyzinqlə bağlı vəziyyət barədə məlumatın verməsi və gördüyü iş barədə FQ-na və Təşkilatın İdarə Heyətinə hesabat verməsi;
  • Maliyyələşmə mənbələrinə növbəti ay üçün ediləcək müraciətlər barədə FQ-nun üzvlərinə məlumatın verilməsi, müraciətlərin ekspertizadan keçirilməsi, təsdiq edilməsi, müraciətlərlə bağlı dərslərin öyrənilməsi;
  • Təşkilatın donorlarla əlaqələrin qurulması ilə bağlı tövsiyyələrin verməsi, yazışmaların və danışıqların aparılması və s.

FQ üzvləri arasında vəzifə bölgüsü aparılır və bu vəzifə bölgüsü FQ-nun vəzifə təlimatında öz əksini tapır. FQ-nun aylıq, rüblük, yarımillik və illik iclasları keçirilir və bu iclaslarda qəbul olunan qərarlar barədə təşkilatın İdarə Heyətinə hesabat verilir. Təşkilatın İdarə Heyəti zəruri hesab etdiyi hallarda FQ tərkibində, vəzifə təlimatlarında, icllasların ardıcıllığında dəyişiklik edə bilər, habelə Strategiyada  və Fəaliyyət Planında dəyişikliklərin və əlavələrin edilməsi barədə FQ-nun üzvlərinə tövsiyyələr verə bilər.  Təşkilatın İdarə Heyəti institusional qrantlar üzrə qrant verən qurumlara qrant sazişlərinə və onlarda əks olunan hesabat dövrlərinə əsasən Strategiyanın həyata keçirilməsi bağlı hesabat verir və institusional qrantlar verən qurumlarla məsləhətləşmə aparır.

Strategiyada əks olunan risklərin, indikatorların, aralıq nəticələrin və imkanların, habelə təşkilatın fandreyzinqlə, institusional inkişaf ,layihələr,

15 Yanvar 2012-ci il

15 Yanvar 2013-cü il

15 Yanvar 2014-cü il

15 İyun 2014-cü il

Zəruri hallarda, Təşkilatın Şurasının qərarı ilə FS-na yenidən baxılması üçün əlavə tarixlər müəyyənləşdirilə bilər. FQ üzvlərinin və təşkilata institusional qrantlar verən donorların tələbi ilə və ya təşkilatın fandreyzinq, maliyyələşmə, institusional inkişaf, layihələr və fəaliyyətlər sahəsində ciddi dəyişikliklər baş verdiyi hallarda nəzərdən keçirilməs tarixlərinə yenidən baxıla bilər, onlar dəyişdirilə bilər və ya yeni tarixlər əlavə oluna bilər.

Fandreyzinq Strategiyası 1 İyul 2011-ci il tarixində Fandreyzinq Planı ilə birlikdə qüvvəyə minir.Fandreyzinq Strategiyasının qüvvəyə mindiyi tarixəcən Fandreyzinq mütəxəssisin və Fandreyzinq Qrupunun vəzifə təlimatı işlənib hazırlanmalıdır.

4. Təşkilatın missiyası

NHMT Azərbaycanın enerji sektorunda  insan haqlarının qorunması,  enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə  istifadə olunması   və     bu  sahədə ictimai nəzarət sisteminin oturuşması uğrunda mübarizə aparır.

5.Təşkilatın hüquqi statusu və fəaliyyətləri

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın  neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində   vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb ( Bax: www.nhmt–az.org). Yarandığı gündən NHMT çoxsaylı  bir-biri ilə əlaqəli  silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir. Təşkilatın əsas fəaliyyətlər və fəaliyyət istiqamətləri aşağıdakılardı:

5.1.Protection and training of labor rights

  • Implementation of  the education programme on Azerbaijan The Labour Code of Azerbaijan Republic by financial support of Westminster Fund of Great Britain, Eastern Europe Institution of America, Dutch Embassy, Royal Norwegian Embassy in 1999, 2000,2002,2008 and 2011.
  • Delivering free legal aid services to oil workers. Law proceedings are monitored, local and international community as well as  respective public bodies obtain information on law violations committed by judges and corruption cases. The organization deals with producing alternate human rights reports as well as reports on socio-economic and labor rights violation.
  • Rendering legal aid to local employees to assist them in establishing independent trade-unions aimed at protection of social and economic rights of the employee engaged in contractor and subcontractor companies operating in the oil and gas sector of Azerbaijan.

 

5.2. Activities in the field of transparency assurance in oil revenues expenditure:

  • Participation as a partner organization in the implementation of the project “ The delay of SOCAR’s audit and public discourse of the condition of transparency in the activity of the company” financed by Open Society Institute in 2006.
  • İmplementation of the project ‘The monitoring of the projects on the expenditure of oil revenue and public discourse of the results’ funded by Oxfam Novib in October, 2006- June,2007.
  • “Assurance of public control over the activity of oil companies in Salyan”  project has been started since April,2007 which is financed by Open Society Fund.
  • İmplementation of the project “Assurance of transparency in expenditure of oil revenue, public hearings and arrangement of public information campaigns” by financial support of Oxfam Novib in 2008-2009.
  • İmplementation of the project “Assurance of transparency in expenditure of oil revenues, public hearings and arrangement of public information campaigns” by financial support of Oxfam Novib in 2010-2012.

 

5.3. Anti-corruption program implementation-related activities

  • With this purpose, implementation of the project “The obligations of the Azerbaijan Republic before European Council: Corruption and poverty” in 2004 and informed the community about  98 corruption facts during 6 months.
  • OWRPO conducted monitoring in 6 regions of the country to check how effectively government-proposed “State Anti-Corruption Program“  was executed in provinces; the findings were submitted to local and international community and respective  public bodies dealing with corruption issues.
  • In 2007-2008,  OWPRO implemented the project “Independent Media Support” funded by Finnish Embassy.
  • In 2010, Iindependent  monitoring of the fulfillment of  the Action Plan  on  the  Enhancement of transparency and National Strategy on the combat  against corruption

 

5.4.Public control over huge projects and the projects funded by International Financial Institutions and  monitoring conduction;Monitoring IFI’s activities in Azerbaijan:

  • Regarding this issue, conduction of  monitoring on “ The affect of Baku-Tbilisi-Jeyhan (BTJ) oil pipe-line on the socio-economic problems of Azerbaijan regions” in 2003,2004,2005. OWRPO has conducted the monitoring of Public Investment Programm on BTJ (EBRD-funded ) and participated in the audit process of the elimination of discrepancies revealed during the monitoring. In addition, the chairperson of OWRPO has conducted BTJ monitoring as a member of  the international mission in Georgia and Turkey.
  • Since 2006 OWRPO has been monitoring the following projects:

 

  • Monitoring of the project ‘Water provision and reconstruction of sewerage system of Agdash and Goychay cities” funded by Asian Development Bank (ADB)
  •  hosting international seminars held in Baku on ‘The activities of ADB in Azerbaijan’ for the capacity-building of NGOs in October,2007.
  • ADB-funded monitoring of environmental impact of Alat-Astara highway (Masalli-Astara part)
  • ADB-funded monitoring of environmental impact of Alat-Astara highway (Salyan-Neftchala part)
  • The World Bank-funded monitoring of Absheron rehabilitation program
  • EBRD-funded monitoring of environmental impact of Azeriyod plant

                                                          

 Monitoring  of IFI activities in Azerbaijan since 2004With the purpose above, implementation of  the project ‘The activity of IFIs in Azerbaijan’. The chairperson of the organization participated in Annual Meetings of the Board of European Bank of Reconstruction and Development in London, Belgrade, London, Kazan, Kiev, Zagreb in 2004,2005,2006,2007,2008,2010 and Annual Meetings of the Board of Asian Development Bank in Istanbul, Hyderabad and Kyoto in 2005,2006,2007 and Annual Meetings of the Board of the WB in Washington in 2010 and tried to solve the problems regarding the projects funded by ADB  and EBRD.

5.5.Gender fəaliyyəti

Təşkilatın gender siyasəti,gender strategiyası mövcuddur.Təşkilat tərəfindən reallaşdırılan bütün layihələrdə gender   üzrə fəaliyyətlər həyata keçirilir.

 

NHMT öz fəaliyyətlərinin icrası prosesində təşkilatdankənar  vəsaitlər hesabına ödənilən fəaliyyətlərdən başqa pulsuz, yəni əməyin ödənişi və təşkilatın büdcəsində nəzərdə tutulmayan fəaliyyətlərinin icrasını öz üzərinə götürür.  Bu təşkilatın xeyriyyəçilik-yönlü fəaliyyətləridir və təşkilatın Korporativ Sosial Məsuliyyətində qeyd olunan öhdəlikləri ilə bağlıdır. Təşkilat aşağıda qeyd olunan fəaliyyətləri təmənnasız əsaslarda yerinə yetirir:

  • Neft və qaz sektorunda məşğul olan işçilərə öz haqları ilə bağlı hüquqi yardım xidmətlərinin göstərilməsi;
  • Neft və qaz sektorunda məşğul olan işçilərinin pozulmuş haqlarının Azərbaycanın qanunvericiliyinə əsasən məhkəmələr tərəfindən baxılmasına dəstək və bu prosesin izlənilməsi;
  • Neft və qaz gəlirləri hesabına maliyyəşən layihələr və proqramlar üzrə haqları pozulmuş benefisiarların haqları bərqərar olunması məqsədilə yerli və mərkəzi hökümətlə, dövlət qurumları ilə əlaqələrin saxlanılması, danışıqların aparılması və vasitəçilik;
  • Neft və qaz sektoru məsələləri ilə bağlı hesabatların,   məlumat məktublarının vaxtı-vaxtında hazırlanması və yayılması.
  • Digər vətəndaş cəmiyyəti qurumları və icma qrupları ilə təcrübə mübadiləsinin aparılması, təşkilatın təcrübəsi , iş qaydası, şəbəkələşmə təcrübəsi, institusional inkişaf, qüvvədə olan siyasətlər barədə şifahi və yazılı məlumatların verilməsi (səfərlər və xüsusi treninqlər istisna olmaqla);
  • Yuxarıda qeyd olunmayan digər fəaliyyətlər, bir şərtlə ki:
  1.  Onlar kənardan ödənişli əsaslarda ekspertlərin cəlb olunmasını, xüsusi maddi-texniki resurslarının satınalınmasını və bank əməliyyatlarının keçirilməsini nəzərdə tutmurlar;
  2. 2011-ci il qiymətlərinə görə göstərilən xidmətlərinin hər növü üzrə bazar qiymətləndirilməsinə əsasən dəyəri ayda 300 AZN-dən artıq deyil;
  3.  Onlar institusional inkişaf layihələrində və proqramlarında ödənişli fəaliyyətlər kimi qeyd edilməyib və ya donor maliyyələşmə sazişinə əsasən onların göstərilməsinə etiraz etmir;
  4. Onların göstərilməsi təşkilatın kadr təminatı nəzərə alınaraq təşkilatın digər fəaliyyətlərinin icrasına mənfi təsirin göstərilməsinə və ya ləngimələrə gətirib çıxarmır;
  5. Onların göstərilməsi  üçün təşkilatın ştat işçisi tərəfindən edilir və hər bir fərdi işçi pulsuz xidmətlərin göstərilməsinə öz iş vaxtının aylıq fondundan 12 saatdan çox ayırmır (könüllü hallar istisna olmaqla);
  6. Onların göstərilməsi ştat işçisinin aylıq gəlirinin həcminə mənfi təsir göstərmir (könüllü hallar istisna olmaqla);
  7. Onların göstərilməsi vətəndaş cəmiyyətinin prinsiplərinə və təşkilatın nizamnaməsinə, təşkilatdaxili siyasətlərinə və Azərbaycanın qanunvericiliyinə zidd deyil;
  8. Onların göstərilməsi NHMT-nın İdarə Heyəti tərəfindən bəyənilib və təsdiq edilib.

 

NHMT həmçinin  vətəndaş cəmiyyəti qurumlarının yaratdığı müxtəlif beynəlxalq və yerli şəbəkələrinin, habelə beynəlxalq şəbəkələrinin Azərbaycan üzrə bölmələrinin fəal üzvüdür və  institusional inkişaf və fandreyzinq imkanlarının artırılması üçün yeni şəbəkə və koalisiyalara qoşulmaq niyyətindədir . Hazırda NHMT aşağıda qeyd olunan şəbəkə və koalisiyaların üzvüdür:

  • Extractive Industries Transparency Initiative NGO Coalition
  • Anti-Corruption NGO Network
  • Azeri National Coalition on GCAP (Global Call to Action against Poverty);
  • CEE Bankwatch;
  •  CIVICUS;
  • NGO forum on  ADB.

 

6.Təşkilatın strukturu

 

Təşkilatın struktur quruluşu diaqramı 1

Təşkilatdaxili quruluş və təşkilatdaxili iyerarxiya  yuxarıda göstərilən diaqramda öz əksini tapıb. Bu quruluş və təşkilatın struktur bölmələri arasında əlaqələr və subordinasiya təşkilatın Nizamnaməsində və müvafiq siyasət sənədlərinə göstərilib. Hər bir struktur bölmənin və vəzifə üçün müvafiq vəzifə təlimatı işlənib hazırlanıb və ya bəzi strultur bölmələrinin funksiyaları Azərbaycan qanunvericiliyinə əsasən təşkilatın nizamnamə sənədində öz əksini tapıb. Təşkilatın mövcud strukturu yalnız aşağıdakı hallarda dəyişə bilər:

  1. Azərbaycan qanunvericiliyinə əsasən və ya müvafiq icra hakimiyyəti orqanının tələbi ilə müəyyən hüquqi prosedurlara uyğun olaraq təşkilatın təkrar qeydiyyatdan keçməsi zamanı;
  2. İnstitusional qrant sazişi bağlandıqda, o şərtlə ki, qrant sazişində təşkilati strukturun təkmilləşdirilməsi və dəyişdirilməsi barədə bənd var;
  3. Təşkilatın keçdiyi strateji planlaşdırma sessiyanın nəticələrinə görə təşkilat rəhbərliyinə təşkilati strukturda dəyişikliklərin edilməsi tövsiyyə olunur (bu zaman müvafiq qeydiyyat və qanunvericilik tələblərinə riayət edilir).

 

Diaqramda əks olunan struktur bölmələr və vəzifələr daimi əsaslarda fəaliyyət göstərir. Müəyyən layihələr və aksiyalar zamanı,  habelə siyasət sənədlərinin hazırlanması müddətində təşkilatda  müvəqqəti əsaslarda qruplar və komissiyalar  qurula bilər. Bu qrupların və komissiyalarının tərkibi və səlahiyyətləri təşkilatın İdarə Heyəti tərəfindən müəyyən edilir.  Layihə və aksiyaların müddətləri sona çatdıqda və ya qrup və komissiya öz əsas məqsədinə nail olduqda, qruplar və komissiyalar təşkilatın İdarə Heyətinin qərarı ilə buraxılır.

 

7.Təşkilatla bağlı iştirakçılar və benefisiarlar

Təşkilatın fəaliyyətlərinin və layihələrinin icrası ilə bağlı iştirakçılar sırasında beynəlxalq və yerli donorları, yerli və mərkəzi hökümət qurumlarını, media qurumlarını, məhkəmələri, beynəlxalq maliyyə institutlarını, xarici və yerli vətəndaş cəmiyyəti qurumlarını, o cümlədən insan haqları təşkilatlarını, beynəlxalq QHT-ləri qeyd etmək olar.

Təşkilatın fəaliyyətlərindən və layihələrindən bəhrələnən birbaşa benefisiarlar sırasında Azərbaycanın neft sektorunun işçilərini, neft sektoru fəaliyyətlərinin təsirinə məruz qalmış icma qruplarını və bələdiyyələrini, neft və qaz gəlirləri hesabına reallaşan layihələrinin nəticəsində hüquqları pozulmuş mülkiyyətçiləri qeyd etmək olar. Dolayı benefisiarlara gəldikdə, onlar arasında təşkilatla əməkdaşlıq edən vətəndaş cəmiyyətinin üzvlərini, beynəlxalq maliyyə institutlarını, tədqiqatçıları, jurnalistləri, həmkarlar ittifaqlarını və s. qeyd etmək olar.

8.Təşkilat tərəfindən keçirilən PEST təhlili (təşkilatın fəaliyyət göstərdiyi siyasi, iqtisadi, sosial və texnoloji mühitin təhlili)

NHMT 2006-cı ildə yaranıb və o tarixdən etibarən fasiləsiz fəaliyyət göstərməkdədir. Bu zaman kəsiyində ölkənin mühitində baş verən dəyişikliklər layihələr, proqramlar və siyasətlər icra olunarkən təşkilat tərəfindən nəzərə alınıb; təşkilat bu dəyişikliklərin nəticəsində yaranan məhdudiyyətlərin mənfi təsirinin minimuma endirməyə çalışıb və ya müsbət dəyişikliklərdən əmələ gələn imkanlardan bəhrələnməyə çalışıb.

Siyasi  imkanlar  və gözlənilən dəyişikliklər

-1995-ci ildən bu vaxtadək ölkədə demokratik seçkilər keçirilməyib və hazırda müxalifət parlamentdə təmsil olunmayıb; ölkənin seçki sistemi demokratik qurumlar tərəfindən tənqid edilir;

-Dövlət idarəetmə sistemində korrupsiya və rüşvətxorluq  geniş yayılmışdır və ölkələrarası qiymətləndirmələrə görə Azərbaycan korrupsiyanın səviyyəsi indeksinə görə həmişə yüksək yerlər tutur;

-Neft gəlirlərinin sosial-iqtisadi inkişaf üçün istifadəsində sosial-siyasi və institusional baryerlərin mövcuddur;

-Neftdən əldə olunan gəlirlərin qeyri səmərəli istifadə olunur;

-Neftdən əldə olunan gəlirlərin ,beynəlxalq kreditlərin və büdcə gəlirlərinin istifadəsində şəffalığın və hesabatlılığın təmin olunmur;

-Neft sənayesinin hakimiyyət tərəfindən öz şəxsi əmlakı kimi zəbt olunması,  ictimaiyyətinin  əksər hissəsinin   neft-qaz  əməliyyatlarından, neft gəlirləri  haqqında informasiyalardan əhəmiyyətli dərəcədə məlumatsız qoyur;

-Ölkədə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafının da təmin edilməməsi, yoxsulluğun azaldılmasında neft gəlirlərinin rolunun artırılmasını təmin edən strategiya  işlənib hazırlanmamışdır;

-Ölkədə azad mətbuata qarşı basqılar davam edir;

-Ölkədə müstəqil məhkəmə  hakimiyyəti    yoxdur;

-Əhalinin, xüsusən də bölgələrdə yaşayanlann informasiyaya çıxış imkanları məhddudur.

Ölkədə  «İnformasiya əldə etmək haqqında qanun» və 28 iyul 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş  «Şəffaflığın artırılması və Milli Strateqiya» qəbul olunsa da,dövlət qurumları tərəfindən dəqiq informasiyaya ciddi nəzarət Azərbaycan cəmiyyətinin böyük əksəriyyətini ölkədə neft-qaz sənayesinin fəaliyyətindən əhəmiyyətli dərəcədə məlumatsız qoyur. Ölkədə yoxsulluq həddi yüksəkdir və hökumət bunu rəsmən elan etməsə də yoxsulluğa qarşı mübarizə üçün yeni  proqram hazırlayıb.

 Hökumətin sosial-iqtisadi siyasətinin dəyişilməz qalacağı təqdirdə sosial-iqtisadi problemlərin daha da dərinləşəcəyi şübhəsizdir. Ekspertlər neft gəlirlərindən səmərəli istifadə etməklə bu vəziyyətdən çıxmağın mümkünlüyünü vurğulayırlar və qeyri-neft sektorunun inkişafının da təmin edilməsi üçün məxsusi strategiyanın işlənib hazırlanmağının zərurətini ifadə edirlər.

         Son dövrlərdə Yaxın Şərqdə  totalitar rejimlərə  qarşı   baş verən xalq üsyanları və bunların dünyanın fərqli yerlərinə təsirləri  bir sıra xalqların və dövlətlərin həyatına böyük sarsıntılara səbəb olmuş,  düşüncələrdə və hərəkətlərdə inqilabi dəyişikliklər yaratmağa başlamışdır. Qlobal demokratikləşmə səylərinin mərhələsi kimi görünən bu proseslər fonunda Azərbaycanda hakimiyyət ölkənin milli sərvətlərini mənimsəmələrinə xidmət edir və antidemokratik siyasi davranış praktikasına üstünlük verir.

          Korrupsiya əleyhinə mübarizə adı altında aparılan kosmetik kompaniya korrupsiyaya qarşı çıxış edən vətəndaşlar əleyhinə təqib kampaniyasına dönüşdü. İqtisadiyyatda, gömrük və vergi sistemində  inhisarçılıq hökm sürür və qəbul edilən qərarlar inhisarçılığın qorunub saxlanılmasına və inhisarçıların maraqlarının təmin olunmasına xidmət edir.Bütün bunlar Azərbaycandakı siyasi rejimin dövrün çağırış və təhdidlərinə      adekvat cavab verə bilmədiyinin, ölkədə sosial-siyasi sarsıntıları önləyə biləcək qabiliyyətə, bacarığa, intellektual potensiala, siyasi iradəyə malik olmadığını. əvvəlki yanlış kursdan imtina etmədiyini, ciddi islahatlara getmək istəmədiyini  və bu səbəbdən dövlət üçün təhlükəyə çevrildiyini göstərir.

             Ölkədə vəziyyətin bu cür təhlükəli inkişafının qarşısı  vətəndaşların geniş  kütlələrinin siyasi və sosial islahatlar tələbləri ilə çıxış etmələri vasitəsi ilə dinc şəkildə real dəyişikliklərə nail oluna bilər.  Siyasi müxalifət hesab edir ki,ölkədə aşağıda qeyd olunan proseslər reallaşdırılmalıdır:       

  1. Real sosial – iqtisadi və ictimai siyasi islahatların aparılması;
  2. İslahatların  həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilməsi;
  3. Nazirlər Kabineti istefaya göndərilməsi, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin   korrupsiya fəaliyyətlərində iştirakı məsələləri   şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin;
  4. Sosial ədalətin təmin edilməsi, o cümlədən neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Təbii  inhisarda olan xidmətlərin 2011- ci ildə  qiymətinin artırılmasına və süni bahalaşmaya  yol veriməməsinə təminat verilsin;
  5. Siyasi məhbuslar azad edilsin;
  6. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına. Dini  etiqad və vicdan azadlığına qoyulmuş məhdudiyyətlər ləğv edilsin.

  

Ölkədəki sosial vəziyyət

          -Ölkədə yoxsulluq səviyyəsinin yuksək olması , sosial bərabərsizlik, gəlirlərin qeyri-bərabər bölgüsünün, demokratik institutların zəif olması – bütün bunlar siyasi, iqtisadi və sosial inkişafa başlıca maneədir.

Azərbaycanda həyata keçirilən iri neft layihələrinin  tikinti fazasının sona çatması da işsizliyin artmasına təkan verib.2008-ci ilin ortalarından ölkənin neft və qaz sektorundan işçilərin kütləvi surətdə işdən azad olunmaları davam edir.Sonuncu iki il ərzində Azərbaycanın neft sektorundan 40.000-dək insan işdən azad edilmişdir.

           2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu illə müqayisədə 1,8 faiz azalaraq 9,1 faiz təşkil edib2010-cu ildə Azərbaycan insan inkişafının səviyyəsinə görə, dünyanın 169 ölkəsi arasında 2005-ci ildəki 101-ci yerə qarşı 67-ci yerdə olub. Azərbaycan əhalisinin pul gəlirləri 2009-cu illə müqayisədə 13,3 faiz artaraq 25,6 milyard manat təşkil edib və ölkədə inflyasiyanın artım templərini (2010-cu ildə 5,7 faiz) qabaqlayıb. Adambaşına gəlirlər 11,9 faiz artaraq, 2 866 manat təşkil edib.

Rəsmi statiskaya əsasən, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz,  2009-cu ildə isə 10,9 faiz təşkil etmişdir. Beləliklə, son yeddi ildə yoxsulluğ 4.9 dəfə azalıb.

           Ancaq müstəqil ekspertlər fərqi izahatlar verirlər.belə ki, Azərbaycanda yoxsulluğun səviyyəsinin  öyrənilməsi üçün  ölkədə ilk dəfə müstəqil ekspertlər1996-cı ildə yoxsulluğun səviyyəsi ilə bağlı sorğu keçirilib. Və o zaman bu səviyyə 61 faiz göstərildi:Artıq 2001-ci ildən başlayaraq Azərbaycan hökuməti yoxsulluğun səviyyəsini özü hesablamağa başladı. Azərbaycanda vətəndaşların 53 faizi gəlirlərini yalnız ərzaq məhsullarına xərcləyirlər. Ekspertlərin sözlərinə görə, Avropa ölkələrində əhalinin yoxsulluq həddi ölkədə orta əmək haqqınn həcminə görə hesablanır. Belə ki, gəliri orta əmək haqqının 60%-dən az olanlar yoxsulluq həddinə düşənlər sayılır. Azərbaycanda bu kriteriyalar tətbiq olunsa yoxsul əhali cəmi əhalinin 40%-ni təşkil edər.Azərbaycan vətəndaşlarının gəlirlərinin 53% yalnız ərzaq məhsullarının alınmasına yönəldilir Müstəqil ekspertlərin proqnozlarına görə  bu ilin göstəricisi 14 faiz olmalıdır.

            Azərbaycanın rəsmi statistikasına görə, 2009-cu ildə ölkədə orta əmək haqqı 300 manat həcmində olub. Bu isə o deməkdir ki, 180 manatdan az əmək haqqı alanlar yoxsul əhali sayılmalıdır.  Hökumətin hesablamalarına əsasən, 2013-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 4 faiz olacaq. Müqayisə üçün qeyd etmə kolar ki, , Avropada orta rəqəm 16 faizdir. Belə çıxır ki, biz Avropadan daha irəli getmişik və Azərbaycanda yoxsulların sayı daha azdır. Bəzi ölkələrdə hətta cəmiyyətin yoxsulluq səviyyəsini hesablamaq üçün insanların keyfiyətli səhiyyə xidmətinə və bir neçə əlavə dövlət xidmətlərinə əlinin çatması da indikator kimi götürülür.

            Ölkədə yoxsulluqla mübarizə məqsədilə 2003-2005-ci illəri əhatə edən dövlət proqramı qəbul olunmuşdu. Ancaq proqram xeyli ləngiyib. Gözlənilirdi ki, bu proqramın icrasına 2006-cı ildən başlanacaq. Ancaq göründüyü kimi belə olmadı. 2005-ci ildə Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bir memorandium imzalanmışdı. Hətta BVF-də bu müqaviləyə qoşulmuşdu. Sənəddə məqsəd 2015-ci ilə qədər Azərbaycanda yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi inkişafın yaradılması idi. Təəssüflər olsun ki, bu qədər vaxt itirildi və Azərbaycan hökuməti proqramsız fəaliyyət göstərdi. Halbuki hökumət öhdəlik götürmüşdü ki, 2006-2015-ci illəri əhatə edən bir strategiya işləyib ortaya qoyacaq. Ancaq bu strategiya olmadı, sadəcə bir proqram oldu və 2006-cı ildən yox, 2008-ci ildən başlandı.


   
Hökumətin hesabatında qeyd olunur ki, Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə yeni Dövlət Proqramı uğurla həyata keçirilir. BMT tərəfindən hökumət qarşısında qoyulan Minilliyin İnkişaf Məqsədlərində əsas hədəf 2015-ci ilədək Azərbaycanda yoxsulluq səviyyəsini 10%-ə çatdırılmasıdır. Bu sahədə hökumət ümumi makroiqtisadi sabitliyi qorumaq, dinamik iqtisadi artımın davamlığını təmin etmək, inflyasiya və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlamaq fikrindədir.

9.Təşkilatın fandreyzinq vəziyyətinin retrospektiv və perspektiv təhlili

Təşkilatın əsas fandreyzinq metodu- donorlardan layihə və proqramlar üçün maliyyələşmənin əldə edilməsidir.Fəaliyyətə başladığı gündən NHMT İB öz fəaliyyətlərinin icrası üçün müxtəlif donorlardan və qrant verən qurumlardan (koalisiyalar, humanitar təşkilatlar, səfirliklər, inkişaf agentlikləri və s.) maliyyə vəsaitlərini almışdı. Bu günə qədər təşkilatın əldə etdiyi kumulyativ qrant vəsaitinin məbləği müvafiq olaraq 349,500.00 Avro 108,807.00 ABŞ dolları olub (müvafiq illər üzrə Avro/dollar valyuta dəyişmə kursları nəzərə alınaraq,  577,374 ABŞ dolları).

Aşagıdakı cədvəldə NHMT-nin 2003-cü ildən etibarən müxtəlif layihələr və proqramlar, müddət və donorlar üzrə maliyyələşmə əks olunub.

Cədvəl 1. 2003-İldən  başlayaraq  NHMT nərəfindən  alinmış qrant vəsaitləri  haqqında məlumat

1

 Monitoring of the influence of “Baku-Tbilisi-Jeyhan” oil pipe-line on the socio-economic problems in the regions of Azerbaijan

$7000

 

   $6000

October,2003-January,2004

October,2003-January,2004

 Open Society Institute

Global Green Grants Fund

2

 Conduction of the seminars for the training of Labor Code

$7000 

 2002

 Dutch Embassy

3

Development of the brochures on the protection of woman rights 

$2200

2002

Eastern European Institute of America

4

The monitoring of the activity of International Financial Institutes operating in Azerbaijan

$5000

2004

Bank Watch

5

Assurance of transparency in spending oil revenue, conduction of public hearings

25000 euro

2006

OXFAM NOVIB

6

Monitoring of the project “Water provision and reconstruction of sewerage system of Agdash, Goychay cities” financed by Asian Development Bank

$3500

2007

NGO Forum on ADB

7

Assurance of  the public control on the activity of oil companies in Salyan region

$19.200

2007

Open Society Institute

8

 «Combat with corruption by means of corruption»

$15.000

2008

Finnish Embassy

9

Monitoring of “National Action Plan on the protection of human rights in the Azerbaijan Republic”

$14.000

2008

  British Embassy

10

 Monitoring of “Absheron rehabilitation Program” finance by World Bank 

5000 euro

2008

Bank Watch

11

Assurance of transparency in spending oil revenue , conduction of public hearings and public awareness campaigns

90.000 euro

2008-2009

OXFAM NOVIB

 

Monitoring of the activity of  international financial institutions in Azerbaijan

5000 $

2009

Qrenn Qlobal Fond

12

Monitoring of the struggle Strategy against Corruption and monitor3572,4ing of National action program.

19907 $

01/12/2009/-30/11/2010

The Blask Trust for Regional Cooperation        A project of the German Marshall  Fund

 

Gender strategiyasinin qəbul edilməsi

7500  euro

01.11.2009-31.07.2010

OXFAM NOVIB

13

Monitoring of the activity of  internati Monitoring of the activity of  international financial institutions in Azerbaijan onal financial institutions in Azerbaijan.

7000

euro

01/01/2010-31/12/2010

Bank Watch

 

İnstutsional

5000 $

 01.06.2009-31.05.2010

Açıq Cəmiyyət İnstitutu

 

Neft  gəlirlərinin cərf  elilməsində səffaflın təmini

190.000

euro

01.12.2009-30.06. 2012

OXFAM NOVIB

 

Təşkilatıin qiyətlndirilmə aparilması

10000 euro

2010

OXFAM NOVIB

 

Bilik və bacariqlar artirmaq

15000

euro

 

2010-2011

OXFAM NOVIB

      

2010 il 31 dekabr tarixinə olan balansa əsasən təşkilatin  aktivləri  94,428.45 AZN,o cümlədən pul vəsaitləri  90,856.05 AZN, əsac vəsaitlər  isə 3,572.40 AZN təşkil etmişdir.u

Bu günədək həyata keçirilən layihə və proramlarının xərclərin strukturu cədvəl  və diaqram 2-də göstərildiyi kimi olmuşdur.

Cədvəl 2. Həyata keçirilmiş layihələr üzrə xərclərin strukturu

 

1

İnzibati  xərclər

illik büdcənin 20% -i

 

  1.  

İşçilərə və onlarin adından ödənişlər

illik büdcənin 30%-i

 

  1.  

Təlim  xərcləri

 

illik büdcənin 3%-i

 

  1.  

Qonorarlar,müqavilə üzrə xidmətlər

 

illik büdcənin 20%-i

 

  1.  

Digər Proqram və əməliyyat xərcləri 

 

illik büdcənin 27%-i

 

 

Diaqram 2. Həyata keçirilmiş layihələr üzrə xərclərin strukturu

 

 

 

Qarşıdakı üç maliyyə ilində (2011-2013) təşkilatin illik büdcəsinin   100,000-120,000 AZN civarında planlaşdırılır. İllər üzrə təşkilatın büdcə gəlirləri artan nəticə ilə aşağıdakı cədvəl 3-də, onların xərcələr üzrə bölüşdürülməsi cədvəl 4 və diaqram 3-də göstərilib:

Cədvəl 3. 2011-2013-cü illər üzrə əldə olunması planlaşdırılan büdcə gəlirləri

Illər

2011

2012

2013

Məbləğ

100,000

110,000

120,000

valyuta

AZN

AZN

AZN

 

                                          

 

Cədvəl 4.Növbəti üç il üçün planladırılan xərclərin strukturu

  1.  

İnzibati  xərclər

illik büdcənin 20% -i

 

  1.  

İşçilərə və onların adından ödənişlər (əsas heyət)

illik büdcənin 20%-i

 

  1.  

Əsas vəsaitlərin  ilik  yenilənmə xərcləri   1 %

 

illik büdcənin 1%-i

 

  1.  

Qonorarlar,müqavilə üzrə xidmətlər

 

illik büdcənin 30%-i

 

  1.  

Digər Proqram və əməliyyat xərcləri 

 

illik büdcənin 29%-i

 

 

Diaqram 3. Növbəti üç il üçün planladırılan xərclərin strukturu

 

 

Əsas vəsaitlərinin və avadanlığın planlaşdırılması: İcra olunacaq layihə və proqramlardan asılı olaraq, NHMT əlavə əsas vəsaitlərinin və avadanlığın alınmasını nəzərdə tutacaq. Lakin növbəti əsas vəsaitlərinin və avadanlığın natural ifadədə (ədədlə) sayı 31 dekabr 2010-cu ilin balansında göstərilən rəqəmdən az olmamalıdır. İnstitusional layihələr NHMT-nın yeni ofislərinin (məntəqələrinin) açılmasını nəzərdə tutduğu halda və ya donorların tələbi ilə əlavə zəruri əsas vəsaitlər və avadanlıq alına bilər və ya 01 iyul 2011-ci il tarixinə icarədə olan əsas vəsaitlər və avadanlıq satın alına bilər. Əsas vəsaitlərinin və avadanlığın alınması zamanı NHMT-nın işlənib hazırladığı kotirovka siyasətinin tələblərinə riayət edilməlidir.