Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyin Gender Siyasəti
Demokratiya, şəffaflıq və sosial bərbərlik prinsiplərini rəhbər tutan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB)
- Hər bir kəsin həyatını yaxşılaşdırmaq
- Hər bir kəsin inkişafı və peşəkarlığının artırılması
- Qadınlar və kişilərin potensialından bərabər səviyyədə istifadə edilməsini
təmin etmək üçün gender məsələləri və gender analizinin öz fəaliyyətinin tərkib hissəsinə çevrilməsini çox mühüm hesab edərək gender Siyasətinin qəbul edilməsinə qərar vermişdir.
Gender siyasətinin qəbul edilməsində əsas məqsəd
- Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara iş və ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaradılması, gender bərabərliyinin təmin edilməsindən,
- Qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların Təşkilatda bərabər sosial vəziyyətinin təmin edilməsidən;
- Təşkilatda insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar verilməsindən;
- Cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlüklərin aradan qaldırılmasından;
- Əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (təhqirlər, toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışların aradan qaldırılmasından
ibarətdir.
NHMT İB bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə, qadınların insan hüquqlarını və əsas azadlıqlarını kişilərlə bərabər əsasda həyata keçirmələrinə və onlardan istifadə etmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik üzrə tədbirlər də daxil olmaqla qəbul edir.
NHMT İB-nin qadınlar arasında faktiki bərabərliyin bərqərar olmasının sürətləndirilməsinə yönəldilmiş müvəqqəti tədbirlər qəbul etməsi, Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin müəyyən edildiyi kimi, ayrı-seçkilik sayılmır, eyni zamanda bu tədbirlər, qətiyyən bərabər hüquqlu olmayan, yaxud diferensial standartlara gətirib çıxarmamalıdır;
Bu tədbirlər imkanların bərabərliyi və bərabər hüquqlu münasibətlərin məqsədləri əldə edildikdən sonra ləğv ediləcəkdir.
Təşkilatda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Təşkilatda analığın mühafizəsinə yönəldilmiş və Beynəlxalq Konvensiyalarda və yerli qanunvericilikdə nəzərdə tutulmuş xüsusi tədbirlərin həyata keçirilməsi o cümlədən: qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar; kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı; gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi ayrı-seçkilik sayılmır.
Vəzifələr
- müxtəliflik, gender bərabərliyi və ədalətin təmin edilməsi, bütün əməkdaşların bir-birinə qarşılıqlı nəzakət və hörmətlə yanaşması, hər bir kəsin öz hüquqlarını reallaşdırması, qərarların qəbul edilməsində iştirak üçün bərabər imkanlar, həmçinin ayrı-seçkilik, təqib edilmə, təhqiramiz hərəkətlərə yol verilməsini qadağan edən, bərabər əmək üçün bərabər mükafatlandırma, informasiyalara, təlimlərə və təşkilatın planlarının həyata keçirilməsində bərabər iştirakın təmin edilməsi üçün şərait yaratmaq
- Gender siyasəti, ümumi strategiya və layihələrin hazırlanması və həyata keçirilməsində İşçi heyəti və tərəfdaşların iştirakının təmin edilməsi , qəbul edilmiş siyasət və strategiya haqqında məlumatlılığın artırılması, bütün əməkdaşların öz vəzifə və hüquqlarının bilməsi, təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün proseduraların qəbulu, tətbiq və inkişaf etdirilməsi
- Qadınların qərar qəbul edən orqanlarda, onların peşəkarlığının, təşkilatın layihələri və strategiyasının həyata keçirilməsində iştirakının artırılması, bərabər əməyə görə bərabər mükafatlandırma, cinsindən asılı olmayaraq öz potensialını reallaşdırmaq imkanlarının inkişaf etdirilmənsə yönəldilmiş proseduraların tətbiq edilməsi
- Əməkdaşlar və təşkilat üzvlərinin ayrı-seçkilik, seksual təhrikə görə şikayətlərin ədalətli vaxtında və məxfiliiyn saxlanması şərti ilə həll edilməsi imkanlarının təmin edilməsi
- Müxtəlifliyə qarşı həssaslığın artırılması, davranışın gender normalarına uyğunluğun təşviq etmək, ayrı-seçkilik, təqib etmənin bütün formalarına o cümlədən şikayət vermə prosesində şikayətçilərin təqib edilməsi hərəkətlərinə yol verilməməyi
- İnsan hüquqlarının tanınması və hörmət edilməsi, gender bərabərliyi, qadınların hüquq və potensialının artırılmasını, obyektiv meyarları nəzərə almaq və ayrı-seçkiliyə yol verməməklə işgüzar qərarların qəbul edilməsi , qüvvədə olan qanunvericilik normalarına əməl edilməsi, adət və ənənələrə hörmət edilməsi kimi İctimai-əxlaq norma və dəyərlərinə riayət edilməsini təmin etmək
- Təşkilati və strateji planlaşdırmada işçi heyətin, benefisarların gender ehtiyacları və maraqlarının təmin edilməsi üçün proseduraların yaradılması, işçi heyət və layihələrə cəlb olunan komandanın formalaşdırılmasında, benefisiarların müəyyən edilməsində gender balansına riayət edilməsini təmin etmək
- Əməkdaşlar və tərəfdaşlar arasında Gender həssaslığı, gender analizi sahəsində biliklərin artırılması üçün təşəbbüslərin göstərilməsi və müvafiq təlim proqramlarının həyata keçirilməsi
- Himayəsində körpə uşaqlar, daimi qayğı tələb edən xəstələr olan işçilər üçün əlverişli iş şəraiti yaratmaq
- Bütün işçilərin maraq və ehtiyaclarının nəzərə almaqla əlverişli və təhlükəsiz iş şəraiti yaratmaq
- Təşkilati və eləcə də layihələrin icra edilməsi səviyyəsində gender siyasətinə əməl olunmasını qiymətləndirməsi üçün monitorinq proseduralarını yaratmaq və tətbiq etmək
Təşkilat daxilində davranış normaları ilə tənzimlənən prinsiplər
- Qanunvericilik və bütün normativ aktlara riayət edilməsi
- demokratiya və insan hüquqlarına hörmət edilməsi, qadınlar və kişilər üçün bərabər hüquq və imkanların yaradılması
- Ayrı-seçkiliyin bütün formaları və növlərin qadağan edilməsi
- Məcburi və uşaq əməyinin qadağan edilməsi.
Davranış kodeksində və proseduralarda göstərildiyi kimi bütün əməkdaşlar bu siyasətin işlənməsi, qəbul edilməsi və monitorinqi üçün məsuliyyət daşıyır. Bütün əməkdaşlar Gender biliklərini genişləndirməyi və öz biliklərini başqaları ilə bölüşdürməyi, bu siyasət ilə müəyyən edilmiş norma və dəyərlərə əməl edilməsi, başqalarının fikirlərinə hörmət edilməsi, işdə ayrı-seçkilik siyasətinə yol verilməməyi üçün çalışmağa borcludurlar.
Bu siyasət təşkilat üzrə bütün səviyyələrdə, həmçinin layihələr üzrə fəaliyyətlərdə monitorinq və lobbiçilik və media kampaniyalarında tətbiq ediləcək.
Strategiyalar
Siyasət və strategiyanın formalaşdırılmasında qadınlar və onların maraqlarının önə çəkilməsi.
Təşkilat qadınların idarəetmə orqanları və ştat heyətinə daxil edilməsi, laiyhələrdə iştirakı və təmsil edilməsi və bərabər əməyə görə bərabər mükafatlandırılmasını təmin etimək üçün müvafiq strategiya və proseduraların yaradılması və strategiyanın hazırlanmasını öhdəsinə götürür.
Planlaşdırma və icra prosesində gender təhlili və indikatorların inteqrasiyası
Təşkilat layihə və siyasətlərin planlaşdırılması, həyata keçirilməsində gender ehtiyacları, təhlili, indikatorları və metodologiyasından istifadə etmək, həmçinin fəaliyyətin benefisiarları arasında qadınların bərabər surətdə iştirakına şərait yaratmağı öhdəsinə götürür.
Gender, gender analizi, qadın hüquqlarına hörmət edilməsi və diskriminasiyanın qadağan edilməsi sahəsində təlim və maarifləndirmə fəaliyyəti.
Təşkilat davranış kodeksi və onun tətbiq edilmə prosedurasını öz üzvləri və əməkdaşlıq etdiyi təşkilatlar arasında yayır. Təşkilat öz əməkdaşlarını qadın hüquqları, gender məsələləri, təhlil və indikatorlar haqqında məlumatlandırmağı, müntəzəm olaraq treninq və diskussiyaların təşkil edilməsini, əməkdaşların digər yerli və beynəlxalq tədbirlərdə iştirakınıı təmin etməyə çalışır.
Hər bir əməkdaşa planlaşdırma, ehtiyac və imkanların qiymətləndirilməsi, strategiya və siyasətin formalaşdırılmasında iştirak etməyi təklif edilir.
Ailə siyasəti
Ailə statusu, hamiləlik, xəstəlik və əlilliyə görə ayrı-seçkilik təkcə cinsi və fiziki vəziyyətə görə ayrı-seçkilik deyil, eyni zamanda insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Təşkilat öz fəaliyyətində qanunvericiliyi rəhbər tutmaqla, əməkdaşların ehtiyac və maraqlarını nəzərə almaqla, bütün əməkdaşlar üçün bərabər və rahat iş şəraiti, bərabər işə görə bərabər mükafatlandırma, qulluqda irəli çəkilimə və ixtisasların artırılması üçün bərabər imkanlar yaratmağı öhdəsinə götürür.
Təşkilat hamilə qadınlara, xəstələrə və südəmər və kiçik yaşlı uşaqlara qulluq edən qadınlar və kişilərə Əmək Məcəlləsi ilə nəzərdə tutulan güzəşt və təminatları təqdim etməyi, onların cevik iş qrafiki ilə işləməsinə şərait yaratmağı öhdəsinə götürür.
Əmək fəaliyyətində işəgötürən kimi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Ictimai Birliyinin vəzifələri:
NHMT İB işəgötürən kimi əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir: Təşkilata işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq; cinsindən asılı olmayaraq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək; cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək.
NHMT İB məşğulluq sahəsində qadınlar barəsində ayrı-seçkiliyi ləğv etmək məqsədilə kişi və qadınların bərabərliyi əsasında qadınların bərabər hüquqlarını, o cümlədən aşağıdakı hüquqları təmin etmək üçün bütün müvafiq tədbirləri görür: bütün insanların ayrılmaz hüququ olan əmək hüququ; işə götürülərkən eyni imkanlara malik olmaq, o cümlədən işə götürülərkən eyni meyarların tətbiq edilməsi hüququ; azad surətdə peşə, yaxud iş növü seçmək, vəzifədə irəli çəkilmək və məşğulluğunun təminatı hüququ, eləcə də iş şəraitinin bütün güzəştlərindən istifadə etmək, şagirdlik, yüksək səviyyəli peşə hazırlığı, ixtisasını müntəzəm artırmaq daxil olmaqla, peşə hazırlığı və ixtisasını təkmilləşdirmə hüququ; güzəştlər daxil olmaqla, bərabər haqq almaq, bərabər dəyərli əməyə görə bərabər şərtlər, həmçinin işin keyfiyyətinin qiymətləndirilməsinə bərabər yanaşma hüququ; sosial təminat o cümlədən pensiyaya çıxarkən, işsizlik, xəstəlik, əlillik, qocalıq və əmək qabiliyyətini itirdiyi digər hallarda hüququ, həmçinin, ödənişli məzuniyyət hüququ; sağlamlığının mühafizəsi və təhlükəsiz əmək şəraiti, o cümlədən nəsil davamı funksiyasının saxlanması üzrə hüququ; hamiləliyə, yaxud hamiləliyə və doğuşa görə məzuniyyətə görə işdən azad etməyi, yaxud işdən çıxarılarkən ailə vəziyyətinə görə ayrı-seçkilik qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə, qadağan etmək; əvvəlki iş yerini, vəzifə üstünlüyünü, yaxud sosial müavinətini itirmədən ödənişli məzuniyyətlər, yaxud hamiləliyə və doğuşa görə sosial müavinətlərlə müqayisə edilə bilən məzuniyyətlər tətbiq etmək; valideynlərin ailədəki vəzifələrini yerinə yetirməklə yanaşı, əmək fəaliyyətini və ictimai həyatda iştirakını uyğunlaşdırmalarına o cümlədən uşaqlara qulluq üzrə şəraitin yaradılması və genişləndirilməsi ilə imkan verən əlavə sosial xidmətləri təşviq etmək; qadınları, xüsusilə hamiləlik dövründə, onların sağlamlığı üçün zərərli olduğu sübut olunmuş işlərdə müdafiə etmək;
Bu sahədə bəhs edilən hüquqların müdafiəsinə dair qanunvericilik elmi-texniki biliklər baxımından vaxtaşırı gözdən keçirilir, eləcə də lazım olduğu qədər yenidən baxılır, ləğv edilir, yaxud genişləndirilir.
Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin kimi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin vəzifələri:
İşdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşdıqda, işçinin tələbi ilə işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmalıdır.
İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs NHMT İB rəhbərindən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir.
Əməyin ödənilməsində bərabərlik:
Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.
Əmək haqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əmək haqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır.
Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən hallar:
İşə qəbul zamanı kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan məlumatların tələb edilməsi qadağandır. Yalnız bir cinsin nümayəndəsi üçün iş yerinin təklif edilməsinə yol verilmir. Bir cinsin nümayəndəsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olsun və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin.
Davranış kodeksində nəzərdə tutulmuş normalar bütün rəhbər və işçi heyətindən insanların şəxsi həyatına müdaxiləni, irqi, cinsi, fiziki, yaş fərqlərinə görə ayrı-seçkiliyi seksual təhriki, fiziki zorakılığı, digərlərinin ləyaqətini alçaltmağı qadağan edir.
Seksual təhrikə məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi
Seksual təhrikə görə NHMT İB sədrindən və ya layihə rəhbərindən şikayət etmiş işçilər Təşkilatın sədri və digər ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.
Əmək müqaviləsinin ləğv edilməsi.
Seksual təhrikə məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir.
Zərərin ödənilməsini tələb etmək hüququ.
NHMT İB-də cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zərər ödənilir. Seksual təhrikə məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.
Gender bərabərliyinin təmin edilməsinə nəzarət. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Ictimai Birliyin də gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq Gender üzrə komitə həyata keçirir. Gender Komitəsində təmsilçilik bərabər hüquqlar əsasında təşkil edilir.
Məcburi və uşaq əməyinin qadağan edilməsi.
Təşkilat bütün qanunvericilik və normativ aktlara riayət etməyi, insan hüquq azadlıqlarına hörmət edilməsi, ayrı-seçkiliyə yol verilməməyinə , uşaq əməyi və məcburi əməyin qadağan edilməsini öhdəsinə götürür.
Təşkilat əməkdaşlar üçün təhlükəsiz və gigiyenik standartlara cavab verən iş şəraitini yaratmağa çalışır.
Bura aşağıdakılar aiddir.
- Təhlükəsiz iş sitemi
- Təhlükəsiz iş yeri
- Təhlükəsiz alət və avadanlıqlar
- Təhlükəsiz iş metodlarının öyrənilməsi üçün davamlı təlim
- Təhlükəsizlik məsələlərinə bütün səviyyələrdə nəzarət
- Avadanlıq və alətlərin dövri olaraq yoxlanması
- Əməkdaşların və əmlakın mühafizəsi üçün lazımi tədbirlərin hazırlanması və həyata keçirilməsi
- Əmək fəaliyyətində təhlükəsizliyə riayət edilməsinə görə işçilərin həvəsləndirilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi
Gender siyasətinin pozulmasına görə məsuliyyət
Gender Siyasətinin müddəalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Proseduralar
Təşkilat qeyri-qanuni ayrı-seçkiliyin qarşısının alınması, təqib, seksual təhrik, əməkdaşlara qarşı şayiələrin yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlərin görülməsini öhdəsinə götürür.
Hüquq və vəzifələr
Təşkilat öşağadakı öhdəlikləri üzərinə götürür.
- İş yerində və layihələrin icra edilməsində diskriminasiya və bərbərsizliyin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi
- Bütün əməkdaşlara qarşı irqindən, dinindən, yaşından, milliyyətindən, ailə statusundan, xəstəlik və əlliyindən dini və siyasi baxışlarından asılı olmayaraq bütün əməkdaşlara bərabər yanaşma
- İş yerində diskriminasiya, təhrik və təqiblər haqqında şikayətlərə vaxtında, kofendensial və ədalətli araşdırmanın təmin edilməsi
- Qadınların irəli çəkilməsi, ştatın və benefisiarların 50%-nin qadınlardan ibarət olmasını təmin etmək
- Gender məsələlərinə dair məlumatların daim toplanması təzələnməsinin təmin etmək
- Davranış kodeksi və standartların işlənməsi və əməkdaşların bu haqda məlumatlandırılmasını təmin etmək
- Əməkdaşlar üçün gender məsələləri və analizi haqqında təlimlərin keçirilməsinin təmin edilməsi
- Layihə və siyasətlərin ümumi planlaşdırma, qiymətləndirmə və icrası sisteminə gender analizi , indikatorlar və monitorinqin daxil edilməsi
- Əməkdaşların planlaşdırma icra və monitorinq prosesinə cəlb edilməsi
- Şikayət vermiş işçilərin . seksual qurbanlar və diskriminasiyaya məruz qalmış şəxəslərin təhlükəsizliyinin təmin edilməsi
- Təhqiqat prosesinin və sənədlərin məxfiliyinə təminat verilməsi
- Gender siyasətinin hər hansı bir pozuntusuna qarşı ciddi yanaşmanın tətbiq edilməsi
Rəhbərlər, Menecerlər və gender komissiyasının üzvləri aşağıdakıların təmin edilməsi üçün məsuliyyət daşıyırlar.
- Fəaliyyətin bütün istiqamət və səviyyələrində , planlaşdırma və layihələrin icrasında gender siyasəti və proseduralarının tətbiqin təmin edilməsi.
- Bütün əməkdaşları gender siyasəti və proseduraları həmçinin onların vəzifələri haqqında məlumatlandırmaq
- işədüzəlmə, qulluqda irəli çəkilmə, mükafatlandırma, qiymətləndirmə, layihələrin planlaşdırılması və həyata keçirilməsində, qərarların qəbul edilməsində qadınlar üçün bərabər imkanlar yaratmaq
- Diskriminasiya və təqib etməyə məruz qalmış əməkdaşları onların hüquqlarını haqqında məlumatlandırmaq
- Diskriminasiya, təqib etmə ilə bağlı şikayət vermiş işçilərin təhlükəsizliyini və onların şikayətlərinin baxılmasına təmin etmək
- əməkdaşlar iş yerində diskriminasiya, təhqiredici hərəkətlərə yol verməməli, özlərini nəzakəti aparmalı, digər işçilər, qonaqlar və benefisarlara qarşı nəzakəti münasibət göstərməli və həssas yanaşmalıdırlar.
Gender komissiyası və menecment aşağıdakılar üçün məsuliyyət daşıyır.
- Gender siyasəti çərçivəsində diskriminasiya və təhrikin aradan qaldırılması üçün təlim və peşə hazırlığın və gender bərbərliyinin təmin edilməsi
- rəhbərlər, əməkdaşlar, və gender üzrə trenerlər üçün məsləhətlərin təqdim edilməsi
- tərəfdaşlara ayrı-seçkilik və təqib etmə məsələləri haqqında məsləhətlərin verilməsi
- vasitəçi və təhqiqatçıların təmin edilməsi
- Şikayətlərə və təşkilatın siyasətinə uyğun olaraq strategiyanın icra olunmasına aid sənədlərin etibarlı mühafizəsi və arxivləşdirilməsi
- Statistik və məlumat bazasının yaradılması və aparılması
- Siyasətin icra olunması haqqında müntəzəm olaraq statistik məlumatların açıqlanması
- Gender siyasətini tərəfdaşlar və digər QHT- lər arasında təşviq etmək
- Gender biliklərinin artırılmasına yönəldilmiş tədbirlərdə iştirak və bu tədbirlərin təşviq edilməsi
- Gender inteqrasiyası üzrə lokal şəbəkələrin yaradılmasına dəstək verilməsi
- Gender məsələlərin müzakirəsini təşkil etmək üçün rüblər üzrə yığıncaqların keçirmək
- Gender siyasətinin monitorinqini keçirmək
Əməkdaşların vəzifələri
- Layihələrə, hesabat və metodologiyalara gender məsələlərini daxil etmək, gender analizi və monitorinqini həyata keçirmək, peşə hazırlığında gender indikatorları və metodologiyalarından istifadə etmək
- Təşkilati və strateji səviyyədə bərabər imkanların təmin edilməsinə dəstək vermək
- Ayrı-seçkilik , təqib etmə, və təhrik haqqında şikayətlərə dair sənədlərin etibarlı mühafizəsini və arxivləşdirilməsini təmin etmək
- Şikayət bazasının məxfiliyinin təmin edilməsi
- Bərabər imkanlar haqqında statistik hesabatların müntəzəm olaraq toplanması və təşkilatın siyasəti, eləcədə və layihələrin icrasında istifadə olunması
- Monitorinqlərin keçirilməsi
- Gender biliklərinin artırılması
İşçilərin vəzifələri
- Ayrı-seçkilik hərəkətləri haqqında dərhal məlumat vermək
- Gender davranışı və qurbanlarının dəstəklənməsi
- Məxfilik prinsiplərinə riayət etmək
Kadrlar şöbəsinin vəzifələri
- işə qəbul etmə, qiymətləndirmə, qulluqda irəli çəkilmə, mükafatlandırma, kollektiv daxilində qarşılıqlı anlaşma proseduralarını yaratmaq
- ştat heyəti və qarar verici orqanlarda qadınların iştirakının artırılması
- İntizam tənbehinin verilməsi, təlim proqramları və əməkdaşlar arasında qarşılıqlı yardım proseduralarının yaradılması
- əməkdaşlar arasında gender həssaslığının artırılmasının təşviq edilməsi
- Siyasətlərin yerinə yetirilməsi haqqında təşkilat üzvlərini məlumatlandırmaq
- əməkdaşların iştirakı ilə yığıncaqların keçirilməsi sənədlərin arxivləşdirilməsi, statistikanın aparılması
- Monitorinqlərin keçirilməsi