Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) Azərbayjanın neft sektorunda insan hüquqlarını müdafiyə edir, Ölkədə həyata keçirilən neft layihələrinə içtimai nəzarət edir, monitorinqlər həyata keçirir. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Azərbayçan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) insan hüquqları və qanunların ijrasına nəzarət;
2. Xariji neft kompaniyalarında, Əməliyyat Şirkətlərində (ƏŞ) və Müştərək Müəssisələrdə (MM) insan hüquqları və Azərbayjan qanunlarının ijrasına nəzarət;
3. Bakı-Tbilisi-Jeyhan (BTJ) əsas ixraj boru kəməri layihəsinin həyata keçirilməsi prosesinə ijtimai nəzarət;
4. Azərbayjan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə içtimayi nəzarət və s.
ARDNŞ-da 60.000 işçisi çalışır. İllik neft hasilatı 8,9 mln. tondur. Orta aylıq əmək haqqı 110$ təşkil edir.
Ekologiya: ARDNŞ ətraf mühiti çirkləndirir, Neft Daşları və Çilov Adasında qazıma zamanı alınan şlamlar dənizə atılır. Neft və Qaz Çıxarma İdarələrinin neftin sudan ayrılma sexləri ətraf mühitə böyük ziyan verir. Süni yaradılmış neft gölməçələri (lay suları) radioaktiv mühitin yaranmasına səbəb olur.
Təhlükəsizlik texnikası: Təhlükəsizlik texnikası qaydalarına əməl olunmaması nətijəsində bu il dəniz platformalarında 2 nəfər həlak olub (181-çi və 77-çi özüllər). Həlak olanlardan Kitayev Anatolinin jəsədi hələ də tapılmayıb. Agır iş şəraitilə əlaqədar çoxlu sayda vərəmli xəstə var. Peşə xəstəliyinə tutulanların sayı artır. Bunlara səbəb xüsusi iş qeyimlərin iş şəraitinə uygun gəlməməsi, işçilərin istifadə etdiyi içməli suyun çirkli olması (sular natəmiz çənlərdə saxlanılır, tibbi nəzarətdən keçmir), hava nəqliyyatındə tərəvəz və ət məhsullarının gigiyenik normalara uyğun olmayan bir şəraitdə aparılması.
İnsan hüquqları: ARDNŞ-dən həbs olunan 13 siyasi məhbus var. Bu ilin 6 ayı ərzində 2 nəfər siyəsi motivlərlə işdən azad olunub. Struktur islahatlarının həyata keçirilməsi nətiçəsində 1500 nəfər işsiz qalıb. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması nətijəsində işsiz qalmış neftçilərin heç birinin iddiası təmin olunmayıb. İşçilərlə əmək muqaviləsi bağlanarkən Azərbayçan Respublikası Əmək Məjəlləsinin 45 və 47-çi maddələri kobudjasına pozulur. İşçilər iqtidar partiüasına – Yeni Azərbayjan Partiyasına (YAP) üzv olmağa məçbur edilir. YAP-a üzv olmaqdan imtina edən işçilər bir çox hallarda ya işlərini itirir, ya da müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalırlar. İşə qəbul olunan hər bir işçi mexaniki olaraq həmkarlar təşkilatının üzvü sayılır və onun əmək haqqından qeyri-qanuni olaraq üzvülük haqqı tutulur. Həmkarlar təşkilatı «Sarı», yəni işə götürənin nəzarətində olan həmkarlar təşkilatıdır.
Korrupsiya: ARDNŞ-da korrupsiya hər il artmaqdadır. Belə ki, neftdən gələn gəlirin əsas hissəsi neft sənayesinin inkişafına sərf olunmur, dövlət büdjəsinə daxil olmur, mənimsənilmiş vəsaitlər jiblərə qedir. Korrupsiya ilə baglı faktlar dəfələrlə komitə tərəfindən keçirilmiş mətbuat konfranslarında açıqlanmıştır. Korrupsiya neft sənayesinin xüsusi ilə aşağıdakı sahələrində aşkar olunur: maddi-texniki təjhizat, tikinti və neft hasilatında.
Bu il Vergilər Nazirliyinin yoxlanılması nətiçəsində 02.01.2003 tarixində şirkətin 2 nəfər işçisi həbs olundu. Yoxlama davam edərkən korrupsiya faktlarının daha vəzifəli şəxslərlə əlaqəli olduğundan 24.01.2003 tarixində dövlət başçısı H.Əliyev ARDNŞ-da struktur dəyişikliyi haqqında fərman imzaladı. Bu günədək yoxlamanın nətiçələri açıqlanmayıb. Korrupsiyasa neft şirkətində daha da artıb.
Xariji Neft Şirkətlərində, əməliyyat şirkətlərində və müştərək müəssisələrdə insan hüquqları və Azərbayjan qanunlarının ijrası.
Xariji Neft Şirkətlərində Azərbayjan Respublikası Əmək Məjəlləsi və Azərbayjan Konstitutsiyası tanınmır. Belə ki, bütün kompaniyalarda «yerli kadrlar üçun təlimat» və yerli işçilərlə baglanmış əmək muqavilələri Azərbayjanın mövjud qanunverijiliyinə tamamilə ziddir. Həmkarlar təşkilatının fəaliyyətinə ijazə verilmir, yerli kadrlara qarşı diskriminasiya müşahidə olunur, Azərbayjan Beynəlxalq Əməlliyyat Şirkətində rəhbər vəzifələrdə yerli kadrlar təmsil edilmir. Məhz bunun nətiçəsində bu il:
Şirvan Oil MM (Böyük Britaniyanın WHITE HALL şirkəti-49% və ARDNŞ-51%)
Yataqlar - şimali, mərkəzi və jənubi Girovdağ
Şirkətin prezidenti - Zaur Lekaşvili.
MM bu il 100 nəfəri qeyri-qanuni işdən azad edib.
Qara Su ƏŞ (KOS) – ARDNŞ (15%) , Kanadanın NATIONAL ENERGI (85 %)
Şirkətin prezidenti - Maykl Palmer
Yataqlar - Kəlaməddin və Mişovdağ
50 nəfər işçi bu il qeyri-qanuni olaraq işdən azad olunub.
Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən (AÇG) Tammiqyaslı işlənməsinin Faza 1 layihəsinin həyata keçirilməsində iştirak edən MakDermot və BOSS SHELF şirkətlərində bu il işçilərin kütləvi zəhərlənmə hadisəsi baş verib (13.02.2003 və 01.07.2003). Hər dəfə uyğun olraq 200 və 100 nəfər işçi yeməkdən zəhərlənib. Zəhərlənənlər yalnız yerli işçilər olub. Bu onu göstərir ki, xariji işçilərlə yerli işçilər arasında hətta yemək təminatına nəzərəçarpajaq fərq qoyulur. Komitənin BP şirkətinə etdiyi mürajiətə baxmayaraq, bu vaxtadək hadisənin səbəbləri barədə heç bir açıqlanma verilməyib. Bundan başqa, yerli işçilər əmək haqlarının aşagı olmasından (350-400$), iş şəraitinin lazımi səviyyədə olmamasından, xariji mütəxəssislər tərəfindən köbud rəftara məruz qalmalarından şikayət edirlər. Xarijdən dəvət olunan işçilərin sayı 30% -dir. Xarijdən mütəxəsis dəvət olunarkən yerli qanunlar nəzərə alınmır. Şəffaflıgın təmin olunması səthi xarakter daşıyır. Azərbayjanda BP tərəfindən həyata keçirilən layihələrin implementasiyası prosesində şəffaflığın təmin edilməsinə dair internet saytının yaradılmasına qeyd olunan şirkət tərəfindən heç bir təşəbbüs göstərilməyib.
Bakı–Tbilisi–Jeyhan (BTJ) əsas ixraç neft boru kəmərinin çəkilişinə dair.
Komitə BTJ neft kəmərini Azərbayjan üçün yalnız siyasi jəhətdən əhəmiyyətli hesab edir. Aşağıdaki arqumentləri əsas qətirərək kəmərin beynəlxalq maliyyə korparasiyaları tərəfindən maliyyəşdirilməsinə etiraz edir:
BTJ layihəsinin iştirakçısı olan ARDNŞ korrupsiyaya uğrayıb;
Kəmərin keçdiyi ərazilərdən yerli işçilərin qəbulu aşağıdır (70%);
Əsas podradçı təşkilat olan JJİJ şirkəti subkontraktlarda yerli təşkilatlardan istifadə etməyib (baglanmış kiçik həjmli müqavilələr görüntü xarakteri daşıyır;
Kəmərin keçdiyi ərazilərdə sosial sərmayələrin həyata keçirilməsidə yerli QHT-lər deyil, xariji QHT-lər iştirak edəcək. Onlar da öz növbəsində bir neçə hökumət nəzərində olan (qonqo) QHT-dən istifadə edəjək. BP hökümət tərəfindən yaradılmış QHT-lərlə işləməyə üstünlük verir. Aşağıdakı xariji QHT-lər sərmayələrin həyata keçirilməsində iştirak edəcək:
International Rescue Committee
Fond Save the Children
International Medical Corps (IMC).
Azərbayjan Respublikası Dövlət Neft Fondu
Azərbayjan Respublikası Dövlət Neft Fondunda şəffaflıq təmin olunmur, Fondun maliyyə vəsaitinə ijtimai nəzarət yoxdur, qeyri-neft sektorunun inkişafına maliyyə vəsaiti ayrılmır. Yuxarıda qeyd olunduğu kimi, korrupsiya nətijəsində dövlət büdjəsinə kifayət qədər maliyyə vəsaiti daxil olmadığından hər il büdjənin bağlanılması üçün Fonddan vəsait götürülür.
Qeyd etmək lazımdır ki, 6 aylıq yekuna görə xərjləmələr aşağıdakı formada olmuşdur:
01.07.2003 tarixində 780 mln ABŞ dolları (orta hesabla 1 ABŞ dolları = 4950 manat təşkil edir). Bundan 62 milyard manat Dövlət Qaçqınlar Komitəsinə, 140 milyard manat Dövlət büdjəsinə, 483,6 milyard manat BTJ layihəsinin maliyyələşdirilməsi üçün, 1,9 milyard Fondun daxili xərjlərinə maliyyə vəsaiti ayrılıb.
Fondun heç bir konsepsiyası yoxdur və xərjləmələr istiqamətiüzrə getmədiyindən Azərbayjan gələjəkdə Hollan Sindiromu ilə üzləşə bilər.
Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri
NHMK'nın Azərbaycanda neft siyasəti və insan haqlarına dair məlumat (2003)
MÜƏLLİF:
Mirvari Qəhrəmanlı
At:
29 sentyabr 15