"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr
1.0.3. Ətraf mühitə dair informasiya registri – dövlət və yerli özünüidarəetmə orqanları, təbiətdən istifadə edən subyektlər tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur.
10.1. Müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, təbiətdən istifadə edən subyektlər səlahiyyətlərinə və fəaliyyət dairələrinə aid məsələlər üzrə ətraf mühitə dair informasiya registri aparmalı, həmçinin öz səlahiyyətləri daxilində onu almaq hüququ olan subyektləri bu informasiya ilə təmin etməlidirlər.











