NHMT - Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini

Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini

 Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini

Müstəqil monitorinq hesabatı

Bakı, Yanvar 2012-cu il

 

Mündəricat

1. Məsuliyyətdən azad olma

2. Neft gəlirləri hesabına reallaşdırılan “Oguz-Qəbələ-Bakı (OQB) su kəmərini ətraf sosial mühitə təsirinin” müstəqil monitorinq hesabatı

2.1. İcra xülasəsi

2.2. Layihə üzrə əldə olunmuş nailiyyətlər

2.3. Giriş

2.4. Layihənin icra olunması

2.5. Torpaqların alınması

2.6. Dolanışıq səviyyəsinin bərpa olunması

2.7. Şikayətlərin idarə olunması və ictimaiyyətin məlumatlandırılması

2.8. Nəticə

2.9. Tövsiyyələr

3. Oğuz-Qəbələ-Bakı su kəmərinin ətraf mühitə təsiri

 

1. Məsuliyyətdən azad olma

Bu hesabat monitorinqi aparılan tərəflərin fəaliyyəti ilə bağlı müxtəlif məlumatların əldə olunması, sənədlərin öyrənilməsi və təhlil edilməsi, müşahidələr, müsahibələr, sorğular, saytların monitorinqi, ekspert rəyləri, benefisiarlarla görüşlər və rəsmi məlumatla yoxlamalar nəticəsində əldə edilmiş tapıntılara əsaslanır. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.

             

2. Neft gəlirləri hesabına reallaşdırılan “Oguz-Qəbələ-Bakı (OQB) su kəmərini ətraf sosial mühitə təsirinin” müstəqil monitorinq hesabatı

 

2.1. İcra xülasəsi

Bu hesabat Oxfam Novib (Niderland) təşkilatının maliyyə dəstəyi ilə Neftçilərin hüquqlarını müdafiə Təşkilatı İctimai birliyi tərəfindən həyata keçirilən “Neft gəlirlərinin sərf edilməsində şəffaflığın təmini edilməsi, monitorinq, maarifləndirmə-məlumatlandırma, ictimai müzakirələrin təşkili layihəsi çərçivəsində həyata keçirilmiş Oguz-Qəbələ-Bakı (OQB) su kəməri tikintisinin ətraf sosial mühitə təsirlərinin monitorinqinin nəticəsi olaraq hazırlanmışdır. Monitorinqin keçirilməsində məqsədlər

  1. OQB su kəmərinin tikintisinin ətraf ərazilərdə yaşayan əhalinin həyat şəraitinə təsirlərinin monitorinqi
  2. Neft gəlirləri hesabına aparılan infrastruktur layihələrinin səmərəliliyinin monitorinqi
  3. Neft gəlirlilərinin sərf edilməsində şəffaflığın təmin edilməsinin monitorinqi
  4. Neft gəlirləri hesabına həyata keçirilən layihələrin icrası zamanı ətraf və sosial mühitə təsirlər və bu təsirlərin aradan qaldırılması üçün həyata keçirilən fəaliyyətlər haqqında ictimaiyyətin məlumatlandırılmasının monitorinqini aparmaqdan ibarət olmuşdur.
    1. Monitorinq prosesində aşağıdakı fəaliyyətlər həyata keçirilib
  • Monitorinq qrupu üzvləri təlimatlandırılıb
  • OQB su kəməri tikintisinin ətraf vs sosial mühitə təsirləri haqqında məlumatlar toplanıb
  • OQB su kəməri üzrə tikinti işlərinin monitorinqi aparılıb
  • OQB su kəmərinin tikintisinin təsirinə məruz qalmış əhali ilə müsahibələr aparılıb
  • Yerli icra və bələdiyyə orqanları ilə müsahibələr aparılıb görüşlər keçirilib
  • OQB su kəmərinin tikintisinin Sifarişçisi olan Azərsu ASC və podratçı təşkilatlara, yerli İcra hakimiyyəti orqanlarına sorğular göndərilib, onlar haqqında məlumatlar toplanıb
  • OQB su kəmərinə maliyyə vəsaiti ayrılması haqqında Dövlət neft fondunun məlumatları öyrənilib
  • Layihənin icrası zamanı mətbuat konfransları keçirilib, press-relizlər yayılıb
  • Televiziya verilişləri təşkil olunub, məqalələr, araşdırma yazıları çap edilib
  • Hesabat hazırlanıb-hesabat təşkilatın veb səhifəsində yerləşdirilib və broşüra şəklində nəşr edilib

 

2.2. Layihə üzrə əldə olunmuş nailiyyətlər

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB 2006-cı ildən başlayaraq «Neft gəlirlərinin sərf edilməsində şəffaflığın təmini edilməsi, monitorinq, maarifləndirmə-məlumatlandırma, ictimai müzakirələrin təşkili edilməsi məqsədi ilə layihələr icra edir. Məqsəd monitorinq, məlumatlandırma, maarifləndirmə, ictimai müzakirələrin təşkil edilməsi yolu ilə Neft gəlirlərinin xərclənməsinin səmərəliliyini artırmaq və vətəndaş cəmiyyəti institutlarını (QHT, KİV, yerli icmalar, ayrı-ayrı fəal vətəndaşlar) bu gəlirlərin sərf edilməsi üzərində nəzarət işinə cəlb etməklə gəlirlər və xərclər üzərində ictimai nəzarətin təşkilinə və layihələrin səmərəliyinin artırılmasına, layihələrin icrası zamanı pozulmuş insan hüquqlarının bərpasına nail olmaqdır.

Layihə üzrə fəaliyyətlərin həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlər əldə edilib.

 

  • Neft gəlirlərinin sərf edilməsi üzrə ictimai nəzarət yaradılması sahəsində təcrübə yaranıb.
  • Neft gəlirlərin hansı istiqamətlərə yönəldilməsi haqqında cəmiyyətə məlumatlar ötürülüb.
  • İctimaiyyət Neft gəlirlərinin sərf edilməsi işində səmərəlilik səviyyəsi haqqında məlumatlandırılıb.
  • Neft gəlirləri hesabına həyata keçirilən layihələrin ətraf və sosial mühitə təsirləri öyrənilib və nəticələr haqqında məlumatlar ictimaiyyətə çatdırılıb.
  • Neft gəlirləri hesabına həyata keçirilən layihələrin icrası zamanı insan hüquqlarının pozulması aşkar edilmiş və onların aradan qaldırılması üçün fəaliyyətlər həyata keçirilir.
  • Neft gəlirləri hesabına həyata keçirilən layihələrin insanların həyat və məişətinə təsirləri haqqında regionlarda müzakirələr və vətəndaş cəmiyyəti fəalları üçün təlimlər keçirilib.
  • Neft gəlirləri hesabına həyata keçirilən Layihələrin icrası zamanı yol verilmiş qanun pozuntuları ictimaiyyətə açıqlanaraq ictimai rəyin yaranmasına və cavabdeh qurumların məsuliyyətinin müəyyən dərəcədə artmasına nail olunub.
  • Neft gəlirləri hesabına həyata keçirilən layihələrin icrası zamanı təsirlərə məruz qalmış çoxlu sayda vətəndaş öz hüquqları haqqında biliklər əldə edib və nəticədə hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün fəaliyyətlərə start veriblər.
  • Neft gəlirlərin sərf edilməsində şəffaflıq və səmərəliliyin təmin edilməsi mövzusu cəmiyyət arasında daha da aktuallaşmışdır.
  • Təşkilat üzvlərinin monitorinq və tədqiqatlar aparılması, lobbiçilik etmək, ictimai müzakirələr və dialoqların aparılması, metodologiyaların hazırlanması, insan hüquqlarının müdafiəsini təşkil etmək və s. fəaliyyətlər üzrə bilik və bacarıqları, vərdişləri artmış, mükəmməl təcrübə yaranmışdır.

 

2.3. Giriş

2011-ci il oktyabrın 1-ə olan məlumata görə:

 

Azərbaycan Neft Fonduna daxilolmalar: 61 423,1 Milyon ABŞ Dolları

 

Ondan:

Fondun aktivləri: 32 242,5 Milyon ABŞ Dollar

Fonddan xərcləmələr: 29 180,6 Milyon ABŞ Dolları təşkil edir.

 

Belə ki, 2011-ci ildə fondun gəlirləri 15 628,3 mln. manat, büdcə xərcləri isə 9 606,6 mln. manat təşkil edib. Nəticədə, 2012-ci il yanvarın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 30,9% artaraq 29,8 mlrd. ABŞ dollarına bərabər olub. Ötən il ARDNF-dən dövlət büdcəsinə 9 mlrd. manat vəsait transfer edilib. Bundan əlavə, bir sıra tədbirlərin və layihələrin həyata keçirilməsi üçün bir milyarda yaxın vəsait xərclənib. Bu da Dövlət Neft Fondunda ikinci büdcə kimi istifadə edildiyini göstərir. 

Böyük həcmli pulların daxil olması hökuməti iri maliyyə tutumlu layihələrin icrasına sövq edir və son illər qazanılan neft gəlirləri hesabına bir sosial yönümlü iri, əsasən infrastruktur  layihələr həyata keçirməkdədir.  

 

Neft gəlirləri hesabına həyata keçirilən əsas infrastruktur və iri maliyyə tutumlu layihələrdən biri də  Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin tikintisi layihəsidir.

 

OQB su kəmərinin tikintisinin 14 ay ərzində başa çatması və 480,0 mln. manata başa gəlməsi planlaşdırılmışdı.

OQB su kəmərinin tikintisi üçün maliyyə vəsaitlər Dövlət Neft fondunun gəlirləri hesabına ayrılılır. OQB su kəmərinin tikintisi üçün ayrılmış pulların məbləği aşağıdakı cədvəldə göstərilmişdir.

 

Cədvəl 1

N

İllər

OQB üçün ayrılmış vəsait büdcə üzrə (mln.manat)

OQB faktiki Xərclər (mln.manat)

1

2006

90,000

82,75

2

2007

173,72

132,90

3

2008

211,82

211,82

4

2009

120,0

120,0

5

2010

200,0

199,6

6

2011

33,5

33,5

 

Cəmi

829,04

780,58

 

 

Layihənin icrasına cəlb edilmiş şirkətlərin seçilməsi üçün tenderlər və satınalmaların necə keçirilməsi haqqında məlumatları çox azdır. İqtisadi və sosial İnkişaf mərkəzinin apardığı monitorinqlərin nəticəsi olaraq aşkar edilmişdir ki OQB su kəməri tikintisi üçün verilmiş tender elanlarının sayı ilə bağlanmış müqavilələrin sayı düz gəlmir. Bəzi hallarda isə tenderlərdə sifariş olunan xidmətlərin göstərilməsində o qədərdə təcrübəsi olmayan şirkət və firmaların qalib gəlməsi bir sıra suallar doğurmaqdadır.

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) kəmərin tikintisi müddətində (2007-2010 illər ərzində) və 2011-ci ildə layihənin icra olunduğu ərazilərdə bu layihənin ətraf və sosial mühitə təsirlərinin monitorinqini aparmışdır. Monitorinqin aparilmasinda məqsəd: Azərbaycan Dövlət Neft Fondunua daxil olmus vəsaitlər hesabına maliyyələşdirilən layihələrin timsalında neft gəlirlərinin istifadə olunmasının səmərələlik səviyyəsini, bu layihələrin ətraf-sosial mühitə və icmaların həyatina təsirlərini öyrənməkdən ibarət olmusdur. Qeyd etmək lazimdır ki NHMT 2008-ci ildən baslayaraq Layinənin monitorinqini aparır və bu hesabat NHMT İB –nin gəldiyi ümümü nəticələrdən ibarətdir.

Layihə Haqqında: Oğuz-Qəbələ-Bakı (OQB) su kəməri tikintisi 2007-2010 cu illər Həyata kemirilmişdir. Layihənin icra edilməsində məqsəd Oğuz rayonu ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin 24 saat ərzində fasiləsiz olaraq su ilə təmin edilməsidir. Bunun üçün Oğuz rayonu ərazisində 75-ə qədər istismar quyusu tikilmişdir. OQB su kəmərinin layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s nömrəli Sərancamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilmişdir. Su kəməri ölkənin 8 rayonu (Oğuz, Qəbələ, İsmayillı, Agsu, Göyçay, Hacıqabul, Şamaxı, Abşeron) ərazisindən keçir.

 

 

30 dekabr 2011-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 779,6 milyon manat, o cümlədən 2011-ci il ərzində 32,6 milyon manat vəsait istifadə olunmuşdur. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrası "Azərsu" ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilmişdir:  

 

  1. Texniki-iqtisadi əsaslandırma isləri  - Almaniyanın "CES Consulting Engineers" şirkəti tərəfindən həyata keçirilib
  2.  Məsləhətçi xidmətlərinin həyata keçirilməsi. Layihə üçün idarəetmə və texniki nəzarət üzrə məsləhətçi xidmətlərinin "CES Consulting Engineers" şirkəti və Kaspian Menecment Konsaltinq MMC şirkəti tərəfindən həyata keçirilib
  3.  Şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatı. Şüşəlifli poliestr boru məmulatlarının satınalınması üçün "Azkompozit" firması tərəfindən həyata keçirilib
  4.  Layihələndirmə, tikinti və polad boruların təchizatı. Türkiyənin "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim şirkəti və Türkiyənin "Han Teknolojik İmalat Montaj Taahhüt San və  TİC." Anonim şirkəti tərəfindən həyata keçirilib
  5.  Quyuların qazılması və tikintisi. "Arsan Arıtma" şirkəti və "Transvell Naxçıvan" MMC ilə ,"Qalf Drillinq Saplay Fze"  "A+B Oyl Services" MMC tərəfindən həyata keçirilib
  6.  Elektrik şəbəkəsinin tikintisi.  "Sumqayıt Elektrik Dəstləşdirmə" Açıq Tipli Səhmdar  
  7. Yuvanın tikintisi. “Azenco” ASC tərəfindən həyata keçirilib
  8. Sugötürücü qovşağın tikintisi. "T.T.Ş." MMC tərəfindən həyata keçirilib

 

Layihənin maliyyələşdirilməsi başa çatmışdır.

 http://www.oilfund.az/az_AZ/layiheler/oguz-qebele-baki-su-kemerinin-cekilmesi.asp

 

  1. Layihəninin səmrəliliyi:

Oğuz-Qəbələ-Bakı su kəmərini sosial cəhətdən səmərəli infrastruktur layihəsi hesab etmək olar. Çünki əhalisini sayı 3 milyon nəfərə çatmış Bakı şəhəri içməli su ilə təchizat sahəsində çox ciddi problemlər ilə üzləşmişdir. Son illər Bakının su təchizatı sistemində müəyyən işlər görülsədə əsaslı infrastruktur layihəsi həyata keçirmədən bu problemlərin həlli mümkünsüz idi. Bu problemi həll etmək üçün Hökumət Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasina qərar verdi. Lakin kəmərin tikinisinin (tikintiyə sərf olunmuş vəsaitlər, müddət baxımından) səmərəli olduğuna əsas verən arquementlər tapmaq çox şətindir. (layihənin siafarişcisi olan “Azərsu” ASC nə tikintiyə hazırlıq nə də tikinti fazasında ictimiyyət üçün məlumatları açıqlamamışdır). Belə ki

  •  OQB su kəmərinin tikintisinin 14 ay ərzində başa çatması və 480,0 mln. manata başa gəlməsi planlaşdırılmışdır. Lakin tikintinin müddəti 3 il çəkdi və tikintiyə 779,6 milyon manat vəsait sərf olunması elan edildi ki, bu da vəsaitlərdən qeyri-səmərəli istifadə olunması haqqında qənaət yaradır. Vəsaitlərin və tikinti müddətinin planlaşdırıldıgindan artıq olması haqqında hökumət qurumları heç bir izahat verməmişdir. Anoloji layihələrə dəfələrlə az vəsait sərf olunması haqqinda monitorinq qrupu əvvəlki hesabatlarında qeyd etmişdir.
  • Layihənin tikintisi zamanı bəzi şirkətlər ("CES Consulting Engineers", Arsan Arıtma) ilə baglanmış müqavilələrə sonradan xitam verilməsi şirkətlərinin seçilməsi üçün tenderlərin keçirilməsi prosesində problemlerin mövcud olması haqqında monitorinq qrupunun əvvəllər gəldiyi nəticənin dogrulugunu bir daha təsdiq etdi.
  •  Tender praktikalarindan aydındır ki keçirilən tenderlerdə bi qayda olaraq layihəni daha qisa müddətə və daha az xərclər ilə yerinə yetirməyi təklif edən şirkətlər müsabiqələrdə qalib gəlir. Lakin təəssüf ki, tenderdə iştirak edən digər şirkətlər haqqında məlumatlar açıqlanmamşdır. Digər tərəfdən tikintiyə sərf olunan vəsitlətin və müddətin planlaşdırıldığından çox olması tenderdə qalib gəlmiş hansı şirkətin ucbatından olması da ictimaiyyət üçün qapalı qalmışdır.

 

1. İnformasiya açıqlığı və ictimai müzakirələrin keçirilməsi

AR Konstitusiyasının 39 -cu maddəsi, ətraf mühit ilə bağlı məsələlərdə məlumatların əldə edilməsi, ictimiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ətraf mühütin mühafizəsi haqqında AR qanunu, “Sanitariya epidomoloji salamatlıq haqqında” AR qanunu, “Ətraf mühitə dair informasiyanın əldə edilməsi haqqında” Azərbaycan respublikasının Qanunu bu sahədə qəbul edilmiş digər qərar və normativ aktlar ictimiyyətin ətraf mühüt ilə bağlı məsələlər üzrə qərar qəbul edilməsində istirakini tələb edir. Azərbaycan Respublikasnın qoşuldugu Orxus konvensiyasına görə

  • Ətraf mühitə təsirlər gostərən faliyyətlər vətəndaşların qərarların qəbulunda istak edilməsi ilə həyata keçirilməlidir.
  • Ətraf mühitə zərər vuran obyektlərin yerləşdirilməsi və digər fəaliyyətlər zamanı əhalinin rəyi nəzərə alınmalıdır.

Lakin layinənin  tikintisinə hazirliq və tikintinin aparlma fazalarinda ətraf mühit ilə baglı sənədlər ictimiyyət üçün açıqlanmamışdır. Monitorinq qrupu tərəfindən dəfələrlə müraciət edliməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tikintinin sifarişçi qurumu olan Azərsu SC tərəfindən Ətraf Mühitə Təsirlərin Qiymətləndirlməsi sənədi, tikintinin texniki-əsaslandırma sənədi, layihənin ekspertiza sənədləri ictimaiyyət üçün açıqlanmamışdır. Nəticədə ictimaiyyət, kəmərin kecdiyi ərazilərdə yaşayan əhali layihənini təsirləri və bu təsirləin nəticələrinin aradan qaldırılması tədbirləri haqqinda məlumatlardan məhrum olmusdur. Layihənin həyata keçirilməsinə hazırlıq dövründə ictimai müzakirə və məlumatlandırma  kampaniyaları keçirilməmişdir. Azərsu ASC, Tikintinin həyata kecirən şirkətlərin ekoloji və sosial siyasətləri və bu sahədə olan öhdəlikləri nə kəmər boyu yerləşən icmalar nə də ki, ümumilikdə cəmiyyət üçün açıqlanmamışdır.

 

1. Torpaqların əldə edilməsi və kompensasiyaların ödənilməsi

Kəmərin tikintisi başa çatsa da tikintinin reallaşdırılması nəticəsində yaranmış problemlər hələ də həllini tapmamış qalır. OQB su kəmərinin tikintisi zamanı mülkiyyətçilərdən torpaqların alınması zamanı Dövlət ehtiyacları üçün torpaqlarin alınması haqqında AR qanunu ilə nəzərdə tutulan proseduralar layihə sifarişçisi Azərsu ASC tərəfindən yerinə yetirilməyib. Mülkiyyətçilərin torpaqları onlardan alınmış, torpağın və itirilmiş faydaların əvəzinə heç bir kompensasiya ödənilməmişdir. Bununla da Azərsu tərəfindən OQB su kəmərinin tikintisi üçün mülkiyyətçilərdən torpaqların alınması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 246-249-cu maddələri pozulub. Bu günə qədər 3257 torpaq mülkiyyətçisi (975,99 ha) bu günədək itiritmiş mülkiyyətlərinin və itirilmiş faydaların əvəzinə hələ heç bir kompensasiya əldə edə bilməyiblər. Torpaqları alınmış mülkiyyətçilərin məruz qaldığı ziyanlar təkcə torpaqlarının itirilməsi ilə bitməmişdir. Mülkiyyətçilər  torpaqlar ilə bərabər illərlə yetişdirdikləri ağaclar və məhsullarını itirmişlər. Bu itkilərin hesablanması və ödənilməsi həyata keçirilməmişdir. Mülkiyyətçilər əllərində qalan torpaqlardan tam istifadə edə bilmir və tikintinin həyata keçirildiyi illər (dörd il) ərzində onlara xeyli maddi ziyanlar dəymişdir. Mülkiyyətçilər hələ də dəyən ziyanın kim tərəfindən ödəniləcəyini gözləyirlər. Yerli İcra hakimiyyətləri isə mülkiyyətçilərə OQB su kəmərinin tikintisi ilə bağlı rayonda yaradılmış komissiyaların artıq buraxıldığını deyirlər. Qeyd etmək lazımdır ki, əvvəlki monitorinqlər zamanı mülkiyyətçilərə itirilmiş tropaqları əvəzinə adekvat torpaq sahələrinin veiləcəyi söylənsə də komisssiyalarin buraxılmasından sonra bu işlərin hansı orqanlar tərəfindən həyata krçiriləcəyi məlum deyildir. Azərsu, Maliyyə nazirliyi və Dövlət Neft Fondu kompensasiyanın verilməsinin onlara aid olmadığını bildirirlər (əsas:NHMT-nə bu qurumlar tərəfindən verilmiş cavab) Yerli əhalinin yazılı müraciətlərinə  cavablarda bu ödəmələrin yaxın vaxtlarda həyata keçiriləcəyi bildirilsə də yazılı müraciətlərə cavablardan 3 ildən çox müddət keçməsinə baxmayaraq rəsmi dövlət nümayəndələrinin verdikləri vədlərə əməl edilmir.

Torpaqların əhalidən alınması bu günədək rəsmiləşdirilməmiədir. Baxmayaraq ki torpaqlar əldən çıxmışdır onlar  hələ də de-yure əhalinin mülkiyyəti sayıla bilər və əhalinin oradan istədiyi kimi istifadə etmək hüququ vardir. Əhali ilə müqavilə bağlanmayıb, əhalinin əlində qalan torpaqlardan necə istifadə edilməsi qaydaları müəyyən edilməyib, əhalidən alınmış torpaq kimə verilib, torpağın sahibi kimdir. Mühafizəyə kim cavabdehdir. Ümumiyyətlə torpaqların çatışmadıgı şəraitdə bu qədər məhsuldar torpagin alinmasi nə dərəcədə məqsədə uygundur. Məsələn torpaqların bərpa edilərək mülkiyyətçilərə qaytarılması məsələsinə baxıla bilər. (BTC neft kəmərinin tikintisi zamanı tətbiq edilən təcrübədən istifadə edilə bilər)

Hal-hazırda əldən çıxmış torpaqlar və itirilmiş fayadaları bərpa etmək üçün bəzi mülkiyyətçilər NHMT İB dəstəyi ilə məhkəmələrə iddia ərizələri ilə müraciət etmişdir.

  1. Qəbələ rayon sakini Vidadi Rəfiyev: itirilmiş torpaqları və əldən çıxmış faydalarin əvəzinə Azərsu ASC tərəfindən ədalətli kompensasiya ödənilməsi üçün Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon məhkəməsi onun iddiasını təmin edərək Azərsu ASC tərəfindən V.Rəfiyevə 41.000 AZN kompensasiya ödənilməsi haqqında qərar çıxarmışdır. Bakı şəhəri apellyasiya Məhkəməsi isə bu məbləgin Qəbələ RİH tərəfindən ödənilməsi haqqinda qərar qəbul etmişdir. Hal hazırda şikayət ərizəsinə AR Ali Məhkəməsində baxılmaqdadır.
  2. Oguz rayon sakini Sədri Süleymanovun Azərsu ASC, Oguz RİH, "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim şirkətinə qarşı dəymiş ziyanın ödənilməsi üçün iddia tələbi Oğuz Rayon məhkəməsi və Bakı şəhər məhkəməsində baxılmaqdadır.

 

İcmaların həyatına təsirlər Təhlükəsizlik: OQB su kəməri tikintisinin ətraf icmalara təsirləri qalmaqda davam edir. Belə ki kəmərin keçdiyi ərazilərdə yaşayan insanlar müxtəlif dərəcədə tikintinin təsirlərinə məruz qalmış və onların həyat və məişət şəraitində dəyişikliklər baş vermişdir.

Kəmərin tikintisi başa çatsa da tikintinin reallaşdırılması nəticəsində yaranmış problemlər hələ də həllini tapmamış qalır. OQB su kəmərinin tikintisi zamanı mülkiyyətçilərdən torpaqların alınması zamanı Dövlət ehtiyacları üçün torpaqlarin alinması haqqında AR qanunu ilə nəzərdə tutulan proseduralar layihə sifarişçisi Azərsu ASC tərəfindən yerinə yetirilməyib. Mülkiyyətçilərin torpaqları onlardan alınmış, torpağın və itirilmiş faydaların əvəzinə heç bir kompensasiya ödənilməmişdir. Bununla da Azərsu tərəfindən OQB su kəmərinin tikintisi üçün mülkiyyətçilərdən torpaqların alınması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 246-249-cu maddələri pozulub. Bu günə qədər 3257 torpaq mülkiyyətçisi (975,99 ha) bu günədək itiritmiş mülkiyyətlərinin və itirilmiş faydaların əvəzinə hələ heç bir kompensasiya əldə edə bilməyiblər. Torpaqları alınmış mülkiyyətçilərin məruz qaldığı ziyanlar təkcə torpaqlarının itirilməsi ilə bitməmişdir. Mülkiyyətçilər  torpaqlar ilə bərabər illərlə yetişdirdikləri ağaclar və məhsullarını itirmişlər. Bu itkilərin hesablanması və ödənilməsi həyata keçirilməmişdir. Mülkiyyətçilər əllərində qalan torpaqlardan tam istifadə edə bilmir və tikintinin həyata keçirildiyi illər (dörd il) ərzində onlara xeyli maddi ziyanlar dəymişdir. Mülkiyyətçilər hələ də dəyən ziyanın kim tərəfindən ödəniləcəyini gözləyirlər. Yerli İcra hakimiyyətləri isə mülkiyyətçilərə OQB su kəmərinin tikintisi ilə bağlı rayonda yaradılmış komissiyaların artıq buraxıldığını deyirlər. Qeyd etmək lazımdır ki, əvvəlki monitorinqlər zamanı mülkiyyətçilərə itirilmiş tropaqları əvəzinə adekvat torpaq sahələrinin veiləcəyi söylənsə də komisssiyalarin buraxılmasından sonra bu işlərin hansı orqanlar təərfindən həyata krçiriləcəyi məlum deyildir. Azərsu, Maliyyə nazirliyi və Dövlət Neft Fondu kompensasiyanın verilməsinin onlara aid olmadığını bildirirlər (əsas:NHMT-nə bu qurumlar tərəfindən verilmiş cavab) Yerli əhalinin yazılı müraciətlərinə cavablarda bu ödəmələrin yaxın vaxtlarda həyata keçiriləcəyi bildirilsə də yazılı müraciətlərə cavablardan 3 ildən çox müddət keçməsinə baxmayaraq rəsmi dövlət nümayəndələrinin verdikləri vədlərə əməl edilmir.

Torpaqlarin əhalidən alinması bu günədək rəsmiləşdirilməmiədir. Baxmayaraq ki torpaqlar əldən cıxmışdır onlar  hələ də de-yure əalinin mülkiyyəti sayıla bilər və əhalinin oradan istədiyi kimi istifadə etmək hüququ vardir. Əhali ilə müqavilə bağlanmayıb, əhalinin əlində qalan torpaqlardan necə istifadə edilməsi qaydaları müəyyən edilməyib, əhalidən alınmış torpaq kimə verilib, torpağin sahibi kimdir. Mühafizəyə kim cavabdehdir. Ümumiyyətlə toppaqların çatışmadığı şəraitdə bu qədər məhsuldar torpağın alınması nə dərəcədə məqsədə uyğundur. Məsələn torpaqların bərpa edilərək mülkiyyətçilərə qaytarılması məsələsinə baxıla bilər. (BTC neft kəmərinin tikintisi zamanı tətbiq edilən təcrübədən istifadə edilə bilər)

 

 

 

1. Kəmər çəkilib qurtarmasından xeyli vaxt keçməsinə baxmayaraq kəmərin mühafizəsi və təhlükəsizliy üçün tədbirlər görülməmisdir. Kəmər və qurğular üzərində heç bir nəzarət yoxdur. Kəmərin təhlükəsizliyinə kimin məsuliyyət daşıması sual altındadır.

2. Bəzi kəndlərdə kəmər üçün qazılmış xəndəklərə qrunt sularınının toplanması və oradan kəmərin kənarında yerləşən bağlara sızması nəticəsində ağacların quruması və məhsuldarlığın azalması müşahidə olunur.

 

Nəticə

  • Oğuz-Qəbələ-Bakı su kəməri şəhərinin içməli su ilə təminata və əhalinin rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli bir layihədir. Layihanin icrasi bir sıra çatışmazlıqlar ilə müşayat olunmuşdur ki, onların obyektiv səbəblərdən yaranmasını hesab etmık düzgün olmazdı.
  • Layihə icrası nəzərdə tutulduğundan 3 dəfə artıq müddətə davam etdi.
  • Layihəyə sərf olunan məblə planlaşdırılan məbləğdən artıq oldu.
  • Layihənin həyata keçirilməsinə cəlb olunan şirkətlərin seçilməsi və tenderlərin keçirilməsində şəffaflıq lazımı dərəcədə təmin edilməmişdir.
  • Layihənin icrasının daxili və xarici monitorinqləri keçirilməmişdir
  • Neft fondundan ayirilan vəsaitlar üzərində nəzarət zəifdir.
  • Neft fondundan vəsaitlərin ayrılması va bu ayırmaların əsaslandılması prosesində ictimaiyyətin iştirakı təmin edilmir
  • Layihədə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin 24 saat ərzində fasiləsiz olaraq su ilə təmin edilməsi nəzərdə tutulsa da bu öhdəlik yerinə yetirilməmişdir. Bakı şəhəri hələ də su ilə təmin olunmur(bax:sorğunun nəticələri)
  • OQB su kəmərinin tikintisi üçün mülkiyyətçilərdən torpaqların alınması AR konstitusiyasi və qanunvericiliyin mülkiyyat hüququnun təmin edilməsi üzrə müvafiq müddəalarının pozulması ilə həyata keçirilib.

 

Tövsiyələr

- Neft Fondundan vəsaitlərin ayırılmasi praktikasi təkmillaşdirilməlidir: Lazimi istiqamətlərə vəsaitlər dovlət büdcəsi vasitəsi ilə  ayrılması daha məqsədə uyğundur.

- Mütamadi olaraq İctimai vəsaitlər hesabına reallaşdırılan layihələrin müstəqil auditi, daxili va xarici monitorinqləri o cümlədən ictimai monitorinqləri keçirilməlidir.

- Tenderlər va satınalmalarin  aparılmasında səffaflığın təmin edilməsi üçün təsirli tədbirlər görülməlidir.

- Neft gəlirləri hesabına reallaşdırılan sosial layihələrin səmərəliliyini qiymətləndirmək üçün müvafiq layihələr üzrə müvafiq metodologiya hazırlanmalıdır

- İctimai vəsaitləri idarə edən qurumların şəffaflığı və hesabatlılığı artırılmalıdır

- OQB su kəmərinin tikintisi üçün alınmış torpaqlara görə ədələtli kompensasiyaların ödənilməsi həyata keçirilməlidir. Mülkiyyət hüquqlarınının pozulmasının geniş vüsət almasına görə İnsan hüquqlarının müdafiəsi üzrə müvəkkil  (Ombudsman) vətəndaşların mülkiyyət hüquqlarının bərpa edilməsi üzrə öz səlhiyyətləri daxilində müvafiq tədbirlər görməlidir.

- Azərsu, DTXK, yerli icra hakimiyyəti orqanları Tərəfindən müstəqil qiymətləndiricilərin də daxil edildiyi komissiyalar mülkiyyətçilərin məruz qaldıgı maddi ziyanların yenidən qiymətləndirilməsi üçün qərarlar qəbul edilməli va müvafiq tədbirlər həyata keçirilməlidir.

- Yerli İcra hakimiyyəti orqanları Nazirlər Kabineti, Azərsu ASC, DTXK ilə birlikdə tikinti zamanı mülkiyyətçilərə dəymiş ziyanlarin  daymiş zərələrin ödənilməsi onlara müvafiq kompensasiyaların verilməsi məsələsini qaldırmalı və zərər çəkmiş vətəndaşların qanuni mənafelərinin təmin edilməsi üçün təsirli tədbirlər həyata keçirməlidirlər.

 

 3. Oğuz-Qəbələ-Bakı su kəmərinin ətraf mühətə təsiri

 

NHMT –nin illik hesabatındakı ekspert rəyindən çıxarış, (2009-cu il)

 

Bölgənin ildə 160 milyon kubmetr su verməyə imkanı yoxdur. Su tədricən azalacaq. 2-3 ildən sonra isə bölgənin su ehtiyatları tükənməyə başlayacaq. Nəticədə layihə iqtisadi cəhətdən yararsız vəziyyətə düşəcək. Sudan düzgün istifadə edilməməsi isə ekoloji fəlakətə səbəb olacaq. Ərazidə səhralaşma prosesi başlayacaq”. Bu isə artıq müşahidə olunmaqdadır.

 

Məlumdur  ki, Azərbaycan digər Cənubi Qafqaz ölkələrində olduğu kimi zəngin su ehtiyatlarına malik deyil. Belə ki Azərbaycanda adambaşına düşən su ehtiyatları  göstəricisi Gürcüstana nisbətən 7,3  Ermənistana nisbətən isə 5,2 dəfə azdır. Dünya Faydalı Qazıntılar İnstitutunun statistik məlumatlarına görə su qıtlığindan əziyyət çəkən 13 ölkə arasında 4 postsovet ölkəsi- Türkmənistan, Moldova, Özbəkistan və Azərbaycanın da adı vardır. Buna görə də ölkədə su problemini həll etmək üçün mövcud su ehtiyatlarindan səmərəli istifadəni labüd edir.

 

Eyni zamanda  ƏMTQ sənədi ictimiyyətin geniş müzakirəsinə verilməli və qəbul edilmiş son variant  dövlət ekoloji eksperizasından keçməlidir. Oğuz-Qəbələ-Bakı su kəmərinin həyata tikintisi zamanı yalnız Texniki-İqtisadi-Əsaslandırma sənədi hazırlanmışdır ki, bu sənəddə layihənin bütün mərhələlərində ƏMTQ sənədinin hazırlanmasının vacibliyi qeyd olunur. OQB su kəmərinin tikintisi zamanı ƏMTQ sənədi hazırlanmamışdır ki, bu da AR qanunvericiliyi və Azərbaycanın qoşuldugu Beynnəlxalq konvensiyaların kobud surətdə pozulması deməkdir. Bir çox ekspertlər tərəfindən bu layihənin icrasl zamanı mümkün mənfi təsirlərin  nəzərə alınmaması və  bu təsirlərin yumşaldılması üçün tədbirlərin planlaşdırılmaması ucbatından layihənin reallaşdırıldıgı regionlarda sosial və ekoloji mühitə ciddi zərərlər vurulacağı proqnozlaşdırılır. Kövrək regional eko sistemlər su ehtiyatlarına həddindən artıq olan təzyiqələrə tab gətirmək qabiliyyətində deyil və bu ekosistemlərin ətraf mühitinə mənfi təsirlərin azaldılması üçün əlavə təbirlər bə vəsaitlər  tələb edilir.

NHMT İB OQB su kəməri layihəsinin həyata keçirilməsinin monitorinqi aparmılmışdır. Monitorinq layihənin bütün mərhələləri ərzində həyata keçirilmişdir (dizayn, tikinti, istismar). Sonuncu monitorinq noyabr ayında kəmərin keçdiyi kəndlərdə aparılıb.

 

Aparılan monitorinqlərin nəticələri kimi aşağıdakı faktları gostərmək olar.

 

- Kəmərboyu ərəzilərdə təbii landşaft pozulmuş və tikinti sahələrində torpaqların münbit qatı qorunmamış və sahələr hamarlanmamışdır.

 

 

 

 

Şəkil (1,2,3,4). Su kəməri tikintisi dəhlizində pozulmuş təbii landşaft

Tikinti dəhlizi sahəsində əsas torpaq işlərindən əvvəl münbit torpaq qatı lazımi ölçülərdə qazılıb çıxarılmalı və gələcəkdə  torpaqların bərpası üçün əlverişli şəraitdə saxlanılmalıdır. Tikinti zamanı bu torpaqların münbit qatının çıxarılması işləri aparılmamış və nəcədə torpaqların münbit qatı birdəfəlik olaraq sıradan çıxarılaraq itirilmişdir.

 

Su kəməri bir neçə yerdə meşə massivlərini kəsərək keçmiş və meşə fonduna əhəmiyyətli ziyan vurulmuşdur. Lakin meşə fondunun bərpası üçün tədbirlərin müəyyən edilməsinə və vəsaitin ayrılmasına baxmayaraq bu işlər həyata keçirilməmişdir.

 

Kəmərboyu ərazilərdə drenaj sisteminin pozulması əhaliyə məxsus torpaq sahələrinin su ilə dolmasına və bataqlaşmasına səbəb olur ki, bu da öz növbəsində yerli əhalinin əsas gəlir mənbəyi olan fındıq bağlarının quruması ilə nəticələnir.

 

  

 

Şəkil(5,6,7,8). Pozulmuş drenaj sistemləri və yerli əhalinin bataqlaşmış bağ sahələri

 

Oğuz rayonu ərazisində əhalinin içməli su mənbəyi olan 30 artıq bulaq və artezianlar qurumuşdur. 

 

 

 

 

Şəkil  (11,12,13,14) Qurumuş artezian quyuları

 

Nəticə

OQB su kəməri tikintisinin monitorinqi ətraf mühitə mənfi təsir faktlarını aşkar etmişdir. Bir çox ekspertlərin əvvəlcədən söylədiyi kimi su ehtiyatları ilə zəngin olan horizontlarda əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Gələcəkdə təbii su ehtiyatlarından qeyri-rasional istifadə edilməsi ciddi ekoloji fəsadlara gətirib çıxara bilər.