NHMT - Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin sosialyönümlü layihələri

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin sosialyönümlü layihələri

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin sosialyönümlü layihələri

Araşdırılan istiqamət: MSŞT-yə qoşulan şirkətlərin sosial xərcləri və bu sahədə şəffaflığın təmini

İstifadə edilən resurslar: Şirkətlərin 2013-cü il üzrə illik maliyyə hesabatı, illik fəaliyyət hesabatı və Davamlı inkişaf hesabatları

Əhatə olunan müddət: 2013-cü il

Araşdırıcılar: Mirvari Qəhramanlı və İlham Şaban

Bakı, 2015

 

Mündəricat

1. Giriş

2. MHŞT Standartlarını tətbiq edən ölkələr üzrə tələblər

3. Metadologiya

4. MHŞT qoşulan şirkətlərin reallaşdırdığı sosial layihələrə baxış

5. Nəticə

6. Təklif və tövsiyyələr

 

GİRİŞ

Mineral resursların hasilatı zamanı sosial layihələrin həyata keçirilməsi niyə lazımdır? Praktika göstərib ki, bu tip layihələr bir sıra risklərlə bağlıdır. Layihələr reallaşdırılarkən yerli icmalar riskə məruz qalma ehtimalı böyükdür. Onların sırasında sosial-ekoloji risklər, gələn gəlirlərin hökumət tərəfindən düzgün idarə edilməməsi nəticəsində icmalarla şirkətlər arasında ortaya çıxan qarşıdurmalar, həmçinin insan haqlarının pozulması kimi problemlər olur. Bu məsələlərin aradan qaldırılmasında, daha doğrusu, mümkün ola biləcək təsirlərin yumşaldılması yönümündə atılan ən qabaqlayıcı tədbir sosial layihələrin həyata keçirilməsi və bunun davamlı inkişafın tərkib hissəsinə çevrilməsidir. Sosial layihələrin şəffaf şəraitdə həyata keçirilməsi isə sonda icmaların, işçilərin şirkətlərə, eyni zamanda hökümətə olan inam məsələsinə gətirib çıxarır.

Qısa olaraq, uğurlu həyata keçirilən sosial layihə əslində qarşılıqlı inamın formalaşmasıdır ki, bunun faydasını da prosesdə iştirak edən hər bir maraqlı tərəf görür və götürür.

2. MHŞT Standartlarını tətbiq edən ölkələr üzrə tələblər:

MHŞT Standartının 3-cü tələbinin b) bəndində qeyd olunur ki, dövlət müəssisələrinin sosial xidmətlər,ictimai infrastruktur, yanacaq subsidiyaları,və dövlət borcunun ödənilməsi kimi kvazi-fiskal xərclərinin açıqlanması tələb olunur.  

“MHŞT-nin Standartının 4-cü tələbinin” “e” maddəsi isə məhz SOSİAL xərclərə həsr edilib. Burada qeyd olunur ki,

Şirkətlərin əhəmiyyətli sosial xərcləri qanun və ya mineral ehtiyatların hasilatına qoyulan sərmayələri tənzimləyən müqavilə ilə tənzinlənərsə, MHŞT hesabatında bu məlumatlar açıqlanmalı və mümkün hallarda tutuşdurularaq yoxlanılmalıdır.

  1. Belə gəlirlər natura ifadəsində verilərsə, MHŞT Hesabatı naturada əməliyyatın təbiətini və nəzərdə tutulmuş dəyərini açıqlamalıdır. İcbari sosial xərcin benefisiarı üçüncü tərəf olarsa (yəni dövlət agentliyi deyilsə), benefisiarın adının və fəaliyyət növünün açıqlanması tələb olunur.
  2. Tutuşduraraq yoxlama məqsədəuyğun olmadıqda, MHŞT Hesabatına bu əməliyyatların şirkət və/yaxud dövlət tərəfindən birtərəfli açıqlanması daxil edilməlidir.
  3. Çoxtərəfli qrup müstəqil sosial xərclərin və köçürmələrin əhəmiyyətli olmasına dair razılıq əldə edərsə, Çoxtərəfli qrupa hökumət təşkilatlarına edilən digər ödənişlər və gəlir axınlarının açıqlanması ilə müqayisə oluna bilən şəffaflığa nail olmaq məqsədini daşıyan hesabat hazırlamaq tövsiyə olunur. Əsas əməliyyatların tutuşdurularaq yoxlanılması mümkün deyilsə (məs: şirkət ödənişi naturada və ya üçüncü qeyri-dövlət təşkilatına edərsə), Çoxtərəfli qrup MHŞT Hesabatında şirkət və/yaxud dövlət tərəfindən könüllü birtərəfli açıqlanmanın daxil edilməsi üsulundan istifadə etmək barədə razılığa gələ bilər.

 

Araşdırmamız zamanı biz Azərbaycanda MHŞT prosesinə qoşulmuş şirkətlərin işçilərinə göstərdiyi sosial xidmət və reallaşdırdığı sosial layihələrin nə dərəcədə şəffaf, ictimaiyyət üçün açıq olduğunu aydınlaşdırmaq üçün qiymətləndirmə apardıq.

 

2014-cü il 01 yanvar tarixinə qədər MSŞT-yə 35 şirkət qoşulmuşdur (MSŞT-2013 hesabatı, ictimaiyyətə hələ açıqlanmayıb)

Qiymətləndirmə zamanı seçim üsulu ilə 35 şirkəti deyil, MSŞH-da təmsil olunan və 2013-cü il hesabatına imza atan və Azərbaycan ərazisində fəaliyyət göstərən ARDNŞ-ın və bir neçə əməliyyat şirkətlərinin  sosial fəaliyyəti araşdırılmışdır. “Azəri-Çıraq-Günəşli” və “Şah Dəniz” layihələrinin birgə idarə edildiyindən – onları fəaliyyəti “BP-Azerbaijan” şirkəti çərçivəsində araşdırılmışdı.

*Qeyd; MSŞT-yə qoşulmuş şirkətlərdən yalnız BP BMT-nin Baş Sazişinə qoşulmuşdur.

 .[1] Araşdırma metodologiyası;

Araşdırma metodologiyası kimi Gəlirlərə Nəzarət İnstitunun MS,H hesabatlarını təhlili üçün tətbiq etdiyi “məlumat toplanma – müqaisəli təhlil – tövsiyələrin hazırlanmaı” xronologiyasından istifadə edilmişdir. Bununla əlaqədar:

a) Azərbaycanın 2013-cü il ilkin hesabatndakı mlumatlar araşdırılmış

b) digər məlumatların topanılması məqsədi ilə şirkətlərə sosial xərclərlə bağlı informasiya sorğuları göndərilmmiş eyni zamanda şirkətlərinin  sosial proqramları və ona ayrılan vəsait haqqında açıq mənbələrdən informasiya əldə edilmişc) əldə edilmiş məlumatlar digər təcrübələrlə müqaisə edilmiş (Təbii Resurs Xartiyası, MSŞH Standartı ilə hesabat verən digər ölkələr)

d) müvafiq tövsiyələr hazırlanmışdır.

Eyni zamanda verilmiş tövsiyələrin həyata keçirilməsi üçün fəaliyyət planı dəyərləndirilmiş və ilkin olaraq aşağıdakı addımlar dəyərləndirilmişdir:

Çoxtərəfli Qrup üçün təklif və tövsiyyələrin hazırlanması

Hazırlanmış qiymətləndirmə sənədinin Çoxtərəfli Qrupda müzakirəsi

Digər vəkillik, o cümlədən şirkətlərə, xüsusən Dövlət Neft Şirkətinə araşdırma nəticələrinin göndərilməsi və mümkün müzakirələrin aparılması

 

Azərbaycanda  MHŞT qoşulan şirkətlərin reallaşdırdığı sosial layihələrə baxış

MSŞH hesabatından əlavə məlumatlara çıxış əldə etmk üçün MSŞT prosesində iştirak edən 12 (ARDNŞ, Abşeron ƏŞ,Binəqədi ƏŞ, Neftçala ƏŞ, Qarasuoil ƏŞ, Şirvanoil ƏŞ, Balaxanı ƏŞ, Suraxanıoil ƏŞ, AzGerneft, Salyanoil ƏŞ, Azərbaycan Beynəlxalq Mədən Şirkəti, Bahar ƏŞ) şirkətə informasiya sorğusu[2] göndərilmişdir.

İnformasiya sorğularındakı suallar aşağıdakılardır:

1. Rəhbərlik etdiyiniz Şirkətin hər hansı sosial proqramları varmı?  

2. Əgər sosial proqram varsa, 2013-cü ildə şirkət tərəfindən hansı layihələr həyata keçirilib?

3. 2013 – cü ildə sosial büdcənizin  məbləği nə qədər olub və hər bir layihə üçün nə qədər vəsait ayrılıb?

4. Reallaşdırdığınız sosial layihələr ictimaiyyət üçün açıq olubmu? Hansı formada?

İnformasiya sorğusu göndərilmiş 12 şirkətdən yalnız 6-sı (ARDNŞ, Balaxanı ƏŞ,Suraxanıoil ƏŞ,AzGerneft,Salyanoil ƏŞ,və Bahar ƏŞ ) sorğuya cavab vermişdir.

Əlavə mənbə kimi şirkətlərin  sosial proqramları və ona ayrılan vəsait haqqında açıq mənbələrdən informasiya əldə edilmişdir.

“BP-Azerbaijan” (“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”)

 

Caspian Oil & Gas -2015 konfransında “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrel bəyan etdi ki, 1995-ci ildən 2015-ci ilədək BP-nin rəhbərliyi altında keçirilən layihələrin sosial xərcləri artıq 70 milyon dollara çatıb. Bunun 2,7 milyon dolları 2013-cü ildə xərclənib.

“BP-Azerbaijan” şirkətinin 2013-cü il üçün davamlı inkişaf hesabatının giriş bölümündə əsas sosial layihələr göstərilib:

  • 2013-cü ildə yeddi nəfər magistr və 25 nəfər bakalavr təhsili alan tələbə birgə təqaud proqramından faydalanmış;
  • Azərbaycan Respublikası Dovlət Neft Şirkəti və Bakı Ali Neft Məktəbi ilə noyabrda imzalanmış əməkdaşlığa dair sazişlərlə BP-nin idarə etdiyi layihələrə cəlb olunan yerli əməkdaşları inkişaf etdirərək Azərbaycanda güclü yerli işçi quvvəsi formalaşdırmaq barədə uzunmuddətli ohdəlik rəsmi olaraq təsdiqlənmiş,bu sazişlər cərcivəsində Qobustan Regional Təlim Mərkəzində yerli icmalardan 100 nəfər işçinin peşə və texniki təlimlərə sponsorluq edilmiş;
  • Bundan əlavə2013-cü ilin sonunda BP-nin Azərbaycandakı ixtisaslı işçi heyətinin 85%-i yerli vətəndaşlar olmuşdur, rəhbər vəzifədə işləyənlərin sayı isə əvvəlki ilin sonu ilə muqayisədə 17% artmışdır;
  •  Yerli təchizatcılar vasitəsilə ölkədaxili sırf əməliyyat xərcləri 33% artaraq 2013-cü ildə 1,6 milyard dollara çatmış;
  • May ayında  Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə  tərəfdaşlıq muddətini uzatdılmış,bununla da, BP 2016-cı ilin sonuna qədər olkənin milli komandalarını və aparıcı idmançılarını dəstəkləməkdə davam edəcəyini öhdəlik kimi götürmüşdür. İlkin saziş 2012-ci ilin yanvarında, London Olimpiya və Paralimpiya Oyunları ərəfəsində imzalanmışdı.    

BP-nin  fəaliyyət sahələri ilə tanış olarkən görünür ki, Şirkət sosial proqramlarını özünün Azərbaycanda və regiondakı uzunmüddətli fəaliyyətinə hesablayıb. Buna görə də bu fəaliyyəti belə təsnifləşdirmək olar:

 

Təhsilə edilən yatırımlar

  • 1995-2005-cı illərdə Şirkət özünə lazım olan kadrları əsasən Türkiyənin Texniki Universitetlərndə və Qərbdə təhsil alan azərbaycanlı tələbələr arasında “təhsil müsabiqəsi etməklə” (onların təhsil haqlarının bir hissəsini ödəmək, onlara özünün təqaüdlərini vermək) bu tələbələri sonradan Azərbaycan, Gürcüstan və Türkiyədəki layihələrinə cəlb edirdi.
  • Sonradan Şirkət Azərbaycanda özəl ali təhsil ocaqları ilə (“Qafqaz” Universiteti və Xəzər Universiteti) müqavilə bağlayaraq buranın məzunlarından faydalanmağa başlayıb. O cümlədən, “Qafqaz” Universitetinə dəyəri 200 min avro olan neft-kimya laboratoriyasını bağışlayıb, onun montaj edilməsi və təcrübi məsələlərin nümayişi üçün Almaniyadan mütəxəssislər dəvət edib. Xəzər Universitetində isə “Risk-menecment”, yəni risklərin idarə edilməsi üzrə ilk dəfə olaraq magistr səviyyəsində təhsil proqramı təsis edib. Bu proqramı Avropadan dəvət edilmiş müəllimlər həyata keçiriblər.
  •  Səngəçal terminalında Təlim Mərkəzi tikib istifadəyə vermiş və burada mühəndis-texniki bütün imkanlar yaradılmışdır. Məhz burada geniş imkanlar açılıb “Challeng” proqramı üzrə BP-yə ali-texniki təhsili olan gənclərin 1 illik təcrübə işinə cəlb edilir və buna görə də həm də maaş alırlar. Sonda isə bu kursu müvəfəqqiyylətlə bitirənlər BP strukturlarında işlə təmin edilirlər. BP hesabatında qeyd olunur ki, təkcə 2013-cü ildə “BP-Azerbaijan” şirkətinə 32 nəfər məzun işə götürülüb (müqayisə üçün 2012-ci ildə onların sayı 37 nəfər təşkil edib).

-  İl ərzində BP həm təklikdə, həm də öz tərəfdaşları ilə birlikdə Azərbaycandakı təhsil təşəbbüslərinə 1 189 149 dollar vəsait ayırdı.

-  2013-cü ildə BP və tərəfdaşlarının verdiyi təqaüdün məbləği 708 680 dollardan çox oldu ki, buraya yeni təqaüdçülər üçün ayrılmış 94 800 dollar da daxil idi. 2013-cü ildə 25 nəfər bakalavr və yeddi nəfər magistr təhsili alan tələbəyə təqaüd verildi. İl ərzində 14 tələbə yay təcrübəsi, səkkiz tələbə isə məzunların işə götürülməsi proqramına qəbul edildi.

- Qafqaz Universiteti layihəsi. Bakıdakı Qafqaz Universitetində avadanlıqlarla tam təchiz edilmiş 11 laboratoriyanın açılışını etdi. Bu laboratoriyalardan BP-nin dəstəyi ilə 2011-ci ildə açılmış mexanika mühəndisliyi fakültəsinin tələbə və müəllimləri istifadə edəcəklər.

- 2013-cü ilin sonuna 89 tələbə universitetin mexanika mühəndisliyi, daha 104 tələbə isə kimya mühəndisliyi fakültəsinə qəbul edilib. İndiyədək BP Qafqaz Universitetinə iki fakültə və 11-i 2013-cü ildə olmaqla 16 laboratoriyanın açılmasında kömək etmək üçün 2,5 milyon dollar sərmayə qoyub.

BP-nin xüsusi mükafat proqramı. 2007-ci ildən BP neft və qaz ixtisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar verir.Ümumilikdə, 2014-cü ilin əvvəlinə qədər bu təşəbbüs çərçivəsində 400 nəfərdən çox tələbəyə mükafat verilib.

BP-nin tələbələr üçün geologiya üzrə yay təcrübə kursu. On ildən artıqdır ki, BP Azərbaycanda tələbə və məzunların sedimentologiya və struktur geologiya üzrə yay çöl-səhra təcrübəsinə sponsorluq edir. İştirakçılar Bakı, Abşeron və Xızı rayonlarına sahə səfərində olub və ya sedimentologiya və struktur geologiya üzrə kurslarda iştirak ediblər. 2013-cü ildə yerli və xarici universitetlərdən müraciət etmiş 87 ərizəçi arasından biliklərin qiymətləndirilməsi əsasında 22 tələbə seçildi. Kursu Azərbaycan Milli Elmlər Akademiyasının və Miçiqan Universitetinin (ABŞ) nümayəndələri apardılar. 2013-cü ildə BP bu layihə üzrə 8 740 dollar vəsait xərclədi.

Azərbaycan Biznes Keys Müsabiqəsi. Azərbaycanın aparıcı universitetlərinin tələbələrindən ibarət komandalar bir-birləri ilə hər il keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsində yarışdılar, maliyyə və marketinqdən tutmuş mühasibat, texnologiya və menecmentə qədər sahələri əhatə edən biznes fənləri üzrə biliklərindən istifadə edərək real həyatdan götürülmüş biznes məsələlərini həll etməyə çalışdılar. Komandalar öz həllərini Azərbaycandakı iri bizneslərin təmsilçilərindən ibarət münsiflər heyətinə təqdim etdilər. Azərbaycan Diplomatiya Akademiyasının akademik sponsoru olduğu builki müsabiqəyə BP və digər sponsor sənaye təşkilatları kömək göstərdilər. 2013-cü ildə BP-nin təbliğat kitabçalarının xərclərini əhatə edən 6373 dollar məbləğində etdiyi sponsorluqdan əlavə, şirkətin əməkdaşları müsabiqəyə təlimçi, məşqçi və münsif kimi öz vaxtlarını sərf etdilər.

Xəzər Enerji Mərkəzi. Bu mərkəzdə kompüter qrafikası vasitəsilə Xəzərin neft-qaz tarixi barədə məlumat verilir, o cümlədən regionun neft-qaz sənayesinin gələcəyi, BP-nin idarə etdiyi neft-qaz layihələrinin sosial-iqtisadi mənfəətləri sərgilənir. 2013-cü ildə Xəzər Enerji Mərkəzində 3200-dən artıq qonaq olub. İl ərzində mərkəzə gələnlərin 1 600-dan çoxu Azərbaycan hökuməti, bizimlə tərəfdaş şirkətlər,Bakıdakı xarici səfirliklər və ya fəaliyyətimizlə maraqlanan digər təşkilatların qonaqları olub. Digər 1 588 nəfər isə məktəbli və tələbələr olub.

 

İşçilər üçün sosial paket (sosial xidmətlər).

 

BP işçiləri üçün aşağıdakı sosial paketləri təqdim edir:

  • İşçi 5 il şirkətdə işlədikdən sonra məzuniyyətinə hər sonrakı ilə 1 gün artırılır.
  •  Hər il işçilərin əmək haqları 5% civarında artırılır.
  • 5 il işlədikdən sonra ipoteka krediti almaq hüququ əldə edir. Bu zaman şirkət aylıq kredit faizlərin yarısından hamısınadək ödənməsini öz üzərinə götürə bilər (bu işçinin şirkət qarşısındakı xidmətləri ilə müəyyən edilir – məsələn, BP şirkətində hər bir işçinin DƏRƏCƏSİ (hərflə müəyyən edilir, ən aşağı K, ən yüksək A) 200 manatdan 1000 manatadək dəyişə bilir. Şirkət kreditlərin verilmə istiqamətini müəyyənləşdirib: ipoteka, ev tikintisi və uşaqların təhsilinə edilən yatırım. Bundan başqa kredit heç bir istiqamətdə xərclənə bilməz. 2015-ci ildə Şirkətin 15% işçi heyəti neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar olaraq ixtisar edilərkən “BP-Azerbaijan” rəhbərliyi qərarı ilə, ixtisara düşən işçilər arasında krediti olanlar vardısa, həmin ipoteka kteditlərinin faizlərini 14 ay ödəməyi şirkət öz üzərinə götürmuşdür. Belə ki, həmin işçilər məhz BP-yə güvənib kreditlə bağlı addım atmışdılar.
  • 2013-cü ildə "BP-Azərbaycan" şirkəti İslam bankçılığı proqramını da Sosial Proqramlar layihəsinə daxil edib. Bu proqram dini inanclarına görə sələmlə kredit götürə bilməyən işçilərə ev almağa yardım edir. Bu proqram çərçivəsində alınan kreditin strukturu elədir ki, ona görə faiz ödənilmir. 2013-cü il ərazində Şirkətin 13 əməkdaşı bu təklifdən faydalandı.

 

- BP-nin Davamlı Sosial İnkişaf Proqramı (2013) hesabatında verilən məlumata görə, 2014-cü il yanvarın 1-ə qədər Şirkətin KREDİT layihəsində iştirak edənlərin ümumi sayı 1515-ə çatdı ki, bu da iştirak etmək hüququna malik əməkdaşların 79%-idir.2012-13-cü illər ərzində sosial proqramlar çərçivəsində verilən kreditlərin ümumi məbləği 7,2 milyon dollardan çox olub.Təkcə 2013-cü ildə kredit xətti ayrılan əməkdaşların sayı 545 təşkil edib. Onlar əsasən Respublika bankı vasitəsilə maliyyələşdiriliblər.

 

  • Yenə ixtisarlar zamanı 15-20 il bu şirkətdə işləmiş insanlar təqribən 120-140 min dollar kompensasiya almışlar.
  • İşçi və onun ailəsinin tibbi sığortası ilə təmin edilir.

 

1995-2014-cü ildə “BP-Azerbaijan” şirkəti sosial xərcləmələrə 70 mln dollar vəsait xərcləyib. Bu xərcləmələr “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəməri (Bakı-Tbilisi-Erzurum) boru kəməri layihəsini əhatə edib. Həmin layihələr üzrə kapital qoyuluşu bu müddətdə təqribən 50 milyard dollar təşkil edib.  

BP-Azerbaijan şirkətindən aldığımız məlumata görə də, 2013-cü ildə sosial xərcləmələrə 2,7 mln dollar vəsait xərclənib. Xərcləmələr layihələr üzrə aşağıdakı şəkildə olub:

ACG - 430 min

Şahdəniz - 430 min

BTCCQBK - 870 min

BP (ayrılıqda) - 970 min

Cəmi - 2700 min

 

Yerli icmalarla iş

Səngəçal terminalı qonşuluğundakı icmalardan terminalda genişləndirmə işləri ilə əlaqədar işəgötürmə ilə bağlı BP çoxlu sayda sorğular aldı. Bu sorğuların vaxtı-vaxtında həllində BP-yə kömək etmək üçün infrastruktur işləri üzrə podratçımız “Azfen” şirkəti yerli kəndlərdən 155 nəfəri müvəqqəti işə götürdü.

 

Bp Azərbaycanda əməliyyatlarının bir  hissəsi olaraq müxtəlif icma və davamlı inkişaf təşəbbüslərini, o cümlədən yerlərdə təhsilin təkmilləşdirilməsi, icma əsaslı bacarıq və səriştələrin yaradılması, sosial infrastrukturdan istifadə imkanının artırılması və yerli sahibkarlığın  inkişaf etməsi üçün zəruri təlim və maliyyənin təmin olunması məqsədilə hazırlanmış layihələri dəstəkləyir. 2013-cü ildə BP tərəfdaşları ilə birlikdə icma inkişafı təşəbbüslərinə 112 800 dollar vəsait ayırıb.

Əməkdaşların cəlb edilməsi proqramı. BP-nin əməkdaşlarımızı öz vaxt və istedadlarını könüllü olaraq icmalara sərf etməyə təşviq etmək üçün hazırlanmış əməkdaşların cəlb edilməsi proqramında (ƏCP) 10-a yaxın əməkdaş iştirak etdi. BP yerlərdə ictimai işlərə əməkdaşların könüllü olaraq sərf etdikləri vaxtın dəyəri qədər vəsait ayırır. İl ərzində işçilərimiz təhsil layihələrində iştirak etdilər, tələbələr üçün Neft-qaz Mühəndisləri Cəmiyyətinin dərsliklərinin alınması və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin biznes keys müsabiqəsinin keçirilməsinə könüllü olaraq 415 saat (8 300 dollara bərabər) sərf etdilər. Ümumilikdə, 2009-cu ilin noyabrından 2013-cü ilin dekabrına qədər yerli QHT olan “Sağlam həyat” ictimai birliyi ƏCP-dən əldə olunan vəsaitdən istifadə edərək təxminən 114 000 dollar dəyərində 17 ƏCP layihəsi həyata keçirib.

 

Qeyd etmək lazımdır ki, “BP-Azerbaijan” şirkəti özünün nə saytında, nə də hesabatlarında işçi heyətinə verilən sosial yardım və sosial təminata ayrılan məbləğ haqqında informasiyaları tam açıqlamır. Ancaq onu demək olar ki, sosial xərcləmələrə görə şirkəti ölkədə lider hesab etmək olar.

 

ARDNŞ

Şirkətə göndərilən sorğuya verilən cavabda yazılıb ki,SOCAR –ın sosial xarakterli layihələri ya şirkətin Sosial İnkişaf idarəsi tərəfindən, ya da müxtəlif hakimiyyət orqanlarında qeydiyyatı aparılan qrant müqavilələri hesabına maliyyələşdirilir. Eyni zamanda ARDNŞ özünü İnformasiya Əldə etmək haqqında qanunun tələblərinə görə, informasiya sahibi hesab etmir[3]

Eyni zamanda şirkətin verdiyi cavab, onun veb səhifəsi( http://www.socar.az/socar/az/social-responsibility/culture-and-recreation/culture-centers,http://www.socar.az/socar/az/social-responsibility/regional-projects/educational-institutions,http://www.socar.az/socar/az/social-responsibility/social-development/socar-new-head-office-construction,http://www.socar.az/socar/az/social-responsibility/social-development/socar-new-head-office-construction, http://www.socar.az/socar/az/social-responsibility/social-support/assuring-social-sustainability-and-employment, http://www.socar.az/socar/az/social-responsibility/sport/neftchi-oilman-health-and-sport-center) və illik hesabatları (http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports) ilə uyğun gəlmir.

Şirkətin Davamlı inkişaf haqda hesabatına və 2013-cü il MSŞT hesabatının kontekstual hissəsinə (http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports) görə, ARDNŞ-ın 2013-cü ildəki sosial xərcləmələrinin dəyəri 236,6 milyon manat təşkil edib. Bu, 2012-ci illə müqayisədə  3,9 mln manat çox olsa da, 2011-ci illə müqayisədə kifayət qədər azdır. 2011-ci ildə SOCAR-ın faktiki sosial büdcəsi 278,3 milyon manat təşkil etmişdi. Bu isə həmin illər üçün Şirkətin mənfəətinin 1/3-i deməkdir. Göründüyü kimi, müxtəlif illər ərzində şirkətin sosial layihələrə ayırdığı məbləq müxtəlif olsa da, amma bir şey aydındır ki, bu məbləğ hər zaman şirkət gəlirlərinin çox böyük hissəsini təşkil etmişdir.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı və Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planında ARDNŞ – yalnız reqionların qazlaşdırılması, neftlə çirklənmiş mədən ərazilərinin təmizlənməsi və ARDNŞ balansına daxil olan binaların fəsadlarının təmizlənməsi nəzərdə tutulub. Proqram çərçivəsində xərclər də hesabatlarda öz əksini tapmayıb.

ARDNŞ ölkədə ciddi sosial layihələr həyata keçirir. Bu layihələr reallaşdırılarkən podraçı, sifarişçi şirkətlər və bu layihələrin reallaşdıran şirkətlərin necə seçilməsi və bunlara ayrılan vəsait bə onun mənbəyi haqqında məlumat verilmir.

ARDNŞ-ın sosial layihələrlə bağlı ən böyük narahatlıq doğuran məqam sosial layihələrlə bağlı proqram və strategiyanın olmamasıdır.

 Məsələn, 2013-cü ildә Tovuz rayonunda Hemodializ vә Diaqnostika Mәrkәzinin tikintisi obyektindә tikinti quraşdırma işlәri tam başa çatdırılmış vә istifadәyә verilmişdir.

Balakәn rayonunda YAP binasının әsaslı tәmir vә bәrpası, mәdәniyyәt evinin tikintisi obyektindә tikinti quraşdırma işlәri, Siyәzәn rayonunda Dövlәt bayrağı meydanının vә Gәnclәr Evinin әtraf әrazilәri ilә birgә abadlaşdırılması, Goranboy rayonunun Tapqaraqoyunlu kәndindә mәktәb binasının tikintisi, Naftalan şәhәrindә H.Әliyev Mәrkәzinin әsaslı tәmiri, yüksәkmәrtәbәli yaşayış binalarının fasadlarının vә mansard-dam örtüklәrinin yenidәnqurma-bәrpası, küçә vә mәhәllәlәrin asfalt-beton örtüklәrinin bәrpası, şәhәrin işıqlandırma sisteminin yenilәnmәsi, infrastrukturun yenidәn qurulması, şәhәrdә Şәhidlәr Xiyabanı kompleksi vә әtraf әrazinin abadlaşdırılması kimi işlәr başa çatdırılmışdır.

Sabunçu rayonu Bakıxanov qәsәbәsindә “Azlab” MMC-yә mәxsus inzibati bina, laboratoriya vә kern saxlama kompleksinin tikinti quraşdırma işlәri başa çatdırılmış, Zığ şossesindә yerlәşәn  72 saylı hәrbi hissәyә mәxsus hidrotexniki qurğuların  yenidәn qurulması işlәri tamamlanmışdır. Bakıxanov qәsәbәsindә İ.Qayıbov adına stadionun әrazisindә inzibati binanın yenidәnqurulması işlәri davam etdirilir.

 

http://www.socar.az/socar/az/home

 

 

Sabunçu rayonu, Şәhәr şosesi 5-ci döngәdә yerlәşәn 2 yaşayış binasının yararsız vәziyyәtә düşmәsi ilә әlaqәdar 21 mәnzilli 3 mәrtәbәli yaşayış evinin tikintisi obyektindә tikinti quraşdırma işlәri tam başa çatdırılmışdır. Bakı şәhәrindә, Bakı İstedadlar mәktәbinin, Xәtai rayonu Nobel prospektindә Fransız liseyinin, Xәzәr rayonu Şüvәlan qәsәbәsindә 2 nömrәli 220 şagird yerlik xüsusi internat mәktәbinin vә Buzovna qәsәbәsindә ARDNŞ-nin qonaq evinin tikintisi davam etdirilir.

 

Bakı şəhərinin müxtəlif küçə və prospektlərində o cümlədən Xəzər, Səbail, Nəsimi, Nizami, Yasamal, Nərimanov rayonlarının ərazisində binaların fasadları əsaslı təmir olunmuş, aqlay səthlər bərpa olunmaqla cilalanmışdır. İstirahət parkları və küçələr abadlaşdırılmış, yenidən qurulmuşdur. 

Yəni sadalanan layihələr böyük məbləqlərlə müşayiət olunsa da, onların bir neft şirkətinin sosial layihə təsnifatına uyğun olması sual doğurur.

ARDNŞ-ın sosial fəaliyyəti onun saytında 5 bölmədə əksini tapmışdır[4]: Təəssüflər olsun ki, saytdakı materiallar köhnədir.

- Mədəniyyət və istirahət

- Humanitar dəstək

- Regional fəaliyyət

- Abadlıq işləri

- İdman

 

Humanitar dəstək

Azәrbaycan Respublikası Prezidentinin müvafiq Sәrәncamı ilә (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" ) ARDNŞ-nin himayәsinә verilmiş, Ağdam rayonu әrazisindә yerlәşәn, «Dördyol 1, 2», «Tәzәkәnd» qәsәbәlәrindә vә Dördyol-Mamırlı әrazisindә, Tәrtәr rayonunda, Fizuli rayonunun Әhmәdalılar, Mirzәnağılı vә Qazaxlar kәndlәrindә mәskunlaşmış 27522 nәfәr mәcburi köçkünә vә Sumqayıt şәhәrindә müvәqqәti sığınacaq tapmış 1700 nәfәr mәcburi köçkün vә şәhid ailәlәrinә bayramlar münasibәti ilә әrzaq yardımı verilimәsi 2013-cü ildə də davam etdirilmişdir.

ARDNŞ-nin müәssisә vә tәşkilatların balansında olan binalarda vә  sosial obyektlәrdә müvәqqәti mәskunlaşmış mәcburi köçkün ailәlәrinә daim qayğı göstәrilir vә onlardan 2500 nәfәri Şirkәtin idarә vә müәssisәlәrindә işlә tәmin olunmuşdur. Bu proses yenə 2013-cü ildə davam etdirilmişdir.

 

Təqaüd Proqramları

Daxili (http://www.socar.az/socar/az/careers/scholarship-programs/study-support-program)

Xarici (http://www.socar.az/socar/az/careers/scholarship-programs/study-abroad-program)

 

Şirkət işçiləri üçün əlahiddə sosial paket olmasa da, işçilәrin sosial rifahının yaxşılaşdırılması mәqsәdilә 2011-2015-ci illәr üçün 494 bәnddәn  ibarət “Sosial- İnkişaf Proqramı» hazırlanmışdır. (Qeyd; ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 139 saylı, 01.10.2007, 14-67 Ə saylı 27.09.2007-ci il tarixli Əmr-qərarı ilə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün Sosial-İnkişaf Proqramı" saytda yerləşib. Proqramda 224 bənddən ibarət işlərin və tədbirlərin yerinə yetirilməsi də nəzərdə tutulmuşdur. Lakin İllik hesabatda qeyd olunan 2011-2015-ci illər üzrə Sosial İnkişaf Proqramı haqda saytda heç bir məlumat olmadığından, proqram şərtləri haqqında əldə edə bilmədik) İllik hesabatda qeyd olunur ki, həmin proqramda ARDNŞ işçilərinin iş şəraitini yaxşılaşdırılması üçün bir çox öhdəliklər götürmüşdür. ARDNŞ illik hesabatında qeyd olunmuşdur ki nәzәrdә tutulmuş tәdbirlәrdәn 122 bәnd üzrә işlәr tam, 74 bәnd üzrә işlәr qismәn yerinә yetirilmiş vә digәr bәndlәr üzrә işlәrin başlanması üçün hazırlıq işlәri aparılır.

 

Könüllü tibbi sığorta proqramı

2012-ci ilin əvvəlindən başlayaraq ARDNŞ özünün bütün işçilərini «Könüllü tibbi sığorta» Programı ilə təmin etmişdir ki, Hazırda bu proqram çərçivəsində SOCAR-ın 55 minə yaxın əməkdaşına xidmət göstərilməkdədir. Bu layihə çərçivəsində sığortalanmış neftçilər “GOLD” tibbi sığorta proqramı çərçivəsində Azərbaycanın ən müasir xəstəxana və tibb müəssisələrində bütün lazımı tibbi xidmətlərlə təmin olunurlar.

 

“Könüllü tibbi sığorta” Proqramı ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Tibbi xidmətə nəzarət və sığortanın təşkili Departamenti tərəfindən həyata keçirilir. 

 

Mənzillə təminat

ARDNŞ üzrә hal-hazırda 4504 nәfәr işçi mәnzil növbәsindә qeydiyyatdadır ki, onların 448 nәfәri Respublikanın müxtәlif rayonlarında (Siyәzәn, Şabran, İmişli, Kürdәmir, Salyan, Neftçala vә Şirvan şәhәri), 4056 nәfәri isә Bakı şәhәrindәdir.  

2013-cü il әrzindә ARDNŞ tәrәfindәn 779 neftçi ailәsi mәnzillә tәmin olunmuşdur. Onlardan 93 nәfәri ARDNŞ tәrәfindәn yeni tikilmiş, eyni zamanda ARDNŞ-nin balansında olan qeyri-yaşayış sahәlәrindә müvafiq tәmir işlәri aparılaraq yaşayış sahәlәrinә çevrilmiş mәnzillәrlә, 686 nәfәr, o cümlәdәn 641 nәfәr ARDNŞ üzrә mәnzil uçotunda olanlar, 45 nәfәr isә ARDNŞ-nin Tәqaüd Proqramı çәrçivәsindә tәhsilini başa vuraraq ARDNŞ-dә işә qәbul edilәnlәr “Neftçi” mәnzil-tikinti kooperativi vasitәsilә mәnzillә tәmin olunmuşdur. Eyni zamanda Şirvan şәhәrindә ARDNŞ-nin balansında olan qeyri-yaşayış sahәlәrindә müvafiq tәmir işlәri aparılaraq yaşayış sahәlәrinә çevrilmiş 30 mәnzilin ARDNŞ-nin Şirvan şәhәri üzrә mәnzil uçotunda olanlar arasında bölgüsü aparılmışdır. Bu göstəricilərin əldə edilməsi mümkün olsa da, xərclənən vəsait hqada məlumat əldə etmək olmamışdır.

“Neftçi” MTK tәrәfindәn Yeni Yasamal yaşayış massivindә Xarici Dairәvi küçәsi ilә Talıblı küçәsinin kәsişmәsindә tikintisi başa çatmış 3 bloklu yaşayış binasında 232 mәnzilli yaşayış binası tikilәrәk istifadәyә verilmişdir. Xәtai rayonu Arif İsmayılov 35 ünvanında 303 mәnzilli yaşayış binasında yekun işlәr görülür vә bu yaxınlarda tәhvil verilmәsi nәzәrdә tutulur. Hazırda “Neftçi” MTK tәrәfindәn Qaradağ rayonu Lökbatan qәsәbәsindә 312 mәnzilli, Sahil qәsәbәsindә isә 187 mәnzilli yaşayış binalarının tikintisi aparılır. Bundan başqa Pirallahı qәsәbәsindә 144 mәnzilli yeni yaşayış binasının, Bibiheybәt әrazisindә isә 1200-dәn çox ailәnin mәnzillә tәmin olunması üçün yeni yaşayış kompleksinin tikintisi mәqsәdilә hazırlıq işlәri aparılır. Eyni zamanda ARDNŞ üzrә mәnzil uçotunda olanlara fәrdi mәnzil tikintisi üçün Suraxanı rayonu Hövsan qәsәbәsinin qәrb hissәsindә 12,51 ha torpaq sahәsi ayrılmışdır ki, hazırda bununla bağlı sәnәdlәşdirmә işlәri aparılır. (ARDNŞ-nin 2013-cü il üzrə hesabatı. http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat2013az.pdf,səh.103-107)

ARDNŞ daxili təlimatına əsasən Neftçi” mәnzil-tikinti kooperativi tәrәfindәn ayrılan mənzillər işçilərə mənzil satılarkən, işçinin ev növbəsinə dayanma müddətindən asılı olaraq, həmin işçilərə güzəştlər edilir. Neftçi MTK-ya ayrılan vəsait, o cümlədən işçilərı mənzil satışı üçün güzəştli vəsait heç bir hesabatda göstərilmir.

ARDNŞ üzrә rayonlarda mәnzil uçotunda olanların yaşayış sahәlәri ilә tәmin olunması üçün hәmin rayonlarda yerlәşәn ARDNŞ-nin istifadәsindә olan sәnaye tәyinatlı 31,05 ha torpaq sahәsinin kateqoriyasının dәyişdirilәrәk yaşayış mәntәqәlәri torpaqları kateqoriyasına keçirilmәsi barәdә sәnәdlәşdirmә işlәri aparılmışdır(ARDNŞ-nin 2013-cü il üzrə hesabatı. http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/illik-hesabat2013az.pdf,səh.103-107)

 

İşçilәrin istirahәt vә asudә vaxtlarının tәşkili üçün ötәn dövr әrzindә Balakәn rayonunda yerlәşәn «Qubek Hotel» İstirahәt Mәrkәzindә, Nabran qәsәbәsindә yerlәşәn «Geofizik» vә «Nabran» istirahәt zonalarında, Respublikanın digәr istirahәt güşәlәrindә, ümumilikdә 12 min nәfәrә yaxın neftçinin vә onların ailә üzvlәrinin, 2-3 vә çoxgünlük istirahәtlәri tәşkil edilmişdir. Müalicәyә ehtiyacı olan 945 nәfәr neftçi sanatoriya-kurort müalicә mәrkәzlәrinә göndәrilmiş vә bunlardan Naftalan şәhәrindә yerlәşәn sanatoriyada 1200 nәfәrә yaxın işçinin müalicәsi tәmin olunmuşdur. Bu sahə üçün ayrılan vəsait haqqında məlumat heç yerdə qeyd olunmur.

 

SOCAR Tower – yeni inzibati bina. Bunu SOCAR sosial layihə kimi təqdim edir və əsas səbəb kimi göstərir ki, 2 min nəfər işçinin iş şəraitinin yaxşılaşdırılması və idarəetmənin müasir standartlara keçirilməsinə şərait yaradılması deməkdir ki, bu da Şirkətin gələcək fəlaiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamalıdır.

Ancaq bununla bağlı digər şirkətlərin saytlarında müvafiq maddələr və ya uyğun gələn bir strategiya tapmadlq. Hətta 1999-cu ildə dünyaya səs salan Petronas şirkətinin ofisinin tikintisi belə sosial layihə kimi deyil, biznes-promoşn layihə kimi meydana çıxıb. Şirkət bundan özünün reklamı üçün istifadə edib və ofisinin binası Kuala-Lumpurun simvoluna çevrilib.

Çox güman ki, bir qədər sonra SOCAR Tower-i də belə bir uğur gözləyir, çünki indiyə qədər Bakıda 42 mərtəbə hündürlükdə olan bir göydələn yoxdur.

 

SOCAR-ın müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmış, bununla bağlı müsabiqə elan olunmuş, bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılmışdır. Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdır.

2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmiş və dünyanın 8 nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlmiş və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanmışdır.

Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcəkdir. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

 

 [5]link

SOCAR özünün davamlı inkişaf hesabaında Bakı Olimpiya stadionunu artıq ən iri sosial layihəsi kimi qeyd edir. [6]Və bu haqda belə yazır: “İrimiqyaslı sosial layihələrdən olan Bakı Olimpiya stadionunun tikinti işləri davam etdirilir”. Baxmayaraq ki, hətta bizim sorğumuzu belə cavablandırarkən bunu dilə gətirməkdən ehtiyatlandırmış və ARDNŞ-ın saytında hələ də bununla bağlı bir məlumat yoxdur. ARDNŞ isə əslində bunu heç zaman gizlətməyib, müqavilələrin imzalanmasını da ictimaiyyətdən gizli etməyib, mətbuat qarşısında TEKFEN şirkəti ilə imzalanma mərasimi keçirib, bu sətirlərin müəllifinin sualını cavablandırarkən SOCAR prezidenti müqavilənin “açar qiymətini” kameralar qarşısında 650 milyon manat olduğunu 2013-cü ilin fevralında bəyan edib. Və ondan sonra əlavə heç bir dəyişiklik haqda mətbuata məlumat sızmayıb. 

 

 

Digər şirkətlər:

 

Bahar Energy Operating Company (operator – Bahar Energy Company Ltd)

Bahar Energy Operating Company şirkəti sorğuya yazılı olaraq cavab verib və bildirib ki, Şirkət 2013-cü ildə özünün “Sosial proqram layihələri” çərçivəsində bir neçə layihə həyata keçirib:

1) Şirkət Nəsimi rayon Məşğulluq İdarəsi ilə 17 sentyabr 2012-ci ildə razılığa gəlinmiş kvota yerlərinə görə göndərilən kateqoriyalardan asılı olan, social müdafiaəyə xüsusi ehtiyacı olan və  işlə təmin olunmaqda çəyinlik çəkən əlilliyi olan 26 nəfər şəxsə 1 noyabr 2013-cü il tarixdən hər ay 200 (iki yüz) manat məbləğində (vergilər çıxarılmaqla) maddi yardım göstərməklə himayəyə götürmüşdür.

2) Şirkət tərəfindən 2013-cü ildə Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsinə xeyriyyə məqsədilə 1000 (min) manat məbləğində yardım edilmişdir.

3) Bakı şəhəri Suraxanı rayonunda İcra hakimiyyəti tərəfindən əhalinin ictimai-sosial vəziyyətinin yaxşılaşdırılması üçün genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, müxtəlif təyinatlı obyektlərin açılması, abad məhlələrin tikilməsi, binaların fasadlarının rənglənməsi və bir sıra digər işlərin görülməsi çərçivəsində İcra Hakimiyyətinə yardım məqsədilə 10.000 (on min) manat məbləğində maddi köməklik göstərilmişdir.

4) “Ümid Yeri” Uşaq Evinə ayrı-ayrı tarixlərdə 1512 və 831 AZN məbləğlərində xeyriyyə məqsədilə yardım edilmiş, Uşaq Evi mebel və istilik sistemi ilə təmin edilmişdir.

5) Bahar Energy Operating Company Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi əmək münasibətlərində olan işçilərin social vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə 1 oktyabr 2012-ci il tarixdə BEOCL şirkətinin Həmkarlar İttifaqı  Təşkilatı (HİT) ilə Kollektiv müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində hər il işçilərin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi ümün maddi yardımlar verilir. Təkcə onu qeyd etmək olar ki, 2013-cü ildə 233 nəfər işçiyə 103 min manat məbləğində maddi yardım edilib. Bu siyahıya ilk dəfə ailə quranlar, uşağı dünyaya gələnlər, 1-ci dərəcəli qohumları ağır xəstə və müalicəyə ehtiyacı olan və daim təminata ehtiyacı olan işçiləri aid etmək olar.

6) Şirkət uşaqları məktəbəqədər uşaq müəssisələrinə gedən işçilərə hər uşağa görə ayda 80 manat məbləğində, məktəb uşağı olan tənha ana və atalara isə ildə 1 dəfə Ümumdünya Uşaqların Müdafiəsi Günü (1 iyun) münümum əmək haqqının 3 misli həcmində, ailəsində anadangəlmə və ya uşaqlıqdan 1 və ya 2-ci qrup əlil uşağı (yaşından asılı olmayaraq) olan işçiyə ildə bir dəfə Əlillər Günündə (3 dekabr) minimum əmək haqqının 2 misli həcmində, işmi vəfat etdikdə işçinin birgə yaşadığı ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində, ailə üzvü vəfat etdikdə isə işçiyə minimum əməmk haqqının 5 misli həcmində, uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlara uşağının 3 yaşı tamam olana qədər ildə bir dəfə minimum əmək haqqının 2 misli həcmində, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş işçilərə Azərbaycan Respublikası Hərbi Güvvələr Günü (26 iyun), 20 yanvar hadisəsində zərər çəkmiş işçilərə ildə bir dəfə (20 yanvar) minimum əmək haqqının 4 misli həcmində maddi yardım verilir.

7) Şirkətin işçilərinin və onların ailə üzvlərinin il ərzində qlsamüddətli istirahətlərə və müalicə məqsədilə sanatoriyalara göndərilməsi təşkil olunur və müvafiq maliyyə vəsaiti ayrılır. 

 

Salyanoil ƏŞ (Kürsəngi və Qarabağlı) (operator - CNPC)

Layihənin operatoru – Çinin CNPC şirkəti EİTİ təşəbüsünə gec qoşulsa da, onun digər iştirakçıları – Fortunate Assets Ltd və Salyanneft MMC şirkətləri - “şəffaflıq təşəbbüsünü” əzəldən dəstəkləyən şirkətlərdir. CNPC şirkəti heç bir problem olmadan bizim sorğumuzu cavablandırmışdır. Şirkətin məlumatına görə, əməliyyat şirkəti yarandığı gündən, daha doğrusu 2000-ci ildən 2014-cü ilin sonlarına qədər sosial layihələrə təxminən 1 milyon dollardan artıq sərmayə qoymuşdur.

O layihələr həyata keçirilərkən ictimaiyyətə mətbuat vasitəsilə məlumat çatdırılmışdır. Qeyd edək ki, Çin şirkəti bir qayda olaraq ancaq rəsmi mətbuatla işləyir.

CNPC-dən bildirmişlər ki, şirkətin müqavilə şərtləri başqa şirkətlərlə müqayisədə həddindən artıq ağır olduğundan və onların yumşaltmaq xahişinə ARDNŞ tərəfindən imtina edildiyinə görə şirkəti sosial layihələrə vəsaiti maksimum azaldaraq 50 min dollara endirilmişdir (əvvəllər 250,000 , 150,000 və 100,000 dollar olmuşdur).

2010-cu ildən bəri başlayaraq isə kiçik layihələr istisna olmaqla heç bir gözə çarpacaq layihələr həyata keçirməmişdir. Hər il həyata keçirilən sosial layihələr isə aşağıdakılardır:

 

- Novruz bayramında kimsəsiz uşaqlar və az təminatlı ailələr üçün bayram hədiyyələrinin alınması(200 nəfər)

- Qurban bayramında kasıb ailələrinə bayram paylarının verilməsi (180 nəfər)

- Yeni il şənliklərinin keçirilməsi və ailə vəziyyəti ağır olan ailələrin uşaqlarına bayram hədiyyələri vermək

- Qarabağlı-Kürsəngi kənd yollarının kiçik təmirləri üçün aidiyyatı bələdiyyə qurumlara maliyyə və maşın texnika ilə yardım etmək

Bütün layihələr ictimaiyyətə açıq olmuş və televiziya/mətbuat vasitələri ilə işıqlandırılmışdır. Bu işlərimizə görə 2 dəfə uğur mükafatına və dəfələrlə hökümət qurumlarından yüksək qiymətə layiq görülmüşük.

 

Balaxanı Əməliyyat Şirkəti (operator - UGE Lanser PTİ Ltd.)

Əməliyyat şirkətindən verilən məlumata görə, ƏŞ-nin bütün işçiləri icbari, tibbi sığorta ilə sığortalanır və əsaslı tibbi müayinədən keçirilir.

İşçilər fərdi mühafizə vasitələri və sağlamlıqlarını qorumaq məqsədi ilə profilaktik qidalarla təmin olunur. Zərərli sahələrdə və gecə növbəsində çalışanlara əlavə ödənişlər verilir.

İşçilərin işə rahat gedib-gəlmələrini təmin etmək üçün Qaraçuxur, Bakıxanov, Sabunçu və Balaxanı qəsəbələrindən təyin edilmiş marşrutlar üzrə nəqliyyat vasitələri (avtobuslar) atrılmışdır. 

Fəaliyyətə başladığımız 3 il ərzində əmək haqları 57% artırılmış, hər il Silahlı Qüvvələr günü münasibətilə Şəhid ailələri və müharibə veteranlarına, 8 mart qadınlar bayramı münasibətilə şirkətimizin qadın kollektivinə əlavə mükafatlar ödənilmişdir.

2014-cü ildə “Neftçi” mənzil –tikinti kooperativinə üzv içşilərdən 18 işçiyə (686 219 AZN), 2015-ci ildə isə 19 işçiyə (872 485 AZN) yaşayış binalarından mənzil almaq üçün kooperativə ödəyəcikləri pay haqqı Balaxanı Əməliyyat Şirkəti tərəfindən ödənilmişdir.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə 12 inzibati bina, 46 istehsal binası və 54 mədəni məişət binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir ki, bu binaların hər birində istilik və su sistemi, daimi isti-soyuq su, quruducu, hamam və mətbəx otağı fəaliyyət göstərir. Müqavilə sahəsində 90 km mədəndaxili yollar təmir olunaraq istifadəyə verilmişdir.

Hər il müalicə məqsədilə 15 nədərdən çox isçi sanatoriyalara, 130 nəfər ailəsi ilə birlikdə məzuniyyətlərini səmərəli keçirmək üçün istirahət mərkəzlərinə göndərilir. Bunlarla yanaşı işçilərin 1800-dən çox azyaşlı uşaqlarının bayram günlərində təşkil olunmuş əyləncələrdə iştirakı təmin edilir.

Şirkətin struktur bölmələri arasında ənənəvi olaraq hər il mini-futbol turniri keçirilir. Turnirdə ilk üç yeri tutan komandanın oyunçuları mükafatlandırılır.

 

Suraxanı Əməliyyat Şirkəti (operator - Novatis)

Suraxanı Əməliyyat Şirkətindən sorğumuza verilən yazılı cavaba görə, şirkətdə çalışan bütün işçilər  icbari və tibbi sığorta ilə sığortalanıb və pulsuz tibbi müayinə ilə təmin olunublar.

İşçilər şirkət hesabına isti yeməklə təmin olunur və bu məqsədlə əməliyyat şirkətinin strukturlarında olan 7 ədəd yeməkxana fəaliyyət göstərir. Şirkət tərəfindən 2 ədəd yeməkxana yenidən qurulmuş, 5 ədəd yeməkxana isə əlavə tikilmişdir.

Kollektiv işə rahat gedib-gəlməsi üçün avtobuslarla təmin edilmişdir.

2006-cı illə müqayisədə əmək haqqı 3 dəfədən çox artırılmışdır. 8 mart və digər beynəlxalq bayramlarda kollektivin üzvlərinə əlavə mükafatlar verilir.

Əmək şəraitini yaxşılaşdırmaq məqsədilə Müqavilə sahəsində yerləşən inzibati və məişət binaları əsaslı təmir edilimişdir. Belə ki, Müqavilənin qüvvəyəminmə tarixindən (01.06.2006) 2015-ci ilə qədər 58 ədəd inzibati və məişət binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir ki, bu binaların hər birində də isti-soyuq su, istilik və sərinlik sistemi eyni zamanda 24 saat isifadəyə hazır hamam və mətbəx otağı fəaliyyət göstərir.

Hər il 17 nəfərdən çox işçi müalicə məqsədi ilə sanatoriyalara, 169 nəfərə yaxını isə ailələri ilə birlikdə məzuniyyətlərini səmərəli keçirmək məqsədi ilə istirahət mərkəzlərinə göndərilir. Bunlarla yanaşı azyaşlı uşaqları olan bütün işçilərə Yeni il və Novruz bayramlarında iştirakı üçün şənlik biletləri paylanılır.

İşçilərin işdən sonra asudə vaxtlarını səmərəli təşkil edilməsi üçün əməliyyat şirkəti tərəfindən mütəmadi olaraq  idman yarışları təşkil edilir və qaliblər mükafatlandırılır.

 

Təhlil

  • Azərbaycan qanunvericiliyi MSŞT Standartına əsaslanaraq sosial xərclər barədə məlumat açıqlanmasını dəstəkləmir. Digər tərəfdən Azərbaycanda əsas hasilat müqavilələri olan HPB sazişlərində də sosial xərclərlə bağlı heç bir öhdəlik yoxdur. Müqaisə üçün qonşu Qazaxstanın 2013-cü il MSŞT hesabatında sosial xərclərlə bağlı dəqiq məlumat verilib: Qazaxstan qanunvericiliyinə görə mütəxəssislərin hzırlanması xərcləri eyni zamanda regionun sosial iqtisadi inkişafına ayrılan xərclər konfidensial deyil və MSŞT tələblərinə uyğun bu məlumatlar təmin edilməlidir. Bundan başqa Qazaxstanda MSŞT hesabatı verən bütün şirkətlə 11% dərəcsi ilə ödənən sosial vergi üzrə hesabat vermişlər. Eyni zamanda hesabata birtərəfli qaydada Qazax mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün xərclənən vəsait də daxil edilmişdir. Belə ki, qanunvericiliyə görə ölkədə olan hasilat şirkətləri öz ümumi illik gəlirlərinin 1%-ni Qazaxstan mütəxəssislərinin peşəkarlıının artırılmasına xərcləməlidirlər.[7]

 

İstər layihə çərçivəsində göndərilmiş sorğulara verilmiş cavabların, istərsə də mətbuat və veb sayt məlumatlarının təhlili göstərir ki, Azərbaycanda milli və xarici neft şirkətlərinin (BP-ni bu siyahiya daxil etməmək olar) apardığı sosial layihələr əslində sosial layihələrin məqsədinə xidmət etmir. Xatırladaq ki, sosial layihələr məhz hasilat şirkətinin mümkün təsirlərinin yumşaldılması məqsədi ilə aparılmalı, son nəticədə isə şirkətin özünə xeyir gətirməlidir. Bu xüsusda xüsusən dövlət şirkətinin sosial layihələri əhəmiliyyət və maraq kəsb edir. ARDNŞ sosial layihlərə müxtəlif illərdə hətta öz gəlirlərinin üçdə bir hissəsini xərcləsə də, bu məbləğin az hissəsi birbaşa sosial xərc sayıla bilər. Məsələn tikilmiş Olimpia Stadionunun şirkətin fəaliyyətinə nə töhvə verəcəyi sual doğurur. Dövlət şirkətləri eyni zamanda bir kommersiya qurumudur və son məqsədi dövlət sifarişlərini yerinə yetirmək yox, mənfəət əldə etmək olmalıdır.

 

Nəticə:

MHŞT STANDARTINI TƏTBİQ EDƏN ÖLKƏLƏR ÜZRƏ TƏLƏBLƏR:

3.6. Dövlətin mineral ehtiyatların hasilatı ilə məşğul olan sənayelərdə iştirakı əhəmiyyətli gəlir ödənişlərinin artmasına səbəb olursa, MHŞT Hesabatı aşağıdakıları ehtiva etməlidir:

a) hökumət və dövlət təşkilatları (DT) arasında maliyyə münasibəti ilə əlaqədar üstünlük təşkil edən qayda və təcrübələrin izahatı, məs.: vəsaitlərin dövlət təşkilatları ilə hökumət arasında köçürülməsi, bölüşdürülməmiş gəlirlər, təkrar investisiya və üçüncü tərəf maliyyələşdirilməsi.

b) dövlət təşkilatlarının sosial xidmətlər, ictimai infrastruktur, yanacaq subsidiyaları və dövlət borcunun ödənilməsi kimi kvazi-fiskal xərclərinin açıqlanması. Çoxtərəfli qrupdan digər ödənişlər və gəlir axınlarında lazımi səviyyədə şəffaflığa nail olmağı nəzərə alaraq, hesabatvermə prosesini hazırlamaq və DT-yə tabe şirkətləri və birgə müəssisələri də daxil etmək tələb olunur.

c) Hökumətin və dövlət təşkilatlarının ölkənin neft, qaz və mədən sektorunda fəaliyyət göstərən dağ-mədən, neft və qaz şirkətlərində, o cümlədən dövlət təşkilatlarının tabe şirkətlarında və birgə müəssisələrində olan benefisiar sahibliyi səviyyəsinin dəyişməsi, eləcə də sahiblik səviyyəsinin hesabat dövrü ərzində dəyişməsi ilə bağlı açıqlamalar. Bu məlumata onların kapitalda payı, həmçinin layihə dövrünün müxtəlif mərhələlərində xərcləri ödəmək cavabdehliyi, məs.: tam ödənmiş kapital, sərbəst kapital və yarımaktiv (nominal) iştirak payı daxil olmalıdır. MHŞT Hesabatı müddətində hökumət və dövlət təşkilatlarının sahiblik səviyyəsində dəyişikliklər baş verərsə, hökumətdən və dövlət təşkilatlarından transaksiyanın şərtlərini, o cümlədən qiymətləndirmə və gəlirlərə dair təfərrüatları açıqlamaq gözlənilir. Hökumət və dövlət təşkilatları ölkə daxilində fəaliyyət göstərən mədən, neft və qaz şirkətlərinə kredit və ya kredit zəmanəti verdikləri hallarda, bu əməliyyatların təfərrüatları MHŞT Hesabatında açıqlanmalıdır.

 

Yuxarıda MHŞT standartlarının 3.6 bəndinin “a” və “c” punktları ilə tanış olarkən aydın görünür ki, “şəffaflıq təşəbbüsü” hökumətdən maliyyə məsələlərində cəmiyyətə lazım olan informasiyanı verməyi tövsiyə edir ki, sonradan onun fəaliyyətinə şübhə yaranacaq və ya kölgə salacaq məqamlar olmasın. Bu baxımdan Hökumətdən  ölkənin neft, qaz və mədən sektorunda fəaliyyət göstərən dağ-mədən, neft və qaz şirkətlərinin kapitalında onların payı, həmçinin layihə dövrünün müxtəlif mərhələlərində xərcləri ödəmək cavabdehliyi istənilir. Həmçinin Hökumət və dövlət təşkilatları ölkə daxilində fəaliyyət göstərən mədən, neft və qaz şirkətlərinə kredit və ya kredit zəmanəti verdikləri hallarda, bu əməliyyatların təfərrüatları MHŞT Hesabatında açıqlanması qeyd olunmalıdır.

 

Ancaq göründüyü kimi, praktikada çox təəssüf ki, mədən sənayesindəki şirkətlər sosial xərclərlə bağlı məlumatlarını, əsasən də onların maliyyə hissəsini ictimaiyyətə açıqlamaqda maraqlı tərəf kimi çıxış etmirlər.

 

Bunun səbəbi kimi qeyri-rəsmi olaraq bir çox şirkətlər yerli şəraitdən çıxış etdiklərini bildirirlər. Məsələn, BP (????) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə işçilərinə ipoteka krediti təklif edir və kredit faizlərinin müəyyən faizini şirkət özü ödəyir. Onlardan bu prosesi nədən sosial proqramlarınızda qeyd etmirsiniz soruşduqda qeyd edirlər ki, “ipoteka krediti verilərkən ipoteka alana “kommersiya sirri” kimi bir bəndin olduğunu da xatırladırıq, çünki belə şeylərin ictimailəşdirilməsi müraciətlərin çoxalması, məhz mənzil almaq adı ilə şirkətlərə işə düzəlmə adı altında korrupsiya faktlarına qədər gedib çıxar, ümumiyyətlə ajiotaj faktlara gətirib çıxarar”.

Məsələn başqa bir fakt:Böyük olmayan bir əməliyyat şirkəti neftlə çirkli ərazilərdə əvvəlcə ekoloji layihələr keçirib, torpaqları təmizləyib, sonra isə oralarda öz işçiləri üçün bir neçə bina tikərək onların sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edib. Ancaq bu faktı da ictimailəşdirməyib. Sadəcə, ingilis dilində sonradan yaratdığı saytda qeyd edib. Səbəbi isə çox sadədir: bu rayonda sosial layihələrin açıb-ağardılması, yəni ictimailəşdirilməsi üçün siyasi göstəriş lazımdır.

 

Beləliklə, real olaraq Azərbaycanda hasilatda olduğu kimi sosial sahədə də iki şirkət: “BP-Azerbaijan” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial layihələri ilə bağlı mütəmadi informasiyanı ictimaiyyətlə bölüşsələr də,bu layihələrə (hər layihə üçün) ayrılan vəsait açıqlanmır. Ancaq hər iki şirkət sosial layihələrə yönəldilən ancaq ümumi məbləği açıqlayır.

 

Bu informasiyalar Şirkətlərin illik hesabatları, illik davamlı inkişaf hesabatları və saytlarındakı press-relizlər vasitəsilə yayılır. ARDNŞ öz cavab məktubunda  sosial layihələr reallaşdırmadığını qeyd edir. Bu isə şirkətin yaydığı hesabat və saytındakı məlumat ilə uyğun gəlmir.

 

Azərbaycan Dövlət Neft Şirkətinin audit edilmiş hesabatlarının təhlili göstərir ki, onun sosial sahəyə ayrılan vəsaitlərin həcmi həddən artıq çoxdur. Məsələn, 2011-ci ildə sosial xərclər 278,3 milyon manat təşkil edib. 2013-cü ildə 236,6 milyon manata qədər azalma müşahidə olunsa da, şirkətin mənfəətinin az qala 1/4 qədərini təşkil edib (mənfəət 977 milyon manat olmuşdu). Düzdüz, gəlirlərlə müqayisədə bu rəqəm kifayət qədər azalır - gəlirlər 38 milyard 433 milyon manatdir. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, SOCAR-ın gəlirlərinin özünün birdən birə 2,2 dəfə artması SOCAR Trading-in fəaliyyətindən gələn gəlirlərin ona aid edilməsi ilə yaranıb, nəticədə 30 milyard 687 milyon manatlıq bir gəlir təkcə İsveçrədən qaynaqlanıb (bu isə treyder şirkətinin fəaliyyətidir ki, əslində oradan yaranan ümumi mənfəət təqribən 450 milyon dollar civarında olub). İstənilən halda Dövlət Neft Şirkətinin yarandığı gündən (1992-ci il sentyabrın 13-ü) indiyə qədər fəaliyyətini araşdırdıqda görürük ki, istər Azərbaycan hökumətinin onun vəsaitlərinə kəskin ehtiyacları olduğu zaman (1992-2005) və hökumətin özünün ayrıca neft gəlirlərindən ibarət xüsusi Fondunda kifayət qədər vəsaitlər (2006-2014-cü illər: burada vəsaitlərin pik həddi 37,1 milyard dollar həddinə 2014-cü ilin sonunda çatdı) olduğu zaman və PSA müqavilələri çərçivəsində dövlət büdcəsinə kifayət qədər vəsaitlər köçürüldüyü zaman (2005-2014-cü ildə 22 milyard dollara yaxın vəsait vergi şəklində ödənilib şirkətlər və layihədə iştirak edən podratçılar tərəfindən) SOCAR-ın vəsaitlərindən xeyli həcmdə ayrmalar aparılıb ki, bunlar da

 - regionlarda xəstəxənaların, diaqnostika mərkəzlərinin, məktəblərin tikintisinə yönəldilib.

 ARDNŞ-nin-ın sosial xərclərinin bir qismi idmana çəkilən xərclərdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev, onun vitse prezidenti Elşad Nəsirov eyni zamanda AFFA-nin rəhberləridirlər. Həmçinin ARDNŞ qurumlarının rəhbərləri bir sıra futbol klublarına rəhbərlik edirlər. Azərbaycan reallığında bu ARDNŞ-ın futbolun butun ağırlığını rəsmən çəkməsi deməkdir. Elə adicə bir faktı çəkmək kifayətdir ki, AFFA-nın 2014-cü ildə gəliri 22,79 milyon manat olub ki, bunun da 14 milyon manatını ARDNŞ-ın sponsor köməyi təşkil edib. Bundan əlavə, SOCAR 2016-cı ildə Avropa Futbol Çempionatının baş sponsoru kimi çıxış edəcək. UEFA ilə bağlanan müqavilənin məbləği açıqlanmayıb içtimaiyyətə, ancaq bəllidir ki, kifayət qədər böyük bir məbləğdən gedir söhbət.Bu, reklam olsa da, ancaq onun effektivliyi nə dərəcədə doğrudur, əgər nəzərə alsaq ki, ARDNŞ Avropa Çempionlar Liqasının sayca 7-ci baş sponsorudur və tamaşaçı Coca-Cola, Adidas, McDonald’s, Hyundai/Kia, Continental и Carlsberg-in fonunda SOCAR yazısı ilə nəsə yadda saxlaya biləcəkmi və ya qavraya biləcəkmi?

Son 10 ildə Azərbaycan dövlətixeyli varlandı. Hazırda Neft Fondunun aktivləri ++++++++++ təşkil edir. Ancaq bununla belə dövlət neft şirkətinəolan tələbat demək olar ki, AZALMADI. Bu da ondan irəli gəlir ki, Hökumət onun adındakı DÖVLƏT sözündən geninə-boluna istifadə etməkdə maraqlıdır, istər neftin qiyməti 100 dollar olan vaxtı, istərsə də 50 dollar olan zaman. Bəlkə Azərbaycan iqtisadiyyatının lokomotivi olan ARDNŞ-ın 25 ilə yaxındır ki, tam kommersiya relsinə keçməsinə  çox çətinlik çəkmə səbəblərindən biri də budur.

Reallaşdırdığı layihələr müxtəlif qurumların sifarişi ilə və pərakəndə bir halda,şirkətin fəaliyyət göstərdiyi sahələrdəki icmaların sosial vəziyyəti nəzərə alınmadan reallaşdırılır

Sosial layihələrə xərclənən vəsait tam açıqlanmır

Sosial layihələri reallaşdıran şirkətlərin necə seçildiyi açıqlanmır

Ölkədə reallaşdırılan layihələrin çoxluğundan, şirkət öz işçilərinin sosial vəziyyətini yaxşılaşdıra bilmir

Müxtəlif təhsil, təqaüd proqramlarına ayrılan vəsaitlər məlum deyil

İşçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onların əvəzinən Neftçi MTK-sən ayrılan vəsait məlum deyil,beləliklə, sosial ödənişlərin gizli saxlanılması ictimaiyyətin haqlı şübhələrinə səbəb olur.

Ancaq SOCAR-ın və Abşeron yarımadasındakı bir sıra Əməliyyat şirkətlərinin sosial layihələrinin təsnifatı ilə tanışlıqdan sonra onu demək olar ki, o şirkətlərdə də sosial “qaydalar” eyni məzmundadır. Çünki faktiki olaraq bunlar SOCAR-la,yaxud müvafiq icra strukturları ilə razılaşdırılır və onun tərəfindən təsdiq edilir. Ona görə də demək olar ki, ümumi dəst xətdə bir uyğunluq var. Kiçik əməliyyat şirkətlərində adətən, sosial layihələr dedikdə, işçilərin işə avtobuslarla gətirilib aparılması, isti yeməklə təmin edilməsi, normal iş şəraitinin yaradılması, qoruyucu vasitələrlə təminat, əlavə mükafatların verilməsi, müəyyən stimulların yaradılması və ev şəraitinin yaxşılaşdırılması kimi məsələlərdir. Bu Azərbaycan reallığında sosial layihələrin əsas istiqamətidir: Şirkət-Neftçi anlamında.

 

Təklif və tövsiyələr

Çoxtərəfli qrupa təkliflərSosial xərclər MSŞT Standartının tələbi olsa da, bu tələb müəyyən şərtlərə bağlıdır. Yəni sosial xərclərin açıqlanması üçün onlar qanunvericiliklə və ya hökümət və şirkət arasındakı müqavilə ilə tənzimlənməlidir. Bununla belə əgər ÇTQ bu xərclərin açıqlanması barədə razılığa gəlib qərar verərsə, onların açıqlanması şərti qoyula bilər. Sosial xərclərin və layihələrin şəffaflığının önəmliliyini və bəzər ictimaiyyətdə şübhələrin qarşısının alınması üçün onların açıqlanmasının əhəmiyyətini nəzərə alaraq, təklif edirik ki, bu məsələ ÇTQ iclaslarının gündəliyinə daxil edilib, müzakirə edilsin. Bu xərclərin açıqlanması Azərbaycanın MSŞT hesabatlılığının keyfiyyətinə töhfə verər və beynəlxalq səviyydə bu prosesin Azərbaycandakı imicinə müsbət təsir edərdi.

 

Hökümətə təkliflər

Dövlət Neft Şirkətinin həqiqi kommersiya qurumuna çevrilməsi, inkişafı və nəticədə büdcə ödənişlərinin artması üçün şirkəti həddən artıq sosial adlandırılan layihələrlə yükləmək və ya büdcə donoruna çevirmək məqsədəuyğun deyil. Bu mənada ən azından ARDNŞ tərəfindən dövlətin sosial layihələrinə olan dəstəyin müəyyən çərçivəsinin (həm məbləq, həm də xərc istiqaməti üzrə) müəyyən edilməsi təklif edilir.

 

Ölkədə fəaliyyət göstərən şirkətlərə təkliflər

Şirkətlər könüllü olan sosial xərclərinin açıqlanmasında birbaşa maraqı olmalıdırlar. Bu, şirkətin imicinin yüksəlməsinə, şəffaflıq dərəcəsinin qalxmasına, korrupsiya və s ittihamların aradan qalxmasına sbəb olur. Eyni zamanda sosial layihələr həyata keçirərkən, icra hakimiyyətləri deyil, birbaşa faydalananlarla əlaqələrin qurulması real təlblərin öyrənilməsi də əhəmiyyət kəsb edir.

 

Dövlət Şirkətinə təkliflər

Bu sahədə digər ölkələrin təcrübəsinin öyrənilməsi, hesabatlarda sosial xərclərinin detallı təsviri, sosial xərclər üzrə müəyyən strategiyann olması şirkət tərəfindən edilən sosial xərclərin keyfiyyət və effektivliyinə çox müsbət təsir edərdi. Eyni zamanda ARDNŞ-ın beynəlxalq imicinə nəzərə alaraq, belə bir şəffaflıq ölkədən xaricdəki fəaliyyətə də müsbət təsir edərdi.

 


[1] [1] Qlobal Saziş iş adamlarının qlobal arenada qarşılarına çıxan problemlərinin həll edilməsi istiqamətində beynəlxalq səviyyədə qəbul olunmuş bir sazişdir. QS-ə qoşulmaqla təşkilatlar insan hüquqları, əmək, ətraf mühitin mühafizəsi və korrupsiya ilə mübarizə sahələrində ümumən qəbul olunmuş 10 prinsipi həyata keçirmək, yüksək etik standartlara riayət, Korporativ Sosial Məsuliyyətin bütün aspektləri dövlət və özəl sektor arasında münasibətlərində əhatə etməyi niyyətindədirlər.

[2] İnformasiya sorğuları və cavablar əlavə olunur

[3] Bu ARDNŞ ilə bağlı problemlərdən biridir və dəfələrlə VC tərəfindən qaldırılsa da, şirkət informasiya sorğularına cavab vermir.

[4] Link to veb sayt ww.socar.az/socar/az/home/

[5] http://www.socar.az/socar/az/social-responsibility/social-development/socar-new-head-office-construction

[6] Link to veb site or reference

[7] Qazaxstan hesaatı səh 15 “В дополнение к этому, недропользователи обязаны ежегодно тратить сумму в размере одного процента от совокупного годового дохода (СГД) на подготовку казахстанских специалистов»