NHMT - "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

 

1.0.3. Ətraf mühitə dair informasiya registri – dövlət və yerli özünüidarəetmə orqanları, təbiətdən istifadə edən subyektlər tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur.

 

10.1. Müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, təbiətdən istifadə edən subyektlər səlahiyyətlərinə və fəaliyyət dairələrinə aid məsələlər üzrə ətraf mühitə dair informasiya registri aparmalı, həmçinin öz səlahiyyətləri daxilində onu almaq hüququ olan subyektləri bu informasiya ilə təmin etməlidirlər.

 

ƏSASLANDIRMA

 

Azərbaycan Respublikasının Tərəfdar çıxdığı "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin acıq keçirilməsi haqqında" BMT-nin konvensiyasında (Orxus Konvensiyası) iştirakçı dövlətlər üzərində öhdəlik qoyur ki, "ətraf mühitlə aidiyyəti olan (təsir göstərən) tullantılar barədə məlumatlar açıqlanmalıdır". Hazırda "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanunu belə informasiyaları əldə etməyə imkan vermir. Bu məlumatlarla bağlı informasiyaların sahibi olan dövlət orqanlarında belə tullantılara dair informasiyaların registri aparılmır və ictimaiyyətə məlumat verilmir. Bu isə həm ölkə Konstitusiyasının müvafiq maddələrinin, həm də Konvensiyanın şərtlərinə ziddir.

 

Təbiətdən istifadə edən subyektlər, konkret halda isə hasilat sənayesində fəaliyyət göstərən şirkətlə ətraf mühitə zərərli təsirlərə gətirən tullantılar haqda sorğuları cavablandırmaqdan imtina edirlər. Səbəb isə "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda bu qurumların informasiya sahibi kimi göstərilməməsidir.

 

Təklif olunan dəyişikliklər isə Qanunda olan bu boşluğu aradan qaldırır. Belə məlumatlar konvensiyaya və milli qanunvericiliyə əsasən kommersiya sirri sayıla bilməz.

 

Qanuna əlavələrin edilməsi həmçinin müvafiq dövlət orqanları ilə yanaşı təbiətdən istifadə edən subyektlərin üzərinə ətraf mühitə təsirlərlə bağlı məlumatların registrini aparmaq öhdəliyi qoyacaqdır ki, bu da ətraf mühitlə bağlı məlumatların çoxalmasına imkan verəcək, şirkətləri yalnız müvafiq qurumlar qarşısında deyil, həm də ictimaiyyət qarşısında məsuliyyətli və cavabdeh edəcəkdir.