NHMT - Mədən sənayesində şəffaflığın artırılması

Mədən sənayesində şəffaflığın artırılması

Mədən sənayesində şəffaflığın artırılması

Təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri

Bakı, Aprel 2014

 

Mündəricat

1. Ön söz - səh: 3

2. Giriş - səh: 4

3. Gürcüstanda Təbii Ehtiyatların Hasilatı – Şəffaflıq, Hesabatlılıq və İnsan Hüquqlarının Müdafiəsi sahələrindəki çətinliklər – səh: 5-16

4. Qırğızstanda təbii ehtiyatların hasilatı – Şəffaflıq, hesabatlılıq və insan haqlarının müsafiəsi ilə bağlı problemlər - səh: 17-22

 5. Hasilat sənayesi üzrə qanunvericilik: Korrupsiyaya qarşı mübarizədə nöqsan və imkanlar – səh: 23-29

 6. Azərbaycanda mədən hasilatı üzrə şəffalığın təmin olunmasının hüquqi əsasları və problemləri - səh: 30-37

7. Azərbaycanın neft şirkətləri: cəmiyyətə hesabatlılıq və reallıqlar-səh: 38-46

8. Hasilat sənayesinin təsirlərinə məruz qalmış ərazilərdə əhali arasında keçirilmiş sorğunun nəticələrinə dair hesabat-səh: 47-53

9. Jurnalist araşdırması: Hasilat sənayesində fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıqdırmı-səh: 54-59

10. Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf sosial mühitə təsiri-səh: 60-69

 

1. Ön söz

Bu hesabat, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) tərəfindən həyata keçirilən və Euoropean Endowment for Democracy tərəfindən dəstəklənən “Mədən sənayesində şəffaflığın artırılması” layihəsi çərçivəsində hazırlanıb. Hesabat NHMT İB-nin ekspertləri tərəfindən hazırlanmış tədqiqat sənədləri, jurnalist araşdırılması, sosioloji sorğu və monitorinq əsasında hazırlanmışdır.

Hesabatda təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri öyrənilmiş,həmin problemlərin həlli üçün təklif və tövsiyələr də verilmişdir. Hesabatın müəllifləri,ekspertləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.

 

2. Giriş:

 Azərbaycanın hasilat sənayesində şəffalıq və hesabatlılığın aydın çatışmamazlığı var, bu sahədə davam edən islahatlar siyasi yanaşmalar əsasında deyil, əksinə, müəyyən qərar qəbul edənlərin istəyi ilə idarə olunur. Bu prosesdə ictimaiyyətin iştirakının olmaması da, davamlılığın olmaması ilə nəticələnir.

  Azərbaycan hökuməti Təbii Sərvətlər sektorunda şəffaflıq və korrupsiyaya qarşı mübarizəni təmin etmək üçün müəyyən ohdəliklər götürdü. Azərbaycan 2003-cü ildə Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan  ilk ölkələrdən biri oldu və hökumət şəffaflığın təmini istiqamətində müəyyən addımlar atdi: Qeyri Hökumət Təşkilatlarının geniş nümayəndəliyi ilə MHŞT Koalisiyası yaradıldı, dövlət və özəl sektor arasında əməkdaşlıq təmin edildi, beynəlxalq institutlar hər il ölkənin mədən sənayesində şəffaflıq səviyyəsini qiymətləndirir, hökumət şəffaflıq üzrə illik ölkə hesabatlarını tərtib edir, açıqlayır. Lakin, ictimaiyyətə açıqlanan şəffaflıq informasiyasi ümumi xarakter daşıyır və təşəbbüsə qatılan 20 hasilat şirkətlərinin fərdi hesabatlarını əks etdirmir. Şirkətlərin bəzilərinin hətta saytları yoxdur, odur ki ictimaiyyət şirkətlərin real şəffaflıq səviyyəsindən tamamilə xəbərsizdir.

Təssüflər olsun ki, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanununda yeni düzəlişləri edilmişdir. Ən son hüquqi dəyişikliklər şirkətlərin idarə heyətinə imkan verdi ki, təsisçilərin "məxvi" kimi müəyyən etdiyi hər hansı məlumatları  ictimaiyyətə açıqlamaya bilər. Beləliklə, ölkə ictimaiyyəti məlumat əlçatanlığının məhdudlaşdırılması ilə qarşı-qarşıya qaldı. Qüvvədə olan qanunvericilik və dövlət şirkətləri tərəfindən məlumatların açıqlanmasını tələb edən, yeni hazırlanmış EITI standartları (Sidney, 2013) bir biri ilə uzlaşmadı. Şirkətlər isə əhəmiyyətli məlumatları gizlətməyə çalışan qanunvericilikdən sui-istifadə edir. Bunun üçün, ən yaxşı təcrübə, uğur hekayələri, xarici təcrübə əsasında mövcud qanunvericiliyə dəyişiklər üçün yeni təkliflər hazırlanmalıdır

Siyasət dəyişikliyini təbliğ etmək üçün ətraflı, dəlil-əsaslı araşdırmaları formalaşdıran yeni alətlərin və tədqiqatların inkişafına ehtiyac var. Bu da yalnız mövcud vəziyyətin ətraflı təhlili, bacarıq və təcrübə mübadiləsi və mövcud maneələri aradan qaldırmaq üçün birlikdə işləməklə edilə bilər.

Bununla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi(NHMT İB) Avropa Demokratiyaya Dəstək Fondunun maliyyə dəstəyi ilə “Mədən sənayesində şəffaflığın artırılması: Təbii ehtiyatlarla zəngin ölkələrdə resurs hasilatı problemləri“ layihəsini reallaşdırır. Bu layihə çərçivəsində Gürcüstan, Monqolustan ,Qırğızıstan ekspertləri və  Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmış analiz və tədqiqatlarda yuxarıda qeyd olunan problemlər öz əksini tapmış və bu tədqiqatlar nəticəsində layihə ekspertləri tərəfindən təklif və tövsiyyələr paketi hazırlanmışdır.

 

3. Gürcüstanda Təbii Ehtiyatların Hasilatı – Şəffaflıq, Hesabatlılıq və İnsan Hüquqlarının Müdafiəsi sahələrindəki çətinliklər

Manana Koçladze-Yaşıl Alternativ GHT

Giriş

  Təbii ehtiyatlar onlarla zəngin və inkişaf etməkdə olan ölkələrə rifah və sabitlik gətirmək imkanına malikdir. Bu mənbələrdən gələn gəlirlərin düzgün istiqamətləndirilməsi sağlamlıq və kənd təsərrüfatına dəstəyi artıra bilər. Lakin çox vaxt korrupsiya və təbii ehtiyatların düzgün idarə edilməməsi yoxsulluq və münaqişələrə aparıb çıxarır. Təbii ehtiyatların idarə edilməsi, xüsusən də, maliyyə şəffaflığı və hasilat sənayesində ekoloji və sosial tələblərin təkmilləşdirilməsi vətəndaşların öz hökumətlərini ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı saxlamağa və vətəndaşlar və hökumətlərin ədalətli sövdələşmə alıb-almamasını dəyərləndirilməyə imkan verir.  Gürcüstan müxtəlif növ təbii ehtiyatla zəngin bir ölkədir və bu ehtiyatlar ölkə iqtisadiyyatının əhəmiyyətli bir hissəsini formalaşdırır. Gürcüstanın əsas təbii ehtiyatı manqandır ki, ölkənin bu ehtiyatları dünyada ən zənginləri sırasındadır. Çiatura və Saçxere ərazisində yerləşən manqan ehtiyatları 222 milyon ton həcmində qiymətləndirilir. Toplam, Gürcüstan 341,700 ton mis ehtiyatlarına və 37.5 külçə qızıl ehtiyatına malikdir. Ölkənin həmçinin əlvan metal və polimetal filiz ehtiyatlarına malik olduğu da artıq təsdiqlənib. Tkibuli, Ambrolauri və Oçamçira regionlarında 1 milyard ton kömür ehtiyatları aşkarlansa da, kömürün keyfiyyəti yüksək deyildir. Gürcüstan həmçinin barit, diatomit, aqat, bentonit, gil, andezit, talk və kalsit kimi kimya sənayesində istifadə edilən yüksək keyfiyyətli xammal materialları yataqlarına malikdir. Başqa bir mühüm ehtiyat 2300 bulaq formasında olan mineral su ehtiyatıdır. Bundan başqa, ölkənin potensial neft ehtiyatları 580 milyon ton həcmində qiymətləndirilib ki, bunun 200 milyonu Qara dəniz ərazisində yerləşir. Təsdiqlənmiş qaz ehtiyatları 8.5 milyon kub metr, hesablanmış ehtiyatlar isə 125 milyon kub metrdir. Gürcüstanın təbii ehtiyatlarını hasil edən bütün əsas sənaye sahələrini bir araya gətirsək görərik ki, onların ümumilikdə ölkə iqtisadiyyatına və xüsusən də dövlət büdcəsinə verdiyi töhfə kifayət qədər böyükdür.

Bu sektor təbii ehtiyatların hasilatını nizamlayan sıra qanun, qərar və qaydalarla tənzimlənir. Lakin həm şəffaflıq, həm də səmərəli istifadə və ətraf mühitin mühafizəsi baxımından bu sahənin tənzimlənməsi ən yaxşı standartlardan çox uzaqdır.

 

Hasilat sənayesini nizamlayan əsas qanunlar

Bu sahədə əsas qanun 1996-cı ildə qəbul edilmiş yer təki barədə qanundur ki, o, ətraf mühitin potensial xüsusiyyətlərinin əhəmiyyətini nəzərə almaqla yer təki və faydalı qazıntıların səmərəli istifadəsini təmin edir. Bu qanun bütün təbii ehtiyatlara şamil edilir – neft, qaz, manqan, mis, qızıl, mineral sular və s.

Qanun həmçinin təbii ehtiyatlar üçün əsas prinsipləri müəyyən edir. Bunlar aşağıdakılardır:

  • Gürcüstanda yerin təki dövlət əmlakı hesab edilir. Dövlətin yerin təki üzrə dövlət əmlakı hüququnu aşkar və ya gizli pozan hər hansı hərəkət və ya buna oxşar əməliyyat qeyri-qanuni hesab edilir.
  • İstifadəyə verilmiş və ya verilə bilən yerin təki nöqtələri onların istifadə edildiyi təqdirdə obyekt hesab edilir.
  •  Yer təkindən istifadə pulludur.

1999-cu ildə qəbul edilmiş və sonradan dəyişdirilmiş Neft və Qaz haqqında Qanun Gürcüstanda neft və qaz ehtiyatlarının istismarı üçün hüquqi əsas rolunu oynayır. Qanunun əsas məqsədi Gürcüstanın neft və qaz sektoruna sərmayə qoyuluşlarını dəstəkləmək və artırmaq, qanuni investorları mühafizə etmək, eləcə də Gürcüstanda neft və qaz əməliyyatlarına dövlət nəzarəti üçün effektiv hüquqi əsas yaratmaqdır (Gürcüstan Neft və Qaz Tənzimləmə İdarəsi).

Təbii Ehtiyatlarından İstifadəyə görə Ödənişlər haqqında qanun (2004) hər bir təbii ehtiyat kateqoriyasına görə tarif müəyyən edir. Bu qanunun məqsədi təbii ehtiyatlardan ödənişli istifadə prinsipinin əsasını yaratmaqdır. Lisenziyası olan şəxslər müvafiq ödənişi həyata keçirməlidirlər. Təbii ehtiyatlardan istifadəyə görə ödəniş qanunla müəyyən edilir. Mis, manqan və qızıl kimi təbii ehtiyatlardan və meşələrdən istifadəyə görə ödənişlərin qaldırılması barədə söhbətlər gəzsə də, sonda qanuna edilmiş dəyişiklik yalnız mineral su ehtiyatından istifadəyə görə ödənişin qaldırılmasını nəzərə aldı[1]. Buna baxmayaraq, İqtisadiyyat Naziri Giorgi Kvirikaşvilinin yazılı bəyanatında qeyd edildiyi kimi “siyahı uzundur və çox vaxt təbii ehtiyatlardan istifadə qeyri-rasional metodlar vasitəsilə həyata keçirildiyindən və təbii ehtiyatların hasilatı üçün ödəniş tarifləri həddən artıq aşağı olduğundan, faktiki olaraq bu mühüm ehtiyat israf edilir, əvəzində isə ölkə heç bir fayda əldə etmir. Bunlar məntiqi olaraq belə düşünməyə əsas verir ki, ölkədə qeyri-qanuni işlər görülür”.[2]

 

İnvestisiyalara Dövlət Dəstəyi üzrə Qanun

Gürcüstanın İnvestisiyalara Dövlət Dəstəyi üzrə Qanununun 2-ci maddəsinə əsasən, bu qanunun məqsədi biznes prosedurlarının təkmilləşdirilməsi və xüsusi hüquqi rejimin yaradılması vasitəsilə sərmayə qoyuluşlarına dəstəyi təmin etməkdir. Qanunda faktiki olaraq aşağıdakı üç əsas sahəyə investisiyalar ilə əlaqədar olaraq xüsusi hüquqi rejim və biznes prosedurları öz əksini tapıb: (1) dövlət əmlakının özəlləşdirilməsi, (2) investisiyaların vəziyyəti və (3) lizenziya və icazələrin verilməsi yolu ilə fəaliyyətlərin/əməliyyatların nizamlanması.

 

Gürcüstanın Hasilat Sənayesində Şəffaflıq və Məlumatların əlçatanlılığı

Vətəndaşların ictimai və ətraf mühitə dair məlumatları əldə etmək hüququ 1995-ci ildə qəbul edilmiş Gürcüstan Konstitusiyası ilə təsdiqlənir. Konstitusiyanın 41-ci maddəsinə əsasən, “Gürcüstanın hər bir vətəndaşının qanunla müəyyən edilmiş qaydada dövlət müəssisələrində onlar barədə saxlanılan məlumatlarla,eləcə də, dövlət, peşəkar və ya kommersiya sirrinin olmadığı təqdirdə, digər rəsmi sənədlərlə tanış olmaq hüququ vardır”. Konstitusiyanın 37-ci maddəsinin 5-ci bəndinə əsasən “hər kəsin işlədiyi və yaşadığı mühitin vəziyyəti barədə tam, qərəzsiz və vaxtında məlumat almaq hüququ vardır”.

1999-cu ildə Gürcüstan Parlamenti ölkənin Ümumi İnzibati Məcəlləsini qəbul etdi. Bu məcəllənin üçüncü fəsli məlumat azadlığına həsr edilib. İnzibati Məcəllə ictimai məlumatların buraxılması üçün vaxt müddətlərini, məlumatların növləri və onların təyinatı üçün ümumi müddəaları və ictimai məlumatın buraxılması üçün məsul şəxslərin təyin edilməsini nizamlayır.

Əsas hüquqlardan biri kimi məlumat azadlığı həmçinin 2008-ci ildə qəbul edilmiş Rəsmi Sənədlərin Əldə edilməsi üzrə Avropa Şurasının Konvensiyası vasitəsilə də tənzimlənir. Gürcüstan həmin Konvensiyaya üzvdür. Həmçinin, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Konvensiyaya tərəfdaş kimi Gürcüstan həmin konvensiyanın 10-cu maddəsinə əsasən ictimai qurumlarda saxlanılan məlumatların əlçatanlılığını təmin etməlidir.[3]

Ətraf mühitə dair məlumatların əldə edilməsi hüququ yuxarıda qeyd edildiyi kimi Gürcüstan Konstitusiyası tərəfindən təmin edilir. Gürcüstanın Ətraf Mühitin Müdafiəsi üzrə Qanununun 5-ci maddəsinə əsasən ətraf mühitə dair məlumatların əlçatanlılığını təmin etmək ətraf mühitin müdafiəsinin əsas prinsiplərindən biridir. Həmin qanunun 6-cı maddəsində göstərilmişdir ki, vətəndaşlara “mülki və ekoloji təşkilatlara daxil olmaq” və “yaşadığı və ya işlədiyi mühitin vəziyyəti barədə tam, qərəzsiz və vaxtında məlumat əldə etmək” hüququna malikdir. Halbuki cari Gürcüstan qanunları və qərarları ətraf mühitə dair məlumatları müəyyən etmir.

Gürcüstan tərəfindən 2000-ci ildə təsdiqlənmiş Orxus Konvensiyasında bu anlayış öz əksini tapıb (bax maddə 2). Gürcüstanın Ümumi İnzibati Konvensiyası (bundan sonra ÜİK) ictimai məlumat anlayışını müəyyən edir. ÜİK-nın 2-ci maddəsinin 1-ci bəndinin “I” yarımbəndinə əsasən, “ictimai məlumat” dedikdə rəsmi sənəd (qrafiklər, modellər, diaqramlar, şəkillər, elektron məlumat, video və audio yazılar daxil olmaqla), yəni rəsmi fəaliyyətlərlə əsaqədar ictimai quruma məxsus, və ya ictimai qurum və ya dövlət qulluqçusu tərəfindən əldə edilmiş, emal edilmiş,  yaradılmış və ya göndərilmiş məlumatlardır. ÜİK-nın 28-ci maddəsinə əsasən “ictimai məlumat qanunla başqa cür nəzərdə tutulmayıbsa və dövlət, kommersiya və ya şəxsi sirr istisna olmaqla açıq olmalıdır”. ÜİK-nın 42-ci maddəsində həmçinin məxfi məlumat hesab edilməyən məlumatların siyahısı açıqlanır. Bu siyahıya “ətraf mühitə və həyat və sağlamlıq üçün təhlükələrə” dair məlumatlar da daxildir.

Lakin Hasilat Sənayesinə dair məlumatların əldə edilməsi sahəsində bir sıra problemlər vardır. Onlara aşağıdakılar daxildir:

  1. Müqavilələrin şəffaflığı müvafiq məlumatların əldə edilməsi sahəsində həll edilməli məsələlərdəndir. Son illər müqavilələrin hətta ətraf mühitə dair məlumatları özündə əks etdirdiyi hallarda belə dövlət qurumları ictimaiyyət üçün məlumatın mövcudluğunu dəstəkləmir, əksinə, onlar çox vaxt maraqlı tərəflər üçün ictimai məlumatın açıqlanmaması üçün bütün mümkün maneələr yaradırlar. Bu məsələ problem olaraq qalmaqdadır. Normativ Aktlar üzrə Qanuna əsasən Gürcüstanın xarici investisiya müqavilələri beynəlxalq razılaşmalar hesab edilir və bu üzdən parlament tərəfindən təsdiqlənməlidir.

 

  • Ümumilikdə, rəsmi elektron satınalmalar saytı daxil olmaqla, son illər Gürcüstan müqavilələrin şəffaflığı sahəsində böyük irəliləyişlər etmişdir. Bununla belə, dövlət satınalmaları üzrə qanunda hələ də çoxlu boşluqlar mövcuddur və bu da, dövlətə məxsus müəyyən müəssisələrə (Gürcüstan Dəmir Yolu, Gürcüstan Lottoreyaları, Əməkdaşlıq Fondu və s.), Hökumət və Prezidentin Ehtiyat Fondlarına və Müdafiə Nazirliyinə elekton satınalma platformasından istifadə etmədən müqavilələr imzalamaq imkanı verir. Hökumət qanunda olan bu boşluqları aradan qaldırmalıdır;

Ümumən, hasilat sənayesinə məxsus özəlləşdirilmiş obyektlər üzrə müqavilələri əldə etmək çox problemlidir. Özəlləşdirmə prosesi özü çox vaxt qeyri-şəffaf və qanuna zidd aparılır (Çiatura Manqan, Madneuli yatağı). Yeni sahibkarların sosial, ətraf mühitə dair və digər öhdəlikləri naməlum qalır və a hətta məxfi saxlanılır[4].

 

1. Hasilat Sənayesi sahəsində olan şirkətlərin sahibləri və maliyyə mənbəyi barədə məlumatlar

Gürcüstanın hasilat sənayesindəki vəziyyətin təhlili aydın şəkildə göstərir ki, çox vaxt layihənin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmur. Bir çox hallarda müəssisələrin əhaliyə təsiri kəskin olduqda şirkətlərin yeni sahiblərə satılması adət halını alıb. Daha ciddi bir problem ondan ibarətdir ki, bəzən belə satışlar yalnız formal xarakter daşıyır və sahibkar dəyişmir. Bu isə, şirkət sahibinə imkan verir ki, çirklənmə və/və ya digər problemlərin tarixi xarakter daşıdığını elan etsin və bu problemlərlə hər hansı əlaqələrinin olmasını təkzib etsin. Təcrübə göstərir ki, çox vaxt özəlləşdirilmiş müəssisələrin sahibini müəyyənləşdirmək qeyri-mümkün və ya həddən artıq vaxt aparan olur. Belə şirkətlərin apardıqları əməliyyatlar yerli əhaliyə və ətraf mühitə zərər verdikdə isə bu problem kəskinləşir.

Dövlət qeydiyyatı haqqında qanuna 2010-cu ilin yanvar ayında dəyişikliklər edilmiş və dövlət reyestrində qeydiyyatdan keçmiş şirkətlərin təsis edilmə tarixinin qeyd edilməsi icbari qaydaya çevrilmişdir. Lakin dövlət reyestrindəki məlumatlar ideal olmaqdan çox uzaqdır (müqavilələrin təfsilatları və/və ya digər məlumatlar köhnə ola bilər), ölkə sərhədlərindən kənarda qeydiyyatdan keçmiş şirkətlərdən isə heç danışmağa dəyməz.


3. Gəlirlərin Şəffaflığı

Gürcüstanın Neft və Qaz barədə Qanununda və ölkədə aparılan Neft və Qaz Əməliyyatları üzrə Təlimatlarda şəffaflığın olmasına müəyyən təminat var. Bu təlimatlarda neft və qaz hasilatı ilə məşğul olan bütün şirkətlərin beynəlxalq mühasibatlıq standartlarına uyğun dəqiq və tam məlumatları saxlaması şərt kimi qoyulub. Bu məlumatlara aşağıdakılar daxildir:

1. Neft, qaz, birləşmiş karbohidrat və kommersiya dəyəri olan digər faydalı qazıntıların hasilatı və təşkili;

2. Belə maddələrin satışı və ya barteri;

3. Belə satış və ya barterdən gələn gəlirlərin paylanması;

4. Mövcud benzinin həcmi, onun orta qiyməti, məsrəf, neft və mənfəət nefti barədə məlumatları özündə əks etdirən hasilat, məsrəf və mənfəətin paylanması hesabatı; şirkətin gəlirləri, əsas xərcləri, vergi tutulan mənfəəti barədə məlumatı təmin edən mənfəət və vergi hesabatları; və

5. Təlimatlar və ya müqavilələrdə göstərilmiş digər hesabatlar 

Neft və Qaz Əməliyyatlarını Tənzimləyən Dövlət İdarəsi Gürcüstanda aparılan neft və qaz əməliyyatları barədə tam və dəqiq məlumat əldə etməlidir. Digər tərəfdən bu İdarə neft və qaz hasilatı ilə əlaqəli bütün məlumatları toplamalı və saxlamalı və şəffaflıq prinsiplərinə riayət etməlidir. Xüsusən də Təlimatlarda göstərilir ki, İdarəyə məxsus bütün məlumatlar onların tamlığını qorumaq üçün İdarə tərəfindən müəyyən edilmiş əsaslı qaydalar çərçivəsində İradənin açıq olduğu vaxtlarda hər kəs üçün əlçatan olmalıdır. Vətəndaşlar İradənin sənədlərin nüsxələrini hazırlamaq üçün faktiki xərcini ödəməklə məlumatların nüsxələrini əldə edə bilərlər. İdarə nüsxələri tələb edən şəxslərdən adları və ünvanlarını qeyd etməyi və şəxsiyyəti sübut edən sənədlərini təqdim etməyi tələb edə bilər, lakin İradənin vətəndaşlardan hər hansı məlumatı hansı məqsədlə yoxlamaq istədiyini öyrənməyə ixtiyarı yoxdur.

Məlumatların şəffaflığı üzrə oxşar müddəalar Gürcüstanda faydalı qazıntıların hasilatı üçün lisenziyaların verilməsi prosesinin nizamlayan qanunvericilikdə də mövcuddur. Bu və digər hüquqi alətlər müəyyən hasilat şirkətləri və onların Gürcüstandakı fəaliyyəti barədə məlumatı tələb etmək və əldə etmək üçün istifadə edilə bilər. Öz növbəsində bu məlumatlar şirkətlərin mənfəəti və onların dövlət qarşısındakı maliyyə öhdəlikləri barədə müstəqil monitorinq aparmaq üçün istifadə edilə bilər. 

Gürcüstanın İnzibati Məcəlləsi və bu sənaye sahəsi üçün nəzərdə tutulmuş müddəalar məlumat azadlığına təminat versə də, Vergi Məcəlləsi şirkətləri müdafiə edir və şirkətlər məlumatın açıqlanmasına qarşı olmadıqları təqdirdə maraqlı tərəflərin şirkətlərin dövlətə ödədikləri məbləğlər barədə məlumat əldə etməsinin qarşısını alır. Bütün bunlar sənaye sahələri və hökumət arasında maliyyə axınlarında şəffaflığın olmamasına gətirib çıxarır.

Gürcüstanın Vergi Məcəlləsi gəlirlər barədə məlumatların əldə edilməsini tənzimləyən hüquqi alətir. Məcəllənin 122-ci maddəsi gəlirlər barədə ictimaiyyət üçün bağlı olan məxfi məlumatların geniş təsnifatını müəyyən edir. Bu müddəa Maliyyə Nazirliyinə dövlətin fərdi şirkətlərdən əldə etdiyi gəlirlər barədə məlumatı açıqlamağı qadağan edir. Şirkətlərin Nazirliyə ünvanladığı yazılı razılığın olduğu təqdirdə bu qadağa öz qüvvəsini itirir.[5]

Gəlirlərə Nəzarət İnstitutunun 2012-ci ilə dair hesabatına əsasən bəzi şirkətlərin açıqladıqları büdcə məlumatları və hasil edilmiş qaz və neftin həcmi, tarifləri və onlardan gələn gəlirlər barədə məlumatların şəffaflığı narahatlıq doğuran məqamlardandır[6].

 

Mövcud ətraf mühitlə bağlı və sosial zəmanətlər

Ətraf mühitə Təsirə İcazə barədə Qanun

Lisenziyalar və İcazələr və Ətraf Mühitə Təsirə İcazə üzrə Təlimat 2005-ci ildə qəbul edilmişdir (sonuncu Lisenziyalar və İcazələr üzrə Qanunun müddəalarını gücləndirmək məqsədilə qəbul edilmişdir; sənəd icazələrin verilməsi üçün nəzərdə tutulan tələbləri daha təfsilatlı formada müəyyən edir). 2007-ci ildə Ətraf Mühitə Təsirə İcazə üzrə Təlimat Ətraf Mühitə Təsirə İcazə üzrə Qanunu əvəz etdi. Nəticədə hazırda Gürcüstanda qüvvədə olan ətraf mühitə təsirin qiymətləndirilməsi sistemi nə ictimaiyyəti məlumatla təmin etmək və ictimai iştirakı dəstəkləmək baxımından, nə də qərar qəbul edən orqanlara ətraf mühitə mənfi təsiri olan fəaliyyətlər barədə düzgün qərarlar verməyə yardım edir. Qərarların qəbul edilməsindən sonrakı monitorinq və nəzarət barədə isə söz açmağa belə dəyməz.

Gürcüstanın hazırki ƏTQ üzrə qanunvericiliyi Məlumatların əldə edilməsi, Qərarların qəbul edilməsində iştirak və Ətraf mühitə dair məsələlərdə Ədalətin təmin edilməsi üzrə Orxus Konvensiyasının tələblərinə cavab vermir. Qanun həmçinin Aİ müvafiq göstərişlərinə ziddir. Bu göstərişlər ƏTQ-nin keçirilməsi vacib olan fəaliyyətlərin siyahısını müəyyən etmişdir.

Əsas narahatlıq doğuran sahələr bunlardır:

  1. ƏTQ qanunun tətbiqi – ƏTQ Ətraf Mühitə Təsirə İcazə üzrə Qanunun 4-cü maddəsində göstərilmiş özəl layihələr/fəaliyyətlər üçün tətbiq edilir. Bu qanun dövlət layihələrinə tətbiq edilmir, baxmayaraq ki, yuxarıda qeyd edilmiş fəaliyyətlərin əksəriyyəti prinsipcə yalnız dövlət tərəfindən həyata keçirilə bilər. Gürcüstanın İnvestisiyalara Dəstək üzrə Qanununun 6, 7 və 8-ci maddələri investisiya prosesində dövlət (yerli daxil olmaqla) əmlakının alınması məsələlərini tənzimləyir. Bu maddələr dövlət əmlakının özəlləşdirilməsi və auksionlar və birbaşa satınalmalar vasitəsilə əmlakın özəlləşdirilməsi təşəbbüsü üçün qanun olan xüsusi qanunvericiliklə nizamlanan məsələlər daxil olmaqla əmlakların satın alınması ilə əlaqəli inzibati proseslər üçün müəyyən əlavə müddəalar təyin edir. Bundan əlavə İnvestisiyalara Dövlət Dəstəyi üzrə Qanun hər kəsə ƏTQ həyata keçirmədən və gələcəkdə bu öhdəliklərini yerinə yetirəcəyi şərti ilə müvafiq icazəni almadan faəliyyətə başlamağa imkan verir.
  2. ƏTQ/Nəzərdən keçirilməsi labüd olan fəaliyyət növləri – qanunun 4-cü maddəsi ƏTQ keçirilməsi labüd olan fəaliyyətlərin geniş siyahısını təqdim edir; siyahıya mədən sənayesi, neft və qaz hasilatı, kənd təsərrüfatı və qida sənayeləri, meşə, kağız, dəri və tekstil sənayesi və eləcə də bir sıra infrastruktur layihələri kimi fəaliyyətləri/layihələri nəzərdə tutmur (belə fəaliyyətlərin bir çoxu təbii fəlakətlərə səbəb ola bilərlər). ƏTQ prosesinin keçirilməli olduğu layihələr səthi yoxlanılır və bu zaman Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyinin (bu orqan ƏTQ hesabatlarının nəzərdən keçirilməsi (dövlət ekologiya ekspertizası) və ətraf mühitə təsirə görə icazələrin verilməsi üçün məsuldur) və ətraf mühitə əhəmiyyətli təsiri olmayan kiçik və orta ölçülü layihələrin təşəbbüskaları üzərinə ağır yük düşür. ƏTQ keçirilməli fəaliyyətlərin siyahısı (qanunun 4-cü maddəsi) Şuranın 85/337/EEC göstərişinin Qoşma 1 və Orxus Konvensiyasının Qoşma 1 ilə uyğun gəlmir. Qanun həmçinin Şuranın  85/337/EEC göstərişində (Qoşma II göstərilmiş fəaliyyətlər) nəzərdə tutulan fəaliyyətlər üzrə açıq müddəaları özündə əks etdirmir.
  3. Nəzarət və Yoxlama  – qanunverilicikdə nəzarət və yoxlama mərhələləri nəzərdə tutulmayıb. Bu səbəbdən nazirliyin razılığını almaq üçün təqdim edilmiş ƏTQ hesabatları həddən artıq aşağı keyfiyyətdə olur.
  4. İctimai iştirakçılıq – Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyinə ətraf mühitə təsir üçün icazənin verilməsi üzrə qərarların qəbul edilməsində ictimai iştirakçılığı təmin etməyə səlahiyyət verilmir və ya bu Nazirlikdən tələb edilmir. Əvəzində layihə hazırlayanlar ilkin formada, yəni Nazirliyə təqdim edilməmişdən öncə, ictimai formada ƏTQ hesabatı barədə məlumat verməli və məsləhət almalıdırlar. Nazirlik icazələrin verilməsi üzrə qərarlarını ictimaiyyətə açıqlamağa borclu deyil.

Ümumən Gürcüstan qanunvericiliyində ƏTQ-nin əhəmiyyətini azaldan və ya onu təmamilə kənarda qoyan çoxlu sayda müddəalar mövcuddur.

İnvestisiyalara Dövlət Yardımı barədə Qanun ƏTQ və gələcəkdə icazənin alınacağı şərti ilə icazə olmadan fəaliyyətləri həyata keçirməyə imkan verir. Belə bir müddəanın olması absurd vəziyyətə aparıb çıxarır – investor həyata keçirilməkdə olan və artıq tamamlanmış faəliyyətlər üzrə ƏTQ hesabatını hazırlamalı və həmin hesabatda fəaliyyətlərin mümkün təsiri və eləcə də alternativ fəaliyyətlərin həyata keçirilməsini müzakirə etməlidir.

Təcrübə göstərir ki, bir çox hallarda layihə tərəfdarları ƏTQ prosesinin məqsədləri barədə düzgün təsəvvürə malik olmurlar; bu həmçinin layihələri həyata keçirən dövlət qurumlarına da aiddir. Onlar üçün ƏTQ formal, bürokratik prosedurdur, belə ki, fəaliyyətlərin həyata keçirilməsi və həyata keçirilmə yolları barədə qərarlar artıq əvvəlcədən verilir (ƏTQ prosesi başlamazdan öncə); ƏTQ belə hallarda məlumatlı qərar vermə üçün bir alət kimi istifadə edilmək əvəzinə yalnız formal xarakter daşıyır və ya layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaitləri ayıran BMİ-nı razı salmaq üçün həyata keçirilir.

 

Kvotaların və təbii resurs hasilatı qaydalarının müəyyən edilməsi

Yerin təkindəkilərin çixarılmasıni tənzimləyəm ətraf mühitə təsirlərinin qiymətləndirilməsi alətinin lisenziyaların tərkib hissəsindən çıxarılmasının çox mənfi təsiri olmuşdur. Belə ki, hazırda yerin təkindəkilərin hasilatı ətraf mühitə təsirlərin qiymətləndirilməsi prosedurunu keçmir və bunun üçün ətraf mühiti qoruyan qurumların razılığına ehtiyac yoxdur.

Təbii resurs hasilatı üçün kvotaların müəyyən edilməsi məsələsinə gəldikdə, burda vəziyyət daha qəlizdir. Yerin təkindəkilərin çixarılması üzrə kvotalar da çox təxmini müəyyən edilib və ekoloji tələblərə cavab vermir. Bundan əlavə, yerin təkindəkilərin istifadəsi üzrə lisenziya tələblərinin monitorinqi demək olar ki, aparılmır. Son illər monitorinq funksiyası Ətraf mühitin qorunması və təbii resurslar nazirliyindən alınıb; 2013-cü ildə Ətraf Mühitə Nəzarət Departamentinin yaradılmasına baxmayaraq, onun nəzarət imkanları çox məhduddur (o demək olar ki, çirklənməyə nəzarət edir; Gürcüstanda səsliliyin səviyyəsini ölçə biləcək qurum yoxdur; praktiki olaraq, hava, su və torpaq çirklənməsinin monitorinqi aparılmır və s.). Nazirlikdə belə bir təcrübə var idi ki, lisenziyalar yalnız bir nüsxədə hazırlanır və lisenziya alana verilir. Ətraf mühitin qorunması və təbii resurslar nazirliyində isə lisenziyaların surətləri saxlanılmır[7]. Lisenziya şərtlərinin icrası üzrə hesabat forması hələ də hazırlanmayıb.

 

Ətraf mühitlə bağlı qərar qəbul edilməsində ictimai iştirakçılıq

Ətraf mühitə təsirlərin qiymətləndiirilməsi sənədinin əsas məqsədi ictimaiyyətə məlumat verilməsi və ictimaiyyətin qərar qəbuletmə prosesində iştirakını təmin etməkdir. Lakin 2005-ci ildə təqdim edilmiş hazırki qanunvericiliyə görə, ictimai məlumatlanma və iştirak yalnız Ətraf mühitə təsirlərin qiymətləndiirilməsi sənədinin layihəsinin hazırlandığı vaxt mümkündür. (yəni qərar qəbul etmənin inzibati proseduru başlayana qədər). Və dövlətin bu öhdəliyi təmamilə layihə tərəfdaşına həvalə edilib. Sonuncu planlaşdırılmış fəaliyyətlər barədə yazılı məlumat verməyə və mühitə təsirlərin qiymətləndiirilməsi sənədinin layihəsi üzrə ictimai məsləhətləşmə təşkil etməyə borcludur. Bu ictimai məsləhətləşmə layihənin həyata keçirilməsi planlaşdırılan ərazi üzrə yerli özünüidarə qurumunun inzibatı mərkəzində keçirilməlidir.

Kompitent qurum (Ətraf Mühitin Qorunması və Təbii Resurslar Nazirliyi) ətraf mühitə təsirə icazə verilməsi üzrə qərar qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının təmin edilməsi üzrə nə məsiliyyət daşıyır, nə də belə bir öhdəliyi var. Nazirliyin icazə verilməsi üzrə qərarlar barədə ictimaiyyəti məlumatlandırmaq öhdəliyi də yoxdur. Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi üzrə Hollandiya Kommissiyasının 2006-cı ildə verdiyi məşvərət hesabatında qeyd edildiyi kimi, layihəni hazırlayan tərəfin ictimai dinləmə keçirdiyi, ictimaiyyət tərəfindən verilən təkliflərin nəzərə alındığı, eyni zamanda verilən təkliflər üzrə hansı fəaliyyətin həyata keçirildiyi ilə bağlı ictimaiyyətə məlumat verildiyi başqa bir ölkə yoxdur.  Hollandiya Komissiyası vurğulayırdı ki, adətən sadalananlar kompitent dövlət qurumlarının məsuliyyətində olduğu məsələlərdir.

Beləliklə də, qərar qəbul etmə prosesində ictimaiyyətin iştirak səviyyəsi çox aşağıdır və bunun bir sıra səbəbləri var: birinci və ən əsası ictimaiyyətin məlumat əldə etməsi və qərar qəbul etmə prosesində iştirakı üçün formal prosedurların olmamasıdır. İctimaiyyətin ətraf mühitlə bağlı məsələlər, o cümlədən müxtəlif fəaliyyətlərlərin nəticəsi olaraq səhiyyə və sosial risklərlə bağlı bilik səviyyəsi də hədsiz aşağıdır. Planlaşdırılan layihələrin təsirlərinə məruz qalan əhali bir qayda olaraq, öz fikirlərinin bildirilməsi kimi imkanın olmasından xəbərsizdir (xüsusən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədinin layihəsinin hazırlanması mərhələsində). İlkin olaraq buna səbəb ictimaiyyətin məlumatlandırılması üçün qeyri-relevant (uyğun olmayan) hüquqi tələblərin olmasıdır.

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosesinin formal prosedur olmasının sübut edən çox faktorlar var. Bunların biri də qərar qəbul etmə prosesindən sonrakı nəzarət və icazə şərtləri və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hesabatı üzrə öhdəliklərin monitorinqidir. Bu məsələlər Gürcüstan qanunvericiliyi ilə aydın tənzimlənmir və praktiki həyata keçirilmir. Buna görə, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə hesabat və ətraf mühit orqanlarının verdiyi icazə sənədi sadəcə kağız parçalarıdır.

Təəccüblü deyil ki, belə şərtlərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sistemi öz funksiyasını – təhlükəsiz və sağlam ətraf mühitin saxlanması, təbii resurslardam dayanıqlı istifadənin təşfiqi və qazancların və itkilərin ədalətli bölgüsü funksiyalarını - icra edə bilmir. Beləliklə də, mövcud Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sisteminin təcili qanunvericilik, institusional və kadr dəyişikliyinə ehtiyacı var.

 

Gürcüstanda hasilat sənayesinin özəlləşdirilməsi.

Ümumən, BVF və Dünya Bankının son iki onillik üçün korrupsiya ilə mübarizə və inkişaf planı üçün geniş yayılmış “resepti” dövlət şirkətlərinin və hasilat hüququnun özəl sektora satılmasıdır. Bu, həmçinin dövlətin iqtisadiyyatda iştirak payını azaltmağa yönəlik siyasi planlarla ahəngdarlıq təşkil edir.

Praktikada isə iri həcmli özəlləşdirmə tarixi uğursuzluğa düçar olmuşdur. Bir çox hallarda aktivlərin çoxu multimilli neft şirkətləri və/ ya oliqarxların əlində cəmlənmişdir. Bu, keçmiş sovet ölkələrində daha qabarıq görsənir. Belə ki, sənayenin aktiv satışı yeni oliqarxların meydana gəlməsinə səbəb olmuşdur və beləliklə, dövlət dəyər qazanmağa müvəffəq olmamışdır[8].

Eyni vəziyyət Gürcüstan üçün də doğru idi. Madneuli yatağında qızıl və Çiaturada manqan hasilatı göstərdi ki, özəlləşmə nə korrupsiya problemini həll edir, nə də ekoloji və sosial dayanıqlığı artırır. Korporativ məsuliyyət isə yalnız yaxşı qurulmuş və güclü idarəetmə zamanı işləyir.

 

Madneuli hadisəsi

Madneuli qızıl-mis-barit kompleks yatağı, Tbilisidən 80 km cənubi-şərqdə, Bolnisi regionunda yerləşir. Bu yataqda kəşfiyyat işləri ötən əsrin 40-cı illərində başlamışdır. 1956-cı ildə yataq təsdiq edilmiş və 1959-cu ildə Gürcüstanın ən böyük əlvan metal zavodu olan Madneulinin tikintisinə başlanılmışdır. Kompleksin tikintisi ilə əlaqədar məskunlaşmamış Kazreti şəhərciyində böyük sənaye qəsəbəsi salınmışdır. 1975-ci ildə işə salınmış müəssisə kvarsit və mis, barit, qızıl və gümüşdən ibarət yataqların hasilatına, onların ilkin emalı, zənginləşdirilməsi və alınmış məhsulların satışına başlamışdır. 1990-cı ildə barit hasilatı dayandırılmışdır. 1994-cü ildə qızııl tutumlu kvarsit filiz ehtiyatından kumulativ ayırma üsulu ilə qızıl və gümüşün alınması məqsədilə Kvarsit Ltd təsis edilmişdir. 1996-cı ildə Madneuli ASC-də karyerin bir hissəsinin toplanması, emalı və tökmə-turşu üsulu ilə ondan misin alınması məqsədilə Ekologiya Ltd müəssisəsi fəaliyyətə başlamışdır.

 

Madneulinin çağdaş tarixində korrupsiya və oliqarxlar

Madneuli Şirkəti dövlət büdcəsinə məxsus vəsaitlərin mənimsənilməsinə görə pis reputasiyaya malik olmuşdur. 2004-cü ildə şirkətin eks-prezidenti İsveçrədə həbs edilmiş və ona qarşı şirkətin vəsaitlərinin qanunsuz mənimsənilməsi ittihami irəli sürülmüşdür[9].

2005-ci ildə Madneuli ASC və Kvarsit Ltd Rusiyanın “Promişlenniy İnvestor” şirkətinin törəmə şirkəti olan və Britaniyaın Virgin adalarında qeydə alınmış “Stanton Equites Corporation” şirkəti tərəfindən özəlləşdirilmişdir. Bu özəlləşmə prosesində çoxsaylı qanun pozuntuları, o cümlədən İqtisadiyyat Nazirliyinin qərar qəbuletmə prosesində tender meyarlarının dəyişməsi ilə müşayət olunmuşdur.

Əslən Abxaziyadan olan Koba Naqopia 1993-cü ildə Gürcüstandan Moskvaya köçmüşdür. 2000-ci ildə o, Rusiyanın Promişlenniy İnvestor Şirkətinin vitse-prezidenti olan Sergey Generalovun biznes tərəfdaşına çevrilmişdir. 2004-cü ildə o, Gürcüstanın İqtisadi Əlaqələr Naziri Kaxa Bendukidzenin dəvəti ilə Gürcüstana qayıtmış və[10] Madneuli ASC-nin direktoru olmuşdur. Şirkət həmin vaxt 100% dövlət şirkəti idi[11]. Cənab Naqopianın rolu Madneulinin ətraf mühitə vurduğu problemləri və özəlləşmə üçün borclarını məşhurlaşdırmaq idi. 2005-ci ilin may ayında Gürcüstanın İqtisadiyyat Nazirliyi Madneuli ASC-nin 97,25% və Kvarsiti ASC-ın 50% səhmlərinin alınması üçün potensial alıcıların cəlbi üçün müsabiqə elan etmişdir. Sonda müsabiqədə 2 şirkət qalmışdır - Stanton Equities Corporation, və  Enerji və Sənayə Kompleksi. 2005-ci ilin noyabrından keçirilən tenderdə Promişlenniy İnvestor şirkətinin törəmə şirkəti olan Stanton Equities Corporation qalib gəlmişdir. Şirkət Sergey Generalov tərəfindən idarə olunurdu.

Belə məlum olmuşdur ki, Koba Naqopia özü Madneuli ASC və Kvarsit şirkətini özəlləşdirməyi Sergey Generalova təklif etmişdir. Stanton Equities Corporation şirkəti Gürcüstanda Geopromayning şirkəti kimi fəaliyyətə başlayır. Onun istefasından sonra, 2005-ci ilin noyabrında əvvəl Madneuli, sonra da Kvarsiti üzrə Geopromayninq şirkəti ilə müqavilə bağlanmış İqtisadiyyat naziri İrakli Çoqovadze Geopromayning şirkətinin İdarə Heyətinin üzvü olur.

Cənab Koba Naqopia 2004-2008-ci illərdə Madneuli və Kvarsiti bizneslərinin meneceri, 2008-ci ildə bəri isə 8-ci çağırışda parlament üzvü və Milli Hərəkat Partiyasının üzvü olmuşdur. 2012-ci ilin iyununda GeoPromayninq öz səhmlərini Rusiyanın Kapital Qrup-a 120 milyon dollara satmışdır. Madneuli ASC indi Riç Metal Koper, Kvarsiti JSC isə Riç Metal Qold adlanır. 2012-ci ildə Naqopianın Liberali jurnalına verdiyi müsahibədə o, hazırda da bu şirkətlərin menecmenti ilə “tərəfdaş”olduğunu qeyd etmiş və öz səhm payının idarə etməsi üçün oğluna həvalə etdiyini söyləmişdir[12]. Naqopiann rəsmi gəlir bəyannaməsinə görə o, bu şirkətlərin heç birində paya malik deyil və yenə həmin bəyannaməyə görə onun oğlu Nikoloz Naqopia 2009-2012-ci illərdə Kvarsiti-də konsultant işləmiş və həmin vaxt ərzində 11 milyon Lari qazanmışdır[13].

Qyed edilməlidir ki, 2012-ci ildə hakimiyyət dəyişikliklərindən 2 ay sonra Maliyyə Nazirliyi RMG Koper   (əvvəlki Madneuli) və RMG Kravsiti (əvvəlki Kvarsiti) maliyyə səndlərini araşdırmağa başlamışdır. Maliyyə naziri Nodar Xaduri qeud etmişdir ki, hər iki bizneslə bağlı vergi məsələləri də daxil olmaqla sual doğuran məqamlar var: “Əlimizdə dəqiq məlumat var, təkrar yoxlama aparırıq”[14] – Nazir demişdir. O, həmçinin qeyd etmişdir ki, hər iki hadisə üzrə və vergi yoxlamalarının nəticələri təhqiqat departamenti tərəfindən ictimaiyyətə açıqlanacaq. 2002-2012-ci illər ərzində Madneuli ASC və Kvarsiti ASC dövlət büdcəsinə 271,334,782.18 Lari, sosial Layihələrə layihələrə isə 14 milyon lari ayırmışdır.

2013-cü ildə bizneslərin menecmenti hakimiyyətin rəğbətini qazanmışdır. Baş nazir Bidzina İvanişvili özü RGM Koper və RMG Qold şirkətlərinin normal fəaliyyətini aparması üçün baryerlərin aradan qaldırılmasında maraqlı olmuş və problemləri həll etmişdir. Problem isə mədəni irs sayılan milli abidənin – Sakdrisi-Kaçagiani qədim qızıl yataqının mövcudluğu idi. Baş nazirin birbaşa təzyiqindən sonra abidədən daşınmaz abidə statusu alınmış, nəticədə arxeoloji abidə qorunma zonası ləöv olunmuş və beləliklə də, RMG üçün qorunan zonada mineral ehtiyatların hasilatı problemi öz həllini tapmışdır.

 

Dünyanın ən qədim qızıl yatağı

Sakdrisi ərazisi dünyanın qızıl hasilatı sənayesinin ən qədim abidəsi, 1994-cü ildə 20 illik lisenziya ilə mineralların kəşfiyyatı və hasilatı üçün TransGeorgian Resurs Ltd-yə verilmiş əraziyə düşmüşdür. Hazırda RMG Qold (əvvəlki Kvarsititi) lizensiya sahibidir. Qeyd edilməlidir ki, mineral hasilatı üçün aparılmış fəaliyyətlər həmin abidənin kəşv olunmasına töhfə vermişdir. Gürcüstanın “Mineral ehtiyatlar” haqda qanununa müvafiq olaraq, şirkət bu barədə aidiyyatı quruma xəbər vermiş və orada çalışan arxeoloji ekspedisiyaya maliyyə yardım göstərmişdir. Gürcüstan Milli Muzeyinin Arxeologiya Mərkəzi alman həmkarları ilə birgə Bolnisi regionunun Sakdrisi və Baliçi-Jivvebi qəsəbələrində dünyanın ən qədim qızıl istehsalı mərkəzində araşdırmaya başlamışdır.

Arxeoloji qazıntılar zamanı təqribən 1000 ədəd daş çəkiclərlər və başqa alətlərlə tapılmış qızıl yataqları Sakdrisidə qızılın əl ilə hasil edilməsini sübut etmişdir[15].

Bütün dünyadan olan arxeoloqlar və alimlərin keçirdiyi kampaniyalar, ətraf mühit qoruyucuları və sadə insanların Sakdrisi yatağına Mədəni Abidə statusunun qaytarılması tələbi Gürcüstan hökümət tərəfindən addımlar atılması ilə nəticələndi; o cümlədən Sakdrisi yatağının dəyərinə müstəqil rəy vermək üçün beynəlxalq ekspert komissiyası yaradılması razılaşdırıldı. Amma bununla belə, RMG Qold qanunu pozaraq, eyni zamanda lazimi icazəsi olmadan Sakdrisi ərazisində hasilat işlərinə başladı[16].

 

Ekoloji və sosial problemlər

2008-ci ildə şirkət ətraf mühitlə bağlı auditin və ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinə problemlərin aradan qaldırılması planını daxil etməməsinə baxmayaraq, şirkət ətraf Mühitlə bağlı qurumdan işləmə icazəsi almışdır. Qeyd olunan sənədlər Gürcüstanın Ətraf Mühitə Təsirlə bağlı İcazə haqda qanununa (bənd 22) əsasən zəruridir. Bundan başqa, 2008-ci ildə nazirliyə təqdim olunmuş Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatı demək olar ki, 1999-cu il hesabatının eyni idi.  Buradan belə çıxırdı ki, mühitə təsirlərlə bağlı rəy yazmış ekspertlər üçün Madneuli və Kvarsitinin işinin davam etməsi Gürcüstanın ətraf mühiti və insanlarış sağlamlığına vurulan ziyandan daha önəmli idi. Ətraf Mühitə Təsir İcazəsi Nazirliyinin şirkətin sənaye fəaliyyəti nəticəsində baş verən çirklənmənin qarşısını alması üçün yeganə alətidir. Təqdim olunan sənədin Orxus Konvensiyasına uyğun olmaması səbəbindən Vətəndaş Cəmiyyəti təşkilatları hesab edirdilər ki, şirkətin artıq yaratdığı problemləri nəzərə alaraq, bu icazə şirkətə verilməməlidir[17].

2012-ci ilin mart ayında Gürcüstan Parlamentinin qəbul etdiyi qanuna əsasən, ətraf mühitə ziyan vurmuş və təbii ehtiyatlardan istifadə nəticəsində pozuntuya yol vermiş hər hansı şirkət Enerji və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, müqavilə imzalayıb və dövlətə kompensasiya odəmək vasitəsi ilə hüquqi sanksiyalardan yayına bilər. Sanksiyanın məbləği isə Nazirlik və Şirkət arasındakı danışıqlardan asılı olaraq müəyyən edilir[18]. Müqavilənin imzalanması ilə müqavilə müddəti ərzində şirkət tərəfindən həyata keçirilən bütün fəaliyyətlər (hətta mövcud qanunvericiliklə ziddiyət təşkil edirsə belə) qanuni hesab edilir. İstənilən belə müqavilə Baş Nazir tərəfindən imzalanmalı, Ətraf Mühit Nazirliyi isə təmamilə prosesdən kənarda qalmışdı. Ümumən, 3 belə müqavilə imzalanmışdır və böyük şübhələr var ki, bu qanun Madneuli və Kvarsiti biznes maraqları üçün “biçilmişdir”.

Yeni təqdim olunmuş dəyişiklik və Madneuli ASC və Kvarsiti ASC tərəfindən Enerji və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş iki cümləlik ərizəyə əsasən cəmi 10 günün içində Nazirlik və şirkətlər arasında imzalanmaq üçün müqavilə hazırlanmışdır. Müqaviləyə əsasən, Gürcüstan höküməti 1994-cü ilin aprel ayından 2012-ci ilin mayın 14-ə qədər şirkətlər tərəfindən aparılmış bütün fəaliyyətləri qanuni hesab edirdi. Əvəzində isə, şirkətlər qarşılıqlı razılaşdırlımış sxemə əsasən, 2014-cü ilin mart ayına qədər dövlət büdcəsinə 13 milyon lari kompensasiya ödəməli idi.

2013-cü ilin aprelində qanuna edilmiş bu dəyişiklik Gürcüstan Konstitusiyasının 37-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya ziddiyətli qəbul edilmişdir. Maraqlıdır ki, məhkəmə prosesində təqsirləndirilən tərəf kimi çıxış edən parlament nümayəndəsi özü ittiham irəli sürən tərəfin mövqeyi ilə tam razılaşmışdır. Təqsirləndirilən tərəf qeyd etmişdir ki, ziddiyətli şərtlərlə bağlanmış müqavilə fərdlərə “güzəştlər” deməkdir və beləliklə, qeyri-qanuni hərəkətlərə, təbii sərvətlərdən qanunsuz istifadəyə və ətraf mühitə təsirlərə yol açır. Bu, Konstitusiyanın 37-ci maddəsi ilə təmin olunan zərərsiz və sağlam mühitdə yaşamaq kimi əsas insan haqqının pozulması deməkdir. Lakin qanunvericiliyə edilmiş bu dəyişiklik ləğv edilməsinə, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Ətraf Mühit Naziliryinə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, Madneuli ilə olan müqavilə ləğv edilmədi.  

Madneulinin ətraf mühitə etdiyi təsir də çox böyükdür. Hazırda yataq açıqdır və karyerdən filiz çıxarılır. Karyerdən kükürd turşusu ilə zəngin su birbaşa çaya axıdılır.  Filizin zənginləşdirilməsi və emalı müəssisəsindən çirkab suları axan sulara əlavə edilir, əvvəl Kazretula, sonra isə Maşavera çaylarına axıdılır[19]; Nəticədə, bu sular Maşavera irriqasiya sistemi vasitəsi ilə torpağa hopur. Əlavə olaraq, müəssisənin tullantıları xırdalama qurğularından keçərək Kazretula çayına tökülür. Həmin baklardan gələn su və müəssisənin tullantı suları ətraf mühit üçün potensial təhlükə mənbəyidir, belə ki, həmin sularda ağır metalların tərkibində olan kükürd turşusu çoxdur. Nəticədə isə, həm su sistemləri, həm də torpaq çirklənir. Eyni zamanda, çay sistemi həmin ərazidə əsas çirkləndirmə mənbəyinə çevrilir[20][21].

Çaylarla yanaşı, çirklənmə küləklərlə də yayılır: karyerdəki partlayış nəticəsində yaranan toz küləklər vasitəsi ilə kilomertlərlə yayılır. Nəticədə də, torpaqlarda və çay çöküntülərində zərərli maddələr yığılır.

Tədqiqatlar göstərmişdir ki, həmin ərazidə torpaqda mis, sink, kadmiy və magneziul səviyyəsi Almaniyada icazə verilən həddən çoxdur. Bunun kən təsərrüfatına mənfi təsiri isə xüsusən çoxdur – belə ki, üzümlükləedə və meyvə bağlarında suvarılma üçün Kazretula çayının suyundan istifadə edilir.[22]

Əlavə olaraq, RMG Qold və RMG Koper-də əmək qiqiyenası, təhlükəsizlik və işçilərin hüquqları ilə də bağlı problemli məsələlər var. 2014-cü ilin yanvar və fevral aylarında bu məsələlər daha da qəlizləşmişdir. Qlobal Sənaye Birliyi Baş Katibliyinin məlumatına əsasən, bu şirkətlər mütəmadi olaraq işçilərinin hüquqlarını pozur və 2013-cü ilin noyabrında imzalanmış müqavilə şərtləri və maaş, daha yaxşı iş şəraii və tibbi sığorta ilə bağlı verilmiş vədlərə əməl etmir. Qarşılıqlı hörmətə əsaslanan danışıqlar əvəzinə hər iki şirkətdə islahatlar aparıldığı elan edilmiş, 140 işçi, o cümlədən danışıqlarda iştirak etmiş 15 həmkarlar üzvü işdən çıxarılmışdır[23].

 

Nəticələr və tövsiyələr

Əgər Gürcüstanın təbii ehtiyatlarını – neft, qaz, manqan, mis, qızıl və mineral suları- hasil edən əsas sənaye sahərini bir yerə toplasaq, onların Gürcüstan iqtisadiyyatı və dövlət büdcəsində əhəmiyyətli paya malik olduğunu görərik. Gələcəkdə artım və bu sektorla bağlı başqa gəlirlər də nəzərə alınmalıdır.

  • EİTİ (MHŞT) və digər beynəlxalq təşkilatların verdiyi tövsiyələr, o cümlədən hər bir şirkət üzrə gəlirlər barədə məlumatın açıqlanması üçün Gürcüstan qanunvericiliyinə dəyişikliklərin edilməsi
  • Bəzi şirkətlər hökümətə etdikləri ödənişlər barədə məlumat açıqlayır və bunu adi mətbu vasitələri vasitəsilə çatdırırlar, başqaları isə mətbuatda daha gec-gec peyda olurlar. Şəffaflığı və gəlirlərlə bağlı məlumata çıxışı təmin edən dövlət qurumları məlumatın yığılması, təhlili, bu prosesə nəzarət və  məlumat əlçatan  formada açıqlanması ilə əlaqəli texniki çətinliklərlə üzləşirlər. 
  • Sosial və ıtraf mühitlə bağlı məsuliyyətin artılması üçün hasilat sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər, onların əlaqə məlumatı, sahibkarların siyahısının açıqlanması
  • Gürcüstanın EİTİ-a qoşulması ölkəyə adekvat hesabatlılıq üçün gərəkli çərçivəsi verərdi.
  • Hasilat lisenziyası verilməzdən əvvəl ətraf mühitlə bağlı icazənin alınması tələbi təmin edilməlidir və bu icazə verilənə qədər şirkət fəaliyyətə başlamamalıdır. Bu, hasilat icarəsi verilənə qədər ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi ilə nəticələnə bilər.
  • Hökümət yerin təkindəki ehtiyatların kəşfiyyatı, istifadəsi və saxlanılması prosesinin ətraf və mühit və sosial dayanıqlılıq prinsipləri ilə idarə olunması üçün çərçivə işlənməsinə başlamalıdır. Bu işdə hasilat təsirlərinin azadılması və ətraf mühitin effektiv və səmərəli müdafiəsi, torpaqdan optimal istifadə və onun bərpasına hədəflənən ən yaxşı təcrübələrə əsaslanmaq lazımdır.
  •  Hasilat sənayesi nəticəsində hökümət və icmalara çatan vəsait insanlar və ətraf mühitlə bağlı məsuliyyət daşıyan müəssisələr üçün başqa gəlir gətirən mənbələrə çevrilməlidir.
  • Hasilatla bağlı bütün fəaliyyətlər iqtisadi və ətraf mühit məsələlərinə, o cümlədən sağlamlıq, təhlükəsizlik, sosial və mədəni məsələlərə lazimi və bərabər vurğu olmaqla həyata keçirilməlidir.
  •  

4. Qırğızstanda təbii ehtiyatların hasilatı – Şəffaflıq, hesabatlılıq və insan haqlarının müsafiəsi ilə bağlı problemlər

Tolekan Ismayılova

"Bir Duino-Kyrgyzstan" İnsan Haqları Hərəkatı

2004-cü ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan Qırğızstan başqa dövlətlər kimi beynəlxalq qurumların, ən əsası isə öz vətəndaşları qarşısında qanunverici və hüquq-mühafizə praktikasının tətbiqi ilə MHŞT-nin yüksək standartlarını həyata keçirməyi öhdəsinə götürmüşdür.

30 iyun 2004-cü il tarixində Qırğızstan Respublikası höküməti, Dünya Bankı və DFİD təşkilatçılığı ilə MHŞT prinsiplətinin reallaşması ilə bağlı təşkil olunmuş konfransda Qırğıstan rəsmi olaraq təşəbbüsə qoşulduğunu elan etmişdir.

Vətəndaşların və ölkə rəhbərliyinin büdcəyə daxilolma forması və ayrı-ayrı hasilat şirkətləri üzrə gəlirləri izləmək üçün ödənişlərin şəffaflığı üzrə hazırda Qırğızstanda önəmli addımlar atılıb.

Qeyd etmək lazımdır ki, Qırğızstanda MHŞT-nin həyata keçirildiyi vaxt ərzində respublikanın mədən hasilatı sektorunda şirkətlərin maliyyə axınları üzrə məlumatların açıqlanması ilə bağlı dəfələrlə müxtəlif sənədlər təkmilləşdirilmişdir.

MHŞT təşəbbüsünün həyata keçirilməsi prosesinə nəzarət edən və hökümət orqanları, hasilat şirkətləri və ictimai təşkilatların təmsilçilərindən ibarət Nəzarət Şurası və MHŞT Katibliyi fəaliyyət göstərir.

Hasilat şirkətləri üçün MHŞT çərçivəsində hesabatlılıq indikatorları, hasilat şirkətlərinin maliyyə axınları üzrə şirkətlər və dövlət orqanları üçün illik hesabat formaları və maliyyə axınları üzrə hesabat formalarının hazırlanması və təqdim olunması üzrə təlimat təsdiq edilmişdir. Bütün bu sənədlər Qırğısztan Hökümətinin 8 dekabr 2010-cu il tarixli 317 saylı “Qırğızstan Respublikasında Mədən Sənayesində Şəffaflıq Təşəbüsünün həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi” haqda qərarı ilə təsdiq edilmişdir.

MHŞT təşəbbüsünün tətbiqi dövrü ərzində hasilat şirkətlərinin gəlirlərinin yoxlanılması aparılmış, 2004-2011-ci maliyyə illəri üzrə MHŞT təşəbbüsləri hazırlanmış və dərc edilmişdir. Hazırda MHŞT çərçivəsində 2012-ci il üzrə yekun hesabatın dərc olunması üçün hasilat şirkətlərinin gəlirlərinin yoxlanılması proseduru işlənir.

Validasiya (dəyərləndirmə) nəticələrinə görə, 2011-ci ilin mart ayında Parisdə keçirilən MHŞT üzrə 5-ci Beynəlxalq Konfransda Qırğızstan tam hüquqlu üzv ölkə statusu almışdır. Konfrans zamanı Qırğızstan həmçinin “Qəliz şəraitdə MHŞT təşəbbüsünün həyata keçirilməsində böyük nailiyyətlərə görə”, MHŞT sədri tərəfindən xüsusi mükafata layiq görülmüşdür. Mükafat Qırğızstanın prezidenti Roza Atunbayevaya təqdim edilmişdir.

Qırğızstanın ictimai həyatında korrupsiya ilə mübarizə üzrə geniş islahatlar kontekstində MHŞT vacib addım oldu. Bu, ölkəni xarici investorlar üçün daha cəlbedici etdi.

Mədən sənayesindən daxilmolmalar Qırğısztan Respublikası üçün etibarlı gəlir mənbəyidir. Ölkə təbii resurslardan istifadədən gəlirlərin uyğun uçotunun təmin edilməsi ideyasını dəstəkləyir. Bu, təbii ki, dayanıqlı iqtisadi artıma şərait yaradır. Hər il MHŞT çərçivəsində hesabat verən hasilat şirkətlərinin sayı artır.

Hasilat sənayesinin idarəedilməsi və hesabatlılığının təkmilləşdirilməsinin və Qırğızstan Respublikasının MHŞT çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsinin önəmliliyi nəzərə alaraq, adı gedən təşəbbüs 2013-2017-ci illər üçün Qırğızstan Respublikasının davamlı inkişaf üzrə Milli Strategiyasına daxil edilmişdir.

2013-cü ilin martında Qırğızstan Respublikası Höküməti yanında geologiya və təbii resurlar agentliyi (bundan sonra Qosgeologiya) və Qırğızstan respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra Minekonomika) əvvəllər formalaşdırılmış və Nəzarət Şurası üzvləri tərəfindən birmənalı təsdiq edilmiş Qırğızstan Respublikasının “Yerin təkindəkilər” haqda qanuna dəyişikliklər və əlavələrin edilməsi təklifləri təqdim edilmişdir.

Qeyd etmək vacibdir ki, bu dəyişikliklər Yeni MHŞT Standartının qəbulundan əvvəl təklif edilmişdir.

Qeyd üçün: 2013-cü ilin may ayında Sidney şəhərində keçirilən MHŞT üzrə 6-cı Beynəlxalq Konfransda Yeni MHŞT Standartı qəbul edilmişdir. Standart 21 avqust 2013-cü ildə qüvvəyə minmişdir.

Bu təkliflərin əsasında Qırğızstan Höküməti tərəfindən ən mümkün təkmil sənəd – 30 iyul 2013-cü il tarixli 432 saylı “Qırğızstan Respublikasının “Yerin Təkindəkilər” haqda qanununa əlavə və dəyişikliklrin edilməsi ilə bağlı Qırğızstan Respublikasının qanun layihəsi qəbul edilmişdir.

Bununla bağlı nəzərinizə çatdırmaq istərdik ki, hökümətin yuxarıda adıçəkilmiş 432 saylı qərarında bütün əvvəl qeyd edilmiş təkliflər qəbul edilmişdir:

- Yerin təkindəkilərdən istifadə edənlər tərəfindən bütün ödəniş və vergilər haqda hesabatların icbarı açıqlanması;

- yerin təkindəkilərdən istifadə edən şirkətlərin hesabatları ilə dövlət orqanlarının MHŞT üzrə hesabatlarının müstəqil şirkət tərəfindən yoxlanılması;

- Yoxlama nəticələrinin ayrı-ayrı göstəricilər üzrə (fərdi qaydada) icbari dərc edilməsi.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin may ayında Yeni MHŞT Standartının qəbul edilməsindən sonra bu şərtlər MHŞT təşəbbüsünə qoşulmuş bütün ölkələr üçün məcburi olub.

Bunlarla yanaşı, hazırda MHŞT prosesinin ölkəmizdə gələcək zəruri dərinləşməsi prosesinin qarşısını alan vəziyyətin yaranması ilə bağlı, diqqətə aşağıdakı şəraiti çatdırmaq istərdik.

2013-cü ilin oktyabr ayında Qırğızstanın İqtisadiyyat Nazirliyinin əmri ilə “Yerin təkindəkilər” haqda qanuna dəyişikliklər və əlavələrin hazırlanması ilə bağlı növbəti qurumlararası işçi qrup yaradılmışdır.

Bununla bağlı Müşahidə Şurası tərəfindən təsdiq edilmiş və Sidneydə, 6-cı MHŞT Konfransında qəbul edilmiş Yeni Standartları nəzərə alan təkliflər vaxtında İqtisadiyyat Nazirliyinə və Qosgeologiya idarəsinə daxil olmuşdur.

Əvvəl qeyd etdiyimiz kimi, Qırğızstanın İqtisadiyyat Nazirliyinin “Yerin təkindəkilər” haqda qanuna dəyişikliklər və əlavələrlə bağlı 30 iyul 2013-cü il tarixli 432 saylı əmrində qeyd olunurdu ki, yerin təkinin istifadəçiləri hər il bütün vergi və ödənişlərlə bağlı hesabat verməlidirlər.

Lakin sonradan hasilat sənayesi ayrı-ayrı “xeyirxahları”  ağlasığmaz dəyişikliklər etdilər.

Biz fikir verdik ki, yuxarıda adı çəkilən qurumlararası işçi qrup tərəfindən hazırlanmış “Yerin təkindəkilər” haqda qanun layihəsinin 35-ci maddəsinin 5-ci  bəndinə - yerin təkindəkilərin istifadəçilərin hesabat verməsi haqda “naməlum yolla” dəyişiklik edilmmişdir.

Qurumlararası işçi qrupun ayrı-ayrı üzvləri də 30 iyul 2013-cü il tarixli 432 saylı qərara edilmiş bu dəyişikliyi ya nəzərə almamış, ya da ümumiyətlə yığışdırmışlar:

«Yerin təki istifadəçilərinin MHŞT hesabatları və dövlət orqanlarının hesabatlarının müstəqil  audit yoxlmasının predmetidir. Yerin təki istifadəçilərinin fəaliyyətinin maliyyə şəffaflığını təmin etmək məqsədi ilə yoxlama nəticələri fərdi qaydada dərc olunur».

Əminliklə demək olar ki, təkliflərin 95%-i, ən vacib məqamlar ixtisar olunmuşdur(!!!).

Qalan çox cüzi hissədir, onu da gözdən pərdə asmaq üçün saxlayıblar. Bunu da bacarıqsız şəkildə “yerin təki istifadəçiləri hesabatları verə bilərlər” cümləsi ilə formalaşdırıblar.

“Yerin Təki” haqda yeni qanun layihəsindən MHŞT ilə bağlı “nəyin oğurlandığı” tez nəzərə çarpır.

Bunu əminliklə bu geriyə atılmış bir neçə addım kimi dəyərləndirmək olar. Təbii ki, əgər bu, bilərəkdən edilmiş məqsədli sabotaj deyilsə. Bütün bu vacib təkliflər ölkədə MHŞT-nin həyata keçirilmə prosesi zamanı meydana çıxmışdı.

Bir gün əvvəl, 2013-cü il iyul ayında ölkə rəhbərliyi adıçəkilən qanunla bağlı bütün təklifləri öz qərarı ilə təsdiq etmişdir.

Cəmi bir müddət əvvəl, 2013-cü ilin əvvəlində MHŞT-nin 2013-2017-ci illər üçün Qırğızstan Respublikasının Dayanıqlı İnkişafı üzrə milli Strategiyasına daxil edilməsini bu qanun layihəsini hazırlayanlar görünür, “təsadüfən” yaddan çıxarmış, yaxud da kiminsə korporativ maraqlarını ictimai-dövlət maraqlarından üstün tutmuşlar.

Hazırda ölkə parlamentində “Yerin Təki” haqda qanun layihəsinin müzakirəsinin getdiyi vaxtda parlament qarşısında seçim durur: Ya yerin təkindəkilərin hasilatından gələn gəlirlərin izlənilməsi ilə bağlı vətəndaşların istəklərinin nəzərə almaq, yaxud da bu sirləri naməlum və özünü doğrultmayan məqsədlər üçün gizlətmək istəyənlərin istəyinə uymaq. Məlumat verilməsi üzrə belə bir ifadə nə deməkdir – “məlumat vermək hüququ var»?

Biz təmamilə əminik ki, hasilat şirkətləri həm dövlət, həm də yerli büdcələrə ödəmələri və vergilər barədə məumatları açıqlamalıdırlar. Şirkətlər başa düşməlidirlər ki, bütün dünyada cəmiyyətin narazılığına və əsaslı etirazlara səbəb olan lazımsız gizlilikdən artıq imtina edilib. Əksinə, tələblər artır.

Yeni MHŞT Standartı hasilat sənayesi sazişləri və lisenziyaların şəffaflığı, şirkətlərin benefisiarları haqda məlumatların açıqlanmasını tələb edir. Ölkənin Qosgeologiya idarəsi və Müdafiə İttifaqı birgə işçi qrupu tərəfindən təhqiq edilmiş və açıqlanmış 14 korrupsiya sxemi məhz həmin gizlilik və korporativ sözləşmə şəraitində işləmişdir. Eyni tendensiya hər yolla “Yerin Təki” haqqında Qırğızstan Respublikasının qanununa mütərəqqi dəyişikliklərin edilməsinin qarşısının alınması prosesində də müşahidə olunur. Bütün məsuliyyəti ilə bəyan edirik ki, bu, təmamilə yolverilməz və qeyri-məhsuldar yanaşmadır.

Vətəndaşlar və hökümətin ölkəmizin iqtisadiyyatı üçün bu strateji əhəmiyyətli sahəyə nəzarət etməsi üçün qanun şirkətləri məlumat açıqlamağa məcbur etməlidir.

Yeni Standartlara keçid prosedurlarına əsasən Qırğızstan üçün növbəti dəyərləndirmədən (validasiya) keçmə müddəti 2015-ci il 15 oktyabr müəyyən edilib.

Qeyd etmək istərdik ki, Qırğızstan üçün Dəyərləndirmə proseduru Yeni Standartlara uyğun tətbiq olunacaq.

Bu, o deməkdir ki, artıq 3 il tam-hüquqlu statusu olan Qırğızstan yeni standartlara uyğun olaraq, xüsusi dəyərləndirmədən keçəcək.

Bu fakt 2013-cü ilin sentyabr ayında MHŞT İdarə Heyətinin sədri xanım Klər Şort tərəfindən Qırğızstanın Yeni Standartlara keçidi prosedurları ilə bağlı üzvanladığı rəsmi məktubda öz təsdiqini tapmışdır.

Qırğızstan Respublikası hökümətinin “Yerin Təki” haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 30 iyul 2013-cü il tarixli 432 saylı əmri ilə təsdiq edilmiş, əvvəlcə formalaşdırılmış və birmənalı qəbul edilmiş MHŞT-nin “Yerin Təki” haqda qanuna əlavə edilməsi təklifinin sonradan ixtisar edilməsi ilə bağlı məlumat peyda olduqdan sonra, biz 2014-cü il yanvarın sonunda operativ qaydada İqtisadiyyat Nazirliyi və Qosgeologiya İdarəsinə 2013-cü ildə qüvvəyə minmiş yeni standartların qəbul olunmasını nəzərə alan əsaslanmış təklifləri təkrar göndərdik.

Biz hamımız çox gözəl bilirik ki, MHŞT təşəbbüsünə qoşulmuş bütün ölkələr üçün Yeni Standartlar məcrubidir. Xüsusən də tam-hüquqlu status olan ölkələr üçün. Xatırladaq ki, Qırğızstan 2011-ci ilinmart ayından bu statusa malikdir.

Yeni Standartların MHŞT təşəbbüsünə qoşulmuş bütün ölkələr tərəfindən qəbul edilməsi göstəricilərindən ən önəmlisi 2013-cü ilin sonuna kimi MHŞT icrası üzrə işçi planın tərtib olunması, qəbul edilməsi və dərci idi.

Bununla əlaqədar, 2013-cü il 23 dekabrda MHŞT həyata keçirilməsi üzrə Müşahidə Şurası tərəfindən 2014-2015-ci illər üçün Qırğızstanda MHŞT həyata keçirilməsi üzrə yeni işçi planın qəbulu sevindirici hal oldu.

İşçi plan bütün maraqlı tərəflərin müvafiq veb-səhifələrində dərc olunmuşdur – Dövlət orqanı olan Qosgeologiya idarəsi (www.geology.kg), sənaye assosiasiyası olan Qırğızstan Mədən Assosiyasiyası (www.kyrminas.kg) və vətəndaş cəmiyyəti təşkilatları olan Qırğızstanda MHŞT tətbiqi üzrə QHT Konsorsiumu (www.eiti.org.kg/index.php/ru/ots) .

Sözü gedən işçi plan eyni zamanda MHŞY Beynəlxalq Katibliyinin saytında yerləşdirilmişdir (www.eiti.org/KyrgyzRepublic/implementation)

Xüsusən qeyd etmək yerinə düşərdi ki, işçi plan 2013-cü ildə qüvvəyə minmiş yeni standartları nəzərə alaraq hazırlanmışdır.

Hasilat sənayesində şəffaflıq eyni zamanda gəlirlərin toplanılması və büdcənin formalaşdırılması, ölkədə müsbət və açıq investisiya mühiti yaradılması işini asanlaşdıracaq. 2015-ci ildə Qırğızstanın Yeni Standartlar çərçivəsində dəyərləndirmə prosesindən keçməsi ölkədə iş mühitinin rahat və qarşılıqlı əlverişli olması barədə vacib siqnal rolunu oynayacaq.

Biz hamımız başa düşürük ki, MHŞT-nin gələcək tətbiqi və ölkənin Yeni Standartlara uyğun məcburi dəyərləndimədən keçməsi, “Yerin Təki” haqqında qanun layihəsinə artıq məzmun baxımlı redaksiyaların genişləndirilməsini gündəmə gətirir.

Axı nə vaxtsa “A” hərfi deyilibsə, əlifbanın digər hərflərini də səsləndirmək vaxtı gələcək. 2010-cu ilin aprel ayında baş verən məlum hadisələrdən sonrakı müsbət diyişiklikləri nəzərə alaraq, Qırğızstan üçün bu vaxt artıq çoxdan gəlib.

Biz qəti əminik ki, hazırki vəziyyətdə yeni standartların nəzərə alınması şərti ilə qanun layihəsinə genişlənmiş dəyişikliklərin edilməsi zəruridir. Əks halda, Qırğızstanın öz tam-hüquqlu ölkə statusunu təsdiq etməli olduğunu nəzərə alaraq, biz, bütün ölkə beynəlxalq ictimaiyyət tərəfindən düzgün dəyərləndirilməyəcək və qəbul edilməyəcəkdir.

Deyilənləri nəzərə alaraq, yenə diqqətə çatdırmaq istərdik ki, artıq növbəti 2015-ci ildə Qırğızstan yeni standartlar çərçivəsində dəyərləndirmədən keçəcək.

MHŞT-nin gələcək gözləntiləri bax belə qəliz, eyni zamanda qanunda yer tutmağa ümid verəndir.

Əgər qanuna lazimi dəişikliklər təmin edilməsə, hesab edirik ki, hasilat sənayesi gəlirlərinin şəffaflığının təmin edilməsi və təbii resurslardan ölkənin və vətəndaşların mənafeyinə ədalətli idarəedilməsi sahəsində fəaliyyət göstərmək mümkün olmayacaq.

Hesab edirik ki, MHŞT üzrə Müşahidə Şurası tərəfindən verilən təkliflərlə maksimal şəkildə razılaşdırılmış, ölkədə MHŞT-nin dərinləşməsinə yönəlik mütərəqqi tədbirlər üzrə bütün səyləri əlaqələndirmək çünü bütün mümkün imkanlardan istifdə edilməlidir. 

Bütün yuxarıda qeyd olunanlar bir daha onu sübut edir ki, Yeni Standartların tətbiqi MHŞT-yə qoşulmuş bütün ölkələr, o cümlədən Qırğızstan üçün icbaridir.

Əgər ölkə MHŞT tətbiqi üzrə ciddi öhdəliklər götürübsə, hasilat sənayesində bütün şəffaflıq normaları gözlənilməlidir.

Qırğızstan Respublikasının MHŞT üzrə öhdəlikləri, hazırda Qırğızstan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Yerin Təki” haqda qanun layihəsinə edilən dəyişikliklər və əlavələri, o cülmlədən ölkədə MHŞT tətbiqinin davam etdirilməsini nəzərə alaraq, sizə cədvəl formasında, Qırğızstan Respublikası “Yerin Təki” haqda qanuna əlavə və dəyişikliklərin edilməsi üzrə qanun layihəsinə təkliflərimizi göndəririk. Bu təkliflər daha əvvəl MHŞT üzrə Müşahidə Şurası üzvləri tərəfindən formalaşdırılmış və hamı tərəfindən qəbul edilmişdir.

 

Yuxarıda deyilənləri, MHŞT təşəbbüsünün Qırğızstan Respublikasının 2013-2017-ci illər üçün davamlı inkişaf üzrə Milli Strategiyasına daxil edilməsini, ölkənin 2015-ci ildə yeni standartlar üzrə dəyərləndirmədən keçəcəyini nəzərə alaraq, sizdən MHŞT təşəbbüsünün dərinləşməsi prosesinə yönəlik mütərəqqi addımları və yuxarıdakı təkliflərin “Qırğızstan Respublikasının “Yerin təki” haqda qanununa əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinə daxil edilməsini dəstəkləmənizi riza edirik.

Qırğızstan Respublikasında hazırki dövlət idarəetməsinin demokratik və şəffaf xarakterini nəzərə alaraq, sözü gedən məsələ ilə bağlı hasilat sənayesi,ölkə və xalqın mənafeyinə ədalətli qərar qəbul edilməsinə səmimi qəlbdən ümid edirik.

 

 

 Hazırki redaksiya

 Təklif olunan redaksiya

1.

 

4-cü maddə, abzas 18:

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü – hasilat sənayesi gəlirlərinin şəffaflığını təmin etməyə töhfə verən, şirkətlərin ödənişləri və Qırğızstan respublikası höküməti və yerli özünüidarə orqanlarının daxilolmaları müqaisə edilməsini və geniş ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan qlobal beynəlxalq standartdır.

2.

 35-ci maddə, 5-ci hissə:

5. Faydalı qazıntı yatağını işlədən yerin təkindən istifadə edənlər MHŞT çərçivəsində, illik əsasda, hesabat ilindən sonra gələn birinci rübün sonuna qədər, yerin təkindən istifadə üzrə dövlət siyasətini həyata keçirən dövlət orqanına kassa əsaslı bütün vergi və ödənişlər barədə məlumat vermək hüququna malikdirlər. MHŞT çərçivəsində hesabat formaları ə indikatorları Qırğızstan Respublikası höküməti tərəfindən təsdiq edilir.

 35-ci maddə, 5-ci hissə:

5. Yerin təkindən istifadə edənlər illik əsasda MHŞT çərçivəsində kassa əsaslı bütün vergi və ödənişlər, o cümlədən pul və dəyər ifadəsində alınmış məhsulun həcmləri ilə bağlı hesabat veririlər. Yerin təkindən istifadə edənlərin MHŞT üzrə hesabatları və dövlət orqanlarının MHŞT üzrə hesabatları  müstəqil audit yoxlaması predmetidir.

Yerin təkindən istifadə edənlərin şəffaf fəaliyyətinin təmin edilməsi məqsədi ilə:

 - Yoxlama nəticələri fərdi məlumatlar üzrə dərc olunmalı;

 - Faydalı qazıntıların kəşfiyyatı və emalına icazə şərtlərini əks etdirən lisenziyalar və lisenziya sazişləri yerin təkindən istifadəüzrə məsul dövlət orqanının veb-səhifsində yerləşdirilməlidir.

Hesabatların verilmə qaydası, onların forma və indikatorları Qırğızstan Respublikası Höküməti tərəfindən təsdiq olunur.

 

5. Hasilat sənayesi üzrə qanunvericilik: Korrupsiyaya qarşı mübarizədə nöqsan və imkanlar

Д.Çernjav

İcraçı direktor,

Fond “Şəffaflıq”, QHT.

Budur milli monqol çəkmələri. Diqqət yetirin: Burun hissəsi yuxarıya doğru dəyirmi formadadır. Bu, hətta təsadüfən belə olsa torpağı eşələməmələri üçün idi. Bu günah sayılırdı.

Lakin indi biz yeri nəinki eşələyirik, hətta qazır, belləyir, partladır, altını üstünə gətirir və milyon tonlar çıxardırıq. Bu hasilat sənayesi adlanır. Lakin etiraf etməliyik ki, ilk növbədə bütün bunların nəticəsi olaraq son illər ərzində Monqolustanın iqtisadi artımı 10 %-dən çox olmuşdur. Bu sektor ölkə ixracatının 80%-ini və ÜDM-in 20%-dən çoxunu təşkil edir.

Çoxları hesab edir ki, bu partlayış (yenilik) XXİ əsrin ilk onilliyinin ortalarında başladı. O zaman aşkar olundu ki, Robert Fridlandın mülkiyyətində olan kanada şirkəti “Ayvenhou Maynz” dünyada ən nəhəng hesab edilən Oyutolqa mis və qızıl yatağının lisenziyasına sahibdir. Məhz bu fakt növbəti illər ərzində Monqolustan Hökuməti və Ayvenhou Maynz arasında Stabilləşmə müqaviləsinin bağlanmasına qarşı aktiv çıxış edən “Vətəndaş hərəkatı” üçün təkan rolunu oynadı. Lakin bütün bunlara baxmayaraq müqavilə 1991-ci ildə imzalandı. Beləliklə, yatağın istifadəsinə başlanıldı.

Eyni zamanda daha bir nəhəng yatağa - bu dəfə Tavantolqa yatağına kimin sahiblik etdiyi üzə çıxdı.  Aydın oldu ki, onlar Baş nazir və parlament deputatlarıdır.  İğtişaşlı hadisələrdən sonra həmin yatağın ümumi sahəsinin 96%-i dövlətə qaytarıldı.

Daha sonra aşkar edildi ki, ölkə ərazisinin 40%-dən çoxu saysız-hesabsız lisenziyalarla əhatələnib.

Nəticədə ictimaiyyətdə təkcə mədən layihələri, demək olar ki, bütün sənaye sahələri, və bəzən də istənilən fəaliyyət korrupsiya ilə əlaqələndirilməyə başlanıldı.

Bu isə bu və digər layihələr xəzinəyə pulun gətirilməsinə, yeni iş yerlərinin yaranmasına və müttəfiq sənayelərin yaranmasına gətirib çıxardı.

Lakin keçən ildən etibarən qismən iqtisadi böhranla əlaqədar olaraq bu sənaye sahəsində tənəzzül (zəifləmə) qeydə alınmışdır.

Məsələn,  transmilli nəhəng Rio Tinto faktiki olaraq müqavilədə Tavantolqanı Ayvanhou Maynza dəyişdi və Monqolustan hakimiyyəti  növbəti mərhələlərdə layihənin çoxmilyardlı (dollarlarla) maliyyələşdirilməsinin həcmi ilə bağlı heç bir razılığa gələ bilmirlər. Bu fonda Stabilləşmə müqaviləsi ətrafında gedən münaqişə səngimək bilmir, hətta rəsmilər belə bu müqavilənin mənfi xarakterli olduğunu etiraf edir. 

Vaxtilə maliyyə naziri olmuş, danışıqlar aparmış və bu müqaviləni imzalamış parlament üzvünün ofşor hesabı aşkar edilmişdir ki, bu da korrupsiyanın geniş yayılması haqqında şübhələri daha da alovlandırır.

Digər layihələrdə də vəziyyət ürəkaçan deyil. Bu yaxınlarda özünün dediyinə görə bir çox lisenziyanı qanuni şəkildə əldə etmiş iş adamına qarşı cinayət işi açılmışdır.

 Bütün bunlar nə üçün baş verir?  Nə üçün çoxsaylı qanunlar və digər nizamlayıcı aktlar öz təsirini göstərə bilmir?

 

x         x          x

 

İlk dəfə faydalı qazıntılarla bağlı qanun 1997-ci ildə qəbul edilmişdir. O vaxt bu qanun az sayda şəxslər tərəfindən tərtib olunmuşdu və geniş müzakirəyə malik deyildi. Çoxları hesab edir ki, o, olduqca liberal bir qanun idi və özəl kompaniyaların maraqlarına xidmət edir. Məsələn, istənilən kəs “Birinci gəldim, birinci götürdüm” prinsipinə əsaslanaraq geoloji-kəşfiyyat işi üzrə lisenziya əldə edə bilərdi. Bu ona gətirib çıxardı ki, kimsə cüssəli adamları muzdla işə götürüb, real mədən şirkətlərinin nümayəndələrini kənara itələyərək topalarla lisenziyalar əldə edirdilər, daha sonra isə alqı-satqı qara bazarı fəaliyyət göstərməyə başladı.  Bütün bunlar korrupsiya üçün böyük bir meydandır. Bununla belə, növbəti fəaliyyətlərin effektiv izlənməsi və nizamlanması mexanizmi yox idi. Nəticədə, lisenziyaların sayı 6000 minə çatmışdı.

Sosializm dövründə Sovet İttifaqı Monqolustan ərazisinin eninə-uzununa öyrənilməsinə kömək etdi.  Müffəssəl geoloji xəritə yaradıldı, çoxlu sayda yataqlar açıldı. Lakin bazarın açılması ilə bəzi keçmiş rəhbər nümayəndələr yalançı şəxslər vasitəsilə  xidməti məlumatları satır və ya müxtəlif kompaniyaların məsləhətçilərinə çevrilirdilər. Bu, korrupsiyanın yeni forması idi.

Təbii ki, geoloji-kəşfiyyat işi aktivləşirdi. Yeni yataqlar açılmışdı, ehtiyatlar müəyyən edilmişdi, bir çox yerlərdə hasilat işləri başlanmışdı, lakin bütün bunlar hasilat aparılan ərazilərdə nəhəng mənfi nəticələrə gətirib çıxarırdı. İlk növbədə çobanlar zərər çəkmişdilər. İlk baxışda Monqolustan- insan yaşayışı olmayan geniş ərazilərdir, haranı istəyirsən oranı da qaz.  Lakin, əslində bütün bu ərazilər çobanların ilin fəsillərinə əsasən müəyyən etdikləri otlaqlardır. Amma, hüquqi olaraq bu ərazilər onlara təsbit edilməmişdir, yəni ki, kimsəyə məxsus deyildir. Belə yerdə kompaniyalar ortaya çıxır və öz istəklərinə uyğun fəaliyyət göstərirlər.

 Ölkənin gəlirə ehtiyacı vardı, amma mədən şirkətləri mümkün qədər tez böyük pullar əldə etmək istəyirdi. Bu, qızıl “xəstəliyinə” gətirib çıxardı. Nəticədə, qızıl çıxarılan çayların yuxarı hissələri, çay vadiləri vəhşicəsinə dağıdılırdı.

Bir çox çoban ailələri örüşlərdən və sulardan məhrum olur və şəhərlərə getməyə məcbur olur, və ya ninjalara, yəni “qara” yerqazanlara çevrilirdilər.

Hələ onda aktiv vətəndaş hərəkatı yox idi. Vicdansız iş adamlarına yerli rəsmilərlə sıx ünsiyyətdə olmaq və onlardan lazımı sənədi almaq bəs edirdi. Lakin bütün bunlar üzə çıxan zaman qanun pozuntusunun aşkar edilməməsi heç də təəccüblü deyildi. Çünki, mədən işlərində bir çox qarşılıqlı əlaqələr ümumiyyətlə tənzimlənmirdi.

 

x         x          x

 

Qızğın mübahisələrdən sonra 2006-cı ildə Monqolustanın mineral ehtiyatları haqqında yeni qanun qəbul edildi.  Ən əsası  isə, yerli hakimiyyət orqanlarının hüquq və funskiyaları genişləndirildi. Məsələn, təbii ehtiyatlardan istifadəyə görə ödənişin 10%  somon yerli xəzinəsinə, 20% isə aymakın büdcəsinə gedir. Habelə,əgər şirkət bərpa və rekultivasiya işləri aparmırsa onların müəssisəni bağlamaq hüququ var və s.

 

Aşağıda göstərilənlər mədən sənayesində korrupsiyanın yaranması ilə mübarizə üçün irəli sürülən yeniliklərdir:

- Kəşfiyyat üçün lisenziya yalnız hüquqi şəxslərə

- Faydalı qazıntılar yataqlarının istismarı üçün lisenziya yalnız Monqolusta qeydiyyatında olan hüquqi şəxslərə veriləcəkdir. Belə lisenziyalar 2 ildən bir 20 illik bərpa imkanı olmaqla 30 illik müddətə veriləcəkdir.

 

Həqiqətən də lisenziya başlanğıcın başlanğıcıdır. Korrupsiya haqqında şayiələr və şübhələrin çoxu məhz elə lisenziya ilə bağlıdır. Yeni qanunla nə dəyişdi?

 

x         x          x

 

 “Lisenziya verilərkən nazirlik və agentlik yerli sakinlərin, hələ ki, çobanların fikirlərinə qətiyyən önəm vermirlər. “Yəqin, yuxarıda lisenziyanı rüşvət qarşılığında veriblər”. Bu, korrupsiya haqqında ən geniş yayılmış deyimdir.  

Bu həqiqətən belədirmi? 2006-cı il qanunu belə bir proseduru təqdim edir:

  • Şirkət müvafiq dövlət orqanına müəyyən edilmiş ərazidə geoloji-kəşfiyyat xarakterli işləri həyata keçirmək üçün rüşvət verir.
  • Əgər dövlət orqanı (hal-hazırda faydalı qazıntılar üzrə Agentlik) münasib bilərsə, o, aymakin rəhbərliyinə- həmin ərazinin olduğu yerə ötürür.
  • Rüşvəti alan aymak rəhbəri sumun yerli nümayəndələri olan Xuralın ( konkret olaraq həmin ərazinin olduğu inzibati vahid ) fikrini öyrənməli, daha doğrusu icazəsini almalıdır. Daha sonra isə Agentliyə cavab verməlidir. Bütün bunlar 30 gün ərzində həyata keçirilməlidir. Əgər ərazidən cavab gəlməzsə, Agentlik belə qərara gəlir ki, aymaq razıdır və razılıq əldə edilmişdir.

 

Kifayət qədər demokratik prosedurdur. Lakin praktiki olaraq yerli sakinlər narazıdırlar. Həqiqətən də, günlərin bir günü otlaqlarda hansısa bir şirkət ortaya çıxır və çobanları ərazidən çıxmağa məcbur edir. Əhali çox tez-tez çobanlar və işçilər, gözətçilər və şirkətlər arasında münaqişənin yaranmasından narazı və əsəbidirlər.

Nə üçün? Biz bir neçə səbəb araşdırdıq.

Belə aydın olur ki, 30 gün heç də kifayət qədər müddət deyil. Bu müddət ərzində məsələni yoluna qoymaq yerli əhalinin nümayəndələri olar Xural üçün çox çətindir, belə ki, əhalinin çoxu inzibati ərazidən uzaqda yaşayır, köç edirlər. Nəticə etibarilə, onlar çatdıra bilmirlər və lisenziya avtomatik olaraq, əhalinin icazəsi olmadan buraxılır. Lakin əksər hallarda, yerli hakimiyyət müddətlik yazılı qətnamə verir. Lakin bu o deməkdir mi ki, Xural nəinki yığışıb məsələni müzakirə edib, hətta lisenziyaya əsasən tutulmuş ərazilərdə vaxtaşırı yaşayan insanların fikirlərinə də qulaq asıb?

Xeyr. Demək olar ki, heç zaman yerli əhalinin, çobanların isə ümumiyyətlə fikirləri nəzərə alınmır. Ən yaxşı halda bir neçə yerli rəhbərlər bir araya toplanır və öz sakinlərinin əvəzinə qərar verir.

Bütün bunlar nə üçün baş verir? Aydınlaşdırdıq ki, məhz yerli özünüidarəetmə mexanizminin olmaması nəticəsində vətəndaş iştirakı da yoxdur.

 

Və bütün bunlar o vəziyyətə gətirib çıxarır ki, buna korrupsiyadan başqa ad vermək qeyri-mümkündür. Məsələn, belə hal da olmuşdu ki, yerli sakinlərin icazəsi bir neçə gün ərzində əldə edilmişdi. Aydın oldu ki, şirkət nümayəndəsi prosedur zamanı özü şəxsən yerli orqanla görüşüb və onları “razı sala” bilib. Kompaniyalar təkcə idarə heyətinə deyil, eləcə də onların şəxsən özlərinə müxtəlif vədlər, ianələr və müxtəlif növ koməkliklər göstərirlər. Daha sonra yerli sakinlərin fikirlərini soruşmaq üçün vaxtın olmaması və ya bütün sakinlər üçün zəngin iş müəssisəsinin çıxması kimi izahlar verirlər.

“Sakitləşdirici faktorlardan” biri bunun hasilat deyil, sadəcə geoloji qazma olmasıdır. “Şirkət sadəcə ərazimizdə nə kimi zənginliklərin və onların nə həcmdə olmasını aydınlaşdıracaqş Bu olduqca vacib, həm də təhlükəsizdir”- onlar deyir.

Elədir, bu təhlükəsizdir, lakin hələ ki... Kəşfiyyat lisezniyasını 9 illik uzatmaq olar. Bu müddət ərzində nəsə mütləq tapılır. Və hasilat üçün lisenziyanın alınması haqda məsələ qaldırıldıqda şirkətin buna qabaqcıl haqları olur. Yəni ki, heç bir tender və ya rəqabət olmayacaqdır. Artıq yerli orqanlardan və ya sakinlərdən icazə almaq üçün icbari mexanizmə ehtiyac yoxdur, təbii əgər yerli sakinlər arasında geoloji müzakirələrin aparlımasının təşkili haqqında digər bir qanunu nəzərə almasaq...  Demək olar ki, yerli özünüidarəetmə orqanları tərəfindən sanksiya mexanizmi yoxdur.

 

 x            x          x

 

Daha bir məsələ. 1997-ci il qanununa əsasən lisenziyanı yalnız fiziki şəxslərə verirdilər və onların adları və fiziki ünvanları dərhal məlum olurdu. Bu zaman informasiyanı hansısa yolla izləmək mümkün idi. Lakin, 2006-cı il qanuna əsasən lisenziyanı yalnız şirkətlərə verməyə başladılar. Deməli, yalnız hüquqi məlumatlar qeydə alınırdı. Kimin kim olması, kimin mülkündə nəyin olması, kimin nə alıb satması- bütün bunlar şirkətin adı altında gizli saxlanılırdı. Hal-hazırda vətəndaş cəmiyyəti təşkilatları hakimiyyətdən lisenziya benefisiar sahiblərini açıqlamasını tələb edir, lakin məlum olur ki, bütün bunlar biznes sirləri kateqoriyasına  və ya özəl informasiyalar kateqoriyasına daxil edilib və onların açıqlanması üçün məhz həmin informasiya sahibinin razılığı gərəkdir.

Belə çıxır ki, nəinki hasilat prosesinin, istifadəsinin, alqı və satqısının izlənməsi, hətta bu barədə informasiya əldə etməsi belə bir vətəndaş üçün müşkül hal alıb.

XXI əsrin ilk on illiyində yeni qanuna baxmayaraq nəhəng ərazilər yerli əhalinin fikri nəzərə alınmadan lisenziyalaşdırıldı. Bunun nəticəsində yerli əhali arasında ardı kəsilməyən münaqişələr, torpaq və suyun dağıdılması kimi hallar baş verdi. Lisenziya ilə ticarət inkişaf etdi və hər bir şey buna əsasən həll olunurdu.

Demək olar ki, lisenziya dövriyyəsi hakimiyyətin nəzarətindən çıxdı.

 Bu zaman ictimaiyyətin təzyiqi nəticəsində 2006-cı ildə Monqolustan prezidenti parlamentə bir müddətlik ərazilərdə faydalı qazıntılarıbn kəşfiyyatı və hasilatı üçün verilən lisenziyaların dayandırlması təşəbbüsü ilə müraciət etməli oldu və Parlament bu yöndə qərar qəbul etdi. Bundan sonra bu moratorium bir neçə müddət davam etdi və indi o , faydalı qazıntılar haqqında qanuna yeni düzəlişlərin qəbulunadək davam edəcəkdir. 

 

 Lakin korrupsionar mexanizm hələ də fəaliyyət göstərməkdədir.  Simvolik olmayan isə faydalı qazıntılar üzrə Agentliyin rəhbəri (artıq keçmiş rəhbər) J.Baxtuyaq öz rəsmi mövqeyindən istifadə edərək qanunsuz lisenziyalar verdiyinə görə həbsdədir.

Şirkətlər özləri isə qanunlarda yaranmış boşluqlardan sui-istifadə edərək yarı-hüquqi sxemlərdən istifadə edirlər. Məsələn, lisenziya almaq mümkün olmadıqda, bəzi hallarda şirkətin özünü və ya hissəsini satır və ya alırlar,və bununla da sahibi dəyişir. Və ya lisenziya bir neçə hissələrə bölünür və  müxtəlif manipulyasiyalar edilir.

 

x         x          x

 

2009-cu ildə “Çay mənbələrində, su mühafizə zonalarında və məşəlik ərazilərdə faydalı qazıntıların axtarılması və hasilatına qadağa” haqqında yeni qanun qəbul edildi, daha doğrusu uzun addan ibarət qısa bir qanun. Qanunun  məzmunu bütünlükdə adında toplanmışdır. Bu o demək idi ki, daha geoloji axtarışlar və həmin ərazilərdə hasilata lisenziya verilməyəcək və artıq istifadədə olan lisenziyalar qanunun qəbulundan etibarən 5 aylıq müddətə ləğv olunacaq. Həmin qanunun tətbiqi 15 strateji yataqlara aid edilmir (o cümlədən, Oyu Tolqa, Tavantolqa, və s.)

Belə bir sual ortaya çıxır, bəs əgər şirkətlər böyük məbləğdə pul sərf edib tədqiqatlar aparmışsa? Belə olan halda qanun kompensasiya ödənilməsini nəzərdə tutmuşdu.

Dörd il keçdi, lakin qanun icra olunmadı. Çünki şirkətlər onlara dəymiş zərərin qarşılığını çoxmilyardlı məbləğlər şəklində tələb etməyə başladılar.

Bunun qarşılığında vətəndaş hərəkatları hakimiyyətdən yataqlarda vəhşicəsinə istismar nəticəsində təbiətə dəymiş zərərin ödənməsini tələb edirdi. Onlar əmin idilər ki, təbiətə dəymiş zərər şirkətlərə dəyən zərərdən qat-qat yüksəkdir. Bütün bunlar hesablanmalı, ölçülməli, dəqiqləşdirilməli və zonaları hüdudlandırmaq lazım idi.

   Bu müddət ərzində Monqolustanı iqtisadi böhran bürüdü. Büdcəyə pul lazım idi. Burada biznes və hökümətin maraqları üst-üstə düşürdü.

İctimai etirazlara baxmayaraq Parlament Qanuna düzəlişlər etdi. Qərar qəbul edildi ki, əgər lisenziya sahibləri yataqların istismarından sonra çirklənmiş və dağıdılmış ərazilərin rekultviyasyasına və bir sıra digər öhdəliklərə zəmanət verirsə qanunun qəbulundan öncə ədə edilmiş lisenziyalar qüvvədə qalacaqdır. Habelə, bu şirkətlər yerli orqanlar və qeyri-hökümət təşkilatları ilə üçtərəfli saziş imzalamalıdırlar.

 Bu məcburi qərar idi. Yaxşı tərəfi bu idi ki, xəzinəyə pul daxil olacaq. Pis tərəfi bu idi ki, təbiətə dəymiş zərər nəinki lazımi şəkildə qarşılanmadı, eləcə də, günahkarlar cəzalandırılmadı və onların sayı nəzərə alınmadı. Əvəzində əsasən qızıl hasilatı ilə məşğul olan şirkətlərə gələcəyə dair vədlər qarşılığında yaşıl işıq verildi.

Bir növ qanuna olunan düzəliş korrupsiya ilə bağlı deyil, lakin nəticə eynidir.

 

x         x          x

 

Hal-hazırda Monqolustanda Faydalı qazıntılarla bağlı yeni qanun gözlənilir. Bu qanun 2013-cü il Prezident seçkilərindən öncə qəbul olunmalı idi, lakin müxtəlif tərəflərdən edilən tənqidlər nəticəsində təxirə salınmışdı.

Bizi maraqlandıran lisenziya ilə bağlı nələr təklif olunur. Yeni qanunun layihəsində əvvəlki iki növün əvəzinə 4 növ lisenziya nəzərdə tutulub: axtarış, kəşfiyyat, hasilat, emal.

Bununla yanaşı, konkret əraziyə görə lisenziyaların sayı məhdudlaşdırılır. Ən əsası, geoloji kəşfiyyat üçün lisenziyanı yalnız tenderdə iştirak etməklə əldə etmək mümkün olacaq.

Yerli sakinlərin fikrinə gəlincə isə, yerlərdə müzakirənin müddəti 60 günədək artırılmalıdır. Ümid edirik ki, yeni qanun sənayedə korrupsiyanı əhəmiyyətli dərəcədə azaldacaqdır.

 

x         x          x

 

İctimaiyyətdə korrupsiya ilə bağlı ən böyük şübhə doğuran hal isə mədən şirkətlərinin dövlət və yerli orqanlar, habelə büdcə təşkilatları, məsələn məktəb, uşaq baxçaları, xəstəxanalar və s. kimi müəssisələrə ianələr verməsidir. 

Bu  ianələr müxtəlif formalarda ola bilər: hesaba yatırılan müəyyən məbləğlər, milli bayramlar da daxil olmaqla müxtəlif tədbirlərə, at yarışlarına sponsorluq, təhsil üçün təqdim olunmuş qrantlar, tikinti, təmir işlərinin yerinə yetirilməsinə qədər həyata keçirilən səyahət xərcləri, təhsil müəssisələrinin, habelə  inzibati binaların tikintisi.

Ötən illər ərzində bütün bunlar adi hala və xoş təcrübəyə çevrildi. Təbii ki, onların mütləq əksəriyyəti təmənnasız yardım kimi həqiqətən də əsl ianə olaraq qəbul etmək olar. Lakin, əgər bütün bunlar ərazidə hasilatı həyata keçirən şirkətlər, bu ianəni əldə edən rəhbərlik və təşkilatlar arasında baş verirsə, o zaman yardımın bitdiyi, lobbilik fəaliyyətinin və bəlkə də korrupsiyanın başlandığı həddi müəyyənləşdirmək olduqca çətindir.

Nəticədə, yerli rəsmi orqanların şirkətlərdən külli miqdarda ianələr əldə etməsi haqqında getdikcə  çoxlu sayda informasiyalar yayılır. Məsələn, xəbər verilmişdi ki, bir aymakın yerli icra başçıları transmilli korporasiyanın hesabına Avropa ölkələrindən birinə səfər ediblər. Bu kimi tək və qrup şəklində səfərlər çoxalmağa başlayıb.

 2010-cu ildə hər kəs anladı ki, bütün bunları tənzimləmək mütləqdir. 2010-cu ilin martında maliyyə naziri #45 direktiv buraxır və dövlət və yerli təşkilatları bütün pul və digər ianələri hərtərəfli  qeydə almağı və büdcənin vacib hissəsi kimi hesabat verməyi tapşırır.

 

Daha sonra 2010-cu ilin dekabrında büdcə haqqında qanuna yeni düzəlişin ianə haqqında 25-ci maddəsi büdcə təşkilatlarnın yalnız tibbi, təhsil və mədəni xidmət kimi sahələrdə ianə ala bilmələrinə aid edilir.   Büdcə rəhbəri ümumi məbləğ  şəxsi büdcənin 50%-ini keçərsə ianə ala bilməz. Bu o hallarda vacibdir ki, əgər nəhəng transmilli şirkət hər hansı bir əraziyə gəlir, belə desək, bütün növ icazələrdən başlayaraq hər şeyi almağa çalışır.

Lakin büdcə haqqında qanunun məhz 25-ci maddəsi müxtəlif növ ianələr üçün boşluqlar yaradır ki, bu da birbaşa korruspiyaya gətirib çıxara bilər.

İndiyədək, yerlərdə ərazi inkişafı üçün sosial töhfələr, daha doğrusu yerli hakimiyyət orqanlarınının işini daha səmərəli etmək üçün Ləndkrauzer bağışlamaq olardı ki, bu orqan rəhbəri üçün xidməti nəqliyyat rolunu oynayırş Əvəzində torpaqdan istifadə üçün uzun müddətdir ki, gözlənilən icazəni almaq olardı. Belə bir vacib vəziyyətdə icazə qanun tərəfindən layihənin ətraf mühitə ekoloji və sosial təsirinin qiymətləndirilməsi aparılmadan da  verilir.

Bu təkcə yerli səviyyədə baş vermir. Hökümət təşkilatları da geri qalmır. Hətta bütün bunları qanuniləşdirməyə də müvəffəq olurlar. 

Məsələn, neft agentliyi  xarici ölkələrlə ölkənin şərq hissələrində neft hasilatının həyata keçirilməsi ilə bağlı müqaviləsinin məhsulun pay bölgüsü adlı bölməsində belə bir maddə daxil etmişdir ki, şirkətlər hər il mütəmadi olaraq tələbələrin yüksək inkişaf etmiş ölkələrdə neft-kimya ixtisasları üzrə  təhsil almasına böyük məbləğlər sərf etməlidirlər. Bu, çox uzun bir müddəti əhatə etdiyindən, artıq hazır mütəxəssislərə ehtiyac vardı və agentlik onları sosial elm üzrə göndərməli oldu.  Bu da korrupsiyaya oxşar bir haldır.

Aşağıda MHŞT-nın 2011-ci il hesabatı yerləşdirilmişdir. Burada mədən şirkətlərinin tərəfindən hasilat sənayesi ilə məşğul olan hökümət agentliklərinin aldığı ianələr göstərilmişdir.

 

Donor

Tarix

Alıcı

 Təyinat

Məbləg,min tuqrik

Gobi Energy Partners Co.Ltd

2011,05,20

 

 

 

 

 

 

 

 

 

 

 

Neft üzrə Agentlik

Agentliyin 70 illiyinin keçirilməsi üçün

18,321,6

Golden Sea Petroleum Co.Ltd

2011,04,20-12,01

İanə

37,132,6

Donshen Oil Co.Ltd

2011,05,26

İanə

35,169,4

Зон Хэн Юу Тиан Co.Ltd

2011,01,03

05,23

05,24

07,05

12,15

İanə

2,519,6

10,000,0

2,250,0

100,0

5,000,0

MCS Petro Mongolia Co.Ltd

2011,05,24

12,15

12,16

12,17

12,16

Yeni ilik keçirilməsi üçün ianə 

12,210,5

3,000,0

244,8

685,2

223,7

Magnai Trade Co.Ltd

2011

İanə

2,500,0

Петро Mатад  Co.Ltd

2011,05,04

05,26

12,22

İanə

10,000,0

2,293,0

2,500,0

Петрочайна дачин тамсаг Co.Ltd

2011,05

09 сар

12сар

İanə

61,976,0

3,800,0

13,754,5

Kosmik geoloji kəşfiyyat Co.Ltd

2011,12,14

Yeni ilin qeyd edilməsi üçün ianə

 

2,000,0

Shaman Co.Ltd

2011,05,06

05,27

12,20

İanə

12,666,3

1,107,9

1,000,0

APEXPRO Ltd

2011,05,23-12,15

İanə

17,250

API ХХК

2011,05,26

12,14

İanə

7,990,5

1,000,0

Golden Sea Petroleum Co.Ltd

2011,12,01

 

Xarici investisiya üzrə Agentlik

 

 

İanə

800,0

Дун юанэь ХХК

2011,07,08

İanə

3,000,0

Зон Хэн Юу Тиан ХХК

2011,08,20

 

500,0

QGX Mongolia Co.Ltd

2011,09,08

 

500,0

Петро Mатад Co.Ltd

2011,10,10

İanə

7,000,0

Чинхуа Мак Нарийн сухайт  Co.Ltd

 

İanə

1,500,0

Дун юанэь Co.Ltd

2011,07,08

Faydalı qazıntılar üzrə Agentlik

İanə

6,000,0

МоЭн Ко Co.Ltd

2011,09,22

İanə

4,800,0

Оюутолгой Co.Ltd

2011,10,05

2011,10,05

Dövlət Müfəttişliyinin Baş İdarəsi

Toyota Landcruiser -200, petrol, automatic

Toyota Landcruiser LC 200, petrol manual

99,799,2

114,000,0

 

Göründüyü kimi, çox hallarda ianənin təyinatı gizli olaraq saxlanılmışdır. Lakin şirkətin verdiyi hesabatda yalnız bir haldan məlum oldu ki, Agentlik Yeni il tədbiri üçün bir neçə yeşik içki,pivə və sərin içkilər almışdır. Lakin , ən cəlbedici hal odur ki, Dövlət Müfəttişliyinin Baş İdarəsi Oyuqtolqa Co.LTD-dən bir dəfəyə iki yapon cipi alıb. Və Şirkət özü bunu MHŞT hesabatında açıq şəkildə göstərib.

Hələlik Ləndkruzerlərin olduğu yerləri vətəndaş QHT-ləri tərəfindən tapmaq mümkün olmayıb.

Bir neçə aydan sonra, daha dəqiq desək, 2012-ci ilin martında  Dövlət Müfəttişliyinin Baş İdarəsi Müfəttişliyin təşkilari prosesini rasionallaşdırmaq üçün Р.Содхүү №57 saylı əmr imzalayır. Bu sənədə əsasən regional və yerli müfəttişlər strateji yataqlarda nə planlaşdırılmış, nə də qəfil  təftişlər apara bilməzlər. Necə deyərlər, şərhə ehtiyac yoxdu.

 

Nəticələr

  1. Mədən sənayesində bum və düzgün hüquqi tənzimləmənin olmaması mənfi hallara yol açdı, məsələn, lisenziyaların nəzarətsiz əldə olunması, alqısı və satqısı və bunlar hamısı korrupsiyanın əlamətləridir ki, buna da həm   məmurlar, həm də şirkətlər cəlb olunub.   
  2. Son illər Monqolustanın mədən sənayesi ilə bağlı qanunvericiliyi əhəmiyyətli dəyişikliklərə məruz qalır, faydalı qazıntılar haqqında yeni qanunun qəbul olunması gözlənilir, ümid edirik ki, bu yeni qanun vəziyyəti nəzərçarpacaq dərəcədə yaxşılaşdıracaqdır.
  3. Mədən şirkətləri tərəfindən edilmiş ianələr yerli hakimiyyətə, habelə büdcə təşkilatlarına bir çox sosial problemləri həll etməkdə kömək oldu, lakin onların nəzarətsizliyi baş alıb getməyə başladı. Hətta mərkəzi dövlət agentlikləri ianə götürməyi vərdiş etdilər.
  4. Aydın olur ki, dövlət idarəedici orqanlara bütün növ ianələr qadağan olunmalıdır, əks halda bu rüşvət kimi qeydə alınacaqdır.

 

6. Mövcud hüquqi vəziyyət və qanunvericilik

Ekspert: Sahib Məmmədov, Azərbaycan

Mədən sənayesindən daxilolmalara dair məlumatların əldə edilməsi, açıqlanması məsələlərini tənzim edən birbaşa norma olmasa da bir sıra normativ-hüquqi  aktlar və ya razılaşmalar vardır ki, bu və ya digər şəkildə həmin məlumatların ictimaiyyət üçün açıqlanmasına şərait yaradır. Hökumət, Hasilat sənayesində fəaliyyət göstərən şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumda tərəflər razılığa gəlib ki, “Azərbaycan Respublikasında mineral ehtiyatların istismarı ilə əlaqədar dövlət orqanlarının daxilolmaları, dövlət şirkətləri və digər dövlət mülkiyyətində olan qurumlar tərəfindən əldə edilən gəlirləri barədə vahid ümumölkə hesabatının hazırlanmasını təmin etmək səlahiyyətlərinə malik MHŞT üzrə Komissiya və Azərbaycan Respublikasında neft və qaz hasilatı sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər ildə 2 dəfə (illik hesabatlar mart ayının 15-də və yarımillik hesabatlar avqust ayının 15-də olmaqla) MHŞT üzrə Beynəlxalq Konfransda tövsiyə edilmiş hesabat formaları əsasında hesabat verəcəklər”[i].

Memarandumun tələbinə görə hökumət hesabatı MHŞT üzrə Komissiya tərəfindən, xarici və yerli şirkətlərin hesabatları isə hesabat tarixinədək audit şirkətinə təqdim olunmalıdır. İllik hesabatın təqdim olunma tarixi 15 mart, yarımillik hesabatın təqdim olunma tarixi isə 15 avqust müəyyən olunur.

Audit şirkəti isə öz növbəsində hökumətin və şirkətlərin hesabatlarını tutuşdurur və tutuşdurma əsasında hazırladığı “Müstəqil Mühasibin Hesabatı”nı memorondum tərəflərinin toplantısına təqdim edir.

Müqayisə üçün qeyd edək ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü haqqında qanunvericilik olan ölkələrdə belə hesabatlar Prezidentə və parlanmentə, həmçinin ictimaiyyətə təqdim olunur.

Yuxarıda qeyd olunduğu kimi memorondum tərəflər qarşısında heç bir hüquqi öhdəlik yaratmır.

Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondunun təsis olunması haqqında 29 dekabr 1999-cu il № 240  saylı Fərmanında Neft Fondunun gəlirlərinin mənbələri sadalansa da bu gəlirlər barədə ictimaiyyətin və maraqlı tərəflərin məlumatlandırılması, həmçinin hesabatlılıqla bağlı müddəalar yoxdur.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu Haqqında Əsasnamə”də də hesabatlılıq və gəlirlərə dair məlumatların açıqlanmasına dair geniş müddəalar yer almamışdır. Bununla belə Əsasnamənin Uçot və hesabat maddəsində göstərilir ki, “Fond qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır. Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan müstəqil auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır”[ii].

Beləliklə, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə bağlı ölkədə həyata keçirilən fəaliyyətləri tənzimləyən sənədlər əsasən aşağıdakılardan ibarətdir.

1. MHŞT üzrə Komissiya yaradılmasına dair Nazirlər Kabinetinin 13 noyabr, 2003-cü il tarixli Sərəncamı;

2. Komissiyanın yeni tərkibi haqqında Nazirlər Kabinetinin 30 noyabr 2006-cı il tarixli 363 saylı Sərəncamı;

3. “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” MEMORANDUM və ona əlavələr (1,2,3,4 və 5 saylı əlavələr);

4. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında  Razılaşma

 

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və onun 04 fevral 2010-cu ildə ilk iclasının keçirilməsini MHŞT üzrə Azərbaycanda həyata keçirilən fəaliyyətlərin mühüm hissəsi kimi göstərmək olar. Bu qrup Faktiki olaraq MHŞT proseslərinə nəzarət funksiyalarını həyata keçirən və bütün tərəfləri təmsil edən təsisatdır. Razılaşmanın 1-ci bəndinə görə: “Azərbaycanda Memorandum çərçivəsində daimi formada tətbiq olunan MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə Memorandumun Tərəflərindən (Şirkətlər Qrupu, QHT Koalisiyası və Komissiya) ibarət olan ÇQ təşkil edilir”[iii].

 Razılaşmaya əsasən “Tərəflərin hər biri ÇQ-yə eyni hüquqa malik olan 3 əsas və bir əvəzedici üzv təyin edir (ümumilikdə 9 əsas üzv + 3 əvəzedici üzv)”.[iv]

 

 Bununla belə qeyd olunmalıdır ki, Çoxtərfli Qrupun (ÇO) təşkili və fəaliyyəti haqqında razılaşmanın 16-cı bəndində göstərilir ki, “Bu Razılaşma sənədi üzvlər üçün hüquqi məsuliyyət yaratmır”. Beləliklə memorandumda olduğu kimi bu sənəddə də tərəflər öz üzərlərinə hüquqi öhdəliklər götürmürlər.

Razılaşmanın 13-cü bəndində Çoxtərəfli Qrupun (ÇO) Funksiyaları əks olunmuşdur. Bunlar:

“- MHŞT üzrə İş Planını hazırlayır və təsdiqləyir.

- MHŞT üzrə hesabat formalarını təkmilləşdirir və təsdiqləyir.

- MHŞT üzrə hesabatları tutuşduran (və ya yoxlayan) audit şirkətini və ölkədə MHŞT-nin vəziyyətini qiymətləndirən audit şirkətini (validatoru) seçir və təsdiq edir.

- Təşəbbüsün inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış edir, MHŞT-nin tərəflərinə, beynəlxalq təsisatlara müraciətlər edir və tövsiyyələr hazırlayır.

- Qarşılıqlı Anlaşma Memorandumuna dəyişiklər və əlavələr üzrə təkliflər hazırlayır”[v].

 

Razılaşmaya görə Çoxtərəfli Qrupun iclasları ildə dörd dəfədən az olmamaqla keçirilir. Tərəflərin birinin təşəbbüsü ilə növbədənkənar iclas da keçirilə bilər. Hökumət Komissiyasının ÇQ-də üzv olan nümayəndəsi onun iclaslarına sədrlik edir.

Qeyd olunmalıdır ki, bu razılaşma qüvvəyə mindikdən sonra MHŞT üzrə hesabatlar da memorandum tərəflərinin toplantısına deyil ÇQ-yə təqdim olunur.

ÇQ-yə dair razılaşmanın xüsusiyyətlərindən biridə budur ki, tərəfləri təmsil edənlərin sayı hər tərəfdən 3 nəfər olsa da onalrın fikir və təklifləri şəxsi fikir və təklif kimi qəbul olunmur. Belə fikir və təkliflər tərəfin vahid mövqeyi kimi qəbul olunur. Beləliklə, tərəfdaxili fikir ayrılığı iclasdan qabaq müzakirə olunaraq aradan qaldırılmalıdır və iclasda tərəfin vahid mövqeyi kimi təqdim edilməlidir.

ÇQ-nin iclasları hər tərəfdən ən azı iki nümayəndə iştirak etdikdə keçirilə bilər. ÇQ-nin fəaliyyət təminatını Dövlət Neft Fondunun vəsaiti ilə  həyata keçirir və bu baxımdan ÇQ iclasları bir qayda olaraq Dövlət Neft Fondunun binasında keçirilir.

ÇQ iclaslarının protokol işini MHŞT-nin katibliyi həyata keçirir və bu sənədləri arxivləşdirir.

ÇQ-nin fəaliyyətinin texniki-təşkilati təminatını MHŞT katibliyi həyata keçirir. Lakin MHŞT Katibliyinin ÇQ adından çıxış etmək hüququ yoxdur.

Razılaşmaya görə ÇQ nin əsas hüquqları “ÇQ-nin ayrı-ayrı hesabatlarla bağlı hökumətə, şirkətlərə, QHT koalisiyasına, MHŞT üzrə katibliyə, habelə auditor şirkətinə sorğu ilə müraciət etmək. Eyni zamanda hökumətin, şirkətlərin, QHT koalisiyasının, MHŞT üzrə katibliyin, habelə auditor şirkətinin cavabları MHŞT Anlaşma memorandumunun heç bir bəndini pozmamalıdır.

 Şirkətlərin razılığı ilə onların MHŞT üzrə fərdi hesabatlarıyla təfsilatı ilə tanış olmaq. ÇQ MHŞT üzrə fərdi hesabatlarla tanış olarkən ictimaiyyətə açıqlanmayan məlumatların konfidensallığını qoruyacağı barədə öhdəliklər götürür”[vi]

 

Buradaca qeyd edək ki, razılaşmada ÇQ üçün nəzərdə tutulan hüquqlar əslində deklarotiv xarakterlidir. Məsələn,  ÇQ-nin MHŞT ilə bağlı fərdi hesabatlarla tanışlıq hüququ yalnız şirkətin razılığı ilə ola bilər. Əslində hüquq verən müddəaların özündə də ÇQ üçün vəzifələr qoyulmuşdur.

 

Beləliklə, qeyd etmək zəruridir ki, MHŞT-nin tətbiqinə şərait yaradan minimal sənədlər mövcuddur. Baxmayaraq ki, bu sənədlər normativ hüquqi aktlar deyildir. Bununla belə həmçinin qeyd etmək zəruridir ki, hazırda ölkədə MHŞT -nin tətbiqinə mane ola biləcək hüquqi sənədlər, o cümlədən müqavilə sənədi və normativ hüquqi aktlar da yoxdur.

Azərbaycan Respublikasinda mineral ehtiyatlarin hasilati ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbusunun (MHŞT) qiymətləndirilməsini həyata keçirən Coffey international development (IPAN və PKF-nin əməkdaşliği ilə Fevral 2009-cu ilə) təşkilatı öz hesabatında bununla bağlı qeyd edirdi ki, “HPBS[24]-lərdə yer alan məxfiliyə dair muddəalar ilkin olaraq MHŞT-nin tətbiqinə mane olan maneələrdən idi. Bunu aradan qaldırmaq məqsədilə, ARDNŞ 18 noyabr 2004-cu il tarixində bildiriş (№ 01-44/832) vermişdir. Bildirişdə deyilir: “odənişlər haqqında məlumatların acıqlanması MHŞT-nin tətbiqinin bir hissəsini təşkil edir…

və bu, sizin Şirkət və ya Birgə Muəssisə ilə Azərbaycan Respublikası arasında bağlanmış muqavilələrin məxfiliklə bağlı müddəalarına zidd deyil”.

Hokumət həmcinin muqavilə məhdudiyyətlərini aradan qaldırmışdır ki, bu da şirkətlərin istədikləri halda fərdi məlumatları dərc etmələrinə imkan verir. MHŞT-nin tətbiqinə dair hec bir digər huquqi və ya normativ maneə yoxdur”.[vii]

 

Bir sıra ölkələrdə  publik orqanların, həmçinin ictimai vəsaitləri idarə edən orqanların, ətraf mühitə təsir göstərən, mədən sənayesində fəaliyyət göstərən qurumların ictimaiyyət üçün əhəmiyyət kəsb edən hissələrinə dair məlumatların əldə edilməsi informasiya əldə edilməsi ilə bağlı xüsüsi qanunvericiliklə tənzim olunur. Azərbaycanda da dövlət orqanlarını, bələdiyyələrin və ayrı-ayrı hallarda ictimai vəsaitlər üzərində sərəncam verən, dövlət adından çıxış edən, bazarda hökmran mövqeyə malik olan və təbii monopolistlərin məlumatlarının əldə edilməsi ilə bağlı məsələləri tənzimləyən 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Qanun informasiya əldə etməyin yollarını belə müəyyən etmişdir: Bilavasitə sorğuçular tərəfindən verilən sorğuların cavablandırılması yolu ilə və bu orqanlar tərəfindən siyahısı qanunla tənzimlənən açıqlanması məcburi olan informasiyaların açıqlanması, o cümlədən  internet informasiya vasitələri ilə açıqlanması yolu ilə. Qanunun 9-cu maddəsi informasiya sahiblərinin dairəsini müəyyən etmişdir. İnformasiya əldə etmək haqqında qanunun 9-cu maddəsinə görə informasiya sahibləri sırasında konkret olaraq mədən sənayesində fəaliyyət göstərən şirkətlərin adı yoxdur. Dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birlikləri isə yalnız  dövlət büdcəsindən verilmiş vəsaitdən  və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə informasiya sahibi hesab olunurlar. Beləliklə, bu qanun şirkətlərə hökumətə öhdəlikləri vəsaitə dair məlumatları  sorğu əsasında və ya Qanunun 29-cu maddəsinə uyğun açıqlamaq öhdəliyi qoymur. Bununla belə Qanun imkan verir ki, sorğu əsasında hökumətin aldığı gəlirlərə dair məlumatları əldə etmək mümkün olsun.

Praktikada şirkətlərdən hər hansı informasiyaların əldə edilməsi olduqca mürəkkəbdir. Hətta MHŞT tərəfi olan şirkətlər belə QHT-lərin və digər maraqlı tərəflərin informasiya sorğuları əsasında əldə etmək istədikləri məlumatları bir qayda olaraq təqdim  etmirlər.

 

2. Praktikada mövcud olan problemlər

Yuxarıda qeyd olunduğu kimi İnformasiya əldə etmək haqqında Qanun və MHŞT çərçivəsində imzalanmış razılaşmalar şirkətlərin gəlirləri ilə bağlı və digər fəaliyyətlərlə bağlı məlumatlara tam çıxış imkanı vermir. MHŞT tərəfdaşı olan şirkətlərin əksəriyyəti, o cümlədən Dövlət Neft Şirkəti MHŞT üzrə tərəfdaş olan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya sorğularının çox hissəsi ya cavablandırılmır, yaxud tam və qənaətedici cavab vermirlər.

2009-cu ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Revenue Watch İnstitutunu maliyyə yardımı ilə “Milli büdcə qrupu”, MSŞA Koalisiyası, Vətəndaş Nəzarəti Şəbəkəsi və “Ekspert”jurnalının həyata keçirdiyi “Azərbaycan Respublikasında ictimai informasiyaların açıqlanması və əldə edilməsinin monitorinqi”çərçivəsində MSŞA Koalisiyasının şirkətlərə və aidiyyatı dövlət qurumlarına göndərdiyi informasiya sorğuları bilavasitə gəlirlərlə bağlı olmuşdur..

“MSŞA Koalisiyası Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası müxtəlif qurumlara 64 informasiya sorğusu göndərmişdir. Bu sorğulardan 33-nə hər hansı formada münasibət bildirilmişdir. Məlumat təminatı baxımından 23 sorğuya tam cavab verilmişdir, 10  sorğunu cavablandırmaqdan isə müxtəlif bəhanələr gətirməklə imtina edilmişdir. Sorğuların vaxtında cavablandırılması baxımından isə yalnız 5 sorğu qanunvericiliyin tələblərinə uyğun olaraq (12 gün) vaxtında cavablandırılmışdır, 28 sorğuya cavab isə tələb olunan müddətdən sonra verilmişdir, və yalnız 5 sorğuya tam və vaxtında verilmişdir. Bu ümumi göndərilən 64 sorğunun 8%-i deməkdir”.[viii]

 

Ümumiyyətlə təkcə gəlirlərlə deyil, digər fəaliyyətlərlə bağlı göndərilən sorğular da bir qayda olaraq ya cavablandırılmır, yaxud tam cavablandırılmır. Dövlət Neft Şirkəti bir qayda olaraq göndərilən sorğulara cavab olaraq bildirir ki, “İnformasiya Əldə Etmək Haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq Dövlət Neft Şirkəti İnformasiya Sahibi deyildir”.

Sorğular müvafiq olaraq Yanacaq və Energetika Nazirliynə ünvanlandıqda isə alınan cavab belə olur ki, “Nazirlikdə belə informasiya yoxdur. Sorğu Dövlət Neft Şirkətinə ünvanlanmalıdır”

 

MHŞT üzrə təşəbbüsə qoşulan və uzun müddət bu təşəbbüs üzrə lider mövqedə olan Azərbaycan sonraladan təşəbbüsü əldən verdi. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan  zəruri olan yenilikləri qəbul etmədi. Aqreqat hesabatlılıqdan fərdi hesabatlılığa keçidin bu qədər ləngiməsinin heç bir əsası yox idi.

MHŞT üzrə yeni standartların qəbulu artıq Azərbaycanın istər istəməz fərdi hesabat sisteminə keçməsini mütləq edir. Lakin təşəbbüsə qoşulan bir sıra dövlətlər artıq xeyli qabağa gedərək HSŞT haqqında qanun qəbul etmişlər. Nigeriya, Liberiya,  və Norveçin belə qanunları vardır.

Daha bir neçə ölkədə MSŞT-na dair müddəalar və tələblər başqa qanunların tərkibinə daxil edilmişdir. Məsələn Monqolustanda “Mədən haqqında Qanun”, Qanada “İnformasiya Azadlığı aktı”, Siera-Leonedə Mineral və mədən aktı”a  HSŞT-yə dair tələblər daxil edilmişdir.

Belə olan halda Azərbaycanda MHŞT proseslərində imperativliyn təmin olunması zərurəti bir daha ortaya çıxır.

Azərbaycandan HSŞT memorandumunun tərəfi olan MSŞA Koalisiyası hələ 2010-cu ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Haqqında Qanun” layihəsi hazırlamışdır. Bundan əvvəl isə Kolalisiya tərəfindən “Neft Fondu Haqqında” Qanun Layihəsi hazırlanmışdır. Lakin HSŞT üzrə Memorandumun tərəfi olan Şirkətlər və hökumət layihələrin indiki halda zəruri olmadığını bildirir. Coxtərəfli qrupda layihələrin təqdimatı  edilmişdir. Lakin CQ layihənin Parlamentə HSŞT adından verilməsinin əleyhinə səs vermişdir.

 

3. Mədən sənayesində şəffaflığın təmin olunması üzrə qanunvericilik sahəsində

Xarici ölkələrin təcrübəsi

Mədən hasilatı sahəsində maraqlı tərəflərin və ictimaiyyətin məlumatlandırılması və belə məlumatların əldə edilməsi qaydaları və prosedurları ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə nəzərə saldıqda  müəyyən etmək mümükün olur ki, xarici ölkələrin əksəriyyəti bu məsələləri ümumi qanunlarla tənzimləyirlər. Belə qanunlar Məlumat əldə etmək haqqında, ətraf mühitə dair məlumatların əldə edilməsi və ətraf mühitə dair qərarların qəbulunda ictimai iştirakçılıq, yerin təki haqqında, neft, qaz, qızıl və s. ehtiyatlara dair qanunvericiliklərlə tənzimlənir.

Mədən Hasilatı Sahəsində Şəffaflıq təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüslə bağlı milli çərçivələrdə və beynəlxaq səviyyədə strukturların yaradılması vəziyyəti bir qədər dəyişdirmişdir. Belə ki, həmin təşəbbüs dövlət, biznes və vətəndaş cəmiyyətinin birgə iştirakçılığını təmin edir və tərflər öz üzərinə şəffaflıqla bağlı öhdəliklər götürürlər. Yuxarıda qeyd olunduğu kimi Azərbaycanda MHŞT ayrıca bir qanunla tənzimlənmir. Lakin Bu təşəbbüsə qoşulan bir neçə ölkədə artıq müfafiq qanun qəbul edilmişdir. Bu ölkələr Nigeriya, Liberiya, Norveçdir.

Bu qanunu qəbul edən ilk ölkədə-Nigeriyada Qanun 2007-ci ildə, Liberiyada isə 2009-cu ildə qüvvəyə minmişdir.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü haqqında Qanun qəbul etmiş ilk ölkə Nigeriya olmuşdur. Qəbul olunmuş qanun 2007-ci ilin may ayında qüvvəyə minmişdir.
Bu Qanun Mədən Sənayesində şəffaflığın təmin olunması üçün aşağıdakı hüquqi əsasları yaradır:
1.      Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü hüquqi status almışdır;
2.      Qanun illik hesabatların təqdim olunması prosedurunu nəzərdə tutur;
3.      Qanun hüquqi şəxs statusunda Nigeriya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Katibliyin yaradılmasını nəzərdə tutur;
4.      Qanun  Maraqlı Tərəflər Qrupu (MTQ) üzvlərinin təyin olunma prosedurunu və onun rolunun və fəaliyyətini legitimləşdirir.
 
Qanun həmçinin Nigeriya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü aşağıdakı mexanizmlərlə gücləndirir:
·                     Şirkətlərin və hökumətin hesabatını məcburi edir (tələbi yerinə yetirməyənlərə sanksiya tətbiq etməklə);
·                     Baş müfəttiş tərəfindən auditor hesabatına baxmağı tələb edir;
·                     Auditor hesabatının Milli Assambleyaya (parlamentə-S.M) təqdim edilməsini tələb edir;
·                     MSŞT üzrə fəaliyyətə dair  hesabatların hər yarım ildən bir Milli Assambleyaya təqdim olunmasını tələb edir.[ix]
Qanunun mühüm əhəmiyyəti isə onun MHŞT prosesləri üzərində nəzarət sistemini legitimləşdirmiş və onun qanunvericilik səviyyəsində reqlamentləşdirmişdir.
Göründüyü kimi qanunvericilik Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə fəaliyyətlərə Azərbaycandan fərqli status vermişdir. Azərbaycanda MSŞT-nin fəaliyyətini tənzimləyən

“Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandumun 12-ci bəndində göstərilir ki, “Bu Anlaşma Memorandumu yalnız niyyət bəyanatı olaraq Tərəflərin heç biri üçün hər hansı hüquq, məsuliyyət və yaxud razılaşma cavabdehliyi yaratmır”[x].
Bu baxımdan memorondumun imzalanmasından keçən 6 il ərzində üçtərəfli münasibətləri tənzimləyən ayrıca normativ hüquqi sənədin olmaması ölkənin MHŞT proseslərindəki qabaqcıl mövqeləri ilə üst- üstə düşmür.

 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü haqqında ayrıca qanuna malik ölkələrdən bir də Liberiyadır. Bu ölkədə müvafiq Qanun 2009-cu ilin iyul ayında qüvvəyə minmişdir. Qanunun tələbinə görə Liberiyanın hasilat sahəsində fəaliyyət göstərən bütün şirkətlər qanunun tələblərindən irəli gələn bütün vəzifələri yerinə yetirməlidirlər. Liberiyanın müvafiq qanunun əslində bəzi tələblərinə görə MSŞT tələblərindən bir qədər də qabağa gedir. Belə ki, Qanununda göstərilir ki, hasilat sahəsində fəaliyyət göstərən şirkətlərin hesabatlarında ayrı-ayrı şirkətlərin ödənişləri əks olunsun və müqavilələr, istismar üzrə lisenziyalar dərc olunsun və baxılsın. Bu müddəanın qanunda əks olunması ölkədə fəaliyyət göstərən bütün şirkətlərin, o cümlədən xarici və yerli şirkətlərin bərabər əsaslarla fəaliyyət göstərməsinə hüquqi şərait yaradır. Qanuna görə şirkətlər bu qaydadan imtina etdikdə ona qarşı iddia qaldırılır və məhkəmə prosesi həyata keçirilir.

Qanun əsasında muxtar agentlik statusunda Liberiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü  (LMSŞT) adlı təsisat yaradılır. LMSŞT özündə maraqlı tərəflərdən ibarət koalisiya formalaşdırmış və idarə edici orqana malikdir. LMSŞT muxtar təsisat olaraq rekvizitlərə malikdir  fəaliyyətində iddiaçı və cavabdeh qismində çıxış etmək, müqavilələr bağlamaq və onları ləğv etmək, əmlak əldə etmək, həmçinin qanuni əsaslarla əldə edilən əmlaka malik olmaq, digər qurumlarla əlaqələr qurmaq, ölkədə və zəruri hallarda ölkədən kənarda təsisatlar yaratmaq və onları ləğv etmək və qanunla müəyyən olunan digər funksiyaları həyata keçirmək səlahiyyətinə malikdir.

 

MHŞT-ə qoşulan bir sıra ölkələr də təşəbbüsün xüsusi bir qanunla deyil, mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi yolu ilə tənzimlənməsinə təşəbbüslər edirlər.

MHŞT-yə 2004-cü ildə qoşulmuş Qrğızstanda mədən hasilatı sahəsində şəffaflığın artırılmasına yönələn bir sıra tədbirlər olmuşdur. Lakin MHŞT-yə dair yeni standartların qəbulu bu ölkədə tərəflərin müəyyən təşəbbüslərinin ortaya çıxmasına səbəb olmuşdur. Azərbaycandan fərqli olaraq Qırğızstanda müvafiq qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi ilə bağlı layihələr mövcuddur.

MHŞT 6-cı Qlobal Konfransında qəbul olunmuş standartların tətbiqi məqsədi ilə Qırğızstan hökuməti 30 iyul 2013-cü ildə “Yerin təki haqqında Qırğızstan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi haqqında” qərar qəbul etmişdir. Əlavə və dəyişikliklər aşağıda göstərilən əsas prinsipləri əhatə edəcəkdir:

  • Yerin təkindən istifadə edənlərin ödənişlərə və vergilərə dair hesabatlar vermələinə dair öhdəliklərin müəyyən edilməsi;
  • Müstəqil şirkətlər (auditor) şirkətləri tərəfindən yerin təkindən istifadə edən tərəflin təqdim etdiyi hesabatla hökumət hesabatlarını tutuşdurulması;
  • Fərdi  hesabatların və tutuşdurulan hesabatların nəticələrinin mütləq qaydada dərc  olunması.

Göründüyü kimi Azərbaycandan fərqli olaraq Qrğıstan artıq MHŞT-nin əsas prinsipial standartlarını qanunvericiliyə daxil etmək niyyətindədir.

 

Gürcüstan MHŞT-yə qoşulmamışdır. Lakin ölkədə Mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsinə yönələn bir sıra qanunvericilik aktları mövcuddur. Bunlara

1996-cı ildə qəbul edilmiş Yer təki haqqında qanun, 1999-cu ildə qəbul edilmiş və sonradan dəyişdirilmiş Neft və Qaz haqqında Qanun, İnvestisiyalara Dövlət Dəstəyi üzrə Qanun, Ətraf Mühitin Müdafiəsi üzrə Qanun və s. normativ aktları göstərmək olar.

Gürcüstanın Neft və Qaz barədə Qanununda və ölkədə aparılan Neft və Qaz Əməliyyatları üzrə Təlimatlarda şəffaflığın olmasına müəyyən təminat var. Bu təlimatlarda neft və qaz hasilatı ilə məşğul olan bütün şirkətlərin beynəlxalq mühasibatlıq standartlarına uyğun dəqiq və tam məlumatları saxlaması şərt kimi qoyulub. Bu məlumatlara aşağıdakılar daxildir:

1. Neft, qaz, birləşmiş karbohidrat və kommersiya dəyəri olan digər faydalı qazıntıların hasilatı və təşkili;

2. Belə maddələrin satışı və ya barteri;

3. Belə satış və ya barterdən gələn gəlirlərin paylanması;

4. Mövcud benzinin həcmi, onun orta qiyməti, məsrəf, neft və mənfəət nefti barədə məlumatları özündə əks etdirən hasilat, məsrəf və mənfəətin paylanması hesabatı; şirkətin gəlirləri, əsas xərcləri, vergi tutulan mənfəəti barədə məlumatı təmin edən mənfəət və vergi hesabatları; və

5. Təlimatlar və ya müqavilələrdə göstərilmiş digər hesabatlar[25] 

 

Lakin Gürcüstanda da məlumatların əldə edilməsi və şəffaflıqla bağlı problemlər vardır.

Yaşıl Alternativ təşkilatının Gürcüstanda Təbii Ehtiyatların Hasilatı – Şəffaflıq, Hesabatlılıq və İnsan Hüquqlarının Müdafiəsi sahələrindəki çətinliklər” adlı hesabatda göstərilir ki, “Gürcüstanın hasilat sənayesindəki vəziyyətin təhlili aydın şəkildə göstərir ki, çox vaxt layihənin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmur. Bir çox hallarda müəssisələrin əhaliyə təsiri kəskin olduqda şirkətlərin yeni sahiblərə satılması adət halını alıb. Daha ciddi bir problem ondan ibarətdir ki, bəzən belə satışlar yalnız formal xarakter daşıyır və sahibkar dəyişmir. Bu isə, şirkət sahibinə imkan verir ki, çirklənmə və/və ya digər problemlərin tarixi xarakter daşıdığını elan etsin və bu problemlərlə hər hansı əlaqələrinin olmasını təkzib etsin. Təcrübə göstərir ki, çox vaxt özəlləşdirilmiş müəssisələrin sahibini müəyyənləşdirmək qeyri-mümkün və ya həddən artıq vaxt aparan olur. Belə şirkətlərin apardıqları əməliyyatlar yerli əhaliyə və ətraf mühitə zərər verdikdə isə bu problem kəskinləşir[26].

Hesabatı hazırlayan təşkilat Gürcüstanın da MHŞT-yə qoşulmasını və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsini təklif edir.

Monqolstan 4 yanvar 2006-cı ildən MHŞT-yə rəsmən qoşulmuşdur. 2006-cı ildən 2011-ci il də daxil olmaqla 6 hesabat təqdim edilmişdir. Hasilat sənayesindən hasil edilən mineral ehtiyatların ixracı, ölkə üzrə ixracatın 80%-ni, ÜDM-in isə 20%-ni təşkil edir.

Ölkədə “Faydalı qazıntılar haqqında” Qanun və “Çay mənbələri, su anbarları və meşə torpaqlarında faydalı qazıntıların kəşfiyyatının və hasilatının qadağan edilməsi haqqında” Qanun qəbul edilmişdir. Hazırda Faydalı qazıntılar haqqında yeni qanunun qəbulu gözlənilir.

 Hasilat sənayesindən əldə edilən gəlirlərə dair məlumatlar MHŞT çərçivəsində açıqlanan hesabatlardan əldə edilir. Vətənda. Cəmiyyəti mədən hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərə lisenziyaların verilməsi sahəsində şəffaflığın olmamasından şikayətlənirlər.

Bir sıra hasilat sənayesi sahələri otlaqların zəbti ilə nəticələnmişdir.

Nəzərə almaq lazımdır ki, yuxarıda göstərilən ölkələrin heç birndə (Norveç istisna olmaqla) Neft fondu və ya digər mineral ehtiyatlarla bağlı fondalar yaradılmamışdır. Bu baxımdan istənilən qanunvericilik aktlarının layihələrinin hazırlanması və qəbulu zamanı bu amil nəzərə alınmalıdır.

 

4. Mövcud qanun layihələri

4.1. Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Haqqında Qanun layihəsi

Qanun Layihəsi 2010-2011-ci illərdə hazırlanmış və maraqlı tətərflərə təqdim edilmişdir[27]. Layihə 2013-cü ildə yenidən təkmilləşdirilmişdir. Təkimilləşdirmə zamanı layihə  ilkin versiya hazırlandıqdan sonra qəbul olunmuş “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və 2013-cü ildə qəbul olunmuş HSŞT üzrə yeni standatrların tələblərinə uyğunlaşdırılmışdır. Layihənin preambulasında göstərilir ki, “Bu Qanun Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda həyata keçirilməsini  və bunun üçün ölkənin hasilat sənayesində fəaliyyət göstərən şirkətlərlə və qeyri- hökumət təşkilatları ilə əməkdaşlığının təmin edir”

Layihə  2 fəsil və 21 maddədən ibarətdir.

Maddələr bunlardır:  Qanunun məqsədi, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair Qanunvericilik,  Qanunun tətbiq dairəsi,  Əsas Anlayışlar,  Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün idarəedici orqanı,  Çoxtərəfli Qrupun Tərkibi,  Çoxtərəfli Qrupun əsas vəzifələri, Çoxtərəfli Qrup üzvünün səlahiyyətlərinin təsdiq olunması, vaxtından əvvəl xitam verilməsi, əvəzedici üzvlərin statusu və yeni üzvün təyin olunma qaydaları, Çoxtərəfli Qrup yığıncaqları və onun keçirilmə qaydaları və qərarların qəbul olunma qaydası, Çoxtərəfli Qrup üzvünün təminatları,  Çoxtərəfli Qrupun Katibliyi, Çoxtərəfli Qrupun əsas funksiyaları və səlahiyyətləri, Çoxtərəfli Qrup tərəfindən sorğuların verilməsi, Çoxtərəfli Qrupun İş Planı, Fərdi hesabatlar və hökumət hesabatı, Müstəqil Auditorun vəzifəsi, Çoxtərəfli Qrupun Hesabatları açıqlamaq vəzifəsi, Validatorun vəzifəsi,  Qanunun tələblərinin pozulmasına görə məsuliyyət, Keçid müddəalar.

 

4.2. Neft Fondu Haqqında Qanun Layihəsi

Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı təsis edilmişdir. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.  Fondun əsasnaməsində göstərilir ki, “Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir”.

Fond büdcədəkanar dövlət təsisatıdır. Azərbaycanda həyata keçirilən neft əməliyyatlarından əldə edilən gəlirlər[28] fonda daxil olur. Fondun üzərində parlament nəzarəti yoxdur.

MSŞA Koalisiyası Neft Fondunun fəaliyyətinin Prezident tərəfindən təsdiq edilən əsasnamə əsasında deyil xüsusi qanunla tənzimlənməsi təşəbbüsü ilə çıxış etmiş və bu məqsədlə “ Dövlət Neft Fondu Haqqında” Qanun layihəsi hazırlamışdır. Layihə fondun fəaliyyəti üzrəində parlament nəzarətini də nəzərdə tutur.

 

5. HSŞT üzrə yeni standartlara uyğunluq

Azərbaycanda HSŞT-nü tənzimləyən sənədlər, o cümlədən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandum və ona əlavələr (1,2,3,4 və 5 saylı əlavələr),

 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında  Razılaşma yeni standartlarda əks olunan tələblərə cavab vermir. Hazırda CQ tərəfindən yeni əlavələrin qəbulu və ya memoranduma dəyişikliklərin qəbul olunacağı gözlənilir. Lakin MSŞA Koalisiyası tərəfindən hazırlanmış qanun layihəsinin hazırkı mərhələdə qəbul olunması real görünmür.

HSŞT-yə dair yeni standatrtlarda əks olunmuş tələblər aşağıdakılardır:

  • Maraqlı tərəflərin Coxtərəfli Qrupu (MTCQ) səmərləi nəzarətinin təmin olunması;
  • HSŞT-yə dair hesabatların vaxtında dərc olunması;
  • HSŞT üzrə hesabatlar hasilat sektorunun icmalını əhatə edən kontekstual məlumatları ehtiva etməlidir;
  •  HSŞT üzrə hesabatlar müfəssəl olmalı və hesabatlarda  hökumət tərəfindən hasilat sənayesindən daxil olan gəlirlər, neft, qaz, dağ-mədən sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən bütün ödənişlər tam açıqlanmalıdır;
  • Beynəlxalq standartların tətbiq olunmaqla məlumatların düzgünlüyünü təsdiq edən etibar qazanmış proseslərin tətbiqi;
  • HSŞT-nə dair hesabatlar aydın olmalıdır, geniş yayılmalıdır, ictimaiyyət üçün əlçatan olmalıdır və ictimai debatlara gətirməlidir;
  • MTCQ HSŞT tətbiqindən əldə edilən  təcrübədən alınan dərslərdən nəticə çıxarmaqla  nəticələri təhlil etməlidir.

Hazırkı şəraitdə Azərbaycanda heç bir normativ akt HSŞT tətbiqi üçün nəzərdə tutulan bu tələbləri təmin edəcək vəziyyətdə deyildir.

 


[1] Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu. Mənbə: http://www.oilfund.az/eiti/az/doc/1

[1]   Azərbaycan Respublikasının Dövlət Neft Fondu Haqqında Əsasnamə.Mənbə: http://www.oilfund.az/az/content/25/154

[1] Bax: Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında Razılaşma.

[1] Bax: Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında Razılaşma.

[1] Bax: Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında Razılaşma.

[1] Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında  Razılaşma.

[1] Azərbaycan Respublikasinda mineral ehtiyatlarin hasilati ilə məşğul olan sənaye sahələrində şəffafliq təşəbbusunun (MHŞT) qiymətləndirilməsinə dair hesabat. Coffey international development (IPAN və PKF-nin əməkdaşliği ilə Fevral 2009-cu ilə)

[1] Azərbaycan Respublikasında ictimai informasiyaların açıqlanması və əldə edilməsinin monitorinqi. Bakı-2009.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və Revenue Watch Institute/

[1] РУКОВОДСТВО ПО ИПДО ДЛЯ ЗАКОНОДАТЕЛЕЙ: Пути поддержки и углубления прозрачности в области ресурсов. Автор - Алисон Пол ДеШривер при участии Джона Джонсона. Mənbə: http://eiti.org/ru/resources

[1] Mənbə: http://www.oilfund.az/eiti/az/doc/1

 

7. Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlər: cəmiyyətə hesabatlılıq və reallıqlar

İlham Şaban - Azərbaycan

Bu gün Sizə təqdim edəcəyimiz prezentasiyanın məzmunu Azərbaycanın neft və qaz sektorunda şəffaflıq məsələlərinə həsr edilib.

Təqdimat üç hissədən ibarət olacaq:

birinci hissədə Azəbaycanda fəaliyyət göstərən hasilatçı şirkətlərin (dövlət, əməliyyat və birgə müəssisələrin) saytlarının olub-olmamasının monitorinqi aparılıb;

ikinci hissə 2014-cü ilin yanvar-fevral və mart ayının yarısında yerli, regional və dünya mətbuatında Azərbaycanda hasilatla məşğul olan şirkətlərin 2013-cü ildəki faəliyyətləri ilə bağlı ictimayyətə hər hansı bir açıqlama verməsi ilə bağlı olacaq;

üçüncü hissə isə ümumiyyətlə neft-qaz sənayesinin şəffaflıq məsələləri və bu sahədə olan informasiyaların vətəndaşa nə qədər əlçatan olması məsələlərinin araşdırılmasıdır.

Təqdimatım birinci hissəsinində bizi maraqlandıran əsas məsələ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və ölkə ərazisində neft və qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin və ya bu əməliyyat şirkətlərinə daxil olan ayrı-ayrı şirkətlərin fərdi qaydada ictimaiyyətə hər hansı bir açıqlama verməsi idi. Yəni il başa çatdı və bundan sonra əməliyyat şirkətləri, hansılar ki, hasilatı ölkə ərazisində adətən Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivələrində həyata keçirirlər və bunlar da vaxtilə Azərbaycan parlamentində imzalanıb və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan və SOCAR-la müvafiq sənədləşmə prosedurları həyata keçirdikdən sonra qüvvəyə minib və müqavilə ilə də dövlətin maraqlarının qorunması da SOCAR-a həvalə olunub, şirkətlər məsuliyyət hiss edib Azərbaycan ictimaiyyətinə özlərinin fəaliyyətləri haqda hansısa bir məlumat verəcəklərmi?

Sual oluna bilər ki, şirkətlər borcludurlarmı özlərinin fəaliyyətləri ilə bağlı məlumatı bölüşməyə?

Ümumiyyətlə, hər bir şirkət HPBŞ-ni Azərbaycan tərəfi ilə imzalayarkən öhdəlik götürür və bu öhdəliklər kommersiya sirri daşımır və müqavilələr parlamentdə  təsdiq edilərkən onlar maddə-maddə millət vəkilləri üçün göstərilib. Ortalama olaraq onu göstərmək olar ki, qurudakı yataqlar üzrə şirkətlərin müqavilə öhdəliyi, hasilatı müqavilə imzalanan dövrlə müqayisədə 3 il müddətində ən azı 1,5 dəfə artırmaq. Yəni bu minimal müqavilə öhdəliyi olur.

Əməliyyat şirkəti bəyan edə bilər ki, mən bunu SOCAR-a açıqlayıram və onun mənə qarşı heç bir iddiası yoxdursa, deməli müqavilə öhdəlikləri yerinə yetrilir.

Ancaq burada ictimaiyyətdə əməliyyat şirkətinə və onun operatoruna qarşı belə bir haqlı şübhə yaranmış olar: SOCAR-la anlaşa bilirsinizsə, nədən cəmiyyətlə anlaşmadan çəkinirsiniz? Cəmiyyət Sizdən kommersiya məlumatları istəmir, kommersiya-təsərrüfat fəaliyyətinin aparıldığı maliyyə qaynaqlarını açmağı da tələb etmir. İstədiyi odur ki, digər sivil ölkələrdəki kimi hər rübdə bir dəfə olmaqla:

  1. Nə qədər neft və qaz hasil edilməsini;
  2. Hasil edilən karbohidrogenlərin ixrac həcmini;
  3. Nəhayət, nə qədər Azərbaycan Respublikasında vergi ödədiyinizi açıqlayasınız.

Əgər bu kimi sadə informasiyaları hasilatçı şirkət bölüşmürsə, demək onun fəaliyyətində ya qaranlıq məqamlar var, ya da həmin şirkətə yerli hökumət təzyiqlər edir ki, heç bir məlumatları açıqlama – nə lazımdırsa, biz özümüz ictimaiyyətlə həll edərik. Ən azından bunu məntiq belə deyir.

            Ona görə də monitorinqi apararkən biz heç bir şirkətə nə bir sorğu ilə müraciət etmişik, nə ofisləri ilə əlaqə saxlamışıq, nə də hər hansı bir formada kontaktda olmuşuq.

            Bunun nəticəsi yerli mətbuatın monitorinqi və internet resursların köməyi ilə hasilatla məşğul olan şirkətlərin və yataqların 3 dildə: Azərbaycan, ingilis və rus dillərində mütəmadi axtarışını təşkil etmək olub.

2013-cü ilin yekunlarına əsasən, Azərbaycanda hasilatla 1 dövlət şirkəti, 1 birgə müəssisə və 14 əməliyyat şirkəti (HPBS çərçivəsində) məşğul olub.

  1. SOCAR (“Azneft” İB quruda və dənizdə 35-ə yaxın yataqları istismar edir)
  2. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti – (“Azəri-Çıraq-Günəşli” yataqları)
  3. BP Exporation (Shahdeniz) Əməliyyat Şirkəti (“Şahdəniz” yatağı)
  4. Salyan Oil Əməliyyat Şirkəti (“Kürsəngi” və “Qarabağlı” yataqları)
  5. Qobustan Əməliyyat Şirkəti (“Cənub-Qərbi Qobustan” yatağı)
  6. Neftçala Əməliyat Şirkəti (“Neftçala” yatağı)
  7. Şirvan Əməliyyat Şirkəti (“Kürovdağ” yatağı)
  8. Bahar Enerji Əməliyyat Şirkəti (“Bahar” və “Qum dəniz” yataqları)
  9. Binəqədi Oil Əməliyyat Şirkəti (“Binəqədi” yataqlar blokunu)
  10. Suraxanı Oil Əməliyyat şirkəti (“Suraxanı” yataqlar blokunu)
  11. Balaxanı Əməliyyat şirkəti (“Suraxanı” yataqlar blokunu)
  12. Qarasu Əməliyyat Şirkəti (“Kəlaməddin” və “Mişovdağ” yataqları)
  13. Petro-HongKong-Pirsaat Oil Limited Əməliyyat Şirkəti (“Pirsəhhət” yatağı)
  14. Abşeron İnvesments Əməliyyat Şirkəti (“Zığ” və “Hövsan” yataqları)
  15. AzGerneft Birgə Müəsisəsi (“Ramanı” yatağı)
  16. Anglo Asian Mining PLC (qızıl yataqları)

 

Hansı hasilatçı şirkətlərin saytı var?

Azərbaycan cari ildə ilk HPBS-nin (“Azəri-Çıraq-Günəşli” yataqları) imzalanmasının 20 illiyini qeyd etməyə hazırlaşır. Bu layihə Azərbaycanın ən böyük neft layihəsidir. 2013-cü ilin nəticələrinə görə, ACG-dən gələn mənfəət nefti Azərbaycan Dövlət Neft Fonduna daxil olan neft və qaz satışından gələn gəlirlərin 95%-ni təşkil edib. “BP-Azerbaijan” şirkətinin ACG-dən hasil etdiyi neft 2013-c ilin nəticələrinə görə, Azərbaycanda hasil edilən ümumi neftin 74,7%-ni, “Şahdəniz” yatağından hasil edilən kondensat da nəzərə alınmaqla isə 81%-ni təşkil edib.

Ancaq informasiya texnologiyalarının  getdikcə ictimaiyyətin ən dərin qatlarına işlədiyi bir dövrdə layihənin operatoru olan BP Azərbaycandakı layihələri üzrə bir sayt belə yaratmayıb və hələ də onları özünün Londondakı Global ofisinnin nəzdində olan sayt üzərindən idarə edir. Bəli, qeyd edirlər ki, bu korporativ etiketdən irəli gəlir. Ancaq bir şey var ki, Xəzərin sag sahilində bu layihələrdən maştabına görə heç də geri qalmayan Tengiz, Karaçaqanak və Kaşağan layihələrinin operatorları da ilk onluqda olan Qərb şirkətləridir və hər bir layihənin ayrıca saytları mövcuddur.

Bu baxımdan 13 fevral 2014-cü ildə BP-nin ötən ilin yekunları ilə bağlı elektron poçtla yaydığı 11 səhifəlik hesabatı tapmaq  heç də asan deyil, çünki sayt sadəcə ağır bir tərtibatdadır. Hətta BP nümayəndələri ilə illik görüşlər zamanı jurnalistlər bir-neçə dəfə qeyd etdikləri kimi “orada nəsə görmək belə böyük məharət tələb edir”. Qeyd etmək lazımdır ki, bu baxımdan sözügedən jurnalistlər arasında populyarlıq qazanmadığından, heç cəmiyyətin digər “maraq doğuran” hissəsini də özünə cəlb edə bilməmişdir.

 

 

Beləliklə, “BP-Azərbaycan” şirkətinin korporativ saytında iki əməliyyat şirkətinin - “Azəri-Çıraq-Günəşli” neft və “Şahdəniz” qaz-kondensat yataqları fəaliyyətini əks etdirən məlumatlar var.

 

Növbəti resurs, SOCAR-ındır. Bu, kifayət qədər informasiya ilə doldurulmuş və demək olar ki, ölkədə neft və qaz sahəsində yeganə işlək rəsmi internet resursdur. www.socar.az saytı qeyd etmək lazımdır ki, artıq bir ildən çoxdur ki, alexa.com reytinq agentliyinin göstəricilərinə görə, Azərbaycandan baxılan saytlar sırasında ilk 100-lükdədir. Həqiqətən, ikidilli olan bu sayt daim yenilənir, demək olar ki, gündəlik...onun informasiya bazası zəngindir və ona müraciət edənlər daim çoxdur. Ancaq SOCAR-ın saytının populyarlığını heç də oradakı informasiyalara cəmiyyət tərəfindən hədsiz marağın olması ilə əlaqələndirmək də düzgün olmazdı.

Belə ki, http://careers.socar.az/VacancyList səhifəsində “Karyera” bölümündə SOCAR-a işə qəbulla bağlı müraciətlər və “Vakansiyalar” haqda məlumatlar var. Və hər gün bu bölümə yüzlərlə insan müraciət edir. Çünki SOCAR-a işə qəbul artıq yalnız elektron ərizə vasitəsilə sayt üzərindən həyata keçirilir.

 

 

Növbəti monitorinq zamanı Salyan Oil and Gas Company adı altında şirkətin (http://www.salyanoilgas.com/) resursuna rast gəldik. Sayt ingilis və rus dilində hazırlanıb və hər iki dildə çoxlu səhvlər var. Yəni ona dəlalət edir ki, həqiqətən Çin şirkətinə məxsusdur. Qeyd edək ki, Salyan Oil Əməliyyat Şirkətinin operatoru Çinin dövlət şirkəti olan CNPC şirkətidir. Ancaq burada olan məlumatlar sonuncu dəfə 2011-ci ildə yenilənib və heç bir yerdə “Kürsəngi” və “Qarabağlı” yataqlarına aid material yoxdur. Yeganə kontakt  nömrələrinə əsasən demək olar ki, bu sayt onların Bakı ofisinə hansısa aidiyyatı var, vəssalam.

Qobustan Əməliyyat Şirkətinin əvvəllər Facebookda səhifəsi olub, ancaq bu səhifəni hansısa xəbər paylaşmaqdan ötrü yaratmayıblar. İşə götürməklə bağlı istifadə ediblər və sonra ləvğ edilib:  Gobustan Operating Company | Facebook.

 

  • Azərbaycanda neft hasilatı ilə məşğul olan məhşur bir offşor şirkət var: Global Energy. Bu şirkət hazırda Abşeron yarımadasında və Şirvanda hərəsində 2 hasilatçı əməliyyat şirkətinə (Abşeron İnvesments Əməliyyat Şirkəti (“Zığ” və “Hövsan” yataqları), Binəqədi Oil Əməliyyat Şirkəti (“Binəqədi” yataqlar blokunu) və Neftçala Əməliyat Şirkəti (“Neftçala” yatağı), Qarasu Əməliyyat Şirkəti (“Kəlaməddin” və “Mişovdağ” yataqları). Bundan başqa şirkətin bir kəşfiyyat əməliyyat şirkəti var quruda - Kura Valey Operating Company. Ancaq nə şirkətin özünün, nə də əməliyyat şirkətlərinin saytları mövcud deyil.

 

Bahar Enerji Əməliyyat Şirkətinin (“Bahar” və “Qum dəniz” yataqları) saytı olmasa da, layihə haqqında kifayət qədər məlumatlar onun operatorunun Greenfields Petroleum şirkətinin saytı vasitəsilə (http://www.greenfields-petroleum.com/Operations) yayılır.

 

“BP-Azərbaycan” şirkətindəki hadisə ilə biz yenidən bu hadisədə ilə üzləşdik. Suraxanı Oil Əməliyyat şirkəti (“Suraxanı” yataqlar blokunu) və Balaxanı Əməliyyat şirkəti (“Suraxanı” yataqlar blokunu) ilə bağlı məlumatları özündə birləşdirən bir resursu aşkarladır. Bu UGE şirkətinin saytının yenilənmiş versiyasında özünü tapmışdı.

 Maraqlısı isə o idi ki, bu informasiyalar  martın əvvəllərində sayta yerləşdirilmişdi və burada Azərbaycan cəmiyyətini maraq doğuracaq məqamlar vardı (2013-cü ilin dekabrının əvvəlində Global Witness təşkilatının gündəmə gətirdiyi milyonçu Anar Əliyevin nəzarətində olan hasilat şirkəti). Ancaq bu haqda üçüncü hissədə söz acağıq.

 

Beləliklə, birinci hissənin yekunu olaraq çıxardığımız nəticə budur:

2014-cü ilin martın ortasına qədər Azərbaycanda hasilatla məşğul olan 15 hüquqi şəxsdən yalnız 4-nün: SOCAR, BP-Azerbaijan, Greenfields Petroleum və UGE şirkətlərinin saytları mövcud olub. 

 

Neçə şirkət 2013-cü ilin yekunlarına dair məlumatlar dərc edib?

Apardığımız monitorinqin 75 günü arxada qaldı. Bu, kifayət qədər böyük bir zamandır ki, şirkətlər ötən ilin yekunlarına dair ilkin məlumatları cəmiyyətlə bölüşəydilər. Azərbaycan ənənəsinə görə, ilin ilkin yekunu deyəndə nə qədər neft və ya qaz hasil edilməsi, onun ixrac həcmləri, yatırılmış investisiyalar kimi məlumatlar nəzərdə tutulur.  

Məsələn, dünyanın nəinki iri neft şirkətləri, hətta Rusiyanın LUKoil, Gazprom kimi şirkətləri və hətta Çinin aparıcı şirkətləri belə artıq fevral ayının ortasına özlərinin 2013-cü il yekun məlumatlarını (audit olunmamış) ictimaiyyətə təqdim etmişdilər və burada gəlirləri, xərcləri, mənfəətləri, xalis mənfəətləri, o cümlədən 1 aksiya üçün ödəniləcək dividendlərə dair məlumatları saytlarında yerləşdirmişdilər.

Azərbaycanda artıq bir ənənə halını alıb ki, ilin yekununa dair ilk məlumatları SOCAR bölüşür və bu adətən dekabrın 28 və ya 29 tarixlərində keçirilir. Ancaq bu tədbirdə SOCAR özünün deyil, Azəraycanın neft sənayesinin ilkin göstəricilərini açıqlayır: son 2 ildə SOCAR-ın  açıqladığı rəqəmlərin heç biri sonradan – cəmi 2 həftə sonra Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəqəmlərlə üst-üstə düşməyib, sanki SOCAR planı qabaqlamaqla bağlı xoş ovqatlı xəbərlər verir və sonradan bu təsdiqini korrektə edilmiş formada tapır.

Buna baxmayaraq, SOCAR ilin yekunlarına dair öz saytında məlumatları dəqiqliklə  yanvarin 22-də yerləşdirmişdi. Ancaq bir məsələ vardı ki, SOCAR bununla bağlı özü xəbər yaymamışdı, sadəcə quru rəqəmləri “Statistika” bölümündə yerləşdirmişdi, necə deyərlər NO COMMENT rejimində. Bəlkə də belə yaxşıdır, çünki bir neçə ilin göztəriciləri aybaay var – müqayisə üçün kifayət qədər material var.

SOCAR bundan əvvəl özünün və dövlətin payına düşən neftin ixracına dair məlumatları 7 yanvar tarixində dərc edib. Həmçinin neftin orta qiymətlərinə dair məlumatları da oxucularla bölüşüb. SOCAR yanvar ayında həmçinin nəqletmə və 2013-cü ildə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məbləğləri də açıqlayıb.  

Qeyd edək ki, hər ilin yekunlarına görə SOCAR ictimaiyyətə artıq audit olunmuş 3 hesabat açıqlayır:

  • Ilkin olaraq maliyyə hesabatı (adətən iyunun sonunda ictimaiyyətə təqdim olunur)
  • Davamlı inkişaf üzrə hesabat (adətən iyulun sonunda ictimaiyyətə təqdim olunur)
  • İllik hesabat (adətən ya dekabrda, ya da o biri ilin yanvarında ictimaiyyətə təqdim olunur)

İctimaiyyətə məlumat açıqlayan ikinci hasilatçı şirkət “BP-Azərbaycan” şirkəti olub. O, 13 fevral tarixində  “Azəri-Çıraq-Günəşli” və “Şah-dəniz” yataqlarından hasil etdiyi neft və qaz həcmlərini, onlara çəkilən kapital və əməliyyat xərclərini, yataqlardan ixrac edilən həcmləri (o cümlədən Azərbaycan verilən səmt qazının həcmlərini) açıqlayıb.

Qeyd edək ki, hər ilin yekunlarına görə “BP-Azərbaycan” ictimaiyyətə audit olunmuş 2 hesabat açıqlayır:

  • Davamlı inkişaf üzrə hesabat (adətən avqust ayında ictimaiyyətə təqdim olunur)
  • İllik hesabat (adətən iyunda ictimaiyyətə təqdim olunur)

“BP-Azərbaycan” şirkəti hesabatlarını ictimaiyyətə xüsusi təqdim etmə mərasimi keçirir. Şirkətin menecerləri jurnalistlərin suallarını cavablandırır, hər hansı qaranlıq qalan məqamlara aydınlıq gətirirlər.

            Məsələn, SOCAR-da belə bir ənənə yoxdur, sanki cəmiyyətin aktiv üzvləri ilə nəyinsə təqdimetmə və ya müzakirə məsələsindən çəkinirlər.

            Yerdə qalan 13 hasilat şirkətinə diqqət yetirsək, monitorinqlərimiz nəticəsində məlum oldu ki, heç bir şirkət özünün hasilatına dair məlumatı ictimaiyyətə açıqlamayıb.

Yeganə kiçicik bir məlumat UGE şirkətinin saytında var, ancaq burada 2013-cü ildə “Balaxanı” blokunda (http://www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=62) gündəlik hasilatın 858 tona çatdırıldığı qeyd olunur ki, bu da 2009-cu illə müqayisədə (572 tonn) 1,5 dəfə çoxdur. Hasilat məsələsini bu tipdə UGE şirkəti “Suraxanı” blokunda da (http://www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=63) işıqlandırır: 2013-cü ilin nəticələrinə görə gündəlik hasilat  573 tona çatıb ki, bu da HPBS müqaviləsi imzalanan zamankı göstəricidən 2,2 dəfə yüksəkdir.

Greenfields Petroleum şirkəti özünün 2013-cü illə bağlı hasilat göstəricilərini açıqlamasa da (təkcə 2013-cü ilin oktryabrında verilmiş proqnoz göstəriciləri var – 1988 barel və 7000 bareldən artıq neft ekvivalenti), ancaq noyabr ayında layihə ilə bağlı dolğun bir hesabat yerləşdrib. Burada nəinki özünün payını göstərib (33,33%), hətta partnyoru Bağhlan Group haqqında təfsilatlı məlumat da dərc edib (66,67%). Gözləntilər, layihəyənin ilkin fazasına çəkiləcək xərclər, SOCAR-ın və Azərbaycanın qazancları da proqnozlarla əksini tapıb.

Maraqlıdır ki, şirkət 10 yanvar 2014-cü ildə yayadığı məlumatda bəyan edib ki, HPBS-nin müddəalarına uyğun olaraq fasiləsiz olaraq 90 gün ərzində minimal olaraq 6944 barel neft ekvivalenti hasilat təmin edilməliydi ki, Podratçı onun qarşısında qoyulan öhdəlik tələblərini yerinə yetirmiş olsun. Ancaq son 90 gün ərzində Podratçı orta hesabla hasilatı 6962 barel neft ekvivalenti səviyyəsində saxlayıb. Lakin bizim monitoring göstərdi ki, şirkətin əlehinə olan bu kimi xəbərlər Azərbaycan mətbuatında yer almayıb, çünki onun yerli partnyoru Baghlan Group sanki ictimaiyyətlə ümumiyyətlə hər hansı bir xəbərin bölüşməməsi strategiyasını qarşıya məgsəd kimi qoyub.

 

Beləliklə, hansı nəticəyə gəlirik? 15hasilat şirkətindən 2013-cü ilin yekunlarına dair sırf hasilatla bağlı cəmi 2 əməliyyat şirkəti ictimaiyyətə dolğun məlumat verib:

  1. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
  2. BP Exploration (Shahdeniz) Əməliyyat Şirkəti.

SOCAR-ın açıqladığı məlumatı natamam adlandırırıq. Nəyə görə? Çünki SOCAR-ın statistikasında, onun rəsmilərinin açıqladığı kimi, artıq SOCAR-ın əməliyyat şirkətləri və birgə müəssisələrdə olan payları da nəzərə alınmaqla göstərilir. Yəni, SOCAR-ın strukturuna daxil olan hasilatçı qurum – “Azneft”-in hasilatı artıq ictimaiyyətə bəlli deyil.

2 şirkət – UGE-nin operatoru olduğu “Balaxanı” və “Suraxanı” Əməliyyat Şirkətlərində hasilatın gündəlik verildiyi qeyd olunub. Yəni bunun illik hasilatını ancaq təqribi güman edə bilərik.

1 şirkətdə isə - Bahar Energy Operating Company – yenə də hasilatın ancaq təqribi, özü də neft ekvivalentinə əsasən nə qədər olduğunu söyləmək olar.

Nəticəni yuvarlaqlaşdırsaq, ictimaiyyətə açıqlanan informasiyada “şəffaflıq faizi” təqribən 20-25% ətrafında olar.

Hazırda Azərbaycanda qiymətli metallar (qızıl və gümüş) HPBS müqaviləsi əsasında imzalanmış 1 müqavilə əsasında həyata keçirilir.

1) 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.

Yaradılan əməliyyat şirkətinin  "Anglo Asian Mining plc" saytı mövcuddur - http://www.angloasianmining.com/. Şirkətin ingilis dilində audit edilmiş hesabatı yerləşdirilib saytda, ancaq 2012-ci il üçün. Bundan əvvəlki illər üzrə də hesabatlar mövcuddur .

Şirkət 2013-cü ildə hasilatla bağlı məlumat yaymayıb.

Ancaq Dövlət Statistika Komitəsi Azərbaycanda qızıl istehsalı ilə bağlı məlumatı var:2013-cü ildə 52 068 unsiya qızıl istehsal edib. 2012-ci ildə hasilat 50 215 unsiya olmuşdu.

 

Şəffaflıq və reallıq

Azərbaycan 2003-cü ildə EİTİ – Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub.

2004-cü ildə bu təşəbbüsə İctimaiyyət – Qeyri Hökumət Təşkilatları EİTİ-in bir tərəfi kimi çıxış ediblər.

2005-ci ildən Azərbaycan EİTİ çərçivəsində ilk hesabatını açıqlayıb.

Və həmin ilin sonunda Azərbaycanda bu ölkənin ilk özəl neft şirkəti Azpetrol fəaliyyətini neft şirkəti kimi dayandırıb.

2006-cı ildə Azərbaycan HPBS çərçivəsində özünün ilk milyard mənfəətini əldə etdi....və SOCAR-ın yeni strukturu təsdiq edildi. Bu tarixdən Azərbaycan neftinin yeni dövrü başlayır. Daha doğrusu yeni oyun qaydaları desək, daha düzgün olardı. Yavaş-yavaş informasiyaların cəmiyyətə şirkətlər tərəfindən verilməsi limitləşdirilir və nəhayət 2009-cu ildən demək olar ki, bu günkü görkəmə gəlib düşüb.

Biz slaydlara baxarıq, 2009-cu ilə qədər KİV-lər neft və qazla bağlı hansı statistik məlumatları ayba-ay dərc edə bilirdilər və indi hansı informasiyalar dərc edilir. Bu onda daha aydın şəkildə görsənər.

Hakimiyyət faktiki olaraq EİTİ məsələsinə qoşulmaqla cəmiyyəti qısa bir zamanda böyük bir problemdən uzaqlaşdıra bildi. EİTİ nədir? Çox dar bir çərçivədə olan məsələ - şirkətlərə deyir ki, sən verdiyini açıqla, hökumətə isə buyurur ki, sən də zəhmət olmasa aldığını açıqla.

Ancaq bunun effekti o dövlətlər üçün ola bilərdi ki, onun maliyyə sisteminin nə ucu olsun, nə də bucağı: o ölkələrdə neft gəliri nədir, adicə büdcədən milyardlarla vəsait oğurlamaları adi bir hal almış olsun. Azərbaycanda isə butun enerjili insanları, aktiv qrupu faktiki olaraq bu sistemə yönəltdilər və sonda da məlum oldu ki, Azərbaycan əvvəllər daha şəffaf imiş...

EİTİ-a daxil olan qurumların isə yadına da düşmədi ki, 2010-cu ildə Azərbaycanın neft kontraktları tarixində unikal bir hadisə baş verdi: həmin ilin aprelində Commonwealth Gobustan Ltd. şirkətindən butun payını alaraq Vitol treyder şirkətinin törəmə şirkəti olan Arawak Energy “Cənub-Qərbi Qobustan” Əməliyyat Şirkətinin operatoru olur. Bununla bağlı SOCAR indiyə qədər nə bir məlumat yayıb, nə də onun saytında məlumat yer alıb. Bu haqda məlumat HongKong birjasının məlumat bazasından təsadüfən axtarış zamanı  mənim rastıma çıxmışdı.

SOCAR-ın HPBS-ləri bölümündə məlumatlar nə yenilənir, nə də orada ümumiyyətlə hasilatla bağlı bir məlumat yoxdur. Bəs onda cəmiyyətə lazım olacaq  informasiya nədir? Kimin nə alıb-veməsi, yoxsa daha şəffaflığa yol aça biləcək daha vacib informasiya mənbələri ?

Biz demirik ki, EİTİ lazımsız bir təşəbbüs idi! Ancaq cəmiyyətin aktiv təbəqəsi öz enejisinin faydalılıq əmsalına da gərək diqqət yetirə... Çünki EİTİ üzvü olmayan ölkə -Rusiya ilə müqayisədə Azərbaycan vətəndaşlarının enerji sahəsindəki informasiyaya çıxışlarını və ya bu sahədə informasiya bazarına yönələn informasiyanın keyfiyyətini müqayisə edəndə görürsən ki, heç də EİTİ-ya üzv olmaq və ya ildə 2 və ya 1 audit olunmuş beynəlxalq hesabat verməyin elə də mənası yox imiş. Adicə Rusiya Mərkəzi Bankının tədiyyə balansı ilə Azərbaycan Bankının tədiyyə balansını müqayisə etmək yetərlidir ki, neft və qazla bağlı informasiyının maliyyə götəricilərinin təqdim edilməsində nə qədər fərqin olmasını görəsən. Və ya Rusiyanın bütün enerji məlumatları Energetika Nazirliyinin Mərkəzi Dispetçer Mərkəzində cəmləşir ki, oradan da onların alınması pullu (operativliyinə və kommersiya otiyentasiyasına görə) və pulsuz qaydada həyata keçirilir. Azərbaycanın energetika nazirliyinin saytında ümumiyyətlə statistika ilə rastlaşmaq təsadüfə bağlı bir şeydir.

Bu baxımdan, enerji məlumatlarının əldə edilməsi bir yana, onun təqdim edilməsində yaradilan xüsusi baryerlər də var ki, vətəndaşlar tərəfindən qavranılması xüsusi bilik və bacarıqlar tələb edir. 

 

8. Hasilat sənayesinin təsirlərinə məruz qalmış ərazilərdə əhali arasında keçirilmiş sorğunun nəticələrinə dair Hesabat

Sorğunun məqsədi

Hasilat sənayesinin mövcud olduğu regionlarda keçirilən bu sorğu aşağıdakı məsələləri aydınlaşdırmaq məqsədi güdürdü:

  • resurs şirkətlərinin fəaliyyəti regionlarda yaşayan insanlar üçün nə dərəcədə açıqdır?
  • bu şirkətlər ərazinin sosial-iqtisadi inkişafına töhfə verirmi?
  • şirkətlər ərazidə hansısa sosial layihələrin həyata keçirilməsinə təşəbbüs göstərdikdə, icmaların rəyini nəzərə alırmı?   

 

Sorğunun coğrafiyası və respondentlər

Sorğuya təbii ehtiyatların (neft və qızıl) hasil olduğu 3 ərazidə - Şirvan şəhərinin, Salyan və Gədəbəy rayonlarının ərazisində yaşayan insansanlar cəlb olunub. Sorğuda ümimilikdə 300 nəfər, o cümlədən Şirvan şəhərindən 125 nəfər, Salyan rayonundan 125 nəfər, Gədəbəy rayonundan 50 nəfər iştirak edib. Respondentlər bilavasitə təbii ehtiyatların hasil edildiyi yaşayış məntəqələrində və ya hasilat meydançasına ən yaxın məsafədə yerləşən ərazilərdə yaşayan sakinlər arasından seçilib. Rspondentlərin seçimində demoqrafik  faktorlar (cins-yaş) və onların sosial tərkibi (sosial statusu, məşğuliyyəti) nəzərə alınıb.

 

Sorğunun nəticələrinin analizi

1) Resurs şirkətlərinin fəaliyyətinin ictimaiyyətə açıqlığı ilə bağlı suallar

  1. hasilat şirkətləri öz fəaliyyət barədə ərazidə yaşayan insanlara müntəzəm məlumat verirlərmi;
  2. əgər məlumat verilirsə, onlar əsasən hansı vasitələrlə çatdırılır
  3. məlumatlar əsasən nə ilə bağlı olur?

 

Sorğuda iştirak edənlərdən heç biri bu şirkətlərin bilavasitə öz fəaliyyətləri barədə müntəzəm məlumat verdiklərini təsdiqləməyiblər.

 

 

Hasilat şirkətləri bilavasitə öz fəaliyyət barədə ərazidə yaşayan insanlara müntəzəm məlumat verirlərmi?

Sorğu iştirakçılarının 57.3%-i (172 nəfər) şirkətlərin öz fəaliyyəti barədə hər hansı məlumatı ictimaiyyətə açıqlamadıqlarını, 42.7%-i (128 nəfər) isə bu barədə məlumatsız olduqlarını qeyd ediblər.

 

Bəs hasilat şirkətləri həyata keçirdiyi layihələrlə bağlı məlumatlar açıqlayırmı?

Sorğu keçirilən hər 3 ərazi üzrə 117 nəfər (o cümlədən Salyan rayonunda 86, Şirvan şəhərində 21, Gədəbəy rayonunda isə 10 nəfər) hasilat şirkətlərinin yerli əhəmiyyətli layihələr həyata keçirdiyini təsdiqləyib. Həmin şəxslərdən 75 nəfəri (64.2%-i) yerli layihələrin planlaşdırılması və icrası ilə bağlı məlumatların açıqlandığını, 42 nəfəri (35.8%) isə hər hansı məlumatın verilmədiyini qeyd ediblər.

 

Hasilat şirkətlərinin inkişaf layihələrlə bağlı əsasən məlumatları açıqlayır?

Gədəbəy rayonu və Şirvan şəhərində hasilat şirkətlərinin yerli layihələr həyata keçirdiyini təsdiqləyən 31 sorğu iştirakçısının hamısı qeyd edib ki, şirkətlər həmin layihələrin detalları ilə bağlı hər hansı məlumat açıqlamır. Salyan rayonu üzrə respondentlərin cavabları aşağıdakı kimi olub:

  • İşlərin ümumi gedişi – 75 nəfər
  • Xərclənən maliyyə vəsaiti - 40 nəfər

 

İcmalar həmin məlumatları hansı vasitələrlə əldə edir?

Sorğu iştirakçılarının bu məlumatı necə əldə etmələri ilə bağlı suala, bütün iştirakçıların cavabı eyni olub. Qeyd edilib ki, bu tip məlumatlar yalnız müntəzəm keçirilən açıq görüşlər vasitəsilə əldə olunur. Əhali indiyədək şirkətlərin bu tip fəaliyytələrlə bağlı hər hansı çap materialları (nəşrlər, bukletlər və s.) hazırlayıb yaymaq təcrübəsi ilə rastlaşmayıblar.

 

2) Hasilat şirkətlərinin ərazinin sosial-iqtisadi inkişafına töhfəsilə bağlı suallar

 

(i) Hasilat şirkəti ərazidə icmaların həyatına təsir göstərən  yerli əhəmiyyətli layihələr həyata keçirirmi?

 

Sorğuya cəlb olunanların 117 nəfəri (39%) qeyd edib ki, ərazidə fəaliyyət göstərən hasilat şirkətləri yerli əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirak edir.

 

Hasilat şirkətləri ərazidə icmaların həyatına təsir göstərən yerli əhəmiyyətli layihələr həyata keçirirmi?

 

Qeyd: Respondentlərin Gədəbəy rayonu üzrə 25%-i (10 nəfər), Şirvan şəhəri üzrə 14%-i (21 nəfər), Salyan rayonu üzrə 57.3%-i (86 nəfər) bu suala “bəli” cavabı verib.

 

(ii) Hasilat şirkətlərinin son illər reallaşdırdığı yerli əhəmiyyətli layihələr əsasən hansı icma problemlərilə bağlı olub?

 

Bu sual şirkətlərin yerli əhəmiyyətli layihlər hayata keçirdiyini təsdiqləyən iştirakçılara (117 nəfər) ünvanlanıb və aşağıdakı cavablar alınıb:

 

  • Yol infrastrukturunun bərpasını və qurulmasını dəstəkləyib – 31 nəfər (hamısı Salyan rayonu)
  • İçməli su sisteminin qurulmasını dəstəkləyib – 5 nəfər (hamısı Salyan rayonu)
  • Suvarma suyu layihələrini dəstəkləyib - 4 nəfər (hamısı Salyan rayonu)
  • Sosial infrastruktur (bağça, məktəb, səhiyyə məntəqəsi, kitabxana, mədəniyyət evi, tarixi-memarlıq abidəsi) obyektlərinin bərpasını və qurulmasını dəstəkləyib – 74  nəfər (72 nəfər Salyan rayonu, 2 nəfər Şirvan şəhəri)
  • Yoxsul ailədən olan uşaqların təhsil xərclərini qarşılayıb – 10 nəfər (hamısı Gədəbəy rayonu)
  • Park və yaşıllıqların salınmasına dəstək verib – 32 nəfər (13 nəfər Salyan rayonu, 19 nəfər Şirvan şəhəri)

 

(iii) Icmaların hansı həll edilməmiş sosial-iqtisadi problemləi var ki, onların həllində ərazidə fəaliyyət göstərən hasilat şirkətlərindən dəstək gözləntiləri var?

  • Ərazidaxili yolların bərpası - 285 nəfər (112 nəfəri Salyan rayonu, 123 nəfəri Şirvan şəhəri, 50 nəfəri Gədəbəy rayonu)
  • İçməli su təminatının yaxşılaşdırılması – 194  nəfər (24 nəfəri Salyan rayonu, 120 nəfəri Şirvan şəhəri, 50 nəfəri Gədəbəy rayonu)  
  • Suvarma suyu infrastrukturunun bərpası - 72 nəfər (72 nəfərin hamısı Salyan rayonu)
  • Ərazidə sosial infrastrukturun (bağça, məktəb, səhiyyə məntəqəsi, kitabxana və s.) bərpası - 187 nəfər (17 nəfəri Salyan rayonu, 120 nəfəri Şirvan şəhəri, 50 nəfəri Gədəbəy rayonu)
  • Torpaqların keyfiyyətinin yaxşılaşdırılması - 115 nəfər (115 nəfərin hamısı Salyan rayonu)
  • Ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi  - 141 nəfər (91 nəfəri Salyan rayonu, 50 nəfəri Gədəbəy rayonu)
  • Ərazinin yaşıllaşdırılması - 154 nəfər (29 nəfəri Salyan rayonu, 125 nəfəri Şirvan şəhəri)

 

(iv) Hasilat şirkətlərinin fəaliyyətinin ərazi üçün hansısa problemlər yaratdığını düşünürsünüzmü?

Sorğu iştirakçılarının 56%-i və ya 168 nəfəri, o cümlədən Salyan rayonu üzrə 73, Şirvan şəhəri üzrə 66, Gədəbəy rayonu üzrə 29 nəfəri bildirib ki, hasilat şirkətlərinin fəaliyyəti onların yaşadığı ərazi üçün töhfə ilə yanaşı, müəyyən problemlər də yaradır. “Onlar əsasən hansı problemlərdir” sualına verilən cavablar aşağıdakı kimi olub:

 

  • Hasilat prosesi ərazidə ətraf mühiti (havanı, torpaqları və su mənbələrini) çirkləndirir - 135 nəfər (54 nəfəri Salyan rayonu, 50 nəfəri Şirvan şəhəri, 31  nəfəri Gədəbəy rayonu)
  • Şirkətdən intensiv məhsul nəqli yol infrastrukturunu sıradan çıxarır – 56 nəfər (26 nəfəri Salyan rayonu, 19  nəfəri Şirvan şəhəri, 12  nəfəri Gədəbəy rayonu)

 

3) Hasilat şirkətlərinin ərazidə həyata keçirdiyi layihələrdə icmaların təşəbbüslərini nəzərə alması ilə bağlı suallar

 

Hasilat şirkətləri bu tip layihələrin həyata keçirilməsilə bağlı qəararların qəbulunda icmaların iştirakını təmin edərək onların rəylərini nəzərə alırmı?

Bu sual şirkətlərin ərazidə inkişaf layihələri həyata keçirdiyini təsdiqləyən ümumilikdə 117 respondentə (o cümlədən Salyan rayonu üzrə 86, Şirvan şəhəri üzrə 21, Gədəbəy rayonu üzrə 10 nəfər) ünvanlanmışdı. Gədəbəy rayonu və Şirvan şəhəri üzrə 31 respondentin hamısı, Salyan rayonu üzrə 86 iştirakçıdan 40 nəfəri (46.5%) bu suala  “Xeyr” cavabı verib. Nəticə etibarı ilə ümumilikdə 3 ərazi üzrə respondentlərin 60.7%-i (71 nəfəri) qeyd edib ki, hasilat şirkətləri yerli layihələrin həyata keçirilməsilə bağlı qəararların qəbulunda icmaların iştirakını təmin etmir.

 

Hasilat şirkətləri fəaliyyət  göstərdikləri ərazilərin sosial-iqtisadi inkişafına dair orta və uzunmüddətli planları hazırlayırmı?

Gədəbəy rayonu və Şirvan şəhəri üzrə bütün respondenlər, Salyan rayonu üzrə isə 79 nəfəri (63.2%), nəticə etibarı ilə ümumilikdə isə 3 ərazi üzrə respondentlərin 254 nəfəri (84.7%-i) bu suala “Xeyr” cavabı verib.

 

4) Sorğudan əldə olunan əsas nəticələr

  1. Regionlarda fəaliyyət göstərən hasilat şirkətlərinin bilavasitə öz fəaliyyətlərilə bağlı məlumatları icmlar üçün tam qapalıdır
  2. Şirkətlər həyata keçirdiyi yerli inkişaf layihələri ilə bağlı məlumatları ötürməyə nisbətən daha maraqlıdır – xüsusilə də Salyan rayonu ərazisində bu fakt daha qabarıq təsdiqini tapıb
  3. Hasilat şirkətləri yerli əhəmiyyətli sosial inkişaf layihələinə maraq göstərirlər
  4. İcmaların bu şirkətlərdən ərazinin inkişafı ilı bağlı ciddi gözləntiləri var
  5. Hasilat şirkətləri yerli problemlərin həllilə bağlı qərar qəbulunda icmaların səsini eşitmək üçün effektiv mexanizmlərə malik deyillər

 

9. Jurnalist araşdırması; Hasilat sənayesində fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıqdırmı.

9.1.AIMROC (“Azerbaijan International Mineral Resources Operating Company, Ltd.”) – azərbaycanca “Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların İdarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət deməkdir.

 

HASİLATIN PAY BÖLGÜSÜ SAZİŞLƏRİ

AİMROC konsorsiumu ilə Azərbaycan 6 filiz yatağının istismarı üçün 30 illik saziş imzalayıb.

AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Yaponiya şirkəti Mindeco isə layihəyə ümumi nəzarətçidir, konsorsiumda heç bir payı yoxdur.

2007-ci ildə Azərbaycan Respublikası bu 4 şirkətlə "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş imzalayıb. Yataqlardan ən böyüyü- Çovdar qızıl yatağının sərvəti 2.5 milyard dollar dəyərində qiymətləndirilir.  http://www.londex.org/az/news.html

Azərbaycan büdcəsinin bu sazişdə cəmi 30 faiz payı var. 70 faiz AIMROC-a məxsusdur. Bu sazişlə hökumət mədənlərin istismarı üçün torpaq, lazımi lisenziya və vergi güzəştlərini də AIMROC-a verib.

 

MÜLKİYYƏT SAHİBLƏRİ

AzadlıqRadiosunun araşdırması üzə çıxarıb ki, hökumət Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim etdiyi bu konsorsiumu 2007-ci ildə məhz bu layihə üçün yaradıb. Yəni

AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.
Belə ki, bu, müqavilədə 11 faiz payı olan “Globex International”-ın qərargahı Britaniyadadır və Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur: Hising Management SA, Lynden Management Group, Inc., və Arblos Management Corporation. Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen, Əliyevlər ailəsi isə əlaqələri olan Oliver Mestelan-ın adı var.

2012-ci ilin sonlarında AİMROC Çovdardan ilk qızıl satıb. Şirkətin Davamlı İnkişaf və Planlaşdırma üzrə direktoru Mustafa Məmmədov Trend agentliyinə deyib ki, şirkət Çovdarda 8-10 il istehsalla məşğul olmağı planlaşdırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, təkcə Çovdar yatağında 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvət deməkdir.

 

ŞİRKƏTİN SAYTI, İCTİMAİYYƏT ÜÇÜN ƏLÇATANLIĞI

AİMROC konsorsiumunun saytının http://www.aimroc.com “Xəbərlər” bölümündə 2007-ci ildə Azərbaycan Hökuməti ilə "Londeks Resorsiz S.A.", "Uilli ənd Meyris S.A.", "Fargeyt Mayninq Korporeyşn", "Qlobeks İnternəşnl LLP" və "MINDEKO" arasında "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişi barədə məlumat yerləşdirilib. Daha sonra Prezident İlham Əliyevin 2007-ci il iyunun 5-də imzaladığı qanun barədə oxuyuruq.

Son 7 ildə şirkətin fəaliyyəti barədə başqa bir xəbərə rast gəlmədik.Saytda şirkət barədə ümumi, qısa məlumat, Azərbaycanın fiziki-coğrafi xəritəsi, bir də filiz mədənlərinin fotolarından ibarət şəkil qalereyası ilə tanış olmaq olar. Şirkətin personalı bölümündə isə oxuyuruq: “AIMROC/Londex Resources S. A.-nın kadr siyasəti məqsədlidir. Şirkət Azərbaycanda yalnız o ölkələrin kadrlarını cəlb edir ki, Azərbaycan Respublikasının bu ölkələrlə diplomatik əlaqələri vardır. Mütəxəssis və menecerlərin seçimində biz yalnız onların işgüzarlıq keyfiyyətlərini əsas götürür və bu sahədə ən təcrübəli peşəkarlara üstünlük veririk”.

 

AUDİT YOXLAMALARI

AİMROC şirkətinin saytında AİMROC-un keçirdiyi tenderlərin qalibləri barədə informasiyalar yerləşdirilib.

Ancaq şirkətdə aparılan hər hansı audit yoxlamaları barədə məlumata rast gəlmədik. http://www.londex.org/az/contacts.html

AİMROC-un Bakı ofisindən bildirildi ki, hər il şirkətdə saysız-hesabsız audit yoxlamaları aparılır. Onu da öyrəndik ki, yoxlamaları Globex İnternational və Ernest & Young aparıb.  Ancaq hesabatların niyə saytda yerləşdirilməməsi barədə əlavə informasiya verə bilməyəcəklərini söylədilər.

9.2.Bahar Energy Ltd

 

HASİLATIN PAY BÖLGÜSÜ SAZİŞİ

Bahar Energy Ltd. “Bahar” və “Qum adası” yataqları üzrə pay bölgüsü müqaviləsini 2009-cu il  dekabrın 22-də imzalayıb. ARDNŞ-ın müqavilədə payı 20%, Bahar Energy Ltd.-nin isə 80%-dir. Müqavilə 2010-cu il, aprelin 27-də Milli Məclisdə təsdiqlənib. Sənəd 25 illiyə imzalanıb, 5 il də uzadıla bilər. İnvestisiya proqramı ilkin olaraq 1 milyard dollar dəyərindədir. Kontrakt ərazisində qaz ehtiyatları 25 milyard kubmetr həcmindədir. İnvestisiyanın hamısını Bahar Energy yatıracaq.

«Bahar» yatağı 1969-cu ildən istismar olunur və Bakıdan 40 km cənub-şərqdə yerləşir. ARDNŞ-ın saytında bildirilir ki, Bahar yatağının işlənməsinin əvvəlindən 2011-ci il aprelin 1-dək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m3 qaz olub.
«Qum Dəniz» yatağı 1955-ci ildən istismar olunur və Bakıdan 21 km cənub-şərqdə yerləşir. Yenə ARDNŞ-in saytında oxuyuruq ki, işlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılıb. Yatağın ərazisi 145 km2-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 29 min ton olub.

Layihənin xarici iştirakçısı layihənin təsdiq edilməsindən sonra Azərbaycan tərəfə 2 mln. dollar, yataqda işlərə başlayarkən 1mln. dollar, hasilatın 2008-ci il səviyyəsinə görə 1,5 dəfə artırılmasına görə isə 2 mln. dollar bonus ödəməyi öhdəsinə götürüb.

“Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsi 01 oktyabr 2010-cu il tarixdən ləğv edilib və bu müəssisə yeni mülkiyyətçi kimi “Bahar  Enerji” Əməliyyat  Şirkətinin idarəçiliyinə verilib.



MÜLKİYYƏT SAHİBLƏRİ

Bahar Energy Ltd. - azad iqtisadi zona olan Dubayda - Cəbəl Əli (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınıb. Bahar Energy Ltd.-nin təsisçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil şirkətləridir. Bu 3 şirkət də Dubayda - Cəbəl Əlidə (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınıblar, ilkin təsis payları bərabər olub – 33,3%.

Ancaq 2012-ci ildə Greenfields Petroleum şirkəti məlumat yayaraq Baglan Group FZCO-nun Rafi Oil -un 33,33%-lik payını aldığını bəyan edib. Bu barədə razılaşma həmin il yanvarın 17-də imzalanıb.

Beləliklə, hazırda “Bahar Energy” şirkətinin səhmlərinin 66 faizinə iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu “Baghlan Group” nəzarət edir. Səhmlərin qalan hissəsi ABŞ-ın “Greenfields Petrolium” adlı şirkətə məxsusdur.

"Baghlan Group FZCO" holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov yaradıb. Soyadları eyni olsa da, Hafiz Məmmədovla Ziya Məmmədovun hər hansı qohumluq əlaqəsinə dair sübut yoxdur. Amma hər iki Məmmədovun sıx biznes bağlantısını göstərən sənədlər var. Onları uzun illər boyu "Bank of Azerbaijan"da şəriklik, nəqliyyatda, idmanda ortaq layihələr birləşdirir.

“Greenfields Petrolium” şirkəti Amerika Birləşmiş Ştatlarında – Hyuston ştatında yaradılıb. Şirkətin veb-saytında bildirilir ki, “Greenfields Petrolium”əsasən Azərbaycan Respublikasında təsdiqlənmiş neft və qaz ehtiyatlarının işlənməsi məqsədilə yaradılmış gənc neft və qaz şirkətidir. “Greenfields Petrolium”-un başqa ölkələrdə hər hansı fəaliyyəti barədə informasiyaya rast gəlmədik. Şirkətin başlıca aktivi də Bahar Energy-nin səhmlərinin üçdə birindən ibarətdir. http://www.greenfields-petroleum.com/News/114/

Şirkətin baş icraçı direktoru John W.Harkins, əməliyyatlar üzrə rəhbəri Norman G.Benson, maliyyə meneceri A.Wayne Curzadd-dır.

 

SAYTI, İCTİMAİYYƏTƏ AÇIQLIĞI, AUDİT YOXLAMALARI

Bahar Energy Ltd.-nin saytı yoxdur. Şirkətin adını biznes kataloqlarında da tapmadıq. Eləcə də hər il Bakıda keçirilən neft-qaz sərgilərinin kataloqunda bu şirkətin adına rast gəlmək mümkün deyil.

 

Ancaq facebook sosial şəbəkəsində şirkətin ayrıca səhifəsi mövcuddur. Səhifədə şirkətin fəaliyyətinə dair hansısa xəbər, yaxud hesabat oxumaq mümkün deyil. Paylaşılan məlumatlar vikipediyadan hamı üçün əlçatan informasiyalar, bayram təbrikləri, reklamlar və belə bir qeyddir:

“BEOCL-un facebook səhifəsi yalnız icazə verilmiş informasiya xarakterli məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən də tərəfimizdən facebook səhifəsi yolu ilə hər hansı əlaqələri qurmaq üçün istifadə edilməsi yolverilməzdir. Bu baxımdan da vakansiya , iş elanı ilə bağlı və ya edəcəyiniz koorparativ təklifin buradan münasibət bildirilməsi imkanlarımız xaricindədir”.

Bahar Energy Ltd.-də audit yoxlamaları barədə hər hansı məlumat əldə etmək mümkün deyil.

Şirkətin kontaktlarını tapa bilmədiyimizdən təsisçilərin saytlarına üz tutduq. Şirkətin 66 faiz səhminin sahibi “Baghlan Group”-un saytının azərbaycanca versiyası hələ hazırlandığından ingilis dili versiyasındakı ümumi məlumatlarla kifayətlənməli oluruq. Bu səhifədə isə şirkətin Bahar Energy-dəki fəaliyyətindən bəhs edən heç bir informasiya yoxdur. Daha çox “Baghlan Group”-un dəstəklədiyi Bakı Futbol Klubu barədə oxumaq mümkündür.

http://www.baghlangroup.com/?options=content&id=12

Baghlan Group-un Bakıdakı ofisindən sualları Bahar Energy-nin ofisinə ünvanlamağı məsləhət gördülər. Şirkətin telefon nömrəsini də verdilər. (521-00-00) Ancaq bu nömrəyə zəng edəndə Azərbaycan Dövlət Neft Şirkətinə zəng etdiyimizi eşitdik. Bahar Energy-nin saytının www.beoc.az olduğunu, ancaq müvəqqəti olaraq işləmədiyini də öyrənə bildik.

 

BAHAR YATAĞINDA HASİLAT HƏDƏFİNƏ NAİL OLUNUB

Greenfields Petroleumun saytında ötən ilin 9 ayının maliyyə yekunları, səhmdarların iclasları barədə informasiyalar yerləşdirilib. Ən son xəbər bu il yanvarın 10-a aiddir. Şirkət Bahar layihəsi çərçivəsində hasilat hədəfinə çatdığını bəyan edib: http://www.greenfields-petroleum.com/News/109/

“Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində, 90 gün davamlı olaraq hasilat günə orta hesabla 6,944 barel həcmində saxlanıb. Bu, mühüm hasilat hədəfidir. Yanvarın 10-da Bahar Energy Ltd. Azərbaycan Dövlət Neft Şirkətini bu barədə məlumatlandırıb. Bu tələbə əməl olunması saziş tərəflərinə 25 illik işlənmə və hasilat dövründə hüquqlarını təmin edir”.

Şirkətin baş icraçı direktoru John W.Harkins deyib: “Ağır iş və inad nəticəsində Bahar Energy bu il hasilatı davamlı olaraq artırıb. Biz xüsusilə Təmsilçi Ofisin Prezidenti Amir Mahmoudzadeh və Təmsilçi Ofisin birinci Vitse-Prezidenti Norman Bensona minnətdarıq. Bu nailiyyət Kontrakt Tərəflərinin HPBS çərçivəsindəki tam hasilat hüquqlarını təmin etmiş olur. Tərəflər hasilat ərazisindən istehsalı maksimuma çatdırmağa çalışacaq. 2014-cü ildə 8 əlavə quyunun qazılmasına imkan verən işçi proqram da hazırdır”.

9.3.Global Energy Azerbaijan Group (“GEA”)

 

HASİLATIN PAY BÖLGÜSÜ SAZİŞLƏRİ

Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur- Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company.

 

Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir.


ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ

YATAQLAR

ƏLAVƏ MƏLUMATLAR

LAYİHƏLƏRİN OPERATORLARI

1. Karasu Operating Company (KOC)

“Kəlaməddin” və “Mişovdağ”

12 sentyabr 2000-ci ildə imzalanıb. Parlament həmin ilin 25 oktyabrında təsdiqləyib. Prezident sərəncamı ilə 5 noyabr 2000-ci ildə qüvvəyə minib.

Global Energy

2. Kura Valley Company (KVC)

“Padar”

27 aprel 1999-cu ildə imzalanıb.  Parlament 25 iyun 2000-ci ildə təsdiq edib. Prezident  sərəncamı ilə 25 iyul 2000-ci ildə qüvvəyə minib.

Global Energy

3.Binagadi oil Operating Company

“Binəqədi”, Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmai”, “Şabandağ” və “Sianşor”

18 iyun 2004-cü ildə imzalanıb. Parlament 29 aprel 2005-ci ildə təsdiqləyib. Prezident sərəncamı ilə həmin ilin 19 mayında qüvvəyə minib.

 

Global Energy

4. Shirvan oil  Operating Company

“Kürovdağ”

3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 mayl 2009-ci ildə təsdiqləyib

Global Energy

5. Neftchala İnvestment  Ltd.

“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”

3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 may 2009-ci ildə təsdiqləyib.

 

Global Energy

http://www.azadliq.org/content/article/24097894.html

 

MÜLKİYYƏT SAHİBLƏRİ

GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış GCM Global Energy, Plc şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. Şirkətin Bakı filialının rəhbəri Rusiya vətəndaşı İqor Kirdodadır.

 

Global Energy-nin sahibi isə çeçen əsilli Rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.  Global Energy-nin illik gəlirinin 1 milyard dollar olduğu bildirilir. Şirkət əsasən Qazaxıstan və Azərbaycanda neft layihələrinə malikdir. Forbes jurnalına görə, Qutseriyevin şəxsi sərvəti 6.7 milyard dollardır. http://en.wikipedia.org/wiki/Mikhail_Gutseriyev

Hələ 2009-cu ildə Mədən Sənayesində Şəffaflıq Koalisiyası bəyanat yayaraq Azərbaycan Dövlət Neft Şirkətinin həmin il mayın 22-də gizli müqavilələr imzalamasından narahatlıq bildirmişdi. Həmin müqavilələr "Kürovdağ", eləcə də “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan” yataqlarının işlənməsi üzrə imzalanmışdı. Kürovdağ Şirvan Oil Operating Company, digər saziş isə Neftçala İnvestment Ltd. ilə bağlanmışdı. Bu müqavilələrin həmin ilin fevral 3-də ARDNŞ-ın qərargahında imzalandığı üzə çıxmışdı. İctimaiyyətə danışıqlar barədə informasiya verilməmişdi.

Özəlliklə, həmin sazişlərin şərtlərinin əvvəlki HPB sazişlərindən fərqlənməsi vətəndaş cəmiyyətinin narazılığına səbəb olmuşdu. Belə ki, müqavilələrə görə, Global Energy həmin yataqlardan əldə olunan gəlirin 80%-ni əldə edir.

2011-ci ilin avqustunda ARDNŞ-in qərargahında keçirilən müşavirədə Global Energy Azərbaijan-ın hasilatının iki dəfə azalması müzakirə olunub. Hasilat gündəlik 1.000 tondan 500 tona düşübmüş. Müşavirədə Global Energy Azerbaijan Ltd-nin prezidenti İqor Kidoda da iştirak edib. Sonradan ARDNŞ-in yaydığı məlumatda deyilirdi ki, görüşdə neft-qaz istehsalının artırılması üçün uzunmüddətli proqramın hazırlanması barədə qərar qəbul olunub.

 

SAYTI, İCTİMAİYYƏTƏ AÇIQLIĞI

Bəzi biznes kataloqlarında Global Energy (GEA)-nin saytı gea.az kimi göstərilsə də, bu sayt açılmır.

Global Energy Azerbaijan Ltd.-nin ictimaiyyət (KİV) və qeyri-hökumət təşkilatları üçün dərc etdiyi hər hansı hesabata rast gəlmədik. 

Global Energy Azerbaijan Ltd.-nin ofisinə zəng edib şirkətdəki audit yoxlamaları ilə maraqlandıq. (437-23-60) Zəngə cavab verən xanım ofisdə bu sualı cavablandıracaq şəxsin olmadığını dedi. Xanım şirkətin saytının da olmadığını sözlərinə əlavə etdi.

 

10. Hasilat sənayesinin ətraf-soaial mühitə təslərinin monitorinqi

Bu hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) monitorinq qrupu tərəfindən hasilat sənayesinin mövcud oldugu regionlarda, Salyan, Şirvan, Gədəbəy rayonlarında aparılmış monitorinq prosesində toplanmış və yoxlanılmış məlumatlar,  mətbuatda dərc olunan məlumatlar, sosioloji sorğu əsasında hazırlanmışdır. Hesabatda hasilat sənayesinin ətraf-soaial mühitə mənfi təsirlərinin aradan qaldırılması üçün şirkətlər tərfindən həyata keçrilən fəaliyyətlər və bu fəliyyətlərin nəticələri, aşkar edilmiş problemlər öz əksini tapmış, həmin problemlərin həlli üçün təklif və tövsiyələr də verilmişdir. Hesabatın müəllifləri etiraf edirlər ki, burada verilmiş fikirlər onların şəxsi fikirləridir və bunlar layihənin sponsorunun yeritdiyi siyasət və fikirləri əks etdirmir. Məlumatların verilməsi və təhlil zamanı edilmiş hər hansı səhv, nəyinsə nəzərdən qaçırılması və qeyri-səlis izaha görə yalnız hesabatın müəllifləri məsuliyyət daşıyır.  

Monitorinq Avropa Demokratiyaya Dəstək (EED) təşkilatının dəstəyi ilə reallaşdırılan “Hasilat sənyesində şəffaflığın artırılması" çərçivəsində həyata keçirilmişdir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Layihəyə verdiyi dəstəyə görə Avropa Demokratiyaya Dəstək (EED) təşkilatına təşəkkür edir. Layihə, hasilat sənayesinin icmaların hayatına göstərdiyi mənfi təsirləri haqqında cəmiyyəti məlumatlandırmaq, bu təsirlərin azaldılmasına sosial problemlərin qarşəsını almağa yönəlmişdir.

 

1. Monitorinq hesabatının qısa icmalı

Hesabat hasilat sənayesinin icmaların hayatına göstərdiyi mənfi təsirləri haqqında cəmiyyəti məlumatlandırmaq, bu təsirlərin azaldılmasına sosial problemlərin qarşısını almağa yönəlmişdir.

 

Hasilat sənayesi monitorinq aparlna regionalar üçün əsas aparıcı sahə olmaqla regonların sosial-iqtisadi inkişafına (əsasən işsizliyin aradan qaldırlması, əhalinin pul gəlirlərinin artması, yerli resurslardan istifadə və s.) müəyyən müsbət təsirlər göstərir. Lakin bununla bərabər karbohidogen və filiz hasilatının ətraf icmaların, bu icmalarda yaşayan insanların həyatına mənfi təsirləri də qaçılmazdır. Bu təsirlər həm sosial həm də ətraf mühitə olan  təsirlərdir. Hasilat  sənayesi üçün torpaqların çirklənməsi, həm mədənlər həm də ətraf ərazilər (neft nəqli üçün kəmərlərin keçdiyi ərazilər) üçün xarakterikdir. Eyni zamanda hasilat sənayesində çalışan şirkətlərin fəaliyyəti bu və ya digər formada ətraf ərazilərdə olan icmaların həyatına müəyyən təsirlər göstərir. Monitorinqi zəruri edən əsas səbəblər bu təsirlərinin aradan qaldırılması üçün görülən tədbirlərin qiymətləndirilməsidir.

 

Monitorinqin məqsədləri

  • Hasilat (Neftçıxarma,filiz) sənayesinin – ətraf və sosial mühitə mənfi təsirləri haqqında ictimaiyyəti məlumatlandırmaq
  • Hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf ərazilərdə sosial və ekoloji vəziyyətin yaxşılaşdırlması üçün fəliyyətinin genişlənirilməsini stimullaşdırmaq

Hasilat sənayesinin ətraf və sosial mühitə təsirlərinin öyrənilməsi üçün hasilat sənayesi inkişaf etmiş üç region, Salyan, Şirvan və Gədəbəy rayonları seçilmişdir. Salyan və Şirvan regionları üzrə neft-qaz  hasilatı, Gədəbəy regionuda  isə filiz hasilatı inkişaf etmişdir. Hasilat sənayesində bütün texnoloji proseslər, (kəşfiyyat, qazma, hasilat, saxlanma, nəql etmə) təbii ekoloji vəziyyətin pozulmasına səbəb olmaqla bərbər ətraf ərazilərdə yaşayan əhalinin sağlamlıgı üçün də təhlükələr yaradır. Şirkətlərin bu ərazilərdə faəliiyəti icma infrastrukurlarının zədələnməsi ilə müşyət olunur.

 

Monitoriqin istiqamətləri

  • Hasilat (Neftçıxarma, filiz) sənayesinin – ətraf və sosial mühitə mənfi təsirlərinin müəyyən edilməsi
  • Təsirlərin yumşaldılması - potensial mənfi təsirlərin aradan qaldıırlması yaxud müsbət təsirlərin gücləndirlməsi üçün (layihənin həyata keçirildiyi region yaxud bütovlükdə ölkə üçün) fəaliyyətlər  
  • Hasilat sənayesidə fəaliyyət göstərən şirkətlərin informasiya açıqlığı

 

Şirkətlər haqqında qısa məlumat

Salyan rayonu ərazisində yerləşən Kürsəngi və Qarabağlı, Kərimbəyli neft yataqlarından neft hasilatı ilə Salyan OİL” əməliyyat şirkəti məşgul olur. Salyan OİL əməliyyat şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmışdır. Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmişdir.Şirkət 1999-cu il 25 oktyabr tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bu yataqlarda neft hasilatına keçən əsrin  60-cı illərində başlanmışdır. Belə ki burada ilk istismar quyusu 1961-ci ildə qazılıb. 2002-ci ildən isə Çin Milli Neft şirkəti ilə iş birliyi yaradılmışdır. Tərəfdaş şirkətlər və onların pay bölgüsü belədir: ARDNŞ-50%, CNODC-25% , FAL-ÇİN-25%. Gündəlik  neft hasilatı 650 ton, qaz hasilatı isə, 110 min kub metrdən artıq təşkil edir.

Şirvan şəhəri ətrafında yeləşən "Şirvan Opereytinq Compani Limited": Kürovdağ yatağından neft və qaz hasilatı ilə məşguldur. Yataq 1955-ci ildə aşkar edilib. İstisnara başlandığı vaxtdan yataqdan 40 mln.tona yaxın neft hasil edilib. "Şirvan Opereytinq Compani Limited": 1997-ci ildə «Şirvanneft» NQÇİ-nin bazası əsasında yaradılmış Böyük Britaniya-Azərbaycan müştərək müəssisəsi olaraq «Şirvan OYL» BM adlanmışdır. Kürovdağ” yatağında 3 mədən fəaliyyət göstərir quyu fondu 500 yaxındır, o cümlədən fəaliyyətdə olan quyu fondu 282 quyu təşkil edir. Sutkalıq neft hasilatı 415 ton, qaz hasilatı 45000 kub met təşkil edir. Yataqda hasilatın sabit saxlanması üçün qzma işləri davam etdirilir. 2014 – cü ilin 1-ci rübdə ümumilikdə 4857 metr qazma işləri görülmüşdür.

Şirvan şəhəri ətrafında yeləşən “Karasu Operating Company”: 1996-cı ildən “Mişovdağ”, “Kəlaməddin” yataqlarında neft və qaz hasilatı ilə məşguldur. Mişovdağ”, yatgının ərazisi 446 km2, qazılmış quyuların sayı 800 -ə yaxın indiyə qədər hasil edilən neftin midarı 20 mln – tona yaxındır.

"Kəlaməddin" yatağı 1978-ci ildə kəşf edilmiş, 1980-ci ildə işlənməyə verilmişdir. Qazılmı quyuların sayı 150, indiyə qədər hasil edilən neftin midarı 1,5 mln – tona yaxındır.

Gədəbəy rayonu ərazisində fəaliyyət gğstərn Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (Azerbaijan İnternational Mining Company – (AİMC)) Azərbaycanda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir.

ABMƏŞ Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə ABMƏŞ Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.

 

Monitorinq istiqamətləri üzrə əldə olunan nəticələrin analizi

1. Ekoloji probləmlər

Yuxarıda qeyd edildiyi kimi hasilat sənayesinin bütün mərhələlərində görülən işlər (kəşfiyyat, qazma, hasilat, saxlanma, nəql) ətraf mühitin təbii ekoloji sisteminin pozulması ilə müşayət olunur. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi çərçivə: Azərbaycan Respublikası Konstitusiyası, Ətraf Mühitin Mühafizəsi və Ekoloji Təhlükəsizlik üzrə Qanunlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərdən və Ətraf Mühitə Təsirlərin Qiymətləndirlməsi (ƏMTQ) prosedurundan ibarətdir. Bu qaydalara görə ƏMTQ üzrə iş lap əvvəldə yəni planlaşdırma, texniki-iqtisadi əsaslandırmadan öncə başlanılmalıdır. Layihələşdirilən və ətraf mühitə hər hansı bir təsiri ola biləcək bütün obyektlər üçün ƏMTQ sənədinin işlənilməsi Ətraf Mühitin Mühafizəsi Haqqında Qanuna ğörə məcburidir. ƏMTQ sənədləri ətraf mühitə təsirlərin xarakterindən və güçündən asılı olaraq A, B, C kateqoriyaları üzrə aparılır.  

 

Geoloji kəşfiyyat və neft istehsalı ilə əlaqədar işlər həyata keçirilərkən təbii mühitə, sulara, torpaq qatına, qruntlara və yerin təkinə müəyyən mənfi təsirlərin olması qaçılmazdır. Radiyasiya problemləri bütün neft‐qaz çıxarma sahələri  üçün  xarakterik olan problemlərdən biridir. Bu yerin dərin qatlarından neftli lay suları ilə səthə çıxan radioaktiv elementlərin yaratdıqları çirklənmələr, həmçinin istifadə olunan avadanlıqlardakı radioaktiv elementlərin yarada biləcək təsirlərdir. Eyni zamanda atmosferə atılan tullantılar, neftlə bərabər hasil edilən, neftin təmizlənməsi zamanı ayrılan lay suları, quyuların yuyulması, neft dağılmaları zamanı ətraf ərazilərin neftlə çirklənməsi, qazma şlamları və onların utikizasiyasl, neft mədənlərində isitsmar olunan yeraltı və yerüstü avadanlıqlar onların qalıqları ekoloji mühit üçün təhlükə mənbələridir.

 Monitoriq aparılan ərazilərdə neft hasilatına keçən əsrin 50-60-cı illərdən başlanmşdır. Neft  dərinlik  nasolarlı vasitəsi ilə hasil olunur. Ötən illər ərzində neft mədənləri, neftin saxlandığı ərazilər, neftin nəql edildiyi neft kəmərlərinin əraziləri həddindən artıq çirklənmiş, yüzlərlə hektar torpaq sahələri sıradan çıxmışdır. Lakin bu sahələrdə artıq neft hasilatının son mərhələsidir və yaxın illərdə neft mədənlərinin bağlanacağı təqdirdə  bu torpaqların təmizlənməsi, yenidən yararlı hala gətirlməsi üçün külli miqdarda vəsaitlər tələb olunacaqdır. Neft şirkətləri bu gün qısa müddətə daha çox net hasil edərək daha çox gəlir götürrməkdə maraqlıdır və müşahidələr göstərir ki, neft şirkətlərinin bu gün bu işlər üçün vəsait ayırmağa o qədər də həvəsli deyildir. Bunun nəticəsidir ki, hal hazırda istifadədən çıxmış, ləğv olunmuş quyu ətrafı ərazilərdə torpaqların bərpa edilməsi işləri aparılmır. Əvvəlki illərdən fərqli olaraq quyuətrafı torpaqların neftlə çirklənmə səviyyəsi azalsılması üçün müəyyən tədbirlər həyata keçirilsədə ğözlənilən nəticələrin əldə edilməsi mümkün olmamışdır. Bəzi hallarda quyuətrafı çirklənmələri təmizləmək əvəzinə buldozerlər vasitəsi ilə üstünü torpaqla örtürlür və bu yolla torpaqların çiklənməsi gizlədilir. Neftlə bərabər çıxarılan lay sularının utilizasiyası, qızdırlma zamanı suyun neftdən ayrılması, suların onların yenidən suvurucu quyulara vurulması işləri lazımı səviyyədə aparılmamasına əörə  neft və mazut gölməçələri qalmaqdadır. Lay suları suvurucu quyulara (lay təzyiqini saxkamaq üçün) radioaktiv çirklənmələrdən təmizlənəndən vurulur. Müşahidələr zamanı aşkar edilib ki, Kür çayının sahil boyu ərazisində yerləşən quylarda  neft hasilatını artırmaq, yeraltı avadanlıqları koroziyadan qorumaq üçün vurulan reagentlər  qrunt suları vasitəsi ilə Kür çayına düşə bilir. Quyulara buraxılan boruların (dayaz dərinliklərdə) təzyiqdən və sürtünmədən tez-tez deşilməsi bunu deməyə əsas verir. Şirkətlərin istismar etdiyi neft mədənləri ərazisində neftlə çirklənmiş açıq neft anbarları mövcuddur. Şirkət tərəfindən bunun təmizlənməsinə maraq göstərilmir. Hasilat  zamanı boru arxasında yaranan səmt qazları havaya buraxılır ki, bu da havanın çirklənməsinə səbəb olur. Bu qazların çox hissəsi birbaşa istilik effekti yaradan metan qazıdır. Nəzarətin kifayət qədər olmamasına görə, mədən əraziləri bəzi hallarda sənaye-məişət tullatıları poliqonuna çevrilir.

 

Şirvan Opereytinq Compani Limited, “Karasu Operating Company”:  şirkətlərindən Ekoloji təsirləri azaltmaq və bu istiqamətdə işlərin aparılması haqqında məlumatlar əldə etmək mümkün olmadı. Salyan OİL” əməliyyat şirkəti 2013-cu il ərzində ekoloji vəziyyətinin yaxşılaşdırmasına dair görülmüş işlər barədə məlumatı təqdim etmişdir.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin 2005-ci ildən başlayaraq Gədəbəy rayonu Arıxdam kəndi qızıl və gümüş axtarışı ilə məşgul olmaga başlamışdır və 2007 – ci illərdə burada filiz emalı üçün zavoun tikintisinə başlanmşdır. 2009-cu ildən zavodda qızıl hasilatına başlanmışdır.

Şirkət tərəfindən Qızıl hasilat ilə əlaqədar aparılan ərazidən çıxarılan torpaqlar kəndlilərə məxsus olan torpaqlara (Gədəbəy rauonu Arıxdam kəndi) daşınır və onların torpaqları korlanır. Əlavə olaraq yağışlar zamanı bu torpaq qalıqlarında sürüşmə baş verdiyində torpaq axmaları kəndlilərin torpaqlarını korlayır. Kənd əhalaisi arasında aparılah müsahibələr zamanı məlum oldu ki, zavod tərəfindən dəfələrlə zərəli maddələr kəndin istifadə etdiyi su nənbələrinə axıdılmşdı. Axırıncı belə hadisə bu ilin qışında baş vermişdir. Hadisə nəticəsində kənd skininin 30 yaxın xırda buynuzlu heyvanları tələf olmuşdur.

Külək əsən vaxtlarda zavodun fəaliyyəti nəticəsində yaranan zərərli maddələrin təsirindən kənddə nəfəs almaq çətinləşir. Zavod fəaliyyətə başladıqdan sonra kənd ətrafında olan bulaqlar və çaylar qurumuşdur. Su probleminin yaranamasını şirkət nümayəndələri də etiraf edirlər. Su təchizatı sistemi pozulduğuna görə bəzi həyətlərə şirkət tərəfindən su xəttləri çəkilmişdir. Tullanatı suları əhalinin istifadə etdiyi çaylara buraxılır. Bəzi sakinlər yaxınlıqda zavodun fəaliyyət göstərməsinə görə evlərini tərk etmiş yaxud tərk etmək niyyətindədirlər. Mədən ərazisində partlayışların aparılması kənddə yerləşən evlərə təsir edir.

Kənd sakinləri problemlər ilə bağlı haqqında Ekolgiya və Təbii sərvətlər nazirliyinə bir neçə dəfə müraciət etsədə heç bir nəticə əldə edilməmişdir. Zavodun planlaşdırılması və tikinit prosesində ƏMTQ sənədi hazlrlanmamşdır. Ətraf ərazilərdə yaşayan əhali Filiz hasilatının mənfi təsirləri haqqında məlumatlandlırılmamışdır.

 

1. Sosial problemlər

Məşğulluq

Salyan Oli şirkətində 800 nəfər, Şirvan Opereytinq Compani Limited “Karasu Operating Company hər birində 1000 nəfərədn artıq işçi çalışır. Regionda  digər iş yerlərinin az olmasına görə neft Şikətlərinə işləmək prestijli sayılır və işçilər bu şirkətlərdə işləməklərindən razıdırlar.

Yerli işçilərə münasibətdə diskriminasiya və əmək hüquqlarının kobud pozulması hallarına yol verilir və eyni işlərə görə eyni ödəmə prinsipi pozulur.Bu ərazilərdə fəliyyət göstərən neft şirkətlərində calışan yerli işçilərin orta əmək haqqı 400-450 manat təşkil edir. Bu göstərici çox aşagı göstəricidr. Belə ki, 2013 cü ilin nəticələrinə görə Azərbaycanda orta əmək haqqı 423 manat təşkil etmişdir. Halbu ki dövlət statistika komitəsinin 2012-ci ilin nəticələrinə dair açıqladığı hesabatlarda xam neft və təbii qaz hasilatında çalışan işçilərin orta əmək haqqı 719 manat (dövlət sektorunda 349,0 qeyri dövlət sektorunda 1500 manat) təşkil etmişdir. Qeyd etmək lazımdır ki, Şirkət rəhbərliyinin və kənardan gətirilən işçilərin əmək haqqları yerli işçilərin əmək haqqından dəfələrlə artıqdır. İşçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabliyyətinin itirilməsi hallarından icbari sığortalanlıblar. İşçilərin əmək haqqları  vaxtında ödənilir.

Şirkətlərədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası tələblərinə riayət olunmasının vəziyyəti aşağı səviyyədədir. Məsələn “Karasu Operating Company şirkətində ötən il 18 nəfər (onlardan 17-si köhnə aftobusun qəzaya uğraması nəticəsində) bədbəxt hadisənin qurbanları olub. Bir nəfər isə hadisə nəticəsində vəfat edib. Baş vermiş bədbəxt hadisəyə görə heç bir vəzifəli şəxs məsuliyyətə cəlb edilməyib. Bu il ilin üç ayı ərzində isə bir nəfər həlak olub. Bəzi hallarda işçilər haqqı ödənilnədən normadan artıq işlər cəlb edilirlər. Şirkətlərdə əmək müqavilələri baglanma qaydalarının pozulmasına mütamadi olaraq rast gəlinir və onlarla qeyri-qanuni olaraqa müvəqqəti əmək müqavilələri bağlanılır.

Həmkarlar ittifaqı mövcud olsa da onların fəaliyyətləri nəzərə çarpmır. Karasu Operating Company şirkətində vəzifəli şəxsləri işçilərin Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində və Həmkarlar İttifaqı Haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən qaydada birləşmək hüquqnu pozur, həmkarlar ittifaqı təşkilatını yaratmağa imkan vermir. Şirkət rəhbərliyi həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyən işçilərə hədə qorxu gəlir, müxtəlif təzyiqlər edir, işdən azad edəcəklərini bildirir, əmək müqavilələrinin müddətini artırmayacaqlarını və sair qanunsuz yollarla birləşmək hüququnu pozur. Məhz bu səbəbdən də bu Şirkətdə həmkarlar ittifaqı təşkilatı yaratmaq barədə olan təşəbbüslər və fəaliyyət nəticəsiz qalır. İşçilərinin əmək hüquqlarına dair bilgiləri zəifdir.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti fliz hasilatı zavodunda yerli işçilərin sayı azlıq təşkil edir. Zavod rəhbərlyi bunu  ərazidə yaşayan insanların ixtisasalarının olmaması ilə izah edir. Cəlb olunan işmilər əsasən sürücülər və ixtsasısız işçilərdir. Əmək müqavilələri müvəqqəti bağlanır və müqavilə müddəti başa çatan kimi işçiləri müxtəlif bəşanələr ilə işdən çıxarırlar. Əmək haqqının miqdarı aşağıdır, işçilər iş vaxtından əlavə vaxtlarda işə cəlb edilirlər. Əməyin mühafiəzəsi və təhlükəsizlik texnikası səviyyəsi aşağıdır. İşçilərə zərərli işlərdə çalışdıqlarına görə qanunvericilik ilə nəzərdə tutulmuş imtiyazlar və təminatlar təqdim olunmur.

 

Mülkiyyət hüquqları ilə baglı problemlər: Bu Problemlər Salyan Oyl şikətinin fəaliyyət göstərdiyi Xələc və Kürsəngi kəndləri üçün daha xarakterikdir.

Salyan rayonunda torpaq islahatları zamanı digər kəndlərdə hər bir ailəyə əkinçilik üçün 5-6 ha torpaq sahələri ayrıldığı hallarda Xələc və Kürsəngi kəndlərində bu sahələr 1 hektara çatmır

Neft mədənləri ərazisinə yaxın sahələr də mübahisəli ərazilər olmaqda qalır(şirkət, bələdiyyələr, əhali). Digər tərfdən hasilat sənayesinin mənfi təsirləri ətraf ərazilərdə olan əkin torpaqlarının məhsuldarlının azalmasına, otlaq sahələrinin azalması heyvandarlığın inkişafına əngəllər törədir. Mədənlərə gedən ağır texnika tez-tez hərəkət zolağından çıxaraq əkinlərə ziyan vurub və ya münbit torpaq qatını korlayıb.

Mülkiyyət hüququları ilə bağlı Gədəbəy r/n Arıqdam kənd sakinləri çox böyük ziyan çəkmişlər. Belə ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti və Gədəbəy rayon aqrar İslahat komissiyasının  məhkəməyə müraciəti nəticəsində Arıqdam kəndinin 150 nəfər sakininə 2001-ci ildə onlara əkənək və biçənək üçün verilmiş pay torpaqlarına haqqında Mülkiyyət hüququna dair Dövlət aktlarını ləğv etmişdir. Əsas kimi torpaq islahatı aparılarkən, Qanunvericiliyə əməl olunmaması göstərilsə də konkret olaraq Qanunun hansı tələblərinin pozulması qətnamədə əksini tapmamışdır. Təqim olunmuş iddianın əsaslandırlması cəmi bir neçə sətir təşkili edir. Müsahibə aparılan sakinlər onlara torpaqların alınması zamanı müxtəlifə təzyiqlərin göstərildiyini qeyd etsələrdə Məhkəmə qətnaməsində sakinlərin  mülkiyyət hüququna dair dövlət aktlarının ləğv edilməsinə razı olduqları qeyd edilir. Nəticədə 100 hektardan çox torpaq sahəsi kəndlilərdən alınaraqa zavoda verilmişdir.

Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, kənd əhalisinə torpaqların alınması üçün heç bir qurum tərəfndən rəsmi bldiriş və təkliflər verilməmişdir. Belə təsəvvür yaranır ki, şirkət və yerli icra hakimyyəti qurumları sakinlərə əlavə kompensasiyalar verməmək üçün asan yol seçilmiş və onların torpaqları adətən qeyri-müstəqil qərarlar çıxaran məhkəmələr yolu ilə alınmışdır. Sual oluna bilər necə olur ki, Yerli İH orqanları kəndlilərə verilən pay torpaqlarının «yüklü» olduğu haqqında “xəbərsiz” olmuşdur. Hesab edirik ki, bu sadəcə olaraq Şirkət və İH orqanları arasında məsələnin daha asan yol ilə həll edilməsi üçün atılmış bir addımdır.

Məhkəmə qətnaməsi sakinlərə 1 ay keçdikdən sonra təqdim olunmuşdur. Sakinlərdən heç kim qətnamədən appelyasiya şikayəti verməmişdir. Torpaqları alınan kənd əhalisinə təklif olunan torpaqlar adekvat keyfiyyətə  malik deyil və kənd ərazisindən uzaqda yerləşir.

Kənd sakinlərinə bir hektar üçün 500 USD olmaqla pul ödənilib, bu vəsait şirkətin rəhbəri Rza Vəzirinin sözünə görə halalıq üçün verilmiş pul hesab edilir.

Sonradan kənd əhalisinin məhkəmə orqanlarına şikayələri nəticəsinəd bəz mülkiyyətçilərə qismən də olsa kompensasiyalar ödənildi. Lakin kənd sakinləri iddia edirlər ki ödənilən kompensasiyalar əldən çıxan faydalara uyğun olaraq hesablanmayıb. 200 nəfərə aid olan torpaq sahəsinin Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə verilməsi, bu ölçüdə mülkiyyətçilərə digər torpaq sahələrinin verilməsi barədə 2008-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, qərar icra edilməyib və mülkiyyətçilərə yeni torpaq sahələri verilməyib. Qərarla razı olmayan 11 nəfər mülkiyyətiçinin şikayəti Avropa İnsan Hüquqları məhkəməsinə göndərilmişdir.

 

Sosial tədbirlər

Şirkətlər və ya onların podratatçıları fəliyyət göstərdikləri regionlar üçün  öhdəlikləri yaxud sosial məsuliyyəti yoxdur. Bununla belə şirkətlərin fəaliyyəti içmaların infrastrukturuna müəyyən təsirlər göstərməkdədir. İcma daxili yollardan istifadə nəticəsində yolların sıradan çıxması, ağır texnika və mexanizmlərin tikililərə təsirlər və s.

“Shirvan Operating Company” Ltd yerləşdiyi Şirvan şəhəri ərazisində heç bir sosial və humanitar proqramların həyata keçirilməsində fəaliyyəti demək olar ki, yox səviyyəsindədir. Mənzillər inşa olunmur və ümumiyyətlə neftçilərin sosial təlabatları qarşılanmır. Onlara sosial paketlər təqdim olunmur.

Salyan OİL şirkəti tərəfindən icmalar üçün əvvəlr müəyyən tədbirlər görülsədə (yolların qismən təmiri) hazırda bu tip işlərə maraq göstərmir.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti kənd əhalisi və yerli idarəetmə orqanlarının müraciətlərindən sonra Arıqdam kəndində 15 sinif otağından ibarət yeni kənd məktəbi tikmişdir.

 

Şirkətlərin informasiya açıqlığı

Monitorinqləri aparılan şirkətlərin fəliyyəti ictimiyyət üçün tam qapalıdır. Şirkətlərin veb səhifəsi mövcud deyil. İnformasiya sorguları demək olar ki cavablandırılmır. Şirkətlər tərəfindən həyata keçirilən fəliyyətlər, öhdəliklərin yerinə yetirilməsi haqqında hesabatlar cəmiyyətə açıqlanmır. Qeyri şəfaf fəaliyət göstərilməsi ilə yanaşı, şəffaflıq təşəbbüslərinə də qoşulmaq istəyi mövcud deyil.

Salyan OİL əməliyyat şirkəti ilə vətəndaş cəmyyəti nümayəndələrinin müyyən əməkdaşlıq əlaqaələri mövcuddur. Belə ki bir qrup QHT və yerli icma faəllarından təşkil edilmiş mədən sənayesinin təsirləri üzərində vətəndaş nəzarəti şəbəkəsi (VNŞ) 2007-ci ildən bu ərazidə fəaliyyət göstərir. Bu illər ərzində Şirkətlə müəyyən əlaqələr qurulmuş və 2011-ci ildə hasilat sənayesi təsirlərinə məruz qalmış ərazilərdə yerli icma və yerli sakinlərin problemləri və təsirlərin azaldılması ilə məşğul olan VNŞ və Salyan OİL arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memoranduma tərəflərin qarşılıqlı əməkdaşlığının yaradılması və inkişafı, o cümlədən şəffaflıq və hesabatlığın təmin edilməsi məqsədi ilə imzalanmış və tərəflər bərabər hüquqlu qarşılıqlı əməkdaşlığa əsaslanan işgüzar əlaqələri inkişaf etdirmək üçün hər iki tərəf zəruri tədbirlərin görülməsini öz üzərinə götürmüşdür.

Regionda Memorandumdan irəli gələn bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmuşdur. (Məsələn Şirvan Milli parkının rəhbərliyi ilə Salyan OİL şirkət arasında olan problemlərin həll olunması üçün görüşün təşkil edilməsi. Qəsəbələr arası 2-ci dərəcəli 21 km uzunluğunda yolun qismən təmir edilməsi)

 

Monitorinqin nəticələri göstərir ki,

  • Ətraf  icmaların sakinləri hasilat sənayesinin potensial təsirləri və riskləri haqqında məlumatsızdırlar.
  • Şirkətlərin fəaliyyətləri nəticəsində ətraf və sosial mühitə dəyən zəzrlərin aradan qaldırılması üçün tədbirlər planı mövcud deyildir.
  • Şirkətlər və ya onların podratatçıları fəliyyət göstərdikləri regionlar üçün öhdəlikləri yaxud sosial məsuliyyəti yoxdur.
  • Şirkətlərin fəaliyyəti haqqlnda məlumatlar əlcatan deyil, oların hesabatlılığı çox zəifdir.
  • Hasilat sənayesini ətraf mühitə vurdugu zərərlərin mənfi təsirlərin miqyası çox böyükdür
  • Ekoloji təsirlərin aradan qaldırılması üçün Şirkətlər tərəfindən görülən tədbirlər zərərlərin miqyasına adekvat deyildir, bəzi hallarda təsirlərin aradan qaldırılması üçün görülən tədbirlər daha çox imitasiya xarakteri daşıyır.

 

Təklif və Tövsiyələr

  • Şirkətlər tərəfindən əməliyyatları aparılan ərazilərdə çirklənmiş torpaqların təmizlənməsi üçün təxirə salınmaz tədbirlər hazırlanmalı və hayata keçrilməlidir.
  • Lay sularının axıdılması nəticəsində yaranmış neft gölməçələrini təmizlənərək qurudulması, lay sularının bu ərazilərə axıdılmasının qarşısının tamamilə alınması üçün tədbirlər görünməlidir.
  • Neft mədənləri ərazisində geniş yayılmış sənaye‐məişət tullantıları poliqonları ləğv edilməli bu problem ciddi nəzarətə götürülməlidr; 
  • İstismarnı başa vurmuş neft quyuları ləğv edilməli onların ətraflnda olan torpaqlar yararı hala gətirilməlidir.
  • Torpaqların təmizlənməsi üçün yeni texnologiya tərbiq edilməlidir.
  • Əhalinin yaşadıgı ərazilərə yaxın yerlərdə təhlükəsizlik tədbirləri (havaya atılan maddələrini zərərsizləşdirlməsi, su mənbələrinin mühafizə edilməsi və s.) ciddiləşdirilməlidir.
  • Şİrkətlərin fəaliyyəti nəticəsində yerli icmaların həyatına ola biləcək təsirlərin azaldılması üçün tədbirlər planı hazırlanmalı və hayata keçirlməlidir.
  • Şirkətlər ətraf ərazi icmaları ilə əlaqələrini genişləndirməli, əhalini maraqlandıra biləcək informasiyalar mütamadi olaraq açıqlanmalıdır.
  • Şirkətlərin veb sahələri yaradılmalıdır.
  • Şirkətlərdə çalışan yerli işçilərin əmək haüquqlarının pozulması hallarına son qoyulmalı AR əmək məcəlləsininin tələblərinə ciddi riayət edilməlidir.
  • İşmilərin əmək şəraitinin, əməyin mühafizəsinin keyfiyyətinin yüksəldilmsi üçün təsirli tədbirlər görülməlidir.

Əmək şəraiti, əmak haqqı sistemində mövcud olan ayrı-seçkilik aradan qaldırılmalı yerli işçilər layaqətli əmək haqqı ilə təmin olunmalıdır.