NHMT - İxtisarlar, qeyri qanuni işdən azad olunmalar! Səbəb nədir?

İxtisarlar, qeyri qanuni işdən azad olunmalar! Səbəb nədir?

İxtisarlar, qeyri qanuni işdən azad olunmalar! Səbəb nədir?

 

1. Qanunvericilik sahəsində

 

1.1. Əmək qanunvericiliyini pozmaqla işçiləri işdən azad edən İşəgötürənlərin, qanun pozuntularına yol verməsi məhkəmə qərarları ilə sübut olunsa belə, İşəgötürənlərin AR Əmək Məcəlləsi, AR İXM-si və AR CM-si ilə nəzərdə tutulan qaydada: intizam, maddi, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmamaları.

 

1.2. İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə uyğun  bağlanmaması. Məsələn, qısa müddətli Əmək müqavilələrinin bağlanması. Bu halda işəgötürən istənilən vaxt işçini işdən kənarlaşdırır.  

 

1.3. Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə məcburi, təzyiq və digər qanunsuz vasitələrlə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması, işçilərin peşəkarlığının, güzəşt və təminatlarının nəzərə alınmaması.

 

1.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, işçi ilə işəgötürən arasında müvəqqəti əmək müqaviləsinin bağlanması. İşçilərin və xidmətlərin daimi olması əvvəlcədən məlum olsa da neft sahəsində çalışan işçilərin 90 faizi ilə müddətli əmək müqavilələrinin bağlanması.

 

1.5. Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət və ictimai nəzarətin olmaması.

 

 

2. Ölkənin neft sektorunda ixtisarların səbəbi

 

ARDNŞ ikinci dövlət büdcəsinə çevrildiyi üçün köhnə yataqlara sərmayə qoya bilmir. Hasilatın və neftin qiymətinin aşağı düşməsi də işçi sayının azaldılmasına səbəb olur.

Bax (http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=68)

 

- Şirkətdə əsaslandırılmamış struktur islahatları.

 

- Köhnə yataqlarda ƏŞ–nin yaradılması.

 

- Xaricdən işçi qüvvəsinin gətirilməsi.

 

- Təcrübə göstərir ki, adətən, Mühəndis layihələrinin icrası üçün elan olunmuş tenderin qalibi nədənsə ya xarici şirkət olur, yaxud da ki, Azərbaycanda qeydiyyatdan keçmiş(yerli şirkət adlanması üçün) xarici şirkət! BP reallaşdırdığı layihələrlə əlaqədar tender elan etdikdə əksər hallarda yerli şirkətlər podratçı qismində müxtəlif bəhanələrlə BP tenderlərinə buraxılmır. Yerli şirkətin tenderdə “iştirakını” göstərmək üçün, yerli şirkəti tenderdə iştirak edən xarici şirkətlərə subpodratçı qismində tenderə buraxırlar. Tenderdə udduqdan sonra bu yerli şirkət layihədən uzaqlaşdırılır. Yəni subkontraktorun yalnız müəyyən sayda(ümumi işçilərin 10-15 %) işçisi həmin xarici şirkətdə işə qəbul olunur.