NHMT - Salyan, Şirvan, Neftçala rayonlarında hasilat sahələrinin monitorinqinin hesabatı

Salyan, Şirvan, Neftçala rayonlarında hasilat sahələrinin monitorinqinin hesabatı

Salyan, Şirvan, Neftçala rayonlarında hasilat sahələrinin monitorinqinin hesabatı

 

Hesabat dövrü Salyan, Şirvan, Neftçala rayonuna səfərlər zamanı neft hasilatı səhələrə baxış keçirilmişdir və ətraf mühitin indiki durumu qeydə alınmışdır.

Belə ki neft çıxarılması zamanı müşahidə etdiyimiz ərazilərdə torpağın münbit qatı pozulmuşdur. Bundan əlavə hasilat sahələri neftin çıxarılması prоsesini intensivləşdirilməsində istifadə оlunan müxtəlif reagentlərlə, ağırlaşdırıcı maddə və mineral sularla çirklənməyə məruz qalırmışdır. Neft yataqlarının istismarı zamanı tоrpaqların münbit qatı nəinki neftli tullantılarla, xüsusən lay suları ilə çirklənmiş, eyni zamanda mexaniki pоzulmalara, dağılmalara və deqradasiyaya məruz qalıb. Bu minvalla neft mədəni sahələrində tоrpaqlar massiv halında yоx, bu və ya digər ölçüyə malik ləkələr fоrmasında çirklənməklə, tоrpaq örtüyündə texnоgen kоmplekslik yaranıb.

 

 

 

 

Neft hasilatı zamanı ətraf mühihə zərər verən problemlərdən biridə neft quyularının şlamıdır. Doğrudur, bu vaxta qədər şlamdan neft quyularının qazılmasında onun yüksək temperaturda yanacaq sərf edilərək və yaxudda günəş işığı altında uzun müddət saxlayıb inşaat materialı kimi asfalt yollarının çəkilməsində istifadəsidə mövcuddur. Şlamın yerdə qalan hissəsi isə yaz, yay, payız aylarında isə bataqlıq mənbəyi olur. Əmələ gələn bu toz yaşayış yerlərini, otlaqları tozla çirkləndirir, insanların iş şəraitini və müxtəlif xəstəliklərin əmələgəlməsinə səbəb olur.

Statistik məlumatlara görə quyularının qazılması zamanı hər quyudan orta hesabla 100m3 şlam. Şlam suspenziya vəziyyətindədir və istənilən maddələrlə reaksiyaya girir.

Neftçala rayonunda ətrəf mühitə zərər vuran neft hasilatı müəssələri ilə yanaşı Azər-Yod MMC durur. Yeniqışlaq kəndinin günçıxanı və cənubunda ümumilikdə 150 hektardan artıq torpaq sahəsi neft tullantıları və duz qatı ilə örtülərək tamamilə sıradan çıxıb.

Ərazinin əkin-otlaq dövriyyəsindən çıxmasında yodlu suların axını neft tullantılarının təsirindən ikiqat artıq olmuşdur. 1997-2009-cu illər dövründə keçmiş Yod-Brom zavodunun fəaliyyətinin dayanması nəticəsində sutkada 100 tondan artıq duzlu sular otlaq sahələrinə axaraq ərazini şoranlaşdırmış, hazırkı acınacaqlı durumun yaranmasına gətirmişdir.