NHMT - Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycandakı fəaliyyətlərinin və onların maliyyələşdirdiyi layihələrin monitorinqi üzrə Hesabat

Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycandakı fəaliyyətlərinin və onların maliyyələşdirdiyi layihələrin monitorinqi üzrə Hesabat

Beynəlxalq Maliyyə İnstitutlarının Azərbaycandakı fəaliyyətlərinin və onların maliyyələşdirdiyi layihələrin monitorinqi üzrə Hesabat

 

Dekabr, 2007

Asiya İnkişaf Bankı

Layihənin adı: Ağdaş Göyçay, Naxçıvan şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması

 

Layihənin təsviri

2005-ci ilin noyabr ayında Asiya İnkişaf Bankı (ABI) və Azərbaycan hökuməti arasında Ağdaş Göyçay, Naxçıvan şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsini reallaşdırılmasından ötrü 30 milyon dollar məbləğində kredit ayrılması haqqında müqavilə imzalanmışdır. Layihədə şəhər su təsərrüfatlarının idarə olunması üçün səhmdar cəmiyyət tipli müəssisələr yaradılmasını və müqavilə əsasında beynəlxalq operatorun xidmətindən istifadə edilməsini nəzərdə tutulur.

 

Layihənin həyata keçirilməsi üçün AİB tərəfindən Yeni Zelandiyadan Beynəlxalq Konsaltinq şirkəti (Kastaliya) dəvət edilmişdir. Şirkət nümayəndələri 2006-cı ilin ortalarında Azərbaycana səfər etmiş, regionlarda su təchizatı və kanalizasiya sisteminin idarə olunması sahəsində mövcud instutsional və struktur şəraiti öyrənərək müvafiq hesabat hazırlamışdır.

Tender prosedurana əsəsən Azərsu tərəfindən podratçı seçilməlidir. Tender keçirilməsi haqqında Azərbaycan qəzetinin 18 iyul 2006-cı il tarixli sayında elan verilmiş və AIB saytında məlumat yerləşdirilmişdir. 

 

NHMT bu layihə üzrə Ağdaş və Göyçay şəhərlərində monitorinq aparmışdır;

 

Ağdaş

Şəhərin hazırda 27.000 əhalisi var. Ağdaş şəhərində hazırda mövcud olan su və kanalizasiya sistemləri 1969-cu ildə çəkilib istifadəyə verilib. Həmin dövrdə şəhərin 15.000 əhalisi olub və indiki sistemlər məhz o sayda əhaliyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hal-hazırda Ağdaş şəhərindəki su və kanalizasiya sistemləri çox bərbad vəziyyətdədir və əhalinin su ilə təminatında çox ciddi problemlər mövcuddur, kanalizasiya sistemi isə çox tez-tez sıradan çıxır.

Ağdaş şəhərində yeni sistemlərin qurulması üçün AIB tərəfindən 13 milyon dollar vəsait ayrılıb.   .

 Hal-hazırda Ağdaş şəhərində su və kanalizasiya sistemləri üçün tarif qiymətləri belədir: hər ailədən su istifadəsi üçün 1 manat, hər ailədən kanalizasiyadan istifadə üçün 1 manat. Layihə reallaşdırıldıqdan sonra bu qiymətlərin 2 dəfə artırılacağı gözlənilir. Qiymətlərin artımı təchizatın keyfiyyətinin yüksələcəyi ilə izah edilir. 

 

Göyçay

Şəhərin hazırda 45.000 əhalisi var. Şəhərdə fəaliyyət göstərən su və kanalizasiya sistemləri 1960-cı ildə çəkilib istifadəyə verilib. O zaman şəhərin 25.000 əhalisi olub. Hazırda Göyçayda əhalini içməli su ilə təmin etmək üçün 13 artezian var. Yeni sistemin işə düşməsi üçün daha 5 artezianın da vurulması nəzərdə tutulur  “Azərsu” tərəfindən texniki-iqtisadi əsaslandırma aparılaraq yeni sistemin quraşdırılması üçün 8 milyon dollar vəsait ayrılıb.

Hal-hazırda su və kanalizasiyada istifadə üçün əhalidən hər ailədən ayda 4 manat pul yığılır.

Layihə haqqında hər iki şəhərin su istifadəçiləri ilə maarifləndirmə aparılmayıb, ictimai dinləmələr keçirilməyib.

 

İcraçı agentlik olan «Azərsu» ilə olan problemlər.

Layihə şərtlərinə görə su satışı və çirkab sularının utilizasiyası üçün tariflərinin iki dəfə artırılması nəzərdə tutulur. Kredit sazişinə əasasən isə Azərsu ASC- nin direktorlar şurası tariflərin qaldırılması hüququ əldə edir. Halbuki Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bu hüquq eksklyuziv olaraq Tarif Şurasına  verlmişdir.

Problem ondan ibarətdir ki, Azərsu ASC –nin mülkiyyətçisi məlum olmadığına görə orada son nəticədə qərarların kim tərəfindən qəbul edilməsi aydın deyildir. Kredit sazişinə əasasən Azərsu ASC-nin səhmləri Iqtisadi Inkişaf naziriliynə məxsusdur  lakin nazirliyin özündə bu haqda məlumat yoxdur və onlar bu haqda danışmaq istəmirlər. Azərsu tərəfindən Göyçay və Ağdaş şəhərlərini təmin edən su hövzələrinin vəziyyəti və suyun keyfiyyəti yoxlanılmamışdır.

 

Tenderin keçirilməsi

Kredit müqaviləsinə əsaəsən bu layihə üçün məsləhətçi şirkətin cəlb edilməsi üçün elan edilmiş tenderdə  iştirak etmək etmək üçün ərizə vermiş şirkətlərin siyahısı ictimayyət üçün açıq olmalıdır. Lakin Azərsu tərəfindən bu öhdəliklərə əməl olunmamışdır. Səbəb kimi tenderdə iştirak etmək istəyən şirkətələrin  razılığının olmaması göstərilir.

Azərsu tərfindən keçirilən tenderdə yalnız 3 şirkətdən ərizə daxil olmuşdur və onlardan heç biri müsabiqədən keçməmişdir. Azərsu tərəfəindən  verilən məlumatlara əsaəsən  bu şirkətlrin təklifləri çox zəif idi və onların heç biri AIB-nın tələblərinə uyğun gəlmirdi.

Bankdan alınan məlumatlara görə isə podratçının seçilməsi üçün Azərsu tərfəindən yenidən tender keçiriləcəkdir. Onu da qeyd etmək olar ki, Dünya Bankı tərəfindən respublikanın başqa şəhərlərində reallaşdırılacağı  analoji layihəsi üzrə isə, podratçı artıq seçilmişdir və bu zaman 6 ərizə daxil olmuşdur. Maraqlı fakt ondan ibarətdir ki, tələbləri eyni olan anoloji bir layihə üzrə podratçı seçilmiş digər layihə üzrə isə seçilməmişdir.  

 

Sosial aspektlər

Layihə yoxsulluğun aradan qaldırılmasına yönəldilməlidir. Lakin təşkilatımız tərəfindən aparılan sorğular bunun əksini göstərir. Belə ki, Göyçay şəhərində 100 nəfər sakin arasında sorğu keçirilmişdir. Sorğu iştirakçıları müxtəlif sosial qrupları, qadınlar, təqaüdçülər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanları və digər əhali qruplarını əhatə edirdi. Sorğunun keçirilməsində əsas məqsəd bank tərəfindən təklif olunan tariflərin əhalinin həyat səviyyəsinə necə təsir edəcəyini aşkar etməkdən ibarət olmuşdur. Nəticələr göstərdi ki, təklif olunan tariflər əhalinin əksər təbəqəsi üçün sərfəli deyildir. Tariflər o zaman qəbul edilə bilən sayılar ki, onun həcmi ailə büdcəsinin 5%-ni keçməsin. Lakin artıq 2007-ci ilin yanvar ayında tariflərin qaldırılması ilə bu qayda pozulmuş oldu. Hal hazırda tərkibi 4 nəfər və gəliri  50 manat  olan ailə ay ərzində 4 manat ödəməlidir. Layihə reallaşdırıldıqdan sonra isə bu məbləğ iki dəfə artacaq.

Bundan əlavə nə yerli icra hakimiyyəti orqanları, nə də ki, bələdiyyələr yarana biləcək fövqəladə hallar zamanı, su təchizatı sisteminin bütövlükdə dayana biləcəyi hallarda lazımi fəaliyyət planlarına və avadanlıqlara malik deyildir.

 

Azərsu ASC – nə qarşı iddia

Təşkilatımız tərəfindən Azərsu ASC tərəfindən həyata keçirilən layihə haqqında informasiyalar alınması məqsədi ilə 23.04.2007 və 08.06.2007 il tarixlərində sorğular göndərilmişdir. Lakin Azərsu ASC tərəfindən bizə heç bir məlumat təqdim edilmədi və təşkilatımız məhkəməyə müraciət etməli oldu. Azərbaycan Respublikasının «İnformasiya əldə etmək» haqqında qanununa görə informasiya sahibi göndərilmiş sorğulara yeddi gün ərzində cavab verməlidir və bu qanuna görə informasiya sahibi aşağıdakı hərəkətlərdən birini etməlidir :

  • 20.1.1. maddəsinə əsasən sorğuya cavab verməlidir;
  • 20.1.2 maddəsinə əsasən sorğunu müvafiq informasiya sahibinə göndərməlidir.

 

Lakin Azərsu ASC bu hərəkətlərdən heç birini etməmişdir və 2 aydan artıq vaxt keçməsinə baxmayaraq sorğunu cavablandırmağa ehtiyac duymamışdır və bununla da adı çəkilən qanunun 10-cu maddəsini  və Azərbaycan Respublikası Rezidenti tərəfindən 28 iyul 2007-ci ildə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın  müvafiq bəndlərini pozmuşdur.

Yasamal rayon məhkəməsi NHMT tərəfindən qaldırılan iddianın haqlı olduğu haqqında qərar çıxarmışdır. Yalnız məhkəmə hökmündən sonra Azərsu ASC nümayəndəsi NHMT nümayəndəsi ilə görüşə razılıq vermiş və bəzi sualları şifahi olaraq cavablandırmışdır. Lakin təəssüf ki, bu günə qədər rəsmi qaydada tərtib edilmiş və Azərsu ASC rəsmi şəxsləri tərəfindən təsdiq edilmiş savab alınmamışdır. Eyni zamanda dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq Azərsu tərəfindən ASC Nizamnaməsi bizə təqdim edilməmişdir. Hal hazırda NHMT məhkəmə hökmünün yerinə yetirilməsi üçün Məhkəmə qərarlarının icrası və nəzarəti idarəsinə müraciət etmişdir.

 

AIB kredit şərtlərinə nəzarət etmir və qeyri şəffaf bir qurumdur

  • AIB  rezident missiyasının nümayəndəliyi və layihə koordinatoru ilə  görüşlər zamanı onlara layihə ilə əlaqədar bir çox suallar ünvanlanmışdır. lakin onlardan bu günə qədər əksər suallara cavab alınmamışdır. AIB Azərsu tərəfindən heç bir məlumat verilməyəcəyini bildiyi halda, yenə də «Azərsu» ASC  müraciət etməyi tövsiyə edir. Faktiki olaraq dondurulmuş və gələcəkdə də həyata keçirilməsi sual altında olan  bu layihənin reallaşdırılması şübhə doğurur.
  • AIB ictimaiyyət üçün açıq deyil, saytında yerləşdirilən məlumatların əksəriyyəti ingilis dilindədir
  • AIB layihələrlə əlaqədar ictimai dinləmələr keçirmir

 

Təkliflər

  • Layihənin maliyyələşdirilməsi dayandırılsın
  • Azərsu və AIB fəaliyyətində şəffaflıq təmin edilsin
  • Tariflərin qaldırılması ilə əlaqədar kredit şərtlərinə yenidən baxılsın
  • Göyçay və Ağdaş şəhərlərinin su ilə təmin edilməsinin alternativ yolları axtarılsın.

 

2. Avropa Yenidənqurma və İnkişaf  Bankı (AYIB)

 

Layihənin adı: Lokomotiv 

 

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDYI hal hazırda AYIB –tərfindən 30 mln. manat kredit verlməsi haqqında qərarı gözləyir. Bu kreditin elektrik lokomotivlərinin bərpa edilməsinə, dəmir yolu avadanlıqlarının alınmasına və yollara texniki xidmət göstərilməsi üçün sərf edilməsi planlaşdırılır. Layihənin son müzakirələri  keçirilmiş və AYIB direktorlar şurasında 19 fevral 2008-ci ildə qərar qəbul edilməsi gözlənilir.

 

Layihə üzrə problemlər

 

AR vətəndaşları dəmir yollarının tələsik özəlləşdirilməsinin əziyyətini çəkəcəklər.

 

AYIB tərəfindən qoyulmuş kredit tələblərindən biri;

  • ADDYI  özəlləşdirilməsidir. Aralıq addım kimi ADDYI Səhmdar Cəmiyyətə çevrilməlidir. Bu isə Yoxsulluğun azaldılması haqqında proqrama və minilliyin bəyannaməsində elan edilmiş prinsiplərə ziddir. ADDYI Azərbaycanda iri dövlət institutlarından biri olduğuna görə bu sektorun restrukturlaşdırılması bütün nəqliyyat sisteminin korrupsiyaya uğramış məmurların əlinə keçməsi ilə nəticələnə bilər.
  • Sərnişin daşımaları sahəsində tariflərin qaldırılması əhalinin az təminatlı hissəsi üçün çox böyük çətinliklər törədəcəkdir. Nəzərə alaq ki, sosial müdafiə proqramlarının səmərəsi hələlik gözlənilən nəticələri vermir. Digər tərəfdən, Azərsu, Azəriqaz, Azərenerji kimi iri dövlət müəssisələrinin Beynəlxalq Maliyyə qurumlarının tələbi ilə Səhmdar cəmiyyətə çevrilməsi, bir daha sübut etdi ki, tariflərin xeyli dərəcədə qaldırılması heç də xidmət səviyyəsini yaxşılaşdırmır.

 

Layihənin səmərəsizliyi

AYIB məqsədi digər beynəlxalq maliyyə qurumları kimi bu və ya digər ölkədə müxtəlif sahələr üçün ssudalar ayırmaqla bu sahələrin inkişafına nail olmaqdır.

Əgər bu layihə ölkənin inkişafı üçün həyata keçirilirsə o zaman qeyd etmək lazımdır ki, belə səmərəsiz layihələr ilə buna nail olmaq mümkün deyildir.

 

Ekspertlərin fikrinə görə hal hazırda ADDYI tərəfindən istifadə olunan köhnə lokomotivlərin bərpa edilməsi çox baha başa gəlir və səmərəli hesab edilə bilməz və bundan əldə edilən mənfəət də  müvəqqəti xarakter daşıyır.

Azərbaycan və Gürcüstan arasında Şərq-Qərb Transqafqaz dəmir yolu BTC boru kəməri ilə paralel keçir və bununla da BTC boru kəmərinin imkanlarını artırır. BTC boru kəmərinin neft ilə tamamilə doldurulmasında zaman-zaman problemlər yaranır və neft ehtiyatlarının azalması ilə bu problem özünü daha da qabarıq göstərəcəkdir. Çox maraqlı bir situasiyadır. AYIB bir tərəfdən səmərəsiz layihəni maliyyələşdirir digər tərəfdən beynəlxalq Maliyyə İnstitutları tərəfindən maliyyələşdirilən layihənin rentabelliyini şübhə altına salır.

 

Ekoloji problemlər:

 

AYIB ətraf mühitin qorunması üzrə öz siyasətini pozur

 

Transqafqaz dəmir yolu ilə nəql edilən neft Azərbaycan, Qazaxıstan və Türkmənistanın neft ehtiyatları hesabına olacaqdır. Bu o deməkdir ki, neftin Bakıya nəql edilməsi dəniz vasitəsi ilə həyata keçiriləcəkdir. Artıq ekoloqlar tərəfindən neftin unikal bioloji varlıqlar ilə zəngin olan Xəzər dənizi vasitəsi ilə nəql edilməsinin riskləri haqqında xəbərdarlıqlar səslənməkdədir. Bu cür mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq neftin nəql edilməsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməmişdir. Bundan əlavə təmirdən sonrada  bu lokomotivlərin və köhnə mühərriklərin hidravlik və pnevmatik sistemlərindən neft axıntılarının olması riskləri mövcuddur.

 

Bank problemləri:

  • İnformasiya açıqlanmasının  sıfır dərəcəsi.

 Bank tərəfindən İctimaiyyətin məlumatlandırılması siyasəti pozulmuşdur.

Bu layihənin İqtisadi və ekoloji sabitlik ilə bağlı məsələlərə toxunmasına baxmayaraq Azərbaycan ictimaiyyəti bu haqda heç bir məlumat əldə edə bilməmişdir. NHMT dəfələrlə AYIB, ADDYI- tərəfindən  müvafiq sənədlər və ictimai məsləhətləşmələr haqqında informasiyaların açıqlanmasını tələb etmişdir. Lakin AYIB bu informasiyaları və sənədləri təqdim etməkdən imtina etmiş və səbəb kimi bunların bankın daxili sənədləri olduğunu əsas gətirmişdir.

 

Xülasə

Dəmir yolu ilə sərnişin daşınması hal hazırda dəmir yolu daşlanmalarının cəmi 5% təşkil edir. Əgər Beynəlxalq Maliyyə İnstitutları həqiqətən də Azərbaycanda davamlı inkişafda maraqlıdırlarsa o zaman onlar əsas diqqəti yükdaşımalarına deyil sərnişin daşınmalarına yönəltməlidirlər. Bu qurumlar həmçinin ADDYI özəlləşdirilməsinə də yenidən baxmalıdırlar.

Banklar  ADDYI – dən  ən azı qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməyi və potensial ekoloji təsirlər və bu təsirlərin aradan qaldırılması yolları haqqında ictimaiyyəti məlumatlandırmasını və müvafiq sənədlər açıqlamağı tələb etməlidirlər.

 

 Təkliflər

  • Layihə AYIB direktorlar şurası tərəfindən təsdiq edilməməlidir
  • ADDYI və AYIB fəaliyyətində şəffaflıq təmin edilməlidir

 

3. Dünya Bankı

Dəmiryol ticarəti və nəqliyyatının yaxşılaşdırılması layihəsi

2006-cı ildə Dünya Bankı tərəfindən ADDYI – da rəqabətlilik qabiliyyətini və səmərəliliyin artırılması, neft daşımalarının və digər məhsullar üzrə yük dövriyyəsinin artırılması üçün «Ticarət və nəqliyyatın yaxşılaşdırılması» layihəsini müzakirə etmişdir.

 

Kredit şərtləri:

ADDYI_nin özəlləşdirilməsi

Avropa Yenidənqurma və İnkişaf  Bankının ADDYI Lokomotiv layihəsi ilə bağlı yuxarıda sadalanan problemlərə əlavə olaraq aşağıdakı problemləri qeyd etmək olar.

NHMT tərəfindən Dünya Bankının rezident missiyası ofisinə məktəb göndərilmişdir. Bu məktubda layihə ilə bağlı, bütövlükdə ADDYI səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı narahatlıqlar öz əksini tapmışdır. Lakin bizə heç bir cavab verilməmiş ADDYI səhmdar cəmiyyətə çevrilməsinin təmin edilməsi ilə bağlı Bank tərəfindən hər hansı bir tədbir görülməsi ilə bağlı informasiya əldə edilməmişdir. Bank nümayəndələri ilə görüşlər zamanı ADDYI səhmdar cəmiyyətə çevrilməsinin neqativ cəhətləri onların nəzərinə çatdırılmış lakin onlar Baltik ölkələrində mövcud olan pozitiv təcrübəni misal gətirir və bu zaman Azərbaycanda korrupsiyanın səviyyəsini nəzərə almırdılar.

ADDYI sərnişindaşımanın səviyyəsini yaxşılaşdırmaq, yeni sərnişin vaqonlarının alınması bu gün daha vacibdir. Bank isə belə hesab edir ki, məhz bu layihə Azərbaycanda dəmir yolu və ticarətin inkişafına təkan verəcək və sonrakı mərhələdə sərnişin daşınmada vəziyyətin yaxşılaşdırlmasına və inkişafı üçün layihələr həyata keçirilməlidir. Bununla belə bir nəticəyə gəlmək olar ki, bankın yenə də ölkənin inkişafı dedikdə vətəndaşların rifahını ikinci plana qoyur ki bu da öz növbəsində bankın qəbul etdiyi siyasətin prinsipləri ilə ziddiyyət təşkil edir.

Yeni dəmir yolu sistemi və yeni lokomotivlər yalnız neft daşınması üçün istifadə ediləcəkdir, kreditlərin qaytarılması yükü isə daimi keyfiyyət olmadan yüksək tariflər əsasında haqq ödəyəcək əhalinin üzərinə düşəcəkdir. Təbii ki, dəmir yolu kimi vacib infrastrukturun müasirləşdirilməsi çox vacibdir, lakin bunun əhalinin həyatında neqativ nəticələrə gətirib çıxarması yolverilməzdir.

 

AYIB ilə birgə plan

Yuxarıda qeyd olunduğu kimi DB və AYIB eyni layihəni maliyyələşdirir. Hesab edirik ki, Beynəlxalq Maliyyə İnstitutları arasında fəaliyyətin koordinasiya edilməli, birgə fəaliyyət planı tərtib olunmalı və bu plan təkrar maliyyələşdirilməsinin qarşısını almalıdır. Bankın məlumatlarına görə onlar tərəfindən məsləhətləşmələr aparılır, lakin bu məsləhətləşmələr hələlik heç bir sənəddə öz əksini tapmamışdır. NHMT hesab edir ki, bu cür planın olması çox mühümdür və bütün layihə üzrə şəffaflığın təmin edilməsi üçün DB ilə AYIB- birgə fəaliyyət planı haqqında ictimaiyyətə məlumat verilməlidir.

 

Ekoloji problemlər

Dəmir yolu vasitəsi ilə neft daşınmalarının artması nəticəsində Xəzər və Qara dənizlərində neft tankerlərinin hərəkətinin intensivliyi artacaqdır ki, bu da ətraf mühitə təsirlərin artmasına səbəb olacaqdır. Dəmir yolu daşınmalarında da neft axıntıları olması təhlükəsi yaranacaqdır.

 

ADDYI məlumatlarına görə Ağstafa, Gəncə, Yevlax, Hacıqabul, Qaradağ rayonlarında məsləhətləşmələr aparılmışdır. Bu məlumatların dəqiqliyi hələlik yoxlanılmamışdır ,lakin bu onu göstərir ki, vətəndaş cəmiyyəti üzvləri məsləhətləşmələrdə iştirak etməmişdir. Bankın məlumatlarına görə «Neft dağılmalarının qarşısının alınması üzrə plan» sonradan hazırlanacaqdır. Lakin NHMT hesab edir ki, bu cür planlar layihənin qəbul edilməsindən əvvəl, müzakirələr mərhələsində hazırlanmalıdır və ictimaiyyət bu planlar ilə layihə qəbul olunmamışdan əvvəl tanış olmalıdır.

 

İnformasiya əldə etmək imkanlarının məhdudluğu

Bankın məlumatlarına görə ictimai məsləhətləşmələr haqqında protokollar ADDYI saxlanılır, lakin ADDYI hətta öz məktubunda  bu protokollar haqqında heç bir xatırlatma vermir. Bu günə qədər biz ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədini Azərbaycan dilində əldə edə bilmirik, bank bu sənədin ADDYI-də ADDYI isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində olduğunu deyir. Bu belə bir nəticə çıxarmağı əsas verir ki, layihə iştirakçılarının heç biri ictimaiyyət ilə informasiyaları bölüşmək istəmir. Dünya Bankı ADDYI tərəfindən qanunvericilik və bankın siyasətinə riayət edilməsi və ictimaiyyətin informasiya ilə təmin edilməsi üçün tədbirlər həyata keçirməli və ADDYI tərəfindən informasiyaların verilməsini təmin etməli və risklərin necə aradan qaldırılması haqqında məlumat verməlidir.

 

Təkliflər

  • DB və AYIB layihə ilə əlaqədar ilə koordinasiya planı hazırlamalıdır
  • Layihə ilə bağlı iqtisadi, siyasi və korrupsiya riskləri haqqında məlumatlar verilməlidir
  • Ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilməli və müvafiq sənəd hazırlanmalıdır
  • Ictimai məsləhətləşmələr protokolu təqdim edilməlidir
  • Neft dağılmalarının qarşısının alınması planı hazırlanmalıdır.

 

Təşkilatın rəhbəri: Mirvari Qəhrəmanlı

Layihə üzrə koordinator: Anna Dreyzina