NHMT - Bakı-Şamaxı avtomobil yolunun təkmilləşdirilməsi layihəsi üzrə monitorinq hesabatı(davam)

Bakı-Şamaxı avtomobil yolunun təkmilləşdirilməsi layihəsi üzrə monitorinq hesabatı(davam)

Bakı-Şamaxı avtomobil yolunun təkmilləşdirilməsi layihəsi üzrə monitorinq hesabatı(davam)

 

1. Layihə haqqında qısa məlumat

Azərbaycan Hökuməti Bakı şəhərindən qərb və cənub istiqamətlərində avtomobil yollarının müxtəlif hissələrinin təkmilləşdirilməsi üçün Dünya Bankının maliyyə dəstəyi ilə Avtomobil Yolları III Layihəsini həyata keçirir. Layihədə Bakı-Tiflis qərb-şərq nəqliyyat dəhlizinin 120 km-lik hissəsini təşkil edən mövcud iki zolaqlı Bakı-Şamaxı avtomobil yolunun dörd zolaqdan ibarət olaraq genişləndirilməsini və təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi Bakı-Şamaхı yоlunun bərpası və gеnişləndirilməsi üzrə bir sıra sublayihələrin həyata kеçirilməsi yоlu ilə Azərbaycanın Şərq-Qərb yоl dəhlizinin hüdudları daхilində yоl-nəqliyyat хərclərinin azaldılması, yоl əlaqələrinin təmin оlunması, kеçid və təhlükəsizliyin yaхşılaşdırılmasından ibarətdir.

Yol boyu ərazilərdə yaşayan əhalinin (əsasən Qobustan rayon Mərəzə və Nərimankənd kənd əhalisinə məxsus) pay torpaqlar ilə baglı ədalətli kompensasiyaların verilməməsi problemi də qalmaqdadır və mülkiyyətçilər artıq bu vəziyyət ilə barışmışdır.

NHMT Tikintinin təsirinə məruz qalan Qobustan r/n Cəngi kənd sakinin Nizami Mürsəliyevin Azəryolservis ASC nə qarşı Kopensasiyanın ödənilməsi iddiası üzrə məhkəmə çəkişməsini təşkil edir və məhkəmənin monitorinqini aparır.

Nizami Mürsəliyevin ailəsi, 8 nəfərdən ibarətdir. Bu ailəyə məxsus ev Bakı-Şamaxı iki zolaqlı avtomobil yolunun yolun 57-ci km-də yerləşir. Hal hazırda yolun bu sahəsində genişləndirmə, yenidənqurma içləri aparıldəğına görə ailənin bu ərazidən köçürülməsinə qərar verilmişdir. Yol tikintisinin Sifarişçisi “Azəryolsevis ASC” –tərəfindən Köçürmə Tədbirlər proqramı haqqında köçürməyə məruz qalmış mülkiyyətçi ilə heçbir məlumatlandırma müzakirə aparılmamış ona heç bir izahat vermədən müqavilə imzalamadan sökülən evin ilə bağlı 21700 AZN kompensasiya təklif etmişdir. Layihə sifarişçisi tərəfindən mülkiyyətçiyə  heç bir rəsmi bildiriş və ya müqavilə təqdim olunmamış, hesablanmış kompensasiya məbləğinə hansı zərərlərin daxil edilməsi izah edilməmişdir. Saədcə olaraq bildirilmişdir ki, Sizin üçün bankda açılmış hesaba 21700 AZN pul köçürülüb. 0.12 ha həyət yanı sahə, 100 yaxın müxtəlif meyvə ağacları, mişar daşından tikilmiş, 50 kv. mənzil, 32 kv.m tövlə, mişar daşından tikilmiş 50 kv.m hasar və digər yardımçı təsərrüfat tikililəri, başqa yerdə məskunlaşmaq üçün cəkiləcək xərclər üçün, təklif olunan bu məbləğ adekvat deyil və çox aşağı məbləğdir.

N.Mürsəliyevə təklif olunan məbləğ real bazar qiymətini əks etdirmədiyinə, görə Nəsimi r məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Nəsim r məhkəməsi əmlakın qiymətləndirilməsi üçün müstəqil ekspertiza təyin etmiş və əmlak 49200,0 manat qiymətləndirmisdir. Buna baxmayaraq Nəsimi r məhkəməsi 36110 manat kompensasiya ödənilməsi haqqında qərar çıxarmışdır. Məhkəmənin bu qərarından razı qalmayan Azəryolservis ASC və əvvəllər məhkəmə iclaslarına belə gəlməyən Maliyyə Nazirliyi qərardan Apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi kompensasiyanın miqdarını 37200 AZN müəyyən etmişdir. Bu qərardan narazı qalan Azəryolsevis ASC və AR maliyyə nazirliyi AR Ali məhkəməsinə Kasasiya şikayəti ilə müraciət etmişlər. Ali məhkəmə işə yenidən baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul etmişdir.

N.Mürsəliyevin ailəsi üç ildən artqdır ki, “Azəryolservis ASC”-nin real kompensasiya təklif etməməsindən əziyyət çəkir. 2011-ci ildən bu ailə qeyri-müəyyənlik içində, yol tikintisində istifadə olunan ağır texnikanın yaratdığı toz, səs-küy şəraitində yaşayır. Hal hazırda yol tikintisi texnikası evin ətrafında cəmləşib və bir necə dəfə texnika həyətə müdaxilə etməyə cəhd göstərmişdir. NHMT-tərəfindən Dünya Bankının Bakı ofisinə (Yolun yenidən qurulma işlərinin bir hissəsi Dünya Bankı tərəfindın maliyyələşdirilir) müraciətimizdən sonra texnika geri çəkilmişdir. Halbuki problem vaxtında həll olunsaydı bu ailə də özünə müəyyən şərait yarada bilərdi. NHMT və Nizami Mürsəliyev ədalətli kompensasiya hesablanmasında vasitəçi olmaq üçün bir neçə dəfə Dünya Bankının Bakı ofisinə də müraciıt emişdir. 

Yol boyu ərazilərdə yaşayan əhalinin (əsasən Qobustan rayon Mərəzə və Nərimankənd kənd əhalisinə məxsus) pay torpaqlar ilə baglı aədalətli kompensasiyaların verilməməsi problemi də qalmaqdadır və mülkiyyətçilər artıq bu vəziyyət ilə barışmışdır.

 

Hal-hazırda yerli icma nümayəndəsi Nizami Mürsəliyevin məhkəmə prosesi davam edir. Onun hüquqlarını məhkəmədə təşkilatın hüquqşünası Azər Quliyev müdafiə edir.

 

Monitorinqin nəticələrinə əsasən dünya Bankının Bakı ofisin həmin layihə üzrə koordinatoru Cadıq Əliyevlə, mütamadi əlaqə saxlanılır.